Press "Enter" to skip to content

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi – FOTO

Abakar Hacıyevin həyat yoldaşı ailələrinə ev verilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Lavrov “işğal” dedi, Mirzoyan qorxusundan susdu…

Axar.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib.

“Qoy bir gün əvvəl Simonyanın burada strateji müttəfiqi haqqında necə danışdığını və həmin strateji müttəfiq ölkənin xarici işlər naziri ilə görüşdə Mirzoyanın necə davrandığını və ya Simonyanın problemləri qaldırmaqdan necə çəkindiyini müqayisə etsinlər”, – o bildirib.

Mamicanyan qeyd edib ki, hakim partiya nümayəndələrinin bütün beynəlxalq formatlarda səslənən mesajları fonunda Rusiya XİN rəhbəri Lavrovla görüşdə Mirzoyanın susması ziddiyyətlidir:

“Lavrov Qərb və digər məsələlər barədə danışanda Mirzoyan susdu. Ya o, deyilən fikirlərlə razılaşdı, ya da əksini deməyə cəsarət etmədi. Ermənistan xarici işlər nazirinin yanında 30 illik işğal ifadəsi işlədilib və o, buna heç bir reaksiya verməyib. Dünən Lavrov bizim dəfələrlə dediyimizi bir daha dilə gətirdi: oktyabrın ortalarında (2020-ci il – red.) Paşinyanın müharibəni dayandırmaq imkanı var idi. Lavrov bu barədə Mirzoyanın iştirakı ilə danışıb. Mirzoyan bunu inkar etməyib. Bu, müəyyən edilmiş faktdır. Ermənistanın baş nazirinin kürsüsünü tutan Paşinyan çox şübhəli səbəblərdən oktyabrın ortalarında müharibəni dayandırmadı, baxmayaraq ki, bunun üçün imkan var idi”.

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi – FOTO

Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Abakar Hacıyevin ailəsinə Bakı şəhərində dördotaqlı mənzil verilib.

Bu barədə Bizim.Media-ya şəhidin həyat yoldaşı Arzu Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin əməkdaşı ona Suraxanı rayonunun Hövsan qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzilin açarını təqdim edib.

Arzu Hacıyera bildirib ki, Bakıda evi olmaq Abakarın arzusu idi:

“Həmişə Bakıya iclasa gedəndə gecə yarısı olsa da, rayona qayıdardı, qohum evində gecələməyi sevməzdi”.

Abakar Hacıyevin həyat yoldaşı ailələrinə ev verilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Şəhidin anası, Zaqatalanın Dardoqqaz kəndində yaşayan Pirdas Hacıyeva oğlunun ailəsinin mənzil məsələsini həll edən dövlət qurumlarına, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Abakar Hacıyev 24 il qüsursuz xidmət edib. O, Vətən müharibəsində Qırmızı Bazar ətrafında gedən döyüşlərdə şəhid olub.

Comments are closed, but trackbacks and pingbacks are open.