Mündəricatlar siyahısı)
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Azərbaycan dövlətçiliyinin qızıl dövrü: – Səfəvilər sülaləsi – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
22 Mart, Çərşənbə
Günün xəbərləri
Xəbər xətti
22.03.2023
21.03.2023
Ən çox oxunan xəbərlər
Azərbaycan dövlətçiliyinin qızıl dövrü: – Səfəvilər sülaləsi
18.08.2019 09:00 Фото: 9 Канал–> Cəmiyyət A- A A+
III Məqalə (əvvəlki məqalələrə buradan baxa bilərsiniz) Əslində, islam dininin yaşamasında da Türk inanc sistemi öz sözünü demişdir. Türk dünyasının, Türk inanc sisteminin hesabına bu din sərhədləri aşmış və digər xalqlar tərəfindən qəbul edilmişdir. Bu mənada islamın ərəblər tərəfindən yayılması ilə, islamın Türklər tərəfindən yayılmasında böyük fərqlər vardır. Türk dünyasında islamın yayılmasının önündə isə dədələr, şeyxlər, çələbilər, abdallar, pirlər gedirdilər. Orta əsrlərin iri imperiyaları olan Səfəvi və Osmanı imperiyalarının yaradılmasında da sufilər öndə getmiş və ciddi bir qüvvə sayılmışlar. XII əsrdən sonrakı sufi təriqətləri içərisində isə «Səfəviyyə» Azərbaycanın siyasi ictimai həyatında və fəlsəfi-ədəbi fkir tarixində mühüm rol oynamışdır. Bu mənada bizə ən dolğun məlumatı Şeyx Səfiəddinin tərcümeyi-halı verir. Şeyx Səfiəddinin tərcümeyi-halı, sülaləsi, rəftarı, mürşidlik icazəsi alması və təlqin dərəcəsinə çatması, şəcərəsi, söhbətləri, qeybi-kəlamları və nəsihətləri, bəzi Quran ayələri və hədislər barədə izah və şərhləri, şeirləri, mürşidlərinin adları və canişinləri və s. haqqında ən səhih və doğru məlumatlar, heç şübhəsiz ki, yuxarıda adını çəkdiyimiz İbn Bəzzaz Ərdəbili ləqəbi ilə tanınan Təvəkkül ibn İsmayıl ibn Hacı Məhəmmədin yazdığı “Mükşifül-qülub və Səfvətüs-səfa” (“Qəlbləri açan və daha təmizləyən”) adlı əsərində toplanmışdır. Bu əsər Şeyx Səfiəddinin ölümündən 22 il sonra, 1357-ci ildə Şeyx Səfinin oğlu Şeyx Sədrəddin Ərdəbilinin tapşırığı ilə qələmə alınmışdır. Tarixə mənbələrə nəzər saldıqda, Şeyx Səfiəddindən başlayaraq Şah I İsmayıla qədər böyük bir hərəkat dalğasını görürük. Ərdəbil hakimliyi artıq Azərbaycan dövlətçiliyi uğrunda mübarizəni özünə başlıca prinsip seçir. Şeyx Səfiəddindən başlayıb Şah İsmayıla qədər uzanan bu hərəkatın nəticəsi olaraq 1501-ci ildə Azərbaycan Səfəvilər dövləti qurulmuşdur. Səfəvilərin iqtidara gəlməsinə qədər keçən 250 illik məsafə ərzində təriqət köklü dəyişikliklərə məruz qalmışdır. Seyx Səfiəddin zamanına toxunanda isə yalnız islamı vəhdət məsələsi əksini tapır. Bunun da köklü səbəbi sufilikdir. Bütün bunları Səfəvilərin hakimiyyəti dövründə qələmə alınmış və bizə qədər gəlib çatmış “Şeyx Səfi buyruq”larından əldə edirik. Bu buyruqlar Şeyx Səfiəddinin xələfi və oğlu Şeyx Sədrəddinin ona verdiyi və cavab almaq istədiyi suallar əsasında tərtib olunmuşdur. Qızılbaşlıq da “Səfəviyyə” təriqətinin içindən çıxmaqla özünün davranışında yalnız “Şeyx Səfi buyruqları”na əməl edir və bu buyruqları çox müqəddəs tuturdu. Şah Xətai də təriqət piri idi. Ona görə də təriqəti bilmədən Şah Xətayiyə də qiymət vermək mümkün deyildir. «Səfəviyyə» təriqətinin yaranması və həmin təriqətin yaradıcılarının amal və məqsədlərini tarixi analizi edir ki, bu təriqətin yaradanların başlıca amalı həm də siyasiydi. Yəni gələcəkdə Azərbaycan dövlətini ərəsəyə gətirmək onların ən böyük məqsədiydi. Şeyx Səfiəddinin yetişdiyi mühit onun təkcə şeyx kimi yetişməsində deyil, vətənpərvər, Azərbaycan dövlətçiliyinə sadiq bir insan kimi formalaşmasında rol oynamışdı. Bu mənada Şeyx Səfiəddin Ərdəbilinin həyat və fəaliyyətindən bəhs edən “Qara məcmuəni” doğma dilimizə tərcümə etmiş İslam Qəriblinin sözləri yerinə düşür: ”Yetişdirdiyi tarixi şəxsiyyətlər və zəkalı qələm, söz, sənət adamları ilə dünya şəhərləri ilə rəqabətdə adı birincilər sırasında çəkilən Ərdəbil şəhəri və bu torpağın əzəli, əbədi sakinləri olan Azərbaycan türklərinin bəşər mədəniyyəti, ictimai fikir tarixinə bəxş etdiyi bənzərsiz, parlaq və təkrarolunmaz şəxsiyyətlərdən biri də Şeyx Səfiəddin Ərdəbilidir. O, Şeyx Səfiəddin ki, adı yaxın və uzaq məmləkətlərində səkkiz əsrə yaxındır ki, kəramət sahibi olan şeyxlər və övliyalar içərisində hörmətlə yad edilir, yaratdığı Səfəviyyə təriqəti və bu təriqətin əsasları üzərində boy ataraq pərvazlanan, dünyanın ən möhtəşəm dövlətlərindən biri olan Azərbaycan Səfəvilər dövləti bu gün də dünya tədqiqatçı və tarixçilərinin diqqətindən bir an da olsun yayınmır”. Şeyx Səfiəddin Ərdəbildə müridlərinin sayına görə Şərq aləmində seçilən bir Darül-irşada rəhbərlik edirdi. Bu barədə orta əsrlər üzrə tədqiqatçılardan olan Mirzə Abbaslı belə yazır: ”Ərdəbil Darül-irşadı böyük mütəfəkkir və təsəvvüf başçısı Şeyx Səfiəddin İshaq-Ərdəbilinin (1252-1535) vaxtından Azərbaycan və Yaxın Şərqdə gedən ictimai-siyasi, məfkurəvi-məsləki mübarizələrin ən güclü bir mərkəzinə çevrilmişdir. Sonralar məhz Şeyx Səfi Darül-irşadının-Xanəgah ardıcılları, ölümdən qorxmayan fədakar Sufi-saliklərə arxalanan Sultan Cüneyd və Sultan Heydər bir sıra müvəffəqiyyətli vuruşları ilə güclü bir dövlət yaradılmasına möhkəm bünövrə qoymuşdular. Şah İsmayıl Xətainin hələ 12-13 yaşlarından qiyam qaldırması, az keçmiş öz tərəfdarları ilə XVI əsrin xəritəsinin dəyişdirə bilən qüvvətli hakimiyyətə yiyələnməsi də yalnız çoxillik çarpışmaların, ulu babalarının çox güclü ənənəsi ilə bağlı fəaliyyətin uğurla başa çatması idi”. Səfəvilər dövründə şiəliyə münasibət tamamilə fərqli idi və təəssüf ki, bu məsələ istər Sovet, istərsə də Avropa tarixşünaslığlnın nəzərindən məqsədli şəkildə, ya da ki, bilməyərəkdən qaçılmışdır. Bu məsələyə münasibət Türkiyədə “Ələvi-Qızılbaşlıq” tarixini araşdıranlar tərəfindən daha obyektiv şəkildə ortaya qoyulmuşdur. Bu gün səfəvilərin dini yönünü indiki İran siyasi şiəliyinə bağlayanlar da ciddi yanlışlıqlara yol verirlər. Çünki fars şiəliyi ilə türk şiəliyi arasında ciddi fərqlər vardır. Bu günki həyatımızada da bu özünü göstərir. Hazırda Azərbaycanda mövcud olan şiəlik İranda olan siyasi şiəlikdən kəskin fərqlənir və Azərbaycanın şımalında olan şiə əhalinin böyük əksəriyyəti İran siyasi şiəliyini rədd edirlər. Azərbaycanın güneyində isə fars siyasi şiəliyinin ucbatından əhali arasında ateizm günü-gündən artır. Qısaca indiki İran siyasi şiəliyi məqsədlidir və fars şovinizminə xidmət edir. Bu günki fars şiəliyi onların onların ənənəvi dini münasibətlərini özündə əks etdirir və əslində İslam dinində yer alan şiəliyin fars yönümdə təhrifidir. Bunun kökündə Sasani ənənələri dayanır. Burada əsas amil yalnız siyasi məqsəddir. Bu gün Səfəvilərin yaratdığı dövlətin Azərbaycan dövləti və onun dilinin türk dili olduğunu həzm edə bilməyən fars rejimi Səfəviləri özlərinin təhrif etdiyi şiəliyə bağlamaqla onları Sasani varisi hesab edirlər. Çox təəssüf ki, bu cür münasibət bizim tarixşünaslıqda da özünə yer etmişdir. Amma bəllidir ki, fars şiəliyinin kökündə Ərəb hegemonluğu qarşısında özlərinin Sasani kimlyini qoruma və yaşama məqsədi dayanır. Ələvilik-Qızılbaşlıqda isə duyğusal bir Əli (ə) və Əhl-i Beyt (ə) bağlılığı öz əksini tapmışdır. Bunun siyasiləşməsi çox sonrakı dönəmlərə aiddir. Səfəvilər dönəmindəki şiəlik isə Türk/Türkman xüsisiyyətlərini özündə əks etdirən inanc sistemidir və Asiya-Anadolu kültürü üzərində qurulmuşdur. Sonradan şiəliyin sufilik üzərində Səfəvilərdə tam hökmranlığı nəticəsində Ələvi-Qızlnbaşlıq Anadoluda fəaliyyətini davam etdirmişdir. Bu baxımdan Anadolu xüsusi olaraq seçilən bir inanc, düşüncə və kültür bütünlüyüdür. Göründüyü kimi, həmin dövrdə səfəvilərə münasibətdə şiə kəlməsi düzgün işlədilmir. Şah İsmayıla qədər aparılan xətt birbaşa sufilik idi. Şah İsmayıl zamanında başlayaraq daha çox imamilik (isna əşəriyyə) kəlməsi işlənməyə başladı və səfəvilər də 12 imam tərəfdarları kimi çıxış edirdilər. Bütün bunlar səfəvilərin dövlətqurma sisteminə uyğun idi və bu siyasətlə şiələri də ətraflarında birləşdirdilər. Amma Qızlbaşlığın şəriətçi şiəliklə bənzərliyi demək olar ki, yoxdur. Burada diqqət çəkən əsas məqamlardan biri də “On iki imam” düşüncə sistemidir. Anadolu Səlcuqları dönəmində bu sistemin mənimsənib-mənimsəməmə məsələsi aydın deyildir. Çünki qaynaqlarda bu inancın 1400-cü illərdən başlayaraq Anadoluda yayğın olduğu bildirilir. Ələviliyin tədqiqi göstərir ki, onlarda müqəddəs imaların sayındakı fərqlilik önəm daşımır: Yeddi, səkkiz, on bir və ya on iki olmasının bir önəmi yoxdur. Əsas olan Əlidir (ə).Yəni, Əli (ə) inancı, sevgisi və bağlılığıdır. Əli (ə) ağacın gövdəsi, imamlar isə budaqlarıdır (12, 199-200). Bu mənada Şeyx Cüneydi də, Şeyx Heydəri də, Şah İsmayılı da bir ələvidirlər. Bu gün Anadoluda Ələvi Cəmlərində Şah İsmayılın adı gələndə hamı ayağa qalxır. Şah İsmayılın deyimləri bütün Ələvi təkyələrində ilahilər şəklində oxunur. Şah Xətai bir sufi idi. Dilavər Əzimli BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Eurasia Diary
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary
III Bölmə. Azərbaycan XV əsrdə
VIII fəsil. Ağqoyunlu dövləti və Ərdəbil hakimliyi
Səfəvilərin Ərdəbil hakimliyi dövrü neçənci ilə qədərdir?
| 1501 |
| 1576 |
| 1736 |
| 1468 |
CAVAB DÜZDÜR!
Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.
CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin
Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Yazılmış sərhlər
Müəllif: totosa (Əlavə edilib: 01.02.2014 17:37:52)
UZUN HESEN 1468 CI ILDE MUQAVIMETSIZ TUTDU
Şəmsəddin Eldəniz nə vaxt Böyük Atabəy titulunu alıb?
Trabzonun Osmanlılar tərəfindən tutulması?
1461 15 avqust
1472 23 sentyabr
1463 2 noyabr
1458 5 oktyabr
1475 11 avqust
Səlcuq imperatorluğu neçənci ildə yaranıb?
Çaldıran döyüşünün nəticələrindən deyil
Səfəvilərin məğlubiyyəti
Osmanlıların qələbəsi
Qərb diplomatiyasının öz istəyinə nail olması
Türk dünyasının qələbəsi
Hər iki türk dövlətinin zəifləməsi
Sufiyan ərazisində səfəvilərlə osmanlılar arasında döyüş baş verdi:
1589 – cu ildə
1583 – cü ildə
1585 – ci ildə
1581 – ci ildə
Qızılbaşların təkbaşına silah gəzdirmək hüququ ləğv edildi;
Qoşun tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edildi;
Göstərilənlər aiddir:
Məhəmməd Xudabəndəyə
I Şah İsmayıla
I Şah Abbasa
Abbas Mirzəyə
Monqollar Azərbaycanın işğalını başa çatdırmış oldular:
Gəncənin tutulması ilə
Təbrizin tutulması ilə
Dərbəndin tutulması ilə
Şəmkirin tutulması ilə
Ağqoyunlu və Qaraqoyunlu dövlətlərində əhalinin ödədikləri vergilərdən biri deyil:
Naxçıvan şəhəri yaxınlığında hansı qala vardı?
Möminə xatın türbəsi harada inşa edilmişdir?
Naxçıvanda
Atabəylər dövlətinin süqutundan neçə il sonra Əmir Teymur Azərbaycana 3-cü dəfə yürüş etmişdir?
174 il sonra
180 il sonra
194 il sonra
204 il sonra
“Üçillik yürüş” kimi tanınan səfərdə nə baş vermədi?
Təbriz tutuldu
Cəlairi əmirlərinin əsas hissəsi Bağdada qaçdılar
Əlincə qalası süqut etdi
Azərbaycanın idarəsi Teymurun oğlu Miranşaha tapşırıldı
“Hüseyni” təxəllüsü ilə yazan şair:
Fəzlullah Nəimi
İmadəddin Nəsimi
Əvhədi Marağai
Əssar Təbrizi
Çaldıran döyüşü Səfəvi dövlətinin yaranmasından neçə il sonra baş vermişdir?
11 il sonra
13 il sonra
17 il sonra
23 il sonra
Bu şairin fars dilində yazılmış divanı, “Mehr və müştəri”, “Saqinamə” poeması vardır?
Əssar Təbrizinin
Fəzullah Nəiminin
Arif Ərdəbilinin
Əlişir Nəvainin
Əhvədi Marağai Rüknəddinin
1408-ci il Sərdrud döyüşündə qələbə çalmışdır?
Cəlairilər
Teymurilər
Qaraqoyunlular
Şirvanşahlar
Səlcuq dövlətinin yaranmasından neçə il sonra paytaxt Nişapurdan Reyə köçürüldü?
3 il sonra
11 il sonra
5 il sonra
15il sonra
Malatya döyüşü nə vaxt baş verib?
1474 cu il avqustun 11-i
1473-cu il avqustun 11-i
1473-cu il avqustun 1-i
1473-cu il avqustun 12-si
1475-ci il avqustun 12-si
Səfəvilər dövlətində şəhərdə asayişin qorunmasına başçılıq edirdi:
1514-сü ildə baş vermişdir
Çaldıran vuruşması
Sultan Səlimin hakimiyyətə gəlməsi
Ədirnədə fövqəladə divan keçirilməsi
Səfəvi diplomatı Əli bəyin İtaliyaya getməsi
Şah İsmayılın Kiçik Asiyada Qarahisar və Malatya şəhərlərini ələ keçirməsi
Atabəylər dövlətinin yaranmasından neçə il sonra Əlincə qalası süqut etdi?
150 il sonra
250 il sonra
264 il sonra
266 il sonra
Şirvanşahlar dövlətinin yaranmasından neçə il sonra Dərbəndilərin hakimiyyəti başladı?
400 il sonra
408 il sonra
508 il sonra
521 il sonra
Görkəmli alim və dövlət xadimi idi. ölkədəki dar üş -şəfa (xəstəxana)və daruxanalar (aptek) haqqında məlumat vermişdir
Nəsirəddin Tusi
Fəzulullah Rəşiddədin
Məhəmməd Naxçıvani
Əsirəddin Əndəlusi
Hinduşah Naxşıvani
Uzun Həsənin tikdirdiyi abidələri seçin:
1″Həşt-behişt” sarayı.
2.”Qeysəriyyə” bazarı.
3.Marağa rəsədxanası
4.Rəşidiyyə universiteti
5.”Nəsriyyə” məscidi
Qeyseriyye bazarı və Nəsiriyyə məscidini kim tikdirmişdi?
Şah İsmayıl Xətai
Uzun Həsən
Semşeddin Eldəniz
Baharlı sülaləsinin banisinin oğlu hansı illərdə hakimiyyətdə olmuşdur?
Eldənizlər ( Atabəylər) dövləti neçənci ildə yaranmışdır?
Bütün Azərbaycan hansı hadisədən sonra Səlcuq imperiyasının tərkibinə qatıldı?
1038-ci ildə Səlcuq imperatorluğu yaranandan sonra
1054-cü ildə Rəvvadilər tabe edildikdən sonra
Dəndənəkan vuruşmasından sonra
1043-cü ildə paytaxtın Rey şəhəri olmasından sonra
1066-cı ildə Şirvanşahlar tabe edildikdən sonra
Nəyə görə Cəlaləddinin Təbrizə hücumu zamanı işğalçılara qarşı müqavimət göstərmək mümkün deyildi:
Cəlaləddinin qoşununun çox güclü olması
Qala divarlarının zəif olması
Şəhər əyanları və atabəylər arasında birlik olmaması
Cəlaləddinin qoşunundan az olmaları
Dini ayrılıq
Urxan Arranın hansı şəhərlərini tutdu?
Bakı, Şamaxı
Şamaxı, Beyləqan
Beyləqan, Şəmkir
Təbriz, Marağa
Gəncə, Təbriz
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
Comments are closed, but trackbacks and pingbacks are open.