Press "Enter" to skip to content

Səhifəni necə əlaqələndirirəm

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan dilindən Fonetika bölməsinə aid – Qısa konspekt

1.Yazlı və şifahi nitq hansı Vahidlərdən ibarətdir?
Səslər,hərflər,sözlər,cümlələr.

2.Dilin ən kiçik vahididir…
Səs və hərf

3.Fonetika nəyi öyrənir?
Danışıq səslərin

4.Fonetkanın mövzuları Hansılardır?
Ahəng qanunu,heca,Vurğu,səs artımı,Səs düşmü.

5.Fonetika nə deməkdir?
Fone(səs) tika elm.

6.Danışıq zamanı tələfüz etdiymiz səslər nə adlanır?
Danışıq səsləri

7.Danşıq üzvələri hansılardır.?Neçə yerə bölnür?
2 yerə bölnür.fəal və qeyri fəal danışıq üzvləri.

8.Fəal danışıq üzvləri hansılardır?
Dil ,dodaqlar,səs telləri.

9.Qeyri -fəal danışıq üzvləri hansılardır?
Ağız boşluğu,qırtlaq,nəfəs borusu,Ağ ciyərlər.dişlər,burun boşluğu,Alt çənə.

11.Ən fəal danışıq üzvi hansıdır?
Dil

12.Səsləri hərfdən fərqləndirmək üçün nədən istifadə olunur…
Transkribsiyadan

13.Danışıq səslər hansılardır?və nəyə görə təsnif olunur?
.Saitlər
1.Ağız boşluğunda sərbəst və mənasız tələfüz olunur
2.Avazlı olur
3.Heca yaradır
4.Bir sıra hallarda uzun tələfüz olunur
5.Musiqili səslərdir.
.Samitlər
1Agız boşluğunda maneyəyə rast gelir hemin maneyeni def ederek yaranır.
2Küylü bəzən də,avazlı olur
3Heca əmələ gətirmir ,hecanı formalaşdırır
4Uzun tələfüz olunur

14.Danışıq Səslıri əmələ gəlmə yerinə görə neçə yerə bölnür hansılardır.?
1Agız səsləri
2Burun səsləri

15.Burun səsləri hansılardır?
MN

16.Ağız səslər?
MN dan başqa yerdə qalan bütün səslər.

17.Hərf nədir?
Hərf danışıq səsinin yazıdakı şərti işarəsidir.Hərf yazılır və görülür,Səs isə deyilir və eşidilir.

18.Saitlər əmələgılmə yernə görə necə yerə bölnür hansılardır?
3 yerə bölnür.
1Dilin arxa və ön hissəsində yaranmasına görə(dilin üfiqi vəziyətinə görə)
Qalın[a,ı,o,u,]
İncə[ə,e,i,ö,ü]
2Alt çənənin açılma dərəcəsinə və dilin üst damağa doğru qalxıb enməsinə görə
Açıq[a,ə,e,o,ö,]
Qapalı [ı,i,u,ü]
3Dodaqların vəziyətinə görə
Dodaqlanan[o,u,ö,ü]
Dodaqlanmayan[a,ə,e,ı,i,]

19.Eycinsli saitlər necə tələfüz olunur?
Səsin biri düşür ,Biri uzanır
Məsələn:aa[a:]- Saat [Sa:t]
Əə[ə:]-mətbəə [mətbə:]
ii [i:]-bədii [bədi:]

20.Müxtəlif cinslilər necə tələfüz olunur?
Əvəlki səs düşür ikinci səs uzanır.Məsələn:
əa[a:]-Səadət[Sa:dət]
Üə[ə:]-Müəllim[Mə:llim]
Üa[a:]-Müavin [Ma:vin]
ov [o:]-dovşan [do:şan]
öv[ö:]-bənövşə [bənö:şə]

21.Düşmə və uzanma olmayan sözlər hansılardır?
zövq,sövq,şövq,mövsüm,dövran,plov,bülov.və.s

22.Hansı sözlərdirki y əlavə olunur?
Müxtəlif saitin yanaşı gəldiyi bəzi sözlər.
Məs:Ailə[Ayilə],Nailə[Nayilə],Səidə[Səyidə]

23.Hansı sözlərdə dəyşilik baş vermir?

Aktual,Sauna,sual,fauna,bəraət,sücaət,xaos,Məcmuə,mətbuat

24.Hansı sözlər o ilə yazlır a kimi tələfüz edilir,?
Rus Avropa mənşəli sözlər.proqram[praqram],motor[motor],orjinal[orjinal],Moskva [Maskva].
Sonu a,ə,saitlərlə bitən çoxhecalı sözlərə y ilə başlayan şəkilçi qoşulduqda tələfüz zamanı həmin saitlər qapalı saitə kecir.Məsələn:
Ana+ya,Başla+yır, və s.

25.Sözə isimin hansı halının şəkilcisin artırdıqdça söz fərqli tələfüz olunur?
Yönlük hal.Məsələ:Dolcaya [dolcuya]

26.Ea səs birləşməsi necə tələfüz olunur.?
Ea -iya kimi Məsələn.Teatr [Tiyatr] okean [okiyan].

27.Samit səs nədir?
Ağız və boğaz boşluğunda maneyəyə rast gələrək tələfüz edilən ,küyün iştirakı ilə əmələ gələn səslərlərə samit səslər deylir.

28.Səs tellərinin iştirakına görə samitlər necə yerə bölnür və hansılardır?
2 yerə bölnür
1cingiltili 2 kar

29.Cingilitili samitlər hansılardır?
[B],[c],[d],[g],[ğ],[j],[q],[l],[m],[r],[v],[y],[z].

30.Kar samİtlər hansılardır?
[ç],[f],[h],[x],[x],[k],[k],[p],[s],[ş],[t].

31.Sonor nədir?
Qarşılığı olmayan

32.Hansı cingiltili samitlər sonordur?
[L,M,N,R,]

33.Hansı kar samit sonordur?
[H]

34.Samitlərin tələfüzü zamanı hansı hadisələr baş verir?
Qq da Birinci qalanlarında ikinci səs öz qarşılığı ilə əvəz olunur
Məsələn:
Qq[kq]-doqquz[dok’quz]
tt[td] hətta [hətda]
Pp[pb]tappıltı [tapbıltı]
Kk[kg] səkkiz -[səkgiz]
Yy[y] vəziyyət [vəziyət]

35.Hansı sözlər Yy ilə yazlır və Yy ilədə tələfüz edilir?
Niyyət ,Qəyyum, səyyarə və.s

36.K,q samitlə olan sözlərdə K-y q-ğ əvəzlənməsin nədən bilmək olar ?
Saitlə başlayan söz və şəkilci əlavə edildikdə.məs:çörək+ə-çörəyə,tuyuq+un-tuyuğun.

37.Sonu X və ğ tələfüz edilən sözlər necə yazlır?
Q hərifilə

Məsələn:qoruq-[qorux],tuyuq-tuyuğ və s.

38.Hansı sözlər NB-[Mb]kimi tələfüz olunur?

Mənbə[məmbə],minbər[mimbər].Şənbə [şəmbə],zanbaq [zambax].

39.Mb ilə yazlıb və Mb ilə də tələfüz edilənlər hansılardır?
Kömbə,kombinat,pambıq,

40.Sonu [n,M] ilə bitən sözlər hansı halda [nan] kimi tələfüz edilir?
Çıxışlıq
İnsan-dan[insannan]

41.Hansı qoşa islənə samitlərdə dəyşilik baş vermir ?
ll,dd,şş,ss,ff,cc.
Məsələn :güllə,addım,təəssüf,yeddi,təəcüb,meşşan,tənəffüs,şəffaf vəs.

42.Sonu ç olan sözlər özündən sonra samit gəldikdə necə tələfüz edilir ?
Ş kimi məsələn üç+dür[üşdü] və.s

43.Sözə saitlə başlayan söz və şəkilci artırdıqda söz sonundakı samit neçə olur?(Yada saxla)
Cingiltiləşir.məsələn dörd[d] adam..Dör[t] dəftər.

44.Tək hecalı sözlərə sonunda qoşa samitlərin hər ikisi yazlır?
Bəli

45.Tək hecalı sözlərə samitlə başlayan şəkilci olduqda neçə olur?
Samitin biri düşür,məsələn:sirr+lər,hissiz-his+siz,fənn+lər-fənlər.

46.Heca nədir?
Sözün asanlıqla bölünən hissəsi

47.Heca nəyə əsaslanır?
Sait səslərə

48.Yaranmasında hansı səs işturak edir?
Samit səs

49.Hecanın necə növü var hansılardır?
2 acıq və qapalı

50.Acıq heca nədir?
Saitlə bitən

51.Qapalı heca nədir?
Samitlə bitən

52.Heca nəyə əsaslanır?
Sözlərin yazlış qaydasına

53.Ahəng qanunu nədir?
Qalın və incə saitlərin bir-bir ni izləməsinə

54.Saitlərin ahəngi necə yerə bölnür?
2 yerə.incə və qalın saitlərin ahəngi

55.Damaq ahəngi nədir?
Sözdə ya qalın,ya da ki,incə saitlərin bir birni izləməsi.məsələn Baba .və.s

56.Dodaq ahəngi nədir?
Dodaqlanan saitlərin bir-birini izləməsi

57.Türk dillərində bu qanun necə adlanır?
Türk dillərinin Dəmir qanunu.

58.Ahəng qanununa tabe olmayan sözlər hamsı alınmadır?
Xeyir istisnalar var, məsələn,ilğım,işıq,ilan,ilxı,inam,inanc,inanmaq,ildırım,ilıq,işartı,iraq ,işıldamaq,quzey və.s

59.Vurğunun neçə növü var?
3

60.hansılardır?
1.Heca 2.Məntiqi 3.söz

61.Heca vurğusu nədir?
Sözdə hecaların birinin digərinə nisbətən qüvvətli deyilməsidir.

62.Vurğu qəbul etmiyən şəkilcilər hansılardır?
İsimləri şəxs səkilçisi(am,san,dır,ık,sınız,dır,lar)
İdi,imiş,isə.felin zaman şəkilciləri,ilə qoşması,felin inkar ma şəkilçisi ca qoşması.Feli bağlama şəkilcisi madan,arkən,soyad düzəldən şəkilcilər ov,yev,ova,yeva,.Felin şəxs -kəmiyət şəkilcisi.Zərf düzəldən Casına.dək,can qoşma,mı ədatı,

63.Vurğu qəbul edən şəkilcilər?
Dır -icbar növ
İn-mənsubiyyət,yiyəlik,leksik şəkilci kimi
Sa -şərt şəkilciso kimi.
La şəkilçisi.
Ma -feldən isim düzəldən kimi.
Və.s

64.Əlifba nəyə deyilir?
Həriflərin sıra ilə düzluşünə

65.Əlifbamızda necə səs,neçə hərf var?
32 hərf,34 səs.

66.Fonetik təhlil hansı qaydalara əsaslanır?
Sözün səs və hərf tərkibi göstərməlidir
Sait səslər növlərinə görə təhlil edilir
Samit səslər növlərinə görə təhlil edilir
Sözün heca və vurğusu gözlənilir
Sözdə ahəng qanunu gözlənib,gözləmədiyi göstərilir.

67.Fonetik təhlil zamanı nələr yazıya (orfiqrafik normaya)görə aparılır?
Ahəng qanunu,heca,Vurğu.

68.Fonetik təhlil zamannı nələr bəs təlləfüz orfoepiay normasına əsasən aparılır?
Səslər,sait və samit səslərin növləri,sözün səs tərkibi .

Hazırladı :Ayəddin Ələskərli
Abituryent Miq və DQ hazırlığı.
Əlaqə nömrəsi: O70 874 32 38

Əməli yazi nümunələri

(ərizə, tərcümeyi-hal, izahat, elan, bildiriş, reklam, anons, afişa, arayış, protokol, rəy, teleqram, annotasiya, akt, məktub, vəkalətnamə, əmr, etiket, hesabat, referat).

1. Ərizə

Ərəbcə «ərz» sözündən olub müraciət, ərz etmək mənasını verir. Bəzən rəsmi şəkildə yazılan müraciət də ərizə hesab edilir, lakin bu müraciət müəyyən formaya malikdir.

Ərizənin məzmuna görə iki növü vardır:

  • Şikayət xarakteri daşıyan ərizə.
  • Xahiş məqsədilə yazılan ərizə.

Ərizəyə verilən tələblər:

  • Kiməkim tərəfindən yazılır.
  • Məzmun qısa, faktlar konkret olmalıdır.
  • Ərizəçinin öz xətti ilə yazılmalıdır.
  • Sonda imzatarix: il, ay, gün göstərilməlidir.

2. Tərcümeyi-hal

Ali və orta ixtisas məktəblərinə daxil olarkən, işə girərkən, müəyyən bir təşkilata üzv olarkən, rəhbər vəzifəyə çəkilərkən, mükafata təqdim olunarkən yazılır.

Tərcümeyi-hala verilən tələblər:

  • Şəxsin doğulduğu il, ay, gün, yer dəqiq göstərilir.
  • Faktlar ardıcıl sadalanmalıdır.
  • Şəxsin öz xətti ilə yazılmalıdır.
  • Sonda imzatarix göstərilməlidir.

3. İzahat

Ərəbcədir, «izah» sözünün cəmidir və müəyyən hərəkəti aydınlaşdırma mənasını verir. Yazılı və şifahi, sadə və müfəssəl olur.

İzahata verilən tələblər:

  • Kiməkim tərəfindən yazılır.
  • Məzmunu aydın olmalıdır.
  • Şəxsin öz xətti ilə yazılmalıdır.
  • Sonda imzatarix: il, ay, gün göstərilməlidir.

4. Elan

Elan çap olunmuş xəbər mənasını bildirir. Müəyyən məlumatın əvvəlcədən çatdırılması nəzərdə tutulur.

Elana verilən tələblər:

  • Məzmunu aydın qeyd olunmalıdır.
  • Vaxtı dəqiq göstərilməlidir.
  • Tədbirin keçiriləcəyi yer yazılmalıdır.
  • Tədbirin təşkilatçısı qeyd olunmalıdır.

Elanın aşağıdakı növləri vardır: bildiriş, reklam, afişa, anons.

  • Bildiriş — əsl Azərbaycan sözüdür: bir məsələ barədə əvvəlcədən verilən xəbərdir.
  • Reklam — latıncadır: qışqırmaq mənasını verir.
  • Afişa — fransızcadır: tamaşa, konsert, idman yarışı haqqında elan deməkdir.
  • Anons — fransızcadır: müəyyən bir məsələ ilə bağlı radioda, televiziyada və mətbuatda əvvəlcədən verilən elandır.

5. Arayış

Arayış əsl Azərbaycan sözüdür. Hər hansı bir şəxsin kimliyini təsdiq etmək üçün müəyyən bir təşkilat tərəfindən verilir.

Məzmununa görə sadə (şəxsə aiddir) və mürəkkəb (təşkilatlara aiddir) olur.

Arayışa verilən tələblər:

  • «Arayış» sözü vərəqin ortasında yuxarıda yazılır.
  • Aşağıda sol tərəfdə ştamp üçün yer buraxılır, sağ tərəfdə isə şəxs haqqında əsas məlumat verilir.
  • Təqdim olunduğu yer göstərilir.
  • Sonda imza və möhür

6. Protokol

Protokol yunancadır, «protok» ilk vərəq, «kolos» isə yapışdırmaq deməkdir. İkiyə qədər (az) məsələni əks etdirən sadə, ikidən çox məsələni əks etdirən mürəkkəb protokol hesab edilir.

Protokol üç halda yazılır:

  • iclasdakı çıxış və qərarları əks etdirmək üçün;
  • qaydanın pozulmasını bildirmək üçün;
  • dövlətlərarası münasibətlər zamanı yazılır.

Protokola verilən tələblər:

  • Yuxarıda vərəqin ortasında «Protokol» sözü vənömrə böyükhərflə yazılır.
  • Təşkilatın adı, tarixvə yer göstərilir.
  • İştirakçıların sayı göstərilir, sədrvə katib seçilir.
  • Gündəlikməsələlər, Eşidildi, Çıxışlar, Qərar yazılır.
  • Sonda sədr və katibin imzası

7. Rəy

Rəy ərəbəcədir, fikir, mülahizə mənasını verir. Əsər, tamaşa, kurs işi, dissertasiya işi haqqında mülahizə, fikir, resenziya deməkdir.

Rəyə verilən tələblər:

  • Kimə və nə haqdayazıldığı göstərilir, səhifənin ortasında «rəy» sözü yazılır.
  • Nə barədədirsə, onun müsbətvə mənfi cəhətləri göstərilir.
  • Rəyçi tərəfindən irəli sürülən təklifvə tövsiyələr yığcam şəkildə ifadə olunur.
  • Sonda rəyçinin adı, soyadı və atasınınadı yazılır vəimza qoyulur, tarix — gün, ay, ilbütöv şəkildə göstərilir.

8. Teleqram

Teleqram yunancadır, «tele» uzaq, «qramma» yazmaq deməkdir. Teleqramın iki növü vardır:

Teleqrama verilən tələblər:

  • Şəxsin adı, soyadı və ünvan dəqiq göstərilməlidir.
  • Teleqram yığcamvə aydın olmalıdır, çalışmaq lazımdır ki, az söz işlədilsin.
  • Burada rəqəmlər hərflə yazılır və hər bir söz, rəqəm ayrıcapul hesablanır.

9. Annotasiya

Annotasiya latıncadır, «annotomik» sözündəndir və «qeyd aparmaq», «əlavə» deməkdir. Əsas mənası kitab, jurnal və məqalələrin məzmununun qısa şəkildə şərhidir. Annotasiyanı, əsasən, müəllifin özü yazır.

Annotasiyaya verilənt tələblər:

  • Müəllifin adı və soyadı verilir.
  • Kitabın adı, nəşriyyatı, çap olunduğu şəhər və həcmi göstərilir.
  • Kitabın nə haqda yazıldığı bildirilir.
  • Nə məqsədlə və kimin üçün yazılması öz əksini tapır.

10. Akt

Akt latıncadır, «aktos» sözündəndir və hərəkət, hadisə, cinayət işi deməkdir. Müxtəlif növləri vardır:

  • cinayət aktı — cinayət işi ilə bağlı olur
  • dövlət aktı — dövləti əhəmiyyəti olan fərman, qərar
  • müəyyən faktı açmaq üçün olan akt-yararsız işin sübutu
  • mürəkkəb (xüsusi) akt — bir neçə faktı əks etdirir.

Akta verilən tələblər:

  • «Akt» sözü vərəqin yıxarı hissəsində, ortada və böyük hərflə yazılır.
  • «Akt» sözündən sonra sol tərəfdə aktın tərtib edildiyi yer, sağ tərəfdə isə tarix — gün, ay, il göstərilir.
  • Aktı tərtib edənlər göstərilir.
  • Yoxlama haqqında dəqiq məlumat verilir və müddəti həm rəqəm, həm də hərflə göstərilir.
  • Nəticə yazılır.
  • Sonda aktı tərtib edənlərin imzası

11. Məktub

Məktub ərəbcədir, əməli yazının ən geniş yayılmış və sərbəst formasıdır. Məktublar iki cür olur: rəsmi və qeyri-rəsmi şəxslərin yazdıqları.

Məktub aşağıdakı hissələrdən ibarətdir:

  • Müraciət hissəsi — başlıq sayılır.
  • Ümumi hissə — şəxslərin əhvali-ruhiyyəsi və vəziyyəti öz əksini tapır.
  • Fərqləndirici hissə — məktubun əsas məzmununu əhatə edir.
  • Yekunlaşdırıcı hissə — sonluq.

12. Vəkalətnamə

Vəkalətnamə ərəbcə vəkalət və farsca namə sözlərindən ibarətdir, vəkillik kağızı deməkdir. Həm təşkilatlara, həm də müəyyən şəxsə aid ola bilər. Təşkilatlara aid vəkalətnamə mətbəədə xüsusi formada hazırlanır.

Vəkalətnaməyə verilən tələblər:

  • Vəkaləti verən və verilən şəxslərin adı, atasının adı, soy adı və vəzifəsi göstərilməlidir.
  • Alınacaq və ya etibar ediləcək malın məzmunuvəkalətnamənin müddəti həm rəqəm, həm də hərflə göstərilir.
  • Vəkalətnaməyə məsul olan şəxsin imzası və şəxsiyyət vəsiqəsinin göstəriciləri.
  • Vəkalətnamənin verildiyi

13. Əmr

Əmr ərəbcədir; hökm, göstəriş və sərəncam mənalarını verir. Rəsmi sənədlərə aiddir.

Əmrə verilən tələblər:

  • Vərəqin yuxarı hissəsində müəssisənin adı, təzə sətirdə əmrin nömrəsi yazılır ( Əmr N® 1).
  • Sol tərəfdə tərtib edildiyi yer, sağ tərəfdə isə tarix -gün, ay, il göstərilir.
  • Əmrin məzmunu dəqiq və aydın ifadə olunur.
  • Sonda təşkilat rəhbərinin adı, soyadı, atasının adı yazılır və möhürlə təsdiq edilir.

14. Etiket

Etiket fransızcadır, yarlıq mənasını verir. Satılacaq malın, yaxud eksponatın üstünə yapışdırılan və onu səciyyələndirən mətn.

15. Hesabat

Hesabat ərəbcədir, «hesab» sözünün cəmidir və görülmüş işin nəticəsi haqqında rəsmi məlumat mənasını bildirir.

Hesabata verilən tələblər:

  • İnandırıcı olmalıdır.
  • Faktlar və rəqəmlər dəqiq verilməlidir.
  • Təkrarlara yol verilməməlidir.
  • İctimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır.
  • Əvvəlində onun yazan şəxsin adı, atasının adı və soyadı göstərilməlidir, sonda imza qoyulmalıdır.

16. Referat

Referat latıncadır, məruzə etmək, məlumat vermək mənalarını bildirir. Referatda elmi əsərin, kitabın xülasəsi verilir. Ədəbi yaradıcılığa həsr edilmiş məruzə mənasında da işlədilir.

Referata verilən tələblər:

  • Vərəqin əvvəlində ortada «Referat» sözü, onun altında isə mövzununadı qeyd olunur.
  • Planı verilir və sonra məzmunu yazılır. (Bəzən plansız da ola bilər.)
  • Sonda müəllifin adı, atasının adı, soyadıtarix yazılır.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Azərbaycanın yeni orfoqrafiya lüğətində bəzi sözlərin yazılış forması dəyişdirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli cümə axşamı Trend-ə bildirib ki, yeni orfoqrafiya lüğəti əvvəlkindən çox fərqlənəcək. Orada rus dilindən alınma və sonu rus dilində olduğu kimi, “a” ilə bitən bır sıra sözlərdə “a” hərfi götürüləcək. Məsələn, “metafora” sözü metafor, “marfema” sözü marfem kimi yazılacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilən orfoqrafiya lüğəti yenidən hazırlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli cümə axşamı Trend-ə bildirib ki, yeni orfoqrafiya lüğəti əvvəlkindən çox fərqlənəcək. Orada rus dilindən alınma və sonu rus dilində olduğu kimi, “a” ilə bitən bır sıra sözlərdə “a” hərfi götürüləcək. Məsələn, “metafora” sözü metafor, “morfema” sözü morfem kimi yazılacaq.

Yeni lüğətə görə, artıq kompüter sözü bir çoxlarının yazdığı və əvvəlki lüğətdə göstərildiyi kimi, “kompyuter” kimi deyil, “kompüter” kimi yazılmalıdır.

“Şeir” sözü “i” ilə yazılırdı, amma “feil” sözündə isə “i” saiti yazılmırdı. İndi “feil” sözündə “i” saiti də yazılacaq”, – Veysəlli əlavə edib.

O, əvvəlki lüğətdə mürəkkəb söz kimi verilən bəzi birləşmələrin də yeni orfoqrafiya lüğətində öz əksini tapmayacağını açıqlayıb.

Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədov isə cümə axşamı Trend-ə deyib ki, yeni lüğətə “diskresiya”, “toparlamaq”, “transsərhəd”, “aksesuar”, “ağır-cəngi”, “kimlik” (şəxsiyyət vəsiqəsi kimi), super-yaxta, super-market, ober-şturmbannfürer, ober-ştrumfürer, ober-leytenant, ober-zabit və s. daxil ediləcək. Cism sözü cisim kimi yazılacaq. Vitse, super, ober, anti, eks sözlərindən sonra isə defis işarəsi qoyulacaq.

Məmmədov bildirib ki, yeni lüğət artıq çap olunmaq üçün “Qərb və Şərq” nəşriyyatına təqdim edilib. Onun yaxın aylarda işıq üzü görəcəyi gözlənilir.
Qeyd edək ki, bu yaxınlarda yayılan məlumatlarda Dilçilik İnstitutu tərəfindən hazırlanmış yeni orfoqrafiya lüğətinin Prezident Administrasiyası tərəfindən narazılıqla qarşılandığı bildirilmişdi.

İnstitutun direktor əvəzi Fəxrəddin Veysəlli isə həmin lüğətin onun rəhbərlik etdiyi quruma aid olmadığını və hazırladıqları lüğətin bu günlərdə çap üçün nəşriyyata təqdim edildiyini bildirib.

Comments are closed, but trackbacks and pingbacks are open.