Press "Enter" to skip to content

Səhih müslim

Hz Peyğəmbərin (s) Quran ayələrini unutması iftirası

“Səhihi-Buxari” və “Səhihi-Müslüm”dəkidəki bütün hədislər səhihdirmi ?

Əhli sünnə “Səhihi-Buxari” və “Səhihi-Müslüm”mü Qurandan sonra ən mötəbər kitab sayırlar . Amma mənə bir şey maraqlıdır :

Əhli Sünnə bu kitablardakı bütün hədisləri səhih bilir yoxsa .

Сообщение отредактировал reservoir engineer: 27 Декабрь 2010 – 19:07

Zillət bizdən uzaqdır !

#2 master_ier

master_ier

Отправлено 29 Декабрь 2010 – 01:58

Səhih Müslimə şərh yazan Nəvəviyə Buxari və Müslimin “Səhih”lərinə, məşhur “Müsnəd” kitablarında, Əbu davudun, Tirmizinin, Nəsainin “Sünən”lərində səhih olmayan, yaxud batil hədislərin olub-olmaması soruşulur. O cavabında deyir:

Buxari və Müslimdəki hədislər səhihdir. Sünələr və müsnədlərin əksəriyyətinə gəldikdə isə onlarda səhih, həsən, zəif, münkər və batil hədislər var.

İbnül-Əttar, Fətava, s.246-247

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin.

#3 reservoir engineer

reservoir engineer

Raqib Awwal – Master Seargeant

Отправлено 30 Декабрь 2010 – 12:50

Səhih Müslimə şərh yazan Nəvəviyə Buxari və Müslimin “Səhih”lərinə, məşhur “Müsnəd” kitablarında, Əbu davudun, Tirmizinin, Nəsainin “Sünən”lərində səhih olmayan, yaxud batil hədislərin olub-olmaması soruşulur. O cavabında deyir:

Buxari və Müslimdəki hədislər səhihdir. Sünələr və müsnədlərin əksəriyyətinə gəldikdə isə onlarda səhih, həsən, zəif, münkər və batil hədislər var.

İbnül-Əttar, Fətava, s.246-247

Allah razı olsun qardaş.

Amma görək “əhli sünnə” nə cavab verəcək ,onların cavabından aslı olaraq yeni suallarım olacaq

Zillət bizdən uzaqdır !

#4 Kanan_313N

Kanan_313N

Отправлено 30 Декабрь 2010 – 15:16

Bismillah,həə,səhih sayırlar
Əbu Hureyrə nəql edib: Rəsulullahdan (s) eşitdim deyirdi: “İlahi Muhəmməd də bir bəşərdir. Adi bəşər necə qəzəblənir o da o cür qəzəblənir. Mən səninlə əhd peyman bağlamışam. İlahi mənimlə bağladığın peymana xilaf etməyəsən! Hər vaxt bir mömini incitsəm ya ona nasəza desəm və ya ona şallaq vursam etdiyim əməli onun üçün kəffarə kimi qərar ver. Həmin əməli Qiyamətin günündə onun üçün sənə yaxın olmağa vasitə qərar ver”(Səhih Muslim kitab 45, əl-birr vəssilə vəl-ədəb bab 25, mən ləənəhunnəbiy (s) ov səbbəhu ov dəa ələyhi cild.4, səh 2008 hədis 2601 mətbəə “daru ihyautturas” Beyrut, Səhih Buxari kitabuddəəvat, bab qovlunnəbiy (s) mən azəytəhu. cild 8, səh 435 “darul-qələm” Beyrut)

“Get Muaviyəni mənim yanıma çağır” Mən Muaviyəni çağırmağa getdim. Muaviyə dedi:- mən yemək yeyirəm. Mən Rəsulullahın yanına qayıdıb Muaviyənin yemək yediyi üçün gəlmədiyini xəbər verdim. Rəsulullah (s) yenə də təkidlə Muaviyəni onun yanına çağırmağı əmr etdi. Mən ikinci dəfə yenə də onun yeməyə məşğul olduğunu xəbər verəndə Rəsulullah (s) dedi: “Allah heç vaxt onun qarnını doyuzdurmasın”(Səhih Muslim kitabul-birri vəssilə 2/968, hədis 1827 mətbəə Darussəlam Məkkə)

Əbu Hureyrə nəql edib: Cəm namazı qılmaq üçün camaat cərgələri qurdular. Rəsulullah (s) gəlib namazdakı yerində duranda yadına düşdü ki, qusl etməyib, camaata tərəf dönüb dedi:-“Yerinizdə durun!” Sonra Rəsulullah (s) qusl etmək üçün evinə qayıtdı. Bir qədər keçəndən sonra Rəsulullah (s) saçlarını darayan halda bizə tərəf qayıtdı. Biz cərgələrdə durduğumuz halda o qusl etmişdi. (“Sünəne Əbu Davud” kitabuttəharət bab 94, 1/110, “Səhih Buxari” kitabulazan, bab iza qaləl imamu məkanəkum hətta rəcəə 1/ 164)

Huzeyfə nəql edib:- “Rəsulullahın (s) ilə bir qəbilənin zibillərini tulladıqları xarabalığa yetişəndə Həzrət (s) orada dayanıb ayaq üstə bovl etdi. Mən bir qədər uzaqda dayandım. Rəsulullah (s) dedi: Yaxın gəl. Mən də o qədər yaxın getdim ki, onun arxasında dayandım. Rəsulullah (s) dəstəmaz aldı və ayaqlarına məsh etdi”.(“Səhih Muslim” bab 29, əl-məsh ələl-xoffeyn hədis137, 1/116, “Səhih Buxari” kitabul vuzu, ayaq üstə və oturan halda bov etmək babu 1/66, “Sunəne Əbu Davud” kitabuttəharət, bab 12, ayaq üstə bovl etmək, cild 1, səh 53)
“Səhih Buxari” kitabına şərh yazmış Nəvəvi bu hədis haqda deyib:- “Rəsulullahın ayaq üstə bovl etməsinə görə alimlər o cümlədən Xəttabi, Beyhəqüi və s. həmçinin Şafei bir neçə izahat söyləyiblər:
1. O zaman ərəblər bel ağrısını müalicə etmək üçün ayaq üstə bovl edərdilər. Deməli Rəsulullah (s) ayaq üstə bovl edəndə onun belində ağrı olub.
2. Beyhəqi deyib ki, ola bilsin Rəsulullahın (s) dizinin altında yara olub və o Həzrət bovl etmək üçün otura bilmədiyindən ayaq üstə bu işi görməyə məcbur olub.
3. Ola bilsin Rəsulullah (s) oturmaq üçün yer tapa bilmədiyindən ayaq üstə bovl etməyə məcbur olub. Çünki zibilliyin qarşı tərəfi yoxuş olub.
4. İmam Əbu Əbdillah Mazəri və Qazi Əyaz ® deyiblər: Rəsulullahın adətinə zidd olaraq ayaq üstə bovl etməsinin səbəbi bu ola bilər ki, qarşı tərəfdən (zibillikdən) nagəhan bir kəs çıxıb onu görməsin deyə o Həzrət ayaq üstə bovl etməyə məcbur olub. Buna görə də Ömər deyib ki, ayaq üstə bovl etmək arxanı gözləməkdən daha etibarlıdır.
5. Rəsulullahın adəti həmişə oturan halda bovl etmək olub, amma mümkündür ayaq üstə bovl etməsinin səbəbi camaata göstərmək istəyib ki, ayaq üstə də bovl etmək olar və Aişənin nəql etdiyi hədis “Hər kəs sizə nəql etsə ki, Rəsulullah (s) yalnız ayaq üstə bovl edərdi onun sözünü təsdiqləməyin” buna dəlalət edir”.(Səhih Muslim Nəvəvinin şərhi, kitabu təharət, bab əl-məsh əla xoffəyn cild 3, səh 165)

Rəsulullahın (s) həyat yoldaşı Aişə nəql edib:- “Birimiz heyz olanda Rəsulullah (s) ona fitə (qurşaqdan aşağıya parça) bağalamağı əmr edərdi və ondan sonra yaxınlaşq edirdi” (Səhih Muslim 3-cü kitab heyz, bab 7, 1/135 hədis 177, Səhih Buxari kitabul heyz, 1/83)

Aişə deyir: “Mən heyz olduğum halda mənə fitə bağlamağı əmr edərdi və sonra mənimlə yaxınlıq edərdi” (Musnəde Əhməd ibn Hənbəl , musnəde Aişə cild 6, səh 209, 113, 134, 143)
Əlbəttə İbn Həcər Əsqəlani hədisdə “mubaşirət” sözünün cinsi əlaqə yox bədənin digər üzvləri ilə təmasda olması kimi izah etməyə çalışıb. (“Fəhul bari” kitabul heyz, bab 5, cild 1, səh 403) -yuxarıdakılarla əlaqəli olduğunda yazdım.
Amma səhv ediI:Ərəb dilində ən mühüm lüğətnamələrdən olan “lisanul-ərəb” kitabında (1/413) deyilir:- “mubaşirət” yəni “mucamət”(cinsi yaxınlıq).
Quani-kərimin kəlimələrini araşdıran “Məcməul-Bəhrəyn”:-“başiruhunnə” ey “camiuhunnə” (yəni cinsi əlaqədə olun).

Aişə ® nəql edib: “Rəsulullah məsciddə bir kişinin Quran oxuduğunu eşidəndə dedi: Allah ona rəhmət etsin. Filan surədən və filan surədən yaddan çıxartdığım filan ayəni və filan ayəni yadıma saldı” (Səhih Buxari, kitabu şəhadat, bab şəhadətu ə`əma, cild 3, səh 225, Səhih Buxari kitabu də`vat bab qolullahi təala “və səlli ələyhim.. ” cild 8, səh91)

Mən bilmirəm məhzəb təəssübkeşlərinə Allah qiyamətdə nə cəza verəcək,amma yaxşı cəza verəcəyinə əminəm.İnsan bu qədər təəssükeş olarmı ki,Allahın Rəsuluna şər ata üstəlik namusuna toxuna.

#5 reservoir engineer

reservoir engineer

Raqib Awwal – Master Seargeant

Отправлено 05 Январь 2011 – 16:34

Hz Peyğəmbərin (s) insanları qəfil tutmaq iftirası

Buxari, Səhih’inn “Diyət Kitabı, Biri Başqasının Evinə Baxar Da Gözünü Çıxarsalar Diyəti Olmaz Babı”nda; Müslim isə, Səhihinin “Ədəb Kitabı, Başqasının Evinə Baxmanın Haram Olması Babı”nda Ənəs min Malikdən belə nəql edərlər:

“Adamın biri gizlicə Rəsulullahın otaqlarından birinin içinə baxırdı. Rəsulullah əlinə bir bıçaq alıb gizlincə ona doğru irəlilədi. Rəsulullah (s. a. a.) o adamı qəfil ovlayaraq bıçaqlamaq istəyir kimi idi.” – Səhih-i Buxari, c. 8, s. 66 ve c. 9, s. 13; Səhih-i Müslim, c. 3, s. 1699, h. 2157.

Rəsulu Əkrəmin uca əxlaqı qətiliklə belə bir hadisəyə icazə verməz. O, möminlərə qarşı rauf və rəhmdir; bu adama islamı ədəbi öyrətməli və bu işin haram olduğunu bildirməlidir. O, qətiliklə əlinə bıçaqı götürüb gizlicə arxadan gələrək adamı yaralayıb gözünü çıxarmağa cəhd etməz. Qaldı ki o adamın pis bir niyyəti olduğu da bilinməməkdədir. Çünki o otaq Rəsulullahın arvadlarından birinin otağı deyildi. Ənəs min Malikin də o otaqda olması bunun ən açıq dəlilidir.

Hz Peyğəmbərin (s) müsəlmanlara ağır işgəncələr verməsi iftirası

Buxari, Səhihinin “Tibb Kitabı, Dəvənin Südündən Dərman və Dəvənin Sidiyindən Dərman Babları”nda Ənəsdən belə nəql edər:

“Xalqdan bir qrup xəstə olmuşdu. Bunun üzərinə Rəsulullaha gedərək; “Ya Rəsulullah! Bizə sığınacaq və yemək ver.” dedilər. Rəsulullah, onları dəvələrin çobanının yanına göndərərək dəvələrin südü və sidiyindən içmələrini söylədi. Onlar da dəvələrin südündən və sidiyindən içdilər. Beləcə xəstəlikdən xilas oldular. Amma çobanı öldürüb dəvələrini oğurladılar. Peyğəmbər (s. a. a.) arxalarından adam göndərərək onları yaxalatdı. Sonra onların əllərini və ayaqlarını kəsdi və qızğın mismar ilə gözlərini çıxardı. Nəhayət onların, dilləriylə yeri yaladıqları halda öldüklərini gördüm.” – Səhih-i Buhari, c. 7, s. 159 – 160.

Rəsulullahın özü, işgəncə etməyi və bədənləri parçalamağı qadağan etdiyi halda, özü belə bir cinayəti işlərmi? Hansı Müsəlman bunu qəbul edə bilər? Çobanı öldürdülər deyə qızğın mismarla gözlərini çıxararmı? Onların çobana eyni işi etdiklərini farz etsək belə, Rəsulullah hadisəni araşdırıb qatili tapmadan, istisnasız hamısını necə öldürə bilər? Biri; “Onların hamısı ortaq şəkildə çobanı öldürmüşlər idi.” deyə bilər. Yaxşı Rəsulullah onları bağışlaya bilməz idimi? Çünki onlar Müsəlman idilər. Bunun dəlili isə Peyğəmbər əfəndimizə “Ey Allahın Elçisi!” deyə xitab etmələridir. Görəsən Rəsulullah (s. a. a.) Allah Təalanın bu sözünü eşitməmiş idimi: “Əgər cəza verəcəksinizsə, sizə edilənin eynisini onlara edin. Amma əgər səbr etsəniz, bu səbr edənlər üçün daha xeyirlidir.” – Nəhl 126

Bu ayənin nüzul səbəbi budur: Rəsulullah (s. a. a.), əmisi Həmzəni şəhid edərək ciyərlərini yeyib bədənini parçaladıqlarını görüncə; “Allah mənə qüdrət versə, onlardan yetmiş adamı parça parça edəcəyəm.” dedi. (Bəzi rəvayətlərdə belə keçər.) Bu ayə nazil olunca Rəsulullah (s. a. a.); “Allahım səbr etdim.” dedi. Beləcə əmisinin qatili Vəhşi və onun bədənini parçalayaraq ciyərlərini yeyən Hind’ i bağışladı.

Buxaridən nəql etdiyimiz rəvayət o qədər ürküdücüdür ki, rəvayəti nəql edən şəxs belə bunu bir az yüngülləşdirmək üçün belə deyər: “Qatadə deyir ki: Məhəmməd ibn Sirin, bu hadisənin hüdud (cəza) hökmləri enmədən əvvəl baş verdiyini söyləyər. “

Bildiyimiz kimi Rəsulullah (s. a. a.), heç bir mövzuda özündən hökm verməzdi. Ən kiçik bir işdə belə vəhyi gözləyərdi. Bu Rəsulullah, xalqın canıyla əlaqədar olan cəza qanunları kimi əhəmiyyətli bir mövzuda necə olar da vəhyi gözləməz?!

Bu rəvayətlər üzərində bir az düşünən bir şəxs dərhal bu nəticəyə çatar: Əməvi hökmdarları və onların tərəfdarları, işlədikləri cinayətləri və günahsız insanları qorxunc şəkildə cəzalandırmalarını şərh edə bilmək üçün bu rəvayətləri uydurmuşlar. Necə ki bu rəvayətin sonunda deyilən sözlər də bunu təsdiq edər. Rəvayətin sonunda belə keçər:

“Salam deyər ki: Haccac, Ənəs min Malikə; “Rəsulullahın verdiyi ən ağır cəza nə idi?” deyə soruşduqda, Ənəsin bu hədisi nəql etdiyini eşitdim. Bu xəbər Həsənə çatınca; “Kaş ki bu hədisi Haccaca nəql etməsəydi!” dedi.” – Səhihi Buxari, c. 7, s. 159 – 160.

Bu rəvayətdən yalan qoxuları gəlməkdədir. Çünki bu rəvayətin Haccacın məmnun olması üçün uydurulduğu müəyyən olur. Yer üzünün ən böyük fitnəkarlarından ,pozğunlarından olan Həccac ibn Yusif, Əhli Beyt Şiələrindən minlərləsini öldürdüb bədənlərini parçalayır, əllərini – ayaqlarını çarpazlama kəsib mismarla gözlərini deşiyor, dillərini arxadan çıxarır və bədənləri yansın deyə günəşin önünə asırdı. Belə rəvayətlər qətiliklə onun əməllərini təsdiqləyirdi. Çünki Həccac, belə etməklə Rəsulullah’ a uyaraq Qurana uyğun davranmış olurdu! La havlə və la qüvvətə mütləq billah’il-Aliyy’il- Əzm!

Bu işin mütəxəssislərindən biri də Müaviyə idi. O, Hz. Əlini (ə) sevən Müsəlmanlara faciəvi şəkildə işgəncə edir, bədənlərini parça parça doğrayırdı. Bir çox Şiəni atəşə atmış, bir çox günahsız insanı diri diri torpağa basdırmış, bir çox mömini ağac budaqlarına asmışdı. Müaviyənin vəziri olan Əmr min As, Məhəmməd ibn Əbu Bəkiri doğrayaraq eşşək dərisinə doldurdu və atəşə ataraq yandırdı. – Tarixi Təbəri, c. 5, s. 104 – 105; Müruc’üz-Zəhəb

Hz Peyğəmbərin (s) cinsi əlaqəyə düşkün olması iftirası

Buxari, Səhihinin “Qüsl Kitabı, Həyat yoldaşıyla Birləşdikdən Sonra Təkrar Birləşmək Babı”nda Ənəsin belə dediyini nəql edər: “Rəsulullah bir gecə və gündüzdə bir saatda on bir arvadına gedib onlarla (cinsi) münasibətdə olurdu.” Ravi deyər ki: Mən Ənəsə; “Buna gücü çatırdımı?” deyə soruşduqda, Ənəs dedi ki: “Biz də onun otuz kişinin gücünə sahib olduğunu söyləyirdik. ” – Səhih-i Buxari, c. 1, s. 75 – 76.

Bu rəvayət, sırf Rəsulullahın (s. a. a.) əzəmətini salmaq və Müaviyə ilə Yezidin pisliklərini, Harun Rəşid kimilərin fasiqliyini və şəhvətpərəstliyini örtbas etmək üçün uydurulmuşdur. Yoxsa Ənəs ibn Malik, Rəsulullahın bir saatda on bir arvadıyla yatdığını haradan anlamışdı?! Görəsən Rəsulullahmı (s. a. a.) bunu ona xəbər vermişdi? Yoxsa Ənəsin özümü hadisəyə şahid olmuşdu?! Onun otuz adamın gücünə sahib olduğunu haradan bilirdi?! Bu böyük böhtandan Allaha sığınarıq!

Belə axmaq yalanları rəvayət edən cahillər və ağılsızlar nə düşünürlər görəsən?! Heyvansal şəhvətləriylə düşüncələrini kirlədən bu adamlar, şəhvətlərinin çoxluğuyla başqalarına qarşı lovğalanmaqmı istəyirlər?!Necə ki cahiliyyə dövründə müşriklər özlərinin cinsi əlaqədə olan gücləri ilə öyünürdülər bir-birlərinə qarşı. Əslində onlar bu rəvayətləri uydurmaqla iki hədəfi güdürdülər: Birincisi; Rəsulullahın (s. a. a.) müqəddəsliyi və əzəmətini düşürmək. İkincisi isə; sarayları qadın və nökərlərlə dolu olan xəlifə və padşahların əməllərinə bu şəkildə bəhanə tapmaq.
Bu rəvayəti nəql edən Ənəs ibn Malik, əgər Rəsulullahın həyat yoldaşı Aişənin ona qarşı çıxdığını görsə, nə deyər görəsən? Çünki Aişə, Rəsulullahın bu mövzuda digər kişilərdən üstün olmadığını söyləyir.

Müslim, Səhihinin “Təharət Kitabı, Qüsl Babı”nda Aişənin belə dediyini nəql edər: “Adamın biri Rəsulullaha (s. a. a.) dedi ki: “Əgər biri arvadıyla cima edər, sonra halsızlaşsa qüsl alması lazımdırmı?” -Aişə deyər ki:- Mən Rəsulullahın yanında oturmuşdum. Bunun üzərinə Rəsulullah o adama; “Mən bu qadınla eyni işi edirəm və sonra qüsl alırıq.” dedi.” – Səhih-i Müslim, c. 1, s. 272, h. 350

Rəvayəti şərh edən şəxs, “halsızlaşma”nı, Səhihi-müslümdəki başqa bir rəvayətlə belə izah edər : “sperma gəlmədən əvvəl insanın zəiflikdən və ya başqa bir səbəbdən ötəri alətini çıxarması” –Səhih-i Müslim, c. 1, s. 187 .Elə isə hanı Rəsulullahda otuz adamın gücü?!

Hz Peyğəmbərin (s) Quran ayələrini unutması iftirası

Buxari, Səhihinin “Quranın Fəzilətləri Kitabı”nda və Müslim, “Yola saların Namazı Kitabı”nda Aişədən belə nəql edərlər: “Rəsulullah (s. a. a.) birinin gecə Quranın bir surəsini oxuduğunu eşidərək; “Allah ona mərhəmət etsin. Mən filan surənin filan ayəsini unutmuşdum, o mənə xatırlatdı.” dedi. “Başka bir rəvayətdə isə Buxari, Aişədən belə nəql edər: “Rəsulullah gecə məsciddə birinin Quran oxuduğunu eşidincə; “Allah ona mərhəmət etsin. Mən filan surənin filan ayəsini unutmuşdum, o mənə xatırlatdı” dedi. ” –Səhih-i Buxari, c. 6, s. 239 – 240; Səhih-i Müslim, c. 1, s. 543, h.788.

Hz Peyğəmbərin (s) həya etməməsi iftirası

Hz Rəsulullah (s) , Aişənin evində budları açıq bir vəziyyətdə arxası üstə uzanmış olduğu bir halda, Əbu Bəkir içəri girmiş, Hz Rəsulullah (s) vəziyyətini düzəltmədən onunla danışmış; sonra da Ömər içəri girmiş onunla da eyni şəkildə danışmış. Amma Osman icazə istəyincə, qalxıb oturmuş, özünü yığışdıraraq nəhayət paltarını düzəltmiş. Aişə bunun səbəbin soruşduqda, Həzrət (s) buyurmuş:
“Mən mələklərin belə həya etdiyi bir şəxsdən həya etməyimmi?” deyə cavab vermişdir.- Səhihi Müslim, Bab’u Fəzail-i Osman (yəni Osmanın fəziltləri fəsli), c7, .s.117.

Müslim, Səhihinin “Fəzilətlər Kitabı, Osmanın Fəzilətləri Babı”nda Aişə və Osman’ dan belə nəql edər:

“Əbu Bəkir Rəsulullahın hüzuruna gəlmək üçün icazə istədi. Peyğəmbər o sırada yatağa uzanmış, Aişənin paltarını geymişdi. Rəsulullah o halda Əbu Bəkirin içəri girməsinə icazə verdi və onun istədiyini yerinə yetirdi. Əbu Bəkir getdikdən sonra Ömər içəri girdi. Peyğəmbər eyni vəziyyətdə onun da içəri girməsinə icazə verib istədiyini yerinə yetirdi. Sonra mən (Osman) icazə istədim. Rəsulullah dərhal qalxıb oturdu və Aişəyə də; “Paltarı gey və özünü yığışdır!” dedi. Mən də istəyimi aldıqdan sonra evimə döndüm. Aişə Rəsulullaha (s. a. a.) dedi ki: “Əbu Bəkir ilə Ömərdən utanmazkən niyə Osmandan utandın?” Rəsulullah; “Osman çox utancaq biridir. Əgər o halda ona icazə versəydim, utancından istədiyini söyləməyə bilərdi.” dedi.”

Buxari, Səhihinin “Həcc Kitabı, Qurban Günü Ziyarəti Babı”nda Aişədən belə nəql edər: “Rəsulullahla birlikdə həccə getmişdik. Qurban kəsdikdən sonra ehramdan çıxdıq. O sırada Safiyye adət gördü (yəni heyzli oldu). Rəsulullah o halda bir kişinin arvadıyal etdiyini onunla etmək istəyirdi(cinsi əlaqədə olmaq istəyirdi). Mən; “Ya Rəsulullah! O aybaşı halındadır.” dedim.” – Səhih-i Buxari, c. 2, s. 214.
Heç Hz Peyğəmbər (s) bir arvadının yanında digəri ilə yatmaq istərmi ?Üstəlik onun heyzli halda olduğunu bilmir də digər arvadı ona xəbər verir .

Hz Peyğəmbərin (s) övrət yerini bayırda qoyması ,çılpaq halda olması iftirası

Buxari, Səhihinin “Namaz Kitabı, Namazda Çılpaqlığın Məkruhluğu Babı”nda, Müslim isə, Səhihinin “Aybaşı Kitabı, Övrət Yerinin Qorunmasına Etina Göstərmək Babı”nda Cabir ibn Abdullahdan belə nəql edərlər:

“Rəsulullah dəsmal bağladığı halda onlarla birlikdə Kəbəni təmir etmək üçün daş daşıyırdı. Əmisi Abbas ona dedi ki: “Ey qardaşımın oğulu! Əgər dəsmalını çıxarar da çiyininə atarsan, daşları daha asan daşıyarsan. Bunun üzərinə Rəsulullah dəsmalını çıxararaq çiyininə atdı. O sırada huşunu itirərək yerə düşdü və ondan sonra Rəsulullah əsla çılpaq görülmədi.” – Səhih-i Buxari, c. 1, s. 102; Səhih-i Müslim, c. 1, s. 268, h.340.

Əziz userlər! Baxın, Rəsulullaha (s) necə böhtanlar atırlar?! Halbuki Rəsulullah həya və iffəti imanın sütunlarından biri olaraq saymışdır; onun həya və iffəti, bakirə qızların həyasından daha çox idi. Rəsulullahın, səhabələri qarşısında qıçlarını açaraq oturduğu rəvayətini uydurduqları çatmırmış kimi, bir də övrət yerinin açılması böhtanını atırlar! Görəsən bunlara görə Rəsulullah, əmisinin sözünü dinləyərək övrət yerini açacaq qədər cahil idimi?!

Allaha və Rəsuluna qarşı belə böhtanlar atan bu şeytanlardan uca Allaha sığınarıq! Rəsulullahın -dinimizin icazə verməsinə baxmayaraq- övrət yerini öz həyat yoldaşları belə görməmişdir. Aişə deyir ki: “Rəsulullahın övrətini heç görmədim. ” – Sünən-i İbn-i Macə, c. 1, s. 619, h. 1922.
Arvadlarının yanında belə övrət məhəllini açmayan Rəsulullah, səhabələrinin və xalqın qarşısında necə övrət yerini aça bilir? !

Bəli! Bütün bunlar, heç bir şeyi söyləməkdən utanmayan Əməvilərin uydurmasıdır. Əgər “Əməril -möminin” ünvanını daşıyan xəlifə, özünə təriflər yağdıran bir şairin şeirini dinləməklə özünü itirərək onun övrətini öpürsə, Rəsulullahın övrət məhəllinin açıldığını da söyləyəcəklər. İşdə onların bu həyasızlığı, bu gün də bəzi fasiqlərə sıçramış və əxlaqsızlıqda heç bir sərhədi tanımaz olmuşlar, şəri hökmlərlə oynamaq üçün də əsli olmayan bir çox rəvayət uydurmuşlar.

Hz Peyğəmbər (s) namazında çaşırmış iftirası

Buxari, Səhihinin “Ədəb Kitabı”nda, Müslim isə, “Mesacid Kitabı, Namazda Çaşma və Buna görə Səcdə Etmək Babı”nda Əbu Hureyredən belə nəql edərlər:

“Rəsulullah bizimlə birlikdə günortan namazını iki rükət olaraq etdi. Salamdan sonra məscidin ön qisimindəki bir ağac budağının yaxınına gedərək əllərini onun üzərinə qoydu. Səhabələrin arasında Əbu Bəkir ilə Ömər də vardı; amma onunla danışmağa cürət edə bilmədilər. Xalq məsciddən çıxarkən namazın artıq yarım qılınacağını zənn etdilər. Zülyedeyn adlı biri Rəsulullaha (s. a. a.) dedi ki: “Unutdunmu, yoxsa namaz iki rükətəmi endi?” Rəsulullah buyurdu ki: “Nə unutdum, nə də namaz iki rükət olmuşdur” Dedilər ki: “Xeyr, ya Rəsulullah! Sən unutdun.” Peyğəmbər; “Zülyədeyn doğru söylədi.” buyurdu. Sonra qalxaraq iki rükət daha qıldı və ardından salam verdi. Daha sonra təkbir gətirərək səcdəyə getdi və normal səcdəsində olduğu kimi ya da bir az daha çox səcdədə qaldı. Sonra başını səcdədən qaldırıb təkbir gətirərək təkrar səcdəyə getdi və normal səcdəsində olduğu kimi ya da bir az daha çox səcdədə qaldı. Sonra başını səcdədən qaldırıb təkbir gətirdi.” – Səhih-i Buxari, c. 7, s. 85; Səhih-i Müslim, c. 1, s. 404, h. 573.

Hz Peyğəmbərin (s) namazda etinasız olması ,dəstəmazı pozulduğu halda dəstəmazsız namaza davam etməsi iftirası

Buxari, Səhihinin “Azan Kitabı”nda İbni Abbasdan belə nəql edər:
“Bir gecə Meymunənin evində yatdım. O gecə Rəsulullah (s. a. a.) da Meymunenin yanında idi. Rəsulullah qalxıb dəstəmaz aldı və namaza durdu. Mən də onun sol tərəfinə keçdim. Qolumdan tutaraq məni sağ tərəfinə aldı. Sonra on üç rükət namaz qıldı. Daha sonra yataraq xoruldamağa başladı. O yatarkən həmişə xoruldayardı . Sonra müəzzin gəldi və onu oyandırdı. Rəsulullah dəstəmaz almadan gedib camaata namaz qıldırdı.” – Səhih-i Buhari, c. 1, s. 179.

Səhihi-Buxari və Səhihi-Müslümdə bu cür dəhşətli “səhih”lər lap çoxdur ,onlardan bir qismini burda sizlərə çatdırdım

Zillət bizdən uzaqdır !

Səhih müslim

Wildcards e.g. test*
Matches any set of one or more characters. For example test* would result in test, tester, testers, etc.

Fuzzy Search e.g. swore~
Finds terms that are similar in spelling. For example swore~ would result in swore, snore, score, etc.

Term Boosting e.g. pledge^4 hijrah
Boosts words with higher relevance. Here, the word pledge will have higher weight than hijrah

Boolean Operators e.g. (“pledge allegiance” OR “shelter) AND prayer
Create complex phrase and word queries by using Boolean logic.

Home » Sahih Muslim » The Book of Virtues » Hadith 2276
كتاب الفضائل
The Book of Virtues

Chapter: The Superiority Of The Prophet’s Lineage, And The Stone That Greeted Him Before His Prophethood

باب فَضْلِ نَسَبِ النَّبِيِّ صلى الله عليه وسلم وَتَسْلِيمِ الْحَجَرِ عَلَيْهِ قَبْلَ النُّبُوَّةِ ‏‏

Sahih Muslim 2276

Wathila b. al-Asqa’ reported:

I heard Allah’s Messenger (ﷺ) as saying: Verily Allah granted eminence to Kinana from amongst the descendants of Isma’il, and he granted eminence to the Quraish amongst Kinana, and he granted eminence to Banu Hashim amonsgst the Quraish, and he granted me eminence from the tribe of Banu Hashim.

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِهْرَانَ الرَّازِيُّ، وَمُحَمَّدُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ سَهْمٍ، جَمِيعًا عَنِ الْوَلِيدِ، – قَالَ ابْنُ مِهْرَانَ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ، – حَدَّثَنَا الأَوْزَاعِيُّ، عَنْ أَبِي عَمَّارٍ، شَدَّادٍ أَنَّهُ سَمِعَ وَاثِلَةَ بْنَ الأَسْقَعِ، يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم يَقُولُ ‏ “‏ إِنَّ اللَّهَ اصْطَفَى كِنَانَةَ مِنْ وَلَدِ إِسْمَاعِيلَ وَاصْطَفَى قُرَيْشًا مِنْ كِنَانَةَ وَاصْطَفَى مِنْ قُرَيْشٍ بَنِي هَاشِمٍ وَاصْطَفَانِي مِنْ بَنِي هَاشِمٍ ‏” ‏ ‏.‏

Reference : Sahih Muslim 2276
In-book reference : Book 43, Hadith 1
USC-MSA web (English) reference : Book 30, Hadith 5653
(deprecated numbering scheme)

Comments are closed, but trackbacks and pingbacks are open.