Press "Enter" to skip to content

Bilik Fondu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə saziş imzalayıb

Milli.Az

Silahlı Qüvvələrə Yardım Fondu “ASAN ödəniş” sistemində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər inteqrasiya olunub.

Milli.Az xəbər verir ki, Silahlı Qüvvələrə Yardım Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri sistem üzərindən istənilən yerdən, 24/7 rejimində ödəyə bilər. Fonda ödəniş etmək istəyən şəxs www.asanpay.az portalında və ya “ASAN ödəniş” mobil tətbiqində “Yardım Fondu” bölməsinə daxil olaraq “Silahlı Qüvvələrə Yardım Fondu” düyməsinin üzərinə klik edir. Bundan sonra FİN və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirir.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 113 məhkəmə orqanı, 8 publik hüquqi şəxs, dövlətə məxsus 45 hüquqi şəxs və 3 özəl təşkilat olmaqla 278 dövlət qurumunun cərimə, vergi rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 660-dan artıq xidməti üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilir.

Silahlı Qüvvələrə Yardım Fondu 17 avqust 2002-ci il tarixində Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə imzaladığı müvafiq Fərmanı ilə yaradılıb.

Milli.Az

​Bilik Fondu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə saziş imzalayıb

Bakı. 22 iyun. REPORT.AZ/ Bilik Fondu ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında əməkdaşlıq sazişi imzalanıb. Bu barədə “Report”a Fondun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bilik Fondu ilə İSİM arasında imzalanan əməkdaşlıq sazişi təhlükəli və yoluxucu xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği, gənclər arasında erkən nikahların və zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması ilə bağlı tibbi maarifləndirmə tədbirlərinin, mühazirələr, təlimlər və dəyirmi masaların birgə təşkilini nəzərdə tutur. Sənədə görə, iki qurumun birgə fəaliyyəti nəticəsində müxtəlif növ xəstəliklər və onlardan qorunma yolları barədə məlumatlardan ibarət çap materialları hazırlanacaq, xarici dillərə tərcümə olunacaq və maarifləndirici vərəqə və bukletlər əhali, o cümlədən xüsusi qruplar (şagirdlər, tələbələr, valideynlər, müəllimlər, reproduktiv yaşda olan qadınlar, pasiyentlər və s.) arasında paylanacaq.

Səhiyyə fondu hardan bilir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqda fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, fərmanın aid edildiyi şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir.

Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.

Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Dövlət Agentliyinin bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır.

Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Dövlət Agentliyinin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:

– bu Qaydanın 2.5-ci bəndinə müvafiq ehtiyac istiqaməti;

– müraciətin ilkin və ya təkrar olması;

– müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;

– himayəsində azyaşlı uşağın olması;

– ailədə əmək qabiliyyətli şəxslərin sayı;

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması;

– dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.

Comments are closed, but trackbacks and pingbacks are open.