Səhiyyə naziri Oqtay Şirəliyevdən – ƏMR
Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Səhiyyə naziri koronavirusla bağlı əmr imzaladı
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni 2019-nCoV koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb.
2020-ci ilin yanvar ayında xəstəliyin Çində alovlanması və hazırda xəstəlik hadisələrinin artıq Tailand, Cənubi Koreya, Yaponiya və bir sıra digər ölkələrdə də baş verməsi davam etməkdədir.
Əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzalanıb.
Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsinin təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.
Eyni zamanda əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.
Səhiyyə naziri Oqtay Şirəliyevdən – ƏMR – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
22 Mart, Çərşənbə
Günün xəbərləri
Xəbər xətti
22.03.2023
21.03.2023
Ən çox oxunan xəbərlər
Səhiyyə naziri Oqtay Şirəliyevdən – ƏMR
13.08.2018 11:23 Фото: 9 Канал–> Səhiyyə A- A A+
Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrin rəhbərləri və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tapşırıqlar verib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazirin “Səhiyyə Nazirliyinin müəssisələrinin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzaladığı əmrə əsasən, Nazirliyin müəssisələrinin 2018-2019-cü illərin payız-qış mövsümündə istilik ilə təchiz olunması, elektrik enerjisi ilə dayanıqlı təminatı və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakı Şəhər Baş Səhiyyə idarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırılıb ki, sentyabrın 15-nə kimi payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmaqla cavabdeh şəxslər təyin edilsin. Bununla yanaşı tapşırıqda deyilir ki, qazanxana maşinistləri ilə (ocaqçılarla) əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilsin, yalnız xüsusi kurs keçmiş, işə buraxılış vəsiqəsi olan və hər il əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılan ocaqçılar işə buraxılsın, şöbələrdə, kabinetlərdə, təyinatından asılı olmayaraq bütün iş sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilsin, qeyri standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektrik qızdırıcılarından istifadə qadağan edilsin, qaz təsərrüfatına cavabdeh şəxsin Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərın Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” ilə əlaqədar bilikləri yoxlanılsın, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xıdmət mütəmadi olaraq həyata keçirilsin. Qeyd edək ki, nazir iyulun 3-də respublikanın elektrik təminatı sistemində baş vermis açılmalar zamanı bəzi səhiyyə müəssisələrinin elektrik generatorlarında yaranan texniki nasazlıqların gələcəkdə baş verməməsi üçün də “Respublikanın səhiyyə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təminatı barədə” əmr verib. Bu əmrlə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, rəhbərlik etdikləri müəssisədə mövcud olan generatorlar mütəmadi olaraq müvafiq texniki müayinədən keçirilsin, elektrik generatorlarının daima işlək vəziyyətdə saxlanılmasına nəzarət üçün müvafiq məsul şəxs təyin edilsin, nasazlıq aşkar olunduğu hallar dərhal aradan qaldırılsın, elektrik generatorları üçün zəruri olan ehtiyyat yanacaq təminatı daima nəzarətdə saxlanılsın.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary
Comments are closed, but trackbacks and pingbacks are open.