Press "Enter" to skip to content

Səidə abbasova azərbaycan dili və nitq mədəniyyəti bdu 2016

Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri aşılayır, məlumatları rəvan bir dildə çatdırmaq bacarığına yiyələnməyə imkan verir. Bu fənnin ali məktəblərdə tədris olunmasında əsas məqsəd tələbələrin nitqinin inkişaf etdirilməsindən ibarətdir.

Azərbaycan dilçiliyinə yeni töhfə

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosentləri Səidə Abbasova, Sultan Seyidova, Nailə Məmmədova, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Əhəd Cavadovun həmmüəllifliyi ilə “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi işıq üzü görüb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Nizami Cəfərov, rəyçiləri professorlar Adil Babayev, Tofiq Hacıyev və Əbülfəz Rəcəblidir.

Dərslik ali məktəblərin Azərbaycan bölmələrində təhsil alan tələbələrin mükəmməl nitq mədəniyyətinə yiyələnməsində mühüm rol oynayacaq.

Azərbaycan dili və nitq mədəniyyəti kafedrası tərəfindən, eyni zamanda, ali məktəblərin rus bölmələrində təhsil alan tələbələr üçün “Azərbaycan dili və nitq mədəniyyəti” dərs vəsaiti də çap olunub. Kafedranın dosenti Samirə Mərdanova, dosent əvəzi Şəlalə Abbasova və Xanımana Manaflının həmmüəllifliyi ilə çapdan çıxan dərs vəsaitində Azərbaycan dili və nitq mədəniyyəti məsələləri paralel izah edilir, Azərbaycan ədəbi dili və normaları, natiqlik sənəti, onun tarixi, ixtisaslar üzrə nitq mədəniyyəti məsələləri geniş şərh olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Bizi sosial şəbəkələrdə izləyin

Nitq mədəniyyətinin məqsəd və vəzifələri

Nitq mədəniyyəti Azərbaycan dilinin qayda-qanunlarını, incəliklərini, özünəməxsus xüsusiyyətlərini öyrənmək üçün zəmin yaradır. Nitq mədəniyyəti mədəni davranmağı və nitq vərdişlərini öyrədir. Ona görə də hər bir şəxs nitqini qurarkən səslərin düzgün tələffüzünü, vurğunun, intonasiyanın işlənmə qaydalarını bilməlidir. Bu fənn tələbələrin istər yazılı, istərsə də şifahi nitqinin inkişafı üçün yollar, perspektivlər açır.

Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri aşılayır, məlumatları rəvan bir dildə çatdırmaq bacarığına yiyələnməyə imkan verir. Bu fənnin ali məktəblərdə tədris olunmasında əsas məqsəd tələbələrin nitqinin inkişaf etdirilməsindən ibarətdir.

Nitq mədəniyyətinin əsas vəzifəsi tələbələri onun elmi əsasları ilə tanış etmək, onlara ədəbi dil normalarını öyrətmək, nitqini inkişaf etdirməkdir.

Nitq mədəniyyəti ümumi anlayışdır. Onu adi və yüksək mədəni nitq kimi, nitqlə dilin münasibəti, nitq ünsiyyətinin növləri (monoloq, dialoq, poliloq) və nitq formaları (yazılı və şifahi nitq) baxımından öyrənmək olar.

Adi nitq sadə, aydın, səlis bir nitqdir. hər bir kəs nitqini öz səviyyəsinə uyğun qurur. Adi nitqdən həm monoloq, həm dialoq, həm də poliloqda istifadə olunur.

Yüksək mədəni nitqdə isə vəziyyət bir qədər başqadır. Belə nitqdə böyük tələblər irəli sürülür. Natiq yüksək danışıq tərzi ilə bərabər, xüsusi intonasiya, dilin normalarından (fonetik, leksik, qrammatik, semantik, sintaktik və s.) ustalıqla istifadə edir. O, dinləyiciyə estetik təsir göstərir. Yüksək mədəni nitqdə hər bir natiq «seçmə və əvəzetmə» prinsipindən istifadə etməlidir. Belə nitq dialekt və şivə sözlərdən, loru danışıq dilindən, qəliz ərəb, fars, rus, Avropa mənşəli və s. sözlərdən uzaq olmalıdır. Yüksək mədəni nitqdə yüksək mədəniyyət nümayiş etdirilməlidir. Yersiz təkrarlar, jestlər mədəni nitqin təsir qüvvəsini azaldır.

Nitqlə dilin münasibəti. Dil ictimai hadisədir. Dil heç bir sinfə xidmət etmir. Daha ümumi mənada dil ünsiyyət vasitəsidir. Dil vasitəsilə insanlar bir-birini başa düşür, əlaqə saxlayır, fikir mübadiləsi aparır. O, mənəvi sərvətdir. Dilin bütün elmlərə açar olması, onun başqa elmlərlə əlaqəsi, həmin elmlərlə birlikdə tədqiq olunmasına gətirib çıxarır. Məsələn, fəlsəfə, məntiq, psixologiya, ədəbiyyat və s. elmlərlə əlaqəli olması bəllidir. Lakin bu elmlərlə əlaqəsinə baxmayaraq, dilin əsas tədqiq obyekti dilçilikdir. Məsələyə bu baxımdan yanaşsaq, onda dilin bir neçə sistemi öz quruluşunda birləşdirməsinin şahidi oluruq. Bu sistemin bəzilərini nəzərdən keçirək.

  • Fonetik sistem. İctimai mənalı səslərin bir -birinə birləşməsi, fonetik qanunları, səslərin, fonetik hadisələrin öyrənilməsini tədqiq edən dilçiliyin bir şöbəsidir.
  • Semantik sistem — dil vahidlərini məna cəhətdən tədqiq edən sahəsinə deyilir.
  • Leksikoloji sistem. Sözlərin təklikdə tədqiqi ilə məşğul olan dilçiliyin bir şobəsidir.
  • Qrammatik sistem sözlərin quruluşundan və birləşməsindən bəhs edir. Onu da qeyd edək ki, bu sistem iki sahəni əhatə edir. A) morfoloji sistem; b) sintaktik sistem.

Morfoloji sistemə daxil olan sözlər leksik və qrammatik mənasına görə on bir qrupa ayrılır. Bunlar isə nitq hissələri adlanır. Nitq hissələri iki qrupa bölünür:

  1. Əsas nitq hissələri
  • İsim
  • Sifət
  • Say
  • Əvəzlik
  • Fel
  • Zərf
  1. Köməkçi nitq hissələri
  • Qoşma
  • Bağlayıcı
  • Ədat
  • Modal sözlər.

Dilimizdə olan xüsusi bir nitq hissəsi də var ki, o nida adlanır.

Sintaktik sistem sərbəst söz birləşmələrindən, cümlələrdən, onların quruluşundan bəhs edir. Sadə və mürəkkəb cümlələri tədqiq edir.

Sintaktik sistem həm də dilimizdə olan cümlələri məqsəd və intonasiyaya görə öyrənir. Bunlar aşağıdakılardır:

  • Nəqli cümlə
  • Əmr cümləsi
  • Sual cümləsi
  • Nida cümləsi

Natiq belə cümlələri xüsusi hallarda işlədir, bu da cümlənin təsir qüvvəsini artırır.

Üslubisistem — üslubları onların əsasını təşkil edən bədii fiqurların ifadə etdikləri xüsusiyyətləri öyrənən müstəqil elm sahəsidir. Buna da üslubiyyat deyilir.

Nitq dilin təzahür formasıdır. Nitqi dildən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun fərdi olmasıdır. Hər bir natiqin öz nitq üslubu var. Nitqin gözəlliyi natiqin dili gözəl bilməsi, hər bir sözü yerində işlətməsi, cümlədə söz sırasını pozmaması və s. ilə şərtlənir. Nitqi dildən fərqləndirən amillərdən biri də nitqdə intonasiya və digər vasitələrdən istifadə etmək imkanlarının olmasıdır.

  • Teqlər:
  • nitq mədəniyyəti

Comments are closed, but trackbacks and pingbacks are open.