BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında elmi seminar keçirilib
BDU-nun filologiya fakültəsi Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları və hüquq fakültəsi tələbələrinin birgə iştirakı ilə “Multikulturalizm Azərbaycançılığın tərkib hissəsi kimi” mövzusunda elmi seminar keçirilib. Öncə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səidə abbasova azərbaycan dili və nitq mədəniyyəti bdu
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı ilə əlaqədar dəyirmi masa keçirilib. Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Səidə Abbasova tədbiri açaraq qeyd edib ki, Respublikamız öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılıb, bütünlükdə dil mədəniyyətimizin qarşısında geniş üfüqlər açılıb. S.Abbasova onu da bildirib ki, ulu öndər Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar respublikada geniş əks-səda doğurub və xüsusən dilçilər tərəfindən rəğbətlə qarşılanıb.
Kafedranın dosentləri Sultan Seyidova və Zöhrə Nəbiyeva öz çıxışlarında qeyd edbilər ki, dilin böyük ictimai- siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal alıb. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir və dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədə olur. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzu edilməz göstəricisinə çevrilib.
Dosent Xanımana Manaflı və Nigar Hacıyeva televiziya və radio kanallarında dilin leksik, qrammatik qaydalarının pozulması, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin xoşagəlməz bir hal olduğunu qeyd ediblər.
O da bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədi ilə imzaladığı bu fərmanla əlaqədar olaraq hüquqi tənzimlənmə və daimi nəzarətin yaradılması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan yaradacaq.
BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında elmi seminar keçirilib
BDU-nun filologiya fakültəsi Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları və hüquq fakültəsi tələbələrinin birgə iştirakı ilə “Multikulturalizm Azərbaycançılığın tərkib hissəsi kimi” mövzusunda elmi seminar keçirilib. Öncə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Səidə Abbasova seminarın əhəmiyyətindən, ölkəmizin bütün sahələrdə olduğu kimi multikulturalizm sahəsində də dünyaya örnək olmasında söz açıb. Seminarda kafedranın dosenti Zöhrə Nəbiyeva Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, minlərlə şifahi və yazılı ədəbiyyat nümunələrimiz bir daha sübut edir ki, multikulturalizm qədim zamanlardan xalqımızın bir növ həyat tərzi olub. Sovet dönəmində bir qədər sistemsiz mahiyyət daşısa da, məhz ulu öndər Heydər Əliyev çoxmədəniyyətlilik ənənəsini davam və inkişaf etdirərək onu ən yüksək mərhələyə qaldırıb.
Sonra tələbələrdən Elxan Əliyev «Heydər Əliyev Fondunun Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbligi ilə bağlı möhtəşəm layihələri», Jalə Rəfiyeva «Azərbaycan dünyanın multikulturalizm mərkəzi kimi», Ləman Sadıqova «Multikulturalizm Azərbaycanda dövlət siyasəti və cəmiyyətin həyat tərzidir», Nurlan Kərimov «Multikulturalizmin modeli haqqında», Fail İbrahimov «Qərb və Şərq multikulturalizminin fərqli və oxşar cəhətləri», Kənan Xəlilov «Azərbaycan multikultural dövlət kimi» mövzularında maraqlı məruzələrlə çıxış ediblər.
Bu il 700 bal toplayaraq BDU-nun tələbəsi olan, prezident təqaüdçüsü Elvin İsayev isə qeyd edib ki, ölkəmiz həm də multikulturalizm sahəsində dünyaya Azərbaycan standartını tanıda bilib.
Comments are closed, but trackbacks and pingbacks are open.