Silahlı qüvvələrin generalları
Bəs dördgünlük döyüşlər nəyi sübut etdi? Azərbaycan bütün dünyaya bir daha çatdırdı ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Gec-tez zamanı gəldiyində onu azad edəcək. Azərbaycan erməniləri və havadarlarını beynəlxalq hüquqa, onun normalarına, BMT-yə, onun Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə bir daha dəvət etdi. Hadisələr Azərbaycan hakimiyyəti ilə cəmiyyətinin torpaqların azad edilməsində bir mövqedə olduğunu isbatladı. Döyüşlər ölkə ictimaiyyətinin torpaqların işğaldan xilas olması üçün hakimiyyətə hər cür dəstək verdiyini də göstərdi. Bu döyüşlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını hədəf olaraq bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyətə, ermənilərə və havadarlarına bu ismarış bir daha verildi. Eyni zamanda dördgünlük hadisələr Azərbaycan üçün baş məşq də sayıla bilər. Bəhs etdiyimiz döyüşlər Ermənistan ordusu barədə yayılan mifi darmadağın etdi. Bu ordunun və işğal faktının uzanmasının arxasında dayanıb ermənilərə dəstək verənlər bir daha ifşa olundu. Azərbaycan dünyanı ədalətli olmağa çağırdı. Bundan başqa, Aprel döyüşləri ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyini yenidən təsdiqlədi. Yeri gəlmişkən, Aprel döyüşləri sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin torpaqların işğaldan azad edilməsi istiqamətində başladığı əks-hücumun təməlini qoydu.
Aprel döyüşləri – Böyük Zəfərin başlanğıcı – ŞƏRH
Bu gün Aprel döyüşlərinin başlamasından 5 il ötür. Döyüşlər niyə başladı? Hadisədən bir müddət əvvəl Ermənistan rəsmiləri Azərbaycana və Türkiyəyə qarşı ənənəvi hədələmə ritorikası ilə çıxış edirdi. Ölkənin o vaxtkı prezidenti Serj Sarqsyan erməni gəncləri ilə görüşdə Türkiyəyə qarşı ittiham irəli sürmüşdü, 1915-ci ilin aprelində baş verən hadisələri təhrif etmişdi. Bundan başqa, o, Qarabağın ermənilərə aid olduğunu iddia etmişdi. Ermənistan ətraf rayonları Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək işğal altında saxladığını bəyan edirdi. Onlar və havadarları bu yolla Azərbaycana “Qarabağın müstəqilliyini” “qəbul etdirməyə” səy göstərirdilər. Elə 2016-cı ilin aprelində baş verən hadisələrin də əsasında bu məsələ dayanırdı. Danışıqlardan qaçan və beynəlxalq ictimaiyyətin tələblərinə əməl etməkdən boyun qaçıran Ermənistan hakimiyyəti Qarabağda hərbi əməliyyatları fəallaşdırmaqla özünü güclü göstərməyə çalışırdı. Bundan başqa, Serj Sarqsyan düşən nüfuzunu qaldırmaq üçün Qarabağ məsələsindən istifadə etməyə başladı. Ona görə də 2016-cı ilin mart ayının ortalarından ermənilərin atəşkəsi intensiv pozması aprelin 1-dən 2-nə keçən gecə döyüşlərə çevrildi. Bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmənin intensiv atəşinə məruz qaldı. Nəticədə ermənilər aprelin 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törətdi. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhidlər verdi, eləcə də mülki əhali arasında da ölən və yaralananlar oldu.
Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
Bəs dördgünlük döyüşlər nəyi sübut etdi? Azərbaycan bütün dünyaya bir daha çatdırdı ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Gec-tez zamanı gəldiyində onu azad edəcək. Azərbaycan erməniləri və havadarlarını beynəlxalq hüquqa, onun normalarına, BMT-yə, onun Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə bir daha dəvət etdi. Hadisələr Azərbaycan hakimiyyəti ilə cəmiyyətinin torpaqların azad edilməsində bir mövqedə olduğunu isbatladı. Döyüşlər ölkə ictimaiyyətinin torpaqların işğaldan xilas olması üçün hakimiyyətə hər cür dəstək verdiyini də göstərdi. Bu döyüşlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını hədəf olaraq bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyətə, ermənilərə və havadarlarına bu ismarış bir daha verildi. Eyni zamanda dördgünlük hadisələr Azərbaycan üçün baş məşq də sayıla bilər. Bəhs etdiyimiz döyüşlər Ermənistan ordusu barədə yayılan mifi darmadağın etdi. Bu ordunun və işğal faktının uzanmasının arxasında dayanıb ermənilərə dəstək verənlər bir daha ifşa olundu. Azərbaycan dünyanı ədalətli olmağa çağırdı. Bundan başqa, Aprel döyüşləri ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyini yenidən təsdiqlədi. Yeri gəlmişkən, Aprel döyüşləri sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin torpaqların işğaldan azad edilməsi istiqamətində başladığı əks-hücumun təməlini qoydu.
Hazırda Ermənistan cəmiyyəti siyasi-iqtisadi, sosial, mədəni və hərbi sahədə çaşqınlıqlarla üz-üzədir. Ölkədə bu istiqamətdə böhran davam edir. Ölkədən mühacirət artıb. Silahlı Qüvvələrin generalları hökumətə qarşı qiyama, hökuməti devirməyə cəhd etdi. Rəsmi Yerevan növbədənkənar parlament seçkilərinin keçirilməsinə vadar olub. Ölkənin keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyana qarşı müxtəlif hadisələrlə bağlı cinayət işi açılıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətində qalmaqallar ara vermir. Xidmət direktorları tez-tez dəyişir. Ölkədə gündəlik tələbat mallarının qiyməti bahalaşır. Ermənistanda çağırışçıların və əsgərlərin valideynləri oğullarının Qarabağda hərbi xidmət keçməsinə etiraz edirlər. Ermənistan ictimaiyyətində və hakim dairələrdə Azərbaycan torpaqlarının işğalı faktı ilə razılaşanlar artır. Nikol Paşinyan Şuşanın Azərbaycana aid olduğunu etiraf edib. Bu və başqa bu kimi hadisələrin baş verməsinin əsasında Aprel döyüşlərində əldə edilən qələbə dayanır. Qeyd edək ki, Ermənistan parlamenti 2019-cu ildə Aprel döyüşlərindəki məğlubiyyətin səbəblərini araşdıran müvəqqəti komissiya yaradıb. Komissiya işini hələ də başa çatdırmayıb. Serj Sarqsyan bu qurumdakı dinləmələrdə dəfələrlə ifadə verib. Yeri gəlmişkən, o, “Armnyus” telekanalına müsahibəsində işğal altında olan 7 rayonun Azərbaycana qaytarılmasını da müzakirə etdiklərini bildirmişdi. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan isə Aprel döyüşlərinin nəticələrindən dərs aldıqlarını etiraf edib. Ermənistan əhalisi və hakimiyyəti dördgünlük döyüşləri hələ uzun illər xatırlayacaq. Onun davamı olan 44 günlük müharibədə aldıqları məğlubiyyəti isə heç vaxt yaddan çıxarmayacaqlar. Hər iki hadisə başqasının torpağına soxulan burunun əzilməsini təsdiqləyən dərsdir.
Nəhayət, dördgünlük döyüşlər Azərbaycanda milli birliyi, həmrəyliyi gücləndirdi. Vətən müharibəsində bütün sahələrdə bu birlik özünü göstərdi. Aprel döyüşləri həm də Azərbaycanın dost və düşmənlərini bir daha tanıtdırdı. Məlum oldu ki, onlar 100 ildən artıqdır yerlərindən tərpənməyiblər. İkinci Qarabağ müharibəsində də dostlar da, düşmənlər də öz yerində idi. Beləliklə, dördgünlük döyüşlərdəki qələbə Zəfər gününün yaranmasına səbəb oldu.
Azərbaycan Silahlı Qüvvələri Günü
Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu addımlarından biri Milli ordunun yaradılması oldu. Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən «azad» edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxartmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını vəətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda vəƏsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi.
AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi — azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi.
Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmişşəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu.
Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı.
Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuşərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
- Teqlər:
- tarixi günlər
- , 26 iyun
- , Silahlı Qüvvələri Günü
Comments are closed, but trackbacks and pingbacks are open.