Silinmiş video və çəkillərin bərpası
Salam. Mənim Telefonumdakı yaddaş kartından yeni çəkdiyim video və şəkillərim yalnışlıqla silindi. Onları necə geri qaytara bilərəm? Yaddaş kartında olduğu üçün geri qaytarmaq mümkündürmü? Onun üçün məsləhət gördüyünüz bir proqram yaxud yaxşı bir proqram ustası varmı ki, proqram yazaraq onları geri qaytarsın. Məbləği önəmli deyil. Tək istəyim həmin video və şəkillərin geri qayıtmasıdır. Xaiş edirəm yardım edərdiniz…
Qoz Ağaclarını Necə Böyütmək Lazımdır
Qoz ağacları noyabr-aprel ayları arasında istənilən vaxt əkilə bilər. Bu aylar ərzində ağaclar yuxuda olurlar (onlar qış yuxusuna gedirlər).
HANSI QOZ AĞACI NÖVÜNÜ SEÇMƏLİYƏM?
- Chandler Chandler məhsuldarlıq və qoz keyfiyyəti baxımından ən yaxşı çeşiddir. Ən çox satılan qoz ağacı çeşidimizdir. Chandler əkmək üçün torpağınız 1200 metr və ya daha az yüksəklikdə yerləşməlidir. Tozlandırıcısı Franquette ilə birlikdə əkilməlidir.
- Fernor soyuğa davamlı və məhsuldar çeşiddir. 1200 m-dən daha yüksək hündürlüklü ərazilərdə əkilə bilər. Yüksək keyfiyyətli və dadlı ləpələr təmin edir. Tozlandırıcısı Fernette ilə birlikdə əkilməlidir.
TORPAĞIMA NƏ QƏDƏR QOZ AĞACI ƏKƏ BİLƏRƏM?
Hər hektara 280 ağac əkə bilərsiniz. Ağaclar arasında məsafə 5 metr olmalıdır. Həmçinin, ağacların cərgələri arasında 7 metr məsafə olmalıdır.
ADDIM ADDIM QOZ AĞACLARINI NECƏ ƏKMƏLİ VƏ BÖYÜTMƏLİ
TORPAĞINIZI HAZIRLAYIN
Qoz tingleriniz gəlməmişdən əvvəl torpağınızı hazırlamalısınız.
- Ərazinizi traktorla şumlamaq lazımdır. Şumalamaq torpağa daha çox hava gətirəcəkdir. Bu həm də torpağın su tutma qabiliyyətini artıracaqdır. Eyni zamanda sərt formalı və sıxılmış torpaqları ayırır. Başqa sözlə, köklərin böyüməsinə yol açır.
- Ağacların əkiləcəyi nöqtələri işarələyin. 60 sm enində və təxminən 60 sm dərinlikdə çuxurlar qazın. Çuxurdan çıxardığınız torpağı kənarlara yaymayın. Çuxurun yanında topa formada yığın. Daha sonra bu torpağı ağacları basdırmaq üçün istifadə edəcəksiniz
- Torpağınız üçün damcı suvarma sistemi alın. Ağacları suvarmaq və gübrə vermək üçün buna ehtiyacınız olacaq.
- Eyni zamanda vəhşi heyvanları ağaclardan uzaq tutmaq üçün ərazinizi hasarla əhatələyə bilərsiniz.
TİNGLƏRİ ƏKİN
- Tingleri əkməzdən əvvəl qırılmış və çox uzun kökləri kəsin (kökləri budayın)
- Tingi çuxura qoyun və kökləri əhatə edən çuxuru torpaqla doldurun. Vaksinasiya nöqtəsini yerdən bir neçə santimetr yuxarıda qoyduğunuzdan əmin olun. Basdırma bitirdikdən sonra əllərinizlə və ya ayaqlarınızla torpağı basın. Tingin yaxşı yerləşdirildiyinə əmin olun. Əllərinizlə çəkdiyiniz zaman onu yerdən qaldıra bilməməlisiniz
- Tingler müvafiq yerlərə yerləşdirildikdən sonra onların üst hissəsini budamaq lazımdır. Hər tingin üst hissəsini yerdən 60 sm yuxarıdan kəsin. Bu, ağacın enerjisini yarpaq istehsalına deyil, kök böyüməsi üçün verməsinə kömək edəcəkdir.
- Tinglere su verin. Bu, onların yeni yerə yerləşmələrinə kömək edəcəkdir.
- Tinglerin gövdəsini ağ rəngli boya ilə boyayın (lateks boyaya) üstünlük verilir). Bu onları günəş yanmasından qoruyacaqdır. Su əsaslı boya istifadə etdiyinizdən əmin olun (yağlı boya istifadə etməyin).
- Öyrənmək üçün bu videoya baxa bilərsiniz
AĞACLARIN QAYĞISINA QALIN
Tingləri əkdiniz və indi bir qoz bağınız var. Təbriklər! Bununla birlikdə, gələcək illərdə bağçanızın qayğısına qalmaq lazımdır. Bu, ağaclarınızın sağlam və yaxşı böyüməsini və daha çox qoz gətirməsini təmin edəcəkdir.
- Hər il ağaclara qulluq etmək üçün aşağıdakıları etdiyinizdən əmin olun:
- İsti yay aylarında ağacları sulayın. Ağacları suvarmaq üçün damcı suvarmasını tövsiyə edirik. Hava şəraitindən asılı olaraq isti yay günlərində hər bir gənc ağac gündə 15 litrə yaxın suya ehtiyac duyacaqdır.
- Ağaclarının böyüməsini dəstəkləmək üçün NPK (Azot – Kalium – Fosfor) gübrəsini verin. Cavan ağaclar üçün xüsusilə N (Azot) böyüməni təmin etmək üçün çox vacibdir. Cavan ağaclara ilk üç ilində bir ağac üçün təxminən 100 qram N lazımdır. Ağaclar 4-cü ilinə çatdıqda və bar gətirməyə başladıqda N miqdarı daha çox olmalıdır.
- Vaxtaşırı ağaclara pestisidlər tətbiq edin. Bu həşəratları ağaclardan uzaq tutacaqdır.
- Ağacların altındakı otları təmizləyin. Yabanı və alaq otları su üçün qoz ağacları ilə yarışa girir.
- Üçüncü və beşinci illərində ağacları budayın. Ağaclarınızı necə budamaq lazım olduğu barədə sizə ətraflı təlimat verəcəyik.
QOZ TİNGLƏRİNİ NECƏ SİFARİŞ EDƏ BİLƏRƏM?
Qısa bir forma doldurun və qiymət siyahısını sizə göndərəcəyik
Silinmiş video və çəkillərin bərpası
Salam. Mənim Telefonumdakı yaddaş kartından yeni çəkdiyim video və şəkillərim yalnışlıqla silindi. Onları necə geri qaytara bilərəm? Yaddaş kartında olduğu üçün geri qaytarmaq mümkündürmü? Onun üçün məsləhət gördüyünüz bir proqram yaxud yaxşı bir proqram ustası varmı ki, proqram yazaraq onları geri qaytarsın. Məbləği önəmli deyil. Tək istəyim həmin video və şəkillərin geri qayıtmasıdır. Xaiş edirəm yardım edərdiniz…
Sualı verdi: Shems ( 02/07/2016 )
Kateqoriya: Sual . şəkil, silinmiş, video. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
Bəli mümkündür 50% -50% programlar çoxdur
burda adları var
telefonda
http://softdroid.net/vosstanovlenie-dannyh-android
pc-ada
http://softcatalog.info/ru/obzor/programmy-dlya-vosstanovleniya-udalennyh-faylov
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Əxlaqsız fotolara və ya videolara baxmaq olarmı?
Salam aleykum. Dinde ayib shekillere ve videolara baxmaq gunahdir? Bes ele sheylere baxib ozunu shehvete tehrik elemek nece, o da gunahdir? Deyek ki, gunah olmadigini bilib baxirsan onda bu gunahi temizlemek uchun ne etmek lazimdir?
Aleykum salam. Uca Allah bu cür çirkin şeylərə baxmağı qadağan edərək buyurur: “Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar”. (ən-Nur, 30-31).
Bilmək lazımdır ki, Qiyamət günü gözlər, qulaqlar, əllər və digər bədən üzvləri əleyhimizə şahidlik edə bilərlər. Uca Allah buyurur: “Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. Əzaba dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz.” (Fussilət, 20-24).
Bu səbəbdən Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) demişdir: “Başqasının övrət (ayıb) yerini görməkdənsə, mənim üçün başımın dəmir bizlə deşilməsi daha xeyirlidir”. (əl-Buxari; Muslim; ət-Tirmizi).
O (salləllahu aleyhi və səlləm), bu əməli göz zinası adlandırmışdır: “Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar”. (İmam Əhməd, “Musnəd” əsəri, 1/412).
Əxlaqsız film və şəkillərin axirət əzabından əlavə dünyada da insana və mənsub olduğu cəmiyyətə bir çox ağır fəsadları var:
- Şəhvət hisslərini təhrik edərək insanı zinaya, əxlaqsızlığa sövq edir, bu isə öz növbəsində ailə dayaqlarının sarsılmasına, boşanmaya, cəmiyyətə fitnə-fəsadın və xəstəliklərin artmasına yol açır.
- Bu cür film və şəkillərdə cazibədar qadın və kişilərə baxanlara Şeytan öz halal həyat yoldaşını gözündə çirkin və eybəcər göstərir, ailə bağlarını zəiflədir. Gözünü haramdan qoruyan ər-arvad isə bir-biri üçün cazibədar olur, aralarındakı sevgi və hörmət daha çox olur.
- Çirkin şeylərə baxmaq insanı çirkin şeylər danışmağa, bu haqda söhbətlərdən utanmamağa aparır.
- Bu şeylərə baxan insan gündəlik həyatda naməhrəmlərdən gözünü çəkə bilmir, bu isə daha böyük fəsadlara yol açır.
- Qəlb rahat olmur, daim həsrət çəkir, fikir məşğul olur, gündəlik həyatında insana mane olur.
- Bu filmlər açıq-saçıq geyimləri təbliğ edir, gözəl göstərir.
- və s.
Bu əməlin günah olduğunu bilməyib edən günah qazanmır, amma bildikdən sonra tövbə edərək bir daha bu əmələ qayıtmaması, bunun üçün isə bəzi vasitələrdən istifadə etməsi lazımdır. Daha ətraflı: Zina və ondan necə qorunmaq haqqında
Comments are closed, but trackbacks and pingbacks are open.