Press "Enter" to skip to content

Ayaq şişməsi nədən yaranır və onun əlacı

Ayaq şişməsi qan dövranı,damar yığılması, ürək xəstəlikləri ilə də əlaqəli ola bilər. Bu səbəblə həkimə getmək mütləqdir.

Simson ayaq dayagini nece yukseye qoya bilerem?

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Sağlamlıq Ayaqların şişməsinin səbəbləri və müalicəsi

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Dekabr 12, 2019 – 10:00

!Reklam – Yazi

Ayaq şişməsi əsasən maye yığılması ilə ortaya çıxır. Bu vəziyyət şiş adlandırılır və bədəninizdəki hüceyrələr arası boşluqlarda maye yığılması ilə meydana gəlir.

Yenicag.az xəbər verir ki, şiş ayaqlardan başqa bütün bədəndə də ola bilər. Şişən bölgə daha əvvəl zədə almış ola bilər. Bəzi tip dərmanlar və bir sıra sağlamlıq problemləri də şişə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, ayaq şişməsinin müalicəsini aparmazdan öncə onun hansı səbəbdən yarandığını dəqiq bilmək lazımdır. Səbəbləri
Ürək, Böyrək və Qaraciyər Xəstəlikləri
Ayaq axşamüstü şişirsə, ürəyinizin sağ tərəfində ürək çatışmazlığı ola bilər. Bu ayağınızda su və duz yığılmasına yol verir. Böyrəkləriniz də düzgün işləməsə mayenin bədəninizdə qalmasına və ayağınızın şişməsinə yol açır. Ayaqda şişmə ilə birlikdə bu əlamətlər də görülməyə başlasa təcili tibbi müdaxilə edin:İştahsızlıq, kilo artımı, sinədə ağrı, təzyiq, gərginlik və yorğunluq. Qan Laxtası
Ayaq damarlarında qan laxtası olarsa ürəyiniz geri gəlməli olan qanı kifayət miqdarda toplaya bilməz və bu vəziyyət ayağın şişməsinə yol açır. Qan laxtaları dərində də ola bilər (dərin damar laxtaları), səth də ola bilər (dərinin altında). Bu iki növ qan laxtası da olduqları bölgədə sərbəst qalaraq ağciyər və ya ürəyə doğru hərəkət edərlərsə ölümcül hala gəlirlər. İnfeksiya
Ayaqlarda şiş varsa infeksiyaya yoluxmuş olma riski çoxdur. Ayaq sinirlərində problem varsa və ya şəkərdən ortaya çıxan sinir xəstəliyiniz varsa infeksiyayoluxma ehtimalı yüksəkdir. Şəkər xəstəliyi varsa, yara və su qabarcığı yoxlaması üçün bir nöqtə yaratmalısınız. Şişən ayaq infeksiyaya yoluxmuş kimi görünürsə təcili tibbi yardım lazımdır. Toplardamar Çatışmazlığı
Bu halda ürək ayaq damarındakı qanı kifayət miqdarda yığa bilməz. Normalda toplardamarlar tək istiqamətli klapanlar sayəsində qanı yuxarı doğru aparır. Bu klapanlar zərər çəkir və ya gücsüzləşərsə damarlardakı qan geriyə doğru sızmağa başlayır və ayaqdakı yumşaq toxumalarda yığışaraq şişməyə səbəb olur. Xroniki toplardamar çatışmazlığı dəri yarasına, dəridə dəyişikliklərə və infeksiyaya səbəb ola bilər. Toplardamar çatışmazlığına dair bir əlamətiniz varsa təcili həkimə müraciət edin. Lenfodem
Bu halda limfa mayesi bədən toxumalarında yığışır. Səbəbi limfa damarlarındakı problemlər və ya limfa damarı çatışmazlığı ola bilər. Limfa düyünlərinin yox olmasına da lenfodemiya təkan verə bilər. Limfa düyünləri limfa mayesini süzdüyü üçün arzuolunmaz maddələr maye içərisində qala bilər. Lenfodem limfa düyününü çıxartdıran və radiasiya müalicəsi alan xəstələrdə çox tez-tez görüldüyü üçün bu xəstələrin ayaqları şişərsə təcili həkimə müraciət etməlidirlər. Yaralanma
Ayaq yaralandığı zaman şişə bilər. Yaralanmadan sonra şişi azaltmaq üçün olan yaralı ayağı işlətməyin. Şişən bölgəyə buz torbası da yerləşdirə bilərsiniz. O bölgəni sarğı ilə sarıyın və ayağınızın altına bir stol və ya yastıq qoyaraq yüksəkdə saxlayın. Hamiləlik
Hamiləlik zamanı ayaqların şişməsi normaldır. Ancaq şişmə birdənvə ya çox olarsa preeklampsi narahatlığı ola bilər. Bu vəziyyət hamiləliyin beşinci ayı ilə birlikdə qan təzyiqində artma və sidikdə zülal olması ilə xarakterizə edilir. Şişmə çox isə və ya ürək bulanması, baş ağrısı, sidiyə getməkdə azalma, danışıq problemləri, qusma və qarın ağrısı ilə birlikdə olarsa həkimlə əlaqə saxlamaq lazımıdır. Dərmanların əks təsirləri
Ayaqda şişmə, bu dərmanların əks təsiri olaraq da görülə bilər: hormonlar, steroidlər, antidepressantlar, steroidsiz iltihab a qarşı ağrı kəsicilər, şəkər xəstəliyi dərmanları. Müalicəsi
Ayaq şişməsinin müalicəsinə əvvəlcə bunun səbəbini təyin etməklə başlanılır. Bundan başqa, ayaqda şişməyə qarşı bəzi üsullar aşağıdakılardır: Ayaqları yuxarı qaldırmaq
Ayaqlarınızı istirahət zamanı yuxarı qaldırın. Şişən ayağınız üzərində yeriməkdən çəkinin. Oturarkən ayağınızın ürək səviyyənizdən yüksəkdə qalmasına diqqət edin. Bu şişməyə səbəb olan mayelər normal olaraq axacaqdır. Masaj
Masaj şişən ayağa kömək edə bilər. Hamilələr doğuşdan əvvəl masaj terapevtinə gedə bilərlər.Bundan başqa çimərkən suyunuza Epsom (İngilis) duzu tökün. Şişi azaldacaqdır. Çiçək kökləri və yağlar da şişkinliyi azaldır. Duzu məhdudlaşdırın
Artıq duz istehlakı də şişin yaranmasına səbəb olur. Çox duz istehlak etməyin, duzlu yemək və içkiləri məhdudlaşdırın. Daha az şəkər qəbul edin
Orqanizmə daxil olan şəkər ayaqda şişməyə yol açır. Enerji içkiləri, peçenye və tort kimi çox şəkərli qidalar yeməyin.Könlünüz istəsə şirin meyvələr yeyin./Medicina/

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Ayaq şişməsi nədən yaranır və onun əlacı

Ayaq şişməsi ən çox ayaq üstə qalan insanlarda və çox uzun zaman oturaq vəziyyətində olan insanlarda tez-tez qarşılanan bir haldır. Bu səbəblə həkimə müraciət etmək faydalı olardı.

Ayaq şişməsinin əsas səbəbləri; uzun müddət ayaq üstə qalmaq, hipertansiyon, oynaq iltihablanması, çox duzlu qidalar, hamiləlik, uzun müddət istidə qalmaq, uzun müddət hərəkətsiz qalmaq, qan dövranı problemləri, yıxılma və burxulma olaraq sayıla bilər.Ayaq şişməsi davamlı olaraq meydana gəlirsə həkimə getmək vacibdir. Çünki ayağınızın alt hissəsində müxtəlif narahatlıqlar yarana bilər.

Ayaq şişməsinin qarşısını almaq üçün uzun müddət ayaq üstə qalmayın, istirahət edərkən ayaqlarınızı yuxarı qaldırın, idman edin, duzdan uzaq durun, kilo verin, həddindən artıq isti havalarda sərin yerlərdə durmağa çalışın.

Axşamlar evə gəldiyinizdə yarım vedrə suya 2 yemək qaşığı duz və 1 qaşıq karbonat qoyun qarışdırın. Ayaqlarınızı 30 dəqiqə bu suda saxlayın.Daha sonra ayaqlarınıza, bir fincan vazelin ilə 5-6 aspirini qarışdıraraq ayağınıza sürtün.Daha sonra bir parça ilə baglayın və ayaqlarınızı yuxarı qaldırın.Həftədə 2-3 dəfə etsəniz ayağınızdakı şişlər azalacaq.

Ayaq şişməsi qan dövranı,damar yığılması, ürək xəstəlikləri ilə də əlaqəli ola bilər. Bu səbəblə həkimə getmək mütləqdir.

Müəllif: Leyla Abdullayeva

Sağlamlıq Baxılıb: 51883 Tarix: 12 oktyabr 2013
f Paylaş

Digər yazılar

Ağrınız varsa nanə qəbul edin

Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. Faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqları

Dəfnə yarpağının insana faydası

Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidə

Yemişin faydası

Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya “gəlib” və yalnız ort

Nar haqqında

Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd

Kakaonun insana faydası

Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara

Limonun çox faydalı 5 cəhəti

Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhət

Sağlamlıq haqqında

Sağlam yaşamaq istəyirsinizmi?Elə isə…. *Hər gün bir diş sarımsaq yeyin. Sarımsağ orqanizimdəki xəstəliyə səbəb ola biləcək maddələri demək olar ki, yarıbayarı (48%) azaldır.Bundan başqa, sarlmsaq beynin yaşlanmasının qarşısın

 Düyü qadın sağlamlığına xeyirdir

Son dövrlərdə aparılan yeni araşdırmalar qadınlar arasında müxtəlif pəhrizlərin saxlanmasının dəbdə olmasının ürək xəstəlikləri və xərçəngin bəzi növlərinə səbəb olan xroniki xəstəliklərə gətirib çıxardığını göstərir. Tədqiqatçıla

Ağ pendirin faydaları

Araşdırmalar nəticəsidə alimlər müəyyən edib ki, pendirin içində olan phenylethylamine adlı maddə qan dövranını sürətləndirir və qandakı qlukozanının səviyyəsini yüksəldərək beynə sevgi siqnalları göndərir. Pendir yüksə

Ayaq şişməsi

Ayaq şişməsi yetkin şəxslərdə istənilən yaş dövründə yarana bilər. Şişkinlik əzələ toxumasının hüceyrəarası sahəsinə yüklənmənin artması və orqanizmin artıq mayeni xaric etmə qabiliyyətinin pozulması ilə bağlıdır. Sağlam insanlarda ayaq şişməsi aşağıdakı faktorların təsirindən baş verir:

  • Uzun müddət eyni vəziyyətdə qaldıqda. Risk qrupuna bir sıra peşə sahibləri: müəllim, satıcı, bərbər, sürücü, ofis işçiləri daxildir.
  • Fiziki yüklənmələr (peşəkar idmanla məşğul olmaq, travmalar)
  • Hündürdaban ayaqqabı geyinmək
  • Hamiləlik dövründə maddələr mübadiləsinin pozulması
  • Artıq çəki.

Bu amillərdən savayı ayaqlarda şişkinlik həm də müəyyən xəstəliklərdən xəbər verə bilər.

Varikozla əlaqədar ayaq şişməsi

Varikoz damar genişlənməsi – aşağı ətraflardakı şişkinliyin ən geniş yayılmış səbəbidir. Bu zaman venaların divarları gərilir, diametrləri artır, funksiyaları pozulur. Nəticədə ayaqda qan durğunlaşır.

Varikoz xəstəliyinin əsasında irsi meyllik, az hərəkətli həyat tərzi, ayaqüstü iş, artıq çəki, hamiləlik faktoru dayanır. Onun xarakterik əlamətlərinə damar ulduzcuqları , şişkin venalar, ayaqlarda ağrı və şişkinlik aiddir. İlkin mərhələlərdə genişlənmiş damarlar Skleroterapiya və yaxud Kriolazer üsulları ilə aradan qaldırılır. Gecikmiş dövrlərdə isə cərrahi müdaxilə tələb olunur.

Ürək xəstəlikləri fonunda ayaq şişməsi

Aşağı ətraflarda şişkinlik ürək çatışmazlığı ilə də bağlı ola bilər. Ürəyin yığılma qabiliyyəti pozulduqda bədəndə maye normal şəkildə dövran edə bilmədiyindən qarnın aşağı hissəsində və ya ayaqlarda toplanılır. Zaman keçdikcə şişkinlik bədənin digər hissələrinə yayılır. Ayaqlardakı ödemin ürəklə əlaqəsinə işarə edən əlamətlərə hər 2 aşağı ətrafın simmetrik şişməsi aiddir. Bundan əlavə xəstələrdə taxikardiya, təngnəfəslik, tez yorulma müşahidə edilir.

Böyrək patologiyalarında ayaq şişməsi

Böyrək xəstəlikləri ödemlə müşayiət olunur. Bu tip şişkinliklərin xarakterik cəhəti onların yalnız ayaqlarda deyil, üz, qarın və əllərdə də yaranmasıdır. Həmçinin xəstələrdə sidik ifrazı ilə problemlər meydana çıxır.

Sadalanan əlamətlərə böyrək çatışmazlığı, nefrit, pielonefrit, nefroz və digər uroloji xəstəliklər səbəb olur. Həkimin təyin etdiyi müalicə ilə yanaşı, duzdan imtina etmək və maye qəbulunu azaltmaq lazımdır.

Qadınlarda ayaq şişməsi

Ayaqda şişkinlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Bu isə hamiləlik dövrü, aybaşı, predmenstrual sindromla əlaqəlidir. Həmçinin hündürdaban ayaqqabılar, eləcə də qadınların sevimli oturuş tərzi – bir ayağı digərinin üzərinə aşırmaq aşağı ətraflarda mayenin toplanmasına gətirib çıxarır.

Mütəxəssislər qadınlara hündürdaban ayaqqabılardan az istifadə etməyi, oturaq iş şəraitində çalışarkən arabir qalxıb gəzişməyi məsləhət görürlər.

Ayaq şişməsinə qarşı nə etməli?

Şişkinliyin müalicəsi onu törədən səbəbdən asılıdır. Əsas xəstəlik müalicə olunduqda, ayaqlardakı ödem də aradan qalxır. Aşağı ətrafların şişməsi heç bir patologiya ilə bağlı olmadıqda aşağıdakı tövsiyələrə əməl etməyiniz məqsədəuyğundur:

  • ayaqların yüklənməsini azaltmaq
  • gimnastika və masajla baldır əzələlərini yüngülləşdirmək
  • damar corabları geyinmək
  • venoz keçiriciliyi yaxşılaşdıran məlhəm və gellərdən (Lioton gel, Troksevazin maz və s.) istifadə etmək.

Digər hallarda ayaq şişməsinin səbəbi aydınlaşdırılmalı və ən qısa zamanda müalicəyə başlanılmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.