Press "Enter" to skip to content

Sinif rəhbərinin işinin planlaşdırılması metodikası

2.11. Dövlət orqanı rəhbərinin qərarı əsasında illik iş planında müvafiq dəyişiklik edilə bilər.

Sinif rəhbərinin illik iş planı pdf 2018 2019

“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Xalq Qəzeti (Dərc olunma tarixi: 23.12.2022, Nəşr Nömrəsi: 281), Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 21.12.2022)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202212210447
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planının 8.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 dekabr 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi

1. Ümumi müddəalar

1.1. Bu Qayda 1-5-ci kateqoriya dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının (bundan sonra – illik iş planı) və həmin planlara əsasən illik hesabatların (bundan sonra – illik hesabat) tərtib edilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədi dövlət orqanları tərəfindən illik iş planı və illik hesabatın vahid forma üzrə hazırlanmasını təmin etməklə dövlət qulluğunda insan kapitalından səmərəli istifadəyə nail olmaqdır.

1.3. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 2.3-cü maddəsində nəzərdə tutulan dövlət orqanlarına şamil edilmir.

2. İllik iş planının tərtib edilməsi qaydası

2.1. Dövlət orqanları kadr siyasəti və insan resurslarının idarə edilməsi ilə bağlı illik iş planı tərtib edir. İllik iş planında dövlət orqanı üzrə il ərzində icra edilməli olan mühüm tədbirlər, onların icra müddəti və icrası üçün məsul şəxslər, eləcə də həmin tədbirlərin icrasından gözlənilən nəticələr müəyyən edilir.

2.2. Növbəti il üçün illik iş planının layihəsi dövlət orqanının kadr xidməti tərəfindən dövlət orqanının bütün struktur bölmələrinin, habelə yanında və tabeliyində olan orqanların (olduğu halda) təklifləri nəzərə alınmaqla cari ilin dekabr ayının 1-dək bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir və dövlət orqanının rəhbərinə təqdim edilir. Strukturunda kadr xidməti nəzərdə tutulmayan dövlət orqanlarında kadr xidmətinin funksiyalarını kadr məsələləri üzrə məsul şəxs həyata keçirir.

2.3. Dövlət orqanı rəhbərinin müəyyən etdiyi halda dövlət orqanının yanında yaradılan dövlət agentliyi və dövlət xidməti üzrə illik iş planı həmin agentlik və xidmətin kadr xidməti tərəfindən tərtib olunur və dövlət orqanının kadr xidmətinə təqdim edilir.

2.4. Növbəti il üçün illik iş planının layihəsi dövlət orqanının rəhbəri tərəfindən cari ilin dekabr ayının 15-dək təsdiq edilir.

2.5. İllik iş planı aşağıdakı tələblər nəzərə alınmaqla hazırlanır:

2.5.1. illik iş planına daxil edilən hər bir tədbir aydın, anlaşılan və yerinə yetirilə bilən olmalıdır;

2.5.2. illik iş planına aşağıdakı tədbirlər daxil edilir:

1. Qanuna uyğun olaraq, vakant inzibati vəzifə yarandıqda həmin vəzifənin tutulması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflərin verilməsi və aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibənin (ümumi və ya daxili) keçirilməsinin təşkili;

2. dövlət qulluğu vəzifələri üzrə müsahibə proqramlarının təsdiqi;

3. ilk dəfə dövlət qulluğuna qəbul olunmuş işçilərin staj və sınaq keçməsinin təşkili;

4. müsahibə zamanı müvəffəqiyyət əldə etmiş, lakin vakant inzibati vəzifəyə təyin olunmamış namizədlərin, habelə dövlət qulluqçularının sayı və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ehtiyat kadrlar siyahısına daxil edilməsinə və analoji vəzifələrə təyin olunmasına dair təkliflərin verilməsi;

5. dövlət qulluqçuları barədə məlumatların Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsinin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq təmin olunması;

6. ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərin peşəkarlığının artırılması və təcrübə keçməsi üçün onların təlimlərə cəlb edilməsi;

7. rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması işinin təşkili;

8. dövlət qulluğunda yardımçı vəzifələrin və dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün dövlət qulluğu və əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi;

9. Qanunla müəyyən edilmiş qaydada dövlət qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin verilməsinin təmin edilməsi;

10. işçilərin şəxsi işinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na uyğun olaraq aparılmasının təmin olunması;

11. dövlət orqanında insan kapitalının inkişafı və insan potensialının artırılması sahəsində tədbirlərin hazırlanması və həyata keçirilməsi;

12. dövlət qulluqçularının karyera inkişaf planının tərtibi;

13. dövlət qulluqçularının xidməti fəaliyyətinin stimullaşdırılması, o cümlədən mükafatlandırılması ilə bağlı tədbirlərin görülməsi;

14. dövlət qulluqçularının təlimə olan tələbatının müəyyən edilməsi və onların peşə və ixtisas üzrə biliklərinin artırılması məqsədilə təlimlərə göndərilməsinin və ya əlavə təhsil almasının təşkili;

15. dövlət orqanında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin təşkili, nəticələrinin təhlil olunması və dövlət orqanının işinin səmərəliliyinin artırılması məqsədilə dövlət orqanının strukturunun təkmilləşdirilməsi ehtiyacı ilə bağlı dövlət orqanının rəhbərinə təkliflərin verilməsi;

16. xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən dövlət qulluqçuları barəsində Qanuna uyğun tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;

17. rotasiya tətbiq ediləcək vəzifələrin müəyyən olunması və rotasiyanın həyata keçirilməsinin təşkili;

18. əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr uçotunun təşkili, kadr və əməyin mühafizəsi işlərinin həyata keçirilməsi;

19. dövlət orqanının və strukturuna daxil olan qurumların kadr siyasətinin formalaşdırılması üçün zəruri təkliflərin verilməsi və həmin siyasətin həyata keçirilməsində iştirak edilməsi;

20. dövlət orqanının strukturuna daxil olan qurumlarda kadrlarla işin vəziyyətinin yoxlanılması, həmin qurumlarda dövlət qulluğu və əmək qanunvericiliyinin icra vəziyyətinin öyrənilməsi və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə təkliflərin hazırlanması;

21. ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinin müraciətləri əsasında həmin müəssisələrin tələbələrinin dövlət orqanında istehsalat təcrübəsi keçməsinin müqavilə əsasında təşkili;

22. dövlət orqanında və dövlət orqanının strukturuna daxil olan qurumlarda dövlət qulluğu ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin təşkili.

2.6. İllik iş planına daxil edilmiş hər bir tədbirin icrası ilə bağlı əldə edilməsi gözlənilən konkret nəticələr müəyyən edilir.

2.7. İllik iş planına daxil edilmiş hər bir tədbirin icrasına məsul olan vəzifəli şəxs və ya şəxslər qeyd edilir. Tədbirin icrası ilə bağlı bir neçə məsul şəxs müəyyən edildikdə ilk qeyd edilən şəxs əsas icraçı hesab edilir. Əsas icraçı digər icraçılarla birlikdə tədbirin icrasını təmin edir. İcraçılar tədbirlərin vaxtında və keyfiyyətli icrası üçün eyni dərəcədə məsuliyyət daşıyırlar.

2.8. İllik iş planına daxil edilmiş hər bir tədbirin məzmununa uyğun olaraq onun real icrasına imkan verən dəqiq müddət müəyyən edilir.

2.9. İllik iş planının “Qeyd.” hissəsində tədbirin tam və vaxtında icrası üçün zəruri olan əlavə məlumatlar əks etdirilir.

2.10. Bu Qaydanın tələbləri nəzərə alınmaqla illik iş planına uyğun olaraq rüblük və aylıq iş planları tərtib edilə bilər. Rüblük və aylıq planlarda illik iş planında nəzərdə tutulmuş tədbirlər konkretləşdirilir, hər rüb və ya ay üçün tədbirlər müəyyən edilir.

2.11. Dövlət orqanı rəhbərinin qərarı əsasında illik iş planında müvafiq dəyişiklik edilə bilər.

3.İllik hesabatın tərtib edilməsi qaydası

3.1. Dövlət orqanları illik iş planı ilə müəyyən edilmiş tədbirlərin icrası barədə bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq illik hesabat hazırlayır. Kadr xidməti tərəfindən başa çatmış təqvim ili üzrə illik hesabat növbəti ilin yanvar ayının 20-dək dövlət orqanı rəhbərinə təqdim edilir.

3.2. İllik hesabatda illik iş planı ilə müəyyən edilmiş hər bir tədbirin icrası barədə məlumat (tam icra olunması, səbəbi göstərilməklə qismən icra olunması və ya icra olunmaması) qeyd edilir.

3.3. Dövlət orqanı rəhbərinə təqdim edilmiş illik hesabat həmin dövlət orqanında kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə dövlət orqanının kollegiyasında (olduğu halda) və ya dövlət orqanı rəhbərinin və həmin dövlət orqanının struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən iclasda müzakirə edilir.

“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”na

1 nömrəli əlavə

_________________________ kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində

(dövlət orqanının adı)

_______ il üzrə

İllik iş planı

Tədbirin adı

Gözlənilən nəticə

İcraya məsul şəxs

Sinif rəhbərinin işinin planlaşdırılması metodikası

Sinif rəhbərinin fəaliyyətinin səmərəliliyi əsasən müxtəlif növ sənədlərin hazırlanmasını əhatə edən iş planlaşması ilə müəyyən edilir.

Просмотр содержимого документа
«Sinif rəhbərinin işinin planlaşdırılması metodikası»

Sinif rəhbərinin işinin planlaşdırılması metodikası

Sinif rəhbərinin fəaliyyətinin səmərəliliyi əsasən müxtəlif növ sənədlərin hazırlanmasını əhatə edən iş planlaşması ilə müəyyən edilir.

İşi planlaşdırarkən sinif rəhbəri aşağıdakıları nəzərə almalıdır:

1) əvvəlki işin nəticələrini və onun təhlili zamanı əldə etdiyi nəticələri;

2) tərbiyəvi və təşkilati-pedaqoji vəzifələr;

3) şagirdlər və sinifdə dərs aparan müəllimlər, valideynlər ilə işləmək üçün materiallar, pedaqoji və metodiki tövsiyələr;

4) ölkənin, şəhərin, məktəbin qabaqcıl təcrübəsi;

5) valideynlər və ictimaiyyət üçün imkanlar;

6) məktəbin, müəssisələrin, mədəniyyət müəssisələrinin sosial mühitinin təhsil potensialı;

7) tədris ilinin ənənəvi bayramları;

8) ölkənin, şəhərin, kəndin həyatı ilə bağlı hadisələr və faktlar;

9) görkəmli şəxslərin həyat və fəaliyyəti ilə bağlı hadisələr, tarixlər;

10) məktəb və sinif kollektivinin ənənələri;

11) yaxınlıqdakı mədəniyyət müəssisələri tərəfindən keçirilən tədbirlər;

12) məktəb komandasının planları;

13) sinif komandasının və sinif rəhbərinin əvvəlki iş planları.

Şəxsi münasibətdən və iş tərzindən asılı olaraq sinif rəhbəri müxtəlif planlar tərtib edə bilər:

-sinifdə tərbiyə işinin proqramı;

-il, yarımil, rüb, ay, həftə, gün üçün iş planı;

-müəyyən dövr üçün (ay, il, bir neçə il) ən mühüm istiqamət üzrə iş planı, məsələn, şagirdlərin mənəvi tərbiyəsi, peşəyönümü işi;

-maarifləndirici tədbirlərin və valideyn iclaslarının hazırlanması və keçirilməsi planı;

-yaradıcı birlik, valideyn komitəsi və s. ilə iş planı;

-tədris bacarıqlarını təkmilləşdirmək üçün öz-özünə təhsil planı.

Sinifdə tərbiyə işi proqramı planlaşdırmanın ən çətin növüdür, çünki o, ciddi analitik fəaliyyəti və müəllimin psixoloji və pedaqoji hazırlığını əhatə edir. Proqram təlim-tərbiyə işinin planından onunla fərqlənir ki, o, mütləq aşağıdakıları əsaslandıran parametrləri əks etdirməlidir:

a) bu siniflə işləyərkən nə üçün bu konkret fəaliyyət sahələri seçilib;

b) planlaşdırılan işin əsasında hansı məntiq dayanır və onun necə əsaslandırıldığı; c) müxtəlif növ və formalarda işlərin hazırlanması və aparılmasının dəqiq necə aparılacağı (bütövlükdə kollektiv, özünüidarəetmə orqanları, valideynlər, müəllimlər və ictimaiyyətlə).

Sinifdə tədris işinin proqramı (təxmini struktur):

a) sinfin və şagirdlərin xüsusiyyətləri;

b) hər bir uşağın bilavasitə sosial mühitinin xüsusiyyətləri və ətraf mühitlə qarşılıqlı əlaqəsi;

c) məzmun seçimi və tədris prosesinin təşkili prinsipləri;

d) proqramın qurulması prinsipləri.

2. Təhsil məqsədləri.

3. Tədris prosesinin məzmunu və təşkili.

I. Uşaq kollektivinin həyatının təşkili:

c) tapşırıqların həyata keçirilməsi yolları.

II. Uşaq özünüidarəetmə orqanlarının fəaliyyətinin təşkili:

b)fəaliyyətlərin məzmunu və tapşırıqların icrası üsulları.

III. Təhsil nəticələrinin əldə edilməsində əməkdaşlıq:

b)fəaliyyətin məzmunu və əməkdaşlıq formaları.

Sinif rəhbərinin işində əsas sənəd tədris ili üçün plandır.

Bu planın aşağıdakı bölmələri tövsiyə olunur.

1. Ötən tədris ilində pedaqoji işin təhlili.

2. Yeni tədris ili üçün sinif rəhbərinin işinin vəzifələri, tərtibi aşağıdakı tələblərə cavab verməlidir:

a) işin təhlilindən nəticə çıxarmaq;

b) əvvəlki ilin tapşırıqlarından fərqlənmək;

c)yerinə yetirmək üçün konkret və real olmaq;

d) şagirdlər, valideynlər, sinif müəllimləri ilə planlaşdırılan bütün işlərə nüfuz etmək.

3. Şagirdlərdən ibarət komanda ilə işləmək.

4. Müəllim heyəti ilə qarşılıqlı əlaqə.

5. Ailə və cəmiyyətlə işləmək.

Planın təxmini sxemi (il, yarım il üçün).

Sinif rəhbərinin iş planının ümumi qəbul edilmiş formaları və strukturları yoxdur və ola bilməz, çünki müəllim sinif kollektivinin xüsusiyyətlərini, məktəb şəraitini və şəxsi iş təcrübəsini nəzərə alaraq onu tərtib etməkdə yaradıcı olmalıdır. Sinif rəhbərinin planının strukturu və forması müxtəlif ola bilər; əsas odur ki, onlar iş və əməliyyat tənzimləmələri üçün əlverişli olsun. Sinif rəhbərlərinin istifadə etdiyi formalardan biri uzunmüddətli, təqvim və cari planlaşdırmanın birləşməsini nəzərdə tutur. Həftəlik plan qurarkən, çalışın müəyyən yer ayıra biləsiniz. Bu, bütün il üçün əsas şeyləri qabaqcadan görməyə və vaxtında əlavələr və dəyişikliklər etməyə imkan verir. Hər bir şagird üçün fərdi iş planı tərtib etmək məsləhətdir. Bu, o halda mümkündür ki, sinif rəhbəri akademik işdən azad edilsin, sinif rəhbərinə ştatlı köməkçi müəllim işə götürsün. Bu hər bir uşaqla məqsədyönlü işləməyə vaxt ayırmağa kömək edər. Sinif rəhbəri planın vizual olaraq tərtib edilməsinə və bütün şagirdlər üçün əlçatan olmasına əmin olmalıdır. Bu, sinifin əsas fəaliyyətlərini və hadisələrini, eləcə də uşaqların iştirak etmək qərarına gəldiyi məktəb fəaliyyətlərini əks etdirən şəbəkə planı ola bilər. Yaxşı olar ki, şagirdlər özləri öz plan formasını seçsinlər və ya müstəqil şəkildə onu özləri yaratsınlar.

Sinif rəhbəri yadda saxlamalıdır ki, planlaşdırma prosesi plan yazmaqla bitmir, il boyu davam edir, belə ki, təhsil fəaliyyəti üçün daha konkret planlar tərtib edilir, onlara uyğun olaraq iş planı daim düzəldilir və yenilənir.

Əsədov Seyyub Əsəd oğlu – Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

Leyla Bayramova

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

5 Ağustos 2019 Pazartesi

UŞAQ BİRLİYİ TƏŞKİLATININ RƏHBƏRİ (UBR)

Paylaşıldı on 08:31 by Leyla Bayramova

1)İş fəaliyyətini uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun həyata keçirir.
2) İşini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və yeniyetmələrin özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur.
3) Təşəbbüslərə yaradıcı yanaşır, uşaqların qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaradır.
4)Uşaq birliklərinin fəaliyyətinin məzmun və formasını, uşaqların yaş xüsusiyyətlərini, həyatın tələblərini nəzərə almaqla yeniləşdirir və dəyişdirir.
5)Uşaq və yeniyetmələrin istedad, bacarıq və imkanlarını üzə çıxarmaq üçün şərait yaradır, onların asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin edir.
6)Ona etibar olunan uşaqların sağlamlığının və təhlükəsizliyinin qayğısına qalır.
7) Uşaq və yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş təcrübəsindən geniş istifadə edir.
8) Uşaq təşkilatının maddi-texniki bazasını qoruyur və inkişaf etdirir.
9) Dövlət müəssisələri, ictimai təşkilatlar və çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləyir.

P.S – Təçkilatçıya hesabatlıdır.

Bilməlidir:
– “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
-Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyasını, pedaqoji etikanı, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, uşaq kollektivlərinin psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini;
-uşaq birliyi təşkilatının rəhbərinin vəzifələrini və qarşısında duran tələbləri;
-Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: ümumi orta təhsil, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

9-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən az olmayaraq əmək stajı; ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: ali pedaqoji təhsil, 5 ildən az olmayaraq əmək stajı.

Mənbə:
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017- ci il tarixli N18-1 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid -tarif -sorğu ixtisas kitabçası “

Comments are closed, but trackbacks and pingbacks are open.