Press "Enter" to skip to content

Muasir dərs və Fəal təlim

– çox tez-tez və ağrılı sidik ifrazı;

Cinsi yolla keçən xəstəliklər və onların qarşısının alınması yolları

Cinsi yolla keçən infeksiyalar – bir insandan digərinə əsasən cinsi əlaqə zamanı keçən xəstəliklərdir.

Bu infeksiyalar vaxtında müalicə olunduqda sağala bilir. Bu infeksiyaların ən mənfi cəhəti odur ki, onlar özlərini biruzə vermir. Əgər vaxtında müayinə və müalicə aparılmazsa onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilir. Bu infeksiyalar sidik yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, kişilərdə impotensiya, kişilərdə və qadınlarda sonsuzluq və s. yaradır.

Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər:

– cinsi akt zamanı;

– qeyri-steril tibbi alətlərdən istifadə edilməsi ilə;

– xəstənin qanı ilə kontaktda olduqda;

– tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.

Anatomik quruluşundakı xüsusiyyətlərinə görə qadınlarda bu infeksiyalara yoluxma ehtimalı kişilərə nisbətən daha çox olur. Bundan başqa, qadının anatomik xüsusiyyətləri xəstəliyin ilkin əlamətlərinin daha gizli şəkildə getməsinə “kömək” edir.

Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:

– cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;

– çox tez-tez və ağrılı sidik ifrazı;

– cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;

– cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;

– bədəndə səpgilərin əmələ gəlməsi;

– cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;

– limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;

– qadın və kişilərdə – qarının aşağı hissəsində ağrıların yaranması; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.

Əgər hər hansı insan özündə cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini hiss edərsə o, tez bir zamanda ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir.

Ancaq onu da yadda saxlamaq lazımdır ki, bu infeksiyalar gizli şəkildə də keçə bilərlər! Buna görə də ailə qurmaq istəyində olan hər bir cütlük (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinə keçməli və lazım gəldikdə isə müalicə kursu almalıdırlar! Bu gələcəkdə sağlam uşaq olmasını planlaşdıran hər bir cütlük üçün çox vacibdir.

Ailə cütlüyünün bir üzvündə hər hansı bir infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü də mütləq müvafiq müayinələrdən keçməli və lazım gəldikdə müalicə olunmalıdır.

Qonoreya (tripper-süzənək)

Bu xəstəlik cinsi yolla kecir. Çox nadir hallarda və adətən, uşaqlarda bu xəstəliyə yoluxma məişət şəraitində, şəxsi gigiyenik, tualet əşyaları, ümumi yataq dəstləri vasitəsi ilə də baş verə bilər (məsələn, hamam lifində, hamam dəsmalında xəstəliyin törədicisi olan mikroblar öz həyat qabiliyyətini bir neçə saat ərzində saxlaya bilirlər).

Orta hesabla yoluxmadan 3-7 gün sonra kişilərdə sidik ifrazı zamanı ağrı və yandırma hissiyyatı, xayalıqda ağrı, sidik çıxarıcı kanalından sarımtıl-yaşılaçalar rəngdə irinli ifrazat (alt paltarda ləkə qoyan) kimi kliniki əlamətlər meydana çıxır. Qadınlarda isə xəstəlik zamanı uşaqlıq yolundan sarımtıl-yaşılaçalar rəngdə ifrazat, tezləşmiş, ağrılı, çətinləşmiş sidik ifrazı, qarının aşağı hissəsində ağrılar, bəzi hallarda uşaqlıq yolundan qan qarışıqlı ifrazat, aybaşı tsiklinin pozulması və digər əlamətlər baş verə bilər. Ancaq əksər qadınlarda (cinsi orqanların bəzi anatomik xüsusiyyətlərinə görə), adətən, xəstəlik gizli şəkildə gedə bilər ki, bu da çox təhlükəli hesab edilir. Nəticə etibarı ilə bu, xəstəliyin daha gec aşkar olunmasına və bir sıra fəsadların baş verməsinə (hətta sonsuzluğa) səbəb ola bilər.

Qadınlarda qonorreya zamanı sidikifrazedici kanal, uşaqlıq yolu, anal dəlik ətrafındakı sahə və kişilərə nisbətən onların daxili orqanları da (uşaqlıq, yumurtalıqlar, Fallopi boruları) daha asanlıqla xəstəlik törədiciləri tərəfindən zədələnə bilər. Kişilərdə xəstəlik zamanı daxili cinsiyyət üzvləri də zədələndiyi üçün onlarda xaya artımlarının, toxum kisəciyi, prostat vəzinin xroniki xəstəlikləri inkişaf edir. Həm qadınlarda, həm də kişilərdə xəstəlik son nəticədə sonsuzluğa səbəb ola bilər.

Sifilis xəstəliyi seksual əlaqələr zamanı, qan ilə (qan köçürülməsi, tatuirovka – bədəninə şəkillər döydürməsi, iynə vurulması), həmçinin xəstələrin diş fırçasından, qab-qacağından, istifadə edilməsi, öpüş zamanı (xəstələrin ağız boşluğunda və dodaqlarında xoralar və ya qan sızan zədəli sahələr olduqda) də keçə bilər. Xəstəliyə yoluxma steril olmayan tibbi alətlərlə də (ginekoloji, stomatoloji, cərrahi) baş verə bilər.

Sifilis xəstəliyi öz inkişafı prosesində bir neçə mərhələdən keçir:

– Birinci mərhələ (ilkin sifilis) yoluxmadan 3-4 həftə sonra başlayaraq, təxminən 6-8 həftə davam edir. Bu mərhələdə xəstəlik törədicisinin bədənə daxil olduğu yerdə kiçik, ağrısız, kənarları və səthi hamar, səthindən parlaq, şəffaf maye ifraz edən dairə şəkilli xora əmələ gəlir. “Bərk şankr” adlanan belə xora əmələ gəldikdən sonra, ona yaxın olan limfa düyünləri böyüməyə başlayır. Böyümüş bu düyünlər, adətən, ağrısız olur. Şankr əksər hallarda cinsiyyət üzvlərində (kişilərdə, kişi cinsiyyət üzvü və xayalıqda, qadınlarda isə kiçik cinsiyyət dodaqlarında, uşaqlığın selikli qişasında), həmçinin anal dəlik (anus, arxa dəlik) ətrafında, ağız boşluğu və dodaqlarda yaranmış olur. Bir neçə həftədən sonra şankr müalicə olunmadan da sağalır ki, bu da onu daha təhlükəli edir. Çünki bu zaman xəstə sağaldığını düşünərək, özünü rahat hiss etsə da, o digərləri üçün yoluxucu hesab olunur! Xəstəliyin ilkin dövründə başlanan düzgün müalicə heç bir fəsad vermədən tam sağalma ilə nəticələnir.

– Yoluxmadan təxminən 2 ay sonra xəstəliyin ikinci mərhələsi başlayır. Bədənin, ovucların, ayaqaltı sahələrin dəri örtüyündə, ağız boşluğunun və cinsi orqanların selikli qişasında səpgilər (onlar vaxtaşırı yaranır, sonra isə yox olurlar) əmələ gəlir. Səpgidən başqa, qızdırma, titrəmə, yorğunluq, oynaqlarda ağrılar, az hallarda isə saçların tökülməsi də müşahidə edilə bilər.

– Xəstəlik müalicə olunmadıqda yoluxmadan 4-5 il sonra onun üçüncü mərhələsi başlayır ki, bu zaman onurğa beyni və baş beyinin zədələnməsi, psixiki pozğunluqlar, ifliclər, xəstələrin eybəcər hala düşməsi baş verir. Hazırda sifilis xəstəliyi yaxşı müalicə olunduğu üçün xəstəliyin üçüncü mərhələsi çox nadir hallarda təsadüf edilir.

Genital herpes

Genital herpes – çox yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma cinsi əlaqə vasitəsi ilə, öpüşlə (əgər virus ağızda olan səpgilərdə olarsa), qanla, hamilə olarkən anadan uşağa, həmçinin məişət əşyaları vasitəsi ilə keçə bilər. Xəstə adam və onun ətrafında olan yaxınları şəxsi gigiyena qaydalarına çox dəqiqliklə əməl etməli, ayrı-ayrı yataq dəstləri və dəsmallardan istifadə etməlidirlər!!

Genital herpes zamanı selikli qişalar və dəri zədələnmiş olur. Yoluxmadan 3-7 gün sonra xəstələnən şəxslərin (ancaq hamıda yox; belə ki, bir çoxlarında infeksiya özünü heç bir əlamətlə büruzə vermir) cinsi yollarında qaşınma, yandırma hissiyyatı, daha sonra içərisi maye ilə dolu olan qovuqcuqlar əmələ gəlir ki, o da sonradan şəffaf maye ifraz edən xoraya çevrilir. Xoralar həm daxili, həm də xarici cinsiyyət orqanlarında, anal dəlik ətrafında, bir çox hallarda isə dodaqlarda və budlarda da əmələ gəlir. Bundan başqa, xəstələrdə qızdırma, baş ağrıları, ağrılı sidik ifrazı, qadınlarda uşaqlıq yolundan, kişilərdə isə sidik kanalından ifrazat xaric edilməsi də təsadüf edilir. Bütün bu əlamətlər sonradan heç bir müalicə aparılmadan da keçib gedə bilərlər. Virus isə insanın ömrünün sonuna qədər onun orqanizmində qalır və onun inkişafı üçün müvafiq əlverişli şərait yaranmış olduğu halda (bədənin soyuması, qızışması, yorulması, streslər keçirilməsi, digər infeksiyalardan sonra) xəstəlik təkrarən yenidən aktivləşə bilir. Genital herpes xəstəliyini tam şəkildə müalicə etmək mümkün olmur və bu zaman müalicə yalnız xəstəliyin residiv verməsi (təkrarlanması) hallarının sayının, müddətinin və ağırlıq dərəcəsinin azaldılması istiqamətində aparıla bilər.

Bəzi hallarda xəstəlik mərkəzi sinir sistemi və gözləri də zədələyə bilər. Hamilə qadınlarda isə genital herpes əksər hallarda uşaqsalmaya, vaxtından qabaq doğuşa, bəzi hallarda isə uşaqda müxtəlif anomaliyalara da səbəb ola bilər.

Hal-hazırda xlamidioz xəstəliyi cinsi yolla keçən infeksiyalar arasında ən çox yayılmış infeksiya hesab edilir.
Xəstəliyə yoluxduqdan 1-4 gün sonra xəstələrdə selikli-irinli ifrazat, ağrılı sidik ifrazı, qarının aşağı hissəsində, beldə ağrılar, qadınlarda aybaşılar arası dövrdə qanaxmalar, kişilərdə xayalıq və aralıq nahiyəsində ağrılar baş verir. Əksər qadınlarda və kişilərin bir hissəsində xəstəliyin bütün bu əlamətləri ya çox zəif ifadə olunur, ya da heç olmaya da bilir. Xlamidioz xəstəliyi müalicə olunmadığı hallarda, uşaqlıq boruları, uşaqlıq boynunun iltihabı, hamiləlik və doğuş patologiyaları, daxili orqanların (qara ciyər, dalaq, periton – qarın boşluğu divarlarını və üzvlərini örtən qişa) müxtəlif xəstəlikləri, xaya artımlarının, prostat vəzi, sidik kisəsinin iltihabı, kişilərdə potensiyanın pozulması kimi patoloji hallara da səbəb ola bilər.

Trixomoniaz

Trixomoniaz – əksər hallarda digər cinsi yolla keçən infeksiyalarla (CYKİ) birgə təsadüf edilir. Xəstəlik əsasən cinsi yolla ötürülür. Məişətdə yoluxma yalnız tək-tək hallarda baş verir.

Xəstəliyin əlamətləri yoluxmadan 4-21 gün keçdikdən sonra özünü büruzə verə bilər. Bu zaman qadınlarda xeyli miqdarda ağ və ya yaşıl-sarı rəngli, köpüklü, kəskin, pis-xoşagəlməz iyli ifrazatın xaric olması qeyd oluna bilər. Bu ifrazat isə öz növbəsində, cinsi orqanlarda qaşınmaya, qıcıqlanmaya, həmçinin sidik ifrazı zamanı ağrı və yandırma hissiyyatının yaranmasına, cinsi əlaqə zamanı isə ağrılara da səbəb ola bilər. Aybaşı zamanı qadınlarda göstərilən bu əlamətlər arta da bilərlər. Kişilərdə sidik ifrazı zamanı yandırma hissiyyatı, uretradan (sidik kanalından) selikli-irinli ifrazatın olması baş verir. Ancaq bir çox hallarda xəstəlik açıq şəkildə ifadə olunmuş əlamətlər olmadan da keçə bilər ki, bu da müalicə olunmadığı təqdirdə son nəticədə ciddi fəsadlara səbəb ola bilər.

Trixomoniaz zamanı qadınlarda uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın daxili təbəqəsi, uşaqlıq boruları və yumurtalıqlar zədələnmiş olur. Bəzi hallarda infeksiya periton qatının iltihabına da (peritonit) səbəb ola bilir. Kişilərdə xəstəlik prostat vəzini, xaya və xaya artımlarını, sidik yollarını zədələyə bilir ki, bu da onlarda potensiyanın pozulması ilə də nəticələnə bilər. Xlamidioz kimi, trixomoniaz da bir çox hallarda sonsuzluğun səbəbi ola bilər.

Kandidoz xəstəliyini – Kandida nəslindən olan maya göbələklərinə bənzər mikroorqanizmləri törədirlər. Az miqdarda olmaqla, onlar əksər adamların cinsi orqanlarında, bağırsaqda mövcud olaraq heç bir xəstəlik halına səbəb olmurlar.

Ancaq uzun müddət ərzində antibiotik preparatları qəbul etdikdə, şəkərli diabetdə, hamiləlik vaxtı və s. hallarda immunitetin zəifləməsi fonunda bu göbələklərin sayının sürətlə artması baş verə bilər. Kandidozun inkişaf etməsinə dar və sintetik paltarların geyilməsi və uşaqlıq yolunun müxtəlif tərkibli mayelərlə tez-tez püskürdülməsi, şırınqa ilə yuyulması da səbəb ola bilər. Beləliklə, kandidoz əksər hallarda cinsi əlaqədə olmadan da əmələ gələ bilir. Ancaq bu xəstəlik cinsi yolla da ötürülə bilər. Uşaqlar doğuş zamanı anadan, həmçinin sanitar-gigiyenik normaların pozulması nəticəsində digər hallarda da yoluxa bilərlər.

Kandidoz xəstəliyi ilə daha çox hallarda qadınlar xəstələnirlər. Xəstəlik kliniki olaraq, uşaqlıq yolundan xeyli miqdarda olan ağımtıl “kəsmiyə bənzər” ifrazatın, xarici cinsi üzvlərin şişkinliyi, qaşınma, sidik ifrazı zamanı yandırma hissiyyatı kimi əlamətlərlə müşayiət olunur. Əksər hallarda isə xəstəlik ya gizli şəkildə, ya da çox az əlamətlərlə keçir. Kişilərdə kandidoz xəstəliyi zamanı cinsiyyət üzvü başının və kənar pülüyün iltihablaşması, cinsiyyət üzvünün başının qızarması və üzərində xarakterik kəsmiyə bənzər təbəqənin əmələ gəlməsi və uretradan (sidik kanalından) ifrazatın olması kimi kliniki əlamətlər baş verə bilər. Kişilərdə kandidoz xəstəliyi zamanı prostat vəzi, xayalar və onun artımları, sidik kisəsi kimi orqanlar, qadınlarda isə daxili qadın cinsi orqanları, sidik kisəsi və böyrəklər də zədələnə bilər.

Papillomavirus infeksiyası

Xəstəlik insan papilloma virusu (İPV) tərəfindən törədilir. Xəstəlik həm cinsi yolla, həmçinin hamiləlik və doğuş zamanı isə anadan uşağa keçə bilər.
Xəstəliyin əlamətləri infeksiyaya yoluxduqdan 1-9 ay sonra (orta hesabla 3 ay ərzində) özünü büruzə verməya başlayır. Xarici cinsiyyət üzvlərində, anal dəlik ətrafında, uşaqlıq yolu və ya sidik kanalı daxilində açıq qırmızı və ya dəri rəngində olan ziyillər əmələ gəlir. Onlar bəzi hallarda yastı şəkildə qalaraq az nəzərə çarpa bilərlər. Bəzən isə onların sayı və ölçüləri artaraq, tədricən gül kələminə və ya xoruz pipiyinə bənzər şəkil ala bilər. Kandilomalar (ziyillər) xəstə insanda zədələnmə sahəsində qaşınma, yandırma hissiyyatı, ifrazatın olması, bir qədər qanaxma, sidik ifrazı zamanı ağrı, cinsi əlaqə və gəzinti zamanı narahatlıq kimi kliniki əlamətlərə səbəb olurlar.
Həkimlərin fikirinə görə, əksər hallarda qadınlarda uşaqlıq boynunun xərçənginin və kişilərdə isə xərçəng xəstəliklərinin bir hissəsinin səbəbi də insan papilloma virusunun (İPV) bəzi tipləri hesab olunur.

Yadda saxlamaq lazımdır ki, bədənin aşağı hissələrində olan ziyillərin heç də hamısı kandiloma olmasa da, belə törəmələr cinsi orqanlar və onlara yaxın yerlərdə yerləşmiş olarlarsa, mütləq həkimə müraciət etmək lazımdır! Kandilomaların heç bir halda özünüz tərəfindən xaric edilməsinə cəhd etmək olmaz!

Mikoplazmoz. Ureaplazmoz

Bu xəstəliklər əsasən cinsi yolla ötürülür. Bəzi hallarda isə qadınlar, xüsusilə qız uşaqları ümumi gigiyena əşyaları ilə də yoluxa bilərlər. Xəstəliklə həm kişilər, həm də qadınlar eyni dərəcədə xəstələnirlər. Kişilər və hamilə qadınlar üçün bu xəstəlik daha təhlükəli hesab edilir.

Mikoplazmoz və ureaplazmoz xəstəlikləri yoluxmadan 3-5 gün sonra, özlərini müəyyən əlamətlərlə büruzə verirlər. Bu zaman xəstə qadınlar cinsi üzvlər sahəsində qaşınma və diskomfortdan (narahatlıq), az miqdarda şəffaf ifrazat, ağrılı sidik ifrazından, qarının aşağı hissəsində ağrılardan şikayət edirlər.
Xəstəlik müalicə olunmadığı təqdirdə həm qadınların, həm də kişilərin cinsi üzvlərində iltihabi proseslərin baş verməsi ilə nəticələnə bilər. Kişilərdə bu xəstəliklər, həmçinin spermatogenezin (spermanın hazırlanması) pozulması nəticəsində sonsuzluğa da səbəb ola bilər./ saglamolun.az/

Muasir dərs və Fəal təlim.

Təhsil müəssələrində tədris prosesində yeni təlim texnologiyalarının tətbiqi, dünya təhsil sisteminə inteqrasiya məsələlərinə ciddi yanaşılır. Təhsilin keyfiyyəti tək şərt deyil, həm də prosesdir. Keyfiyyətli təhsil prosesinin əsas tərkib hissələrindən biri dərsin təşkilidir: onun mərhələləri, təlimin forma, üsul və metodlarıdır; onun qurulması optimal düzgün həllinin tapılmasıdır.

Müasir dərsdə müəllim hər bir uşağı görür, onun potensialından maksimum istifadə edir. Müasir dərs bütün iştirakçıların qarşılıqlı inam və etibarı əsasında canlı ünsiyyətdir. Dərs nəinki müəllimin, həm də şagirdin yaradıcılığının nəticəsi olur.

Fəal dərsin səmərəliyini artırmaq üçün ən mühüm şərtlərdən biri dərsin planlaşdırılmasıdır. Fəal dərsin yaradıcı xarakterinə baxmayaraq, onun uğuru dərsin bütün mərhələrinin öncədən “ölçülüb-biçilməsi” sindən asılıdır.

Planlaşdırma təlimin məqsədlərinin müəyyənləşməsindən başlanır.
Təlim məqsədlərinin bir neçə təsnifatı mövcuddur:
1.Müəllimin fəaliyyətinin xarakteri üzrə: öyrədici, inkişafedici, tərbiyəedici;
2. İdrak sahəsində əldə olunan nəticələrinin səviyyəsi üzrə;

3. İdrak prosesinin səviyyəsi üzrə hafizənin və təfəkkürün müxtəlif növləri ( məntiqi, tənqidedici, yaradıcı)

Müəllimlərin çox zaman təlimin məqsədlərinin müəyyən edilməsinə əhəmiyyət vermirlər və ya onu etməyi bacarmırlar. Onlar təlimin məqsədi kimi yalnız öyrədici məqsədlər müəyyən edirlər. Lakin inkişafedici və tərbiyəedici məqsədlər isə kölgədə qalır və müəllim fəaliyyətini istiqamətləndirmir. Təlim məqsədlərini müəyyən edərkən müəllim aşağıdakı amilləri nəzərdə tutmalıdır:

Tədris materiallarının xususiyyətini;
Bu dərsin keçirilən mövzu üzrə dərs silsiləsində tutduğu yeri və sinfin hazırlıq səviyyəsini.
Planlaşdırma zamanı müəllim 4 əsas suala cavab verməlidir.
Nə öyrədilməli?
Necə öyrədilməli?
Hansı şəraitdə?
Nəticələri necə qiymətləndirmək olar?

Bu sualara cavab kimi təlim tərbiyə prosesinin strukturu şərti olaraq aşağıdakı tərkib hissələrindən ibarət sistem kimi təsvir edilir:

1. Tədris plan və proqramları və ya təlimin məzmunu (nə öyrədilməli?) ;
2. Təlim metodları (necə öyrədilməli?) ;
3. Təlim- tərbiyə prosesinin təşkili (Hansı şəraitdə?) ;
4. Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi (nəticələri necə qiymətləndirmək olar?).

Real təlim prosesində bu komponentlərin xüsusilə , bu sistemin təlim-tərbiyə prosesinin təşkili kimi mühüm tərkib hissəsinə adətən az əhəmiyyət verilir. Çünki təlimin təşkilinin ancaq formal cəhətləri nəzərə alınır. Müəllim işində də şagirdə çatdırmalı dərsin məzmunu ( yəni hansı bilik öyrədilməlidir?) üstün tutulur. Lakin bununla müəllim təlim-tərbiyə prosesinin əsas tərkib hissəsinin yalnız birini nəzərdə tutur və təlim proseslərində əhəmiyyət daşıyan digər amilləri ( necə, hansı şəraitdə) nəzərdən qaçırır.

Bu nöqsanları aradan qaldırmaq məqsədi ilə xüsusi təlim modeli müəyyənləşdirilmişdir. Təlim modelinin 4 əsas komponenti var:

Bu komponentlər arasında əlaqə yaradan ünsürlər təlim prosesinin 2 əsas istiqamətini göstərir:

1. Şagirdlərin idrak prosesinin, yəni təfəkkür, hafizə, diqqət, təxəyyül proseslərinin və bununla əlaqədar əsas bilik bacarıq və vərdişlərinin inkişafı.

2. Şagirdlərin şəxsiyyətinin nkişafı, yəni şagirdin sosial-psixoloji, emosional-iradi inkişafı.

Bu iki amil təlim-tərbiyə prosesinin uğurunun əsas meyarı olmalı və həmin prosesin qurulmasının istiqamətini müəyyən etməlidir. Fəal dərsin planlaşdırılmasında məzmun xəttinin əsas standart və alt standartların seçilməsi də vacibdir. Dərsi planlaşdırarkən müəllim dərsin hansı növə aid olduğunu da müəyyənləşdirir.

Fəal ( interaktiv) dərsin 2 əsas növü var: induktiv və deduktiv tədqiqat. İnduktiv tədqiqat xüsusi biliklərdən ümumi biliklərə doğru irəliləyir , deduktiv tədqiqət isə əksinə. İnduktiv tədqiqat daha çox yeni mövzunun keçirilməsi zamanı istifadə olunur.

Deduktiv tətqiqat daha çox mövzunun möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədi ilə istifadə olunur.

Dərsin məqsədlərini, dərsin tipini müəyyənləşdirəndən sonra müəllim artıq fəal təlimin quruluşuna əsasən dərsi mərhələlər üzrə planlaşdırır.

Uşaqlıq yolundan axıntı

Uşaqlıq yolundan axıntı — cinsi yarıqdan duru və yaxud qatı konsistensiyalı, əksər hallarda xoşagəlməz iyli ifrazatın xaric olmasıdır. Axıntılar vulvada və uşaqlıq yolunun dəhlizində qaşınma, qarnın aşağı hissəsində ağrı, intim yaxınlıq zamanı diskomfort hissi ilə müşayiət olunur. İfrazatlara cinsi infeksiyalar , uşaqlıq və onun artımlarının xəstəlikləri, cinsiyyət orqanlarının travması zamanı rast gəlinir. Axıntının səbəbi ginekoloji müayinə, ifrazatın bakterioloji analizi, instrumental üsullarla üzə çıxarılır. Axıntının aradan qaldırılması üçün əsas xəstəlik müalicə olunur.

Uşaqlıq yolundan axıntı haqqında ümumi məlumat

Normada qadınlarda az miqdarda, iysiz vaginal axıntılar mümkündür. Yumurtanın ağına bənzəyən, dartılan, selikli ifrazatlara ovulyasiya zamanı təsadüf olunur. Patoloji axıntılar üçün rəng və miqdarın dəyişməsi xarakterikdir. Belə hallarda alt paltarında sarı və yaxud qəhvəyi ləkələr müşahidə edilir. İfrazatlar iri həcmdə olduqda böyük və kiçik cinsiyyət dodaqlarında, aralıq nahiyəsində toplanır. Axıntılar üfunətli, turş, balıq iyli ola bilər.

Qadınlarda axıntı ilə yanaşı, aralıqda və uşaqlıq yolunun dəhlizində qaşınma, eləcə də cinsiyyət nahiyəsinin dərisində qıcıqlanma, səpgilər yaranır. Bəzən pasiyentləri qarnın aşağı hissəsində ağrılar narahat edir. Vaginal axıntılar külli miqdarda olduqda qadınlar aybaşı günləri üçün nəzərdə tutulan gigiyenik bezlərdən istifadə edir. Kəskin iylə əlaqədar psixoloji diskomfort meydana çıxır. Vaginal ifrazatların rəng və konsistensiyasının dəyişməsi genital və yaxud ekstragenital xəstəliklərdən xəbər verir. Belə vəziyyətlərdə mütləq ginekoloqa müraciət olunmalıdır.

Uşaqlıq yolundan axıntının təsnifatı

Vaginal axıntılar fizioloji və patoloji olur. Fizioloji ifrazatlar reproduktiv orqanların epitel toxumasının hormonal fonun dəyişməsinə qarşı reaksiyasıdır. Patoloji axıntı isə müxtəlif xəstəliklərlə bağlıdır. Qatılıq və konsistensiyasına görə vaginal axıntıların duru, qatı, dartılan, kəsmiyəbənzər, bəzən köpüklü formalarına rast gəlinir. Diaqnozun qoyulması və müalicə üsulunun seçilməsi üçün aşağıdakı təsnifatdan istifadə olunur:

  • Şəffaf axıntı. Selikli, qatı və yaxud çox duru olur. İysiz ifrazatlar uşaqlıq yolunda artıq mayenin sorulma prosesi pozulduqda əmələ gəlir. Bu hallara normal mikrofloranın pozulması, cinsi hormonların disbalansı səbəb olur.
  • Ağ axıntı. Qatı, kəsmiyəbənzər və ya dartılan ifrazatlar uşaqlıq boynunda və vaginal hissənin dəhlizində yerləşən vəzilərin fəaliyyəti gücləndikdə müşahidə olunur. Belə vəziyyətlərə genital patologiyalar fonunda rast gəlinir. Ağ axıntıları törədən patogen mikroorqanizmlərdir.
  • Qanlı ifrazat. Vaginal ifrazatlar «ət suyunu» xatırlada bilər. Bəzən isə cinsi yarıqda al və yaxud tünd-qırmızı qan xaric olur. Qanaxmaya endometriumun disfunksiyası, uşaqlıq yolu və boynunun epitel qatının zədələnməsi səbəb olur.
  • Boz axıntı. Vaginal mikroflora pozulduqda yaranır. Bu zaman faydalı Doderlayn çöplərinin miqdarı azalır, uşaqlıq yolunda xəstəlik törədən bakteriyalar artır. Axıntılar qatı, üfunətli və ya spesifik balıq iyli olur.
  • Sarı ifrazat. Cinsiyyət sisteminin infeksion xəstəlikləri üçün xarakterikdir. Uşaqlıq yolunun intensiv iltihabi reaksiyaları və xarici sekresiya vəzilərinin fəaliyyətinin pozulması nəticəsində sarı axıntılar formalaşır. Onlar qatı, duru və ya köpüklü olur.
  • İrinli (sarı-yaşıl) axıntı. Qatı konsistensiyalı, qaymağabənzər vaginal ifrazatlar bakterial infeksiyalara işarə edir. Tipik rəng ölmüş leykositlərlə əlaqəlidir. Üfunətli axıntılar uşaqlıq və onun artımlarının patologiyalarında, abses, eləcə də kistalar deşildikdə yaranır.

Vaginal ifrazatlar həm də iyə görə təsnif edilir. Bir sıra xəstələrdə axıntılar turş, üfunətli və ya balıq iyə malik olur. İfrazatı törədən patoloji prosesin lokalizasiyasından asılı olaraq, vestibulyar, vaginal və servikal axıntılar ayırd edilir. İfrazatlar uşaqlıq və onun artımlarında əmələ gəldikdə korporal və boru formalar qeydə alınır.

Uşaqlıq yolundan axıntının səbəbləri

Uşaqlıq yolundan şəffaf axıntının səbəbləri

Az miqdarda, iysiz, sulu və yaxud selikli ifrazatlara periodik rast gəlinir. Onların miqdarının artması və turş iy alması xəstəliyə dəlalət edir. Şəffaf axıntılara aşağıdakı amillər səbəb olur:

  • Fizioloji faktorlar: aybaşı siklinin birinci yarısında estrogenlərin təsiri, qızlarda cinsi yetişkənlik dövrü;
  • Allergikvulvit və vaginit;
  • Helmintozlar: enterobioz, askaridoz, şistosomoz və s.

Uşaqlıq yolundan ağ axıntının səbəbləri

Qatı, kəsmiyəbənzər ifrazatlar vaginal və servikal lokalizasiyalı patoloji proseslər üçün səciyyəvidir. Axıntının intensiv qaşıntı və ağrılı cinsi əlaqə ilə müştərəkliyi infeksion prosesdən xəbər verir. Uşaqlıq yolundan ağ ifrazatların səbəbləri aşağıdakılardır:

  • Fizioloji dəyişikliklər: aybaşı siklinin ikinci yarısı, cinsi akt, hamiləlik dövrü;
  • Vaginal kandidoz;
  • Genital vərəm;
  • Nadir səbəblər:uşaqlıqdaxili spiral, hamiləlikdən qorunmaq üçün krem istifadəsi.

Uşaqlıq yolundan qanlı axıntının səbəbləri

Cinsi yarıqdan qanın axması travma olmadıqda ciddi üzvi xəstəliklərə işarədir. Onun başlıca səbəbləri bunlardır:

  • Endometrioz;
  • Uşaqlıq boynunun patologiyaları:eroziya, polip , bədxassəli törəmələr;
  • Reproduktiv orqanların şişləri:mioma , adenokarsinoma, uşaqlıq yolunun xərçəngi;
  • Cinsi yolların travmaları: kobud cinsi akt, qasıq və aralıq nahiyələrinin əzilməsi;
  • Oral kontraseptivlərin qəbulu;
  • Uşaqlığın doğuşsonrası involyusiyası.

Uşaqlıq yolundan boz axıntının səbəbləri

Cinsi yarıqdan külli miqdarda, boz ifrazatın xaric olması vaginal mikrofloranın pozulması ilə bağlıdır. Bu disbalans genital infeksiyalar və digər orqanların xəstəlikləri zamanı baş verir. Boz axıntılar aşağıdakı xəstəliklər üçün xarakterikdir:

  • Bakterial vaginoz;
  • İltihabi proseslər: kolpit, endoservisit , atrofik vaginit;
  • Cinsi infeksiyalar:trixomoniaz və xlamidioz (başlanğıc mərhələlərdə)
  • Nadir səbəblər: endokrin sistemin patologiyaları ( şəkərli diabet, hipotireoz, böyrəküstü vəzin xroniki çatışmazlığı), vərəm.

Uşaqlıq yolundan sarı axıntının səbəbləri

Az miqdarda, qatı, açıq-sarı rəngli vaginal ifrazatlara bəzən aybaşıdan bir neçə gün əvvəl rast gəlinir. Xoşagəlməz iyli, köpüklü, sarı axıntılar cinsi orqanların aşağıdakı xəstəliklərinə xasdır:

  • İnfeksion patologiyalar: aerob vaginit, trixomoniaz, xlamidioz;
  • İltihabi proseslər: kolpit, salpingit, adneksit ;
  • Sidik kisəsi-uşaqlığın fistulaları.

Uşaqlıq yolundan irinli axıntının səbəbləri

Müxtəlif iltihabi proseslərdə uşaqlıq yolundan qatı, kəskin iyli irin ifraz oluna bilər. Belə axıntılar qarnın aşağısında ağrı və qızdırma ilə müşayiət edilir. İrinli ifrazat aşağıdakı xəstəliklər üçün xarakterikdir:

  • Fəsadlaşmış genital infeksiyalar:qonoreya, mikoplazmoz, ureaplazmoz;
  • Xarici cinsiyyət orqanlarının patologiyaları:bartolinit, aralıq dərisinin furunkulu;
  • Uşaqlıq və onun artımlarının xəstəlikləri:piometra, piosalpinks, doğuşdan sonrakı endometrit.

Uşaqlıq yolundan axıntının diaqnostikası

Vaginal ifrazatlara rast gəlindikdə ginekoloqun konsultasiyası göstərişdir. Bu zaman xarici və daxili cinsiyyət orqanları fiziki, instrumental üsullarla müayinə olunur. Axıntının səbəbini üzə çıxarmaq üçün müxtəlif klinik və mikrobioloji analizlər aparılır. Onlar arasında daha çox diaqnostik əhəmiyyət kəsb edən üsullar aşağıdakılardır:

  • Vaginal müayinə. Uşaqlıq yolu və boynunun vaginal güzgülərlə müayinəsi diaqnostikanın əsas üsullarındandır. Müayinə prosesində axıntıların miqdar və xarakteri qiymətləndirilir. Həmçinin epitel toxumanın iltihabi və yaxud atrofik dəyişiklikləri aşkarlanır.
  • Kolposkopiya. Uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasının vizualizasiyası cinsiyyət orqanlarının eroziya, xərçəngönü xəstəlikləri və bədxassəli törəmələrinin diaqnostikasında mühüm əhəmiyyət kəsb edir. Kolposkopiya əsnasında sirkə turşusu və Şiller üsulu ilə sınaq aparılır. Ehtiyac yarandıqda servikoskopiya əlavə olunur.
  • Ultrasəs müayinəsi. Vaginal axıntı qarnın aşağı hissəsində ağrı, aybaşıarası qanaxmalar ilə müşayiət olunduqda çanaq orqanlarının USM göstərişdir. Sonoqrafiya ifrazatın səbəbini (kista, uşaqlıq boruları və yumurtalıqlarda iltihabi proseslər, törəmələr və s.) üzə çıxarmağa imkan verir.
  • Axıntının bakterioloji analizi. Üfunətli ifrazatlar çox zaman cinsi infeksiyalarla bağlı olur. Bu səbəbdən yaxma analizi mütləq sayılır. Geniş yayılmış törədiciləri tez aşkarlamaq üçün İFA, birbaşa İFR, PZR-diaqnostika aparılır.

Sifilis Vasserman reaksiyası ilə inkar və yaxud təsdiq edilir. Vərəmin diaqnostikasına yönəldilmiş sınaqlar aparılır. Qanın klinik və biokimyəvi analizi iltihabi prosesin səbəbini tapmağa kömək edir. Həcmli törəmələrdə əsas onkomarkerlərin səviyyəsi yoxlanılır. Zərurət olduqda kiçik çanağın KT və ya MRT-si icra olunur.

Uşaqlıq yolundan axıntının müalicəsi

Diaqnoz qoyulana qədər yardım

Qaşınma və digər narahatlıqları azaltmaq üçün müntəzəm gigiyenik prosedurlar və bezlərdən istifadə etmək tövsiyə olunur. Həmçinin antiseptik məhlulları və müalicəvi bitki dəmləmələri ilə yerli vannalar effektiv sayılır. Bu metod iltihabi prosesi zəiflədir, patogen bakteriyaların sayını azaldır. Güclü ağrılarda QSİƏP qrupundan olan analgetiklər, spazmolitiklər qəbul edilir. Turş iyli, üfunətli, eləcə də qanlı axıntılarla qarşılaşdıqda mütləq ginekoloqa müraciət olunmalıdır.

Uşaqlıq yolundan axıntı zamanı konservativ müalicə

Müalicə sxemi ifrazatın səbəbi və reproduktiv sistemin vəziyyəti nəzərə alınmaqla fərdi şəkildə tərtib olunur. Müalicənin əsasını etiopatogenetik terapiya təşkil edir. Yanaşı olaraq simptomatik vasitələr təyin olunur. Medikamentoz müalicə yerli və fizioterapevtik üsullarla müştərək formada aparılır. Cinsi infeksiyalar aşkarlandıqda hər 2 cinsi partnyorun müalicəsi mütləqdir. Müalicə prosesində adətən aşağıdakı preparatlardan istifadə olunur:

  • Antibakterial vasitələr. Zöhrəvi xəstəliklərdə və digər irinli genital patologiyalarda düzgün seçilmiş antibiotiklər patogen mikroorqanizmlərin məhvini təmin edir. İfrazatın səbəbindən asılı olaraq, bəzən antiprotozoy, helmint əleyhinə preparatlar təyin edilir.
  • Antihistamin preparatlar. Aralıq nahiyəsində qaşınma və diskomfort hissini yox edir, patoloji ocaqda iltihab mediatorlarının sayını tez bir zamanda azaldır. Dərmanın təsirini gücləndirmək üçün onu iltihabəleyhinə vasitələrlə kombinə edirlər.
  • Yerli təsirli dərmanlar. Asidofil laktobakteriyalardan ibarət vaginal şamlar uşaqlıq yolunun mikroflorasını bərpa edir. Axıntının səbəbini, iyini və digər əlamətləri aradan qaldırmaq üçün digər antibiotik və antimikotiklərlə birgə vaginal şamlar məsləhət görülür.

Uşaqlıq yolundan axıntı zamanı cərrahi müalicə

Uşaqlıq boşluğundan və borularda irinin toplanması, kistaların irinləməsi, bartolin vəzin absesi patoloji ocaqların sanasiya və drenajlanmasına göstərişdir. Fistula aşkarlandıqda onlar kəsilir, cinsi yolların anatomik quruluşu plastik yolla ilə bərpa edilir.

Xoşxassəli törəmələr sağlam toxuma sərhəddində xaric edilir. Bədxassəli şişlərdə adətən ovariektomiya, uşaqlığın amputasiyası aparılır. Endometrioz zamanı patoloji ocaqlar kəsilir, sonra həmin hissə yandırılır.

Comments are closed, but trackbacks and pingbacks are open.