Press "Enter" to skip to content

Əski əlifbanı

Pankürkçü, panislamçı kimi tutulub güllələnənlər, ancaq sufi, yəni məntiqlə dərk olunmayan sevgi ilə yaşaya biliblərmiş.

Mirzə Fətəli Axundov

Amma her ikisinin eserleri ve fikirleri chox deyerlidir. Axundovun eserleri ise dine deyil, movhumata qarshidir.

Zəhmət olmasa Axundov barəsində olan fikirlərinizi konkret faktlarla əsaslandırasınız?
Tərbiyənin kimdən öyrəndin. -Tərbiyəsizdən ( müdrik kəlam)

#2 fidan

Muqaddam – Lieutenant Colonel

Отправлено 15 Декабрь 2009 – 17:12

Zehmet niye olur? Meselen ele Dervish Parisi partladir filmi. Bunu ona gore misal chekirem ki, Hekayeti Musyo Jordan ve Dervish Mesteli shah-i oxumayanlar olsa da, bu filme hami baxib. Orda Dervishin emelleri, xanimlarin da bu caduya inanmalari.

Сообщение отредактировал fidan: 15 Декабрь 2009 – 17:15

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#3 palchiq

Отправлено 15 Декабрь 2009 – 21:35

Axundovun eserleri ise dine deyil, movhumata qarshidir.

Əski əlifbanın latın əlifbası ilə əvəz edilməsi mövhumata qarşı bir əməl olub, yoxsa İslam dininə qarşı?

Tərbiyənin kimdən öyrəndin. -Tərbiyəsizdən ( müdrik kəlam)

#4 Şair

Forumun faktiki Ali Məqamlı Rəhbəri

Отправлено 15 Декабрь 2009 – 22:03

palchiq məzh mən də o sualı vermək istəyirdim. C.Məmmədquluzadə və Axundovu müdafiə edənlərə. Məgər ərəb qrafikası qalsa idi, biz geridəqalmış xalq olacaqdıq? Belə çıxır ki biz 13 əsr geridə qalmışdıq ki.
Onların siyasəti, dünyaya kim ağalıq edir onlarla yaxın olaq, yəni əgər indi ÇİN olsa idi dünya lideri və həmin “şəxsiyyət”lər də yaşasa idilər, onların yəqin ki fikri olardı ki, çin qrafikasına keçək

#5 Bəndə

Отправлено 15 Декабрь 2009 – 23:54

Bilirsiniz,onların tərəfini saxlamıram,amma qismən də olsa onları başa düşürəm.Çünki o vaxtki zəmanədə din-islam çox təhrif olunmuş şəkildə idi,onun vasitəsi ilə bütün çirkinliklərə din donu geyindirib,xalqı din adı ilə qul etmişdilər.O vaxtkı “mollalar,ruhanilər” haqda danışmaq belə istəmirsən.Dini nə günə qoyub,camaatı dinə dəvət etməkdən uzaqlaşdırırdılar,hamısı da öz əməlləri ilə. Axundov kimi imanı zəif olan bir insan da bu mühitdə böyüyüb,Vazehin köməkliyi ilə, onlara öz etirazını bu dindən dönməklə göstərib.

. Axundov məşhur Azərbaycan şairi M.Ş.Vazehdən xəttatlığı öyrənir. Tezliklə Mirzə Şəfi ilə şagirdi arasında yaxın dostluq əlaqəsi yaranır. Öz tələbəsinin nadir istedada və ağıla mənsub bir gənc olduğunu görüb,
M.Ş.Vazeh onunla açıq söhbət aparır, Fətəliyə dini-sxolastik təhsilin “puçluğunu”
və gərəksizliyini açıb göstərir, ruhanilərin “riyakar və şarlatan” adamlardan ibarət olduğunu söyləyir. Mirzə Fətəli “Tərcümeyi-hal”ında yazır ki, M. Şəfi ilə aparılan söhbətlərin təsiri altında onun “gözlərindən qəflət pərdəsi götürülür” və o, ruhani olmaq fikrindən birdəfəlik əl çəkib, ömrünü dünyəvi elmləri öyrənməyə həsr etmək qərarına gəlir.

Düzdür sonucda onlara bir şey edə bilməyib,nə edibsə özünə edib.Həyatı da acınacaqlı keçib,13 övladından 2-sini böyüdə bilib.
Onun haqqında bir kitabda oxumuşdum ki,axırda,ölüm yatağında ikən o, peşmançılığını bildirir.
Birdə maraqlısı odur ki,bu iki insan dindən dönsələr də,son mənzillərinin iqamətgahını müsəlman qəbirstanlığını seçirlər:)

Öz vəsiyyətinə görə o, Tiflisdə müsəlman qəbiristanlığında, sabiq müəllimi və dostu M.Ş.Vazehin qəbri yaxınlığında dəfn olunmuşdur.

Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#6 Şair

Forumun faktiki Ali Məqamlı Rəhbəri

Отправлено 16 Декабрь 2009 – 16:10

Möminə xanım, indi də həmin dövrdəki kimi cahilliklər var. Məsələn, İndi kimsə gedib Quranla fala baxırsa, kiminsə haqqı varmı məni və bütün müsəlmanları təhqir etsin?!

P.S: Müsəlman qəbristanlığında qeyri-müsəlman yatmaqdansa, qeyri-müsəlman qəbrstanlığında müsəlman yatmaq daha yaxşıdır məncə

#7 Bəndə

Отправлено 16 Декабрь 2009 – 23:34

Möminə xanım, indi də həmin dövrdəki kimi cahilliklər var. Məsələn, İndi kimsə gedib Quranla fala baxırsa, kiminsə haqqı varmı məni və bütün müsəlmanları təhqir etsin?!

P.S: Müsəlman qəbristanlığında qeyri-müsəlman yatmaqdansa, qeyri-müsəlman qəbrstanlığında müsəlman yatmaq daha yaxşıdır məncə

O dövrki dini maarifliklə bu dövrki dini maarifliyin arasında böyük fərq var axıı
Həm də dövlət adamları dindən,ruhanilərdən sui-istifadə etmirlər,o dövrdəki kimi
Yenə də deyirəm,bunlara heç bir vəchlə bəraət qazandırmıram,amma faktları,səbəbləri də qeyd eləməyə bilmirəm,çünki şəxsən mənə də bu təsir göstərə bilərdi,amma şükr ki, göstərməyib
Həm də dediyim kimi,bu insanların imanı göründüyü kimi naqis olub

Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#8 palchiq

Отправлено 17 Декабрь 2009 – 14:07

Bilirsiniz,onların tərəfini saxlamıram,amma qismən də olsa onları başa düşürəm.Çünki o vaxtki zəmanədə din-islam çox təhrif olunmuş şəkildə idi,onun vasitəsi ilə bütün çirkinliklərə din donu geyindirib,xalqı din adı ilə qul etmişdilər.O vaxtkı “mollalar,ruhanilər” haqda danışmaq belə istəmirsən.Dini nə günə qoyub,camaatı dinə dəvət etməkdən uzaqlaşdırırdılar,hamısı da öz əməlləri ilə. Axundov kimi imanı zəif olan bir insan da bu mühitdə böyüyüb,Vazehin köməkliyi ilə, onlara öz etirazını bu dindən dönməklə göstərib.

Siz bu adamarı zəif imanlı şəxs kimi qələmə verirsiniz..
Halbuki, bu şəxslərin hədəfində böyük İslam dini olub..
İmani zəif olan adamda bilirlər ki, Allah-teala Quran-kerimdə münafiqler ve cehaletde olan insanları keskin şəkildə pisləyir və onları cəhənnəm alovu ilə təhdid edir.

və Quran-kərimdə da “Münafiqun” surəsinin nazil olması..buna əyani sübut ola bilər
Əgər bu şəxslər mövhumata qarşı mübarizə aparırdılarsa ..bu başqa məsələ.
amma, biz görürük ki, onlar mövhumata qarşı deyil..bütövlükdə islam dininə qarşı mübarizə aparırdılar.

Tərbiyənin kimdən öyrəndin. -Tərbiyəsizdən ( müdrik kəlam)

#9 Shemsi

Muqaddam – Lieutenant Colonel

Отправлено 17 Декабрь 2009 – 14:49

Ümumiyyətlə, ziddiyyətli şəxsiyyət olub. Azərbaycan ədəbiyyatında çox yeniliklər edib.
Axundovun dini görüşləri əsasən “Kəmalüddövlə məktubları” əsərində daha aydın olur. Məşhur 6 dramında islama qarşı yox, xurafata qarşı çıxır. Fəlsəfi məktublarında isə konkret ateizm düşüncəsi yoxdur.

Mirzə Şəfinin yaradıcılığını və şəxsiyyətini araşdırmaq isə daha çətindir. Ömrü boyu məscid hücrələrində yaşayan bir insandır. O da ateist olmayıb, əsərləri də dilimizdə gəlib çatmayıb. 3 dəfə tərcümədən sonra qayıdıb gəlib Azərbaycan dilinə.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#10 fidan

Muqaddam – Lieutenant Colonel

Отправлено 17 Декабрь 2009 – 18:02

6 əsərinin heç birində oxuyub dinsizlik görməmişəm. Kəmalüddövlə məktublarını bəzi yerlərində nələrsə var.

Ümumiyyətlə isə maariflənmədə böyük rolu olub. Dramaturgiyanın banisidir. Onu neçə-necə qəlbində özu boyda qara möhür olan şeyx nəsrullahlara dəyişmərəm. Özündən sonra da təsiri böyük olub, amma dinsizlikdə deyil, ədəbiyyatımızın inkişafında

Сообщение отредактировал fidan: 17 Декабрь 2009 – 18:02

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#11 palchiq

Отправлено 19 Декабрь 2009 – 20:58

Bu mövzuda xanım uzerlərin bir-birlərini sətiraltı müdafiə etmələri təqdirə layiq haldır.
amma ne etmek .

heqiqet naminə demək lazidir ki, bu şəxslər İslam dininə qarşı mübarizə aparılar.

Tərbiyənin kimdən öyrəndin. -Tərbiyəsizdən ( müdrik kəlam)

#12 Şair

Forumun faktiki Ali Məqamlı Rəhbəri

Отправлено 19 Декабрь 2009 – 21:04

Sabir də xürafata qarşı mübarizə aparıb. Amma onunla bunlar arasında böyük fərq var.

Bəlkə də artıq əsərlərinə keçmək vaxtıdır, əqidələrini müzakirədən. Kimsə əqidəsindən çox, əsəri ilə maraqlana bilər. Bir insanın dinsiz olması həmin insanın heç vaxt doğru söz deməyəcəyi anlamına gəlməz. Sadəcə o sözləri puç eliyər.

#13 fidan

Muqaddam – Lieutenant Colonel

Отправлено 19 Декабрь 2009 – 23:27

Bu mövzuda xanım uzerlərin bir-birlərini sətiraltı müdafiə etmələri təqdirə layiq haldır.
amma ne etmek .

heqiqet naminə demək lazidir ki, bu şəxslər İslam dininə qarşı mübarizə aparılar.

palçıq qardaş fikirlərinizə hörmətim var. Amma əgər burda xanımların hansisa fikirləri üst-üstə düşürsə, bu o demək deyil biz-birimiziə fikir bildiririk. Bu mövzuya münasibətdir. bizim fikirlər başqa bir mövzuda fərqli də ola bilər. Və ümümiyyətlə dostluq başqa forumda mövzuya münasibət başqa.)))) biz malı mala qatmırıq)))) Uruslar demişkən дружба-дружбой, а служба – службой.

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#14 Shemsi

Muqaddam – Lieutenant Colonel

Отправлено 20 Декабрь 2009 – 18:19

Kiməsə kafir, dinsiz damğası vurmazdan əvvəl səbr edib düşünmək lazımdır. Çox ağır ittihamdı, hamımız səbəbni bilirik. Hələ hələ bu insanlar bizim zamanımızda yaşamırsa, onlarla canlı ünsiyyət mümkün deyilsə, əlimizdə olan materiallar onu ittiham etmək üçün kifayət deyildə 100 dəfə artıq diqqətli olmalıyıq.

Mirzə Fətəli Axundov əlifba məsələsi üzərində 10 ildən artıq işləyib. Kiçik yaşlarından ərəb fars dillərində təhsilini alıb, 20 yaşından sonra rus dilini öyrənməyə başlayıb. Yəni ən azı 20 illik ərəb fars təhsili var. Bu adam şəxsi təcrübəsindən bilir ki, ərəbi farsı mükəmməl bilən şəxs belə tanış olmayan mətni oxumaq üçün nə qədər əmək və diqqət qoymalıdır.

Avropa üslublu əlifbanı isə öyrənmək üçün zehinli uşağa 2 ay vaxt lazımdı, hətta bəlkə daha az. Həm də 1 dəfə öyrənməklə, istənilən mətni oxumaq olar. Şəxsi fikrim olaraq deyirəm ki, əlifba dəyişikliyi milləti xalqı çox böyük zərbə qarşısına qoyur və onun çox əsrlik mədəni-elmi-ədəbi irsindən uzaqlaşdırır, məhrum edir, ayırır. Ən vacibi də Quran əlifbası olduğundan ərəb əlifbasını bilməyimiz bizə vacibdir. Lakin həmin dövr üçün islam dünyasının geridə qalmasının səbəblərindən biri kimi, Axundov əlifbanı görürdü və həyatının çox hissəsini yeni əlifba yaratmağa və onu dəyişmə uğrunda mübarizəyə sərf etdi.

Lakin hələ Tiflisdə işlədiyi zamanlarda İranın Tiflisdə vəziri muxtarı (səfiri) olan Mirzə Hüseyn Xan Mirzə Fətəli Axundovun əsərlərində əsas tənqid hədəfinin məkan olaraq İran ərazisi və obraz olaraq isə İran padşahları və dini xurafat olduğunu bildiyi ona düşmən kəsilir (“Aldanmış Kəvakib”). Bir şeyi də qeyd edim ki, “Hekayəti vəziri xani Lənkəran” ın əvvəlki adı ” Hekayəti vəziri xani Sərab” idi. Axundov bunları ədəbi əsər kimi yazırdı, bu cür xırdaçı hisslərdən uzaq. Sonrakı dövrlərdə Mirzə Hüseyn Xan İstanbula İranın konsulu keçir və nəticədə elə alınır ki, Axundov Rumelinə Osmanlı padşahının qəbuluna gedir, hazırladığı əlifbanı ona təqdim edir və ondan çox dəyərli mükafatlar alır. Bu zamanlar Mirzə Hüseyn Xanın evində də qonaq olar qalır və burda onun Mirzə Fətəliyə qarşı olan nifrəti üzə çıxır.

M. Hüseyn Xan Osmaniyyə vəzirlərinin nəzərində Axundovu islam dininin və müsəlman dövlətlərinin bədxanı kimi qələmə verir. Artıq İran da Axundovu belə tanımağa başlayır. Bu haqda Axundov öz dili ilə məqalələrində yazıb. Farsca yazdığı öz vəfsi halına dair mənzuməsinin sətri tərcüməsindən bir parçanı nəzərinizə çatdırıram:

Onun (Mirzə Hüseyn Xanın) vəzirlərin yanına yolu vardı
Məni dinin və dövlətin düşməni qələmə verdi
Məni töhmətlə yad edirdi
O türkləri qorxuya saldı
Şura və dövlət başçılarını qorxutdu
10 illik zəhmətim onun sayəsində heç oldu
Yerdən naləmi göy eşitdi
Pak Allah mənim fəryadıma çatsın
Qiyamətdə mənim qisasımı ondan alsın

Özünüz oxuyun və onun dinsiz olması barəsində düşünün.

İnşallah Kəmalüddövlə məktubları haqqında da yazacam.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

Əski əlifbanı

. Orxan Fikrətoğlunun “Ölü mətn” romanını oxuyanda beynimdə müxtəlif suallar yarandı. O suallara axtardığım cavablar yönümü milli romançılıq ənənəsindən, deyim ki, bir xeyli uzaqlaşdırdı. Bu mənada, əsər müəllifin “Ölü mətn”i yox, diri mətnidir. Roman müəyyən xüsussiyyətləri ilə müəllifin öyrəncəli olduğumuz “nəsr xarakteri”nə nə qədər yaxındırsa da, düşüncə, ideoloji siluet, hadisələr kateqoriyası və dil baxımından publisistik üslubuna daha uyğundur. Əsər çox sadə dildə yazılıb və O.Fikrətoğlunun televiziya verlişlərindən qulağımızda qalan səsini romanı oxuyarkən zaman-zaman duymaq olur. Orxan Pamuk “Alber Kamyu” adlı essesində onun üslubu barədə belə yazır: “Kamyunun fərqliliyi təcrübəli və avtoritar bir yazıçı səsinə sahib olmasında, habelə yumora əsaslanan fransız fəlsəfi roman ənənəsi ilə, Heminquey tərzdə qısa cümlələrlə, mətləbi birbaşa nəql etməyi asanca bacara bilməsidir”. O.Fikrətoğlunun nəsrində də bu cür birbaşalıq var, elə bir onun üçün bir hadisənin başında dövr edən digər sitausiyalar maraqlı deyil, o “alaq otlarını”ndan yox, birbaşa bar-bəhərdən danışır. Roman lakonik dildə – “ya qılıncla, ya qılınc üstündə” – nəql edilir. Olsun ki, bir əsrlik tarixi əhatə edən əsərin cəmi 110 səhifəlik kitabda cəm olması da bununla bağlıdır. Bir də, fikrimcə, yazıçı bu cür fraqmental hadisələrlə epoxal haləti canlandıraraq göstərmək istəyib ki, tarixin bütün mərhələləri yox, dəyişim dönəmləri önəmlidir.

O.Fikrətoğlu barəsində danışdığımız romana keçidsiz başlayır, – sanki bütün oxucuların irəlicədən növbəti hissələrdə haqqında danışacağı mətləbdən xəbəri varmış kimi. Bu yazıçı ərki ilkin anlamda yazıçı-oxucu münasibətlərinin qurulmasına və “xəbərdar oxucu”nun tam gücü ilə mətnə daxil olmasına zəmin yaradır. Ustadın (əsərin əsas qəhrəmanıdır, klassik roman ənənəsində olduğu kimi bu əsərdə vurğu bir qəhrəmanın üstünə salınmır) telefonuna zəng gəlir və onu xəbərdar edirlər ki, sənə əlyazma gətiriblər, özü də əski əlifbada. Mətni gətirənin adı əsərdə CİN kimi qeyd olunur. Bununla da dini rakursdan yazmağın “şeytan işi” olmasına gizli-aşkar sufiyanə bir işarə edilir. Əlyazma əski əlifbada yazılıb, ustad isə həmin əlifbanı bilmir. Yazıçı insanların bilmədiyi əlifbanı oxumağı ilə, əslində, insan zəkasının ancaq dərk etmək yox, həm yozum imkanına malik olmasına bir “Fərabi vurğusu” salır. Əlyazma niyə üçüncü səhifədən başlayır, axı bu kitab deyil ki, onun titul vərəqi, annotasiyası olsun? Bu da müəllifin, olsun ki, əksər mətnlərin tam əxz olunub qavranılmadığı üçün “yarımçıq mətn” olduğuna postsufi bir işarəsidir. Eləcə də, bir əsrlik dövrü əhatə edən əsərdə, əlyazmada qeyd olunmayan hissələr itirilmiş zamana gizli eyham sayıla bilər.

Elə ilk səhifələrdən sirlərlə “qəlizləşən” mətn birinci açarını təqdim edir: “İnsan sarsıntılarını, ağrılarını bədii mətnlə səhv salmısınız. Əsəbi insanın fobiyalarını tibb araşdırmalıdır, ədəbiyyat yox. İnsanı iki əsrdir içinə qovmusunuz. O iki əsrdir susub və nəsə düşünür”. Bu fikirlərlə “Ölü mətn”in ilkin sirri açılır; əslində, ədəbiyyat heç nəyi dəyişmirsə, deməli, mətnlər ölüdür. Bu reallıqda içinə qovulmuş insan nə yazsa da, mətn “ölü” olacaq. Mətn o vaxt diri olur ki, o nəyisə dəyişir, yeniləyir. Əgər öz içinə qovulmuş insan iki əsr susubsa, hansı yenilikdən, dəyişiklikdən söhbət gedə bilər, kim təzə nəsə yazmasına iddia edə bilər. Mətn əgər yeni deyilsə, deməli, köhnədir, köhnədirsə zamandan kənardadır – yəni ölüdür. Parodoksal məqam ondan ibarətdir ki, heç yazıçı da ölü mətn bataqlığından çıxmağın yolunu göstərmir. Bu bədii gedişlə, əslində, müəllifin işarəsi ilə Servantesvari bir ismarıc üzə çıxır: Servantes Don Kixotu son cəngavər kimi göstərərək ondan sonra cəngavərsiz cəmiyyətin olacağına nişan verir. O.Fikrətoğlu da göstərmək istəyir ki, yazdığım mətn də sonuncu ölü mətndir, bundan sonra işığa çıxmaq lazımdır, öz içindən aşkara çıxıb, mahiyyəti doğruya doğru dəyişib sonra yazmaq lazımdır.

Əsərdəki növbəti hissədə qəhrəman balıqçı kimi peyda olur və onun balıqlarını pul verib almaq istəyən kəndli ona belə deyir: “Balığın toru sənin ölümün deyilmi?” O isə kəndliyə “sən nağıl adamısan” cavabını verir. Situasiya maraqlıdır: böyük sualların olduğu, bəşəri dəyər kimi görünən sirlərin və cavablarının olduğu yerdə də alver var və insan istəsə də “balıqçı və müştəri” tandemində bu alverə qoşulmağa məcburdur. Artıq qəhrəman balıqçıya çevrilib. Maraqlıdır ki, “Ölü mətn” bu cür keçidlərlə oxucuda əlyazmadan oxunan yazı təsiri bağışlasa da, sonda məlum olur ki, romandakı hissələr mətnə aid məsələ deyilmiş. Bununla da, yazıçı postmodernist gedişlə oxucusunu “həyat-mətn” paralelində ustacasına “aldadır”, “azdırır”. İnsan da mətndirmi? Bu məşum sual romanın bu yerində xəbərdarlıq atəşi kimi görünür.

Sonra Ustad hələ yazıdan bir cümlə də oxuya bilməmiş, əsəbi halda barmenin yanına gəlir və onu bardan çıxardır. Tüfəngi sinəsinə sıxıb barmendən onu öldürməsini istəyir. Barmen qəfil tüfəngi öz sinəsinə tərəf çevirib özünü öldürür. Mətndə bir şifrə də açılır: Başqasının ölümü sənin də ölümündür. Qalib yoxdur. Hamı, əslində, bir insandır. Yazıçının ustad adı ilə müxtəlif insanlara çevrilən qəhrəmanının da sirri bu məqamda faş olur: hamı birdir, başqası öləndə bir az da biz ölürük.

Əsərdə dəfələrlə milli əlifbamızın olmaması ilə bağlı məqamlar vurğulanır. Gəlinən hasil budur: əlifba koddur, xalqın şifrəsidir, biz bu gün başqa xalqın əlifbasında yazaraq, əslində, yad şifrələri “çözməklə” məşğuluq, özümüzsə milli yaddaşsızlığımızı yaşayırıq. Əgər xalq kimi öz əlifban yoxdursa, deməli, başqa xalqların əlifbası ilə ancaq və ancaq uşaq oyuncaq hərflərlə oynayan kimi oynayır, işarələrin mahiyyətindən xəbərsiz olur, hərfləri sadəcə şəkil kimi görür və dərk edirsən. Ustadın əski əlifbanı bilməməsi onu öz mahiyyətini, kökünü dərk etmədən süni dəyişmə problemi ilə üz-üzə qoyur. Keçmişini bilmədən yaşadığımız dövür hansıdır? Əlbəttə ki, Sovet dövrü. Romanın bundan sonrakı hissələrinin Rusiya və Sovet dövrü ilə əlaqədar olması da, təsadüfü deyil. Bu düşüncəni ortaya atıb, digər hissələri onun açarı kimi təqdim etməksə O.Fikrətoğlu nəsrinin roman boyunca ideaları “bu əlindən o əlinə” ötürə-ötürə uzaq nöqtəyə aparacağından və nəsrinin mümkün qədər düşünülmüş olduğundan xəbər verir.

Sonra qəhrəman romanda bir dəfə də qadın (ustad – bu dəfə qadın cildində) cildində rastımıza çıxır, bu dəfə Moskva bazarında. Qadının adı Kamilə, ona kömək edən adam isə cibgir Kamildir. Kamil Kamiləni aldadıb pasportunu oğurlayır, özü ilə birgə yaşamağa məhkum edir. Eyni zamanda iki məsələ aydınlaşır: Birinci məqam; Rusiyada biz bir-birimizi “yeyirik”. İkinci məqamsa Rusiyadan qovulmamaqla bağlı“əzəli fəxarətimiz”, ucuz işçi qüvvəsi olmağımız. Məsələn, Kamilə belə deyir: “Mən getsəm kim iki arağa gəlib bu boyda dükanı silib-süpürəcək. Rus qadını bunu etməz”. Sonra ağdamlı Vəliş adlı birini polis güllə ilə vurur və həkimə gedə bilmədiyinə görə ölür. Onun tabutunda ustad vətənə qayıdır. Bununla da yazıçı Rusiyada sındırılan, alçalıdılan, öldürülən insanın iç üzünü göstərir; ordan bura diri, insan üzündə gəlməyin mümkünsüzlüyünü vurğulayır.

Əsərdə birdən-birə hadisələr dəyişir. İki Gəncəli haqqında danışılır: Peterburq Universitetinin tibb fakültəsinin məzunu İbrahim Bəy və onun yerlisi İsmail bəy. İsmail bəy sovet rejimini canı kimi sevən, Stalin qədər qəddar biri olan, günahsız adamları güllələtdirən bir insandır. İbrahim bəylə onlar birinci dəfə Ukraniyada görüşürlər. İbrahim bəy onu əsir götürə və öldürə biləcəyi halda böyüklük göstərib onu bağışılayır. Bu “yaxşılığın cavabı” kimi vətənə teleqram vuran İsmail bəy onun bütün qohumlarını güllələtdirir. Yenidən onu müharibədən sonra İstanbula qayıdan İbrahim bəyi öldürməyə göndərirlər. İsmail bu dəfə də İbrahimi tapıb onu güllələyir. Amma İsmailin namərdliyini öncədən duyan İbrahim bəy onun tapancasına boş güllələr yerləşdirtdiyinə görə sağ qalır. İbrahimin öldüyünü zənn edən İsmailinsə bu hadisədən xəbəri olmur. İsmail vətənə qayıdan kimi mükafatlanacağını zənn etsə də, onu Sibrirə sürgün edirlər. 1954-də azad olur. Sonra 1991-ci ildə yenidən İbrahim bəylə Bakıda görüşürlər və İbrahim bəy ona bütün olanları danışır. Bir əsr ərzində yad qüvvələrə inanan insanlar üçün vətən, millət anlayışının olmaması, vicdanlıların ölümdən, vicdansızların qatillikdən keçən ömrünün gəlib bir yerdə birləşdiyini, tarixin sonda hamını bir yerə yığdığını və qaçılmazlığını yazıçı dəqiq məqamlarla göstərir. Maraqlısı odur ki, bu cür böyük, müstəqil hadisələr, az həcimli bir romanın içinə fraqment kimi daxil edilib. Əslində, romanın bir əsrlik dövrü əhatə etdiyinin yeganə əfsəl göstəricisi də məhz bu, haqqında danışdığımız hissə sayıla bilər. Yəni, romanın ən uzaq tarixi ilə ən yaxın tarixini birləşdirən ciddi, postmodernist oyunlardan xali hissəsi budur. Məncə, müəllif tarixi hissələri oxuculara “keçmişə baxın” nəzəri ilə təlqin etmir, həm də tarixinizdən, keçmişinizdən uzaqlaşın və dəyişin mənasında göstərir.

Romanın növbəti hissəsisi Azərbaycan-erməni münasibətləri üzərində qurulub. Erməni qadını Asmik Gorusa keçmək üçün ustaddan kömək istəyir. Ustad onu gəmiylə aparkən yolda yaxın olurlar. Sitauasiyadan da məlum olduğu kimi, XX əsrin birinci rübündə baş verən hadisələr zamanı ermənilərin azərbaycanlıları öldürdüyü vaxtlarda, bir azərbaycanlı erməni qadınını xilas edir. İllər keçir həmin qadın ustadın nəvəsinin yanına gəlir (onun da adı ustad kimi əsərə daxil edilib) və deyir ki, “Məni Azərbaycandan çıxarıb Gorusa apararsınızmı?” sualına ustad, “əlbəttə”, cavabını verir. Bununla da, dəyişən dönəmlərdə, azəri-erməni münasibətində bizim sınaqdan xalq kimi yox, əsl humanist insan kimi çıxmağımız, düşmənimizi hanısa xalqa aid etmədən bəşəriyyətin əşrəfi kimi qiymətləndirə bilmək bacarığımız üzə çıxır.

Romanda Dədə Qorqud dastanına da dekonustriktiv yanaşma meyillilləri nəzərə çarpır. Elin mifik kodda olan ruhani dədə məqamını da, bir süni Dədəylə əvəzləyirlər. Yeni Dədə “islahatlar” aparır: fahişə qısırca Yengənyə “elin anası” adını verir. Elin qoyunlarını dərəyə tökməyi əmr edir, igidləri öldürdür, elin qeyblə əlaqəsini kəsir. Elin say-seçmə adamları məşvərət qurub qərara alırlar ki, Dədənin axmaq düşüncəsinin qarşısını almaq üçün onun özünü yox, sözünü dəyişsinlər.

Beləcə, sadə ironiya ilə yazıçı, miflərin yeni variantda, sadəcə adının qaldığını, göylə əlaqəsinin itdiyini, ilkin kodlarının, əlifbaların dəyişdirilməsini göstərir.

Sonra ustad əlyazmanı sufiyə göstərir, Sufi ölü mətnə cinin toxunduğunu deyir və mətnin ovsunlu olduğunu vurğulayır. Və qəfil ustadın yadına düşür ki, əlyazmanı yazan adamı onun yanına göndərən adamın da adı Cin idi. Ustad uşaqlıq dostu olan cinə zəng edib, ondan mətni soruşanda dostu on ildir Misirdə olduğunu və heç bir roman yaxan gənci tanımadığını deyir. Beləliklə, əvvəl-əvvəl əlyazmanın müəllifsiz olduğu postmodernist oyunla diqqətə çatdırılır. Bu cür gedişlərə görə əsəri tam post-sufi roman saymaq olmaz, romanda müəyyən postmodernist oyunları da aşkar görmək olur.

Xüsusən, ustadın dostunun, məhz Misirdə olduğunu göstərməsi ilə yazıçı yəqin mətnin ilk sivlizasiyalara adiyyatsız olduğunu, vurğulamaq istəyir.

Əsərin bir neçə hissəsində represiya dövründən bəhs edilir. Dustaqları adaya aparıb öldürürlər, güllə ustaddan yan keçir. Sonra bir qoca qayıqçı ustadı təsadüf nəticəsində adada tənha ölməkdən xilas edir. Ustad beləcə xilas olur. Burda iki başlı ideya var, ustadın ölməməsini iki cür başa düşmək olur:

a) Repressiya adlı ölüm çarxından diri çıxanların da içində vicdanlıları olub;

b) Əslində, ustad da ölüb, sadəcə o ölməzlik zirvəsinə ucalanlardan olduğuna görə diri kimi göstərilir. Bununla da, vicdanlı ziyalıların heç bir rejim tərəfindən öldürülə bilməyəcəyi aşkarlanır.

Əsərin ən iri həcimli hissəsi Şamaxılı Alməmməd kişi ilə bağlı olan hissədir. Bu hissə XX əsrin əvvəllərindən ta Xruşovun hakimiyyət dönəminə qədər olan zamanı əhatə edir. Alməmməd kişi əski əlifbaya görə həbs edilib öldürülür, sonra onun oğlu Ərtoğrul böyüyüb həmin əlifbanı yayır, o da qətlə yetrilir. Ərtoğruldan sonra onun oğlu Səməd əski əlifbanı gələcəyə daşıyır, onun da aqibəti eyni cür olur. Ən sonda Səmədin qardaşı lal Şamilin artıq etiraz tonunda yox, sadəcə öz fəaliyyət kimi Moskva Əlyazmalar İnsitutunda əski əlifbanı yaşadır. Yazıçı bir böyük nəslin əlifba uğrunda öldürüldüyünü göstərir. Sonda isə lal bir adamın – Şamilin vasitəsi ilə bu əlifbanın lal insana (əslində, susan və danışmayan xalqa) həvalə edildiyi qənaətinə gəlmək olur. Baş verən hadisələrin fonunda yazıçının ideasını iki aspektdən xarakterizə oluna bilər:

1) Yazıçı əlifbanın xalq yox, fərdlər vasitəsi ilə gələcəyə ötrüləcəyini göstərir.

2) Yazıçı əski əlifbada yazanlardan fərqli olaraq, özünü də şərti olaraq Alməmməd kişinin nəslindən sayır; o əski əlifbada yazmasa da, əski əlifbadan (haqqında) yazır. Bu mənada, yazıçı keçmiş nəsillərdən fərqli olaraq, əski əlifbanı daha geniş planda dövrüyəyə buraxır.

Əsərin bu hissəsi sonda “qatilin mətni” adı ilə qeyd edilir. Allahlıq, peyğəmbərlik fikrinə düşən insan qatildir. Müxtəlif insanları öldürüb. Bütün qətllərə öz içində bəraət qazandırdığına görə özünü günahsız sayır. Onun düşüncəsinə görə dünyanı güc idarə edir, sevgi yox. Onun ömrü həm də onun mətnidir. Yazıçı bura qədər yazdığı hissələri məhz bu cür sonluqla qapayır. Romanın bundan sonrakı hissələrində ciddi sujeti olan hissələr yoxdur. Sanki bu üsulla yazıçı roman ərzində baş verən həqiqətləri üstündən birdənbirə əlini çəkir və demək istəyir ki, bütün olanlar, günahlıların və günahsızların, öldürülən və ölənlərin hamısı haqdır. Ölənlər günahsızdırlarsa, öldürənlər də günahsızdır. Hamının öz həqiqəti var, bu həqiqətsə həm də bəraətdir. Günah isə insanın yox, Allahın qiymətləndirə biləcəyi məsələdir. İnsan günahı şərh etməməlidir. Və sevgi ilə onu səhv salmamlıdır.

Növbəti hissədə üç dostun oğurluq hadisəsindən danışılır. Oğurluq zamanı bir dost ələ keçən digər dostu öldürür. Sonra başqa bir adamı öldürürlər (ölü mətn mütəxəssisi) və o varlı bir adamın əvəzinə müəyyən şərtlər müqabilində həbsə atılır. Sonra cinayəti onun boyuna qoyan adam “qatil”i yanına çağırtdırır və öldürmək istəyəndə o cəld pəncərədən atılıb aradan çıxır. Bütün bu çirkinliklərin içində belə o, özünü mələk kimi görür. Romanın bu hissəsində də əvvəlki hissələrdən fərqli olaraq baş verən hadisələri ustad yox, ustada danışırlar. Bu hissədə incə məqamlarsan biri də ölü mətn mütəxəsisinin ölümünün vurğulanması, yaranan mətnin şərhsiz qalacağına işarədir.

Romanın sonu: Bu hissədə ölü mətn haqqında danışılır, mətnin heç bir əlifbada yazılmadığı, ovsun və şifrələrdən ibarət olduğu, müəllifin mətnin günahlarına görə cavab verəcəyi məqam vurğulanır. Bu məqamda postmodernizmə xas yazarın mətnə görə məsuliyyət daşımaması “faktı”, müəllifin əsərə görə (günaha görə) cavab verəcəyi post-sufi rakursa açılır.

Romanın ən maraqlı məqamı sufi və ustadın söhbətində üzə çıxır. Əvvəlki hissələrdə, yəni ölü mətn boyu ölümlə bitən hadisələri və özünə belə müəmma olan ustadı arif sufi belə şərh edir: “Fikir ver, bütün yazın boyu nə düşündünsə sonu ölümlə bitdi. Bütün canlılar, o cümlədən, fikir də ölür – deyəcəksən. Amma elə deyil. Heç nə ölmür. Bu gün nə düşünülürsə ölü məntiqlə düşünülür, ondandı. Peyğəmbərlər belə sənə mükafatı ölümdən o tayda boyun olur. Əslindəsə ölüm yoxdur. Ancaq sevgi var. Ölüm sevə bilməyəndə gerçəkləşir”. Bütün bu gerçəkliklərin sufi vasitəsiylə açılmasını yazıçı ölü mətn müəllifinin (ustadın) ancaq katib kimi mətnin üzünü köçürdüyünü, mahiyyətinsə ancaq qəlbi Allahla bağlı olan insanlar, yəni sufilər, ariflər tərəfindən şərh oluna biləcəyini göstərir. Və nə qədər ki, öz mətnini anlamayan ustad kimilər yazacaqlar, o qədər bütün mətnlər ölü doğulacaq, anlayılmayacaq. Ən əsası, hadisələri yaşamaq və yazmaq, hələ anlamaq demək deyil.

Romanın sonunda pəncərdən futbol oynayan uşaqlara baxan ustad mətni yazmış uşağa (özünə) sarı qaçır, o qaçdıqca futbol meydançası və uşaq ondan uzaqlaşır. Bununla da məlum olur ki, həmin uşaq və mətni yazan ustadın özüdür və o uşaqlığına, özünə, keçmişinə və olanlara heç vaxt çata bilməyəcək. Çünkü o bu naşı mətnlər içində arif deyil, cahil kimi yaşayıb.

Nəhayət

Keçən əsrdə bizə təqdim olunan, süni islam, süni millətçilik və süni sovet dövlətçiliyi ideolojuluğu, nəhəyət ki, bu günlərdə və bu mətndə dərk olunmağa başlayır.

Pankürkçü, panislamçı kimi tutulub güllələnənlər, ancaq sufi, yəni məntiqlə dərk olunmayan sevgi ilə yaşaya biliblərmiş.

Dərk olunmayan gerçəklik bir də təkrar olunanda daha böyük faciəyə çevrilir.

Roman kaleydoskopik hadisələrlə zəngindir, bu səbəbdən də, təkrar-təkrar oxunmalıdır.

Bu roman yazıçılar üçündür, oxucular üçün deyil.

Roman sadə üslubu və keçidsizliyi ilə də oxucuya ilk baxışdan qəribə görünə bilər, çünki əsərdə bəzən qəfil gedişlər edilir. Mətn dövürünün tarixini, o zamanki hadisələri və bu zamanın mədəniyyətini yaxşı bilməyən hazırlıqsız oxucu üçün əsər dərk olmunya bilər.

O.Fikrətoğlunun nəsrində xüsusən, dustaqlarla bağlı hissələrdə müəllifin rus və avropa nəsr ənənələrinə yaxınlığından da xəbər verir.

Romandakı bəzi poetik nəsr nümünələri publisitik dilə qarışmır.

Əsərin oxucuya verdiyi yozum imkanları, əsər boyu insanı aldada bilir, amma romanın sonunda sufinin dili ilə hadisələr düyünü çözülür və belə demək mümkünsə, sular durulur. Olsun ki, bu bir qədər indiki reallıqda yazıçının tamam anlaşılmamaq ehtiyatından qaynaqlanır, amma istənilən halda kitab çoxluğun “malı” deyil.

Romanın nəticəsinin reallıq tərəfi, mətnin, yazının ölü olması ideyası ilə mütaliə edənlərdə pessimist ovqat doğursa da, oxucunun üzünə hər şeyin sonda sevgiyə xidmət etməsi kimi nikbin bir qapı açılır.

Ölü mətn, əslində, sufi düşüncəsiylə mumyalanmış mətndir, ona görə də onu oxumaq, nə vaxtsa varlığının mümkünlüyünə dəlalət edən faktlar var.

Qeyd etmək lazımdır ki, roman tarixi romandır, siyasi roman deyil və ümid edirəm ki, bu idealardan yeni romanlar doğacaq.

Belə.

Zəruri qeyd: Əsəri niyə bu cür şərh etdim? Yəni yazıçı nə demək istəyib, nəyə işarə edib, nə üçün belə yazıb və s. O.Fikrətoğlunun demək olar bütün hekayə, povest, kinossenari və publisistik mətnlərini bittə-bittə oxumuş biri kimi onun idealarına, düşüncə sixeminə, fikir xəritəsinə bələdəm. Yazıçıya həmkar münasibətində də yaxın olduğum üçün üslubi nüanslardan daha çox, vurğunu onun idealar planının üstünə salıb, nə demək istədiyinə işıq tutmağa çalışdım. Olsun ki, hansısa ədəbi tənqidçi və ya oxucu əsərdə ortalığa atılmış daha dərin məqamları, mətləbləri üzə çıxarar, belə olsa, mən buna ancaq sevinə bilərəm. Bir də ki, bədii ədəbiyyat analizləri, yozumları müxtəlif gözlərlə görülür. Bu gözlərinin də nə qədər dəqiq olduğunu hərə öz qəlbinə yaxınlıq səviyyəsinə görə qiymətləndirə bilər. Hər halda roman barədə düşündüklərimi yazdım, doğrusunu isə Haq Taala və onun sevdikləri, mütailəli oxucular bilir.

Etiket: Əski Azərbaycan əlifbası

Müsir İngilis dilinin 25%-ni sadəcə yerli sözlər təkşil edir ki, bu faizlərə ətraf bölgənin qatılımı nəzərə alınmazsa. Digər hissələri isə təbii ki qədim dövrün şahınşahları Latın və Yunan dili, orta dövr və renesansın şəhzadəsi Fransız dili tutur. Cüzi etimoloji aspektdən baxılsa dildə işlənən anlayışlara dəyişilik olasa da kök-əsas məna dəyişdirilməyib.

Məsələn; “empathy” sözü bineyi qədimlərdə işlədilən “empatheia” və “pathos” qovuşmasından ərsəyə gətirilib. Fonetik ahəngin çalarlarına toxunmamış əksinə zənginləşdiriblər. Türkiyə Dil Qurumu deyir ki, elə hey bu sözü dəyişməli və “duygudaşlık”(duyğudaşlıq) etməliyik. Bizə “empathy” Batıdan gəldiyi üçün dəyişdirmək absurdur. Adamlar çalışıb-əlləşib yeni sistem-texnika icad ediblər “computer” adında. Sənin onu “bilgisayar” adlandırmağın xaosa gətirib çıxarır. Bəllidir ki qədim türk dilinin bazası zəngin deyil. Ahəng qanununa tabelilik, bəzi samitlərlə sözlərin başlanması, qoşa sait və samitlərin işlənməməsi, məişət dili olması, ədəbi-bədii dil olmaması söz bankının az olması ilə nəticələnib. Daxil olan anlayışı-qavramı olduğu kimi saxlamaq, cüzi fonetik düzəlişdən keçirmək lazımdır. Azərbaycanda ahəng müəyyən qədər yaradılır – “computer” : “kompyuter”.

Batıdan gələnlərin repressiya edilməməli olduğu kimi Doğudakılara da olunmamalıdır. Dil zənginliyi sözlərin çoxluğundan, müxtəlifliyindən, çalarlılığından qaynaqlanır. Sözlər sayəsində düşünür, sözlər sayəsində danışa bilirik.

Bu gün Azərbaycan danışa bilmir.

Kitab oxumamaq amilini həmişə qabardırırq. Kitab oxumursa başqa işlə məşğuldur. Orda da dil zəngin deyil ki, yaddaşına qonsun kəlmələr, cümlələr. İnsan danışmağa başladığı vaxtlarda – uşaq vaxtlarında sözlərlə tanış olmağa başlayır. Onun üçün yazı əsas deyil, maraqlı deyil. Yazmaq məmasız gələ bilər. Danışmaq isə təbii instiktinə çevrilib və o mütləq ünsiyyətini yaratmalıdır. Ailədə, TV verlişlərdə, ətarflsa münasibətdə və ən əsası uşaqların oyunlarında sözlərin azlığı gələcəkdə problemə gətirib çıxarır. Uşaq eşitməklə başa düşür, yaddaşına hopdurur. Danışarkən fikirlərimizin çoxunu eyni sözlərlə ifadə edirik. Deməli dilin qətli sənin, mənim, bizim qətillərimizdir.

Latınca`ya Allah rəhmət eləsin. Sözün hər iki mənasında. Əvvəla, ölü dil sayılmağına baxmayaraq şüurun alt qatlarında özünə rahat yer ayırıb. Bu Batının özülü bəs biz?…

Bizim özülümüzsə nifrət olundurularaq yaddaşda saxlanılıb. Dil (danışma) müəyyən qədər yaşamını sürdürür. Əski dilimizə sözlərin çoxu ərəb və fars dilindən keçib. Çünki, coğrafiyamız İslam dinini qəbul etdiyindən ərəb, ədəbiyyatın dili olaraq həmçinin fars dilində ədəbi məhsullar daha çox qəbul etdiyimiz üçün fars dilindən bəhrələnmişik. Onsuzda ədbiyyatdan uzaqlaşmışıq. Yazılı dilimizdən də ərəb-fars sözlərini çıxarmışıq. Ancaq, fəqinə varanda ağzımızdan çıxanların açıqcasına görünür həmin dildən istifadə edilmənin.

Qəbəhətli nə olar bilər görəsən?

Hüseyn Cavid Turançılıq ideyasına görə yox əski türkçə sözlərdən daha çox istifadə etdiyinə görə tənqid olunurdu və indiki gənclik Cavid düşmənçiliyi ilə dolub-daşır. Füyuzat jurnalı Azərbaycan ədəbi mühitin üst səviyyəsini təşkil edərkən ona qarşıda qərəzçilik var. İddihan eynidir: dil ağırlığı. Shakespeare`nin, Goethe`nin dili məişət dili deyildi, əksinə ədəbi dilləri çox ağır və çətin anlaşılan bir dildir. Molla Nəsrəddin jurnalı tamami ilə bir istiqamətə yönəlmişdi. Sadə məişətə. Füyuzat isə ədəbi cərəyafan formalaşdırırdı. Türk dilli ölkələrin aydınlarının yazacaqları elmi-ədəbi jurnal. Hansı ki bir-birini başa düşəcək.

Hətta XX əsrin əvvəllərində əski türkçənin üstünlüyü ondaydı ki, səsli dildə müxtəlilik olsa da yazılı dil bağ yaradırdı və eyni yazılış türk dilli ölkələrdə dil ahənginə görə qavranıla biliridi.

ادبيات – Ədəbiyyat / Edebiyyat گرك – Gərək / Gerek

گج – Gecə / Gece سهر – Səhər / Seher

İlk vaxtlar orjinallıq qorunub saxlanılırdı. Sözlər başa düşülürdü türk dövlətlər arasında necə ki əski damğalarında yazılarını anlayırdılar.

Tədricən əski türkçənin özü yenilənir, dəyişir, uyğunlaşırdı. Türkçəyə XIX əsrin sonu XX əsrin əvvəllərində dəyişikliklərin edilməsi ilə bağlı planlar var idi hər iki mövedəndə. ƏIifbanın dəyişdirlməməsi dövlətin maraqlarına xidmət edə bilməzdi. Böyük coğrafi ərazi və dövlət tarixində hər şeyin ərəb əlifbası ilə yazılması sultanda və sarayda narahatlıq yaradırdı.

Hərçənd, təkliflər çox idi. M.F.Axundzadənin Osmanlı dövlətinə dil layihəsini bilirik. Jön Türklərdən İsmayıl bəy Qaspıralı ərəb-fars sözlərinin ağırlığını azaltmaq Osmanlı imperiyasına yaxın olmayan və əvvəlki türkçədə danışan türkləri də nəzərə alaraq dəyişiklik irəli sürmüşdü. M.Kamalın dil reformundan öncə və sonra da ( ilk illərdə) sait səslərin əlavə edilməsi ilə bağlı ciddi layihələr təqdim olunmuşdu. Problem elə saitlərdən qaynaqlanırdı. Çünki, ərəb əlifbasında sait azlığı yazımı çətinləşdirirdi. Heç biri qəbul edilmir və ərəb əlifbası tədricən unudulur. Azərbaycanda isə Latın əlifasına keçid baş vermir. Kril əlifbası siyasi sistemin oyunlarından biri idi.

Uyğurlar bu gün belə ərəb əlifbasından istifadə edirlər.

Dilin zənginliyi mədəniyyətin zənginliyidir. Bu sözləri arındırmaq kültürü arındırmaqdan başqa bir şey deyil ki, ona da nail olurlar dil ilahatı ilə. Linqivist filosoflar oxunsa anlaşılar qayəm. Əsas da Roland Barthes`in kitablarını. Barthes`ə yenə qayıdacam.

Gələk əski dillərimizə.

Çox əski zamanlarda- məktəb illərində ilkəl milliyyətçi ( uşaq şovimizmi) xüsusiyyətlərim varıydı sonra peşman olsamda (şovinist dərəcəsindən). Rus dilini öyrənə bilmir, imtina edir, istifadə ediləndə agressiyamı göstərirdim. Kitabxanadan götürdüyüm kitablar türkçülük tutmlu olardı. İçimdə hər zaman millətçilik közü yanıb və yanmaqdadır. Universitetdə başladığım günlərdə fəsləsəyə (tədrisinə) isinişmirdim. Kitab oxumaqla yola verməyə başladım. İlk kitab ( təsirinə ən çox düşdüyüm) Sartre`ın “Ürəkbulanma” kitabı oldu. Ard-arda davam etdi taki Nietzsche`yə kimi. Bəy əfəndinin yazdıqlarından ziyadə yaşadıqlarını oxuduqda isə yanlışımı hiss etdim.

Özünü tanımama, bilməmə.

Məktəb, universitet, cəmiyyət etməsə belə özüm etməli idim.

Milliyyətçi damarlar hələ şiddətli ikən hocalardan biri dedi ki, bu qədər milliyyətçisən qışqırıb-bağırırsan, elə-belə deyə, bir de görüm türk damğalarını oxuya bilirsənmi?. Hələ fəlsəfə tələbəsisən mətnləri oxumusanmı ki belə danışırsan?, tarixini yaxşı oxumusanmı ki belə danışırsan?. Araşdırırsansa yazı dilini-əlifbalarını bilməlisən. Bir tanı, bil əncam çək sonra gəl nə qədərdanışarsan danış.

Hoca əfəndinin dediyi və Nietzsch`dən çıxardığım dərs məni uzun incə bir yola sürüklədi. Əvvəlcə mətnləri oxumağa başladım, kültürü anlamağa başladım, sonra damğaları öyrəndim.

Ölü dilin dirilməsi yox, ölü dilin ruhuna fatihə oxunmasıydı sanki etdiyim.

Bir də ərəb əlifbası əski türkcə varıydı sırada. Adından da göründüyü kimi türkcə. Türklərin İslamı qəbul etdiklərindən sonra uzun müddət istifadə etdiyi türkcə. Ərəb, fars və türklərin öz əlavələri olan əlifba və qrammatika.

Əski Azərbaycan dili də latınca kimidir. Ölsədə yaşayır.

İstifadə etdiyimiz sözlərin çox hissəsi ərəbcə və farscadır. Türklərin dilinə yapışan ərəbcələr türkcə mənalar qazanmış istər istəməz türkləşmişdir. Mənasını qavranılmışdır. Yazı dilindən istifadə olunmamağına baxmayaraq danışan xalq danışır.

Descartes Latıncanın ölmuş olduğu dövrdə Latınca öyrənmişdi və digər Batı aydınları. Nə edəcəkdi Descartes Latınca kiminləsə danışacaqdımı? Öyrənməli olduğunu bilidi, keçmişi bilmək üçün, araşdırmaq, oxumaq üçün. Bilirdi əlini hara uzatsa latınca çıxacaq qarşısına. Nietzsche bir filoloq idi, o bilirdi. Keçmişi bildiyi üçün mifi bilirdi. Mifi bildiyi üçün savaş açmışdı “Musiqinin Ruhundan Tragediyanın Doğuşu” ilə. Bizim aydınlar isə əski dilə qarşı bir antipatiya göstərirlər. Molla Nəsrəddinçilər onun yazıldığı dili geriyə itələyirlər. Molla Nəsrəddin jurnalını əldə etdin, toxundun və əski dildə qəribə yazılar gördün yanındakı dostun səndən soruşur ki, nələr yazılıb orda?. Sən deyəcəksən ki, oxuya bilmirəm. Onda necə oldu bu?…

Əfsuslar olsun ki, tarixlə maraqlananlarımız(tarixçilər tarixlə maraqlanmadan başqa bir şey etmirlər deyə) nə damgalara maraq yaradıb, nə də əski türkçəyə…

Əlyazmalar arxiv sənədlər materillar isə əski Azərbaycan dilindədir.

Türkiyə Cümhuriyyətində belə etdi. Əski türkçəni tədris etmədiyi üçün unutdurdu. Dil islahatı olub artıq nəsə demək boşuna. Lakin, dil yolundan gedənlərin öyrənmələri üçün nəsə etmək olardı.

Bu dil unudulsa yaddaş unudulacaq və bir yerdə qırılacaq.

Bartes deyir ki, hər şeyin bir dili var və istifadə üçün dili bilmək lazımdır. Məslən, fəlsəfənin dilini bilmədən fəlsəfə ilə məşğul ola bilməzsən.

Yaşdığımız ərazidə olan əlifbalar yaşayır abidələr üzərində və ya hər hansı kitabələrdə. Biz isə onları oxuya bilmirik.

Musiqi sənətiylə məşğul olmağa bənzəyir. Əbülqadir Mağarayini bilmədən, Azərbaycan musiqisini bilmədən o qədər Batıya yönəl ki, özünlə keçmişini daşıyırsan. Keçmişinsə kəsik xətlərlə doludur.

Çox da uzaq olmayan bir əsr, sadəcə bir əsr öncəki yazıları oxuya bilməmək dəhşətlidir.

Özümün acizliyimi dilə gətirirəm sadəcə. Əski əlifba ilə yazılmış çox dəyərli kitab tapdıq köhnə kitablar satılan bir mağazadan satıcı kitabı oxuya bilmir, dəyərini anlamır. Nəyaxşı ki, fərqinə vardıq həmin anda və götürdük. Əvvəllər araşdırmam üçün kitab lazım olmuşdu. Kitabı tapdıqdan sorna ilk səhifəsini açdım. Oxuya bilmirəm. Türkçə yazılıb, çox lazımdır və oxuya bilmirsən.

İntellektual görüntüsü yaradan rus və ingilis dillərində danışamaq rus və ingilis etmədiyi kimi keçmiş öz dilini bilmək də ərəb etməz. Hansı ki ərəb dili olmadığı halda. Sözlərin ərəb və fars ağırlıqlı olduğu üçün ayrı bir nifrət var sanki. Ancaq, ədəbi-bədii cəhətdən gözəllik qatır həmin sözlər. Mətni zənginləşdirir. Əski dilimizdə olan bir mətn bəddi ülubu daha ləzizdir. Zamanımızın mətnləri isə öz şairanəliyini itirib söz zənginliyi baxımından.

Biz ona görə şair yetişdirə bilmirik ki, bizdən əski dilimiz alındı, qoparıldı. Fransanın sərbəst üslublu sevgi şeirlərinin qurbanı olduq. Fransızlarda günah yoxdur. Adamlar keçmişini qoruya-qoruya gələcək üçün əllərindən gələnləri etdilər. Bizsə keçmişi pozub gələcəyi qurduq. O gələcək ki arxası boş.

Tarixlə barışmaq lazımdır. Keçmişlə savaşmaq, silmək, unutmaq, görməməzlikdən gəlmək fayda gətirməz. Keçmişlə savaş məhvə gətirər, gələcəklə savaşmaq lazımdır ki tərəqqiyə aparsın. Tərəqqi üçün keçmişdən dərs almaq, keçmişi öyrənmək, ondan istifadə etmək lazımdır. Mədəniyyətindən xüsusən.

Əski Azərbaycan dilinin sərbəst öyrənilməsi üçün də ciddi işlər görülmədi. Latınca öyrənilməsi üçün minlərlə dərs vəsaitləri tapmaq olduğu halda, bir əsr öncəki dilə öyrənmək üçün ( yazmağı-imalanı) sadəcə bir neçə dərslik tapmaq olar. Əgər tapa bilsən.

Dilin çətinliyi qəbul ediləndir. Ancaq, örnək verdiyim latın dili əski Azərbaycan dilindən daha çətindir. İsim, sifə, fel hallanması, bir sözün bir neçə hala düşməsi və digər çətinliklər. Türkçə isə onsuzda danışdığı, anladığı dildir. Sadəcə imla-yazım çətinliyidir. Saitləri işarə etməkdə yetərli olmaya bilər, amma, əski türkçədə xüsusi imla qaydaları var ki, bunları bildikdə yazmaqla və oxumaqla tədricən vərdiş yaranır.

Əski Azərbaycancanın qətli

Tarixi abidələrə qayğısızlığa qarşı çıxırıq. Lakin özümüzdə qayğısızıq. Həmin abidənin üzərindəki yazıları oxuya bilmirik, həmin abidə ilə bağlı materialları oxuya bilmirik. Abidə nə kəsb edir baxmaq üçünmü?

Batı təhsil sistemlərində latınca öyrədilir, abidələri oxuya bilmək üçün. Kültürü qorumaq üçün, kültürlə bağı qoparmamaq üçün. Türkiyədə ali təhsil müəsisələrində latınca öyrədilir həm ayrıca bir bölüm olaraq, həm də bəzi ixtisaslarda fənn olaraq.

Biz ipin ucunu qaçırmışıq.

Yapışmağa vərdiş etmişik. Barı özümüzdə də nəsə olsun. Aktor yamsılayanda girdiyi obraz olur. Obrazdan çıxanda isə əvvəlki obrazı. Bizim obrazımız yoxdur, məsələ budur. Ssenaristlər onsuz da başqalarıdır. Heç olmasa yaxşı aktyor olub, obraza özündən-keçmiş təcrübəndən nəsə qatmaq gərək ki, oyunda rolun getdikcə artsın və səhnədə daha çox yerin olsun.

Dilin öyrənilməsi, bilinməsi, ötürülməsi hər kəs üçün deyil. Ancaq, dəstək vermək lazımdır. Əngəl törətmək çox asandır nəinki köməklik göstərmək. Əl tutmaq lazımdır. Mübahisə mövzusu etdikdə istər-istəməz yeni problemlər, əngəllər yaranacaq. Dəstək çıxıb, müəyyən yerlərdə, müxtəlif formalarla, müxtəlif yollarla öyrədilməsi üçün dəstək olmaq lazımdır. Ən azından yolu, izi bu bu xəttə kəsişənlərə.

Qırılmış, qopmuş yaddaş izlərini bərpa etmək üçün bir olmaq lazımdır. Bu coğrafiyada nə olubsa, nə varsa qəbul etmək, araşdırmaq və ötürmək lazımdır. Dil bizimdir, başqasının deyil. Nə vaxtsa bu dildə yazmışıq, yazanlar bu dil də yazıb. Tarixmimizin, keçmişimizin müəyyən hissəsi bu dildə, əski türkçədədir. Milləti millət edən, mədəniyyət yaradan aillərdən biri yazıdır. Kültürümüzün müəyyən hissəsi bu dildədir.

Özümüzü tanımadan hara gedirik belə?…

Yolun əvvəlini bilmədən, sonunu bilmədən nə edirik belə?…

Biz yola başdan deyil, ortadan başladıq…

Comments are closed, but trackbacks and pingbacks are open.