Press "Enter" to skip to content

Səlahiyyətdən sui-istifadə mənası

Qurbanı olan şəxsləri hara bildirməli? sosial şəbəkədə sizi narahat edir?

Səlahiyyətdən sui-istifadəni necə sübut edə bilərəm?

Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına 44 günlük müharibədə şanlı qələbəmizlə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin uzun illərdən bəri apardığı siyasət, dövlət başçısının nümayiş etdirdiyi qəti iradə və prinsipiallıq, igid oğullarımızın şücaəti, cəsarəti, böyük Vətən sevgisi öz bəhrəsini verdi. Üç minə yaxın şəhid verdik, minlərlə insan qazi statusu qazandı.

İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsindən sonra qazilərin və şəhid ailələrinin cəmiyyətdə statusu daha da möhkəmləndi. Elə ilk günlərdən şəhidlərin dəfn edilməsi minlərlə sadə vətəndaşın iştirakı ilə keçirildi, günlərlə, həftələrlə hamı şəhidlərdən, onların qəhrəmanlığından danışdı, bu gün də danışılır, illər sonra da danışılacaq. Çünki qanı bahasına Qarabağı bizlərə qaytaran vətən oğullarının adı əbədi tariximizə həkk olunub. İllər keçəcək, onlar haqqında əsərlər yazılacaq, filmlər çəkiləcək, xalq öz qəhrəmanlarını əbədi qəlbində, yaddaşında yaşadacaqdır.

Dövlətimiz də onların adını əbədiləşdirir, muzeylər tikilir, abidələr ucaldılır, heykəllər qoyulur, küçələrə onların adları verilir. Əbədiyyata qovuşmuş şəhidlərimizin gözləri də arxada qalmadı desək yanılmarıq. Çünki dövlət onların ailələrinə, övladlarına, yaşlı valideynlərinə sahib çıxdı. Müavinətlər verildi, mənzil, işlə təminat kimi məsələlər həll olunur, onların hər bir probleminin həllinə dəstək göstərilir.

Eyni münasibət göstərilən və qayğı ilə əhatə olunan qazilərimizin çətinliklərinə hər cür köməklik göstərilir, onların müalicəsi, reabilitasiyası dövlət hesabına həyata keçirilir. Lakin o dəhşətli günləri unutmaq heç də asan deyil. Qazilərin pulsuz psixoloq xidmətindən yararlanması üçün reabilitasiya mərkəzlərində hər cür şərait yaradılıb. Əksər qazilər müharibəyə yollanarkən orta məktəb təhsili almışdılar və peşə hazırlığına malik deyildilər. Ancaq buna baxmayaraq, dövlət başçısının tapşırığı ilə onların işlə təminatına dəstək göstərilir və artıq çox sayda müharibə iştirakçısı işlə təmin olunub.

Bu gün bizi ağrıdan bir məsələ də var ki, ondan yan keçmək olmur. Bizim şəhidlərimiz ölümə gedərkən, qazilərimiz hücuma atılarkən nə həlak olacaqlarını, nə də əlil qalacaqlarını düşünməyiblər. Yüzlərlə fakt sadalama olar ki, döyüşdə yaralanan əsgərimiz tez sağalıb yoldaşlarının yanına qayıtmağa, torpaqlarımızı sonadək düşməndən təmizləməyə can atıb. Onları bu şücaətə bir amal aparıb – təmənnasız Vətən sevgisi. Lakin bəzi hallarda şəhid ailəsi, qazi adından sui-istifadə görəndə, bəzilərinin bu müqəddəs dəyərlərə xas olmayan əməllər törətdiyini görəndə.

Belə hallarla birinci Qarabağ müharibəsindən sonra da qarşılaşmışdıq. Bəzi qazilər yolları kəsər, piketlər edər, dövlətin verdiyi mənzil və avtomobilləri satıb yeniləri üçün aksiya keçirərdilər. Bəzi imkanlı şəxslər isə onlara verilən xüsusi statusdan, imtiyazlardan yararlanaraq adlarına obyekt açdırardılar. Bütün bunlar yaxın keçmişdə olub və heç də unudulmayıb. 2000-ci illərin əvvəllərində aksiyalardan birində qazinin dövlətin verdiyi avtomobili yandırmasını da ürək ağrısı ilə izləmişdik. Hələ birinci müharibədən ötən dövr ərzində nə qədər insan saxta əlillik dərəcəsi, veteran adı aldı. Bu gün də onlar dövlətdən pul və imtiyaz alaraq şəhidlərimizin, onların ailələrinin, əsl veteran və müharibə əlillərimizin haqqına girirlər.

Budur, onlardan biri Məhəmmədəli Hacıyev adlı şəxs özünü yandırmağa cəhd etdi ki, “birinci Qarabağ müharibəsi veteranının hüququnu pozursunuz”. Araşdırıldı ki, o, heç vaxt müharibəyə getməyib. İş o yerə gəlib çatdı ki, əsl döyüşçülər onu qazi adına ləkə gətirdiyinə görə döydülər.

2020-ci ildə müharibənin ilk günlərində minlərlə gənc Hərbi komissarlıqların önünə toplaşanda bir daha məlum oldu ki, dar gündə Vətənin oğulları ayağa qalxıb öz qəti sözlərini deməyi bacarırlar. Müsahibə verib deyərdilər ki, “biz yalnız Vətəni işğalçılardan təmizləmək istəyirik, bundan başqa arzumuz yoxdur”. Onlar 30 ilə yaxın dövrdə işğal altında qalmış torpaqlarımızın azadlığı üçün müharibəyə yollandılar. Dediklərini etdilər, yalnız Vətəni müdafiə etməyə getdilər, qalib kimi qayıtdılar və öz əvvəlki həyatlarına qayıtdılar. Amma.

2021-ci il mayın 24-də saat 17:45 radələrində özünü “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin üzvü və Qarabağ müharibəsi qazisi kimi təqdim edən Cəbrayıl rayon sakini Həmzəyev Hicran Qənaət oğlunun rəhbərliyi ilə 15 nəfər Nizami bələdiyyəsinin inzibati binasına daxil olub. Mühafizəçi, Xətai rayon sakini, 1953-cü il təvəllüdlü Məmmədov Saleh Mirzağa oğluna fiziki güc tətbiq edərək xəsarət yetiriblər. Bələdiyyənin işçiləri tərəfindən baş verən hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edildikdən sonra polis əməkdaşları Nizami bələdiyyəsinə gəliblər. Lakin qeyd olunan şəxslər öz hərəkətlərini davam etdirərək, bələdiyyənin sədri, sədrin köməkçisinin ünvanına nalayiq sözlər işlədiblər, rayon ərazisində mövcud olan avtodayanacaqların onların istifadəsinə verilməsini və ofislə təmin olunmalarını tələb ediblər. Sadə oxucu özü söyləsin: rayondakı bütün avtodayanacaqların onların istifadəsinə verilməsi hansı məntiqə sığır? Qazi fiziki cəhətdən əziyyət çəkərsə, reabilitasiya üçün müraciət edər. Yaxud əlil arabası istəyər, müavinətin gecikməsi zamanı müraciət ünvanlayar, problemi varsa, dövlətdən onun həllinə yardım istəyər. Lakin bütün rayonun avtodayanacaqlarının onların istifadəsinə verilməsi, yenə də etiraf edək ki, qazi adına xələl gətirir. Yenə yadımıza 90-cı illəri salaq. Bakının az qala bütün marşrutları veteran təşkilatlarının istifadəsinə verilmişdi. Şəhərin nəqliyyatında xaos, özbaşınalıq baş alıb gedirdi. Yenə də o dövrə qayıtmalıyıq?

Digər bir fakt. Bir müddət əvvəl Gədəbəy rayonunun Çobankənd kənd sakini, Vətən müharibəsi şəhidinin atası Əliyev Əvəz Kamil oğlunun sahibkar Səfər Məmmədov tərəfindən ona yaşayış evinin tikilməsi təşəbbüsünə RİH başçısının maneçilik törətməsi barədə sosial şəbəkələrdə videomüraciəti yayıldı. Mayın 31-də rayonun başçısı onu qəbul etdi. Qəbulda iştirak edən S.Məmmədov yaşayış evinin tikintisi işlərini vəsait çatışmazlığı və həmin ərazinin başqa şəxsə məxsus pay torpağı olması səbəbindən dayandırdığını bildirir. Bu da səbəb. Axı başqa adamın torpağında necə ev tikmək olar?! Yaxud sahibkarın pulu yoxdursa, bunda məmuru günahlandırmaq nəyə lazım?!

Yayılan məlumata görə, Ə.Əliyev kənddə qeyri-sağlam həyat tərzi sürür, uzun müddət Rusiyada yaşayıb, ailəsi ilə əlaqə saxlamayıb, övladı şəhid olandan sonra isə həyat yoldaşı və qızını evdən qovub. O, sərxoş vəziyyətdə həmkəndlisinə, birinci Qarabağ müharibəsi şəhidinin oğluna bıçaqla xəsarətlər yetirdiyi üçün rayon polis şöbəsində barəsində araşdırma aparılıb, lakin imtiyazlı şəxs olduğu üçün ona aidiyyəti üzrə xəbərdarlıq etməklə işə xitam verilib. Və bütün bunlara baxmayaraq YAŞAT Fondu tərəfindən yaşayış evinin tikintisi məqsədilə Ə.Əliyevə 15 000 manat pul vəsaiti də verilib. Hazırda icra hakimiyyəti tərəfindən onun yaşayış evinə gedən 300 metr uzunluğunda avtomobil yolunda təmir işləri aparılır.

Gündəlik həyatımızda dost-tanışlarımızdan, sosial şəbəkələrdən eşitdiyimiz və oxuduğumuz məlumatlar həqiqətən də ürək ağrıdır. Sağlam qazi əlillik almaq istəyir, digəri isə başqasına məxsus torpağı, obyekti zəbt etməyə çalışır, başqası isə nə müharibə görüb, nə yaralanıb, amma özünü qazi kimi qələmə verib qanunsuz əməllərinə bəraət qazandırmağa çalışır. Belələri yüzlərlə, minlərlə qəhrəman qazimizin adına ləkə yaxır, onların halal haqqına sahib çıxmaq istəyirlər.

Vətəni müdafiə təmənnalı olmur. Onsuz da qazilər, dünya durduqca, Azərbaycan xalqının qəlbindən çıxmayacaq. Onsuz da gənc ömrünü şəhidlik adına bağışlayanların ruhu qarşısında and içirik. Dövlət də nə lazımdırsa, onu edir. Və bu gün haqsız tələb irəli sürənlər də fikirləşməlidirlər: bir tərəfdən cəbhədə barıtın qoxusu hələ çəkilməyib, ermənilərin sərhəddə təxribatları bitmir, pandemiya və onun ölkə iqtisadiyyatına vurduğu ziyanı uzun illər aradan qaldırmalı olacağıq, bir tərəfdən də qazi adından sui-istifadə edənlər.

Vaxt gələcək, yaşlananda Zəfər yolunu necə keçməyinizdən fəxrlə danışacaqsız. Vaxt gələcək, adınız tarix dərsliklərində çəkiləcək. Artıq indidən minlərlə gənc sizi öz idealı seçib, sizdən nümunə götürürlər. O gənclərə əsl qəhrəman qazi nümunəsi göstərmək lazımdır. Bu böyük ada ləkə yaxanlar da papaqlarını qarşılarına qoyub bir daha yaxşı-yaxşı düşünməlidirlər: Vətənə sevgi təmənnalı olmur.

Azər Qismət

Səlahiyyətdən sui-istifadə mənası

Videonuz: “Qaloş piri” deyənlərə gözəl CAVAB – Hacı Şahin – Qurandan da sui istifadə edilir.

MəZmun

  • Gücdən sui-istifadə nədir:
  • Hakimiyyətdən sui-istifadə və səlahiyyətdən sui-istifadə
  • İş yerində gücdən sui-istifadə

Gücdən sui-istifadə nədir:

Hakimiyyətdən sui-istifadə nüfuzdan istifadə etmək bunun üçün başqa bir şəxsdən və ya qurumdan pul qoparmaq məcburiyyətində qaldı öz maraqlarını yerinə yetirirlər.

The sui-istifadə etimadın pozulmasıdır və bacarmaq müstəsna olmasa da ümumiyyətlə səlahiyyətlə əlaqələndirilir. Güc başqa bir insan üzərində sahib olduğunuz bir üstünlükdür. Məsələn: bir dostun yaxınlığının gücü və ya bir ortağın ortaqlığının gücü avtoritar olmayan güclərdir.

Hakimiyyətdən sui-istifadə və səlahiyyətdən sui-istifadə

Səlahiyyətdən sui-istifadə, səlahiyyətdən sui-istifadə ilə sıx bağlıdır. Səlahiyyətdən sui-istifadə olduqda, şəxs adətən hamı tərəfindən tanınan güc iyerarxiyası. Siyasətçi, nüfuzdan sui-istifadənin adi bir nümunəsidir, çünki hamı tərəfindən tanınıb və rüşvət görünəndə ‘maraqlar toqquşması’ yaratmaq gücünə sahibdir. Səlahiyyətdən sui-istifadə, bu sadə halda, çalışdığınız millətin mənafeyinə qarşı bu rüşvət almaqdır.

İş yerində gücdən sui-istifadə

İş yerində vəzifə səlahiyyətlərindən sui-istifadə qurbanları əziyyət çəkə bilər mobbing. Mobbing İngilis dilində, iş yerində tətbiq olunan ‘mühasirəyə alma’ mənasını verən, İspan dilində tərcümə edilən bir sözdür ‘İş yerində Taciz’. Mobbing Qurbanın işlərini tərk etmələri üçün fiziki və / və ya ruhi sağlamlığına zərər verən qəsdən və davamlı bir şiddət olaraq təyin edilir. Ümumiyyətlə bir qrup təqibçi qrupudur. İş yerində səlahiyyətdən sui-istifadə də şöbə müdirindən tabe olan şəxsə kimi fərdi və spesifik ola bilər.

Sui-istifadə necə sübut olunur?

Zərərçəkmiş şəxslə cinayəti törədən şəxs arasında əvvəllər ədavət varsa, zərərçəkmişin cinsi qısnama ifadəsi Kassasiya Məhkəməsi tərəfindən sübut üçün yetərli hesab edilmir. Lakin tərəflər arasında əvvəlcədən düşmənçilik yoxdursa, zərərçəkənin ifadəsinə hörmət edilməlidir.

Mesajla təqib etmək cinayətdirmi?

Cinsi qısnama cinayətinin baş verməsi üçün sosial media saytlarında cinsi məqsədli məqalələr yazmaq və ya insanlara təkliflər göndərmək kifayətdir. Bu nöqtədə vacib olan sosial media saytlarında insanlar tərəfindən edilən yazıların, şərhlərin və ya yazışmaların paylaşılmasının məqsədidir.

Sosial mediada təqibi hara bildirmək olar?

Cinayət iddiası qaldırıla bilər. Prokurorluğa təqdim olunmalı və/yaxud Alo 155-ə qaynar xəttə məlumat verilə bilər.

Mesajla narahat etməyin cəzası nədir?

Mesajla qıcıqlandırmaq həm SMS-də, həm də Whatsapp, Telegram və s.-də istifadə edilə bilər. Bu, ani mesajlaşma proqramları vasitəsilə də törədilə bilən cinayət xarakterli davranışdır. İnsanları mesajla narahat etməyin cəzası Türkiyə Cəza Məcəlləsinin insanların asayişini və əmin-amanlığını pozma cinayətini tənzimləyən 123-cü maddəsinə əsasən üç aydan bir ilədək həbs cəzası nəzərdə tutur.

Sosial sahədə işlənən cinayətlər haradadır? media xəbər verdi?

Zərərçəkmiş olduğunuz belə bir vəziyyətlə qarşılaşdığınız zaman dərhal yaxınlıqdakı polis şöbəsinə və ya Baş Prokurorluğa müraciət edərək cinayət işi üzrə şikayət verin.

Qurbanı olan şəxsləri hara bildirməli? sosial şəbəkədə sizi narahat edir?

sosial şəbəkədə onu təhqir edən qarşı tərəfdən polis şöbəsinə və ya prokurorluğa şikayət etməlidir. İstintaq və təqib nəticəsində cinayətin törədildiyi anlaşılarsa, prokurorluq ittiham aktını hazırlayır və bu ittiham aktını məhkəməyə göndərir.

Kiməsə SMS göndərmək cinayətdirmi?

Bir şəxsə dəfələrlə telefonla zəng edilərsə və ya telefonla mesaj göndərilərsə, insanların dincliyini, asayişini pozmaq cinayəti baş verir. Cinayəti törədən şəxs israrla qurbana zəng etdikdən sonra telefonu açıq saxlayıb danışmaması, musiqi və ya səslərə qulaq asmaq da cinayətin baş verməsinə səbəb olur.

Evə basqın etmənin cəzası nə qədərdir?

Yaşayış toxunulmazlığının pozulmasına görə cəza 6 aydan 2 ilədək həbsdir (TCK-nın 116/1 maddəsi). Zor və ya hədə-qorxu ilə və ya gecə vaxtı törədildikdə, 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur (TCK-nın 116/4-cü maddəsi).

Segirt Son Dəqiqə Mövcud Xəbərlər

Comments are closed, but trackbacks and pingbacks are open.