Slavyan ölkələrində mərkəzləşdirilmiş dövlətlərin yaranması
bu kəndlilərin dövlət idarələrindən asılılığı saxlanılmışdı. Dövlət kəndlilərinə Dövlət
Tarix XIX əSRİN 60-90-cı İLLƏRİNDƏ ŞƏRQİ slavyan öLKƏLƏRİNDƏ
asılılığın aşağıdan deyil, yuxarıdan, yəni dövlət tərəfindən ləğvini zəruri etmişdir.
Ona görə islahatların keçirilməsinə hazırlaşmaq lazımdır (1, 30-31).
1859-cu il avqustun sonuna yaxın «Kəndlilər haqqında Əsasnamə» demək olar
ki, hazır idi. Lakin hazırlıq işləri ilə əlaqədar yaradılmış çoxsaylı komitə və komis-
siyalarda «Əsasnamə»də edilmiş dəyişiklik, həmçinin əlavələr prosesi uzadılırdı.
Nəhayət, 1861-ci il yanvarın 28-də «Əsasnamə»nin layihəsi son mərhələyə – Dövlət
Şurasına verildi. 1861-ci il fevralın 16-da layihənin müzakirəsi başa çatdırıldı. Bir
neçə gün sonra – fevralın 19-da II Aleksandr onu imzaladı. Elə həmin gün çar kənd-
lilərin şəxsi asılılığını ləğv edən Manifest verdi. Beləliklə də, əsrlərdən bəri geriliyə,
zülmə və əsarətə səbəb olan təhkimçilik hüququ ləğv olundu (1, 44).
1861-ci il 19 fevral «Əsasnamə»si Avropa Rusiyasının 45 quberniyasını əhatə
edirdi. Bu quberniyalarda 22563 min təhkimli kəndli, 1467 min nökər və 543 min
fabrik-zavodlara təhkim edilmiş kəndli yaşayırdı. Şərqi Slavyan ölkələrində təhkim-
çilik hüququnun ləğvi birdəfəlik akt olmadığına görə bu proses hələ bir neçə on il
davam etmişdi. Manifestdə göstərilirdi ki, qanun elan edildikdən sonra mülkədar
kəndliləri 2 il əvvəlki vergiləri və mükəlləfiyyətləri ödəməli idilər. Ona görə də, bu
kəndlilər «müvəqqəti-mükəlləfiyyətli» kəndli adlanırdı. Guya bu vəziyyət müvəqqə-
tidir və uzun sürməyəcəkdir. Amma «müvəqqəti-mükəlləfiyyətli» vəziyyət düz 20 il
davam etdi və 1881-ci ildə ləğv olundu. Bu ildən etibarən mülkədar kəndliləri istifa-
dələrində olan pay torpaqlarını icbari şəkildə satın almalı (vıkup) idilər. «Əsasna-
mə»yə əsasən 15 yaşına çatmış hər bir kişiyə 2,75 desyatindən 12 desyatinə qədər pay
torpağı verilirdi. Burada pay torpağının münbitliyi mütləq nəzərə alınırdı (1, 46; 7,
Pay torpaqlarının satınalma pulu elə müəyyənləşdirilmişdi ki, burada həm
xəzinə (dövlət) və həm də mülkədarlar qazanır, itirən isə kəndlilər olurdular.
Nökərlər – ev qulluqçuları haqqında ayrıca qayda verilmişdi. Bu qaydaya əsa-
sən onlar da təhkimli kəndlilər kimi, şəxsən azadlıq və mülk-pay torpağı əldə etmək
hüququna malik idilər. Lakin onlar da qanun verildikdən sonra 2 il ərzində ağalarına
qulluq edir və yaxud töycü ödəyirdilər. Mülkədar – zadəganlara məxsus fabrik-zavod-
larda işləyən fəhlələr 2 il müddətinə töycü vermək vəziyyətinə keçirilir, onların
keçmiş pay və həyətyanı torpaqları fəhlələrin xüsusi mülkiyyətinə çevrilirdi (1, 81; 5,
Mülkədar-zadəgan torpaqlarında təhkimçilik hüququnun ləğvi hökumətin məc-
buriyyət qarşısında verdiyi burjua islahatı idi. Lakin islahat gedişində mülkədarların
mənafei həmişə gözlənilirdi. Kəndli islahatı feodal istismarını hələ də bu və ya digər
şəkildə qoruyub saxlayırdı. Vıkup (pay torpaqlarının satın alınması) ödəncləri vermək
sahibkar kəndlilərinin imkanı xaricində idi. Nəhayət, islahat qeyri-iqtisadi məcburiy-
yəti saxlamaqla kəndli silkini mülkədarlar və dövlət hakimiyyət orqanlarından asılı
Rusiya imperiyasında sahibkar kəndlilərlə bərabər digər kateqorayadan olan
kəndlilər üçün də islahat keçirilməsi dövrün tələbi idi. Bunlardan biri xanədan kənd-
liləri hesab olunurdu. Onlar sayca 2 mln nəfərdən bir qədər çox olmuşdu. Heç bir və-
təndaşlıq hüququna malik olmayan хanədan kəndliləri feodal töycüsü verir, nominal
olaraq, “azad kənd əhli” hesab olunur və istifadə etdikləri xəzinə torpaqları əvəzinə
töycü ödəyirdilər. 1863-cü il iyunun 26-da verilmiş “Əsasnamə”yə görə xanədan
kəndliləri “müvəqqəti-mükəlləfiyyətli vəziyyət”dən yan keçərək dövlətin köməyi ilə
pay torpaqlarını dərhal satın alırdılar. Əgər nadel-pay torpağının sahəsi az olardısa,
onda kəndliyə əlavə sahə ayrılırdı. İdarə işləri sahibkar kəndlərindəki kimi idi (1, 84;
Şərqi slavyan ölkələrində kəndlilərin 48%-ni dövlət kəndliləri təşkil edirdilər
(sahibkar-mülkədar kəndliləri sayca daha çox – 50% idi). 1866-cı il yanvarın 18-də
çar fərmanı əsasında dövlət kəndində də islahata başlanıldı. Bu kateqoriyadan olan
kəndlilərin vəziyyəti digər qruplardan əsaslı şəkildə fərqlənirdi. Onlar 1838-ci ilin
Kiselyov islahatına görə «azad kənd əhli» hesab olunurdular. Bu, şəxsi azadlıq demək
idi. Torpaq məsələsində də xeyli fərq vardı. Ailənin 15 yaşına çatmış hər bir kişi üz-
vünə 8 desyatin, torpağın çox olduğu quberniyalarda isə 15 desyatinə qədər pay
torpağı verilməsi nəzərdə tutulmuşdu. İslahat 36 quberniyanı əhatə edirdi, çünki
dövlət kəndliləri bu quberniyalarda yaşayırdılar. Qanun Sibir və Uzaq Şərqə şamil
Dövlət kəndliləri islahata qədər də torpaqla yaxşı təchiz edilmişdilər. Pay
torpaqları müqabilində kəndlilər dövlət xəzinəsinə «dövlət töycü vergisi» ödəyirdilər.
Torpaqların vikupu – satın alınması dərhal həyata keçirilmədi. İyirmi il müddətində
bu kəndlilərin dövlət idarələrindən asılılığı saxlanılmışdı. Dövlət kəndlilərinə Dövlət
Əmlak Nazirliyi nəzarət edirdi. Dövlət kəndliləri icbari vıkupa yalnız 20 ildən sonra –
1886-cı ilin iyununda keçdilər (5, 291; 1, 85).
Metropoliyada kəndli islahatları keçirib müstəmləkə ölkələrini yaddan çıxart-
maq olmazdı. Ona görə də 1864-cü ilin oktyabrında Kaxetiyada (Şərqi Gürcüstan),
1866-cı ilin dekabrında Meqreliyada, 1871-ci ilin fevralında Abxaziyada və həmin
ilin oktyabrında isə Svanetiyada təhkimçilik hüququ ləğv edildi. 1870-ci ilin may
ayında verilmiş aqrar qanuna əsasən Azərbaycanda feodal – asılı münasibətlər ləğv
edilirdi. 1865-1866-cı illərdə Şimali Qafqaz ölkələrində (Dağıstan, Osetiya, Balkariya
və b.) də kəndli islahatları elan edildi. 1868-ci ilin iyulunda verilmiş aqrar qanun
bütünlüklə Bessarabiyaya şamil edilmişdi. Mərkəzi Asiyanın Rusiya tərəfindən işğalı
başa çatdırıldıqdan sonra 1886-cı ildə bu regionda da aqrar islahatlar həyata keçirildi
(5, 329-344; 1, 86; 294; 8, 182-183).
Kəndli islahatları – aqrar qanunlar verildikdən sonra kənd təsərrüfatında müs-
bətə doğru ciddi dəyişiklik baş vermişdi.
1877-1878-ci illərdə keçirilmiş torpaq sayımına (kadastr) görə Şərqi Slavyan
ölkələrində 391 mln. desyatin yararlı torpaq sahəsi qeydə alınmışdı. Bu torpaqların 93
mln. desyatini 481 min nəfər xüsusi sahibkarlara, 131 mln. desyatini 8 mln. kəndli
təsərrüfatına, 150 mln. desyatini dövlət kəndlilərinə, 9 mln. desyatin xanədan kəndli-
lərinə və b. məxsus idi. XIX əsrin sonunda vəziyyət əsaslı şəkildə dəyişmişdi.
Mülkədar kəndində 13 mln. kəndli həyətinin 10,5 milyonu cəmi 75 milyon desyatin
torpağa malik idi. Amma ictimai təbəqələşmə nəticəsində meydana gəlmiş 1,5 mln.
qolçomaq təsərrüfatının sərəncamında da demək olar o qədər, yəni 70 mln. desyatin
torpaq sahəsi vardı. Mülkədar-zadəganların torpaq sahələri xeyli azalaraq 62
mln.desyatinə enmişdi (1, 302; 2, 394)
Rusiyada (o zaman Ukrayna və Belorusiya bu imperiyanın tərkibində olduğuna
görə bu ölkələr də nəzərə alınır) təhkimçilik hüququnun ləğvindən sonra feodal müna-
sibətlərinin qalıqları hələ də mövcud idi. Buna baxmayaraq kənd təsərrüfatı məhsul-
larının əsas hissəsi kapitalist təsərrüfat sistemində əldə edilirdi. Kənd təsərrüfatı daha
çox ticarət və sahibkarlıq xarakteri alırdı. Muzdlu əməyin tətbiqi geniş miqyas almış
və kənddə ictimai təbəqələşmə prosesi güclənmişdi. Ölkənin müxtəlif rayonlarının
ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması daxili bazarı
genişləndirmişdi. Dənli bitkilərin xarici bazarda rolu artmışdı. Kənd təsərrüfatının
dünya satış bazarı ilə bağlılığı məhsul istehsalının artırılmasına müsbət təsir göstərirdi
Rusiyanın taxıl anbarı adlandırılan Qaratorpaq zonada (əsasən Ukraynada) və
Orta Volqa boyunda taxılın əsas satıcısı mülkədarlar idilər. Cənub və Volqa çayından
şərqdəki quberniyalarda isə bu işdə mühüm rolu kəndlilər oynayırdılar. Taxıl isteh-
salının getdikcə artmasını şərtləndirən əsas amillərdən biri kənd təsərrüfatında kapi-
talizmin inkişafı idi. Kəndlilərin pul ödənclərinin ildən-ilə çoxalması onları borcları
pulla ödəməkdən ötrü mütləq taxıl satmağa məcbur etməsi digər amil kimi qiymət-
ləndirilə bilər. İslahatdan sonrakı ilk 20 il ərzində hər il orta hesabla 241 milyon
çetvertdən (çetvert– 8-9 puda bərabərdir) çox, daha doğrusu 2 milyard puda qədər
taxıl istehsal edilmişdi. Şərqi Slavyan ölkələri taxıl ixracında dünyada birinci yerə
çıxmışdılar (4, 223-224).
Şərqi Slavyan ölkələrinin ixracatının 85 %-ni kənd təsərrüfatı məhsulları təşkil
edirdi. Kəndli torpaqlarının məhsuldarlığı mülkədarınkına nisbətən az idi. 1861-1870-
ci illərdə kəndli hər desyatin sahədən orta hesabla 29 pud, mülkədar isə 33 pud taxıl
götürürdü. Daxili və xarici bazarlarda taxıla olan tələbin artması kənd təsərrüfatının
inkişafına ikili təsir göstərirdi. Bir tərəfdən dənli bitkilərin əkin sahələri genişləndirilir
(ekstensiv inkişaf), o biri tərəfdən isə ayrı-ayrı regionlar taxıl istehsalı üzrə ixtisas-
laşırdı. Bu isə, öz növbəsində, bütövlükdə ticarət əkinçiliyi və əmtəə maldarlığının
inkişafına təkan verirdi (7, 61)
Tədqiq olunan dövrü şərti olaraq birinci və ikinci 20 illiyə bölünməsi barədə
yuxarıda deyilmişdir. XIX əsrin 60-70-ci illərində, yəni birinci 20 ilin sonuna yaxın
maldarlıqda da irəliləyiş nəzərə çarpırdı. Bu dövrdə Rusiya üzrə 18,6 milyon baş at,
26,2 milyon baş iri buynuzlu mal-qara, 53 milyon baş xırda buynuzlu davar, 10
milyon baş donuz və 2 milyon baş keçi vardı. Qeyri-qaratorpaq zonalarda südçülük
maldarlığının yüksəlişi bilavasitə şəhərlərin inkişafı ilə bağlı idi (4, 221-225).
Texniki bitkilər sahəsində də irəliləyiş gözə çarpırdı. Qeyri-qaratorpaq zonanın
şimal-qərb hissəsində kətan istehsalı güclənmişdi. Ukrayna bu baxımdan mərkəz
sayılırdı. 1861-1865-ci illərdə hər il orta hesabla 165 min desyatin sahədə şəkər
Həmin illərdə qeyri-qaratorpaq zonanın qərb və mərkəzi quberniyalarında
kartof becərilməsi artmışdı. İldə orta hesabla 250 min pud kartof əldə edilirdi. Yeni
təsərrüfat sahəsi olan tütünçülükdə də müəyyən irəliləyiş vardı. O dövrdə orta hesabla
ildə 250 min pudadək tütün yarpağı yığılırdı.
Kapitalist təsərrüfat sisteminə keçmiş mülkədarlar təkmil əkinçilik alətləri tət-
biq etməyə başlamışdılar. Daha güclü qolçomaq təsərrüfatlarında da bu kimi alətlər-
dən geniş şəkildə istifadə edilirdi. Ortabab kəndli təsərrüfatlarında dəmir kotan cütü
sıxışdırıb aradan çıxarırdı. Ona görə də, birinci 20 ilin sonunda kənd təsərrüfatında
mühüm bir hadisə – ictimai təbəqələşmə, yəni «kəndlilikdən çıxmaq» prosesi xeyli
güclənmişdi. Kənd təsərrüfatı məhsulları istehsalında varlı kəndlilərin – qolçomaq-
ların xüsusi çəkisi yüksəlməkdə idi. Kapitalizmə qədərki kənddə əmlak bərabərsizliyi
olmuşdu, amma o heç zaman ictimai təbəqələşməyə – kənd burjuaziyası və daimi
kənd təsərrüfatı fəhlələrinin meydana gəlməsinə gətirib çıxarmamışdı. Ona görə də,
qolçomaqları kənddə kapitalist münasibətləri inkişafının «övladı» hesab etmək olar.
Ortabab kəndlilərin hesabına varlı və yoxsul kəndli təbəqələri əmələ gəlirdi. Ticarət
əkinçiliyinin genişlənməsi kənddə tacir – sələmçi zümrəsinin inkişafına şərait ya-
radırdı. Get-gedə möhtəkirlərin də sayı artırdı. Təkcə onu demək kifayətdir ki, ilk 20
ildə (1860-1880) Avropa Rusiyasının 50 quberniyasından yalnız 17-də işləyib ödəmə
üstünlük təşkil edirdi. Qalan quberniyalarda kapitalist təsərrüfat sisteminin, yəni
muzdlu əmək tətbiqinin xüsusi çəkisi yüksək olmuşdu (9, 34, 38).
Şərqi Slavyan ölkələrinin kənd təsərrüfatında kapitalizm iki yolla inkişaf edirdi.
Bir yol mülkədar təsərrüfatının təhkimçilikdən tədricən (təkamüllə) inkişaf edərək
burjua təsərrüfatına çevrilməsidir. Bu halda əkinçilikdə aparıcı rol mülkədara məxsus
olur, əsas kəndli kütlələri isə on illərlə köləlik əzabı yolunu keçirlər. Bu yol Prus-
siyada geniş yayıldığı üçün bunu «Prussiya yolu» adlandırırlar. Lakin kənd təsər-
rüfatında kapitalist münasibətləri başqa yolla da inkişaf edirdi. Deməli, burada mül-
kədar təsərrrüfatı ya tamam yoxdur, ya da kapitalizm inqilabi yolla inkişaf edir. Belə
olan halda əkinçilikdə aparıcı rol kəndliyə məxsus olur və kəndli kapitalist fermerə
çevrilir. Bu yolun geniş miqyas aldığı ölkə Amerika olduğuna görə bu yol “Amerika
inkişaf yolu” adlandırılır. Şərqi Slavyan ölkələrində hər iki inkişaf yolu mövcud idi.
Təhkimçilik hüququnun hakim olmadığı regionlarda sərbəst olan kəndli əkinçiliyə
girişir (Volqa arxası, Novorossiyski, Şimali Qafqaz, qismən Cənubi Qafqaz) və tə-
sərrüfatda kapitalizm inkişaf edirdi. “Prussiya yolu” əsasən Mərkəzi və Qərb
quberniyalarında üstünlüyə malik idi. Deməli, təhkimçiliyin geniş yayıldığı ərazilərdə
“Prussiya yolu” daha güclü olmuşdu. Təhkimçiliyin olmadığı, yaxud zəif olduğu
ərazilərdə əkinçilikdə əsas fiqur kəndli idi. Bir sıra quberniyada isə hər iki yol qarışıq
şəkildə mövcud idi (1,131).
Şərti adlandırdığımız ikinci 20 il (1880-1900) əslində islahatdan sonrakı iyirmi
ilin davamı olaraq qəbul edilməlidir. Amma bu dövrlər iqtisadi cəhətdən xeyli
fərqlənirdilər. 80-90-cı illər iqtisadi inkişafın sürətinə görə iki yerə bölünürdü.
Bunlardan biri 1881-1892-ci illərdir. Taxılın bu illərdə qiymətdən düşməsi üzündən
kəndlilərin yoxsullaşması 1891-1892-ci illərin aclığı nəticəsində fəlakətlə qurtardı. Bu
aclıq Qaratorpaq zonanın çox böyük hissəsini bürümüşdü. 1893-1900-cü illər iqtisadi
yüksəliş illəri hesab olunur. Taxılın bazar qiymətinin aşağı düşməsi 90-cı illərin
ortasında dayanmışdı. Başqa sözlə desək, bu dövr Şərqi Slavyan ölkələrinin ictimai-
iqtisadi inkişafında kapitalizmə qədərki dövrün sonu, yekun dövrü təki qiymət-
XIX əsrin son rübündə Avropa ölkələrinin kənd təsərrüfatı durğunluq dövrü
keçirirdi. Aqrar böhran hesab edilən bu vəziyyətin başlıca səbəbi 70-ci illərin orta-
larından taxılın qiymətdən düşməsi idi. On beş il ərzində qiymətlər 2 dəfə ucuzlaş-
mışdı. Ucuzlaşmanı şərtləndirən əsas amil Amerika, Kanada, Argentina, eləcə də
Avstraliyada maya dəyəri aşağı olan taxılın Avropaya gətirilməsi idi. Gəmiçilikdə
texniki tərəqqi taxılın gətirilmə xərcini aşağı salmışdı. Ona görə də, Avropa ölkələri
nisbətən ucuz və keyfiyyətli taxılla doldurulurdu (2, 252).
Aqrar böhran Rusiyaya da təsir göstərmişdi. 80-90-cı illərdə kənd təsərrüfatı
məhsullarının, xüsusən taxılın ixrac tempi-sürəti zəifləmişdi. İkinci 20 ildə taxıl
istehsalı 1,5 dəfə artaraq 3,3 milyard puda çatmışdı. İxracat da 1880-ci ildəki 287
mln. puddan 1900-cü ildə 444 milyon puda qalxmışdı. Taxılın məhsuldarlığında xeyli
artım vardı. Kəndli təsərrufatından 1891-1900-cü illərdə hər desyatindən 39 pud,
mülkədar təsərrüfatından isə 47 pud taxıl götürülmüşdü. Məhsuldarlığın artmasında
aqrotexniki qaydaların tətbiqi böyük rol oynayırdı.
Çar hökuməti taxıl ixracına xarici ticarətin aktiv balansını saxlamaq üçün bir
vasitə kimi baxırdı. İ.A.Vışneqradski (keçmiş maliyyə naziri) deyirdi ki, özümüz ac
qalsaq da, mütləq taxıl ixrac etməliyik (1, 298).
Texniki bitkilər sahəsində də böyük yüksəliş vardı. 90-cı illərdə kətan istehsalı
30 %-dən çox artmışdı. 1900-cü ildə 1050 min desyatin sahədən 17 milyon pud kətan
götürülmüşdü. Ukrayna şəkər qamışı yetişdirilməsində həlledici rola malik idi. Bəhs
olunan illərdə 300 min des. çox sahədə şəkər qamışı əkilirdi. Şəkər çuğunduru əkilən
sahələr də genişlənmişdi. 1900-cı ildə 300 min desyatindən çox sahədə çuğundur
əkilirdi. Bu, 60-cı illərdəkindən 3 dəfə çox idi.
Maldarlıqda da ciddi dəyişiklik baş vermişdi. 1883-cü ildə Avropa Rusiyasında
17,4 mln. baş at, 23 mln. baş iri buynuzlu mal-qara, 47,5 mln. baş davar, 9 mln. baş
donuz olmuşdusa, 1900-cü ildə atların sayı 19,7 mln. başa, iri buynuzlu mal-qara 33
mln. başa, davar 49,6 mln. başa və donuzlar 11 mln. başa çatmışdı (1, 298; 4, 218).
Maldarlıq məhsulları istehsalının həcmi də genişlənmişdi. Təkcə onu demək
lazımdır ki, 1900-cü ildə Avropa Rusiyası quberniyalarında 4 mln. manatlıq pendir
istehsal edilmişdi (4, 221).
Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, ikinci 20 il ərzində zadəganlar 20
mln. desyatindən çox torpaq itirmişdilər. Yalnız Pribaltika və qərb quberniyalarında
onlar nisbətən az ziyan çəkmişdilər. Çar hökuməti bu prosesi ləngitmək və zadəgan-
lara kömək məqsədilə 1882-ci ildə Kəndli torpaq bankı, bundan 3 il sonra – 1885-ci
ildə isə Zadəgan torpaq bankı yaratdı. Zadəgan bankı zadəgan – mülkədarlara güzəştli
şərtlərlə borc verməklə onların mülklərini girov götürmək məqsədini güdürdü. Kəndli
torpaq bankı mülkədar torpaqlarının xırda hissələrlə satın alınmasında kəndlilərə kö-
mək etməli idi. Əslində bu bank kəndlilərdən daha çox mülkədarlara xidmət gös-
tərirdi. İslahatdan sonrakı dövrdə torpağın qiyməti durmadan artırdı. Mülkədar torpaq
sahibliyinin hökumət tərəfindən müdafiə olunması kəndli təsərrüfatlarının inkişafına
mane olur və kəndlilərin vəziyyətini ağırlaşdırırdı (1, 302; 3, 252, 256).
Belə bir şəraitdə ictimai təbəqələşmə prosesi güclənməkdə idi. Hesablamalara
görə yoxsul kəndli təsərrüfatları ümumi kəndli həyətlərinin 50 %-ni təşkil edirdi.
Onlar – yoxsul kəndlilər əhalinin 40 %-i qədər idi. Həm də onların əlində əkin sahə-
lərinin 25 %-i və iş heyvanlarının 30 %-ə qədəri toplanmışdı. Çoxları iş heyvanı
olmadığına görə torpaqlarını tavanalı həmkəndlilərinə – qolçomaqlara icarəyə vermə-
yə məcbur olurdu. Təkcə 70-ci illərdə nadel-pay torpaqlarından 11,6 milyon desyatin,
yaxud bütün pay torpaqlarının 9 %-i qolçomaqlara icarəyə verilmişdi. Sonrakı dövr-
lərdə, yəni 80-90-cı illərdə bu rəqəm 2,5 dəfədən çox artmışdı (4, 55, 66).
Tavanalı kəndli – qolçomaq təsərrüfatları bütün kəndli həyətlərinin 20 %-dən
azını və kənd əhalisinin yalnız 10 %-ni təşkil edirdilər. Lakin onlar qəbalə torpaq-
larının əksər hissəsinə və icarə torpaqlarının yarıdan çoxuna malik idilər. Ona görə
də, əkin sahələri və mal-qaranın 50 %-ə qədəri, iş heyvanlarının böyük əksəriyyəti,
kənd təsərrüfatı alətlərinin 70 %-i onların sərəncamında idi. Pribaltikada qolçomaq-
ların xüsusi çəkisi yüksək olmuşdu. Stavropol – Kubanda mülkədarlar yox dərəcə-
sində olduğuna görə burada maldarlıq əmtəə xarakteri almışdı. Muzdurların 50-60 %-
i tavanalı kəndlilərin torpaqlarında işləyirdi. Kənd əhalisi sayca artdıqca torpaqsız və
aztorpaqlı kəndlilərin sayı çoxalırdı. Bütün bu amillər ictimai təbəqələşməni sürət-
ləndirirdi. Başqa sözlə desək, islahatdan sonrakı Rusiya kəndinin sosial siması «kənd-
lilikdən çıxma» ilə xarakterizə olunurdu. Dərin ictimai təbəqələşmə prosesi nəticə-
sində ortabab kəndlilər hesabına kənd burjuaziyasının və daimi kənd təsərrüfatı
fəhlələrinin sayı getdikcə artırdı. Kəndlilər parçalandıqca pay torpağı olan kəndlilərin
vəziyyəti getdikcə ağırlaşır, yoxsulların sayı çoxalırdı. Deməli, bir qütbdə varlanma,
digər qütbdə isə yoxsullaşma prosesi gedirdi. Kapitalizmə xas olan bu proses təh-
kimçilik qalıqlarının hələ də güclü olduğu ərazilərdə nisbətən ləng gedirdi. Yoxsul
kəndlilərin əksəriyyəti özlərinin pay torpaqlarını becərmək iqtidarında deyildi. Çünki
onların əkinçilik alətləri, iş heyvanları və s. ya tamam yox idi, ya da kifayət deyildi.
Ona görə də, onlar bu torpaqları qolçomaqlara, əvvəl deyildiyi kimi, icarəyə verməyə
məcbur olur, bir müddət keçəndən sonra isə onu tamam itirərək iş axtaran ordunun
Görkəmli iqtisadçı P.Lyaşşenkonun hesablaşmasına əsasən əsrin sonunda
Avropa Rusiyasında torpağı olmayan kəndlilərin sayı 4 milyon nəfərdən çox idi (7,
28-29 ). Sonrakı dövrlərdə isə belələrinin sayı bir neçə dəfə artmışdı. Hələ 80-ci
illərdə kəsbkarlığa gedənlərin sayı 3,7 milyon nəfərə çatırdı.
Əsrin sonuna yaxın Avropa Rusiyasında 25 milyon desyatinə qədər torpaq
icarəyə götürülmüşdü. İcarə əvəzində pul ödənilməsi prosesi güclənmişdi. Kapita-
lizmin kənd təsərrüfatına nüfuz etməsi əhalinin yoxsullaşmasını artırırdı. Təsadüfi
deyildir ki, 1900-cü ildə Avropa Rusiyasının yalnız 50 quberniyasında aqrar əhali
artıqlığı 23 milyon nəfər olmuşdu. Başqa cürə də ola bilməzdi. Çünki torpaq icarə
edən kəndlinin ümumi gəlirinin 34 %-i və xalis gəlirin 80 %-dən çoxu icarə əvəzində
torpaq sahibinə verilirdi. Belə bir şərait əhalinin mütəhərrikliyini artırmışdı. Pay tor-
pağını satıb kəsbkarlığa gedən kəndlilərin sayı ildən-ilə çoxalırdı. Əgər 1867-ci ilədək
bu yolla 8,6 milyon desyatin torpaq satılmışdısa, 1893-1897-ci illərdə satılmış
torpaqların ümumi sahəsi 17,5 milyon desyatinə qalxmışdı (4,188).
Kapitalist əmtəə istehsalı mövzunun maraqlı məsələlərindəndir. XIX əsr və XX
əsrin ayrıcında Avropa Rusiyasında hər il satışa gedən taxılın 38 %-ni qolçomaq –
varlı kəndli təsərrüfatları verirdi. Bunun 25 %-i daxili bazarda, 13 %-i isə xarici ba-
zarda satılırdı. Mülkədar təsərrüfatlarının xüsusi çəkisi az-12 % idi. Bu təsərrüfatlarda
istehsal olunan taxılın yalnız 5,6 %-i ixracata gedirdi. Ortabab və yoxsul kəndli
təsərrufatları taxılın ümumi həcminin 50 %-ni vermələrinə baxmayaraq, burada ix-
racat 7,4 %-dən çox deyildi (9, 34; 6, 224-226). Göründüyü kimi, qolçomaq və kəndli
təsərrüfatları əmtəəlik taxılın istehsalında həlledici rola malik idilər
1. Çoxcildli «SSRİ tarixi» (rusca), V c. M.: Наука, 1968, 731 s.
2. Хромов П.А. Экономическое развитие России в ХIХ-ХХ веках. М.: Наука, 1950, 551с
3. Ковальченко И.Д., Милов Л.В. Российский аграрный рынок. ХVIII-начало ХХ века.
М.: Наука, 1974, 414 с.
4. Анфимов А.М. Крестьянское хозяйство Европейской России. 1881-1904. М.: Наука, 1980,
5. Зайончковский П.А. Отмена крестьянского права в России. М.: Наука, 1968, 367 с.
6. Нифонтов А.С. Зерновое производство России во второй половине ХIХ века. М.:
Наука, 1974, 317 с.
7. Ляшенко П.И. История народного хозяйства СССР, В 2-х т. т. II, М.: Наука, 1956, 735 с.
8. Azərbaycan tarixi, IV cild, Bakı: Elm, 2000, 456 s.
9. Немчинов В.С. Сельскохозяйственная статистика с основами общей теории. М.:
Наука, 1945, 477 с.
10. Китанина М. Хлебная торговля России в 1875-1914 гг. М.: Наука, 1978, 361 с.
О ПОЛОЖЕНИИ СЕЛЬСКОГО ХОЗЯЙСТВА В ВОСТОЧНОСЛАВЯНСКИХ
СТРАНАХ В 60-90-х гг. ХIХ ВЕКА
Восточнославянские страны на много отставали от развитых Европейских
стран. Основным фактором отсталости являлось существование крепостного права. По
этому царь Александр II в 60-х годах издал указ о ликвидации крепостного права.
Крестьяне освободились от личной зависимости. После этих реформ в сельском хоз-
яйстве наблюдались определенные изменения. Если в конце 60-х годов было собрано
почти 2 млд. пудов зерна, то в 1900-х годах объем производства зерна достигал до 3,3
млд. пудов. Усилился процесс социального расслоения крестьян. Отдельные регионы
специализировались по производству товарного зерна. Расширилось отходничество
ON THE STATE OF AGRICULTURE IN EASTERN SLAV COUNTRIES
IN THE 60-90S OF THE XIX CENTURY
Countries of eastern Slav stood back from the developed European countries. The
basic factor of this wаs serfdom. Therefore, Tsar Aleksandr II issued a decree about the
liquidation of serfdom. The peasants became free from the personal dependence. After these
reforms there wеre some striking changes in agriculture. While at the end of the 60s about 2
milliard poods of harvest was gathered, in the 1900s the capacity of the production increased
about to 3,3 milliard poods.
Slavyan ölkələrində mərkəzləşdirilmiş dövlətlərin yaranması
Əməkdar jurnalist
Və yaxud Ukraynanın hər daşının altında qıpçaq-türk izinə rast gəlmək mümkündür
Qloballaşan dünyada informasiyanın dəyəri get-gedə artmaqdadır. Kütləvi informasiya vasitələri də informasiya daşıyıcıları və ötürücüləri olduqları üçün son dövrlərdə istər dövlətlərin beynəlxalq münasibətlərdəki yerinin və rolunun müəyyənləşməsində, istərsə də onların bu və ya digər şəkildə təsir güclərinin artırılmasında müstəsna rola malikdir. XXI əsr hər nə qədər qlobal informasiya əsridirsə, bir o qədər də informasiya imperiyaları əsridir. Yeni əsrdə dünyada istər iqtisadi, istər siyasi, istər mədəni, istərsə də humanitar sahədə öz maraqlarını qəbul etdirmək istəyən hər bir güclü ölkə mütləq öz dövlət siyasətində bu faktoru nəzərə almalı və buradan çıxış edərək dünyaya açılmağı bacarmalıdır.
Qərbi Avropa və Avratlantik ölkələri XX əsrin sonundan başlayaraq informasiya sahəsində və informasiyanın verdiyi imkanlardan lazımi şəkildə istifadə etməyi, həmçinin, bu imkanlardan öz dövlət və milli maraqlarının təmin edilməsi üçün istifadə etməyi bacardılar. Bu prosesdə dünya idarəçiliyində hegemonluğa iddia edən bəzi dövlətlər bir qədər geridə qaldılar. Ona görə də, hazırda təkqütblü dünyamızda yeni qütblərin formalaşması, həmçinin, dünya siyasətində bir tarazlaşdırmanın baş verməsi üçün ayrı-ayrı güclər zaman-zaman meydana çıxmaqda və dünya siyasətinə yeni bir nizam və harmoniya gətirmək iddiasındadırlar. Məhz bu müstəviyə qədəm qoyan hər bir ciddi dövlət dərhal anlayır ki, əgər informasiya sahəsində nailiyyətlər əldə edə bilməzsə, informasiya silahından, mətbuat silahından doğru istifadə etməyi bacarmazsa, əlbəttə ki, bu məqsədə çatmaq olduqca çətin olacaq. Ona görə də, şimal qonşumuz Rusiya Federasiyası son dövrlərdə istər rusdilli mətbuat, istərsə də bütövlükdə transmilli media şirkətləri vasitəsilə yeni dünyada, yeni beynəlxalq münasibətlər sistemində öz sözünü deməyə və öz gücünü ortaya qoymağa meyilli olan ölkələrdən biridir. Görünür, elə bu məqsədlə də 14-17 iyul tarixlərində Ukraynanın Kiyev şəhərində Ümumdünya Rus Mətbuatının 13-cü Konqresi təşkil olunmuşdu.
Bu Konqres artıq ənənə halını alıb və 13 ildir ki, hər dəfə dünyanın ayrı bir ölkəsində gerçəkləşdirilir. Budəfəki Konqresə Azərbaycandan da mötəbər bir nümayəndə heyəti dəvət olunmuşdu. Həmin nümayəndə heyətinin tərkibində biz iyunun 14-də Kiyev şəhərinə getdik. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Nəzərə alsaq ki, tədbirdə Ukrayna prezidentinin iştirakı da gözlənilirdi, bu, tədbirin əhval-ruhiyyəsini daha da rəsmiləşdirir, məsuliyyətli edirdi.
Türklərlə slavyanların ortaq şəhəri
Hoteldə qeydiyyatdan keçib, yerləşdikdən sonra şəhəri gəzməyə qərara aldıq. Kiyev Dnepr çayının sahilində, yaşıllıqlarla əhatə olunmuş, geniş küçələri və prospektləri olan, çox da uca olmayan binalara malik gözəl bir şəhərdir. Ancaq əlbəttə ki, sadəcə bu quru rəsmi təsvirlə Kiyev haqqında danışmağı yekunlaşdırmaq olmaz. Kiyev haqqında danışarkən, ilk növbədə, ağlımıza gələn bu şəhərin adı və onun istər rus dövlətçiliyi, istərsə də Ukrayna dövlətçiliyi tarixində olan roludur. Məsələyə bu aspektdən yanaşanda qarşımıza çıxan ilkin sual belə olur: Kiyev təkcə rus və Ukrayna dövlətçiliyinin tarixində böyük rol oynamış bir şəhərdir, yoxsa bunun başqa kökləri də varmı?
Beləliklə, yuxarıda verdiyimiz suallara müxtəlif elmi və tarixi mənbələrə əsaslanaraq cavab verməyə çalışaq. Əslində, rus dövlətçiliyinin formalaşdığı ərazi kimi təqdim olunan Kiyev şəhərinin alt qatlarında daha qədim tarix var. Kiyev təkcə slavyan etnosunun, slavyan dövlətçiliyinin formalaşması üçün beşik olmayıb. Kiyev, eyni zamanda, poloves-qıpçaq dövlətçiliyinin mənəvi, mədəni mərkəzi olub. Çox təəssüf ki, Kiyevin alt qatlarında bizə, türk qövmlərinə aid olan həqiqətlər bir növ tarixin qalın-qalın səhifələri altında itib-batıb. Amma əlbəttə ki, bunun hamısı itib-batmayıb və bəzi məsələlər var ki, onları bu gün Kiyevdə tarixçilər çox ciddi şəkildə qəbul edirlər. Maraq doğuran məsələlərdən biri də odur ki, hətta əhali arasında da Kiyevin əsl tarixini bilmək, öyrənmək istəyən yeni nəsil formalaşır. Onlar Kiyevi heç də təkcə rus-slavyan mədəniyyətinin beşiyi deyil, eyni zamanda, böyük Turan mədəniyyətinin beşiklərindən biri kimi qəbul edirlər.
Qeyd etmək vacibdir ki, hər nə qədər tarix çox şeyləri unutdurubsa, amma bütün bu unutqanlığın içərisində Kiyev şəhərinin adı bir inci kimi parıldayır. Bu şəhərin kimə aid olduğunu təsdiqedircəsinə mayak kimi işıq saçır. Buna görə də, tədbirə dəvət olunmuş həmkarlarımızla söhbət edərkən nə onlar, nə də yerli ukraynalıların heç biri Kiyev sözünün etimologiyasını izah edə bilmədilər. Dedilər ki, bu Kiy adlı bir rusun soyadı ilə bağlıdır. Mən isə bu zaman həmkarlarıma rus adlı tayfanın slavyan deyil, norveç əsilli avarçəkənlər olduğunu, həmçinin, rus sözünün də norveç dilində elə yelkən, yaxud da avar mənasını verdiyini izah edəndə, sözün doğrusu onların böyük bir qismi təəccübləndilər.
Mən onlara izah etdim ki, rus sözü sizin parus sözündəki həmin rus kökünün elə özüdür (hind-Avropa dillərində türk dillərindən fərqli olaraq şəkilçi sözün kökünün önünə alınır. Bu isə kökün asanlıqla deformasiya olunmasına gətirib çıxarır. Türk dillərində isə şəkilçi kökün sonuna əlavə edilir. Kök toxunulmaz qaldığı üçün biz arxaik dilimizi başa düşməkdə çox da çətinlik çəkmirik. Dil tarixi baxımından bu bizim üstünlüyümüzdür) və norveçlilərin dilində rus sözü avarçəkən deməkdir. Kiyev şəhərini isə norveçlilər bir müddət qıpçaqların əlindən alaraq işğal ediblər. Kiyevskiy Rus da siyasi terminologia kimi elə həmin vaxtlar formalaşıb. Bunun müasir ruslar və onların slavyan əcdadları ilə heç bir əlaqəsi yoxdur. O zaman indiki rusların əcdadları Novqoroddan yuxarıda şimal meşəliklərində yaşayırdılar. Sonrakı dövrlərdə isə rus (avarçəkən) norveçlilər Kiyev Rus-unda get-gedə azlığa çevrilməyə başladılar. Kiyevə axın edən slavyanlar isə norveçli rusların (avarçəkənlərin) adını qəbul etdilər. Beləliklə, tarixdə yeni xalq-rus xalqı formalaşmağa başladı. Buk xalqın adı Norveç dilindən götürülmüş olmaqla milli-etnik tərkibi poloves (qıpçaq), slavyan, kuman-tatar, bulqar, xəzər və bir sıra kiçik Skandinaviya xalqlarından ibarət idi. Getdikcə slavyan etnosunun sayı artaraq onları Kiyev Rus-unda dominanta çevirdi. Lakin bu çox sürmədi. Onlar Kiyev Rus-undan qovularaq Moskva, Ryazan və s. kimi şəhərlərə köç etdilər. Ancaq slavyan təsiri Kiyevdə həmişəlik qaldı.
Bu qüvvətləndirici fikrimdən sonra onların beynində tərəddüd əmələ gəlməyə başladı və çox sevindim ki, obyektiv tarixlə bağlı həmkarlarımın beyninə bir sual işarəsi qoymağı bacardım. Çox güman ki, bunlar artıq Kiyev şəhərindən, həmçinin, Ukraynadan danışarkən təkcə onun rus-slavyan mədəniyyətinə beşiklik etməsi barədə deyil, eyni zamanda, poloves-qıpçaq mədəniyyətinə də beşiklik etdiyinə dair tarixi materialları tapıb öyrənəcəklər. Ortaya çıxan həqiqətlər isə slavyan etnosu ilə türk etnosu arasında keyfiyyətcə yeni, daha mehriban münasibətlərin formalaşmasına gətirib çıxaracaq.
Kıyıdakı ev-Kiyev
Bu məqamda həmkarlarımdan birinin çox maraqlı “Yaxşı, Kiyev sözünü biz Kiy adlı şəxsin adı ilə izah etdik, bəs sizin versiyanız nədir” sualı ilə qarşılaşdım. Həmin suala cavab olaraq dedim ki, Kiyev kıyıdakı (sahildəki) ev (Dneprin sahilində) deməkdir. Biz bilirik ki, türklər sahilə, ucqara kıyı deyirlər. Onu da əlavə etdim ki, kıyı sözü Azərbaycan dilində bir qədər arxaikləşibdir. Yəni, biz gözün qapağının bitdiyi və kirpiyin gözə qovuşduğu yerə gözün qıyısı deyirik. Bu qıyı sözü yəni ucqar, son, son sahil deməkdir. Anadolu türkləri isə elə bu gün də sahilə “kıyı” deyirlər.
Dilimizdə hələ bu şəkildə işlənsə də, amma biz kıyını hazırda ucqar nöqtə, sahil kimi işlətmirik. Türkiyədə isə bu gün də kıyı sözünü o mənada işlədirlər. Böyük dəşti – qıpçağın son sərhəddində tikilmiş ev, yaxud qıpçaq dilində desək iv, yaxud qazaxca üy, yaxud Azərbaycanın bəzi regionlarında öy sözü hamısı məskən mənasını bildirir və bu qıpçaqların dəşti-qıpçaq çölünün hüdudlarında yerləşən evidir, məskənidir. Sizin ad, yaxud soyad kimi qəbul etdiyiniz Kiy sözü də Kıyı sözünün özüdür. Sadəcə, slavyan dillərində bu sözün mənası başa düşülmədiyinə görə onu ad kimi yozmağa çalışırsınız.
Yenə həmkarlarım təəccüblənən zaman mən dedim ki, yaxşı əgər çox təəccüblənirsinizsə, onda gəlin bu Kiyev sözünü ruscaya tərcümə edək, görək nə alınacaq. Nədən sizin ölkənizin adı Ukraynadır? Nədən XVI, XVII, XVIII əsrlərə qədər Rusiya Ukrayna haqqında danışarkən Malorusiya deyirdi, sonradan birdən-birə Ukrayna oldu. Bu necə formalaşdı? Bu suala cavab olaraq izah etdim ki, kıyı ev sözünü rus dilinə tərcümə etdiniz Ukrayna alındı. Daha doğrusu, Kiyev sözünü, kıyı-ev ev sözünü ruscaya tərcümə edəndə Okraina, yəni, ucqar yer, yaxud ucqar yaşayış məntəqəsi, ev mənasını verir. Hətta mən dedim ki, slavyanların və türklərin ortaq əcdadı olan qıpçaqlardan (poloveslər) biri ana dilində, yəni, türkcə olan Kiyev adını sadəcə rus dilinə tərcümə edib və Okraina sözünü alıb.
Bundan başqa, istərdim ki, Malorusiyanın, yəni, Ukraynanın Velikorusiya, yəni, Rusiya tərəfindən işğalı ilə bağlı bəzi fikirlərimi və tarixi faktları da diqqətinizə çatdırım. Son orta əsrlərdə ruslar Ukraynaya Malorusiya deyirdilər. Hələlik müdrik qıpçaq tərəfindən Kiyev sözü Okraina kimi tərcümə edilib ölkənin adı statusunu qazanmışdı. XVI əsrin ikinci yarısında, daha doğrusu, 1654-cü idə Malorusiya işğal edildi. Həmin dövrdə rus çariçası II Yekaterina Ukraynanın Rusiyaya birləşdirilməsi ilə bağlı xüsusi sərəncam imzaladı. Sərəncamda deyilirdi: “Çevik üsullarla nail olmaq gərəkdir ki, onlar ruslaşsınlar (?!), canavar meşəyə baxan kimi öz keçmişlərinə baxmaqdan əl çəksinlər!”.
Sərəncamdan görünür ki, ukraynalıların totemi qurddur. Bütün türklərin totemi kimi, elə II Yekaterina da onların türk kökünə işarə edərək bu bənzətməni aparır. O istəmir ki, ukraynalılar öz keçmişini xatırlasınlar. Belə olsa asimilyasiya cəhdləri baş tutmayacaq. Ona görə də, keçmişlərini unutdurmaq lazımdır. Ancaq ukraynalılar heç də asanlıqla keçmişlərini unutmadılar. Bu gün də unutmayanlar var. Ona görə də, II Yekaterinanın sərəncamındakı bu fikri sonradan Rusiyada zərb-məsələ çevrildi: “Skolko volka ne kormi vse ravno budut v les smotret (Qurdu nə qədər bəsləsən də yenə meşəyə baxacaq)”.
Bundan sonra isə 1876-cı ilin 30 may tarixində çar II Aleksandr başqa bir fərman imzaladı. Həmin tarixdə imzalanan qanunla Ukrayna dili (oxu qıpçaq dili) ictimai yerdə işlənməməli, həmin dildə kitab çap edilməməli idi. Bundan sonra Ukraynada qıpçaq dili artıq yalnız məişətdə işlədilə bildi. Sonra isə yavaş-yavaş unuduldu. Halbuki, 1620-ci ildə Vasili Buturlinin başçılığı ilə Ukraynaya göndərilən rus səfirliyinin tərkibində iki tərcüməçi var idi. Tatar Bilal Baysa və xristian-qıpçaq Stepan Konçinsk. Cəmi 200 il sonra isə II Aleksandrın fərmanı sayəsində artıq ruslarla ukraynalılar tərcüməçisiz danışdılar. Qıpçaq dili isə sadəcə, dini mərasimlərin icrası zamanı istifadə edilirdi. 1917-ci ildə baş verən Böyük Oktyabr inqilabından sonra isə dinin və savadsızlığın ləğvi adı altında bu dil kilsələrdən və məişətdən də tamamilə yığışdırıldı. Nəticədə “slavyan əsilli” yeni ukrayna xalqı yaradıldı!
Hələ II Yekaterina o zaman “Malorusiya” adlandırdıqları qıpçaq ellərini işğal altında saxlayan baş komandan Pyotr Rumyantsevə təlimatında yazırdı: “Rus xalqı “maloruslara” gözə çarpmayan, xəlvəti nifrət bəsləməyə vərdiş edib”.
Bu hələ də davam etməkdədir. XIX əsrdə alman səyyahı İohan Kol bu qarşılıqlı nifrəti belə ifadə etmişdir: “Malorusiya xalqının Velikorusiyaya qarşı ikrahı o dərəcədə böyükdür ki, bunu milli nifrət kimi səciyyələndirmək tam ədalətli olardı”.
Böyük səyyah milli-etnik fərqliliyi tamamilə doğru təsbit edərək, onu dəqiq ifadə etmişdi. Deyilən fikir ruslar və ukraynalıların tamamilə fərqli milli-etnik kökdən gəldiklərini sübut edən bir sosial-psixoloji mənzərə idi (H.B). Ancaq bu məsələ uzun illər boyu lap elə “Qolodomor”a qədər uzansa da, (bəzi ukraynalılar hesab edirlər ki, II Dünya müharibəsində Ukraynada aclıqdan və soyuqdan çoxlu sayda ukraynalının vəfat etməsi təsadüfi hadisə deyil, rusların düşünülmüş siyasəti idi) bu gün Rusiya və Ukrayna iki qardaş ölkə kimi çox mehriban münasibətlər qura biliblər. Əslində, bunlar tarixi keçmişlərdir. Hazırda Ukrayna slavyan ailəsinin ən aparıcı üzvlərindən biridir. Lakin eyni zamanda, Ukraynanın bizimlə də çox sıx tarixi əlaqələri və ortaq keçmişi vardır. Çünki Ukrayna xalqının etnogenezinin formalaşmasında iştirak edən türk tayfaları, hunlar, xəzərlər, qıpçaqlar, tatarlar, bulqarlar və s. Azərbaycan xalqının da etnogenezinin formalaşmasında kifayət qədər ciddi pay sahibi olublar.
Buna görə də, Ukrayna və Rusiya xalqlarını biz özümüzə doğma hesab edirik. Hətta Knyaz Trubetskoy slavyanlar və türkləri eyni psixoloji tipə aid edirdi.
Çox istərdim ki, məhz həmin məqamda həmkarlarımın üzündəki o təəccübü dəyərli oxucularımız da görə biləydilər. Əlbəttə ki, bu cür maraqlı söhbətlərlə biz “Şato” kafesində önümüzdə olan Kiyev-Ukrayna borşunu yeyirdik. (Yeri gəlmişkən, elə “Şato” sözünün özü də türkcədir. Akademik V.V.Bartold yazır ki, qədim çinlilər çöldən axın edən türklərə Şa-to deyirdilər. Bu sözün türkcədə anlamı isə çöldə tikilmiş müvəqqəti evin sakinləri mənasını verir. Elə indi də ruslar və ukraynalılar xüsusi üsulla tikilmiş çadır evciklərə “Şato” deyirlər.) Ukraynalılar borşla yemək üçün bambuşka deyilən xüsusi çörək növü hazırlayırlar və onu bir qədər qurudub borşun içərisinə doğrayaraq yeyirlər. Bu çox ləzzətli olur.
Hər bir rusun dərisini qaşısanız altından tatar qanı axdığını görəcəksiniz
Beləliklə, mən slavyan və türk tarixi, ortaq təmaslarımız haqqında çoxlu sayda misallar gətirdim. Knyaz Trubetskoyun məşhur bir fikrini, həmkarlarıma xatırlatdım. Knyaz Trubetskoy demişdi ki, hər bir rusun dərisini qaşısanız altından tatar qanı axdığını görəcəksiniz. Bu fikir əlbəttə ki, mətbuat nümayəndələrinə Vladimir Putin prezident olarkən Almaniyaya səfəri zamanı səsləndirdiyi fikirdən tanış idi. Ancaq onun müəllifinin kim olduğunu bilmirdilər. Mən nəcabətli knyazı bir növ onlara təqdim etdim, tanıtdım. Onu da bildirmək yerinə düşər ki, Knyaz Trubetskoy Rusiyada o qədər də tanınan ziyalı deyil. Çünki sovet dövründə o inqilabçılar tərəfindən xaricə sürgün olunmuş, əsərləri də qadağan olunmuşdu. Amma son dövrlərdə fikir antologiyası tarixi seriyasında yenidən Rusiyada Knyaz Trubetskoyun əsərləri çap olunmaqdadır.
Mən, eyni zamanda, onun başqa bir fikrini də xatırlatdım. Knyaz Trubetskoy deyirdi ki, biz ruslar hər nə qədər slavyan əcdadlarımızla fəxr ediriksə, bir o qədər də turanlı əcdadlarımızla fəxr etməliyik. Mənim dediyim bu fikirlər Konqresə gəlmiş həmkarlarımda xoş ovqat yaradır və dialoqumuzu daha da səmimi edirdi. Knyaz Trubetskoyun aşağıdakı fikirləri isə həmkarlarımı hər nə qədər məmnun etməsə də, bir o qədər onlarda maraq doğurdu: “Ruslara mərkəzləşmiş dövləti rus-slavyanlar deyil, türk-tatarlar verib. Ruslar mərkəzləşmiş dövlət yaratdıqlarına görə özlərini türk-tatarlara borclu hesab etməlidirlər. 300 illik monqol-tatar əsarəti ruslara mərkəzləşmiş dövlət verib. 100 illik roma-german təsiri isə ruslara 1917-ci ildə dəhşətli qırğınlarla müşahidə olunan inqilab gətirdi. Hər iki şəhadəti müqayisə etsək görəcəyik ki, biz tariximiz, dövlətçiliyimiz üçün daha çox türk-tatarlara borcluyuq”. (K.T.)
Rus dilinin və mədəniyyətinin təbliği istiqamətində mühüm addım
Beləliklə, ilkin tanışlıqdan və bu cür dialoqdan sonra Konqres iştirakçıları arasında çox mehriban ünsiyyət yarandı. Məhz bu əhval-ruhiyyə ilə bir gün sonra Konqresin işinə qatıldıq. Onu da deyim ki, Konqresin ruhu da dünyada olan rusdilli mətbuatın, rus dilində nəşr olunan qəzet və jurnalların təmsilçilərinin bir araya gətirilməsindən və bir növ onların yaşadıqları ölkələrdə rus dilini təbliğ etmək, rus mədəniyyətinə bir rəğbət yaratmaqdan ibarət idi.
Konqresdə iştirak edən Ukrayna prezidenti Viktor Yanukoviç çıxışında bu cür tədbirlərin keçirilməsinin dövlətlər, xalqlar arasında münasibətlərin inkişafına, konkret halda isə Rusiya ilə digər ölkələr arasında münasibətlərin istiləşməyə gətirib çıxaracağını bildirdi. Yanukoviçin sözlərinə görə, Ukraynada son dövrlərdə ciddi şəkildə islahatlar aparılır. 2010-cu ildə yeddi istiqamətdə bu cür islahatlar aparılıb. 2011-ci ildə isə 14 istiqamətdə islahatlar aparılacaq. Yanukoviç xüsusi olaraq vurğuladı ki, onun prezidentliyinə qədər Rusiya-Ukrayna münasibətlərində müəyyən soyuqluq olub və bu soyuqluğu aradan qaldırmaq üçün var gücü ilə çalışır.
Onun çıxışından sonra Rusiya Prezidenti Adminstrasiyasının rəhbəri Sergey Narışkin çıxış etdi. Öz çıxışında çox maraqlı məsələlərə toxundu və qeyd etdi ki, rus dilində danışan, beynində rusca düşünən və özünü rusca ifadə etməyi bacaran hər bir şəxs rusdur, rus mədəniyyətinin daşıyıcısıdır. Əlbəttə ki, Sergey Narışkinin bu cəsarətli, amma eyni zamanda, məntiqi və sosial-psixoloji əsası olan fikri ilə mübahisə etməyə dəyməz. Çünki bu doğrudan da, belədir.
Yuxarıda qeyd etdiyimiz kimi, Konqresin məqsədi ayrı-ayrı ölkələrdə rusdilli mətbuatı inkişaf etdirmək, rus diasporasını təşkilatlandırmaqdan ibarət idi. Çünki diaspora da məhz o mətbuat ətrafında təşkilatlanır və Rusiyanın, rus mədəniyyətinin, rus dövlətinin maraqlarını təmin edir. Buna görə də, tədbirə 61 ölkədən 250-dən çox nümayəndə dəvət olunmuşdu. Ancaq çox maraqlı bir nüans vardı. 61 ölkədən gələn 250-dən çox nümayəndənin üçdə ikisindən çoxu qeyri-ruslar idi. Bunların bir qismi yəhudi əsilli rusdillilər, qalan böyük bir qismi isə Rusiyanın və Orta Asiyanın müxtəlif ərazilərindən olan türk kökənli rusdillilər idi. Bu məndə qəribə bir assosiasiya yaratdı. Bir daha bu faktın özü təsdiq etdi ki, Sergey Narışkin nə qədər haqlıdır.
Ona görə də, hesab edirəm ki, rus dövlətçiliyi əldə etdiyi bütün tarixi nailiyyətlərinə görə, nəcabətli knyazın qeyd etdiyi kimi təkcə slavyan etnosuna minnətdar olmamalı, eyni zamanda, rus dilinə, rus mədəniyyətinə, rus ədəbiyyatını sevən insanlara da borclu olmalıdır və onların qiymətini layiqincə verməlidir. Çox sevindirici haldır ki, son dövrlərdə Rusiya Federasiyasının prezidenti və rus dövləti bunu başa düşərək bu istiqamətdə ciddi addımlar atır.
Naharı SSRİ-də etdik
Tədbirimiz çox maraqlı təşkil olunmuşdu və növbəti gün biz Odessaya yola düşdük. Odessa ilə Kiyevin arası təqribən 500 km-dir. 250-ci kilometrdə “SSRİ Salo” adlanan gözəl bir restoranda nahar təşkil olunmuşdu. Və çox qəribədir ki, bu restoranda nahar edən zaman bu adın da kölgəsi altında hər kəs sanki özünü eyni ölkənin vətəndaşı hesab edirdi. Elə bil ki, SSRİ hələ də mövcud idi. Nahar zamanı ayrı-ayrı xalqların dilindən şən, rusdilli nitqlər söylənilir, dostluq, qardaşlıq, birlik şərəfinə sağlıqlar deyilirdi.
Məhz bu cür şən əhval-ruhiyyə ilə də biz Odessa şəhərinə çatdıq. Odessa Qara dənizin sahilində 1 milyondan bir qədər çox əhalisi olan liman şəhəridir. Bu şəhərin çox da qədim tarixi yoxdur.
Sözün doğrusu, şəhərə girər-girməz mən Odessanın tarixi, yazıları və memarlıq üslubu ilə maraqlanmağa başladım. Nəzərdə tutulmuş ekskursiyada bələdçimiz İrina Kremlyova bizə Odessanın tarixi haqqında müəyyən məlumatlar verdi. Bələdçinin verdiyi məlumata görə, Odessanın əsasını qoyan Deribasskaya soyadlı bir ispaniyalı hərbçi olub. Amma sözün doğrusu, bu izah məni qane etmədi və bələdçi ilə bu barədə daha ətraflı danışmağı qərara aldım.
Oessada da türk izi və ya Deribas kim olub?
Məlum oldu ki, bələdçimiz Odessa Hüquq Akademiyasının dosenti və tarix elmləri namizədidir. Mən soruşdum ki, bəs deribas (dəribas) nə deməkdir və ispan dilində belə söz varmı? Xanım cavab verdi ki, bu sözün izahı yoxdur. Sadəcə olaraq bir soyaddır. O zaman “əgər mən bu sözün mənasını bizim dilimizdə izah etsəm necə olar” sualıma o, “çox yaxşı olar” cavabını verdi.
Dedim ki, dəri bizim dilimizdən tərcümədə “koja” deməkdir, bas isə o dərini emal edən deməkdir. Yəni, dəribas bir peşədir, dəri emal edəndir. Sizin ispan kimi bildiyiniz o şəxs bəlkə türk əsillidir. Bəlkə xristian qıpçaqlardandır. Sözün bizim dilimizdə bu şəkildə, dəqiq izah olunması xanımın xoşuna gəldi. Amma eyni zamanda, sadəcə daxili eqoizmi bunu qəbul etməyə imkan vermirdi. Yenə təkrar etdi ki, o ispaniyalı bir hərbçi olub. Ancaq başqa bir versiya da var ki, o yəhudi imiş. Mənsə təkrar etdim ki, 1415-ci ilədək Odessa tatarlara və xristian qıpçaqlara məxsus yaşayış məskəni olub. Hətta sizin indi Hacıbəy limanı dediyiniz yerin əvvəlki adı Koçubəy limanı olub. Sonradan Osmanlı türkləri buranı 1764-cü ildə işğal etdikdən sonra Koçubəy limanının adını islamlaşdıraraq onu Hacıbəy edirlər. Sonralar isə bura yenidən ruslar tərəfindən işğal edilsə də, Hacıbəy limanı əvvəlki adını yenə də saxlamaqdadır. Deribasskayanın yəhudi olmağına gəlincə isə ola bilər ki, bu şəxs iudizmi (musəviliyi) qəbul etmiş Xəzər türklərindən olsun. Çünki Xəzər xaqanlığının rəsmi dövlət dini iudizm idi. Xəzərlər ərəblərə məğlub olduqdan sonra xaqanlıq çökdü. Xəzər türkləri isə Avropaya səpələndilər. Avropada isə onlar milli-etnik kimlikləri ilə deyil, dini kimlikləri ilə tanındılar. Yəni, hazırda Avropa yəhudiləri kimi tanınan yəhudilərin böyük bir hissəsi musəvi-xəzər türkləridir. Bu izahatıma İrina Kremlyova xeyli maraqla qulaq asdı. Hətta bəzən təsdiqedici hərəkətlər də etdi. Ancaq sonda yenə də ötkəm şəkildə öz fikrini bir daha təkrar edərək bildirdi ki, bizdə elmi dairələrdə ümumiləşmiş fikir belədir ki, Deribasskaya ispandır.
O da bəlli oldu ki, Odessa 1740-cı illərdə Çariça Yekaterinanın vaxtında liman şəhəri kimi formalaşmağa başlayıb. Dəribas soyadlı həmin şəxs orda kiçik bir balıqçı qəsəbəsi qurur və yaşamağa başlayır. Bir müddət sonra Türkiyədən və digər ölkələrdən ora kiçik gəmilərlə gəlib-getməyə başlayırlar. Liman üçün çox uyğun bir yer olduğuna görə orada şəhər formalaşmağa başlayır. Yekaterina öldükdən sonra onun yerinə gələn oğlu Pavel anasına nifrət etdiyi üçün onun gördüyü bütün işləri dayandırır. Ona görə də, Odessa şəhərinin tikilməsi ilə bağlı çar Rusiyasından verilən subsidiyanı dayandırır. Beləliklə, şəhərin tikintisi yarımçıq qalır. Məhz bu zaman Dəribasın daha bir zirək keyfiyyəti ortaya çıxır. Belə ki, o Türkiyə və Yunanıstandan bir gəmi portağal gətirir və onu at arabalarına yükləyərək Sankt-Peterburqa çar Pavelə hədiyyə göndərir. Deyir ki, əgər siz burda şəhərin salınması ilə bağlı maliyyə yardımını dayandırmasanız ən qısa zamanda burda bir gözəl şəhər salacağıq və bu, Rusiya dövlətinin cənub pəncərəsi olacaq. Qara dəniz sahilində Rusiyaya hökmən belə bir liman şəhəri lazımdır. Aldığı hədiyyələrdən və bu məntiqi izahdan sonra Pavel də Odessa şəhərinin tikilməsi üçün büdcədən pul ayırır. Ona görə də, odessalılar bu günə qədər zarafatla deyirlər ki, bu şəhərin əsası rüşvətlə qoyulduğu üçün orada rüşvət alıb-vermək həmişə olub və olacaqdır.
Amma Dəribasın həvəsi bununla da tamamlanmır. Belə ki, o Odessada ilk dəfə ağac əkən şəxs olub. Çünki Odessada su olmadığına görə, yaşıllıq da olmayıb. Ona görə də, bu gün də Dnepr çayından xüsusi kəmərlər vasitəsilə Odessaya içməli su gətirilir.
Dəribas ömrünün axırlarında etiraf edirmiş ki, məni Odessa üçün nəsə etmək ehtirası öldürəcək. Xarakterindəki bütün bu çılğın keyfiyyətləri və mentalitet göstəricilərini təhlil etməklə mən özümdə bir daha əmin oldum ki, Dəribas türk olub. Qoy xanım bələdçimiz nə cür qəbul edirsə etsin…
Bələdçinin sonrakı etirafı…
Yeri gəlmişkən, Bakıya qayıtdıqdan sonra bələdçimiz İrina Kremlyovadan məktub aldım. Hər nə qədər Odessada mənim fikirlərimlə razılaşmasa da, sonradan görünür onların məntiqini qəbul etmək məcburiyyətində qalmışdı: “Sizin dilinizdən çoxlu yeni şeyləri öyrənmək və dərk etmək mənim üçün çox xoş idi (Mne bılo oçen priyatno i poznavatelno uznat mnoqo novoqo iz Vaşix ust )”.
Bu İrina xanımın səmimi etirafı idi…!
Odessa hamının şəhəridir
Ümumiyyətlə, Odessada bu gün 131 xalqın nümayəndəsi yaşayır. Bu isə orada insanların bir-birinə mehriban davranmasına və bir-birinə qarşı dözümlü olmasına çox ciddi təsir göstərib. Ona görə də, Odessada heç kəs özünü yad hiss etmir. Bir sözlə, Odessa hamının şəhəridir.
Odessa hələ keçmiş SSRİ zamanından bəri ən varlı şəhərlərdən biri olub. Çünki uzaq ölkələrdən daşınan yüklərin böyük əksəriyyəti Odessa limanı vasitəsilə mənzil başına çatdırılıb. Odessada ən böyük liman Hacıbəy limanıdır. Zaman-zaman bu şəhər Osmanlı türklərinin nəzarətində olub. O dövrdə 1853-1856-cı illərdə olan rus-türk müharibəsi zamanı da Türkiyədən Odessaya ticarət gəmiləri gəlməkdə davam edib. Yəni, o qədər sərbəst bir ticarət zonasıdır ki, hətta müharibə belə o ticarətin qarşısını ala bilməyib.
Odessanın adı barədə maraqlandıqda öyrəndik ki, antik dövrdə Qara dəniz sahillərində Odessius adlı bir şəhər olub. Və Dəribas bu limanın əsasını qoyandan sonra Yekaterinaya məktub göndərir ki, biz qədim Odessius şəhərinin yerində şəhər salmışıq. Əgər istəyirsinizsə, bu şəhərin adını Odessius qoyaq. Ancaq əlbəttə ki, Dəribas səhv edirdi. Çünki antik Odessius şəhəri Qara dənizin şimal sahillərində deyil, qərb sahilləiində yerləşirdi. Amma hər halda belə çıxır ki, Dəribasın dənizdə batmış şəhər haqqında məlumatı olub. Çox maraqlıdır ki, Yekaterina qadın olduğu üçün Odessius sözünü kişi cinsində qəbul etmir. Onu qadın cinsinə çevirərək Odessiya edir və şəhərin adının da Odessa olması barədə xüsusi göstəriş verir..
Arkadiya bulvarı
Odessada mütləq baş çəkilməli olan iki küçə var. Bunlardan biri elə şəhərin əsasını qoyan şəxsin soyadı ilə adlandırılan Deribasskaya küçəsidir. Küçəyə avtomobil girişi yoxdur. Sağ və sol ətraflar əyləncə və istirahət məkanlarıdır. Ancaq küçədə atla hərəkət etmək dəbdədir. Ona görə də çoxlu sayda gənc yaxşı bəslənmiş və yəhərlənmiş atları müəyyən məbləğ müqabilində bir növ icarəyə verirlər. Ancaq bu qiymət bizim dağ kəndlərində uşaqlar tərəfindən qonaqlara təklif olunan “yabıların” qiymətindən qat-qat ucuzdur. İkinci görməli küçə isə “Arkadiya” bulvarıdır. Bu doğrudan da yaxşı istirahət məkanıdır. Bulvar Qara dənizin sahilinə 2-3 kilometr qalmış şəhərin içərisindən başlayır və düz sahilədək davam edir. Sahildə isə ən müxtəlif əyləncə məkanları və mehmanxanalar var. Arkadiya bulvarı səhərə qədər insanla dolu olur. Bələdçimizdən “bəs bu insanlar səhər işə getməyəcəklərmi?…” deyə soruşdum. “Yox” deyə konkret cavab verdi. Gördüyünüz insanlar yerli odessalılar (Görünür şəhərin elitası demək istəyirdi) və şəhərimizin qonaqlarıdır. Qonaqlar təbii ki, istirahət edirlər. Yerli odessalılar isə bir növ renta biznesi ilə məşğul olduqları üçün işləmirlər. Hər belə odessalının icarəyə verməyə “obyekti” və kirayə verməyə bir neçə mənzili var. Ona görə də gecələr əylənir, gündüzlər isə istirahət edirlər. Bu maraqlı məlumat xeyli düşündürücü idi. Görünür Odessa şəhərinin özünəməxsus sosial təbəqələşməsi və strukturu var. Bir şeyi də xüsusi qeyd etmək lazımdır ki, Odessada kinoteatrlar hələ də işləyir. Belə mədəni, kütləvi əyləncə mərkəzlərinin bizdə sıradan çıxmış olması isə yaxşı hal deyil. Görünür bunları bərpa etməliyik.
Azərbaycandan olan nümayəndə heyətinə xüsusi diqqət
Tədbirin maraqlı və məhsuldar keçməsi üçün Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti, eyni zamanda, İTAR-TASS-ın baş direktoru İqnatenko əlindən gələni etmişdi. Onun bu işdə ən böyük köməkçisi isə həmyerlimiz, bakılı Mixail Solomonoviç Qusman idi. Hər şeydən görünürdü ki, tədbir yüksək səviyyədə təşkil olunub. Azərbaycandan gələn nümayəndə heyətinə isə xüsusi diqqət vardı.
Tədbir çərçivəsində fürsətdən istifadə edib, həmyerlimiz Qusmanla da görüşdük. Ona vətənindən salamlar çatdırdıq. Yoldaşlarımızdan birinin “Mixail Solomonoviç nə təhərsiniz” sualına o əsl bakılı kimi “dəf kimi” deyə cavab verdi.
Əlbəttə ki, bütün bunlar əhval-ruhiyyəmizi daha da yüksəldirdi və özümüzü orada doğma mühitdə hiss edirdik.
Son olaraq bu səfər zamanı bir daha bizə aydın oldu ki, mədəniyyətin, mətbuatın və informasiyanın milləti yoxdur. Bir daha bizə aydın oldu ki, informasiya erasında informasiyanın rolu və əhəmiyyəti olduqca böyükdür. Hər bir ölkə öz milli və dövlət maraqlarını təmin etmək üçün mütləq kütləvi informasiya vasitələri ilə yaxşı işləməli, onların inkişafı üçün əlindən gələni etməlidir.
Yeri gəlmişkən, Azərbaycanda dövlətin mətbuata münasibətinin yüksək səviyyədə olması və Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin KİV-in inkişafı üçün bu qədər diqqət və qayğı göstərməsinin əsl səbəblərini biz bir daha anlamış olduq. Biz bu barədə həmkarlarımıza geniş məlumat verdik. Bəzi hallarda isə Azərbaycanda dövlətin, Prezidentimizin KİV-ə qayğısı onlarda yaxşı mənada təəccüb doğururdu.
Comments are closed, but trackbacks and pingbacks are open.