Görkəmli dilçi alim, ədib professor
Lətifə Cəlili
QƏZƏNFƏR KAZIMOVUN “MÜASİR AZƏRBAYCAN DİLİ”
ƏSƏRİNDƏ İSMİN MƏNACA NÖVLƏRİAzərbaycan dilində əsas nitq hissələrindən biri, həm də lüğət ehtiyatının
zənginliyinə görə birincisi isimdir. İsim mənşəcə ərəb sözüdür, ad mənasındadır.
Vaxtilə Azərbaycan türk dilində də, ümumi söz kimi, ad mənasında işlənibdir.
Hazırda dilçilik termini olmaqla, nitq hissəsinin adı kimi işlənir.
Nizami Cəfərov: “Azərbaycan dilində yaxşı danışa bilməyən əksər məmurlar vətənpərvərdirlər” – MÜSAHİBƏ
Bakı. 17 fevral. REPORT.AZ/ Atatürk Mərkəzinin rəhbəri, deputat, professor Nizami Cəfərovun “Report”a müsahibəsi. – Sizcə, Azərbaycan dilinin əsas təbliğatçıları kimlər olmalıdırlar? – Ölkə Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə dil məsələsinə xüsusi diqqət yetirib. Bu bizim müstəqil dövlətçiliyimizin ənənəsidir. Ümummilli liderimiz də dil məsələsinə xüsusu önəm verirdi və müxtəlif vaxtlarda bununla bağlı bütöv bir konsepsiya təşkil edəcək, dövlətin dil siyasətini müəyyənləşdirəcək mülahizələr irəli sürüb. Dövlət dilinin qorunması, inkişafı ilə bağlı kifayət qədər sənədlər qəbul olunub. Ölkə Prezidenti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyində də dil məsələsinə diqqət ayırdı. Dillə bağlı söhbətin AMEA-da edilməsi o deməkdir ki, birinci növbədə elm adamlarına müraciət olunur. Söhbət yalnız dilçilərdən, ədəbiyyatçılardan getmir. Bütövlükdə dil bütün elm adamları üçün mühüm məsələdir. Qloballaşan dünyada, xüsusilə texniki elmlər sahəsində, eləcə də humanitar elmlərdə də beynəlxalq dillər tələb olunur. İstər-istəməz biz öz həqiqətlərimizi dünyaya müxtəlif dillərdə çatdırırıq. Amma bununla yanaşı, bizim mədəniyyətimizin, milli-mənəvi mövcudluğumuzun birinci şərti ana dilidir. Ana dilini nə qədər yaxşı bilər, nə qədər ondan istifadə edəriksə, o qədər də özümüzü dünyada təsdiq edə bilərik. Vaxtilə Azərbaycan dili ictimai-siyasi proseslərdə o qədər də iştirak etmirdisə, bu gün çox iştirak edir. Azərbaycan dilinin dünyada tanınmasının və sevilməsinin birinci təminatçısı dövlət başçısıdır. O, dünyanın müxtəlif ölkələrində, beynəlxalq qurumlarda Azərbaycan dilində danışır. Prezident ana dilində çox yaxşı danışır. Rus və ingilis dilini yaxşı bilən insanlar danışanda dilləri bir-birinə qarışdırdıqları müşahidə olunur. Azərbaycan Prezidentinin üstünlüyü əcnəbi dillərdə təmiz danışmasındadır. Bu da xüsusilə gənclər üçün nümunə olmalıdır və olur. Azərbaycan gəncliyinin xarici dilləri öyrənmək üçün artan marağının bir səbəbi də Azərbaycan Prezidentinin bu dilləri yaxşı bilməsi ilə bağlıdır. – Dilimizə daha çox hansı sahələrdə yad sözlərin daxil olması təhlükə yaradır? – KİV sahəsində dilə yad sözlərin daxil edilməsi, dilə təsir göstərəcək hadisələrin olması təhlükədir. Bir dilçi olaraq televiziyanın, radionun və mətbuatın dili ilə bağlı müşahidələr aparıram. Birinci növbədə problemlər orada olur. Çünki KİV-in dilinə bütün cəmiyyət cəlb olunur. Alimin alim dili var, yazıçının yazıçı. Onlarda standartlar möhkəmdir. Dilə ən çox KİV vasitəsilə gələn sözlər təsir edir. Ən çox da dil o sahədə inkişaf edir. Ona görə də bu sahədə dil məsələsinə daha çox diqqət lazımdır. Yazıçının, dövlət məmurunun, alimin nitqi müəyyən modellərə tabe olduğuna və üzərində düşünülərək ifadə olunduğuna görə qüsurlar az olur. Alimin, məmurun hər hansı nitq qüsurları cəmiyyətə o qədər də tez keçmir. Amma KİV-in xüsusilə, televiziyanın hər hansı sözü dərhal cəmiyyətin dilindədir. Azərbaycan dilinin öz sözü varsa, enerjini başqa dillərdən alınan sözlərə yox, doğma kəlməyə vermək lazımdır. Enerji başqa dillərdən alınan sözlərə veriləndə ana dilinin milli enerjisi azalır. Xüsusilə ingilis dilindən bizə sözlər gəlir. Belə sözlərə qarşı həssas olmaq lazım, qarşılığı varsa, ondan istifadə etmək lazımdır. Ən təhlükəli məqamlardan biri son zamanlar dilimizdə olan sözlərin əvəzinə, Türkiyə türkcəsindən müəyyən sözlərin, ifadələrin və intonasiyaların nitqimizə gəlməsidir. Bu məsələyə analitik yanaşma lazımdır. Biz uzun illər Türk dünyasından təcrid olunmuşuq. Türk dilləri arasında olan zəruri əlaqələr süni surətdə kəsilib. Ona görə də əlaqələr bərpa olunduqdan sonra Türkiyə türkcəsinin müəyyən sözləri var ki, biz istər-istəməz ondan istifadə etməliyik. Ərəb, fars sözlərinin yerinə onları işlətməliyik. Çünki onlar vaxtilə bizim dilimizdə olub. Ərəb və fars sözləri onları sıxışdırıb çıxarıb. Məsələn, “dövr” yerinə “dönəm”, “əsr” yerinə “yüzillik” kimi sözləri işlətməliyik. Amma bəzən Türkiyə türkcəsindən elə sözlər gəlir ki, onların işlənməsinə ehtiyac yoxdur. Sabah özbək, qazax-qırğız və digər türk dillərindən bizim dilimizə sözlər keçə bilər. Vaxtilə ortaq türk dilində olan sözlər olub ki, hazırda bizim dilimizdən sıxışdırılıb, amma o dillərdə qalıb. Söz yaradıcılığı nümunəsi keçə bilər. Belə hallarda da həssas olmaq lazımdır ki, dilin qayda-qanunları pozulmasın. Çünki bu dili bizə əcdadlarımız qoyub. Bu dildə böyük yazıçılarımız, şairlərimiz yazıb. – Nitqimizdə rus sözlərinin yer almasının əsas səbəbini nədə görürsünüz? – Yazı dilimizdən fəqrli olaraq, şifahi dilimizdə külli miqdarda rus sözləri var. Bunların da əksəriyyəti köməkçi sözlərdir. “Zato”, “uje”, “znaçit”, “tak çto”, “voobşe” və s. belə sözlər çoxdur. Deyək ki, “mühərrik” əvəzinə “motor”, “mühəndis” əvəzinə “injener” kimi külli miqdarda belə sözlər işlədirik. Əvvəla, rus dili mühitinin dilimizə təzyiqi olub. Başqa bir tərəfdən bizim dilimizdə müəyyən sözlər var ki, yeri möhkəm deyil. Dilimizdə “ümumiyyətlə” sözünün yeri möhkəm deyil. Həmin sözün yeri milli dil təfəkkürümüzdə möhkəm olsaydı, yerinə “voobşe” gələ bilməzdi. – Sizcə, evdə, məişətdə uşaqlarla başqa dillərdə danışılması gələcəkdə ana dili ilə bağlı ciddi problemlər yarada bilərmi? – Bu məsələdə problem bir tipli deyil. Bu fikirdəyəm ki, bizim uşaqlarımız orta məktəbi Azərbaycan dilində bitirməlidirlər. Bunun əhəmiyyəti var. Azərbaycan dilində orta məktəbi bitirən uşaq istər-istəməz milli mühitin yetirməsi olur. Çünki burada tək dil məsələsi deyil. Müxtəlif elmlər var ki, hamısı bir yerdə təzahür edir. Bu gün Azərbaycanda çox ailə uşaqlarını azərbaycandilli məktəblərə verir. Orta məktəbə gedən uşaqlara müxtəlif dilləri öyrətməyə çalışırıq. Dünyanın beynəlxalq dillərinin öyrənilməsi qaçılmaz məsələdir. Bu da bəzi ailələrdə belə təsəvvür yaradır ki, uşaqlar onsuz da evdə Azərbaycan dilində danışırlar və Azərbaycan dilini bilirlər. Qoy, rus və ingilis dillərində danışsınlar. Amma ana dilini sonradan öyrətmək heç də hər ailəyə müyəssər olmur. Elə ailələr var ki, uşağa ana dilini öyrədə bilir, amma bu halda da tam öyrənmək mümkün deyil. Bir var dili ailədə məişət dili səviyyəsində, bir də var orta məktəbdə öyrənəsən. Bu problem bizim reallığımızdır. Çalışmalıyıq ki, övladlarımız ana dilini, dövlətin dilini yaxşı bilsinlər. Bu, həm mənəvi hadisədir, həm də siyasi-ideoloji. Xarici dilli məktəblərdə tədrisin səviyyəsi yüksək olur. Bu isə balaca məsələ deyil. Həmin məktəblərdə müəllim, şagird seçimi xüsusi aparılır. Dünya artıq qloballaşıb. Sən ona etiraz etməklə nəyəsə nail ola bilməzsən. Onun qaydaları ilə hərəkət etməyi bacarmalısan. Sənin azərbaycandilli məktəbin ingillisdilli məktəbin qədər güclü olmalıdır ki, uşaqlar həm də Azərbaycan dilində oxusunlar. Biz birinci növbədə ana dilini, ikinci sırada ingilis, rus dilini bilməliyik. Gələcəkdə bu dünyada darıxmayan, dünyanın miqayasında olan insanlar yetişdirmək istəyiriksə, bunlar olmalıdır. – Bəzi məmurların Azərbaycan dilində təmiz danışa bilməməsi hansı problemlərə yol açır? – Azərbaycanın bəzi məmurları danışanda Azərbaycan dilini pozmaqla qalmır, doğma dillərində normal danışa bilmirlər. Azərbaycan məmurlarının nitqlərində ən böyük problem danışanda rus sözlərini çox işlətmələridir. Məmurların dilində rus sözlərinin çox işlənməsinin səbəbləri də var. Uzun illər dövlət idarələrində rus dili əsas olub. Ona görə də bir sıra məmurların yazılarında rus dilindən gəlmə sözlər çox olmasa da, bu təsir məişət dilində kifayət qədər güclüdür. Buna görə də çox vaxt məmurlar nəinki Azərbaycan dilinin qaydalarını pozurlar, bəzən Azərbaycan dilində normal danışa bilmirlər. Biri var bəzi sözlərə, cümləyə irad tutasan. Amma onların nitqinin özündə böyük qüsurlar olur. Azərbaycan dilində yaxşı danışa bilməyən əksər məmurlar vətənpərvər insanlardır. Onların bu problemləri vaxtilə Azərbaycan dili mühitindən kənarda formalaşmaları ilə bağlıdır. Dillərinin formalaşdığı mühit elə olub ki, indi yaxşı danışa bilmirlər. Rusca danışanda onların intellektual insanlar olduğu görünür. Azərbaycan dilində isə dili yaxşı bilmədiklərinə görə intellekt ifadə olunmur və ortaya insanı təəccübləndirən mənzərə çıxır. Dil təfəkkürlə birbaşa bağlıdır. Azərbaycan dilini yaxşı bilməyən dövlət məmurlarının, parlament üzvlərinin nitqlərində çoxlu rus sözünün olması ilə yanaşı, cəsarətsizlik də hiss olunur. – Dilimizi öyrədən dərsliklərdəki çatışmazlıqların kökündə nə durur? – Bizim dərslik problemindən də böyük müəllim problemimiz var. Sovet sistemindən çıxdıqdan sonra müstəqil Azərbaycanın dərslikləri yaradıldı və bu sahədə hazırda da axtarışlar gedir. Dərslik sahəsində xeyli uğurlarımız olsa da, ortaya çıxan problemlər var. Bunların böyük hissəsi dərsliklərin yazılması, amma dərsliklərin tədrisi metodlarının lazımı səviyyədə olmaması ilə bağlıdır. Əvvəllər dərsliklərlə yanaşı, çoxlu metodik vəsaitlər də çap olunurdu. Müəllim dərsi necə keçəcəyini, nəyi öyrədəcəyini bilirdi. İndi bu sahədə qarışıqlıq var. Əminəm ki, bu vəziyyət aradan qaldırılacaq. Orta məktəb müəllimlərimiz çox zaman şagirdlərimizin dil, nitq vərdişlərini inkişaf etdirə bilmirlər. Bu problemin bir səbəbi ənənədən irəli gəlir. Orta məktəblərdə yazıya həddən artıq fikir verilir və bu da bir çox problem doğurur. Şagirdlər orta məktəblərdə az danışdırılır. Onlar danışmaqdan çəkinirlər. Ona görə də nəticə cəmiyyətə gəlib çıxır və məlum olur ki, uşaqlar dili küçədə öyrəniblər. Bu səbəbdən, uşaqlar danışanda onların nitqində çoxlu dialekt xüsusiyyətli, ədəbdənkənar sözlər işlənir, təmkinsiz bir dil ortaya çıxır. Hay-küylü, emosional dilin içərisində isə məntiq zəif olur. Bir azərbaycanlının tək Azərbaycan miqyasında öyrənməsi üçün çox şey var. Dilimiz yüksək səviyyədədir, ədəbiyyatımız, vətənpərvərlik hissi, milli hisslərimiz güclüdür və bunların hamısı orta məktəb şagirdinin yetişməsi üçün şərtdir. Səlis və düzgün nitq bütün sahələrdə çalışan insanlar üçün vacibdir. Nitqi qaydasında deyilsə, hakim, vəkil və ya prokuror kimə nəyi və necə sübut edəcək? Bunların hamısı çox vacib məsələlərdir. Ona görə də orta məktəblərdən bu sahəyə diqqət yetirmək lazımdır. – Müasir yazıçıların dilində ana dilinə məxsus olanlar necə qorunur? – Bu gün bədii ədəbiyyatın 20-25 il əvvəlki kimi oxunmadığı reallıqdır. Orta məktəblərdə də bədii əsərlər az oxunur. Bu tendensiyanı öz ailəmizdə də görürük. Daha çox informasiyaya fikir verirlər. Son zamanlar hər hansı məsələyə cavabı internetdə axtarırlar. Şeir az oxunur, nəsr də o qədər oxunmur. Teatrda dram əsərlərinə baxanlar azdır. Kino sahəsi tamaşaçı baxımından normaldır, amma kinonun dili də dili zənginləşirmək üçün effektli deyil. Bu gün yazan yazıçıların dilində “modernist”, müasir qüsurlar çoxdur. Biz orta məktəb dərsliyində klassik ədəbiyyatdan xeyli nümunələr verə bilirik. Sovet dövrü ədəbiyyatından da nümunələr verə bilirik. Müasir ədəbiyyatdan, xüsusilə, gənclərin yaradıcılığından elə nümunələr tapmaq çox çətindir. Bugünkü ədəbiyyatı orta məktəb şagirdlərinə sevdirmək üçün nümunələr tapa bilmirik. Mövzular o qədər dolaşıq, o qədər subyektiv təqdim olunur ki, seçmək çox çətindir. Bu da reallığımızdır. Bununla razılaşmalıyıq. Çünki sovet dövrü ilə müqayisədə bu gün ədəbiyyatda subyektivlik, şəxsi mövqe nümayiş etdirmə halları daha çoxdur.
Görkəmli dilçi alim, ədib professor
ünsürləridir, onların ilkin məna izləri hələ də qalmaqdadır.” (1, 227-228).
Bu bölgüyə, əsasən, H.Həsənov semantik frazeologizmlərin tam məcazi
mənada, qrammatik frazeologizmlərin isə həm məcazi mənada işləndiyini,
həm də sözlərdən birinin müstəqil mənasının hiss olunduğunu qeyd edir.
Məsələn, ürəyi getmək, ürəyi sıxılmaq, ürəyi qopmaq frazeologizmlərində
ürək sözü öz müstəqil mənasını qoruyub saxlayır. Semantik
frazeologizmlərə aşağıdakıları misal göstərmək olar: razı salmaq, ələ
vermək, əl-ayaq açmaq, əl-ayağa düşmək və s.
Səlim Cəfərov isə “Müasir Azərbaycan dili” kitabında yazır:
“Frazeologiya bəhsində öyrənilən sabit söz birləşmələrinin aşağıdakı
növləri vardır: idiomlar,ibarələr, hikmətli sözlər, atalar sözləri, zərbi-
məsəllər və tapmacalar.” (2, 89).
Buludxan Xəlilov isə bölgünü fərqli şəkildə aparmışdır. O “Müasir
Azərbaycan dilinin leksikologiyası” adlı kitabında yazır: “Müasir
Azərbaycan dilinin frazeologiyasını iki böyük qrupa ayırmaq olar:
1.Frazeoloji sabit söz birləşmələri
2.Frazeoloji sabit ifadə və ibarələr. (3, 266)
Frazeoloji sabit söz birləşmələri dildə daha çox işlənir, cümlənin bu
və ya digər üzvü vəzifəsində işlənir. Eyni zamanda frazeoloji sabit söz
birləşmələri çox vaxt tək sözün sinonimi kimi işlənir. Məsələn, yola
düşmək-getmək, ağzına su alıb oturmaq-susmaq və s.
B.Xəlilov frazeoloji söz birləşmələrinə frazeoloji qovuşma,
frazeoloji birlik və frazeoloji birləşmələri daxil etdiyi halda, frazeoloji ifadə
və ibarələrə atalar sözlərini, məsəlləri, aforizmləri, rəvayətli ifadələri, ədəbi
sitatları və s. Daxil etmişdir.
Frazeoloji vahidlər, əsasəsən, iki mənbə əsasında yaranır : 1. Öz
dilimizin imkanları hesabına, 2. Başqa dillərdən alınmalar hesabına.
Dilimizin öz imkanları əsasında yaranan frazeologizmləri H.Həsənov iki
qrupa ayırır. O yazır :“Dilimizin öz imkanları hesabına yaranan
frazeologizmlər xalqımızın qədim və zəngin söz xəzinəsinə əsaslanır.
Bunları iki qismə bölmək olar: ümumi və xüsusi. Ümumxalq tərəfindən
yaradılmış, hamı tərəfindən anlaşılan və işlədilən frazeologizmlər
ümumidir. Bunları hamı işlədir və üslubca neytraldır. Məsələn, gözü
götürməmək, ürəyi getmək, ayaq altına yaxılmaq. Ayrı-ayrı şair və ya yazıçı
tərəfindən yaradılan müəyyən üslubi mənada işlədilən frazeologizmlərə
xüsusi frazeologizmlər deyilir. Məsələn, günəşin keşiyi, qaranlıq zindan və
s.” (1, 224)
Alınmalar hesabına yaranan frazeoloji vahidlər dilimizdə kalka yolu
ilə əmələ gəlmişdir. Azərbaycan dilinin frazeoloji vahidləri içərisində rus
dili materialları əsasında formalaşan frazeoloji vahidlər mühüm yer tutur.
Bu barədə H.Bayramov yazır :“Azərbaycan dili frazeoloji sistemini bu
cəhətdən rus dili faktları ilə müqayisəli şəkildə nəzərdən keçirərkən görürük
ki, dilimizdə bir neçə sabit birləşmə rus dilinin təsiri ilə yaranmışdır.
Ehtimal etmək olar ki, bunların yaranması təxminən XIX əsrin ikinci
yarısından sonra başlamışdır.” (4,68)
Müasir dövrdə Azərbaycan dilində yeddi səviyyə vardır. Bunlardan dördü
əsas, üçü isə aralıq səviyyədir. Frazeologiya müasir dövrdə leksikologiyanın
tərkibində öyrənilmir,aralıq səviyyə kimi müstəqil formada öyrənilir.
1.Həsənov H. “Müasir Azərbaycan dilinin leksikası”. Bakı, 1988.
2. Cəfərov S. “Müasir Azərbaycan dili”. Bakı, 2007.
3. Xəlilov B. “Müasir Azərbaycan dilinin leksikologiyası”. Bakı, 2008.
4. Bayramov H. “ Azərbaycan dili frazeologiyasının əsasları.” Bakı, 1978.
5. Məmmədov N., Axundov A. “ Dilçiliyə giriş”. Bakı, 1980.
Lətifə Cəlili
QƏZƏNFƏR KAZIMOVUN “MÜASİR AZƏRBAYCAN DİLİ”
ƏSƏRİNDƏ İSMİN MƏNACA NÖVLƏRİ
Azərbaycan dilində əsas nitq hissələrindən biri, həm də lüğət ehtiyatının
zənginliyinə görə birincisi isimdir. İsim mənşəcə ərəb sözüdür, ad mənasındadır.
Vaxtilə Azərbaycan türk dilində də, ümumi söz kimi, ad mənasında işlənibdir.
Hazırda dilçilik termini olmaqla, nitq hissəsinin adı kimi işlənir.
XX əsrdə bir çox Azərbaycan dilçiləri isim üzərində tədqiqat işi aparmış,
ismə müxtəlif təriflər vermişlər. Lakin bu təriflərin heç biri ismin xüsusiyyətlərini
tam əhatə etməmişdir. İsmə verilən təriflərin müxtəlifliyinə baxmayaraq, bu
təriflərdə əşya termini özünə möhkəm yer tutmuş və isim bütöv halda, bütün məna
və növləri ilə əşya terminində öz ifadəsini tapmışdır. Əşya termin kimi çox
əhatəlidir. Əşya isimlərin ümumiləşmiş qrammatik mənasıdır.
Nitq hissələrinin sırası isimlə başlanır. Bu da ismin qrammatik mənası, əşya
bildirməsi ilə əlaqədardır. Digər nitq hissələrinin bildirdiyi əlamət, kəmiyyət,
hərəkət əşyanın varlığı ilə şərtlənir, bu və ya başqa yolla əşyaya xidmət edir,
əşyaya tabe olur. “Əşya yoxdursa, əlamət, kəmiyyət, hərəkət də yoxdur. Bunlar
əşyanın varlıq formalarıdır. İsim əşya bildirən nitq hissəsi olmaqla, nitq
hissələrinin önündə dayanır.” (5, 214)
İsim söz tutumuna görə digər nitq hissələrindən fərqlənir. Tək ismə daxil
olan sözlər digər nitq hissələrinə daxil olan sözlərdən daha çoxdur. İsim əsas nitq
hissəsi kimi, kim? nə? hara? suallarına cavab verir və lüğəvi mənasına görə iki
qrupa ayrılır:
Cəlili Lətifə – Bakı Dövlət Universitetinin magistrantı.
Comments are closed, but trackbacks and pingbacks are open.