SƏmayə MƏMMƏD qızı mustafayeva
PARİS SÜLH KONFRANSI
Qaliblərlə məğlublar arasında sülh müqavilələrini hazırla-
maq və bağlamaq üçün 1919-ci il yanvarın 18-də Parisdə
(Versalda) 27 dövlətdən 1000 nəfər nümayəndənin rəsmən
iştirak etdiyi sülh konfransı işə başladı. Konfransın gündəliyinə
Almaniya ilə Sülh müqaviləsinin bağlanması, ərazi və
müstəmləkə ölkələri, Millətlər Cəmiyyətinin yaradılması,
təzminat, tərksilah məsələləri daxil idi. Konfransa sovet
Rusiyası və məğlub dövlətlər dəvət edilməmişdi. Konfransda
müharibəyə formal olaraq qoşulmuş Latın Amerikası ölkələri
də məşvərətçi səslə iştirak edirdilər. Konfransa sədrliyi Fran-
sanın baş naziri, son dərəcə qətiyyətli, başladığı işi axıra
çatdırmağı sevən, “Pələng” ləqəbi ilə tanınan Corc Klemanso
edirdi. Əsas məsələlərin həllində konfransda təşkil edilmiş bir
neçə Şura mühüm rol oynayırdı. Bunlardan biri “Onlar şurası”
idi. Bu şuraya 5 dövlətin, yəni ABŞ, İngiltərə, Fransa,
Yaponiya və İtaliyanın dövlət və hökumət başçıları və xarici
işlər nazirləri daxil idilər. Sonra bu orqan həmin 5 ölkənin
Səmayə mustafayeva
Добавить в список
Спасибо, я уже в курсе всех суперспособностей Кинориума.
Садая Мустафаева
15 июля 1926 — 13 августа 2004 • 78 лет (96)
- Актриса Актриса
полное имя | Садая Исмаил кызы Мустафаева |
место рождения | Шеки, СССР (Азербайджан) |
место смерти | Гянджа, Азербайджан |
гражданство | СССР |
карьера | 1968 — 1995 |
жанры | драма, мелодрама, комедия |
Факты
Родилась 15 июля 1926 года в городе Шеки Шекинского района. Получила образование в Шекинском государственном драматическом театре в качестве актрисы. Продолжила свою деятельность в театрах Агдаша и Гёйчай. В марте 1950 года по приглашению директора Кировабадского государственного драматического театра, народного артиста Азербайджанской ССР режиссера Мамеда Бурджалиева Садая стала актрисой этого театра. На сцене театра сыграла более 400 ролей. На сегодняшний день большинство актеров и актрис в Гянджинском государственном драматическом театре являются учениками школы С. Мустафаевой.
Азербайджанская киностудия Азербайджанфильм выпустила более 20 фильмов. «Именем закона» Хатун, «Красавицей я не была», «Прекрасен», Шамама в «Хлеб поровну», «Гайнан», «И посещения, и торговля. » Сугра Аала, Бабушка Мирвари в «Мальчик на белом коне» Жемчужная бабушка и другие. В 2000 году издательство «Аскероглу» опубликовало монографию театрального критика Анара Бурджалиева «Сцена – моя жизнь».
SƏmayə MƏMMƏD qızı mustafayeva
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA
I HİSSƏ
1918-1945-ci illər
Ali məktəblər üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyi-
nin Elmi-Metodik Şurasının «Tarix» böl-
məsinin 13.12.2006-cı il tarixli iclasının qərarı
(pr № 3) və Azərbaycan Respublikası Təhsil
Nazirinin 19 dekabr 2006-cı il tarixli 920 № li
əmrinə əsasən çap edilir.
BAKI – 2 0 10
Rəyçilər:
t.e.d., prof. M.S.Həsənov
t.e.n., dos. Ş.C.Nuruzadə
t.e.n., dos. M.Fətəliyev
Səmayə Mustafayeva. Avropa və Amerika
ölkələrinin ən yeni tarixi. (
Ali məktəblər üçün dərslik)
Bakı, ADPU-nun nəşriyyatı, 2010, 388 səh.
3
M Ü N D Ə R İ C A T
Giriş . 5
I. Birinci Dünya müharibəsinin son dövründə və müharibədən
sonrakı ilk illərdə beynəlxalq münasibətlər (1918-1923-cü illər) . 8
II. Böyük Britaniya . 34
III. Fransa . 53
IV. Almaniya . 72
V. Rusiya (1922-ci ildən SSRİ) . 104
VI. İtaliya . 117
VII. İspaniya . 131
VIII. ABŞ . 147
IX. MƏRKƏZİ, ŞƏRQİ VƏ CƏNUB-ŞƏRQİ
AVROPA ÖLKƏLƏRİ
Avstriya . 170
Macarıstan . 176
Polşa . 185
Çexoslavakiya . 190
Bolqarıstan . 194
Rumıniya . 201
Yuqoslaviya . 208
Albaniya . 216
X. ŞİMALİ AVROPA DÖVLƏTLƏRI
İsveç . 222
Finlandiya . 227
Norveç . 234
Danimarka . 237
Belçika . 242
Niderland . 246
XI. CƏNUBİ AVROPA DÖVLƏTLƏRİ
Yunanıstan . 250
Portuqaliya . 254
İsveçrə. 259
4
XII. KANADA . 262
XIII. LATIN AMERİKASI ÖLKƏLƏRİ . 268
Braziliya . 273
Argentina . 279
Meksika . 284
Çili . 290
Kuba . 294
XIV. 1924-1939-cu illərdə beynəlxalq münasibətlər . 301
XV. İKİNCİ DÜNYA MÜHARİBƏSİ . 316
XRONOLOJİ CƏDVƏL . 360
Məsləhət görülən ədəbiyyat . 374
5
G İ R İ Ş
Ali məktəblər üçün nəzərdə tutulan bu dərslik Avropa və
Amerika ölkələrinin 1918-1945-ci illəri əhatə edən tarixindən
bəhs edir.
Tarixin ən yeni dövrünün hansı vaxtdan başlanması haq-
qında fikirlər müxtəlifdir. Bəziləri onun XX əsrin ilk ilindən,
bəziləri 1914-cü ildən, bir çox tarixçilər isə Birinci dünya mü-
haribəsinin son ilindən başlandığını göstərirlər. Hələlik ən yeni
tarixin Birinci dünya müharibəsinin son ilindən başlandığı fikri
əsas götürülür və dərslik yazılarkən bu nəzərə alınmışdır.
Bu dövr müasir dövrlə çulğalaşdığı üçün bəzən onu müa-
sir tarix də adlandırırlar. XX əsrin əvəllərindən hal-hazıra qədər
davam edən ən yeni tarix əvvəlki tarixi dövrlərdən keyfiyyət
baxımından fərqlənir. Belə ki, ən yeni tarix bəşəriyyətə ən
böyük texniki kəşflər, həm də böyük bəlalar bəxş etmiş XX
əsrin tarixini öyrənir. Əgər XVIII əsr tarixdə buxar, XIX əsr
polad və kömür əsri kimi xatırlanırsa, XX əsr ETİ, kosmos,
nüvə, elmi və siyasi məlumatların güclü axını əsri kimi tanındı.
XX əsr bəşər tarixində əsl mənada dönüş dövrü olmuşdur.
Bu əsr çoxmillətli iri müstəmləkə imperiyalarının dağılması ilə
də səciyyələnir. Bunun nəticəsində dünya xəritəsində onlarla
yeni müstəqil dövlətlər yaranmışdır. XX əsr faşizmin və
sosializmin iflası, bazar iqtisadiyyatının və liberal
demokratizmin yeni ölkələr və bölgələrdə yayılması prosesinin
genişlənməsi əsri kimi də yadda qalır.
Bu əsr tarixə həm də milyonlarla insanın məhvinə səbəb
olan iki dünya müharibəsi bəxş etmişdir. Ümumiyyətlə, ən yeni
tarixi öyrənərkən biz XX əsr və XXI əsrdən keçən illərdə baş
vermiş sosial-siyasi hadisələrin böyük bir axınını izləmiş
olacağıq. Əgər tarixi bəşəriyyətin laboratoriyası adlandırsaq,
həmin laboratoriyada ən zəngin materiallar ən yeni dövrə
6
təsadüf edir. Ən yeni tarix tarixçi alimlərin fikrincə, əsasən 2
dövrə bölünür.
I dövr 1918-ci ildən, yəni Birinci dünya müharibəsinin
sonundan başlayır, 1945-ci ilə qədər, yəni İkinci dünya
müharibəsinin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə
dünyanın
6
1 hissəsində sosializm yaranır. Sosializmlə kapita-
lizm arasında, həmçinin kapitalist dövlətlərinin öz daxilində
ziddiyyətlər kəskinləşir və Birinci Dünya müharibəsinin
nəticələri İkinci Dünya müharibəsinin başlanmasına səbəb olur.
Bu dövrün xarakterik xüsusiyyət siyasətin iqtisadiyyatı üstə-
ləməsi, siyasi partiyaların nüfuzunun güclənməsi, həmçinin
əvvəlki tarixi dövrlərdən fərqli olaraq dövlətin cəmiyyətdə
rolunun daha da artmasıdır. Bu dövr həm də bir sıra ölkələrdə,
yəni SSRİ, İspaniya, Almaniya və İtaliyada totalitar-avtoritar
rejimlərin bərqərar olması ilə səciyyələnir.
II dövr isə İkinci dünya müharibəsindən sonra başlanır və
hal-hazıra qədər davam edir. Bu mərhələdə dünya iki sistemə
parçalanır. Bir sıra ölkələrdə «sovet modeli» yaranır. Hərbi
bloklar təşkil edilir. İki sistem arasında «soyuq müharibə» baş
verir. Bir sıra qlobal problemlər ön sıraya çıxır, qütbləşmə
əmələ gəlir. Bu dövrü həm də nüvə erası adlandırırlar. Əgər
əvvəlki dövrlərdə hər bir dövlət ancaq özünün müdafiəsi qay-
ğısına qalırdısa, bu mərhələdə bütün bəşəriyyəti düşündürən
əsas məsələ insan nəslini nüvə fəlakətindən xilas etmək oldu.
1985-ci ildən sonra SSRİ və Avropa ölkələrində sosial-
siyasi dəyişikliklər baş verir. Dünya sosializm sistemi və SSRi
dağılır. Kapitalizm dünyada yeganə sistemə çevrilir. Həmçinin
bu dövrdə mərkəzəqaçma meyli güclənir. Dünyanın 3 güc
mərkəzi – ABŞ, Yaponiya və Avropa İttifaqı yaranır.
Dünya artıq XXI əsrə qədəm qoymuşdur. O bu yüzilliyə
bəşər tarixində «soyuq müharibə»yə son qoyulması, dünyanın
hələ böyük coğrafi kəşflər dövründən etibarən başlamış real
7
birliyinin gerçəkləşdirilməsi şəraitində daxil olmuşdur. Yeni
əsrin tarixi vəzifəsi dünya mədəniyyətinin qarşılıqlı əlaqələri,
əməkdaşlığı və bütövlüyünü tam bərqərar etməkdir. Bunlar XX
əsrin yeni əsrə verdiyi ibrətamiz tarixi dərslərdir.
Ən yeni tarixi öyrənməklə gənclər müstəqil inkişaf yolu-
na çıxan və bəşər sivilizasiyasına qoşulan Azərbaycan dövləti-
nin gələcək inkişafında yaxından iştirak edə bilərlər. Çünki ən
yeni tarixi bilmədən dünya dövlətləri içərisində tanınan bir
dövlətin qurucusu olmaq mümkün deyildir.
8
I. Birinci Dünya müharibəsinin son dövründə və
müharibədən sonrakı ilk illərdə beynəlxalq münasibətlər
(1918-1923-cü illər)
Birinci Dünya müharibəsinin son ilində beynəlxalq
münasibətlər
Birinci Dünya müharibəsi bölünmüş dünyanı yenidən bö-
lüşdürmək uğrunda mübarizənin, ilk növbədə, Almaniya-İngil-
tərə ziddiyyətlərinin kəskinləşməsi nəticəsində başladı.
Müharibənin törətdiyi iqtisadi dağıntılar hələ onun
gedişində dövrün real siyasət yeridən xadimlərini düşünməyə
vadar etdi. Məhz bu dövrdə tarixə «yeni demokratiya» carçısı
kimi daxil olan ABŞ prezidenti Vudro Vilson sülh təşəbbüsü ilə
çıxış edərək 1918-ci il yanvarın 8-də müharibədən sonra
dünyanın ədalətli bölgüsünü müəyyən edən «14 maddəlik sülh
proqramını» elan etdi. Bu maddələr aşağıdakılar idi:
1) Sülh müqavilələrinin açıq müzakirəsi. Bundan sonra
heç bir gizli beynəlxalq saziş olmayacaq, diplomatiya
isə həmişə açıq-aydın və hamının gözü qarşısında fəa-
liyyət göstərəcək.
2) Ərazi suları xaricində həm sülh, həm də müharibə vaxtı
gəmiçiliyin dənizlərdə mütləq sərbəstliyi.
3) Mümkün qədər bütün iqtisadi maneələrin ləğvi.
4) Dövlət təhlükəsizliyinə uyğun olaraq silahların mümkün
qədər azaldılması üçün ədalətli zəmanətlər.
5) Müstəmləkələr üzərində suverenliklə bağlı bütün məsə-
lələrin həllində əhalinin maraqlarının hökumətlərin əda-
lətli tələblərinə nisbətdə bərabər tutulması prinsipinə
əsaslanaraq bütün müstəmləkə mübahisələrinin sərbəst,
səmimi və mütləq bitərəflik mövqeyindən həlli.
9
6) Bütün rus torpaqlarının azad edilməsi; Rusiya öz tale-
yini özü müəyyən etməli, istədiyi idarə formasını seç-
məli və Millətlər Cəmiyyətinə qəbul edilməlidir.
7) “Belçika….boşaldılmalı və bərpa edilməlidir.”
8) Fransa boşaldılmalı, işğala məruz qalmış əraziləri bərpa
edilməli, Elzas və Lotaringiya Fransaya qaytarılmalıdır.
9) İtaliyanın sərhədləri şəffaf görünən milli sərhədlərə görə
dəyişdirilməlidir.
10) Avstriya-Macarıstan xalqları… geniş muxtar inkişaf im-
kanları əldə etməlidirlər (sonralar muxtariyyət prinsipi
tam müstəqilliklə əvəz edildi).
11) Rumıniya, Serbiya və Qaradağ (Çernoqoriya) boşaldıl-
malıdır.
12) Osmanlı imperiyasının türk hissəsi… təminatlı və möh-
kəm suverenlik almalıdır; tabe edilmiş millətlərə təhlü-
kəsizlik və “muxtar inkişafın mütləq pozulmaz şərtləri”
təmin edilməlidir.
13) Müstəqil Polşa dövləti yaradılmalıdır.
14) Xüsusi müqavilələr əsasında ümumi millətlər birliyi
(Millətlər Cəmiyyəti) yaradılmalıdır.
1918-ci ilin oktyabrında ABŞ dövlətlər departamentinin
hazırladığı “14 maddə”nin şərhində çağırılacaq Paris sülh
konfransının iş prinsipləri də göstərildi. Vilson prinsiplərindən
ancaq o xalq istifadə edə bilərdi ki, o intellektual və mədəni-
dini sərvətlərinə görə fərqlənsin, öz taleyini özü həll etməyə
qadir olduğunu sübut etsin, iqtisadi, maliyyə və təbii sərvətlərə
malik olsun, özünü tarixi təcavüzdən qorumağı bacarsın və tabe
olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəksin.
1918-ci il Birinci Dünya müharibəsinin son ili oldu.
Antantanın üzvü olan Rusiya Oktyabr çevrilişindən dərhal
sonra hələ müharibə qurtarmamış Almaniya ilə seperat, yəni
əlahiddə sülh bağlamaq qərarına gəldi. Rusiyada hakimiyyətə
gəlmiş bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün
10
yeganə çarəni Rusiyanı müharibədən çıxarmaqda görürüdülər.
Məhz bunun nəticəsi idi ki, Rusiya Almaniya və onun
müttəfiqləri ilə danışıqlara başladı. Bu danışıqlar 1918-ci il
martın 3-də Almaniya və onun müttəfiqləri ilə Rusiya arasında
Brest-Lütovsk sülhünün bağlanması ilə başa çatdı. Bu, Rusiya
üçün alçaldıcı sülh idi. Brest sülhünün şərtlərinə görə Rusiya öz
qoşunlarını Ukrayna, Belarusiya və Pribaltika ölkələrindən
dərhal çıxarmalı, həmin ərazilərdə alman qoşunları yerləşdiril-
məli idi. Rusiya Ukrayinada hakimiyyətdə olan radanı qanuni
hökumət kimi tanımalı idi. 50 milyon əhali yaşayan 1 mln. kv.
km ərazi Almaniyanın tərkibinə keçir, Sovet Rusiyası ilə
Almaniya arasında diplomatik münasibətlər yaradılırdı. Həmin
sülhə görə Qars, Ərdahan, Batum Türkiyəyə qaytarılırdı.
Müqavilənin şərtlərinə görə 1877-78-ci illər rus-türk
müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli, rus qoşunları
türk ərazilərində və sərhəddə yerləşən erməni silahlı
birləşmələrini tərki-silah etməli idilər. Lakin Brest sülhü uzun
sürmədi. «Dördlər ittifaqı» müharibədə məğlub edildikdən
sonra 1918-ci il noyabrın 13-də Rusiya bildirdi ki, o, Brest
sülhünün şərtlərindən imtina edir və onu qanuni saymır.
Rusiyadan sonra Antantanın tərkibində olan Rumıniya da
1918-ci ilin mayın 7-də müharibədən çıxdı. Rumıniya ilə alman
bloku ölkələri arasında bağlanan Buxarest sülhünün şərtlərinə
görə, Rumıniyanın təbii sərvət və ehtiyatlarından istifadə etmək
üçün Alman inhisarlarına müstəsna hüquq verilir, cənubi
Dobruca Bolqarıstana qaytarılır, 15 min km-lik dağlıq sərhəd
zolağı Avstriya-Macarıstana verilirdi. Lakin yenə də
Almaniyanın yanacağa olan təlabatı ödənilməmiş qalırdı.
1918-ci ildə yayında Antanta dövlətləri qüvvə və
üstünlük cəhətdən daha da gücləndilər. Dördlər ittifaqının
məğlubiyyəti qaçılmaz fakt oldu. 1918-ci ilin yay hücumlarında
Almaniya və onun müttəfiqləri qəti məğlubiyyətə düçar oldular.
11
1918-ci ilin ikinci yarısında Bolqarıstanı kəskin iqtisadi
və siyasi böhran bürüdü. Sentyabrın 15-də Dobro çayı
rayonunda Antanta ölkələrinin silahlı qüvvələri bolqar
ordusunu darmadağın etdi. Sentyabrın 29-da Antanta
komandanlığı ilə Bolqarıstan arasında bağlanan Salonik barışıq
sazişinə əsasən Bolqarıstan işğal etdiyi Serbiya, Yunanıstan,
Rumıniya ərazilərini boşaltmalı idi. Bolqarıstan yollarını
Antanta ordularının ələ keçirməsi nəticəsində Almaniya
Osmanlı dövlətindən coğrafi cəhətdən ayrı salınmış olurdu.
1918- ci ilin oktyabrında Fələstin və Suriyada türk ordusu
məğlub edildikdən sonra elə həmin ayın 30-da Antanta
komandanlığı Lemnos adasındakı Mudros limanında Osmanlı
dövləti ilə barışıq sazişi imzaladı. Həmin sazişə görə Qara
dəniz boğazları müttəfiqlər tərəfindən işğal edilir, Osmanlı
sularında üzən hərbi gəmilər müttəfiqlərə təslim edilirdi. Türk
limanlarından Osmanlı dövlətinin müttəfiqlərinin istifadə
etmələri qadağan olunur, Osmanlı hərbi birləşmələri Güney
Azərbaycandan dərhal çıxır, Qafqaz ərazisi müttəfiqlərin
nəzarəti altına keçirdi. Qalib dövlətlər Batum və Bakını işğal
etməli idilər. Hicaz, Yəmən, Suriya, Mesopotamiyadakı türk
qarnizonları müttəfiqlərə verilməli, Trablis və Kirenaikdəki
türk emissar zabitləri İtaliya qarnizonuna tabe edilməli idi. Hər
hansı hərbi əmlakın məhv edilməsi qadağan edilirdi. Bir sözlə,
Osanlı dövləti Antanta dövlətlərindən asılı hala salınırdı.
1918-ci il noyabrın 3-də “Loskut monarxiyası” adlanan
Avstriya-Macarıstanla bağlanan Padui barışıq sazişinə əsasən
Antanta dövlətləri bu ölkənin təsərrüfatının tam sahibi
olurdular.
Bu şəraitdə Almaniya üçün cənub və cənub-şərqdən ciddi
təhlükə yaranmış oldu.
1918-ci ilin noyabrın 11-də isə Kompyen meşəsində
Antanta ordularının baş komandanı general Foşun vaqonunda
Almaniya təslim olmaq haqqında akta qol çəkdi. Kompyen
12
barışığı ilə Birinci dünya müharibəsi qurtarmış oldu. Həmin
barışığa görə 6 saat ərzində quruda, havada və suda bütün hərbi
əməliyyatlar dayandırılmalı idi. Almaniya Belçika və Fransa
ərazisindən öz qoşununu dərhal geri çağırmalı, hər iki tərəfdən
götürülən əsirlər geri qaytarılmalı idi. Həmçinin Almaniya
Antanta dövlətinə 5 min top, 25 min pulemyot, 3 min
minamyot, 5 min paravoz, 150 min vaqon, 5 min yük
avtomobili, 1700 təyyarə verməli idi. Almaniya şərq
cəbhəsindəki, yəni Avstriya-Macarıstan, Türkiyə
və
Bolqarıstandakı qoşunlarını geri çəkməli, oradakı hərbi ləva-
zimatlarını müttəfiqlərə verməli idi. Kompyen barışığına görə
bu barışıqdan keçən ancaq 36 gün ərzində yenidən müharibə
başlana bilərdi. Lakin müharibəyə başlamazdan 48 saat əvvəl
tərəflər xəbərdar edilməli idi.
Beləliklə, Almaniya bloku dövlətləri müharibədə ağır
məğlubiyyətə uğradılar. Almaniya və onun müttəfiqlərinin
Birinci dünya müharibəsində məğlub olmasının başlıca
səbəbləri Antanta dövlətlərinin iqtisadi və insan ehtiyatları
cəhətdən Almaniya bloku ölkələrindən üstünlüyü, hərbi
qüvvələr nisbətinin Antanta ölkələrinin xeyrinə olması, hərbi
əməliyyatların gedişində Almaniyanın siyasi üstqurumunun
böhran vəziyyətinə düşməsi, alman bloku ölkələrinin hərbi
nəzəriyyə, strategiya, taktika cəhətdən rəqiblərindən zəif
olması, “Dördlər ittifaqı”nın hərbi kəşfiyyat və informasiya
baxımından müharibəyə yaxşı hazırlaşması, Antanta ölkələrinin
Osmanlı dövləti və Avstriya-Macarıstan imperatorluğunda
yaşayan milli azlıqları qiyamlara və separatçılığa təhrik
etmələri idi.
Siyasətin zorakılıqla davamı olan bu müharibə 38 dövləti
əhatə etmiş və iştirak edən dövlətlərin milli sərvətinin
3
1 hissəsinin məhv edilməsinə gətirib çıxarmışdı. Müharibə
edən dövlətlərin ağır sənayesinin 70%-i, yüngül sənayesinin
13
50%-i bu işə sərf edilmişdi. Müharibədə 10 milyon adam
ölmüş, 20 milyonu yaralanmışdı. Əgər 1773-cü ildən 1914-cü
ilə qədər olan müharibələrə çəkilən xərclər cəmi 6 milyon
dollar olmuşdursa, Birinci Dünya müharibəsi bəşəriyyətə 80
milyard dollara başa gəlmişdir.
Birinci dünya müharibəsinin beynəlxalq nəticələri dörd
nəhəng imperiyanın – Almaniya, Avstriya-Macarıstan, Osmanlı
və Rusiya imperiyasının dağılması, bir sıra yeni dövlətlərin
yaranması, dünya dövlətlərinin iqtisadi və siyasi cəhətdən
qeyri-bərabər inkişafının sürətlənməsi, müstəmləkə və yarı
müstəmləkə ölkələrində milli-azadlıq hərəkatının güclənməsi,
müharibənin yaratdığı ağır sosial-iqtisadi vəziyyətin bir çox
ölkələrdə inqilabi hərəkatın meydana gəlməsinə səbəb olması
və s. idi.
PARİS SÜLH KONFRANSI
Qaliblərlə məğlublar arasında sülh müqavilələrini hazırla-
maq və bağlamaq üçün 1919-ci il yanvarın 18-də Parisdə
(Versalda) 27 dövlətdən 1000 nəfər nümayəndənin rəsmən
iştirak etdiyi sülh konfransı işə başladı. Konfransın gündəliyinə
Almaniya ilə Sülh müqaviləsinin bağlanması, ərazi və
müstəmləkə ölkələri, Millətlər Cəmiyyətinin yaradılması,
təzminat, tərksilah məsələləri daxil idi. Konfransa sovet
Rusiyası və məğlub dövlətlər dəvət edilməmişdi. Konfransda
müharibəyə formal olaraq qoşulmuş Latın Amerikası ölkələri
də məşvərətçi səslə iştirak edirdilər. Konfransa sədrliyi Fran-
sanın baş naziri, son dərəcə qətiyyətli, başladığı işi axıra
çatdırmağı sevən, “Pələng” ləqəbi ilə tanınan Corc Klemanso
edirdi. Əsas məsələlərin həllində konfransda təşkil edilmiş bir
neçə Şura mühüm rol oynayırdı. Bunlardan biri “Onlar şurası”
idi. Bu şuraya 5 dövlətin, yəni ABŞ, İngiltərə, Fransa,
Yaponiya və İtaliyanın dövlət və hökumət başçıları və xarici
işlər nazirləri daxil idilər. Sonra bu orqan həmin 5 ölkənin
14
xarici işlər nazirlərindən ibarət olan “5-lər şurası”na, ABŞ,
İngiltərə, Fransa və İtaliyanın dövlət və hökumət başçılarından
ibarət olan (Vilson, Lloyd Corc, Klemanso, Orlando) “Dördlər
şurası”na bölündü. Konfransda həlledici sözü Vilson, Lloyd
Corc, Klemansondan ibarət – “Böyük üçlük” deyirdi.
Konfrans beynəlxalq nöqteyi-nəzərdən əlverişli vaxtda
çağırılmamışdı. Çünki Sovet Rusiyasında vətəndaş müharibəsi
gedişində bolşeviklər artıq qələbə təşəbbüsünü öz əllərinə
almaqda idilər. Bu baxımdan konfransda Rusiya məsələsi
xüsusi diqqət cəlb edirdi. Fransa istəyirdi ki, Rusiyaya dərhal
hərbi müdaxilə edilsin, çarizm Rusiyada yenidən bərpa olunsun
və Fransa çar Rusiyası ilə birgə İngiltərə və ABŞ-a qarşı dayan-
sın. Lakin konfransda Fransanın Avropada hegemonluğunun
yolverilməz olduğunu hesab edən İngiltərə və ABŞ belə bir
fikir irəli sürdülər ki, həm Sovet Rusiyasının, həm də ağ
qvardiyaçıların rəhbərləri ilə birgə danışıqlar aparsınlar və
iqtisadi yolla Sovet hakimiyyətinin Rusiyada yıxılmasına nail
olsunlar. Uzun danışıqlardan sonra «Böyük üçlük» qərara gəldi
ki, Rusiyaya həm hərbi müdaxilə etmək, həm də Rusiyadakı
ağqvardiyaçılara silah, sursat, maddi yardım göstərmək
lazımdır. Antanta qoşunlarının baş komandanı general Foşun
Moskvaya 1 milyonluq ordu göndərmək istəyi isə baş tutmadı.
Konfransda ən mühüm məsələ Almaniya məsələsi idi.
Fransa Almaniyanı tam parçalanmış vəziyyətdə görmək
istəyirdi. O, hələ müharibə dövründə çar Rusiyası ilə belə bir
qərara gəlmişdi ki, Reynin sol sahilini Almaniyadan ayırıb
Bufer-Reyn respublikası yaratsınlar. Fransa həmçinin
Bavariyanı da müstəqil respublika kimi görmək istəyirdi. O,
Saar kömür hövzəsini də özünə birləşdirməyi tələb edirdi.
Həmçinin Fransa 800 milyard qızıl marka təzminat tələb edirdi
ki, bu təzminatın da 58%-i Fransaya çatmalı idi. Lakin ABŞ və
İngiltərə kontinentdə Fransaya və Sovet Rusiyasına qarşı dura
15
biləcək vahid, iqtisadi cəhətdən güclü Almaniyanın qalması
tərəfdarları idilər.
1919-cu ilin martında L.Corc Vilsona və Klemansoya
“Fontonlodan memorandum” adlı sənəd göndərərək Almaniya
ilə əzablı sülh bağlamamağı təklif etdi.
Konfransda mühüm məsələlərdən biri də İtaliya məsələsi
idi. İtaliyaya 1915-1917-ci illərdə Antanta tərəfindən çoxlu
vədlər verilmişdi. Müharibə dövründə bağlanan sazişlərə görə
İtaliyaya Kiçik Asiya və Balkan yarımadasının şimal-qərbində
geniş ərazilər vəd edilmişdi. İtaliya həmçinin Dolmasiyanın
şimal hissəsini, Fium limanını da tələb edirdi. Lakin müharibə
qurtardıqdan sonra İtaliya burjuaziyasının iqtisadi cəhətdən
zəifliyi və onun məğlublar içərisində qalib, qaliblər içərisində
isə məğlub vəziyyətində olması qalib dövlətlərə imkan verdi ki,
İtaliyaya vəd etdikləri əraziləri ona yox, Serb-Xorvat-sloven
krallığına və Yunanıstana versinlər. Etiraz əlaməti olaraq
İtaliya nümayəndə heyəti konfransı tərk etsə də, bu heç bir
dəyişikliyə səbəb olmadı. İtaliya nümayəndə heyəti may ayında
yenidən konfransa qayıtdı.
Uzun müddətli hazırlıqdan sonra mayın 7-də Almaniya
nümayəndə heyəti Parisə dəvət olundu və sülh müqaviləsinin
mətni imzalanmaq üçün ona təqdim olundu. Lakin müqavilənin
şərtləri o qədər alçaldıcı idi ki, o zaman Almaniyanın xarici
işlər naziri olan Borkdorf Rotsenau onu imzalamaqdan imtina
edib öz vəzifəsindən istefa verdi. Almaniya nümayəndə heyəti
Berlinə qayıtdı. Xarici işlər naziri təyin edilmiş sosial-demokrat
German Müller 1919-cu ilin iyunun 28-də tarixə Versal sülhü
adı ilə daxil olmuş həmin müqaviləni imzaladı və müharibənin
başlanmasında Almaniya başlıca təqsirkar olduğunu etiraf
etmək məcburiyyətində qaldı. Versal müqaviləsinə görə: Elzas
və Lotaringiya yenidən Fransaya qaytarılırdı. Reynin sol sahili
hərbsizləşdirilmiş zona elan edilirdi və burada Almaniyanın
zavodlar tikməsi qadağan edilirdi. Reynin sol sahilini
16
Antantanın işğalçı qoşunları tutdular. Saar vilayəti 15 il
müddətində Millətlər Cəmiyyətinin mandatına, onun kömür
mədənləri isə Fransaya verildi. Müəyyən olunan müddət
bitdikdən sonra vilayətin gələcək taleyinin referendum yolu ilə
həll olunması nəzərdə tutulurdu. Sülh müqaviləsinə görə 15
ildən sonra Saar hər hansı bir dövlətə verilərdisə, onun kömür
mədənlərini alman sahibkarları da ala bilərdi. Almaniya
Avstriyanın müstəqilliyinə hörmət edəcəyini öhdəsinə götürdü.
Müqaviləyə əsasən Belçikanın bitərfliyi təsdiq edilir, Ey-
pen və Malmedi mahalları ona verilirdi. Həmçinin Belçikanın
tabeliyində olan Morena bitərəf zona elan edildi. Versal
müqaviləsində nəzərdə tutulurdu ki, Lüksemburq hersoqluğu
1919-cu il yanvarın 1-dən müstəqil dövlət elan edilsin. 1864-cü
ildə Danimarkadan almanların burada əksəriyyət təşkil etdiyi
bəhanə edilərək alınmış Halşteyn vilayəti və Yuxari Şlezviq
yenidən Danimarkaya qaytarılırdı. Aşağı Şlezviqin məsələsi isə
referendum, yəni ümumrəy sorğusu ilə həll edilməli idi.
Almaniyanın ərazisi Şərqi Prussiyanın ondan ayrılması
nəticəsində iki hissəyə bölündü. Almaniya Memel (Klaypeda)
ərazisi üzərində bütün hüquqlarından əl çəkdi.1923-cü ildə
Klaypeda Litvaya verildi. O Birinci Dünya müharibəsi
başlananadək keçmiş Rusiya imperiyasına daxil olan bütün
ərazilərin müstəqilliyini tanıdı. Almaniya Polşanın
müstəqilliyini tanıyır və Polşaya məxsus olan Şərqi Poznanı,
Şimali və Şərqi Prussiyanın bir hissəsini, Şileziyanın ona
məxsus hissəsini Polşaya qaytarırdı.Qdansk müstəqil şəhər elan
edilirdi. Lakin Polşa dövləti dənizə çıxa bilmədi. Baltik
dənizinə çıxa biləcək 100 km
2
-ə qədər ərazi Almaniyanın
ixtiyarında qalırdı. Almaniya öz müstəmləkələrinin hamısını
itirdi. Almaniyada hərbi mükəlləfiyyət ləğv edilirdi. Almaniya
ordu və donanma saxlaya bilməzdi. Ancaq 100 min nəfər
könüllü ordu saxlaya bilərdi və bu orduya rəhbərlik edən zabit
heyəti 4 min nəfərdən çox olmamalı idi. Bütün Almaniya üzrə
17
hərbi rütbəlilərin sayı isə 15 mini ötməməli idi. Onun sayını
ancaq 1500 nəfər artırmaq olardı. Əsgərlər və unter-zabitlər 12,
zabitlər isə ən azı 45 il xitmət etməli idilər. Almaniya ancaq 6
yüngül, 6 ağır zirehli gəmiyə, 12 mina- daşıyan və 12
əksminadaşıyan linkörə sahib ola bilərdi. Almaniyanın böyük
tonnajlı gəmilər inşa etməyə, sualtı qayıqlara və hava
donanmasına malik olmağa ixtiyarı yox idi. Lakin Versal
müqaviləsi Almaniya imperializminin əsaslarına toxunmadı.
Almaniyanın hərbi sənaye potensialı ləğv edilmədi, yalnız məh-
dudlaşdırıldı.
Versal müqaviləsinin mühüm tərkib hissələrindən biri də
Millətlər Cəmiyyəti məsələsi idi. Millətlər Cəmiyyətinin
fəaliyyəti assambley, onun şurası və katiblik vasitəsi ilə həyata
keçirilirdi. Cəmiyyətin Baş Şurasının üzvlərini əvvəl dörd
ölkənin (İngiltərə, Fransa, İtaliya, Yaponiya) nümayəndələri
təşkil edirdi. Millətlər Cəmiyyətinin katibliyi yanında
beynəlxalq əmək bürosu, tərksilah komissiyası, beynəlxalq
ədalət məhkəməsi palatası fəaliyyət göstərməli idi.
Millətlər Cəmiyyətinin nizamnaməsi sülh müqaviləsinin
tərkib hissəsi oldu. O, cəmiyyətin əsas vəzifələrini-xalqlar ara-
sında əməkdaşlığın inkişaf etdirilməsi, sülhün və təhlükəsiz-
liyin təmin olunması vəzifələrini müəyyən etdi. Beynəlxalq
məsələləri müzakirə etmək üçün hər il Millətlər Cəmiyyətinin
Məclisi toplaşırdı. Nizamnamə Cəmiyyətinin təcavüzkar dövlət
barəsində kollektiv tədbirlər-sanksiyalar tətbiq etməsini
nəzərdə tuturdu. Lakin nizamnamədə təcavüzün nə demək ol-
duğunun və təcavüzkarın kim olduğunun tərifi yox idi. Vilson
tərəfindən bu cəmiyyətin yaradılması təşəbbüsü irəli sürülsə də,
Millətlər Cəmiyyətində rəhbər rol Yaponiyanın köməyi
nəticəsində İngiltərə və Fransaya məxsus oldu. Həmçinin
Vilson diplomatik uğursuzluğa düçar olaraq, müstəmləkələrin
Millətlər Cəmiyyəti təşkil ediləndən sonra bölgüsünə nail ola
bilmədi. İmperialistlər Almaniyanın keçmiş müstəmləkələrini
18
və Türkiyənin mülklərini açıq şəkildə tutmağa cürət etmədilər.
Müstəmləkə xalqlarının özlərini guya müstəqil idarə etməyə
qadir olmadıqları bəhanəsi ilə Millətlər Cəmiyyəti vasitəsi ilə
bu xalqlara “mandat sistemi” adı altında qəyyumlar müəyyən
olundu. Mandatların İngiltərə və onun dominionlarına,
Fransaya, Yaponiyaya və Belçikaya verilməsi müəyyən edildi.
İngiltərə və Fransa mandat sistemi xətti ilə müstəmləkələrin elə
konfransda bölgüsünə nail oldular. Müstəmləkələr üç mandat
kateqoriyasına bölündülər. «A» kateqoriyasına, əsasən,
Osmanlı İmperiyasına aid olan Ərəb ölkələri daxil idi. Onların
tezliklə müstəqillik qazanması nəzərdə tutulurdu. Fransa
Suriya və Livanı, İngiltərə isə Fələstin, Transiordaniya və İraqı
aldı.«B» və «C» kateqoriyaları birbaşa Almaniyanın müstəm-
ləkələri idi. «B» kateqoriyasınaMərkəzi Afrikadakı alman
müstəmləkələri, yəni Şərqi Almaniya Afrikası, Toqo və
Kamerun daxil idi ki, bu İngiltərə və Fransaya çatırdı. «C»
kateqoriyasına isə Cənub-Şərqi və Cənub-Qərbi Afrikadakı və
Sakit Okeandakı Almaniya müstəmləkələri daxil idi. Bunlar
faktiki olaraq Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi
Afrika İttifaqının mülklərinə çevrildilər. Belə ki, Cənub-Şərqi
və Cənub-Qərbi Afrikadakı Almaniya müstəmləkələrini Cənubi
Afrika İttifaqı aldı. Yeni Qvineya İngiltərənin dominionu olan
Avstraliyaya, Marşal, Mariya və Karolin adaları Yaponiyaya
verilirdi. Üçbucaq Kionqosu Portuqaliyaya, Çinin Şandun
əyaləti Yaponiyaya, Ruanda və Urindi Belçikaya, Samao adası
Yeni Zelandiyaya verilirdi. İmperialist dövlətləri arasında,
müstəmləkələrin və nüfuz dairələrinin yenidən bölüşdürülməsi
bu müstəmləkələrin qeyri-bərabər inkişafına və imperialistlər
arasında ziddiyyətlərin yeni düyünlərinin yaranmasına səbəb
oldu.
Versal sülh müqaviləsində mübahisəli məsələlərdən biri
olan təzminat məsələsi öz əksini tapmadı. Çünki ABŞ cəmi 228
mlrd marka Almaniyadan təzminat alınmasını tələb edirdi.
19
Almaniyadan təzminat alınmasında Fransanın marağı daha
böyük idi. O bu təzminat hesabına Avropada güclənmək
istəyirdi. Fransa nümayəndəsi son nəticədə Almaniyadan 480-
600 milyard qızıl marka təzminat alınmasını tələb edirdi.
İngiltərənin isə mövqeyi bu məsələdə ziddiyyətli idi. O gah
Fransanın təklif etdiyi və ya ona yaxın məbləğə tərəfdar çıxır,
gah da onun əksinə olan təklif irəli sürürdü. İngilis
nümayəndəliyinin maliyyə eksperti Keyns Almaniyadan 50
milyard qızıl markadan çox təzminat tələb etməyi yolverilməz
hesab edirdi. Təzminat üzrə ayrıca konfrans çağırılması nəzərdə
tutuldu. Lakin sülh müqaviləsində belə bir maddə var idi ki,
1921-ci ilə qədər Almaniya 20 mld qızıl marka təzminat ödəsin.
1920-ci ilin iyulun 5-10-da Belçikanın Spa şəhərində çağırılan
konfransda Almaniyanın tərksilah məsələsi ilə yanaşı
təzminatın miqdarı və onun verilmə vaxtı müəyyən olundu.
Almaniya 30 il müddətinə 132 mld marka təzminat verməli idi.
Bu təzminatın 52%-i Fransaya, 22%-i İngiltərəyə, 10%-i
İtaliyaya, 8%-i Belçikaya, 0,75 %-i Portuqaliyaya, 0,75 %-i
Yaponiyaya, 6,5%-i Yunanıstan və Yuqoslaviyaya verməli idi.
ABŞ-ın təzminat almaq hüququ saxlanıldı.
Müqavilə, bir neçə ölkə istisna olmaqla, konfransın əksər
iştirakçıları tərəfindən imzalandı və təsdiq olundu. Bir sıra
ərazilərinin taleyi ilə əlaqədar müqavilənin şərtlərindən,
Şandun vilayətinin Yaponiyaya verilməsindən narazı qalan Çin
onu imzalamadı. Versal sülhünün şərtləri Amerika
inhisarçılarının dünya hegemonluğu iddialarını təmin etmədiyi
üçün, həm də İngiltərə və Fransanın başçılıq etdiyi Millətlər
Cəmiyyətinə daxil olmaq istəməyən ABŞ senatı da bu
müqaviləni ratifikasiya etmədi. Versal sülhü qaliblərlə
məğlublar arasında ziddiyyətlər doğurdu. Qaliblərin cəbhəsində
rəqabət gücləndi.
Birinci dünya müharibəsinin sonunda milli-azadlıq hərə-
katı nəticəsində çoxmillətli Avstriya-Macarıstan imperiyasında
20
parçalanma əmələ gəldi. Bu imperiyanın yerində Polşa,
Çexoslavakiya, Serb-Xorvat-sloven krallığı, Avstriya,
Macarıstan kimi yeni dövlətlər yarandı. Habsburqlar
monarxiyası süqut etdi. Yeni yaranan dövlətlərdə Fransa öz
silahlı qüvvələrini yerləşdirdi ki, bu yolla o, Sovet
Rusiyasından qorunmaq üçün, “sanitor kardonu” təşkil etmək
istəyirdi.
Paris sülh konfransında Almaniyanın müttəfiqi olan Avs-
triya ilə də 1919-cu il sentyabrın 10-da Sen-Jermendə sülh mü-
qaviləsi bağlandı. Bu sülh müqaviləsi hazırlanarkən ən mübahi-
səli məsələ Balkan yarımadası və Dunay hövzəsi idi. Həmin
müqaviləyə görə Avstriya öz tərkibində olan malikanələrin ha-
mısından əl çəkdi. Avstriyanın gələcəkdə Almaniya ilə birləş-
dirilməsi, yəni anşlüs qadağan edilirdi. Avstriya Çexoslavaki-
yanın müstəqilliyini tanıyır. Çexiya, Moraviya və Sileziyanın
ona məxsus hissəsini ona verirdi. Avstriya həmçinin Serb-
Xorvat-Sloven krallağının müstəqilliyini tanıyır, Sloveniya,
Dolmasiya, Bosniya və Hersoqovunanı ona verirdi. Avstriya
ancaq 30 min ordu saxlaya bilərdi. O Adriatik dənizində və
Dunay çayında donanma saxlamaq hüququndan məhrum
edilirdi. Sen-Jermen müqaviləsinə əsasən Yuliyek-Kraynı,
Triyest əraziləri İtaliyaya verilirdi.
1919-cu il noyabrın 27-də isə Bolqarıstanla Neyi müqavi-
ləsi bağlandı. Həmin müqaviləyə əsasən Bolqarıstan öz ərazisi-
nin xeyli hissəsindən məhrum oldu. Müqaviləyə əsasən Bolqa-
rıstan Makedoniyanın ona məxsus hissəsini Serb-Xorvat-Slo-
ven krallığına verdi. Qərbi Frakiya Yunanıstana verildi və buna
görə Bolqarıstan Egey dənizinə çıxışını itirdi. Cənubi Dobruçi
Rumıniyaya verildi. Bolqarıstan ancaq 20 min qoşun, 4
minadaşıyan, 4 əksminadaşıyan gəmi, 6 matorlu qayıq saxlaya
bilərdi. O, 2,27 mlrd frank təzminat verməli və onu 37 il
ərzində ödəməli idi. Neyi müqaviləsinə görə Bolaqrıstan 5 il
müdətində Serb-Xorvat-Sloven krallığına hər il 50 min ton daş
21
kömür, bundan başqa, Yunanıstan, Ruminiya və Serb-Xorvat-
Sloven krallığına 6 ay müdətində 70 min baş mal-qara verməli
idi. Bu müqavilə Bolqarıstanda milli ədavəti gücləndirdi.
1920-ci ilin iyunun 4-də Macarıstanla Parisin Trianon sa-
rayında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə Macarıs-
tandan slavyan malikanələri alındı. Macarıstan Çexiyanın müs-
təqilliyini tanıyır, Slovakiya və Zakarpat Ukraynasını ona,
Serb-Xorvat-Sloven krallığının müstəqilliyini tanımaqla
Xorvatiya, Baçka və Banatın qərb hissəsini isə ona verirdi.
Həmçinin Macarıstan Rumıniyaya Transilvaniya və Banatın
şərq hissəsini, Avstriyaya Burqenland əyalətini verirdi
Macarıstan özünün Dunaydakı bütün donanmasından məhrum
edilirdi. O ancaq 35 min nəfərlik muzdlu qoşun saxlaya bilərdi.
Macarıstan ərazisi belə parçalandığına görə İkinci Dünya
müharibəsinə qədər onu «kəsilmiş dövlət» də adlandırırdılar.
1920-ci ilin avqustun 10-da «Dördlər ittifaqı»nın üzvü
olan Türkiyə ilə Sevr müqaviləsi bağlandı. Sevr müqaviləsində
Osmanlı imperiyasının dağılması və bölüşdürülməsi nəzərdə
tutulurdu. Həmin müqavilə Türkiyəyə onun bir çox starteji
cəhətdən əhəmiyyətli ərazilərinin Antanta qoşunları tərəfindən
işğal olunması şəraitində zorla qəbul etdirilmişdi. Osmanlı
imperiyasının ərazisi tamamilə parçalanırdı. Belə ki, Türkiyə
Ermənistanın müstəqilliyini tanıyır Anadolu yarımadasının şərq
hissəsini ona, “muxtariyyət” qazanmış Kürdüstanı tanıyaraq
Anadolunun cənub-şərq hissəsini isə ona verirdi. Türkiyə
həmçinin Dardanelin Avropa sahili, Ədirnə, İzmir və Şərqi
Frakiyanın, demək olar ki, Türkiyənin bütün Avropa hissəsinin
Yunanıstanın olması ilə razılaşırdı. Kilikiya qonşu ərazilərlə,
həmçinin Anadolunun cənubu Fransanın təsir dairəsinə daxil
edilirdi. Bununla bərabər bütün Anadolu İtaliya və Fransanın
nüfuz dairəsinə bölünürdü. Türkiyənin bütün mülkləri əlindən
alınırdı. O, Misir malikanəsindən məhrum edildi və Misir
üzərində İngiltərənin protektoratlığını qəbul etdi. Mandat üsulu
22
ilə Suriya və Livan Fransaya, İraq, Fələstin və Traniordaniya
isə İngiltərəyə verilirdi. Bir sözlə, Türkiyənin əlində ancaq İs-
tanbul və onun ətrafındakı ərazilər qalırdı ki, tezliklə İstanbul-
dan başqa bu ərazilər də İngiltərə tərəfindən işğal olundu. Dar-
danel və Bosfor boğazları ticarət və hərbi gəmilər üçün açıq
elan edilirdi. Türkiyənin maliyyəsi üzərində qalib dövlətlər
nəzarət etməli idilər. Boğazları nəzarətdə saxlamaq üçün ABŞ,
İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət xüsusi komis-
siya yaradılırdı. Bu komissiyanın özünün hərbiləşdirilmiş dəs-
təsi, büdcəsi və bayrağı var idi. Komissiyanın üzvlərinin hər
birinin məsələlərin həllində iki, Rumıniyanın və Yunanıstanın
isə bir səs hüququ var idi. Bolqarıstan, Türkiyə və Rusiya bu
dənizlər ətrafında yerləşən ölkələr olsa da, onlardan heç birinin
səsvermə hüququ yox idi. Onlar ancaq Millətlər Cəmiyyətinə
daxil olduqdan sonra komissiyanın üzvü ola bilərdilər. Türkiyə
cəmi 50 min muzdlu qoşun saxlaya bilərdi. Sevr müqaviləsi
Osmanlı imperiyası kimi böyük bir türk dövlətini tarixdən
silmək təhlükəsi qarşısında qoymuşdu. Lakin türk xalqının
böyük oğlu M.K.Atatürk gənc türklərin buraxdığı səhvi
vaxtında düzəldə bildi. Mustafa Kamal Paşanın başçılıq etdiyi
TBMM
1
müqaviləni tanımadı Vətənin mənafeyini qorumağı
bacarmayan sultan hökuməti qanundankənar elan olundu. Belə
olan halda sultan Sevr müqaviləsini təsdiq etməyə cəsarət
etmədi. “Antanta” növbəti fitnəkarlığa əl atdı. Daşnaq
Ermənistanı Türkiyəyə müharibə elan etdi və Qars, Oltun,
Sarıqamış işğal olundu. Lakin vəziyyətə nəzarət edən Mustafa
Kamal hökuməti qısa zamanda düşmənə sarsıdıcı zərbələr
endirdi. Kazım Qarabəkir paşanın komandanlığı altında türk
qoşunları 1920-ci ilin sentyabrın 28-də hücuma başladılar.
Ertəsi gün Sarıqamış, az sonra Qars işğalçılardan azad olundu.
Daşnaq Ermənistanı təslim edildi və Gümrüdə sülh müqaviləsi
imzalamağa məcbur oldu. Gürcüstanın əlində olan Ərdəhan və
1
TBMM-Türkiyə Böyük Millət Məclisi
23
Artvin vilayətləri də geri qaytarıldı. 1921-ci ilin yanvar ayında
İnönü kəndi ətrafında baş vermiş uğurlu döyüş nəticəsində
yunanların qərb cəbhəsində sürətli irəliləyişləri dayandırıldı. Bu
döyüş Türkiyə milli-azadlıq hərakatında dönüş nöqtəsi oldu.
İngilislərdən kömək almış yunanlar yeni hücuma hazırlaşır,
İnönü məğlubiyyətinin əvəzini çıxmaq istəyirdilər. 1921-ci il
martın axırında hücuma keçən yunan qoşunları yenə də İnönü
kəndi yaxınlığında məğlub edildilər. Bu döyüş tarixdə İkinci
İnönü döyüşü adlanır. Yunan qoşunları ingilislərin təhriki ilə
yenidən Sakarya istiqamətində hücuma keçdilər. Türk qoşunları
sentyabrın 13-də Sakarya vuruşmasında parlaq qələbə çaldılar.
Sakaryada məğlub olmuş yunan qoşunları Afyon-Qarahisar
xəttinə çəkilərək müdafiəyə keçdilər və öz mövqelərini
möhkəmləndirməyə başladılar. 1922-ci il avqustun 26-da
Qocatəpədən böyük türk hücumu başladı. Az vaxt ərzində
Afyon-Qarahisar xətti yarıldı, 200 minlik yunan ordusu
mühasirəyə düşdü. Afyon alındı. Dumlıpınar döyüşü yunanlar
üçün tam faciə ilə nəticələndi. Türk qoşunları yunanları Aralıq
dənizinə sıxışdırdılar. Anadolunu yunan qoşunlarından
təmizləyən türk ordusu sentyabrın 9-da İzmiri azad etdi.
Oktyabrın 11-də “Antanta” dövlətləri və Yunanıstan Mudanya
sülh müqaviləsini imzaladılar. Noyabrın 1-də TBMM sultan
səltənətini ləğv etdi. Sultan Maltaya qaçdı.
1918-1923-cü illərdə gedən azadlıq müharibəsi yenidən
qalib dövlətləri məcbur etdi ki, 1923-cü il iyulun 24-də onlar
Lozannada çağrılmış konfransda (Konfrans öz işinə1922-ci il
noyabrın 22-də başlamışdı) Sevr müqaviləsini qüvvədən
düşmüş hesab etsinlər və Ankara hökumətini böyük türk
dövlətinin hökuməti kimi tanısınlar. Lozanna protokoluna görə
Türkiyə özünün ərəb ərazilərini itirir, Kiprin Böyük Britaniyaya
Dodekanez adalarının İtaliyaya, Egey dənizindəki bir sıra
adaların Yunanıstana verilməsi ilə razılaşmalı olurdu Bununla
bərabər, başlıca türk ərazilərini Türkiyə özündə saxlaya bildi.
24
İzmir, Ədirnə ilə birlikdə Şərqi Frakiya, Dardanelin Avropa
sahilləri, Qallipoli yarımadası və s. Türkiyəyə qaytarıldı. Qara
dəniz dövlətlərinin ticarət və hərbi gəmiləri dinc və müharibə
vaxtı boğazlardan sərbəst keçə bilərdilər. Fransa, İngiltərə,
İtaliya, Yaponiya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Rusiya,
Yuqoslaviya, və Türkiyədən ibarət İstanbulda türk
nümayəndəliyinin sədrliyi ilə beynəlxalq boğazlar komissiyası
yaradıldı. Yunanlar İstanbuldan başqa bütün Türk ərazilərindən
çıxarılmalı idilər. Ermənilərin Türkiyə ərazisində Ermənistan
təşkil etmək istəyi baş tutmadı. 1923-cü il oktyabrın 15-də
Türkiyədə paytaxt İstanbuldan Ankaraya köçürüldü. Həmin il
oktyabrın 29-da isə 1876-cı il konstitusiyasında edilmiş bir
dəyişikliklə Türkiyə respublika elan edildi.
Bütün bu müqavilələr tarixdə Versal sistemi adlandı.
Comments are closed, but trackbacks and pingbacks are open.