Press "Enter" to skip to content

Humay Muxtarova: Mənimlə bir gecəyə yarım milyon verirdi — MÜSAHİBƏ

– Bədəninizə yönələn nəzərlər sizi narahat etmir ki?

– Düzünü desəm, o fotosessiyadan sonra instagramım “dağılır”. Mənə elə adamlardan elə təkliflər gəlir ki, özüm məəttəl qalıram. Həm də gülməyim gəlir. Deyirəm, axı niyə bizim kişilər bir az açıq-saçıq geyinən qadın görən kimi belə olurlar?!

Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda

LƏMAN ƏSƏDZADƏ
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, I kurs tələbəsi
E-mail: lamanasadzadeh@mail.ru

TARİX ELMLƏRİ DOKTORU, PROFESSOR ƏSMƏD
MUXTAROVA VƏ ONUN TÜRK XALQLARININ
TARİXİNƏ DAİR ARAŞDIRMALARI
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Xatirə AĞAYEVA
Bakı Dövlət Universiteti
Açar sözlər: Bakı Dövlət Universiteti, Türk xalqları tarixi kafedrası,
Əsməd Muxtarova, türk xalqlarının dövlətçilik tarixi, Tarix və onun
problemləri jurnalı
Qədim türklərin (hunlar, uyğurlar, karluklar, avarlar, bulqar-
lar, xəzərlər, balkarlar, səlcuqlar, qıpçaqlar, xakaslar və b.) tarixi
qeyri-adi zənginliyə malikdir. Bu səbəbdən türklərin tarixinin də-
rindən tədqiqi həllini tapmayan vacib məsələlərdən biridir. Azər-
baycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bir sıra ali
məktəblərdə “Türk xalqlarının tarixi” adlı yeni kurs tədris olunma-
ğa başladı. “Türk xalqlarının tarixi” kursunun başlıca vəzifəsi dün-
yanın bir çox ölkələrində əsrlər boyu yaşayıb-yaradan, dünyaya elm
və mədəniyyət xəzinəsini zənginləşdirən bu xalqin tarixini sistemli
şəkildə ümumiləşdirmək və şərh etməkdən ibarətdir.
Türk xalqları tarixinin öyrənilməsində və tədris olunmasında
məqsəd tələbələrə bu qədim xalqın tarixinə aid məlumat verməkdən
ibarətdir. Bu xalqın tarixinin öyrənilməsinin bir sıra səbəbləri də
vardır. Türkləri bir-birindən təcrid etmək, onların qədim dövlətə
mədəniyyətə malik olduğunu göstərməmək, yeni nəslin dünyagörü-
şündə bu xalqın qədimliyinin formalaşmasına yol verməmək sovet
milli siyasətinin başlıca məqsədi idi. Vaxtilə çox böyük ərazidə ya-
şayan və əsrlər boyu bu ərazilərdə türk mədəniyyəti və tarixinin qa-

Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
173

lıqlarını sübüt edən xalqın böyüklüyünü mənəvi zənginliyini qəbul
etmək Sovet milli siyasətinə qətiyyən uyğun gəlmirdi.
Başqa xalqların tarixi yaxşı tədqiq olunduğu və dünyaya qə-
dim bir xalq kimi tanıdıldığı halda türk xalqlarını öz kökündən
uzaqlaşdırmaq üçün onların ümumi tarixi arasında qəsdən uçurum-
lar yaradılır, bir-birindən təcrid edilmiş halda tədqiqata cəlb edilir-
di. Türk xalqları tarixinin öyrənilməsi bir sıra çətinliklərlə bağlıdır.
Qədim və erkən orta əsrlər dövründə türk xalqlarının tarixinin daha
dərindən öyrənilməsi üçün kifayət qədər mənbə yoxdur. Mövcud
olan tarixi faktların müxtəlif dillərdə olması, mənbələrin pərakən-
dəliyi çətinliklər yaradıb.
Buna baxmayaraq, türk xalqları tarixini araşdıran professorlar
olmuşdur. Bunlardan biri Əsməd xanım Muxtarovadır. Əsməd
İmamməmməd qızı Muxtarova Bakı şəhərinin Buzovna qəsəbəsin-
də anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti-
nin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini fərqlənmə
diplomu ilə bitirib. 1967-1970-ci illərdə tarix fakültəsinin əyani as-
pirantı olub. 1971-ci ildən həmin fakültədə işləyir. 1974-cü ildə na-
mizədlik, 1991-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
1993-cü ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin pro-
fessorudur türk xalqlarının qədim dövr və orta əsrlər tarixi tədris
edir. 1999-cu ildən “Türk xalqları tarixi” kafedrasının (2004-cü ilə
qədər “Türk və Qafqaz xalqları tarixi” kafedrası) müdiri vəzifəsin-
də çalışır.
Əsməd xanım 1997-ci ildən nəşrinə başlanmış və artıq 80 sa-
yı nəşr olunmuş “Tarix və onun problemləri” elmi, nəzəri, metodik
jurnalın təsisçisi və baş redaktorudur. Jurnalda bir çox professorla-
rımızın, eləcə də Əsməd xanımın elmi məqalələri dərc olunmuşdur.
Təkcə yerli alim və professorlarımızla yanaşı xarici ölkələrdə də bu
jurnala isti münasibət vardır. Jurnal vasitəsilə bir çox xarici ölkələr-
lə əlaqə yaradılmışdır. 45-dən çox elmi məqalənin, proqram, dərslik
və dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifi bir çox nəşrlərin elmi
redaktorudur. “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)”
dərsliyinə görə “Sara xatun” diplomuna layiq görülmüşdür. 2002-ci
ildə nəşr olunmuş “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr

Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
174

və orta əsrlər)” adlı dərs vəsaitinin müəllifidir. Azərbaycan Respub-
likası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Bakı
Dövlət Universitetinin Böyük Elmi Şurasının üzvüdür (1, səh.446).
Yuxarıda qeyd edildiyi kimi Əsməd Muxtarova dərslik və
dərs vəsaitinin müəllifidir. “Türk xalqlarının tarixi” dərsliyi Ali
məktəblərdə Türk xalqları tarixi fənninin tədrisi üçün qiymətli və-
saitdir. Dərs vəsaitində Əsməd xanım türk xalqlarının tarixinə dair
mübahisəli məsələlərə konkret olaraq bir aydınlıq gətirmiş və türk-
lərin qədim dövrdən bəri qaranlıq qalan tarixi işıqlanmışdır. Bizə
məlumdur ki, qədim türklərin soykökü məsələsi tarixçilər tərəfin-
dən birmənalı qarşılanmamışdır. Türklərin soykökü ilə bağlı əsassız
konsepsiyalar mövcud idi. Bəzi rus və Avropa tarixçiləri skif, sak,
kimmer tayfalarının iran mənşəli olması ilə bağlı fikirlər irəli sürə-
rək türkləri soykökündən uzaqlaşdırmağa çalışırdı. Lakin Əsməd
xanım tutarlı dəlillər və faktlarla bu tayfaların türk tayfaları olma-
sını təsdiqləyir. Dərslikdə maraq doğuran hissədən biri də eradan
əvvəl Mərkəzi Asiyadakı etnosiyasi durumdur. Dərsliyin bu hissə-
sində Əsməd xanım türklərin soykökü və mənşəyi məsələsinə to-
xunmuş, tutarlı dəlillər və faktlarla eradan əvvəl Mərkəzi Asiyada
türklərin yaşadığını və təqdirə layiq bir mədəniyyət yaratdıqlarını
sübut etmişdir. Bu faktlar və dəlillər türklərin hələ qədim dövrlər-
dən bəri dövlətçilik ənənələrinə malik və erkən sivlizasiyanın yara-
dıcıları olduqlarını təsdiqləyir. Əsməd xanım dərsliyə ilk dəfə ola-
raq Şimali Qafqazın türk xalqları olan kumıklar, noqaylar, qara-
çaylar, balkarlar haqqında elmi araşdırmalarını əlavə etmişdir.
Əsməd Muxtarova “Türk xalqlarının dövlətçilik tarixi (qədim
dövr və orta əsrlər)” adlı dərs vəsaitində türk xalqlarının tarixinə
dair gizli qalan tarixi həqiqətləri danilmaz bir fakt kimi aydınlaşdır-
mışdır. Professor dərslikdə e.ə.I minilliyin əvvəllərindən etibarən
kimmerlərin, skiflərin, sarmatların Cənub-Şərqi Avropaya gəlmələ-
rini və bu dövrdə onların dövlətçilik tarixini tədqiq edib. Əsməd xa-
nım qədim dövrdə türk xalqlarının dövlət qurumlarını iki yerə ayı-
rıb. 1.Sırf köçəri maldar ellərin (kimmerlər skiflər saklar masaqetlər
sarmatlar şərqi hunlar) hərbi demokratiyaya əsaslanan qurumları;

Humay Muxtarova: Mənimlə bir gecəyə yarım milyon verirdi — MÜSAHİBƏ

– Humay xanım, hərdən nə düşünürsünüz?

– Hərdən gələcəyə dair planlarımdan, qazana biləcəyim uğurlar barəsində düşünürəm.

– Nəyi edə bilmədiniz?

– Bir neçə məsələ var ki, onlar hələ həll olunmayıb. O da ki, maddiyyatla bağlı olan məsələlərdir. İnşallah, onlar da həyata keçər.

– Bəlkə bir az danışasınız o arzulardan.

– Uşaqlıqdan mənim arzum olub ki, ucqar kəndlərin birində məscid tikdirim və kimsəsiz heyvanlara böyük bir sığnacaq açım.

– Heyvanları bu qədərmi sevirsiniz?

– Hədsiz dərcədə sevirəm.

– Insanları tanıdıqca, itlərə məhəbbətim artır. Bu fikirlə razısınızmı?

– Razıyam. İtə su, yemək verirsən, hər gün işə gedəndə gəlib qapıda dayanıb səni yola salır. Amma illərdir ki, qoynunda dostunu bəsləyirsən, dəstək olursan və o, sənə elə bir zərbə vurur ki, sən düşünürsən ki, axı niyə?!

– Yəni ki, “sən demə, qoynumda ilan bəsləmişəm” sözünü siz də demisiniz.

– Bəli, olub. O “soyuq müharibə” hələ də davam edir. Amma mən heç kimlə düşmənçilik saxlamıram. Belə insanları həmişə Allaha həvalə edirəm.

– Kiminlə “soyuq müharibə”dəsiniz?

– Uzun zamandır ki, bir xanımla rəfiqə idim. Dostluq etdik, amma o insanın mənə qarşı etdiklərini düşünəndə anlayıram ki, bu insan üç-dörd il ərzində mənə sevgi yox, nifrət bəsləyib. Ani bir qığılcımdan elə sözlər, elə hərəkətlər gördüm ki, şoka düşdüm. Mən indiyə qədər heç kimə qarşı kin saxlamamışam. Amma o xanımı qiyamətə qədər bağışlamayacağam.

– Nə demişdi sizin barənizdə?

– Nə deyə bilər ki? İnsan kiminsə haqqında danışmazdan qabaq öz keçmişinə baxmalıdır. Mənim övladıma sataşanı heç vaxt bağışlamaram. Uşağımı güddürüb, üzünə “kislata” tökmək istəyirdilər. 7 nəfər cinayətə cəlb olundu. Yaxşı ki, vaxtında hər şeyin üstü açıldı. Polisə müraciət etdim və bu təhlükənin qarşısı vaxtında alındı.

– Səbəb nə idi? Nə istəyirdilər sizdən?

– O mənə dedi ki, sən niyə qabağa gedirsən, mən yox?! Sırf qısqanclıq ucbatından mənə qarşı belə bir plan qurmuşdu.

– Başınızı başlara çoxmu qoşdunuz?

– Mənim ürəyim çox təmizdir. Əvvəl hamıya inanırdım. Ona görə də başım çox ağrıyıb. Amma indi elə deyiləm. Ətrafımda heç kim yoxdur. Sağ olsun menecerim Kəmalə xanım. O məni çox ayıltdı. Onu dediyi sözlər zamanla düz çıxır.

– Həyat yoldaşınızdan niyə ayrıldınız?

– Mənim həyat yoldaşım ərəbdir. O mənə Azərbaycandan heç vaxt getməyəcəyini demişdi. Lakin elə oldu ki, doqquz il orada yaşadım. Çox sıxılırdım. Mən anamı burada tək qoya biləməzdim. Evin tək uşağı olduğuma görə ona baxmalı idim.

– İndi münasibətiniz varmı onunla?

– Qızımın atasıdır. Qızıma necə lazımdırsa, baxır, onu təmin edir.

– Birinci evlilikdən sonra yenə ailə qurdunuz. O evlilik niyə alınmadı bəs?

– Biz ailə quranda o mənə ailəsindən ayrıldığını demişdi. Lakin sonra məlum oldu ki, ayrılmayıb. Mən bilsəydim, onunla ailə qurmazdım. Biz onunla Kərbəla ziyarətinə də getdik. Hətta hicaba da keçmişdim. Amma iş o yerə çatdı ki, söz-söhbətə görə yoldaşı intihar həddinə gəldi. Mən də qərara gəldim ki, kənara çəkilim. Ondan sonra məni hicabımı açdığıma görə qınadılar. Mən buna məcbur idim. Çünki aparıcıyam, başqa yerdən gəlirim yoxdur.

– Üçüncü dəfə ailə quracaqsınızmı?

– Xeyr.

– Bəs indi sevdiyiniz insan varmı?

– Var. O həmişə mənim yanımdadır, mənə dəstəkdir.

– O insan subaydırmı?

– Bəli, subaydır. İş adamıdır. Azərbaycanlıdır, lakin xarici ölkədə yaşayır. Biz ara-sıra onunla görüşürük.

– Son günlər etdiyiniz fotosessiyaya görə müzakirə mövzusu oldunuz. Əvvəlcədən bilirdinizmi belə qarşılanacağını?

– Bu təklif mənə qış ayından var idi. Mən demişdim ki, may ayında qəti cavab verəcəyəm. Onlar mənə yaxşı qonorar da təklif etmişdilər. Lakin tərəddüd edirdim. Bilirdim ki, bu fotosessiya söz-söhbətə səbəb olacaq. Lakin may ayında təklif olunan qonorarı artırdılar, mən də razılaşdım. Əslində mən bilirdim ki, qınaq obyektinə çevriləcəyəm. Amma bu qədərini gözləmirdim. Az qaldı ki, məni xalq düşməni elan etsinlər. Mənə bir italiyan brendindən təklif gəldi və dəyərləndirdim. Burada böyüdüləcək nə var? Onlar mənim simamı bəyənmişdilər. Hətta deyirdilər ki, çəkili olsaydınız, yenə də sizi çəkəcəkdik.

– Bədəninizə yönələn nəzərlər sizi narahat etmir ki?

– Düzünü desəm, o fotosessiyadan sonra instagramım “dağılır”. Mənə elə adamlardan elə təkliflər gəlir ki, özüm məəttəl qalıram. Həm də gülməyim gəlir. Deyirəm, axı niyə bizim kişilər bir az açıq-saçıq geyinən qadın görən kimi belə olurlar?!

– Sizə olunan təkliflər intim təkliflərmi olur?

– Həm intim olur, həm də sevgi təklifləri. Amma mən onları qəbul etsəydim, bəzi xanımlar kimi altdan-altdan iş görərdim. Sadəcə olaraq, intim həyat qarşılığında mənə təklif olunan məbləğlərləri görəndə gülməyim gəlir. Bir tərəfdən deyirəm ki, ay Humay, sənin nə qədər dəyərin var imiş? Digər tərəfdən də düşünürəm ki, kişilər bir gecəlik həzzə görə nələrdən keçirlər.

– Bir gecə üçün sizə ən çox nə qədər təklif ediblər?

– Bir gecəmə yarım milyon verirdi. Başqa ölkədə yaşayan bir azərbaycanlı mənə bir gecə qarşılığında yarım milyonluq hədiyyə vəd edirdi.
– Özünüzə güvənirsinizmi?
– Bəli, həmişə özümə güvənmişəm. Özümə baxan insanam. Vaxtımın çoxu gəzməkdə, salonlarda keçir. Bu uşaqlıqdan məndə bir həvəsdir. Çünki anam da özünə baxan bir xanımdır. Həkimdir. Görünür ki, bu xasiyyət mənə ondan keçib (gülür).

– Ay ərzində öz gözəlliyinizə nə qədər “qurban” verirsiniz?

– Ay olub ki, 10-15 min xərcləmişəm. Ay olub ki, 30 min, ay olub ki, 3 min. O baxır mənim aylıq gəlirimə.

– Sizcə, sizi ən cazibədar göstərən bədəninizin hansı üzvüdür?

– Gözlərim.

– Bəs simadan aşağı düşsək?

– Elə 45 kiloqram çəkidə qalmağım (gülür).

– Olanlara təəssüflənirsinizmi?

– Bəli, mən çox tez qərar verənəm. Bəzən tələsib qərar verirəm, lakin sonradan peşman oluram

– Tələsib “təndir”ə düşmüsünüzmü?

– Düşməmişəm, amma etdiyim bəzi hərəkətlər mənə sonradan zərbələr vurub.

– Bəs nəyə gecikdiniz tələsməyə?

– Əvvəlki vaxtım olsa idi, qızımın atasından ayrılmazdım. Çünki onun mənə yaşatdığı həyatı heç bir kişi yaşada bilməz. Mənim yoldaşımın məndən başqa 3 yoldaşı var. O yüksək vəzifə sahibidir. Onunla dünyanın bütün ölkələrini gəzmişəm. Brendlər geyinmişəm. İndi o həyatdan çıxıb bu həyata düşməyim məni incidir.

– Dediniz ki, ananıza görə bura gəldiniz. Bəs ananızı oraya apara bilməzdiniz?

– Mənim anamın işi buradadır və o xəstəlikdən əziyyət çəkir. O, orada yaşaya bilməzdi. Hər şeyi anama qurban verdim.

– Yenidən barışmaq fikriniz varmı?

– Qızım atasının yeganə varisidir. 18 yaşı tamam olan kimi atası onu xaricdə oxutduracaq. O, necə lazımdırsa, onu təmin edir. Bir sözlə, qızımın mənim puluma ehtiyacı yoxdur (gülür).

– Həyat yoldaşınızın 3-cü xanımı olmağa necə razı oldunuz?

– Orada bir kişi maksimum 7 qadın ala bilər. İcazə verilir. Əsas kişinin razılığıdır. Məni gördü, bəyəndi, mən də razılıq verdim.

– Boğanızda ilişib qalan nədir?

– Mən özümlə gecələr çox danışıram. Çox şeylər boğazımda ilişib qalır, amma birtəhər uduram.

– Özünüzü ittiham edirsinizmi?

– Bəli, ən çox ailə məsələlərində və ziyarətə gedib başımı bağlayıb, sonra açmağım məni çox narahat edir.

– Yenidən örtünmək kimi bir niyyətiniz varmı?

– Mən örtülü geyimlərə öyrəşmişdim. Hətta Azərbaycana gələndə bir müddət qapalı geyinirdim. İnşallah ki, yenə də qismət olar. Çünki mən İmam Hüseyn aşiqiyəm. Çalışıram ki, yaxşılıqlar edim, Allah mənim günahlarımı bağışlasın.

– Çəkdirdiyiniz fotosessiyaya görə keçmiş həyat yoldaşınız bir söz dedimi?

– Biz ayrılmışıq, o mənim işimə qarışmır. Mən bu addımımda indi həyatımda olan insanla məsləhətləşdim və onun razılığını aldım. Başqasının fikri mənim üçün önəmli deyil.

– Bu işin davamı olacaqmı?

– Olacaq, bundan da betəri olacaq (gülür).

– Nəyə ad qoya bilmirsiniz?

– İnsanların bu qədər vəhşiləşməyinə ad qoya bilmirəm.

– Ova gedərkən ovlandınızmı?

– Mən heç vaxt tora düşmürəm. Allah özü məni qoruyur. Günlərin bir günü məni İsrailə toy məclisinə dəvət etmişdilər. Razılaşdım. Məndən başqa oraya iki tanınmamış müğənni də dəvət olunmuşdu. Uçuşuma az qalmış mən ora getməkdən imtina etdim. Qızlar getdilər. Onların başına orada oyun açmışdılar. Döyüb küçələrə salmışdılar. Sonra bir dəfə Şamaxıda avtomobil qəzasına düşdük. Mənim burnum da qanamadı. Deməli, az da olsa, Allahın nəzərində varam.
– Lazımı məqamda temperaturu aşağı sala bilirsinizmi?

– Sala bilirəm. Lazımı anda aranı sakitləşdirməyə qadirəm. Psixologiyanı çox gözəl bilirəm.

– Kimə sözünüz yoxdur?

– Məni və qızımı təhqir edənlərə sözüm yoxdur. Bilmirəm ki, onlar insandır, yoxsa şeytan.

– Ayağınızın yerdən kəsildiyi anlar olubmu?

– Olub. Gün olub ki, evdən çıxmağa 20 qəpik də tapmamışam. Heç kimə əyilməmişəm. Aparıb qızıllarımı satmışam.

– Həmin məqamda nə düşünürdünüz?

– Düşünürdüm ki, Allahın bir sınağıdır. Dözürdüm, səbr edirdim.

– İndiki gənc qızlarda bəyənmədiyiniz nədir?

– İndiki qızlar ailəyə kəm baxırlar. Yoldaşları ilə bir problem olan kimi analarının üstünə qaçırlar. Mən peşman olmuşam. Bir növ harınlamış kimi oldum. Qızlara sözüm odur ki, beş-on günlük münasibətlərə aldanmasınlar, öz bakirəliklərini satmasınlar. Ailəyə ailə kimi baxsınlar. Savadı olmayıb, yoldaşından boşanan və bunun nəticəsində pis yola düşənləri haradasa başa düşmək olar. Amma pula ehtiyacı olmadığı təqdirdə onunla-bununla görüşən qızları anlaya bilmirəm.

– Şəhvət qurbanı olmusunuzmu?

– Olmamışam. Mən her şeyi yataqda görmürəm. İnsan özünə sevgi və hörmət qazanmalıdır.

Türk Xalqları Tarixi- Türkmənçay Müqaviləsi

Subscribe to our mailing list and get interesting stuff and updates to your email inbox.

Thank you for subscribing.

Something went wrong.

We respect your privacy and take protecting it seriously

Azərbaycan torpaqlarını yad dövlətlər arasında bölünməsini rəsmiləşdirən Türkmənçay müqaviləsinin imzalanmasından 190 il keçib.
Araz gəldi yan axdı Dibindən min can axdı Vətən sarı baxanda Ürəyimdən qan axdı.
1826-cı ilin oktyabrında rus qoşunlarının Şamxor yaxınlığındakı İran ordusunu məğlub etməsi ilə iki ölkə arasında müharibənin taleyi,demək olar ki, həll edilmişdi.Ona görədə 1827 ci ilin əvvəllərindən İran-Rusiya sülh danışıqları başlanmışdı.
Artıq 1827 ci il mayın 24-də Cəlaloğlu yanındakı düşərgədə Rus komandanlığı danışıq aparmaq üçün tam hazır idi.1827 ci ilin 20-25 iyul tarixindəki Qaraziədin danışıqlarında Qriboyedov İran məmurlarının təxəyyülünə təsir göstərmək fikri ilə bildirdiki,biz irəli gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik.
İran tərəf Rusların ağır şərtləri ilə razılaşmır,hər vasitə ilə danışıqları uzadırdı.Nəticədə Paskeviç sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədilə müharibənin davam etdirilməsi qərarına gəlir və Ruslar Arazı keçirlər. İrəvan və Təbrizin süqutundan sonra sülh danışıqları yenidən davam etdirilməsi qərara alınır. Abbas Mirzə belə bir təkliflə Paskeviçə müraciət edir. İngilis diplomatları da danışıqların başlanmasına çalışır. Danışıqlar barədə razılıq olsa da, ingilislərin vasitəçiliyi ləğv olunur.
1827-ci il noyabr-1828-ci il yanvar Dehkarqan danışıqlarında Rusiya tərəfdə rəsmi səlahiyyətli İ.F.Paskeviç və A.M.Obrezkov, redaktor A.S.Qriboyedov , redaktor köməkçiləri A.K.Amburger, N.D.Kiselyov , tərcüməçilər Q.M.Vlanqali (fransız dili) və A.A.Bakıxanov (fars dili), İran tərəfdən Abbas Mirzə, qaimməqam Mirzə Əbül Qasım, vəliəhdin stats katibi Mirzə Məhəmməd Əli, Təbrizin hərbi qubernatoru Fətəli xan və tərcüməçisi Mirzə Məsud iştirak edirdi. Dehkarqan danışıqlarında əsas yeri səlahiyətli nümayəndələri görüşü tuturdu, bununla birgə ümumi konfranslar, söhbətlər və bu kimi üsullardan istifadə olunurdu. 1827-ci il 6 noyabr başlanan danışıqlar təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar görə yanvarın 7-də sonladırıldı.Dehkarqan danışıqlarında noyabrın 10-dakı iclasda Abbas Mirzə İrəvan və Naxçıvan xanlıqlarını güzəştə getdi.Noyabrın 11-də isə talış xanlığınıda güzəştə gedildi və Qacarların Rusiyaya ödəyəcəyi təzminat dəqiqləşdirildi. Dehkarqanda danışıqlar kəsildikdən sonra Ruslar hərbi əməliyyatlara başladılar. 1828-ci il yanvarın 15-də Urmiya, sonlarında isə Ərdəbil və Miyanə tutuldu. Sülh danışıqları bərpa edildi.Fevralın 9-da sonuncu konfrans keçirildi. Fevralın 9-dan 10-na keçən gecə saat 24:00-da Abbas Mirzənin münəccimi tərəfindən müəyyən edilmiş vaxtda sülh müqaviləsi imzalandı.Saat 12-də imzalanmasında belə düşünülür ki, sənədi İran tərəfindən imzalayan Abbas Mirzənin münəccimləri müəyyən edib ki,ulduzlar məhz o saatda şahzadə üçün uğur vəd edir.(Məğlubiyyət müqaviləsinə imza atsada uğur qazanmağı hələ də düşündüyü nəticəsinə varmaq olar.)Sənədə əvvəlcə Rus generalı İvan Paskeviç,sonra isə Abbas Mirzə qol çəkib. Rus torpaqlarından 101 yaylım atəş açılıb. Sənəd imzalanandan dərhal sonra Aleksandr Qriboyedov müqavilənin məzmunun Peterburqa aparıb və martın 14-də müqavilə təntənli şəkildə imperator I Nikolaya təqdim edib. Həmin axşam Peterburqdakı qaladan atılan top atəşləri ilə İranla sülh bağlandığı xəbəri verilib. Müqavilədən sonra qaliblər mükafatlandırıldı.
Türkmənçay müqaviləsi preambula və 16 maddədən ibarət idi.Türkmənçay müqaviləsinin preambulasında sülhün zərurətindən və onu imzalayanların (İ.Paskeviç, A.Obrezkov və Abbas Mirzə) səlahiyyətindən bəhs olunurdu.
1.Əbədi zamanadək sülh elan olunurdu 2.Gülüstan müqaviləsinin qüvvədən düşdüyü və onun Türkmənçay müqaviləsilə əvəz olunduğu bildirilirdi. 3.İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya ilhaqı təsdiqlənirdi. Çar hökuməti bu tarixi Azərbaycan torpaqlarının ilhaqından sonra I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə onların əsasında Erməni vilayəti yaradıldı. Çavçavadze həmin vilayətə rəis təyin edildi. Beləliklə, tarixi Azərbaycan torpaqlarında “Erməni vilayəti” yaradılmış, gürcü isə ona rəis təyin edilmişdir. Bu sənəd Rusiya imperiyası qanunlarının tam külliyyatında nəşr edilmişdir.Erməni vilayəti adlandırılan qurum 1833 cu ildə gerbi yaranmış, 1840-cı ildə ləğv edilmişdir. 1849- cu ildə keçmiş İrəvan və Naxçıvan əraziləri əsasında İrəvan quberniyası təşkil olunmuşdu. 4.Sərhədlər göstərilirdi. 5.İran müəyyən etdiyi sərhəd xətti ilə Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların Rusiyaya məxsus olduğunu tanıyırdı. 6.Təzminatın miqdarını (iyirmi milyon gümüş manat) müəyyən edir.Bu maddə tərəflər arasındakı münasibətlərdə gərginlik yaradan məsələlərdən olmuşdu. 7.Abbas Mirzənin vəliəhd kimi tanınması rəsmən etiraf olunurdu. Abbas Mirzənin 1833-cü ildə vəfat etməsilə bu maddə qüvvədən endi.8. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus olurdu. Bu maddə rəsmən 1921-ci il RSFSR-İran müqaviləsinin 11 maddəsilə ləğv edilmiş, İranın Xəzər dənizində öz bayrağı altında üzmək hüququ təsbit olunmuşdu. 9.İranda Rusiyanın daimi diplomatik missiyasının təsis edilməsini nəzərdə tuturdu. 10.Ticarət konsulluqları açılması və b. məsələlərdən bəhs edirdi. Türkmənçay müqaviləsindən sonra Rus-İran ticarət münasibətində ciddi dəyişikliklər baş vermişdi. Bu maddəyə uyğun olaraq Təbriz, Rəşt və Astrabadda Rusiyanın üç baş konsulluğu açılmış, sonralar sayı artırılmışdı. 11.Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış işlərin bərpası tənzimlənirdi. 12.Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olan təbəələrə onların satılması üçün üç il vaxt verilmişdi. 13. Hərbi əsirlərdən 14.Azərbaycanın bütün əhalisi və məmurlarına bağışlanmağa əta olunduğundan, ailələri ilə birgə İrandan Rusiyaya keçmələrindən və s. bəhs olunurdu.15.Şimal Azərbaycanda yerləşən əhalinin istədikləri təqdirdə Rusiyaya köçə biləcəkləri və bunlara əlverişli şərait yaradılacağı ifadə edilmişdir.Bu maddədə adları çəkilməsədə Erməni ailələrin Şimal Azərbaycan ərazisinə yerləşdirilməsinə imkan verilmişdir.16.Bu müqavilənin Rusiya imperatoru və İran şahı tərəfindən imzalanması və tezlikcə hər yerdə bilinməsi qərara alınmışdır. Müqavilənin 12,14 və 15-ci maddələri Qriboyedov tərəfindən hazırlanmışdır.Müqavilədən əvvəl İrəvan və Naxçıvanda az sayda erməni yaşayırkən,müqavilədən sonra bölgənin etnik tərkibi ermənilərin xeyrinə dəyişir.
Türkmənçay müqaviləsi rəsmən RSFSR və İran arasında 1921-ci ildə bağlanmış müqavilə ilə qüvvədən salınmışdı. Yeni müqavilə imzalanarkən yenidən tarixi ədalətsizliyə yol verilmişdir. Gülüstan və Türkmənçaydan sonra bu müqavilə də Azərbaycanın bölüşdürülməsini təsdiq etdi.
Bu müqaviləni təsirli edən tərəflərdən birisi, üzərində müqavilə imzalanan Azərbaycan Türklərinin müqavilədə heç bir söz haqqı olmamasıdır. Iran və Rusiya bir millətin taleyi ilə oynamış, Azərbaycan türkləri və vətənlərini ikiyə bölünmüşdürlər.Bu gün hələ bu problem bütün qarmaqarışıqlığı ilə davam etməkdədir. 8 milyon Şimal Azərbaycan Türkü ,1991-də Sovet ittifaqı dağıldıqdan sonra öz müstəqilliklərini elan etmiş,amma 30 milyon Türk isə Türkmənçay müqaviləsinə görə İran ərazisində yaşamaya məcbur olur,Fars hakimliyi altında bir çox haqlarından məhrum olaraq yaşamaya çalışırlar.
Qəribəm bu vətəndə, Gözüm yoldan ötəndə, Qəriblik yaman olur, Baş yastığa yetəndə.
Sözsuzki müqaviləyə görə ən böyük problem Rusların xristian müttəfiqi olan Erməniləri Azərbaycan ərazisinə köçürtmələri olmuşdur.Ermənilərdə Rusların onlara olan güvənini boşa çıxarmayıb əllərindən gələni etmişlər və etməyə davam edirlər.1905-1907,1918,1948-1952 ,1988,1990 ,1992 ci illərdə və.s bir çox dəfə Ermənilər Türklərə qarşı təcavüzkar siyasət yürütmüşlər.Bugün də Ermenistan tarixdə Türk olan torpaqları öz vətəni kimi qəbul etməsi bir yana yurdumuzun 20 faiz torpaqlarınıda isğal etmiş ,bunun nəticəsində minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Türkmənçay müqaviləsi ilə təməlləri atılan Ermənistan bugün də qonşuluğumuzda problem olmağa davam etməkdədir.

Türkologiya Araşdırma Mərkəzi
Yazar: Ülfər Məmmədli

Comments are closed, but trackbacks and pingbacks are open.