Səməd vurğun seçilmiş əsərləri
Tanınmış yazıçı və dramaturq Sabit Rəhmanın “Seçilmiş əsərləri”nin ikinci cildində onun “Əliqulu evlənir”, “Yalan”, “Dirilər” pyesləri, eləcə də müxtəlif illərdə qə
Seçilmiş əsərləri, I hissə
Səməd Vurğun (əsl adı: Səməd Yusif oğlu Vəkilov, d. 21 mart 1906 – ö. 27 may 1956) — görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), iki dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956).
Həyatı[redaktə]
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.
Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902-1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra S
Yaradıcılığı[redaktə]
Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qəzetində çıxırdı. Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri Vurğun təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.
1930-1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan
Səməd vurğun seçilmiş əsərləri
Sabunçu rayon Mərkəzi Kitabxanası
Sabunçu rayon MKS
- Əsas səhifə
- Sənədlər
- Ümumi məlumat
- Milli qəhrəmanlar
- Elektron resurslar
- Sabunçu rayonu
- Heydər Əliyev və Azərbaycan
- Sabunçu rayonunun görkəmli şəxsiyyətləri
- Dağlıq Qarabağ münaqişəsi
- Azərbaycanlıların soyqırımı
- Haqqımızda
- Ən çox oxunanlar
- Yeni kitablar
Tanınmış yazıçı və dramaturq Sabit Rəhmanın “Seçilmiş əsərləri”nin ikinci cildində onun “Əliqulu evlənir”, “Yalan”, “Dirilər” pyesləri, eləcə də müxtəlif illərdə qə
XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal qiymətli hekayə və romanlar müəllifi kimi tanınmışdır. Ədibin güldürə-güldürə düşündürən, bir-birindən gözəl və m�
Dədə Qorquddan gəlib Qurbanidən, Aşıq Abbasdan, Sarı Aşıqdan, Aşıq Ələsgərdən keçən yolun böyük bir zirvəsi xalq şairi Səməd Vurğundur. O elə xoşbəxt sənətkarlardandır ki, ömrü yaratdığı şeir, həy
Azərbaycan xalqının milli-ictimai düşüncə, əxlaq və mənəviyyat, bədii təfəkkür ənənəsi XX yüzilin ortalarında öz təkrarsız əksini Səməd Vurğun poeziyasında tapır. Çünki Vurğun ilhamının poeti
Xalq şairi Səməd Vurğun yalnız dili, ifadə tərzi, üslubu etibarilə deyil, düşüncəsi, təfəkkürü etibarilə də məhz Azərbaycan şairidir. Vurğun yaradıcılığının tarixi əhəmiyyəti özünü bir də
Comments are closed, but trackbacks and pingbacks are open.