Press "Enter" to skip to content

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

1. Vurğun S. Əsərləri, VII cilddə, IV cild. Bakı: Elm. 1988.
2. Süleymanov M. Gülüstan müqaviləsi – II hissə. Bakı: Elm və Təhsil, 2014.

Vaqif – Samed Vurğun Kitap özeti, konusu ve incelemesi

Vaqif kimin eseri? Vaqif kitabının yazarı kimdir? Vaqif konusu ve anafikri nedir? Vaqif kitabı ne anlatıyor? Vaqif PDF indirme linki var mı? Vaqif kitabının yazarı Samed Vurğun kimdir? İşte Vaqif kitabı özeti, sözleri, yorumları ve incelemesi.

11 Ocak 2023 03:00 Kitap

Kitap Künyesi

Yayın Evi: Şərq-Qərb

Sayfa Sayısı: 128

Vaqif Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti

Səməd Vurğunun adı, şaxsiyyəti, milli, poetik “mən”i ilə ən çox bağlı əsər

Tarixən Vaqifin həm də dövlət xadimi kimi Azərbaycan ədəbi-ictimai fikrinin

inkişafında görkəmli xidmətləri olmuşdur. Şair Vaqif poeziyada realist xəlqiliyin

milli-etnoqrafik koloritin və xalis dünyəvi nikbinlik fəlsəfəsinin bərqərar

olmasında müstəsna rol oynamışdır. Qarabağ xanlığının vəziri, ayıq va müdrik

dövlət xadimi, alim, Zaqafqaziya xalqlarının doslluğunun carçısı və Avropaya

rəğbətin ilk tərəfdarlarından biri kimi də Vaqifin tarixi siması işıqlı və

cazibədardır. Bütün bu keyfiyyətlər ümumiləşdirilmiş və Səməd Vurğun

Azərbaycan sovet dramaturgiyasında Xəyyamdan sonra ikinci böyük şairin

romantik bədii obrazını yaratmışdır.

Vaqif Alıntıları – Sözleri

  • Kitabsız bir ömrün nə mənası var?
  • Dayan bu bağçanın hər bir budağı Üstündə min çiçək,min dil bitirmiş. Sizin güldüyünüz çoban torpağı Nizamilər,Füzulilər yetirmiş!
  • Qacar Bəs baş əymədiniz? Vaqif Əymədim, bəli! Əyilməz vicdanın böyük heykəli. Qacar Qılınclar toqquşub iş görən zaman, Neylər dediyiniz quru bir vicdan? Vaqif Vicdan dedikləri bir həqiqətdir – Beşiyi, məzarı əbədiyyətdir.
  • (mənalı) İnsan uçuracaq daş zindanları, Zəncirsiz, zindansız günlər gələcək, Bizə təsəllidir böyük gələcək.
  • Canan üz döndərdi. Dövran bivəfa, Pozuldu gördüyüm hər zövqü səfa. Saraldı ömrümün çiçəkli yazı, Qırıldı qəlbimin sədəfli sazı.

Vaqif İncelemesi – Şahsi Yorumlar

Salamlar))) Bugün sizlərə ədəbiyyatımızın böyük yazarlarından biri olan Səməd Vurğun və onun qələmə aldığı “Vaqif” əsəri haqqında qısaca məlumat verəcəm. Səməd Vurğun Azərbaycanın ilk “xalq şairi”dir. Ədəbiyyatımıza bir çox şeir, məqalə, məruzə, poema və dram qazandırmışdır. 1936, 1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklədə məşğul olmuşdur. Puşkinin “Yevgeni Onegin” romanını dilimizə tərcümə etmiş və ona “A. S . Puşkin medalı” təqdim olunmuşdur. 1937 -ci ildə S.Vurğun ölməz əsəri olan “Vaqif”i qələmə almıştır. Əsərdə Molla Pənah Vaqifin faciəvi həyatını, şairin böyüklüyünü, vətəninə bağlılığını bizlərə əks etdirmişdir. S.Vurğun M.P.Vaqif obrazı ilə xalqın əyilməzliyini, müdrikliyini və mənəvi zənginliyini ifadə etmişdir. M.P. Vaqif yerli məmurların zülmünə qarşı xalqla birgə olmuş, xalqın tərəfində dayanmışdır. Əsərdə şair xalqın təmsilçisi kimi Qacara xalqın ürəyindən keçənləri deyir, xalqın nifrətini və qəzəbini çatdırır. S.Vurğun M.P.Vaqif obrazı vasitəsilə Azərbaycan xalq danışıq dilini, atalar sözlərini, canlı folklor nümunələrinin xeyli hissəsini dram dilinə qatmışdır. Bir çox tarixçi Səməd Vurğun haqqında danışdıqlarında onun əsərdə tarixi şəxsiyyətləri düzgün yazmadığını, Vaqifi onlardan uca gördüyünden bəhs edir. Mənim üçün “Vaqif” bir ədəbi əsərdir və onu oxumaqdan hər zaman böyük bir məmnuniyyət hiss edəcəm. (Xarıbülbül)

Ədəbiyyatda Səməd Vurğunu keçərkən Vaqif dramını da keçirdik və mövzusu çox maraqlı olduğu üçün kitabı oxumağa qərar gəldim. Vaqif dramı Molla Pənah Vaqifin həyatı haqqındadır. Molla Pənah Vaqif Qazaxda anadan olmuşdur. Molla Pənah Vaqif təhsilli olduğu üçün məşhur idi. Qarabağ xanı İbrahimxəlil xan onun Qarabağa dəvət edir. İndiki dövrlə nəzərə alsaq, xarici işlər naziri kimi idi. Molla Pənah Vaqifin yaxın dostların biri Vidadi olmuşdur. Ancaq 1797-ci ildə Ağa Məhəmməd Qacar Şuşaya yürüş edir. Bu vaxt Molla Pənah Vaqifi və oğlu Əlibəyi öldürtmək qərarına gəlir. Ancaq Ağa Məhəmməd şah Qacar özü sui-qəsd ilə öldürülür. Ağa Məhəmməd şah Qacar Şuşaya yürüş edən zamanı İbrahimxəlil xan qaçmışdı. Sonra Molla Pənah Vaqif İbrahimxəlil xana məktub yazır ki, Qarabağ xanlığına geri qayıtsın. Onun məktubu Məhəmməd bəy Cavanşirin əlinə keçir. Məhəmməd bəy Cavanşir düşünürdü ki, taxt onun haqqıdır və Molla Pənah Vaqifi və oğlunu edam elətdirir. Molla Pənah Vaqif və Vidadi vətənpərvər insan idilər. Kitabda da bu hissələr göstərilir. Məsələn, Vaqif və Qacarın, Vaqif və vəzirin, Vidadinin də digər obrazlarla dialoqunda bu göstərilir. Ancaq bu iki obrazla yanaşı Eldar obrazı da vətənpərvər obraz kimi göstərilmişdir. Eldar obrazı həm İbrahim xana, həm də Qacara qarşı çıxmışdı. Dramda mənfi xarakterli obrazlar İbrahim xan, Şeyx Alı, Qacardır. Ancaq kitab Qacarın sui-qəsdinə qədərdir. Amma yenə də çox gözəl yazılıb və oxumaq üçün rahatdı. Kitabı hamıya məsləhət görürəm. (Melisa)

Vaqif PDF indirme linki var mı?

Samed Vurğun – Vaqif kitabı için internette en çok yapılan aramalardan birisi de Vaqif PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF’leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.

Kitabın Yazarı Samed Vurğun Kimdir?

Samed Vurgun (Azerbaycan alfabesi: Səməd Vurğun, Kiril: Сəмəд Вурғун; gerçek adı: Samed Yusif oğlu Vekilov

Azerbaycan Sovyet Sosyalist Cumhuriyeti’nin ve SSCB’nin önde gelen şairlerindendir.

Kazah bölgesindeki Salahlı köyünde doğdu. İlköğrenimini doğduğu köyde tamamladı.

1918’de dönemin bilinen eğitimcilerinden Feridun Bey Köçerli tarafından Kazah’ta kurulan iyi bir okulda eğitimini sürdürdü. Bu dönemde Avrupa edebiyatınınbrn önde gelen yazarları öğrenme fırsatı buldu. Aynı zamanda Tevfik Fikret, Namık Kemal’i inceledi.getdi gozelgunlerimiz bade

yaklaşık 1922 ’de ilk şiirleri yayınlanmaya başladı. Ancak adını ilk duyurduğu şiiri “Cavanlara (gençlere) Hitap” 1925 yılında geniş çevrelere ulaştı. Sonraki yıllarda bölgedeki birçok gazete ve dergide yazıları, şiirleri yer aldı. Bu dönemde “Vurgun” adını kullanmaya başladı.

1929 yılında Moskova Üniversitesi Edebiyat Fakültesine girdi. Özelikle 1930-40 yılları arasında edebiyat çevrelerinde tanınan biri haline geldi.

“Vakıf” adlı eseri 1941 yılında Stalin adına verilen ödülü aldı. Yine aynı dönemlerde Nizami Gencevi’nin “Leyla ile Mecnun” adlı eserini Azericeye çevirdi.

Ölümünden kısa bir süre önce tarihte ilk kez “Azerbaycan’ın Halk Şairi” unvanı verildi.

Bakü’de öldü ve orada toprağa verildi.

Samed Vurğun Kitapları – Eserleri

  • Seçilmiş Əsərləri – I Cild
  • Seçilmiş Əsərləri – II Cild
  • Seçilmiş Əsərləri – IV Cild
  • Seçilmiş Əsərləri – III Cild
  • Vaqif
  • Ayrılarmı könül candan?
  • Azərbaycan
  • Ayın Əfsanəsi
  • Ah Azerbaycan
  • Seçilmiş Əsərləri – V Cild

Samed Vurğun Alıntıları – Sözleri

  • El bilir ki, sen menimsen, Yurdum, yuvam, meskenimsen, Anam dogma vetenimsen! Ayrilarmi konul candan? Azerbaycan, Azerbaycan! Men bir ushaq, sen bir ana, Odur ki, bagliyam sana, Hanki semta, hanki yana Hey ucsam da yuvam sensen, Elim, gunum, obam sensen! Cox kecmishem bu daglardan, Durna gozlu bulaqlardan! Esitmishem uzaqlardan Sakit axan arazlari, Sinamisham dostu, yari. Feqet senden gen dusende, Ayriliq menden dusende, Saclarima den dusende Bogar aylar, iller meni, Qinamisan eller meni. Daglarinin bashi qardir, Ag orpeyin buludlardir. Boyuk bir kecmishin vardir. Bilinmeyir yashin senin, Neler cekmish bashin senin. Dushdun ugursuz dillere, Nes aylara, nes illere. Nesillerden nesillere Kecen bir sohretin vardir. Oglun, qizin bextiyardir. (Azərbaycan)
  • Vidadi: -Qalın,gecəliyin,evimiz vardır! -Sizə darlıq olar,daxmanız dardır. Vidadi: -“Ürək geniş olsun!” (Seçilmiş Əsərləri – IV Cild)
  • Arxalıya arxa durma, Deməsinlər yamaqdı. Arxasıza arxa durki, Desinlər ki dayaqdı. (Seçilmiş Əsərləri – I Cild)
  • -Axı mən insanam, məqsədlərim var, Əl götür, Əmirxan, bu tərsliyindən. Məni məngənə tək sıxır dörd divar, Qul yaranmamışam bir kişiyə mən. Niyə tay-tuşumla ayaqlaşmayım? De, kimdən əskikdir mənim hünərim? Yenəmi ayları, illəri sayım, Nə var ki, qısqancdır, qorxaqdır ərim. -Aygün! Bu inaddan sən əl götür,gəl! Tutaq ki doğrudan çox hünərin var; Axı, sən anasan, hər şeydən əvvəl, Gül kimi uşağın, bir də ərin var. Olmaz ki,meylini evə salasan? Öz ilhamını bizdən alasan? -Necə? Sevməyirəm mən sizi məgər? -Tutaq ki, sevirsən dünyalar qədər, Axırı nə olsun? Gündə bir səhnə, Gündə bir qastrol, bir müsamirə. Bəs soyutmayacaq səni evindən? -Xeyr, öz eşqimə and içmişəm mən: Ucalıb göylərə dəysə də başım, Bir sən olacaqsan ömür yoldaşım, İndi nə deyirsən? -Onda qulaq as, Örtülü bazarın dostluğu olmaz. Mənim nə rütbəm var, nə böyük adım, Nə də ki, sən deyən bir istedadım. Bir də bilirəm ki, nə qədər sağam, Elə bu boyda da mən qalacağam. İndi fərz edək ki,doğrudan da sən Bir bəstəkar olub yüksələcəksən, O vaxt nəzərində,keçdikcə illər, Mən kiçiləcəyəm bir nöqtə qədər. (Seçilmiş Əsərləri – III Cild)
  • Qacar Bəs baş əymədiniz? Vaqif Əymədim, bəli! Əyilməz vicdanın böyük heykəli. Qacar Qılınclar toqquşub iş görən zaman, Neylər dediyiniz quru bir vicdan? Vaqif Vicdan dedikləri bir həqiqətdir – Beşiyi, məzarı əbədiyyətdir. (Vaqif)
  • Nə deyim, nə deyim tale deyənə? Könlüm ayrılmayır xanimanından, Gözlərim doymayır insan qanından. Bu nədir, canımda üşütmələr var? Aha. nə dərindir bu uçurumlar. Gözlərim qaralır. aman. ölürəm. Ha. ha. haa. Bu nədir? Yoxsa gülürəm? Günahsız qanlarmı gözümə durur? Yox, yox! Hələ qəlbim qaydayla vurur, Xeyr, ölməmişəm hələlik sağam, İndi mən ölümlə çarpışacağam! (Ayrılarmı könül candan?)
  • Vuruldum o gün ki, şerə, sənətə Unutdum sevdiyim əyləncələri. Aşiqəm insana və təbiətə Əlim qələm tutub yazandan bəri. (Seçilmiş Əsərləri – I Cild)
  • Dünyaya ad salmışız biz, Güneş karanlığa çökmemiş diz. Koy ölsün kötülük, o hain iblis.. (Ah Azerbaycan)
  • Kitabsız bir ömrün nə mənası var? (Seçilmiş Əsərləri – IV Cild)
  • Bu qoca dünyada bir adət də var: “Qadın olan yerdə ədalət var. ” (Seçilmiş Əsərləri – IV Cild)
  • Mən də bir insanam, mən də canlıyam, Mənim də qəlbimin arzuları var. Deyirlər arabir dəliqanlıyam. Çox da deyinməsin dalımca əğyar! Mənim də qəlbimin arzuları var. (Seçilmiş Əsərləri – I Cild)
  • Ömür vəfasızdır,bizi tərk edir, Hər ağ gün,qara gün ömürdən gedir. (Seçilmiş Əsərləri – IV Cild)
  • El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! (Seçilmiş Əsərləri – I Cild)
  • Buludlar oynadı, gecə qaraldı, Gecənin gizli bir həsrəti vardı. (Seçilmiş Əsərləri – III Cild)
  • Dayan bu bağçanın hər bir budağı Üstündə min çiçək,min dil bitirmiş. Sizin güldüyünüz çoban torpağı Nizamilər,Füzulilər yetirmiş! (Vaqif)
  • Kazak’ta bin küheylan ata, Yelesine yata yata, At kan-tere bata bata Yaylaların üstüne kalk Kepez dağdan Gökgöle bak. (Ah Azerbaycan)
  • Dünya bir evdirse,övlad işıqdır. Oğul arxadırsa,qız yaraşıqdır. (Azərbaycan)
  • Bu gün varlığımda dəmirdən möhkəm, Tükənməz qoca bir qüvvə var desəm, Çox da düşünməsin o afəti-can; çünki hər insan, Yaşamaq istəyən hər dərdli könül, hər çiçək, hər gül Azacıq sevinmək, çırpınmaq istər. (Seçilmiş Əsərləri – I Cild)
  • Gec yatıb,gec durar dərdi olanlar.. (Seçilmiş Əsərləri – IV Cild)
  • Fikrim rüzgar qanadlı bir quşdur. Axsadığım günlər oldusa bəzən mən yıxılmadım. (Seçilmiş Əsərləri – I Cild)

ATİF İSLAMZADƏ: SƏMƏD VURĞUN RERESSİYA İLLƏRİNDƏ “VAQİF” DRAMINDA TÜRKLÜK MÜCADİLƏSİNƏ QALXMIŞDI

S.Vurğunda türklük ötəri sözlük deyil.Türklük böyük millət anlayışı, yüksək qürur və vətəndaş sevgisidir. “Türk” sözü S.Vurğun yaradıcılığından ana xətt kimi keçir. Şair türkə qarşı olanların tarixi ədavətə söykənən gizli addımlarını və aşkar mübarizəsini istər keçmiş, istərsə də özü ilə çağdaş olanlar arasında müəyyən etmək üçün olduqca geniş biliyə malikdir. Yuxarıda qeyd etdiyimiz kimi rus, fars şovinizminin müttəfiqliyindən xəbərdar olan S.Vurğun əksər vaxtlarda türkləri farslara qarşı qoymaqla əslində ruslara da bu siyasi eybəcərliklərinə görə qəzəb nümayiş etdirir. Bəzən şair o qədər qəzəblənir ki, türkün hayqırtılı coşqun səsi ilə elə bil nifrətlə döyüş meydanında türkə qarşı olanların üzərinə türkün savaş sənətinə uyğun şəkildə aşkarcasına hücuma keçir. “Azad ilham” başlıqlı şeirdə şair Azərbaycan türklərinin dünyaya bəxş etdiyi klassikləri sadalayarkən birdən məlum olur ki, bu heç də bir şeir kompozisiyası deyil, əslində şairin milli vüqarını bəyan etməsi və türklüyə qarşı dayananlara farsın obrazında nifrət dolu baxışlarını elan etməsidir:
Gətir xatirinə Vaqifi bir dəm,
Qırıldı qəlbində bir yurdun sazı.
Ağladı göylərdə gözlərində nəm,
Uçan durnaların küskün avazı.
Gərdi sinəsini o fars dilinə,
Hayqırdı türk sözü, türk şeri gərək.
Bir yeni can versin Azər elinə,
Üfüqdən üfüqə qanad gərərək ( “Azad ilham”).
Bu şeirdə bir tərəfdən şair dildə yersiz fars tərkibləri işlənməsinin gerçəkliyini göstərir, bir tərəfdən farsların türklərə qarşı fars dilindən ideoloji silah kimi istifadə etdiyini nəzərə çatdırır, bir tərfdən də “Azər” adını yer anlamında “türk” adını millət anlamında işlətməklə bu gün də mübahisələrə səbəb olan “türk” və “azərbaycanlı” adının mənşəyinə aydınlıq gətirir. Çox təəssüf ki, 1936-cı ildən sonra S.Vurğunun bu şeirində də, digər şeirlərində olduğu kimi türk adıyla bağlı sözlüklər başqa sözlüklərlə əvəz olunmuşdur. Bu əvəzolunma əməliyyatı, yaxud da buna məcburiyyət şairin çox sevdiyi türk sözünün şeirlərindən silinməsinə səbəb olmuşdur. Əlimizdə olan mənbədə ( S.Vurğun “Əsərləri” B. Elmnəşr. 1985-88. VII cilddə, I-IV cildlər.) bu kimi ifadələrin sonrakı dövrlərdə dəyişdirilməsi “İzahlar və şərhlər” bölməsində aydın şəkildə görünməkdədir. İzah və şərhlərin müəllifi Ə.Hüseynovdur.
S.Vurğundan yuxarıda misal çəkdiyimiz şeirdə türk dilini, türk mənəviyyatını, bir sözlə türkü və türklüyü cəsarətlə qoruyan bir bahadır şairin kəskin mövqeyi nümayiş olunursa, 1936-cı ildən sonra müəyyən taktiki dəyişikliyə gedən şairin eyni mövqeyi başqa şəkillərdə qarşımıza çıxır. Qeyd etdiyimiz kimi türk adının azərbaycanlı adıyla əvəz olunmasından sonra da şair türklüyü şərəf nişanəsi kimi elan edir. Belə ki, “Azad ilham” şeirində M.P.Vaqif farsa qarşı türk mübarizi simasında diqqətə çatdırılırsa, məhz 1937-ci ildə yazılıb, 1938-ci ildə tamaşaya qoyulan və çap edilən “Vaqif” dramında Ağaməhəmməd Şah Qacarın yüksək sənətkarlıqla işlənmiş bədii surəti dəhşət doğurucu eybəcərliklərlə təsvir olunmuşdur. Lakin bu eybəcərliyin şairin qəzəbinə səbəb olan əsas nifrət qaynağı AğaMəhəmməd şahın öz türklüyünü danması, türk ola-ola türkə yuxarıdan aşağı baxması, türkün heysiyyətini aşağılamaq istəməsidir. Əsərdə Vaqif haqqında Qacarla vəzir arasında gedən dialoqda Qacar soruşur:
Qacar
O kimdir?
Vəzir
Şairdir, ləqəbi “Vaqif”,
Yaranmış deyirlər hər elmə vaqif.
Qacar
Yox bir, patavalı,çoban bir ölkə,
Böyük Firdovsilər yaratdı bəlkə.
Vəzir (qorxa-qorxa)
Şahım siz özünüz…
Qacar
Mən türkəm? Nə, mən?
Mən çoxdan atmışam onu üstümdən (1, 73, 633)
(Məlumdur ki, son hissə “Vaqif” dramından çıxarılmış, əsər oxuculara fərqli şəkildə təqdim olunmuş, Qacarın türklüyü hətta mənfi kontestdə də yada salınması siyasi-ideoloji baxımdan məqsədəuyğun görülməmişdir. Oxucular bu əsəri bu gün də əskik oxumaq məcburiyyətində qalmış, təəssüf ki, bu hissə hələ də bərpa olunmamış qalır).
Şah və vəzir arasında gedən bu danışıqdan aydın olur ki, AğaMəhəmməd şah türk olsa da bundan imtina edir. Məhz ona qarşı əks qütbdə dayanan Vaqif bir qədər sonra Qacarla üz-üzə gələrkən onu bu yanlış mövqeyinə görə qətiyyətlə ifşa edir. Qacarın Firdovsi adı altında fars mənşəyini türk mənşəyindən üstün tutmasını göstərən mövqeyi bir qədər sonra eyni şəkildə vəzirin dilində üzə çıxır. Əvvəl şaha türklüyünü qorxa-qorxa anlatmağa çalışan vəzirin Qacarın söylədiyi bu sözləri təkrarlaması şəxsiyyətə təcavüz edən avtoritar rejimə şairin etirazı ilə bərabər Vaqifə mövqeyində uduzan Qacara zəif bir yaltağın köməyə yetmək cəhdi, saman çöpündən yapışmaq çabasının bədii əksidir. Şair əsərdə təsvir edir ki, Qacar Vaqiflə tanış olduqdan və iki fərqli dünyagörüşünü ifadə edən mövqe çəkişməsinin yekununda onun çox dəyərli olduğunu bir daha anlayır, onu itirmək istəmir. Əslində həbs olunan bu böyük şairin nəinki həbsini ləğv edir, hətta ondan həyata keçirdiyi siyasi fəaliyyətdə və hakim idarəçilikdə faydalanmaq fikrinə düşür. Onu özündən sonra birinci şəxs olaraq görür, ixtiyarı çatan bütün varidat və hakimiyyətin ona tapşırılmasını elan edir. Bütün bunların qarşısında şah yalnız bir şərt irəli sürür: “Gərək fars dilində yazsın sənətkar!”. Vaqif bu təklifdən nifrət və cəsarətlə imtina edir, “bizim bu dağların oğluyam mən də” deməklə dünyanı versələr də, yaşadığı türk torpağında bir dağ şərəfi qədər bu dünyanın uca ola bilməyəcəyini Qacarın diqqətinə çatdırır, eyni zamanda türklüyündən imtina edən hökmdarın özünün şərəfsiz olduğunu göstərir. Halbuki Vaqif ölüm təhlükəsi qarşısındadır. Bir tərəfdə var-dövlət, cah-calal, dəbdəbəli saray şəraiti, digər tərəfdə isə qaranlıq zindan və “soyuq məzar”. Ortada isə yalnız bir təklif var “fars dilində yazmaq”. O dildə ki, o dilin söz xəzinəsinin mühüm bir hissəsini elə Vaqifin öz sələfləri zənginləşdirmişlər. Klassik ədəbiyyatın şah əsərlərinin əsas bir hissəsi bu dildə meydana gəlmişdir. Lakin Vaqif Qacarın mövqeyini bədii ədəbiyyat mülahizəsi kimi qəbul etmir, türkə qarşı, türkün dilinə qarşı, türklük mirasına qarşı yönələn qəddar siyasət olaraq qəbul edir və qaranlıq zindanı, soyuq məzarı seçir.
Diqqət edilsə, aydın görünər ki, şair bu əsərdə də “Azad ilham” şerindəki kimi türklük davasına qalxmış, sankı bu şeirdəki Vaqif obrazının məfkurəsini “Vaqif” dramında açmaqla məhz Vaqifin şəxsində türklük mücadiləsi aparmışdır. S.Vuğunun 1937-ci ildə yazdığı bu əsərdə Qacarı və Vaqifi türk adlandırması onun bir il əvvəl qəbul edilmiş “azərbaycanlı” adına vətənpərvər bir türk oğlunun etirazıdır. Şair buna baxmayaraq ki, AğaMəhəmməd şah Qacar barəsində tarixi yanlışlığa yol vermişdir, ancaq bu yanlışlığı özünəməxsus incəliklə əsaslandırmışdır. Məlumdur ki, Qacarlar sülaləsi 1796-cı ildə AğaMəhəmməd şah Qacarın özünü şah elan etməsindən 1925-ci ilə kimi, İranda hakim mövqedə olmuşlar. Qacarlar minillik İran türk hakimiyyətinin qanuni varisləri olaraq türk varislik ənənəsinin qaydalarına uyğun şəkildə bu hakimiyyətdə haqları olduğunu iddia etmiş və onu əldə etmişlər. Kərim xan Zəndin başçılığı ilə farsların türklərə qarşı apardığı uzunmüddətli mübarizənin uğurlu sonluğu olaraq hakimiyyəti mənimsəməsi, AğaMəhəmməd şahı bu hakimiyyəti yenidən türklərə qaytarmaq üçün ayağa qaldırmış, yüksək dövləti istedadı, geniş dünyagörüşü və türk savaş sənətinin kökündən qaynaqlanan döyüşçü məharəti ilə seçilən bu böyük şəxsiyyət qanuni türk hakimiyyətini bərpa etmişdir. Ağaməhəmməd şahın Qarabağa, Gürcüstana və s. yürüşü heç də sovet tarixçilərinin Moskvadan sifariş alıb təsvir etdiyi kimi işğalçılıq deyildi. Əksinə Nadir şahın ölümündən sonrakı dönəmdə mərkəzi idarəçiliyə tabe olmayıb müstəqil xanlıqlara çevrilən İran dövlətinin ərazi vahidlərini yenidən əvvəlki vəziyyətə qaytarmaq idi. Təbiidir ki, Rusiyanın “parçala, hökm sür!” siyasəti bu xanlıqların da daha geniş səviyyədə meydana çıxmasına səbəb olmuşdu. Rusiya İran dövlətinin parçalanıb xanlıqlara çevrilməsinə maraqlı idi. Çünki Rusiya mərkəzləşmiş İran dövlətini ələ keçirmək üçün həmçinin Türkiyə imperatorluğu ilə də üz-üzə gəlməli idi. Çünki hər iki ölkənin əsas əhalisi və hakim mənşəyi türklər idi. Təbiidir ki, bunlar da bir-birinə kömək edəcəkdilər. I Pyotr parçalanmış xanlıqları asanlıqla özündən asılı vəziyyətə salıb hissə-hissə İranın qanuni torpaqlarını ələ keçirmək niyyətində idi. Bu barədə yuxarıda qeyd etdiyimiz kimi, gizli siyasi doktrina və vəsiyyət yazılmışdı ki, bu yüz illər boyu rus şovinizminin əsas strateji hədəfinə çevrilmişdi. Məhz Pyotrın İranın şimalına aid olan, “Kaspisahili vilayətləri” deyilən ərazilərə hücumu bunu bir daha təsdiq edir. Yalnız Pyotrın ölümündən sonra əslində əsl işğalçı olan Rus qoşunlarnın bu ərazilərdən çəkib getməsi İran dövlətinə yenidən öz inzibati ərazi vahidlərini özünə qatmasına səbəb olmuşdu. Nadir şahın Türkiyə ilə yaxınlaşması nəticəsində İranın ondan ayrılmış hissələri olan Azərbaycan, və Ermənistanın, və Gürcüstanın şərq vilayətlərinin 1736-cı ilin noyabrında bağlanmış müqavilə əsasında yenidən İrana qaytarılması baş tutdu. Lakin Nadir şahın öldürülməsindən sonra yenidən əvvəlki vəziyyət təkrar olundu, artıq İranın şimali əyalətləri xırda-xırda xanlıqlara parçalandı, az bir vaxtdan sonra Russiyanın işğal edəcəyi bu ərazilərin bu günə qədər öz əsas hissəsi olan İran dövlətindən ayrı düşməsinə səbəb oldu və daha dəhşətli dağınıqlığa gətirib çıxardı. Zəndilərin hakimiyyətə gəlməsi qeyd etdiyimiz kimi Pyotr siyasi kursuna uyğun olaraq türk hakimiyyətinin ruslarla aşkar və gizli müttəfiq olan farsların əlinə keçməsinə səbəb olmuşdu. Məhz AğaMəhəmməd şahın zəndilər üzərində qələbə çalıb İran dövlətini yenidən bərpa etmək üçün qeyd etdiyimiz kimi Qarabağa və s. gəlişi böyük türk hakimiyyətinin bərpa olunacağı təqdirdə Türkiyə imperatorluğunun da bu dövlətlə birləşə bilmək ehtimalından yenə də qorxuya düşən Rusiya I Pyotr dönəmindən sonra ikinci dəfə mütəşəkkil ordu səviyyəsində İranın tərkib hissəsi olan Azərbaycana və Qafqaza işğalçılıq niyyəti ilə yürüş etdi.
Rusiyanın bu ərazilərə növbəti işğalçı yürüşləri isə məlum olduğu kimi, Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiyanın xeyrinə, İranın məğlubiyyəti ilə sonuclandı. Gülüstan müqaviləsinə əsasən İran dövləti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarından, Şərqi Gürcüstan və Dağıstana da öz ərazi iddialarından əl çəkməyə məcbur oldu və onların Rusiyanın tabeliyinə keçməsinə imzası ilə razılıq verdi. “Türkmənçay” müqaviləsinin nəticəsində isə Naxçıvan xanlığı, Ordubad dairəsi, Yerevan (İrəvan) xanlığı Rusiyanın müstəmləkə ərazisinə çevrildi. Tam təfərrüata varmadan onu da qeyd edək ki, diqqət çəkdiyimiz bu tarixi bilgilər “Azərbaycan tarixi”nin akademik nəşrlərində və ensiklopedik lüğətlərdə kütləvi auditoriyaya çatdırılmışdır. Yalnız onu əlavə edək ki, bu günki Azərbatcan ərazilərinin Rusiyanın ərazisinə qatılmasının böyük türk dövləti olan İran dövlətinin Rusiya ilə müharibədə məğlub olması səbəbindən olması göz qabağındadır. Müharibə Rusiya ilə Azərbaycan arasında deyil, İran ilə Rusiya arasında aparılmış, təbii olaraq Rusiya-İran müharibələri kimi tarixə düşmüşdür. Gülüstan və Türkmənçay müqavilələri də heç də Azərbaycan və Rusiya arasında yox, Rusiya ilə İran arasında bağlanmışdır. İran tərəfi isə farslar deyil, İran dövlətinin hakim sülaləsi olan türklər, yəni Qacarlar, daha dəqiqi Qacarlar xanədanının nümayəndəsi Abbas Mirzə təmsil etmişdir.
Beləliklə türk fars, eləcə də türk-rus qarşıdurmasını aydın nəzərə çatdıran bu tarixi detallar təəssüf ki, ikincilərin qələbəsi ilə nəticələnmiş, faciəvi situasiyanı or-
taya qoyur. Təsadüfi deyil ki, məhz Qacarların hakimiyyətdən getməsi yenə də bu hakimiyyətin fars tayfası olan Pəhləvilərin əlinə keçməsinə səbəb olmuşdur. Lakin S.Vurğun Qacarın özünü türklüyə qarşı qoymaqla Qacarın apardığı tarixi mübarizənin mahiyyətini Vaqif şəxsiyyətində diqqətdə saxlamış, Qacarın özünə isə fərqli aspektdən yanaşmışdır. Ümumiyyətlə “tarixilik və bədiilik” mövzusu bu günə qədər də mübahisəli olaraq qalır. Elmi-nəzəri görüşlər bu sahədə müxtəlif yanaşma tərzlərini ortaya qoyur. Tarixi hadisələr və şəxsiyyətlər olduğu kimi saxlanmalıdır, yoxsa bədii əsər müəllifinin məqsəd və məramına görə dəyişə bilər? Hər halda müəlliflər öz demək istədikləri qayəni diqqətə çatdırmaq üçün bir çox hallarda tarixi həqiqətləri ya qismən, yaxud da ciddi şəkildə təhrif edirlər. Əgər bu təhrif arxasında bədii yaradıcılıq metodu kimi ədəbiyyat hadisəsi dayanırsa, bu xeyirxah məqsədə xidmət edir. Əksinə siyasi-ideoloji görüşlər nəzərindən tarixi təhrif etmək məqsədi güdülürsə, əlbəttə ki, bu yolverilməzdir. Təbiidir ki, bu metod həmişə uğurlu olmur, bəzən məqsəd üçün vasitə kimi götürülən bu yazıçı təhrifi məqsədin özünü də təhrif edir. Elə S.Vurğun da “Vaqif” dramında Qacarı təhrif etməklə şair və hökmdar mövzusunu gündəmə gətirmək məqsədi güdmüş, yaşadığı dövrün ağır dəhşətlərini ifadə etmək üçün fikrimizcə, müəyyən tarixi nöqsanlara yol vermişdir. Lakin şair Qacarı məhz türklüyə qarşı dayanan obraz kimi götürməklə və Vaqifi türklük simvoluna çevirməklə qeyd etdiyimiz kimi öz milli məfkurəsini bütün çılpaqlığıyla meydana qoymuşdur.

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru
QAYNAQLAR

1. Vurğun S. Əsərləri, VII cilddə, IV cild. Bakı: Elm. 1988.
2. Süleymanov M. Gülüstan müqaviləsi – II hissə. Bakı: Elm və Təhsil, 2014.

Kafkassam Editör

Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.

Comments are closed, but trackbacks and pingbacks are open.