Türk xalqları
Bu zaman Qutluğun qardaşı Qapqanşad (naib əs-sətənə) və Tonyuquq da baş vəzir və məclis rəisi (ayğuçu) oldu. Ordu və siyasət onun öhdəsinə buraxıldı. Sonra azuqə, paltar və at ələ keçirmək üçün Çinə hücüm etdilər və Pekin ilə Qaansu arasındakı şəhərləri aldılar və Çin ordusunu məğlub edib dağıtdılar. İltəriş dəfələrlə xotanlar və oğuzlarla savaşdı , onları özünə tabe etdi və 692 –ci ildə Ötükəndə Göktürk bayrağı altında öldü. İltərişin 2 oğlu –Bilgə 8 yaşında və Gültəkin 7 yaşında idilər. Onun üçün qardaşı Qapqan xaqan oldu. Tonyuquq da baş vəzir qaldı.
II Göytürk xaqanlığı
680-cı ildə Aşina ailəsində Göktürk başbuğu Qutluq istiqlal üçün gizli bir cəmiyyət qurub, az bir müddətdə beş min nəfər ətrafına yığa bildi. Bunların arasında böyük siyasət adamı Tonyuquq da vardı. Qutluq Çinin şimalında Yun-çu əyalətinə hücum edib, çoxlu qənimət ələ keçirdi. Sonra türklərin müqəddəs mərkəzi olan Ötükənə hücum etdi. Bu zamanda bu bölgənin oğuzları xotanlar və çinlilərlə birləşib göktürklərə qarşı gəldilər. Lakin məğlub oldular(682). Qutluq Ötükəni alıb xaqan elan edildi və İltəriş ünvanını aldı.
Bu zaman Qutluğun qardaşı Qapqanşad (naib əs-sətənə) və Tonyuquq da baş vəzir və məclis rəisi (ayğuçu) oldu. Ordu və siyasət onun öhdəsinə buraxıldı. Sonra azuqə, paltar və at ələ keçirmək üçün Çinə hücüm etdilər və Pekin ilə Qaansu arasındakı şəhərləri aldılar və Çin ordusunu məğlub edib dağıtdılar. İltəriş dəfələrlə xotanlar və oğuzlarla savaşdı , onları özünə tabe etdi və 692 –ci ildə Ötükəndə Göktürk bayrağı altında öldü. İltərişin 2 oğlu –Bilgə 8 yaşında və Gültəkin 7 yaşında idilər. Onun üçün qardaşı Qapqan xaqan oldu. Tonyuquq da baş vəzir qaldı.
Qapqan Göktürk xaqanlarının ən böyüklərindəndir. Onun siyasəti üç əsasa dayaqlanırdı:
1. Çin basqı altında tutulmalıdır, ta ki, türk dövləti rahat olub azuqə ilə təmin olunsun;
2. Çində pərakəndə şəkildə yaşayan türklər ana yurdu Ötükenə qayıtmalıdırlar.
3.Asiyada nə qədər türk varsa, türk xaqanının bayrağı altında yığılmalıdırlar.
Fikir və arzularını həyata kçirmək üçün əvvəla Çinə hücum etdi və Link-çu və Ordos əyalətlərini aldı. Sonra Çin imperatriçası Vuya yardım etmək üçün hücuma keçmək istəyən xotanlara hücüm edib onları məğlub etdi və Çin məlakəsindən azuqə , dəmir kənd təsərrüfatı vasitələri göndərib, türkləri öz yurdlarına qaytarmağını istədi. Qapqan sonra Yenisey çayı ətrafındakı qırğızlara hücum edib onları asılı hala saldı.
Göytürk ordusunun qərb cinahı Tonyuquq baş komandanlığı və Qapqanın oğlu İynal və Bilgənin iştirakı ilə Altay dağlarından keçib Cunqariyaya girdilər və Bolçuda onoxları təslimə məcbur edib, Talas, Ço türklərini də göytürklərə tabe etdilər. Bu zaman xaqanlığın qərb hüdudu Fərqanəyə qədər uzandı. Qapqanın üçüncü arzusunu həyata keçirmək üçün Mavərənnəhri də almaq lazım idi. Bu zaman Mavərənnəhrdə məhəlli hökummətlər 685-ci ildən bəri müsəlmanların hücumlarına müqavimət göstərirdilər. Türk ordusunun qərb cinahı Ceyhundan keçib cənuba sarı irəli getdilər və soğdları təslim etdirib, Dəmir qapıya qədər qabağa getdilər və çoxlu qənimət ələ keçirdilər. Qapqan tədricən çox sərt və bədxah olmuş və daxili iğtişaşlara səbəb olmuşdu. Məsələn, turkişlərin və qarluqların qiyamları daxili savaşlara və çoxlu adamın ölümünə səbəb oldu.(713)
Bir il sonra oğuzlar qiyam etdilər və xaqanla müharibədə məğlub olduqdan sonra, bir qismi Çinə sığındı. Xaqan Ötükənə dönərkən oğuzlar tərəfindən öldürüldü. Oğuzlar xaqanlığın əsas qismini təşkil etdiyinə görə, onların qiyamları xaqanlığın zəifləməsinə səbəb olmuşdu. Bu məsələ Orxon daş yazılarında da nəql edilmişdir.
Qapağandan sonra oğlu İynal bir ildən artıq hakimiyyətdə dayana bilmədi və 2 əmioğlusu – Bilgə və Gültəkin tərəfindən öldürüldü və yerinə Bilgə xaqan oldu. Gültəkin ordu komandanı Tonyuquq isə baş vəzir oldu. Bu sırada Çin xotanlar və basmıllara türklərə hücum etmək üçün yardım etdi. Nəticədə, Tonyuquq Çinə hücum etməyə məcbur oldu. Çinlilər və basmıllar məğlub oldular və Beşbalıq türklərin əlinə keçdi və Göktürk dövləti əski qüdrət və əzəmətinə geri döndü. Bu nailiyyətlər bu üç türk rəhbəri Bilgə xan, Gültəkin və Tonyuququn həmkarlığının nəticəsi idi.
Tonyuquq 826-cı ildə vəfat etdi. O böyük komandan və gələcəyi görən siyasət adamı idi. Ordu və ədliyyəni o nizama saldı. Qərb tədqiqatçıları onu göktürklərin Bismarkı adlandırmışlar. Onun öyüdləri həmişə Bilgə xaqan tərəfindən eşidilir və əməl olunurdu. Məsələn , Bilgə xaqan çinliləri təqlid edib, böyük şəhərlərin ətrafına divar çəkmək istədiyi zaman, o mane oldu və dedi: “Biz bozqır milləti olmuşuq, müvəffəqiyyətimiz də bunda olmuşdur. Qüvvətli olduğumuz zaman hücm edərik, zəif olduğumuzda da bozqırda geri çəkilərik. Çinlilər bizim yüz bərabərimizdirlər, əgər biz, şəhərdə məhsur qalarsaq , onlar bizi aradan apara bilər.” Sonra xaqan Budda və Tai məzhəblərini türklər arasında yaymaq istədikdə, Tonyuquq icazə vermədi və dedi: “Bu məzhəblər insanı həssas qılar və hökumət etmək qüdrətini insandan alar”.
Tonyuquq öləndən sonra onun xatirəsinə qəbir üstə bir yazılı daş (kitabə) qoyuldu. Bu kitabə Tonyuququn özü tərəfindən yazılıb və türk dil və ədəbiyyatının çox mühüm yadigardır. Tonyuquq, eyni zamanda ilk türk yazıçısıdır.
731-ci ildə Gültəkin vəfat etdi və qardaşı Bilgə xaqan tərəfindən onun adına bir yazılı daş (abidə) ucaldıldı. Bu kitabə Yollıq –təkin tərəfindən və Bilgə xaqanın dilindən yazılmışdır. Kitabədə Bilgə xaqan belə deyir: “Üçoğuzlar paytaxta hücm etdikləri zaman Gültəkin olmasaydı, hamımız aradan getmişdik”
734-cü ildə Bilgə xaqan öldü. Onun öz millətinə böyük sevgi və inamı vardı. Oğlu tərəfindən xatirəsinə yazdırılan məzar daşında öz dilindən belə deyilir: ” Ey türk milləti, üstdə göy yıxılmaz , altda yer dəlinməzsə , dövlətini, törəni kim poza bilər”.
Bilgə xaqanın ölümünə, hətta, Çin imperatoru matəm tutdu və imperatorun istədiyinə görə məzar daşının bir tərəfinə çincə yazı əlavə edildi. Bilgə xaqanın ölümündən sonra xanlıqda tənəzzül əlamətləri zahir oldu. Əvvəla, xanədan üzvləri arasında ixtilaf çxdı, sonra basmıllar qarluqlar və uyğurlarla birləşərək üsyan etdilər və Göktürk dövlətini yıxıb , bir çox keşməkeşdən sonra uyğur iltəbəri Qutluq Kulu xaqan elan etdilər(745). Bu tarixdən sonra Uyğur dövləti Ötükəndə quruldu.
Ədəbiyyat:
Cavad Heyət-Türklərin Tarix və Mədəniyyətinə bir baxış-Bakı 2009.
Əsməd Muxtarova- Türk Xalqları Tarixi
- ← Səfəvi Osmanlı müharibələrinin I mərhələsi
- Səfəvi Osmanlı müharibələrinin II mərhələsi →
Türk xalqları
Türk xalqları — Avroasiya ərazisində yaşayan, Türk dillərinə mənsub olan dillərdə danışan xalqlar. Dünyada türk xalqlarının sayı 167.109 milyondan çoxdur .[1] “Türk” sözünə ilk dəfə Bizans mənbələrində və VII əsrin “Orhon-Yenisey” abidələrində rast gəlinir.
Dil ümumiliyi, el sənətləri, tarixi coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Dədə Qorqud”, “Oğuz Xaqan”, “Koroğlu”, “Manas”), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə – Şimali-Şərqi Asiya, Ural dağları və Qərb tərəfə köç etmişlər. Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə “Tyuku” (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.
Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər:
Oğuz – Anadolu və Azərbaycan türkləri, qaqauzlar, türkmənlər, ahıska türkləri, krım tatarları,
Uyğur – özbəklər, həzaralar , salarlar, uyğurlar, tuvalılar, şorlar, komasin-tobollar, baraba tatarları, çulm tatarları və sairə)
Qıpçaq – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar)
Bulqar – tatarlar, başqırdlar, qaraçaylar, karaimlər.
Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini).
Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.
Tarixi türk xalqları və tayfaları :
Atropatenlilər
Utilər
Qafqaz albanları
Madaylar
Hunlar
Saklar
Sarmatlar
Sabirlər
Türk xalqları :
Axısqa türkləri – 500 min
Sarı uyğurlar – 13,719 nəfərdən çox.
Urum-Qıpçaqlar – 106,768 nəfərdən çox.
Altaylılar – 67,239 nəfərdən çox.
Azərbaycan türkləri – 50 milyon
Xorasan türkləri – 830 min
Balkarlar – 108,426 nəfərdən çox.
Başqırdlar – 1.705.053 nəfərdən çox.
Çulumlar – 1 min
Çuvaşlar – 1.8 milyon
Krım tatarları – 500 min
Dolqanlar – 10 min
Qaqauzlar – 300 min
Qazaxlar – 13,289,363 nəfərdən çox.
Qırğızlar – 4.123 milyon
Qaraçaylılar – 300 min
Qəraimlər – 50 min
Qaraqalpaqlar – 550 min
Xakaslar – 90 min
Krımçaqlar – 1.5 min
Qumuqlar – 500 min
Noqaylar – 110 min
Qaşqaylar – 1.757 milyon
Salar – 125 min
Tatarlar
Naqaybaklar
Sibir Tatarları
Tofalar
Türkmənlər
Türkiyə türkləri – 70-80 milyon
Kipr türkləri
Tuvinlər
Uyğurlar
Həzaralar
Özbəklər
Yakutlar
Çelqanlar
Kumandılar
Telengitlər
Teleutlar
Comments are closed, but trackbacks and pingbacks are open.