Sənaye istehsalının əsasları
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 33,1 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub:
Azərbaycanda sənaye istehsalı 4%-dək artıb
Bakı. 16 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel aylarında Azərbaycanda sənayenin təsərrüfat subyektləri tərəfindən 8,5 mlrd manatlıq məhsul istehsal olunaraq 3,7%-lik artım qeydə alınıb. “Report”un Dövlət Statistika Komitəsi nə istinadən verdiyi xəbərə görə, sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 10,5%, neft-qaz sektorunda isə 2,9% üstələyib. Sənaye məhsulunun 62,3 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 14,2 mln ton neft, 6,8 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Beləliklə də ötən ilin müvafiq dövrü ilə müqayisədə xam neft hasilatında 0,4% artım, əmtəəlik qaz hasilatında isə 12,4% artım qeydə alınıb. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,5 faizini təşkil etmiş qida, geyim, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 8,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşüb. Ümumi sənaye istehsalının 88,0%-i malların (əmtəələrin), 12,0%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 75,2%-i özəl bölmədə istehsal olunub.
Sənaye istehsalının əsasları
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 33,1 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub:
“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 12,2 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,5 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 63,0 faiz, maşın və avadanlıqların istehsalı 50,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 39,5 faiz, tütün məmulatlarının istehsalı 38,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 36,8 faiz, geyim istehsalı 32,0 faiz, kağız və karton istehsalı 30,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,4 faiz, poliqrafiya məhsullarının istehsalı 11,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 4,7 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 faiz, neft məhsullarının istehsalı 2,2 faiz artıb, qida məhsullarının istehsalı 0,8 faiz, tikinti materiallarının istehsalı 1,8 faiz, hazır metal məmulatlarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,3 faiz, içkilərin istehsalı 9,0 faiz, mebel istehsalı 19,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,6 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 9,7 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 faiz azalıb”.
Comments are closed, but trackbacks and pingbacks are open.