Müqəddəs və şeytan rəqəmləri həyatımızı necə dəyişir
Rəqəmlər dinlərin gözü ilə
AvtoStop, AvtostopAZ, AVTOSTOP.AZ, AvtoStop sual-cavab, Sual-Cavab, Suallar, Cavablar, Prava almaq, DYP, YPX, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, Gomruk kalkulyatoru, Avtomobilin gomruk rusumu, masinin gomruk rusumu, gomruk rusumunu yoxlamaq, gomruk rusumu yoxla, avto gomruk kalkulyatoru, rastamoska rusumu, raztamoska rusumu, gomruk rastamowka rusum, Gömrük rüsumu kalkulyatoru, Avtomobilin gömrük rüsumu yoxlanışı, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, DYP muraciet, Dovlet Yol Polisine muraciet, DYP sikayet, DYP-ne wikyet, qai wikayet, qai sikayet, yol polisine sikayet, cerime sikayeti, mmx sikayeti, cerimeden sikayet dyp, ypx sikayet, YPX muraciet, YPX müraciət, YPX Şikayət, DYP Müraciət, Icbari sigorta, avtosigorta, avtomobil icbari sigortasi, masin sigortasi, sigorta almaq, icbari avto sigorta, icbari sigrota, Icbari sığorta, Avto İcbari Sığorta, Maşın, Nəqliyyat vasitəsi, Imtahana hazirliq, Suruculuk imtahanina hazirliq, DYP imtahanina hazirliq, Onlayn derslik, Sürücülük imtahanına hazırlıq, DYP imtahanına hazırlıq, Onlayn dərslik, Suruculuk vesiqesi, Sürücülük vəsiqəsi, DYP imtahanında verilen suallarç İmtahanda verilən suallar – cavablar
Salam,
Bu gün məni DYP əməkdaşı telefondan istifadə etdiyimə görə saxlayıb, ondan video material istədikdə isə məsələni arxa stopların rənglənməsinə görə saxladığını bildirdi.
Mənə talıbovun kitabında olan maddəni göstərib ki stopların rənglənməsi qadağandır və buna görə, maşını cərimə meydançasına aparıb. Melumat ucun bildirim ki, arxa stoplarda vinil yoxdu (15% rəng ilə tündləşib)
Burada iki sualım olacaq:
1. işıq keçirmə cihazı ilə yoxlanmalı idi? çünki uzaqdan baxıb deyir stoplar rənglənib, lakin heç bir fakt yoxdur. Yani stopun öz rəngi dəyişməyib elə qırmızı rəngdədi.
2. buna görə maşın cərimə meydançasına aparılmalı idi yoxsa yerində protokol tərtib oluna bilərdi?
Onuda vurgulayım ki, heç bir protokol tərtib olunmayıb, mənə dedi yaxınlaşarsan 23 cü otağa, buna görə nəsə edə bilərəm və ya harasa şikayət edə bilərəm?
17:21 – 03.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Arxa stoplar (tormoz işıqları) ön yan və ya ön şüşələr deyil ki, onların tündlüyü tuametrlə ölçülsün. Əgər avtomobil zavod istehsalı vəziyyətində stopların içində parlaq, qırmïzı rəngdə işıqqaytarıcıları olubsa, onu tündləşirdirərək işıqqaytarıcıları yararsız vəziyyətə gətirirsinizsə, bəli sizə İnzibatı Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə 50 (əlli) manat cərimə tətbiq olunmalıdır.
İ.X.M. Maddə 342.5.
Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı
Habelə, İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsinə əsasən avtomobil bu şəkildə istismarına icazə verilmir.
Buna görə də, avtomobil müvəqqəti saxlama duracağına yerləşdirilir və ya yerindəcə həmin nasazlıq aradan qaldırılarsa, avtomobilin cərimə meydançasına aparılmasına ehtiyac qalmır.
İ.X.M. Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.
Avtomobilin stoplarını sumbata (najdak) kağızı ilə sürtərək, (yerindəcə) standart vəziyyətə gətirmək mümkün olardı.
Protokolun tərtib olunmasına qaldıqda isə, cərimə protokolu oradaca tərtib olunmalı və nasazlıq yerindəcə həll olunmadığı təqdirdə, protokol tərtib olunduqdan sonra müvəqqəti saxlama duracağına yerləşdirilməli idi. Əks halda YPX əməkdaşının protokolsuz hər hansı hərəkəti qanunsuz sayılır. Bununla bağlı DİN-nə və ya BDYPİ-nə şikayət edə bilərsiniz.
Sizdən qeyri-qanuni tələb olunan (və çox güman ki, rüşvət olaraq tələb olunacaq) 150 (yüz əlli) manat isə İ.X.M. 342.2.2-ci maddəsi ilə nəzərdə tutularaq deyilmişdi. Bu maddənin iss sizin törətdiyiniz inzibati işə aidiyyəti yoxdur.
21:05 – 03.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam . men ozume id 6 getizdirmiwem yoldadir . indi surduyum avtomobilin dovlet qeydiyyat nisanin hemen avtomobilin ustune vurdmag isteyirem ve bu prosesi hansi qaydalar cercivesinde ede bilerem?(menden buna gore ortalama 700-900 azn pul isteyibler dyp da)
12:13 – 01.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Yeni avtomobil gəldikdən sonra DYP-də qeydiyyatdan keçirərkən, indiki idarə etdiyiniz avtomobili təkrar qeydiyyatdan keçirirsiniz. Köhnə avtomobili yeni qeydiyyat nişanı verilməsini (30 manat) tələb edirsiniz. Həmçinin köhnə avtomobilin qeydiyyat şəhadətnaməsi (30 manat rüsum ödənilərək) də dəyişdirilir. Köhnə dövlət qeydiyyat nişanı isə brona verilir və yeni avtomobil qeydiyyatı zamanı köhnə qeydiyyat nişanı yeni avtomobilə qeydiyyata alınır. Köhnə qeydiyyat nişanı üçün isə rüsum ödənilmir.
Rüsumdan əlavə rüşvət istənildiyinə görə isə DİN-nə şikayət edə bilərsiniz.
14:40 – 01.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
salam, ön faraları kənar təsirlərdən qorumaq üçün faraya çəkilmiş 100% keçiriciliyə sahib tam şəffaf örtüyə icazə var? yoxdursa bu hansı maddəni pozur? və cəriməsi nə qədərdir? təşəkkürlər.
18:49 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Qanunda belə bir qadağa mövcud deyil.
Avtomobilin optik cihazının üzərinə 100% şəffaf qorucu vinil vura bilərsiniz.
21:15 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam. Avtomobili öz adıma ölkəyə idxal eləmişəm. Yol müşayət sənədləri əsasında avtomobilin gömrük rəsmiləşməsi bitmiş və yük gömrük bəyənnaməsi mənə təqdim olunmuşdur. Mənə təqdim olunan yük gömrük bəyənnaməsi və dövlət rüsümlarını ödədikdən sonra avtomobilin ilkin qeydiyyata alınması üçün BDYPİ Qeydiyyat imtahan idarəsinə yaxınlaşmışam. Lakin, DYP nin əməkdaşı avtomobili ilkin qeydiyyata almaq üçün yük gömrük bəyənnaməsinin kifayət olmadığını, bunun üçün avtomobilin yol müşayət sənədlərinin (semeer, invoy, texpasport və.s) natarial qaydada tərcümə olunmasını tələb etmişdir. Bunun hansı qanunla, hansı şəkildə tənzimlənməsi barədə sualıma cavab verməyinizi sizdən xahiş edirəm.
Avtomobilin ilkin qeydiyyatı üçün tələb olunan sənədlər hansılardır?
13:27 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Tələb olunanlar əsaslıdır. Sənədlər xarici dildədirsə, Azərbaycan dilinə notarial qaydada tərcümə edilərək DYP İdarəsinin Qeydiyyat şöbəsinə təqdim edilməlidir. Xaricdə avtomobillərin qeydiyyat şəhadətnaməsi “title” adlanan vərəqlər olur.
Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə
2.8. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir:
1) ərizə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd;
5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.
14:06 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam. Bizim video çəkiliş ilə məşğul olan şirkətə digər yükdaşıma şirkəti müqavilə əsasında xidmət göstərir. (Çəkiliş avadanlıqların bir məkandan digər məkana və geri daşınması) Belə olan halda “yol vərəqi” sürücüyə təqdim olunmalıdırmı? Əgər verilməlidirsə onda kim tərəfindən və nümunə hardan əldə etmək olar? Təşəkkür.
21:36 – 26.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Yol vərəqini avtomobilin (mülkiyyət) sahibi olan hüquqi şəxs (şirkət) həmin avtomobili idarə edən sürücü üçün verir. Sizin şirkətə xidmət göstərən hüquqi şəxs (şirkət) avtomobilin sahibi olduğuna görə, sürücüyə yol vərəqini onlar verməlidir, sizin şirkət deyil.
“YÜK AVTONƏQLİYYATI ÜÇÜN YOL VƏRƏQİ – FORMA № YV-2 – FORMA VƏ REKVİZİTLƏRİ VƏ ONLARDAN İSTİFADƏ QAYDALARI”nı saytın Qanunlar, Sənədlər, Cərimələr və Rüsumlar menyusundan – Yol vərəqi bölməsinə keçid edərək tanış ola bilərsiniz.
P.S. Yük nəqliyyatı üçün olan forma və qaydalar Sərnişindaşıma üçün olan qaydaların aşağı hissəsindəki.
22:20 – 26.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam. Mən dostuma öz avtomobilimi idarə etmək üçün verdim. Onun sürücülük vəsiqəsidə yoxdur avtomobilə aid etibarnaməsidə yoxdur. Onu YPX işıqforun qırmızı işığında keçdiyinə görə saxlayıb heç bir sənədinin olmadığı məlum olduqda avtomobili cərimə meydançasına aparıb. Zəhmət olmasa deyərdiz. Proses necə olmalıdır? Mən hansı cərimələri hara ödəyib avtomobili cərimə meydançasından çıxara bilərəm? Birdə cərimə meydançasından çıxanda orada şlaqbaumu açan adam pul tələb etsə bu qanunidir?
21:50 – 22.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verdiyinizə görə siz 60 (altmış) manat, dostunuz isə sürücülük vəsiqəsi sahibi olmadığı halda avtomobil idarə etdiyinə görə 100 (yüz) manat cərimə olunub.
İnzibatı Xətalar Məcəlləsi,
Maddə 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi – 100 (yüz) manat;
Maddə 335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi – fizi şəxslər – 60 (altmış) manat;
Cərimələri saytın “Cərimə ödənişi” bölməsində (və ya hər hansı ödəniş terminallarında) ödəyərək, Regional və ya Bakı şəhər Baş Yol Polisi İdarəsinə yaxınlaşaraq, oradan buraxılış talonu alıb, cərimə meydançasına təhvil verməklə və müvəqqəti saxlama duracağının gündəlik (avtomobilin orada qalma müddəti 1 günün qiyməti) 1 (bir) manatdan hesablamaqla ödəyib, avtomobilinizi təhvil ala bilərsiniz.
Müvəqqəti saxlama duracaqları DYP Siqnal İdarəsinin nəzdində fəaliyyət göstərir və duracaq ödənişlidir. Günlük ödəniş 1 (bir) manatdan artıq olmamaq şərti ilə hesablanmalıdır.
01:05 – 23.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Dünən dyp əməkdaşı məni nömrələrimin rənginin solduğuna görə saxlayıb və maşınımı duracağa qoyub.Hazırda gedirəm respublika dyp-də yeniləməyə nömrələri.
Mənə 80 manat 4 bal cərimə olunacağımı dedi.Və bakı şəhər dyp-ə yaxınlaşmaı dedi.
Belədirmi bu?
13:05 – 20.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Əgər qeydiyyat nişanları standartlara uyğun deyilsə, bayrağın rəngi, rəqəm və hərflər pozulduğu təqdirdə dəyişdirilməlidir. Vaxtında dəyişdirilmədiyi təqdirdə, İXM-nin 342.7-ci maddəsi ilə cərimə tətbiq olunur.
İnzibatı Xətalar Məcəlləsi,
Maddə 342.7.
Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etmə – 60 (altmış) manat + 4 bal cərimə tətbiq olunur.
Lakin, sizə yerindəcə protokol tərtib olunmaması və harasa gedilməsi tələb olunması qanuni hərəkət deyil. DİN-nin 102 qaynar xəttinə bu barədə şikayət edin. Protokolun tərtib olunmayacaq, idarəyə getməniz tələb olunduğunu bildirin və bunun da qanuni yolla cərimənin dövlət xəzinəsinə ödənməsi deyil, hansısa məmurun rüşvət alması üçün qurulmuş olan olduğunu bildirin.
Daha sonra isə BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin Qeydiyyat şöbəsindən öz qeydiyyat nişanınızın yenisini vermələrini tələb edin. Öncədən qeydiyyat nişanlarının cütünə görə 30 (otuz) manat ödəyin və çekini müfəttişə təqdim edin.
13:43 – 20.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam, mənim etibarnamə ilə idarə etdiyim avtomobili MMC-yə ( fiziki şəxsdən hüquqi şəxsə) qeydiyyata almaq üçün hansı proses olur və rüsum ne qeder ödənilir ?
10:29 – 20.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Fiziki şəxslə hüquqi şəxs arasında alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqavilə notarial qaydada və ya hüququ şəxs tərəfindən (möhürlənmiş şəkildə) tərtib edilə bilər.
Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi üçün hər iki tərəf Baş DYP və ya Regional İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə yaxınlaşmalıdırlar.
Qeydiyyat şöbəsində hər iki tərəfin (hüquqi şəxsdə əlavə olaraq VÖEN də) sənədləri – şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilin qeydiyyat şəhadətnaməsi təqdim olunur.
Avtomobilin girovda olmaması təyin olunduqdan sonra blank verilir, blank doldurulduqdan sonra notariat kontoruna yaxınlaşılır və alqı-satqı müqaviləsi bağlandıqdan sonra dövlət rüsumları ödənilir və çeklərlə birlikdə sənədlər əməkdaşlara təqdim olunur.
Avtomobili satan şəxs avtomobilin üzərində olan qeydiyyat nişanından imtina edərək qeydiyyat nişanının avtomobilin üzərində qalmasını və ya qeydiyyat nişanından imtina etməyərək özündə saxlamaq (digər avtomobilə qeydiyyat aparma) hüququ var.
Alqı-satqı müqaviləsi notariat kontorunda (və ya Asan xidmətdə) tərtib edildikdə, dövlət rüsumu 70 manat + 10.50 manat xidmət haqqı təşkil edir.
Bundan əlavə avtomobilin mühərrik həcminə görə dövlət rüsumu – məs.: 2000 sm/kub üçün 100 manat tələb olunur.
Qeydiyyat şəhadətnaməsinə görə 30 manat, yeni qeydiyyat nişanına ehtiyac olarsa da 30 manat rəsmi rüsum ödəməlisiniz. Habelə, avtomobil texniki müayinədən keçməyibsə, avtomobilin texniki müayinəsinə görə də 30 manat rüsum verilməlidir.
Avtomobil texniki müayinə talonu varsa və texniki müayinə müddəti bitməyibsə, rüsum ödəməyə ehtiyac yoxdur. Sadəcə olaraq, avtomobilə texniki baxış – ban və mühərrik nömrələrini eyniləşdirmək üçün yoxlama keçirilir. Bu eyniləşdirməyə görə rüsum tələb edilə bilməz, edilərsə – rüşvətdir. Dərhal DİN-nin 102 xidmətinə şikayət edin.
Daha sonra ərazi üzrə müfəttişin yanına göndərilirsiniz və yığılan sənədlərdə, rüsum ödənişlərində, texniki baxış zamanı eyniləşdirmədə problem yoxdursa sizin zalda gözləməniz və sonda yeni qeydiyyat şəhadətnaməniz alacağınız söylənəcək.
Hüquqi şəxs avtomobili satın aldığına görə sizə əlbə-əl pul vəsaiti verə bilməz. Yalnız nağdsız hesablaşma qaydası ilə alqı-satqını həyata keçirə bilər və ödənişin çekini də Qeydiyyat şöbəsində olan müfəttişə təqdim etməlidir.
Müqəddəs və şeytan rəqəmləri həyatımızı necə dəyişir?
Bir çoxlarımız rəqəmlərin uğuruna və ya uğursuzluğuna çox ciddi inanırıq. Bəzilərimiz uğulu və uğursuz dediyimiz rəqəmlərin anlamı barədə o qədər dərin biliyə malik olmasaq da, hər hansı bir rəqəmin həyatımızda önəmli yer tutduğuna şübhə etmirik. Bir çox insan uğurlu və uğursuz rəqəmini də təyin edib. İnandığımız və qorxduğumuz bu rəqəmlər barədə nələri bilirik?
Rəqəmlər dinlərin gözü ilə
İncildə yazılır: “O hər kəsi məcbur etdi, kiçik-böyük, zəngin-kasıb, sərbəst və ya kölə, hər kəsin alnına yapışdırıldı, aləm aldadılan ruhları görsün deyə şeytanın rəqəmi yazıldı – 666.
İslamda 99 rəqəmi qutsal hesab olunur. Çünki Tanrının ərəb dilində 99 adı var. Xristian ənənəsinə görə isə bu ədəd Tanrının birliyinə işarə edən mələkləri ifadə edir.
Dinlərə görə 7 qat göy, 7 kainat, 7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü 7 qat, yeraltı 7 qat, 7 əsas rəng, Kəbənin ətrafında 7 dövr, və s. kimi özəlliklər var. Bu özəlliklər barədə bir azdan.
İslam dinində 7 mərtəbə var. Quranın ilk surəsi “Fatihə” 7 ayədir. İslam inanclarına görə yeraltında günahkarların gedəcəyi yeddi cəhənnəm var. Namaz qılarkən alın, iki əl, iki düz, iki ayağın baş barmaqları olmaq üzrə gövdənin yeddi əzasının yerə dəyməsi vacibdir. İslam inanclarına görə ölünün sarındığı kəfən yeddi ərşin olmalıdır. Kəbədə Məscidi-hərəm deyilən məscidin yeddi minarəsi var. İslam inanclarına görə qiyamət günü Mədinənin yeddi ayrı qapısı olacaq.
Yəhudilərdə müqəddəs şamdan 7 şamın birləşməsindən əmələ gəlir. Yəhudilər Qamış Bayramı dedikləri bayramda məbədlərdə toplanar, mehrabın ətrafında yeddi dəfə dolanarlar.
Hindlilərdə, romalılarda, buddistlərdə də belə bir dini mərasim var. Müqəddəs saydıqları bir obyektin ətrafında yeddi dəfə dolanarlar.
Krişna Şüurunda müqəddəs rəqəm 108 hesab edilir. Bu Tanrını əhatə edən 108 mələk deməkdir. Krişnaçıların ibadət zamanı istifadə etdikləri müqəddəs təsbehin 108 muncuğu var.
13 niyə nəhs rəqəmdir?
Xristian dünyasında 13 rəqəmi nəhs rəqəm kimi qəbul edilir. Bu rəqəmin uğursuz hesab edilməsinin səbəbi kimi isə, İsa peyğəmbərə xəyanət edən 13 şagird göstərilir. 13 rəqəminin nəhs hesab edilməsinin daha bir səbəbi də var, xristianlara görə cəhənnəmin 13 mələyi var.
Digər inanclara görə, 13 rəqəminin uğursuzluq sayılmasının əsas səbəbi Hz.İsanın 13-cü həvariyununun ona xəyanət etməsidir. Ümumiyyətlə isə, çağdaş tarixçi alimlərin fikrinccə, 13 rəqəminin belə “uğursuzluq simvolu” olmasının başlıca səbəbi qədim romalılarda “13 qapı” aplamından doğur. Belə ki, Qədim Romada mülkədarlar və dövlət adamlarının malikanələrində 12-ci otaqdan sonrakı otaq gözləmə yeri sayılırdı. Oraya göndərilən insan və ya sənəd uzun müddət yaddan çıxdığından, “13-cü otağa get” kəlməsini eşidən romalı uğursuzluğa düçar olduğunu anlayırdı.
Elə rəqəmlər də var ki, elliklə ondan çəkinirik. Bu “şeytan rəqəmi” dediyimiz tip rəqəmlərdir. Üç altının birləşməsinin yaratdığı 666 rəqəmi bir çoxlarının kabusudur. Bu rəqəm konkret olaraq bütün ölkələrdə “şeytan rəqəmi” kimi tanınır. Bu rəqəm haqqında bir çox inanclar var.
İyun ayının 6-sı 2006-cı il, yəni 06.06.06 tarixi. Bu tarix bütün dünyada qorxu ilə qarşılandı. Xristian dünyasında bu tarixdə uşaq dünyaya gətirmək istəməyən qadınlar doğuşu ləngitmək üçün əllərindən gələni edirdilər. Onların inancına görə, bu tarixdə dünyaya gələn uşaq bədbəxt və şeytan ruhlu ola bilər.
Bu inanca dünya şöhrətli siyasətçilər belə inanır. Amerika Birləşmiş Ştatlarının eks prezidentlərindən biri- Ronald Reyqan evinin nömrəsinin 666 olmasından çox narahat idi, ona görə bu nömrənin 668-lə əvəzləndirilməsi üçün müraciət edir və nömrə dəyişdirilir.
Elmdə də 666 rəqəmi əks olunub. Həyatın qaynağı sayılan karbon atomlarının tərkibi belədir: 6 proton, 6 neytron, 6 elektron. Yəni 6-6-6.
9 rəqəmi mütləqiyyət deməkdir
9 rəqəmi isə mütləqiyyətin simvolu kimi xarakterizə edilir. Bir çox inanclarda bu rəqəm ölümü və yenidən doğuluşu ifadə edir. Bunun səbəbi kimi də 9-dan sonra gələn 10 rəqəminin 1 və 0-ın təkrarlanması kimi göstərilir. Hesab edilir ki, 10 yeni nəsə demək deyil, artıq hesablanmış iki rəqəmin birləşməsidir.
Bilirsinizmi, biz anamızın bətnində dəqiq olaraq nə qədər yaşayırıq? Təbii ki, bunu hamımız bilirik, 9 ay. Amma 9 ayın sonrası da var. Dünyaya normal yollarla gələn hər bir insan anasının bətnində 9 ay, 9 gün, 9 saat yaşayır. Yaşlı nəslin nümayəndələri bu sayın sonuna 9 dəqiqə və 9 saniyəni də əlavə edirlər. Çox maraqlı saydır, elə deyil?
Türk mifologiyasına görə, dünyanı yaradan Qara Xan, dünyanın tam mərkəzinə 9 budaqlı şam ağacı əkmişdi. Altaylara görə isə, insanın skeletində; baş, bel, diz, topuq, bilək, çiyin, dirsək, ovuc və ayaq biləyi olmaqla 9 adda əlavə var. Yaqutlara görə 9 Göy Tanrısı var. Altay türklərinin qiyaməti təsvir edən bir rəsimlərində dənizin dibində 9 ucluqlu bir qara daş var. Onların inancına görə, qiyamət günü bu daş 9 yerindən ayrılacaq, tünd sarı rəngdə dəmir atlara minmiş 9 döyüşçü ətrafa hücum edəcək. Dədə Qorqut dastanında, Dəli Domrul doğulanda atası 9 buğa yenir.
Rəqəmlərin yaratdığı maraqlı təsadüflərdən biri də böyük öndər Atatürkün həyatında ortaya çıxır. Atatürk 1881-ci ildə 19-cu yüzilliyin bitməsinə 19 il qalmış doğulub. 1900-ci ildə 19 yaşında hərbi məktəbə daxil olub. 19 May 1919-cu ildə Samsuna getmişdi və mindiyi gəmidə yalnız 19 sərnişin vardı. 19 il türk millətinin taleyini həll edib. Adı və soyadı- “Mustafa Kamal Atatürk” birləşməsi 19 hərfdir. 10 Noyabr 1938-ci ildə saat 9-da dünyasını dəyişib. 10 noyabr+ saat 9 = yenə 19. Atatürk vəfat edərkən 57 yaşında olub. 57 rəqəmi üç 19-un toplamından əmələ gəlir. Bu da ilginc deyilmi?
Türklərin müqəddəs rəqəmi – 7
Yəqin ki, hər biriniz bizim inancımızda 7 rəqəminin qutsal olduğunu bilirsiniz. Körpəliyimizdən bu yana nənələrimizdən dinlədiyimiz nağıllarda həmişə bu rəqəm bizə sehirli görünüb. “7 qardaş 1 bacının nağılı”, “7 divin nağılı”, “7 qu quşu əfsanəsi” və s kimi nağılları çox dinləmişik.
Həm şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatımızda bu rəqəm barəsində çox danışılır. Eyni zamanda mifologiyada da bu rəqəmin qutsallığı vurğulanır. Maraqlıdır ki, həftənin də 7 günü var. Göy qurşağı 7 rəngdən ibarətdir.
Şaman inanclarına görə Tanrı Ülgən insanlara yaxşılıq edən uca bir varlıqdır. Onun qatına gedən yolda yeddi maneə var. Şamanlara görə Tanrı Ülgən yer üzündə ilk olaraq yeddi kişi yaradıb. Onların inanclarına görə tufanın olacağını əvvəldən bildirən dəmir buynuzlu Göy təkə dünyanın ətrafını yeddi dəfə gəzmişdi. Sonra yeddi gün zəlzələ olmuş, yeddi gün dağlar atəş püskürmüşdü, yeddi gün yağış yağmış, yeddi gün fırtına olmuş dolu düşmüş, yeddi gün də qar yağmışdı.
Yeniçərilərdə yeddi qapı var. Adət qapısı, Ət qapısı, Ağa bölüyü qapısı, Solaxaylar qapısı, Meydan qapısı, Çayır qapısı, Qara kənd qapısı. İstanbulda Topqapı Sarayının yeddi böyük qapısı var.
Müqəddəs Novruz bayramımızda gözəl adətlərimiz var. Bu adətlərdən biri də bayram axşamı süfrəyə 7 rəngdə boyanmış yumurta qoyulur. Sonuncu çərşənbə günü süfrədə ən az 7 cür nemət olmalıdır.
Dünyadakı sirli 7-lər
Həftə 7 gun, göyqurşağı 7 rəng, dünyanın 7 möcüzəsi, doğmalıq bildirən 7 nəsil, notların sayı 7, İslam dininə görə kainat 7 mərhələdə yaradıldı, Kəbənin ətrafı 7 dəfə dövr edilir, yəhudilərdə Müqəddəs Şamdan 7 Şamlıdır, qədim yunan adətlərində 7 ağıllı ağsaqqal varmış, yunan mifalogiyasına görə 7 əsas Tanrıça varmış, Misirdə günəş tanrıçası Ra 7 ruhludur, Cində müqəddəs 7 element varmış, Fenq-Şhuidə münasibət forması 7, Afrikalıların Kvanza bayramı 7 simvolludur, istirahət günü həftənin 7-ci günündə, Rio, Roma, İstanbulun hər biri 7 təpə üzərində, hətta Ceyms Bond da 007, üzümüzdə 7 dəlik var, agız, qulaqlar, burun deşikləri, gozlər, dünyada 7 qitə, qızıldərililərə görə 7 mövsüm var, 7 dəniz var, bütün yaponlara görə 7 rəqəmi uğurludur, məktəb yaşı 7, göy üzü 7 qatdır.
“Kainat rəqəmlərdən ibarətdir” deyən Pifaqordan bu yana bütün insanlar həmişə rəqəmlərin özəlliyinə inanıb. Texnoloji inkişafda yeni dövrün- rəqəmsal eranın başlanğıcı isə daha geniş söhbətin mövzusudur.
Qutsal kitablardakı qutsal rəqəmlər də bu sıraya daxil edilə bilər. Uğurlu və uğursuz rəqəmlərə həmişə inandıq. Real olan da oldu, xəyal olan da. Amma gerçək olan yalnız bir şeydir- Tanrı heç bir şeyi təsadüf etməyib. Bütün təsadüflərin tarixçəsi onun zəruriliyini əks etdirir.
Lalə Mehralı
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.