Press "Enter" to skip to content

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

– Elektron kanallardan istifadə etməklə vətəndaşların dövlət işlərində iştirakını iştirakı və məmurlarla qarşılıqlı əlaqə ( elektron şəkildə sənədin alınması)

Sənədləri elektron şəkildə nygydij institutuna necə göndərə bilərəm?

Elektron hökumətin müxtəli subyektlərlə qarşılıqlı əlaqə forması

Elektron hökumət informasiya – kommunikasiya vasitələrindən istifadə etməklə dövlətin idarə olunmasıdır və bu 3 formada təzahür olunur:

– Elektron idarəedici orqan

Ümumilikdə e-idarəetmənin 4 sahəsini ayırmaq olar:

1. Elektron xidmətlər ( e-services). Göstərilən termin altında dövlətin elektron məlumat, program, strategiya və xidmətlər nəzərdə tutulur. Onlar həftədə 7 gün, sutkada 24 saat işləkdirlər. Bura həmçinin xidmətlərin elektron təqdimi, elektron administrasiya və “bir pəncərə” daxildir.

2. Elektron menecment (e-management). Buna daxili informasiya sistemini idarə edən, departamentlər arası elektron sənəd mübadiləsini həyata keçirən dövlət hakimiyyət sistemləri daxildir. Elektron idarəetmə köhnə idarəetmə üsulundan imtina etməklə vətəndaşlar üçün daha təkmil və bitərəf sistem yaradılmasını tələb edir.

3. Elektron demokratiya ( e-democracy). Elektron hökumətin bu növünü təmin etmək və saxlamaq daha çətindir. Elektron demokratiya özündə elektron vasitələrdən istifadə etməklə dövlət siyasətini daha təkmil idarə etməyə və dövlət işlərində elektron vasitələrin köməyi ilə iştirak etməyə imkan verir ( Məsələn, elektron elektron səsvermə və s.)

4. Elektron kommersiya (e-commerce). Elektron kommersiya vətəndaşlara öz vəsaitləri ilə dövlətdən mal və xidmət almağa təklif edir. Məsələn vətəndaşlara vergi borcunu , mənzilinin kommunal xərclərini ödəyə, nəqliyyat vasitələrinin qeydiyyat məsələri ilə bağlı əməliyyat aparmağa imkan verir. Dövlət də öz növbəsində vətəndaşlardan özünə lazım olan xidmətləri ala və tender müqavilələrini bağlaya bilər.

Dövlətin elektron sistemlə idarə olunması üçün şərtlər nəzərə alınmalıdır: “internetləşmənin” müəyyən səviyyəsi (30%-dən dövlət əhalisi və bütün idarəetmə orqanları), lazımlı informasiya-texnologiya vasitələri və formalarının yaradılması (elektron sənəd, elektron imza və s.), maliyyə təminatı, mövcud hökumətə uyğun kadr hazırlığı, cəmiyyətin inkişaf ənənəsi və forması, xarici təcrübələrin dövlətə tətbiq mexanizmi.

Elektron hökumət vətəndaşlar üçün daha rahat, effektli və istifadəli etmək məqsədi ilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edir. Bu göstəricilərə görə elektron hökümətə daxildir:

– İnternet vasitəsilə tam informasiyaya sahiblik (qanunlar, hormativ – hüquqi aktlar, lazımlı sənədlər, iqtisadi-elmi biliklər və s.)

– Elektron kanallardan istifadə etməklə vətəndaşların dövlət işlərində iştirakını iştirakı və məmurlarla qarşılıqlı əlaqə ( elektron şəkildə sənədin alınması)

– Əməliyyatlarının aşkar aparılması vasitəsilə hökumətin hesabatlarının aşkar aparılması. Bu korrupsiya riskini azaldır.

– Vaxt və maddi itki olmadan kiçik biznes sahibləri dövlət orqanları ilə əlaqə qurur (Vergilər Nazirliyinə bəyənnamələrin elektron şəkildə göndərilməsi, Kommersiya hüquqi şəxslərin qeydiyyatı və s.).Cədvəl 2.

Xidmət növü

Adi üsul ilə

E-xidmətlərin tətdiqi ilə

Kommersiya hüquqi şəxslərin qeydiyyatı

Şənədlərin təqdim edilməsi

Torpaq sahəsinin qeydiyyatı

Cədvəl 2

Elektron xidmətlərin tətbiqi ilə vaxta qənaət

Elektron hökumətə keçid üçün resurslara qənaət və işçilərin ixtisarına yönələn qanunvericilik reformasiyası əsas stimul olmamalıdır. Halbuki bunlar vacib reforma amillərdən sayılsada vacib olan xeyiri hökumətin sistemin təkmilləşdirilməsinə və investisiya qoyduğu əsas sahələrdən istifadə etməklə fizikki və hüquqi şəxlər qazanmalıdır. Bütün xeyirdən istifadə etmək üçün hökumət əlaqəyə girəcəyi subyektlər üçün sərfəli şərait yaratmalıdır. Əgər bunlar nəzərə alınmasa elektron hökumətə keçid prosesi dağıla bilər.

Dövlət orqanları və cəmiyyət üçün elektron hökumətə inteqrasiyanın əhəmiyyəti:

1.Elektron hökümət iş qabiliyyətini artırır.

İKT kütləvi informasiya emalı və dövlət orqanları fəaliyyəti ilə bağlı məsələlərin həll effektini artırır. Gələcəkdə effektlilik hökumətdaxili və xarici informasiyanın yayılması hesabına daha da artmalıdır

2. Elektron hökumət xidmətlərin keyfiyyətini artırır.

İstehlakçıya yönümlülük əsas məsələrdən biridir. Xidmət sahəsində təkmilləşdirmə istehlakçının tələbləri üzərində qurulur və online rejimdə olan xidmətlər digər xidmətlərdən fərqlənmir. İnternet bu işdə hökumətə kömək göstərməklə fasiləsiz on-line xidmətləri təqdim edir.

3. Elektron hökumət konkret nəticələrə çatmağa kömək edir.

İnternet bütün maraqlı şəxslərə informasiya, ideya yaymağa və ya konkret siyasi nəticələri almağa kömək göstərir. Məsələn online informasiya təhsil və təlim proqramlarının öyrənilməsi; səhiyyə sektorunda xəstələrin qəbul rejiminin asanlaşdırılması və s.

4. Elektron hökumət hakimiyyət və vətəndaşlar arasında etibarın təmin edilməsinə kömək edə bilər. Bu cür etibarın təmini hökumətin əsas hədəflərindən biridir. İKT buna vətəndaşları siyasi, iqtisadi proseslərdə işlərdə iştirakını təmin etməklə yardımçı ola bilər.

Elektron hökumətin uğurlu inkişafı üçün 10 əsas prinsip göstərmək olar:

1. Liderliklik və öhdəlik. İşə cavabdeh liderlər dəyişiklikləri daima nəzərə almaqla uğurlu nəticələrin əldə edilməsi üçün daima çalışmalıdırlar.

2. İnteqrasiya. Elektron hökumət yeni fürsət açan mexanizm olsa da əsas hədəf deyil. Elektron hökumət siyasətə, hökümətin xidmət sektoruna və hökumətin idarəetməsində vətəndaşların iştirakını təmin edən sahələrə inteqrasiya olunmalıdır.

3. Hökumətdaxili əlaqə. Elektron hökumət o zaman effektli olur ki, vətəndaşların marağı üçün müxtəlif strukturlar eyni qrupda birləşirlər.

4. Maliyyələşdirmə. Bəzən İKT-yə sərf olunmuş xərclər investisiya kimi nəzərə alınmalıdır.Maliyyələşdirmənin baza proqramı innovasiyaları və demonstrasiyalı proyektləri stimullaşdırmalıdır.

5. İmtiyaz. Öz siyasətində dövlət xidmətlərindən on-line rejimdə təqdim edilməsini təkmilləşdirməlidir. Çünki on-line rejimdə təqdim olunan xidmətlərdən off-line rejimdə istifadəçiləri istifadə edə bilmir.

6. Seçim. Vətəndaşlar görəcəyi fəaliyyətləri həyata keçirtmək üçün hansı xidmətlərdən istifadə edəcəkərini sərbəst seçməlidirlər.

7. Vətəndaşların cəlbetmə aktivliyi. Elektron hökumətin təqdim etdiyi xidmət yüksək keyfiyyətə malik olmalıdır və vətəndaşları siyasətin formalaşmasında iştirakını təmin etməlidir ki, vətəndaşların bura qoşulmağa və iştiraka marağı olsun.

8. Məxfilik. Elektron hökumət fiziki və hüquqi şəxlərin kommersiya sirrini qorumaq üçün onlar tərəfindən təqdim edilən məlumatların qorunmasını və yayılmamasına təminat verməlidir.

9. Şəffaflıq, aşkar fəaliyyət. Vətəndaşlarının etibarının qazanılması üçün vacib amildir.

10. Monitorinq və qiymətləndirmə. Vacib məsələlərin həlli zamanı xərcin, gəlirin, islehlakın həcminin nəzərə alınması əhəmiyyətli rol oynayır.

Ümumən isə Elektron dövlətin digər üstünlüklərini aşağıdakı cədvəl 3-dən görə bilərik.

Xarakteristika

Sənayə erası dövləti

Elektron dövlət

Vətəndaşlara şəffaf xidmət

Böyük vaxt itkisi

Birbaşa və imtiyazlı

Dolayısıyla və imtiyazsız

Vəsaitlərin köçürülmə vasitləri

Maliyyə əməliyyatları əl ilə

Vəsaitlərin elektron hesablanması

Böyük vaxt itkisi və əmək sərfi

Qısa vaxt itkisi və rahat

İnfromasiya texnkiasının zəifliyi

İnteqrasiya olunmuş şəbəkə

Cədvəl 3

Dövlət formaları arasında fərq

Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.

Azərbaycan Respublikasıının ərazində yaşayan bütün vətəndaşlara, hüquqi şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə e-xidmətlərin göstərilməsi məqsədilə www.e-gov.az Elektron Hökümət Portalı yaradılıb və 2012 ilin aprel ayından istifadəyə verilmişdirş Yaradılan yeni imkanların əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arsında olan “məsafəni” maksimumazaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflığı təmin etməkdən ibatətdir. Bu məqsədə nail olamq üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğu vacib amillərdəndir. Beynəlxalq təcrübəyə əsaslanaraq, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və münasib şəkildə təşkili üçün dövlət orqanalarının göstərdiyi elektron xidmətlərin vahid istifadəçi dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlərdən yararlana bilər.

2013-cü ilin may ayında planşet və smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş “Elektron hökumət” portalının mobil versiyası təqdim edilib. Burada (www.e-gov.az/mini) istifadəçilər elektron xidmətlərdən sadə formada yararlanmaqla yanaşı, portalda yerləşdirilən xidmətlər haqqında ən yeni məlumatları daha rahat əldə edə bilərlər. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları ilə vətəndaşlar arasında olan “məsafəni” maksimum azalt­maq, münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

2. Elektron hökümət layihəsinin dünya təcrübəsi və Azərbaycana tətbiqi.

Azərbaycan e-hökumət layihəsinə yeni başlayan ölkə sayılır. Bir işə yeni başlayanda isə həmişə dünya təcrübəsinin öyrənilməsi əhəmiyyətli rol oynayır.

Hal-hazırda elektron hökumətin qurulması üzrə əsasən 3 inkişaf modelini göstərmək olar:

– Kontinental Avropa modeli (Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələri);

– İngilis-Amerikan modeli (ABŞ, Kanada, Böyük Britaniya);

-Asiya modeli (Cənubi Koreya, Sinqapur).

1. Kontinental Avropa modeli

Kontinental Avropa modelinin elektron höküməti aşağıdakılarla xarakterizə olunur:

– Qanunların həyata keçirilməsini yüksəldən və effektivliyini artıran bölüşdürmə;

– Dövlətdə öz partnyorunu görməli olan vətəndaşa diqqət;

– Bütün Avropa informasiya sistemini idarəetməyə yönələn ciddi qanunvericilik;

– Dövlət xidmətlərinin təkmilləşdirilməsi.

Dünya ölkələri üzrə öndə e-hökumətin inkişafına görə öndə gedənlərdən biri Hollandiyadır (www.government.nl). Əsas üstünlüyü elektron “bir pəncərə” sisteminin qurulmasında dövlət orqanlarının sıx əlaqəsidir. Burada vətəndaşlar və müəssisələr üçün e-ID uğurla tətbiq edilir. Mütəxəssislərin fikrincə şəbəkəyə genişzolaqlı çıxış Hollandiyaya uğurla elektron hökumətini inkişaf etdirməyə kömək edəcək.

Danimarkanın elektron hökuməti (www.borger.dk) eyni şəbəkədə dövlət, işəgötürənlər və ictimai birlikləri birləşdirən ölkə üzrə elektron əməliyyatların mərkəzidir. Elektron hesabatlarda hər il vətəndaşlar 150 milyon və müəssisələr isə 50 milyon avro qənaət edir. Hər Danimarkalının elektron hökumət portallarında bütün dövlət qurumları və şirkətlərdən gələn mesajları toplayan şəxsi e-mail qutusu var. Portalın xidmətləri arasında tələbə kreditləri, pensiyanın idarəedilməsi, gəlir və ailə vəziyyətinin qeydə alınması var.

Dünyada ilk elektron xidmətlər haqqında qanun qəbul edən ölkə Finlandiyadır ( 2001-ci il ). Qanunda hökumət orqanlarının elektron xidmətlərlə bağlı hüquq və vəzifələri, vətəndaşlara göstərilən xidmətlərin xüsusiyyətləri və onların qarşılıqlı əlaqəsi əks olnub. Finlandiyanın rəsmi veb səhifəsi (www.om.fi) çoxlu miqdarda ixtisaslaşdırılmış xidmətlər təklif edir: islehlakçılara xidmət üzrə agentlik, hüquqi sənədlərin təqdimatı (Ədliyyə Nazirliyi), boş iş vakansiyaları, təhsil müəssisələri, “Virtual Finlandiya” xidməti, Rabitə İnformasiya Nazirliyinin proyektləri və s.

İrlandiyanın elektron hökuməti ( www.gov.ie ) müəssisələrin inkişafı üçün şərait yaradır, belə ki, burada lazımı tender tapmaqdan savayı, ordan qeydiyyatdan keçmək və tenderin iştirakçısı olmaq üçün də ərizə vermək olar.

2 .İngilis – Amerikan modeli.

Dünyada hər zaman liderlər sırasında olması ilə fərqlənən ABŞ-ın elektron hökumətinin veb-portalı (www.usa.gov) aşağıdakı üsullarla federal idarəetmə keyfiyyətin artırır: informasiya xidmətinin təqdimatının asanlaşdırılması; vətəndaşlar, müəssisələr, hökumət və federal işçilər üçün informasiya axtarış xidmətinin asanlaşdırılması, hökümət orqanlarının vətəndaşların müraciət və işlərinin həllərinin tezləşdirilməsi və s. “Elektron hökumətin” inkişafı üçün siyasi və sosial hüquq, resurs təminatı, kənardan yüksək rütbəli məmurlardan köməklik, strateji planlaşdırma və əməkdaşlıq qurulmuşdur. Hazırlanmış strategiyaya uyğun olaraq əsas məsələ oxşar funksiyaları yerinə yetirən müxtəlif qurumlardakı xidmətlərin vətəndaşların rahatlığı üçün ixtisar edilməsidir. ABŞ-da əsas ideya vətəndaş və məmur asılılığını təmamilə aradan götürmək informasiya “ magistralı” yaratmaqdır. ABŞ elektron hökumətinin əsas şüarı da “Daha çox aşkarlıq, şəffaflıq və vətəndaş qarşısında cavabdehlik”dir. Veb-texnologiyaların istifadəyə verilməsi 1 il ərzində Vergilər Nazirliyinin təxminən 32 mln., Təhsil Nazirliyi isə 23 mln. dollar qənaət edir. ABŞ ümumi prinsiplərini analiz edəndə belə qarara gəlmək olar ki, hökumət dövlətin vətəndaşlarla rahat əlaqə qurmasına şərait yaradır, elektron iqtisadiyyatda lider olmağa qərarlıdır və elektron kommersiyanın inkişafına çalışır.

Kanadanın hökumət portalı (www.canada.gc.ca) “Kanadanın dövlət orqanı” adlanır. Bu sayt bütün Kanada vətəndaşlarına demək olar ki, bütün mərkəzləşmiş xidmət və proqramlara istənilən vaxtında və istənilən yerdə girişini təmin edir. İlk dəfə Kanada 1994-cü ildə dövlət strukturlarının informasiya açıqlılığına şərait yaratdı. Kanadalılar inkişaf modelini 3 hissəyə bölərək ümumi 5 ilə “E-Hökumət”i qurublar.

Böyük Britaniya elektron hökumət “Elektron vətəndaş, elektron biznes, elektron idarəetmə” süarı altında qurulub (www.gov.uk). Burada əsas strategiya vətəndaş və biznes tələbatlarının ödənilməsini təmin edən sistemin qurulmaslıdır. Burada internet sistemin yenidən qurulmasına kömək edən əsas vasitələrdən biri kimi seçilmişdir. Müxtəlif internet resusrları bir portalda birləşib. 4000 alternativ idarəetmə saytından islahat nəticəsində 1000-i bağlanmışdır. Elektron xidmətlərdən istifadəni artırmaq üçün vətəndaşlara 10 funt, müəssisələr isə 150 funt güzəşt əldə edirlər. Böyük Britaniya əsasən xidmətlərini internet üzərindən qurmaqla böyük miqdarda vəsaitə qənaət etmiş olur. Ölkənin portalında maraqlı elektron petisia xidməti mövcuddur. Bu xidmət vasitəsi vətəndaşlar hər hansı məsələ ilə bağı qanun üçün müəyyən miqdarda səs toplaya və hazırladığları qanunları parlamentə baxılmaq üçün göndərə bilərlər.

Singapur hökumətinin rəsmi veb-portalı (www.gov.sg) həyat fəaliyyəti ilə bağlı bütün sahələri birləşdirir, bura dövlət idarəetməsi, biznes, təhsil, elm, səhiyyə və hətta əyləncə sektoru da daxildir. Proqramın icrasına hökumət təxminən ilə 500 mln. dollar sərf edir. Bu yaxınlarda elekron sənəd dövriyyəsin 100%lik həddə çatdı, kağız üzərinə yalnız ən vacib sənədlər yazılır. Portal bir-biri ilə əlaqəli 4 bölməni birləşdirir: “Hökümət”, “Rezident əhali”(daimi sakinlər), “Biznes” və “Qeyri-rezidentlər”. Bütün sektorlar üzrə real vaxt rejimində böyük miqdarda informasiya xidməti və interaktiv əlaqə təklif olunur. Bütün bu xidmətlərdən yararlanmaq üçün ilk öncə qeydiyyatdan keçmək lazımdır (login, parol, istifadəçi şifrəsi).

Sinqapur elektron hökumətin inkişafının 5 əsas strategiyası tərtib olunmuşdu:

1. Dövləti rəqəmsal iqtisadiyyat üzrə yenidən qurmaq;

2. İnteqrasiya edilmiş e-xidmətlər göstərmək;

3. Vətəndaşların e-hüquqları üçün cavabdeh olmaq;

4. İKT-ni yeni imkanların inkişafı üçün istifadə etmək;

5. İKT vasitəsilə innovator ( yenilikçi) olmaq.

Cənubi Koreyanın “Elektron hökumət” portalı (www.korea.go.kr) 2012-ci il üçün Elektron Hökümət sektoru üzrə lider ölkə seçilmişdir. O bu yerə iPhone və Android sistemləri üçün çoxlu sayda mobil programların və bütün ölkəni 3G interneti ilə əhatə etdiyinə görə qazanmışdır. Dünya rekordu olaraq bütün xidmətlərin 87%-ni bir portalda toplanılıb. Hər bir vətəndaş portalı öz istəyinə uyğun olaraq düzəldə və mobil programlar vasitəsilə çıxışı təmin edə bilər. Maraqlıdır ki, bütünlüklə sistemi online elektron öyrənmək və online-əmək birja əməliyyatı da portala daxil edilib.

Xarici ölkələrinin inkiaf modellərinin Azərbaycanın “E-hökuməti”nə inteqrasiyası

Azərbaycan öz e-hökumət modelini cədvəl 4-də göstərilən E-hökumət modellərinin istiqamətlərinin formalarının tətbiqi ilə daha yaxşı inkişaf edə bilər. Göstərilənlər Azərbaycanın e-hökumətinə düzgün inteqrasiya olunsa cəmiyyətinin və vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, elektron hökümətin əhəmiyyətinin yüksəldilməsi, Azərbaycan İKT bazarının inkişafı, İnformasiya texnologiyalarına əsaslanan iqtisadiyyata keçid, regonlarda informasiyalaşma fərqinin aradan götürülməsi, informasiya təhlükəsizliyi təmin edilmiş olar.

Ümumi götürsək 2012-ci il dünya ölkələri üçün uğurlu il olub və e-hökumətə inteqrasiyada mühüm addımlar atılıb. 2012-ci ildə əsas tendensiya “e-hökumət” portallarının inkişafı oldu. Hökumətlər aydın olaraq online ödəmənin əhəmiyyətini dərk edirlər. 2012-ci ildə ölkələrin 40%-də vergi və digər ödənişlərin elektron formada ödənilməsi üçün şərait yaradılmışdır. Dünyanın 34 ölkəsində vətəndaşlar elektron portal vasitəsilə sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə ala bilərlər.

Hesab olunur ki, bir çox ölkələr hələ də elektron dövlət xidmətlərindən lazımınca geniş istifadə etmirlər. Kiosklardan, pulsuz Wi-Fi və mobil şəbəkə vasitəsilə e-hökumətdən istifadə ölkələri EGHİ indeksi üzrə liderlər kimi göstərir (EGDİ indeksi – bu əsas elektron hökumət üçün vacib aşağıdakı göstəricilərin birləşməsidir: elektron formada təklif olunan xidmət, telekomunikasiya infrastrukturun inkişafı və insan resursu).

Vətəndaşlara dövlət ödənişlərini öz mobil hesablarından imkan verən Mobil hökümət ( m-hökumət) hələki 33 ölkədə uğurla realizə olunur. 27 ölkədə məmulardan SMS bildirişləri alınır. Analitiklərin fikrincə m-xidmət sektoru bu yaxınlarda daha da inkişaf edəcək. Mobil əlaqə həmçinin yaşlı, əlilliyi olan və kəndlərdə yaşayan əhalinin imkanlarını da artırır. Nəzərə alsaq ki, mobil telefon əsasən şəxsi predmetdir onda dövlət konkret şəxsə hər hansı məsələ ilə bağlı da kömək edə bilər.

Sosial şəbəkələrin sürətli inkişafı da 78 dövləti Facebook və Twitter-də rəsmi səhifə açmağa vadar edib. Sözsüz ki , 66% bütün dövlət bildirişlərinin SMS vasitəsilə aparılmasında ABŞ liderdir. Latın Amerikasında ən çox istifadə olunan xidmətlərdən biri dövlət orqanları ilə online-danışıqlardır.

3. Azərbaycanın e-hökuməti BMT-nin hesabatında.

“2013-2015-ci illərdə elektron hökumətin inkişafı” adlı dövlət programı Azərbaycan Respublikasında e-hökumətin əsas istiqamətini müəyyən edir. Bu proqramda nəzər salınmalı amillərdən biri Azərbaycanda e-hökumətin inkişaf indeksidir. Dünyanın 191 ölkəsinin e-hökümət layihəsinə başlama səviyyəsi BMT-nin (Benchmarking E-government: A Global Perspective) İqtisadi və sosial inkişaf demartamenti göstərilir və hər il bu barədə hesabatlar (E-Government Readiness Report) dərc olunur, indeksləşdirmə aparılır.

Qiymətləndirmənin əsasını dövlət orqanlarının saytlarının veb-monitorinqi təşkil edir. Hər il dərc olunan hesabatlarda indekslər ölkələrin elektron inkişafı (E-Government Readiness ) və elektron iştirakı (eParticipation) qiymətləndirilir. Elektron hökümətin inkişafına təsir edən 2 aspeks fərqləndirilir:

– Potensial (Capacity). Bu əhali, biznes və İKT-nin e-hökumətə keçidinin inkişaf potensialının səviyyəsini müəyyən edir.

– Hazırlıq (Willingness). Dövlət tərəfindən əhalinin bu barədə informasiya və biliklərlə təmin olunmasını göstərir.

Elektron hökumətin inkişaf reytinqi özündə 3 komponentin inkişaf göstəricilərini təcəssüm etdirir: e-xidmətlərin inkişafı, İKT infrasturunun inkişafı və insan inkişaf potensialı.

E-xidmətlərin araşdırılması 4 qiymətləndirmə istiqaməti əsasında aparılır:

– Şəbəkədə ilkin informasiya iştirakı (emerging online presence);

– Şəbəkədə genişlənmiş informasiya iştirakı və e-xidmətlər (enhanced presence);

– Elektron qarşılıqlı əlaqə nəticəsində xidmət göstərilməsi (transactional presence);

– Dövlət orqanlarının öz aralarında və dövlətlə vətəndaş əlaqələrini göstərən e-xidmətlər (connected presence).

Qiymətləndirmə suallara cavab əsasında tərtib edilir, hər “hə” cavabına görə 1, “yox” cavabına görə “o” xal verilir. İstisnaya yalnız e-xidmtələrin formalarının istifadəsinə əhatə edən suallar daxildir ki, bunlarda 10 ballıq sistem üzrə aparılır.

2012-ci lin nəticələrinə görə BMT-nin hesabatlarında (E-Government Readiness Report) “Elektron hökümət”in inkişaf indeksi liderləri sırasında ilk 5-likdə Cənubi Koreya, Hollandiya, Böyük Britaniya, Danimarka və ABŞ yer alıb (Cədvəl 5).

Elektron hökümətin inkişaf indeksi

EH inkişaf indeksi

İnsan inkişaf potensial

Elektron hökumətin inkişaf indeksi üzrə lider ölkələr ( BMT 2012)

Qeyd etmək lazımdır ki, uğurlu siyasi inkişaf nəticəsində Azərbaycanın göstəriciləri dünya üzrə orta göstəriciləri keşmişdir (Cədvəl 6)

İndeks / indeks komponentləri

Dünya üzrə orta göstərici

E-hökumətin inkişaf indeksi

İnsan inkişaf potensialı

Azərbaycanın və dünyanın e-hökumətin inkişaf göstəriciləri üzrə orta göstəriciləri

Azərbaycanın göstəricilərinin 2003-cü ildən başlayan dinamikası Cədvəl 7-də göstərilib. Göstəricilərdəndə aydın görmək olur ki, Azərbaycanın insan resursları üzrə inkişaf indeksi daima yüksək səviyyədə olub. Həmçinin İKT ifrastrukturunda da əhəmiyyətli artım hiss olunur. Göstəricilər yalnız 2012-ci əhatə etdiyinə görə e-xidmətlər burada nisbətən aşağı dərəcələrlə göstərilib, lakin E-hökümət portalının istifadəsinin artması ilə demək olar ki bu göstərici 2013-cü ilin hesabatında əhəmiyyətli dərəcədə artıq olacaq.

İllər

İndeks

Reytinqdə sıralama

Elektron xidməəti inkişafı

İKT infrastrukturu

İnsan kapitalı

Azərbaycan Respublikasında e-hökumətin illər üzrə inkişaf indeksləri

4. Azərbaycanda IKT və internet

Müasir dövrdə informasiya texnologiyaları hər bir dövlətin, xalqın ümumi inkişaf səviyyəsindən, intellektual potensialından xəbər verən sosial, iqtisadi və mədəni yüksəlişini təmin edən mühüm göstəricilərdən birinə çevrilib. Hazırda informasiya və bilik bazarının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, IKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir. Rəqabətədavamlı strateji resurs kimi artıq dünyada bilik istehsal edən müəssisələr geniş yayılıb, bilik istehsalının bir neçə konsepsiyaları, məktəbləri, təlimləri mövcuddur. İnformasiya cəmiyyətinin bərqərar olduğu, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici rol oynadığı müasir dövrdə informasiya texnologiyalarının çox böyük sürətlə inkişaf edərək həyatın bütün sahələrinə sürətlə sirayət etməsi reallıqdır. Ölkədə Elektron hökümətin qurulmasında İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı vacib amildir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına görə 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacaq. Bütün bunların təbii-ekoloji və digər proseslərin monitorinqinin aparılması, təbii fəlakətlərə müdaxilənin effektivliyinin artması və bir sözlə Azərbaycanda elmi tutumlu texnologiyaların inkişafı üçün zəmin yaradacaq.

– İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi;

– İKT-nin inkişafı ilə biliyə əsaslanan iqtisadiyyatın qurulması;

– Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin genişləndirilməsi ;

– Elektron xidmətlərin inkişaf etdirilməsi;

– Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin fəaliyyətinin inkişaf etdirilməsi;

– Cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi;

– Rəqabətqabiliyyətli və ixrac yönumlu İKT potensialının gücləndirilməsi .

İKT-nin inkişafı görə konsepsiya vəzifələrinin həyata keçirilməsi üçün aşağıdakılar təklif olunur:

1. İKT, informasiya və elm – texnoloji vasitələri istehsal edən müəssisələrinin inkişafı üçün vergi və gömrük dərəcələrində güzəştlər tətbiq etmək.

2. İKT bazarında müəssisələrin rəqabəti üçün eyni şəraitin yaradılması. Burada əsas problem bütün informasiya və telekomuknikasiya sahəsində antimonopoliya siyasətinin yaradılmasıdır.

3. İKT-yə aid qanunvericiliyin təkmilləşdirilməsi. İnformasiya texnologiyaların inkişafını təmin etmək üçün biz keçen əsrin 90-cı illərin informasiya qanunlarından imtina edərək yeni qanunvericilik bazası yaratmalı və daima təkminləşdirməliyik.

4. İKT texnologiyalarının öyrənilməsi üçün məktəblərdə “1 şagird 1 komputer” layihəsini gerçəklişdirməklə universitetlərimizdə də elektron vasitələrlə tədris keçmə (komputer, elektron lövhə, proyektor və s.) yanaşı öyrədilmə və öyrənilmə səviyyəsində də təkmilləşdirmə aparmaq lazımdır.

5. Yüksək ranqlı informasiya vasitələrinin hazırlanması və təkmilləşdirilməsi üçün bu sahəyə aid mütəxəssislərin hazırlanması.

Kompüteri olan ev təsərrüfatlarının ölkə üzrə bütün ev təsərrüfatlarında payı, faizlə

Kompüterdən istifadə etmiş əhalinin ölkə üzrə bütün əhalinin sayında xüsusi çəkisi, faizlə

Evdə İnternetə çıxışı olmuş ev təsərrüfatlarının ölkə üzrə bütün ev təsərrüfatlarında payı, faizlə

Əhalinin hər 100 nəfərinə düşən İnternet istifadəçilərinin sayı, nəfər

Ay ərzində İnternetdən 20 saatlıq istifadə üçün orta tarif, manat

İKT-nin inkişaf indeksi

İKT sistemlərinin mövcudluğu və istifadəsi

Cədvəldən 8-dən göründüyü kimi Komputerdən istifadə üzrə hər il ötən ilə nisbətən böyük faiz artımı olsa da hələ də bu istənilən səviyyədə deyil. İnternet istifadəçilərin sayında artımı nisbəti daha yaxşı səviyyədə saymaq olar. Son illər İKT sahəsinə qoyulan sərmayənin nəticəsinin isə yaxşı səviyyə olduğu İKT-nin inkişaf indeksindən görmək mümkündür.2011-ci illə müqayisədə indeks 26% artmış və 7,52 indeks səviyyəsinə çatmişdır.

Azərbaycan ən mühüm komponentlərindən biri olan elektron iştirak indeksi üzrə də xeyli irəliləyiş əldə edib. Respublikamızın qeyd olunan indeks üzrə mövqeyi Mərkəzi-Şərqi Avropa dövlətlərinin əksəriyyətindən xeyli yüksəkdir. Rumıniya, Slovakiya, Türkiyə, Bolqarıstan, Sloveniya, Belarus, Yunanıstan və digər ölkələr elektron iştirak indeksinə görə, respublikamızdan sonrakı yerlər­də qərarlaşıblar.

İKT sektoru 2004-2013-cü illər üzrə hər üç ilədən bir təxminən təxminən 2 dəfə yüksəlmişdir. 2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olmuşdur. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir.

Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya texnologiyaları 2013″ hesabatında Azərbaycan ”Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir. Hesabata əsasən, Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB və orta Asiya ölkələri arasında liderdir və eləcə də, 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşmışdır.

BMT İnternetə çıxışı insan hüquqlarının bir növü kimi tanıyıb və buna görə də hökumət tərəfindən internetə çıxış təmin edilməlidir. Ümumi qəbul olunmuş standartlara görə, elektron hökumətin effektivliyinin şərtlərindən biri əhalinin 60%-nin genişzolaqlı İnternetlə təmin olunmasıdır. Lakin Azərbaycanda ADSL texnologiyası üzrə sürətli İnternet iri şəhərlərdə və bəzi rayon mərkəzlərində yayılıb, həmçinin Cədvəl 9-dan göründüyü kimi hələ ki, genişzolaqlı internet 53%-dir. Ölkənin bir çox kəndində genişzolaqlı İnternet, bəzi kəndlərində isə ümumiyyətlə telefon naqili yoxdur. Mobil İnternetin hesabına bu problem qismən həll oluna bilər. Lakin 3G texnologiyası hələ hər bir ərazidə rahat istifadə etmək mümkün deyil.

İnternetə qoşulma faizlə

İnternetlə bağlı problemlərdən biri qiymətdir. Azərbaycanda İnternetin qiyməti son illər azalmasına baxmayaraq hələdə yüksək olaraq qalır.Hazırda 1 Mbit/s üçün təxminən 10 manat təşkil edir. Minimal əməkhaqqı göstəricisi ilə nisbətdə bu, təxminən 10 % təşkil edir, halbuki İnkişaf Etmiş Ölkələrdə bu göstərici çox aşağı səviyyədədir. Bu üzdən internetin qiymətinin dövrü olaraq minimal əməkhaqqı göstəricisi üzrə 5 %, sonra isə 1 % miqdarında edilməsini təklif edərdim.

Bəzi hallarda provayderlərin təqdim etdiyi sürət ATS-lərin xətt imkanlarının məhdudluğundan irəli gəlir. Beləliklə, istər provayderlərin, istərsə də ATS-lərin infrastrukturu böyük həcmdə yüksək sürətli internet xidmətlərinin göstərilməsi üçün texniki tələblərə cavab vermir. Genişzolaqlı internetə qoşulmanın dünya üzrə orta sürəti 7,6 Mb/s, Azərbaycan üzrə isə 1,7 Mb/s-dir. Bakı üzrə orta genişzolaqlı internet sürəti 2,6 Mb/s səviyyəsindədir. Bunun səbəblərindən biri qiymət olsa da internetin köhnə telefon xətləri vasitəsilə ötürülməsidir ki, bəzən internetin sürəti 2 dəfəyədək düşür. Bu üzdən internetin ötürülməsinin telefon xətlərindən fiber-optik kabellər üzərinə ötürülməsini təklif edərdim. Bunun üçün isə ilk növbədə fiber-optik kabellərin quraşdırılması sürətləndirilməlidir.

“Google inc.” şirkəti ABŞ-da dövrü olaraq bəzi şəhərləri pulsuz Wi-Fi –la təmin etdiyi kimi pilot layihə kimi Azərbaycanın bəzi regionlarda bu tip pulsuz Wi-Fi şəbəkə sahələri yaratmaq olar.

5. Problemlər və təkliflər

Azərbaycanda e-hökumət sistemi qurulsa da hələdə bütün işlər qaydasında deyil. Bu problemlər meydana çıxdıqca həlli yolları axtarılır və sistem get-gedə inkişaf edir.Gəlin elektron hökümətin inkişafına mane olan amillərə baxaq:

1. İnternetə kütləvi çıxışın təmin edilməməsi. Avropa Birliyi və ABŞ sakinləri əsasən ev komputerləri vasitəsilə internetə çıxışı varsa, Qrafik 1-dən göründüyü kimi Azərbaycanda yalnız 40,9% ev komputerleri vasitəsilə daxil olurlar, digər hissəsi məktəblər, internet kafe, iş internet istifadə edir. Buna görə də, vətəndaşların e-hökumət portallarına rahat çıxışının təmin edilməsində bu fakt nəzərə alınmalıdır.

2. Məhdud maliyyələşmə. Bir çox ölkəllərdə bu layihənin maliyyələşməsi bütün infrastrukturun yeniləşməsini tələb etdiyindən çox maliyyələşmə tələb olunur, buna görə də uyğun və sərfəli yol tapılmalıdır. Hesab edirəm ki, Ruminiya təcrübəsi ən yaxşısıdır. Burada hökumət orqanları kiçik və orta bizneslə internet vasitəsilə əlaqə qurur və ən yaxşı vartiant elektron satınalma və tenderlər sayılırlar. Bu sistemdəm istifadə nəticəsində 50%-ə qədər vəsaitə qənaət edilmişdir.

3. Siyasi iradə və Bürokratik əngəllər. Elektron hökümətin qurulması üçün əsas şərt komputerlərin alınması və veb-saytın qurulması deyil. Bu yalnız əməliyyatları avtomatlaşdırmağa və “kağız dünyasından” çıxmağa kömək edəcək.Elektron idarəetmədə daha çox hökümətin transformasiya olunmasıdır: o planlaşdırma, siyasi iradə və lazımlı resursların formalaşmasını tələb edir. Öz-özlüyündə nə yeni texnologiyaların alınması, nə çətin proseslərin avtomatlaşdırılması dövlət idarəçiliyini inkişaf etdirə və ya dövlət idarəçiliyində iştirak səviyyəsini artıra bilməz. E-hökümət layihəsi yalnız dövlət məmurlarının iştirakı ilə həyata keçirilə bilər. Yalnız bu halda maliyyə resursları, müvafiq qanunvericiliyin qəbul edilməsi təmin edilir. Texnoloji inqilab köhnə fikirli idarəedicilərin sonu olmalıdır. Hər bir məmur bu sistemin özü və dövləti üçün nə dərəcə də əhəmiyyətli olduğunu anlamalı və gələcək inkişaf namimə bir çox kphnəyönlü fikirlərinlərindən əl çəkərək elektronlaşmaya kömək etməlidirlər.

4. Inzibati informasiya sistemlərinin keyfiyyəti. Dövlət orqanları ilə cəmiyyətin qarşılıqlı virtual əlaqəsi əlbəttə müxtəlif icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin keyfiyyəti, tamlığı və bütövlüyündən asılıdır. Sistemlərin əlaqəsi, informasiya resurslarının üçün ümumi standartların qəbulu, üfüqi səviyyədə informasiya mübadiləsi üçün imkanlar təmin edilməsi, dövlət informasiya ehtiyatlarında sadə axtarış e-hökumətin inkişafında mühüm məsələlərdəndir.

5. İnternetdən istifadə üçün əlavə motivasiya. Estoniyada Dünya Bankı tərəfindən aparılan tədqiqatlar göstərir ki, hətta inkişaf etmiş internetə çıxış sisteminin olması belə vətəndaşların hökümət orqanlarına geniş müraciətinə zəmanət vermir. Buna görə bu sistemdən istifadə üçün hər hansı motivasiya tədbirləri yaratmaq olar.Məsələn vergiləri daima online ödəyən ödəyicilərə müəyyən faiz güzəşt edilə bilər.Aşağıdakı Qrafik 2-dən də göründüyü kimi əhalinin elektron vasitələrlə hökümət orqanlarına müraciət və xidmətlərdən istifadə yalnız 12 faiz təşkil edir ki, bu da çox azdır.

6. Bələdiyyə problemi. “E-hökumət” portalı idarəetmə orqanları ilə vətəndaşlar və hüquqi şəxslər arasında qarşılıqlı əlaqəni təmin edir. Dövlət orqanlarının çoxu artıq “E-hökümət portalına” inteqrasiya olunsada bələdiyyələrdən hələ təəssüflər olsun ki, heç bir yenilik yoxdur. Bələdiyyələr xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumatları, bələdiyyə üzvləri tərəfindən 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabatlar verilməsini, bütün iclasların protokollarının saytda yerləşdirilməsini təmin etməlidirlər. Ancaq bütün bunlara baxmayaraq hələ də bələdiyyələrin elektronlaşması gecikir. Bələdiyyələrin elektronlaşması ilə bələdiyyələr yerli özünüidarəetmə fəaliyyətlərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini, vətəndaşa və digər qurumlara internet vasitəsilə böyük miqyasda xidmət göstərilməsini, qurum daxilində işçilərin kompüter şəbəkələri ilə öz aralarında fəaliyyətlərinin qurulmasını, həmçinin qurumdan kənar lazımi qurumlarla informasiya mübadiləsi fəaliyyətinin təşkilini etməlidirlər. Bələdiyyələrin portala keçidin üstünlüyü ondan ibarətdir ki, ərazidə yaşayan vətəndaşı maraqlandıran informasiya, yaxud müraciətinə cavab bələdiyyə tərəfindən bələdiyyənin saytında yerləşdirilmiş olsun. Bu zaman bələdiyyəyə müraciət etməyə ehtiyac qalmır, lazım olan informasiya portaldan götürələcək. Burada həm vətəndaş, həm də bələdiyyə tərəfindən zaman itkisinə yol verilmir, növbələrdə durmağa ehtiyac qalmır, vətəndaş bürokratiya ilə qarşılaşmır, operativlik təmin olunur. Çünki bələdiyyədə vətəndaşlar bürokratiya ilə qarşılaşmamalıdırlar, bütün görülən işlər şəffaf olmalıdır. Bələliyyələrin portala inteqrasiyasından əvvəl bələdiyyələrin özünün elektronlaşması təmin edilməli sonra isə bu sistemin inteqrasiyası təmin edilməlidir. Bələdiyyələrin elektronlaşması proqramı 3 mərhələdə gerçəkləşdirilməlidir:1) bələdiyyələrin tam komputerləşməsi, internet saytlarının yaradılması, yerli özünüidarəetmədə maliyyə-büdcə komputer proqramlarınının tətbiqi işlənməli; 2) bələdiyyələrdə sənəd dövriyyəsinin elektronlaşması, ön ofisin elektronlaşması prosesi aparılmalı; 3) kommunal xidmətlərin elektronlaşması başa çatdırılmalıdır.

7. E-hökumətin təhlükəsizliyi. “E-hökumət” portalında vətəndaş qeydiyyatdan keçərkən vətəndaşın sənədlərlə identifikasiya olunması tədqirə layiq hərəkət olsa iş bununla bitmir. İnformasiya təhlükəsizliyi ilə vətəndaşın məlumatları portalda qeydiyyatdan sonra da təmin olunmalıdır. Çünki gələcəkdə e-hökümət portalında vətəndaşları məlumatları və əməlyyatları daha geniş təsvir olunacaq və bu tip məlumatlara digər bir şəxsin kiber hücum nəticəsində malik olması həmin vətəndaşı və ya müəssisəni təmamilə müflis edə bilər. E-problemlər təhlükəsizliyin 2 istiqamətdə pozulmasından yarana bilər:

– Daxildən sistemin dağıdılması (bu sistemə sistemə daxildən girişi olan insanlar tərəfindən edilə bilər);

– Xarici təhlükə (bu sistemə xaricdən müdaxilə edilməsidir ki, əsasən kibercinayətkarlar tərəfindən həyata keçirilir); Həmçinin təbii amillər nəticəsində sistemə girişin dayandırılmasına (buna misal olaraq maqnit dalğası nəticəsində informasiyanın silinməsi, təbii fəlakətlər və s.) səb əb ola bilər.

“E-hökumət” təhlükəsizliyin daha güclü qorunması baxımında vətəndaşın istəyi ilə “sahibin səs dalğası” texnologiyasından istifadə edilməsinə məsləhət görərdim. Cünki səs dalğası insanın əl izləri və göz qişası strukturu kimi idendifikdir. Əl izini komputer vasitəsilə göndərmək çətin, göz qişası strukturunun skayner aparatının çox bahalı olmasını nəzərə alaraq “sahibin səs dalğası” texnologiyası digərləri ilə müqayisədə daha səmərəlidir və demək olar ki, hər bir komputer insanın səs dalğa nümunəsin götürə bilər.

Digər təhlükəsizlik tədbiri kimi viruslardan müdafiədir. Hal-hazırda gündə 10-15 virus yaradılır və bu say artımı həndəsi silsilə ilə artır. Bu cəhətdən təklif edərdim ki, “E-hökumətin” təhlükəsizliyi üçün hər hansı bir dünyaşöhrətli antivirus şirkəti müqavilə imzalansın və bu saytda işıqlandırılsın. Məsələn www.mail.ru elektron poçt saytı “Kaspersky Lab” antivirus şirkəti tərəfindən müdafiə olunur və bu istifadəçilərdə güvənlik hissi yaradır.

8. Elektron hökumətlə bağlı digər problem bu sistemə cavabdeh olan şəxslərin hələ də elektron sistemi və ya İKT sistemini tam öyrənməməsidir.Bu üzdən Portalın istifadə edilməsinin və keyfiyyətlə idarə olunmasının artırılması üçün tədris mərkəzlərinin açılmalıdır. Tədris mərkəzləri həm Bakı, həm də rayonları əhatə etməli və bunlar vahid mərkəzdən idarə olunmaldır. Burada həm elektron hökumət sektoru üzrə çalışan həm də arzu edilən fiziki və hüquqi şəxslər təhsil almalıdır. Buralarda həm əyani, həm də distant təhsil sistemi qurula bilər. Bu qurulacaq layihə kimi nümunəni Vergilər Nazirliyindən götürmək olar, belə ki, Vergilər Nazirliyi öz əməkdaşlarının daima təkmilləşdirilməsi üçün Şamaxı rayonunda yüksək keyfiyyətli Tədris Mərkəzi inşa edib və vergi əməkdaşları daima orada təmkilləşdirmə kurslarında iştirak edirlər.

9. Qərb dövlətlərində olduğu kimi Azərbaycanda da vətəndaşların informasiyadan yararlanmaq kimi konstitusion hüququnu reallaşmasına nəzarət edən xüsusi dövlət vəzifəsi yaratmaq. Məsələn ABŞ-da bu vəzifə “İnformasiya üzrə əsas nəzarətçi” (Chief information officer), Böyük Britaniyada “Elektron elçi” (e-envoy) adlanır, Azərbaycan isə bunu “Elektron nəzarətçi” adlandırmaq olar.

Dövlət Qulluğu vəzifələrinə qəbul zamanı 1ci mərhələdə 100 test-dən yalnız 10-nu İnformatika sahəsinə aid olunur. Bütün dövlət orqanlarında İKT vasitələrindən geniş istifadəni nəzərə alaraq təklif edərdim ki, 1-ci mərhələdə ya İKT-yə aid test suallarının sayı artırılsın ya da 10 testdən minimum 5-ni yazmaq məcburi olmağı barədə qərar qəbul olunsun.

Elektron hökümət portalı ümumən xoş təsir bağışlayır. Portalda bəzi xidmətlərdən istifadə zamanı bəzən xətalar olmasına baxmayaq bu əsasən yüklənmə səbəbindən və ya hələ də xidmətin tam inteqrasiya olunmadığından və gələcəkdə həll olacağına görə bu məsələlər üzrə yox əsas texniki təkliflər vermək istərdim:

– Portalda “sayt üzrə axtarış” bölməsinin olmaması. Vətəndaş bəzən xidmətdən istifadə zamanı həmin xidmətin saytda olub-olmadığını və ya hansı bölmədə olduğunu bilməyə bilər. Bu üzdən “sayt üzrə axtarış” bölməsinin yaradılması zəruri hesaab edirəm;

– Portalda bəzi nazirliklər üzrə online müraciət və məlumat xidmətləri eyni sırasındadır. Təklif edərdim ki, Qazaxstanın e-hökümət portalında (egov.kz) olduğu kimi online xidmətlərin qarşısında qırmızı şriftlə “online” yazılsın və ya xüsusi online xidmətlər bölməsi yaradılsın ki, vətəndaş daha rahat istədiyi xidmətdən istifadə etsin;

– E-hökümət portalı yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Lakim Azərbaycan beynəlmilər dövlət olduğunu və burada digər dillərin nümayəndələrinin yaşadığını və turistlərində ölkəyə gəlməmişdən əvvəl bu xidmətlə maraqlanacağını nəzərə alaraq ən azı 3 dildə (Azərbaycan , ingilis və rus dili) portalın işləməsini təklif edirəm ;

– Portala giriş zamanı “Kömək” bölməsindəki düyməni basarkən yüklənən yeni kömək bölməsində bütün məlumatlar rus dilində olur. Təklif edərdim ki, yüklənən səhifədəki məlumatların dil seçimini vətəndaş özü seçsin ;

– Portalda “Şəxsi Kabinet” yaradılsın. Buradan vətəndaş e-mail göndərə və ya qəbul edə, bank əməliyyatları, ödənişlərinə nəzarət və s. əməliyyatlar edə bilər;

– Elektron hökumət portalı həm də vətəndaşlarla dövlətin qarşılıqlı əlaqəsidir, dövlətin vətəndaşlara təsir göstəricisi ilə yanaşı vətəndaşında dövlət işlərində iştirakını təşkil etməlidir. Bu üzdən təklif edərdim ki, portalda dövlət qanunvericiliyin qəbulunda vətəndaşların da iştirakı və ya köməyi təmin edilsin. Bunlara misal olaraq Böyük Britaniyada parlamentə petisiyaların göndərilməsi və ya Vergilər Nazirliyin rəsmi internet səhifəsində ( www.taxes.gov.az) daima yerləşdirilən “Vergi Məcəlləsi: birgə yazaq” kompaniyasını göstərmək olar ;

– Sinqapurun “e-hökumət” portalında olduğu kimi Azərbaycanın portalındada “Qeyri-rezident” bölməsinin açılması və ya Azərbaycana son dövrlər turist axınının artmasını nəzərə alaraq “Turistlər üçün” bölməsinin açılması;

– Vətəndaşların portala cəlbi üçün bəzi dövlət əyləncə sektorunun da portala inteqrasiyası yaxşı olardı;

– Portalda həmçinin digər G2G prinsipi üzrə digər dövlət orqanlarının və Respublikanın rayonlarının rəsmi internet səhifəsinə keçidlərin yerləşdirilməsini təklif dərdim;

– “Xəbərlər” bölməsinin yaradılması. Burada Respublika əhəmiyyətli son xəbərlər yerləşdirmək olar. Portalda “Yeniliklə bölməsi olsa da burada yalnız Elektron hökümət xəbərləri yerləşdirilir.

– “Yeniliklər haqqında elektron poçt gəlsin” xidməti aktiv olunsa yaxşı olardı. Bu xidmət vasitəsilə xidmətə qoşulan hər hansı bir sektor üzrə yenilik olan zaman məlumat bildirişi gələr.

1. www.e-gov.az / Azərbaycan Respublikasının “Elektron Hökümət” portalı.

2. UN Global E-government Survey (2003/ 2004/ 2005/ 2008/ 2010/ 2012) / BMT-nin E-hökumətlə bağlı hesabatı (2003/ 2004/ 2005/ 2008/ 2010/ 2012).

3. Elektron hökumət bülleteni (2013 yanvar/ fevral/ mart/ aprel/ may/ iyun/ iyul/ avqust ayı).

5. Rabitə və informasiya texnologiyaları nazirliyi Əli Abbasovun çıxışları.

6. M.A. Sedinkin: “Xarici ölkələrin elektron təcrübəsindən istifadə”.

7. Y. İrxin: “Elektron hökumət”in nəzəriyyəsi, metodologiyası və innovasiya təhlili üsulları.

8. Y. İrxin “ “Elektron hökumət”: nəzəriyyə və praktika”.

9. D.Tanskot : “Elektron – rəqəmsal cəmiyyət: şəbəkə intelektinin müsbət və mənfi cəhətləri

10. www.taxes.gov.az / Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytı

11. www.vergiler.az / Vergilər qəzeti

12. Nyankina E.S, Poqodina E.S.: “Elektron hökumətin perspektivi”.

13. Poçepçov Q.Q: “İnformasiya siyasəti”.

14. Çelişova: “Elektron idarəetmədən elektron dövlətə.”

15. Trifalenkov İ.A.: “Elektron hökumət:şəxsi məlumatların müdafiəsi”

16. Bondorenko SV : “ Elektron hökumətin təhlükəsizliyi: bürokratiya və “resolutique”nin formalaşma ehtimalı”.

Bu məqalə “Elektron hökumət”lə bağlı yazı müsabiqəsi üçün hazırlanmışdır.

Qeydiyyat nömrəsi : 154

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

İyulun 18-i saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilir. Proses sentyabrın 14-dək davam edəcək.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə edəcəklər.

İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, elektron qəbul sistemi 15-21 sentyabrda qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.