Press "Enter" to skip to content

Söhrab Tahir -Azərazər- Əsərləri- Şeirlər -I- II- Baki – 2012

Hansı iclasdasa dəliqanlını
Dilucu təriflə cilovlayırlar,
Neçə qarınqulu indi hardasa
Nəsə tərifləyib pilovlayırlar.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Xalq şairi Söhrab TAHİR.Seçmə şeirlər

Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın,
Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun,
Ortadan qurumuş bir dəli çayda.

Bir gün xalqım üçün şairləşəndə,
Şair torpağıma quylanacağam.
Vətən birləşəndə,
Xalq birləşəndə,
Mən də öz qəbrimdən boylanacağam.

Dədi dərd olmuşdur elin də mənə,
Ağladım, bir naşı güləndə mənə,
Heç kəs ağlamasın öləndə mənə,
Mən heç vaxt, heç zaman ölmərəm daha!

Azad qardaşım var, onunla xoşam,
mən gərək sahili sahilə qoşam,
iki bölünməkdən elə qorxmuşam
Çöpü də ikiyə bölmərəm daha!

Dənizlər, dəryalar mənə dayazdır,
Ən dərin bir çay var, o da Arazdır.
Mənə görüş verin, azadlıq azdır,
Görüşsəm ayrılmaq bilmərəm daha.

Ömrümdən qürbətlər, yadlar qovulsun,
Keçmişim yiyəsiz qaldı, qoy olsun!…
Ancaq gələcəyim mənimki olsun,
Mən onu ömrümdən silmərəm daha!

Mənim səadətim hardasa itdi,
O asan gəlmişdi, asan da getdi,
Mənə nə etdisə səadət etdi,
Bədbaxt səadətə gülmərəm daha!

Qorxaqlar önümdə çöküb əyilsin,
Vətənsiz vüqarım göyə dikəlsin;
Deyin azadlığa ardımca gəlsin,
Mən onun ardınca gəlmərəm daha.

Tərifin qəribə hörməti vardır,
Tərifin neçə cür sifəti vardır.
Vardır başqasını pisləyən tərif,
Bir söyüş tərif var, bir ögey tərif,
Borc tərif, bəy tərif, həm giley tərif.

Bir az tərifinin vaxtı keçəndə
Köhnə rezin kimi boşalır adam,
Durub tərif üçün qapılar gəzir,
Tərif naqqalını tapıb dincəlir,
Köhnə rezin kimi boşalır adam.
Acı xəmir kimi turşalır adam.

Hansı iclasdasa dəliqanlını
Dilucu təriflə cilovlayırlar,
Neçə qarınqulu indi hardasa
Nəsə tərifləyib pilovlayırlar.

Olanı deyəndə ləzzəti olmur,
Olanı deyəndə bu tərif olmur,
İstəyir ver ona olan dünyanı,
Ləzzət vermək üçün gərək deyəsən
Onun qalmayanla, olmayanını.

Bəzən özləri də utanıb qalır
Başsızı başlıca tərifləyənlər.
Bir yaxşı adamı pisləmək üçün
Bir pisi yaxşıca tərifləyənlər.

Tərifin nə yaman hörməti vardır,
Tərifin neçə cür sifəti vardır,
Ancaq tərif yoxdur,
Var düz, var yalan,
Tərifdir-yalandır nə varsa qalan.

Demişdi bir daha sevməyəcəyəm,
Bəs niyə bir daha səhv etdi erək.
Bu səhvin qızaran gün batımında
Məni quzu kimi mələtdi ürək.

Necə də ağırdır bu sevgi-sovqat,
haraya çapırsan, ey yəhərsiz at,
Məni kitab kimi büküb ikiqat
Səhifə-səhifəseyrəltdi ürək.

Tap onu, tap onu mehriban falçı,
Nədir dağ sinəmi yaxan bu sacı,
O bir nağıl oldu, mən bir nağılçı,
Danışıb hamını kövrəltdi ürək.

Ona öyüd verdim, sözümü kəsdi,
Bu mənə birinci, sonuncu dərsdir,
Dedim ki, dünyadan yapışaq, bəsdir,
Başıma dünyanı hərlətdi ürək.

Yandı özü yanmış dünya halıma,
Düşdü sınıq səslər ömür valıma,
Bulud gözlərini sıxdı yoluma,
Mənə ağlamağı öyrətdi ürək.

Ucalıq yolunu sevgidə gördü,
Axdı gözlərimə Füzuli dərdi,
Hər şeyi sevgiyə sədəqə verdi,
gözünü dünyaya bərəltdi ürək.

Anamın əlləri yadıma düşüb,
Öpüb gözüm üstə qoymaq istərəm.
Əlinin kötəyi necə şirindir,
Şirin kötəyindən doymaq istərəm.

Alın qırışının dərinliyində,
Bu gün fikir-fikir olub itmişəm.
Ana kötəyinin şirinliyində
Məst olub,
Məst olub, huşa gedmişəm.

Hirslənib o məni hərdən döyəndə,
Yaşlı gözlərini qırpıb yumardı.
Xırda əllərinin titrəyişindən
Nəsihət tökülər,
Öyüd damardı.

Bir az “qudurmuşam”,
Dəcəlləşmişəm,
Anam cızığıma salaydı məni.
Özünü kötəyin altına atıb
Atamın əlindən alaydı məni!

Niyə öpməmişəm ana əlindən,
Ovcunda naz gülü əkməmişəm heç?!
Hamının nazını çəksəm də bəzən
Anamın nazını çəkməmişəm heç.

Son Yazılar

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
  • 21 Mart-Novruz bayramıdı!
  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 19 Mart 2023
  • 21 Mart-Novruz bayramıdı! 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü 19 Mart 2023
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü 19 Mart 2023
  • Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
  • Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
  • Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
  • Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
  • Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
  • Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023
  • Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb 16 Mart 2023
  • Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir 16 Mart 2023
  • Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində 16 Mart 2023

Söhrab Tahir -Azərazər- Əsərləri- Şeirlər -I- II- Baki – 2012

Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycanın xalq şairi, nasir, publisist.

Yaşamı

Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdəMoskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.

Əsərləri

Qonşu qızın məktubları (povest və roman). Bakı: Gənclik, 1985, 272 s.

Əmanət (povestlər). Bakı: Gənclik, 1991, 421 s.

Lirika. Bakı: Azərbaycan Respublikası “Kitab” cəmiyyəti, 1992, 85 s.

Sevgi əfsanəsi (şeirlər və poemalar). Bakı: Yazıçı, 1983, 284 s.

Comments are closed, but trackbacks and pingbacks are open.