Press "Enter" to skip to content

Sokrata qədərki fəlsəfə

Milet məktəbinin üçüncü görkəmli nümayəndəsi Anaksimen (e.ə. 585-524) Falesin və Anaksimandrın tələbəsi olmuş, onların tə”limlərini əsaslandırmış və inkişaf etdirmişdir. Anaksimen Havanı hər şeyin başlanğıcı hesab edirdi. O deyirdi ki, hər şey Havadan yaranır və son nəticədə havaya çevrilir.

Daha çox bil

Antik fələsəfə eramızdan əvvəl VII-VI əsrlərdə meydana gəlmiş, eramızm V-VI əsriərinə qədər davam etmişdir. Bu fəlsəfə gələcək dünyagöräşünün bütim tipləri rüşeym halında mövcud olmuşdur. Qədim dovr fəlsəfəsi özünün klassik inkişaf formasına Antik ölkələr adı ilə tamnmış Yunanıstan və Roma quldar dövlətlərində çatmışdır (latın dilində «antiquus» – «qədim» deməkdir). Antik fəlsəfə o zaman mövcud olan elmi biliklər əsasında qərarlaşmışdir. Antik ölkələrdə də fəlsəfə bütün bilik sahələrini əhalə edirdi. Elmi biliklərə istinad edən fəlsəfə evvəlcə dini-mifoloji xüsusiyyətlərin tənqidi ilə, sadəlövh naturalist-materialist meylin güclənməsi ilə, həqiqətə can atması ilə səciyyələnmiş, inama əsaslanan dini-mifoloji baxışlardan fərqlənmişdi.

Antik Dövrdə həm idealist tə”limlər, həm də materialist məktəblər fəaliyyət göstərmişlər. Bu dövrün filosotları obyektiv idealizm, sadəlövh materializm və korləbii dialektika mövqelərindən çıxış etmişlər.

İlk yunan filosoflarının sələfləri əfsanəvi şair və mütəfəkkir Orfey, Homer, Hesiod, Ferikid və başqaları olmuşlar.

Antik fəlsəfənin inkişafı aşağıdakı dörd əsas mərhəbdən keçmişdir:

Birinci mərhələ Sokrata qədərki mərhələ adlanır. Bu mərhələdə Yunan fəlsəfəsinin formalaşdığı dövrdən (e.ə.VII-VI əsrlər) onun inkişafında kəskin dönüş əmələ gələnə qədərki (e.ə.V-IV əsrlər) dövrü əhalə edir. Birinci mərhələdə Milet məktəbi, Heraklit, Eley məktəbi, Pifaqor, Empedokl, Anaksaqor və Yunan atomistləri fəaliyyət göstərmişlər.

İkinci mərhələ Klassik mərhələ adı ilə məşhurdur. Bu mərhələ e.ə. V əsrin yarısından başlanaraq e.ə. IV əsrə qədər davam elmişdir. Bu mərhələ, əsasən, Sokrat, Platon və Aristotelin adı ilə bağlıdır.

Üçündi mərhələ Ellinizm mərhələsi adlanır. Makedoniyalı İskəndərin (e.ə. 356-323) dövründə Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq “Ellinizm” mədəniyyəti

adlanırdı. Bu mərhələ eramızdan əvvəl VI əsrin axırından II əsrə qədər olan dövrü əhatə edir. Bu dövrdə klassik mərhələdən fərqli olaraq xeyli fəlsəfi sistemlər və məktəblər meydana gəlir. Özü də bunlar Platon və Aristotel fəlsəfəsinin tə”siri altında yaranırdı.

Dördüncü mərhələ fəlsəfə tarixinə Roma mərhələsi kimi daxil olmuşdur. Bu, Antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. O, eramızdan əvvəl I əsrdən başlayaraq eramızm V-VI əsrlərina qədər davam etmişdir.

İlkin Antik fəlsəfənin mərkəzində dünya binası, kainat necə qurulmuşdur? Kosmosu, insanı, varlığı «öz-özünün»dən çıxış edib izah etmək mümkündürmü? İnsan dünyanı dərk edib firavan yaşaya bilərmi? və s. kimi suallara cavab vermək cəhdi antik fəlsəfədə güclü olmuşdur. Antik fəlsəfənin nümayəndələri təbiətin, kosmosun, bütövlükdə dünyanın mahiyyətini tam, vəhdət halında, bütöv şəkildə dərk etməyə çalışımışlar.

Milet məktəbinin nümayəndələrinin fəlsəfi baxışları. Milet məktəbinin nümayəndiləri olan Fales, Anaksimandr, Anaksimen hər şeyin, bütöv kainatın ilkin maddi əsasını suda və havada görürdülər.

Milet məktəbinin əsasını Fales (e.ə. 640-562) qoymuşdur. O, fəlsəfədən başqa, astronomiya, həndəsə, riyaziyyatla da məşğul olmuş, öz müşahidələrinə əsaslanaraq 28 may 585-ci ildə Günəşin tutulacağını əvvəlcədən xəbər vermişdi.

Fales hər şeyin əsasını suda görürdü. O belə hesab edirdi ki, bütün mövcudat sudan yaranır, istər üzvi və istərsə də qeyri-üzvü aləmi sudan kənarda təsəvvür etmək mümkün deyil. Fales deyirdi ki, bütün heyvanların başlanğıcı spermadır, toxumdur, o da ki, mayedir; bitkilər rütubətdən qidalanır, su ilə meyvə verirlər, susuz məhv olurlar; Günəş də, ulduzlar da suyun buxarlandan qidalanırlar. Deməli, hər şey sudan yaranır. Fales belə hesab edirdi ki, suyun özünda inkişaf imkanları vardır. Dünyada hər şey suyun qatılaşması və parçalanması nəticəsində meydana gəlir. Milet məktəbinin ikinci ən böyük nümayəndəsi Anaksimandr (e.ə. 611-546) idi.

Anaksimandr Falesin tələbəsi olmuş, sadəlövh materializmə meyl etmiş, fəlsəfə ilə yanaşı təbiət elmləri, xüsusilə də astronomiya ilə məşğul olmuşdur. Anaksimandrda heliosentrik baxışların rüşeyminə rast gəlirik. O deyirdi ki, Yer daimi, əbədi fırlanma hərəkətinə malikdir. İstinin, soyuğun mənbəyini bu hərəkətdə axtarmaq lazımdır.

Anaksimandr ilkin başlanğıcı, dünyanın əsasını təşkil konkret forması olmayan “Apeyron” adlandırılan substansiyada görür, onu əbədi, sonsuz varlıq hesab edirdi. O, Milet məktəbinin sadəlövh materialist ən”ənələrini davam etdirmiş və bə”zi dialektik fikirlər də söyləmişdir.

Milet məktəbinin üçüncü görkəmli nümayəndəsi Anaksimen (e.ə. 585-524) Falesin və Anaksimandrın tələbəsi olmuş, onların tə”limlərini əsaslandırmış və inkişaf etdirmişdir. Anaksimen Havanı hər şeyin başlanğıcı hesab edirdi. O deyirdi ki, hər şey Havadan yaranır və son nəticədə havaya çevrilir.

Milet məktəbi dünyaya olan materialist baxışların inkişafında xüsusi rol oynamış və bəşəriyyətin fəlsəfi fikrinin tərəqqisinə böyük tə”sir göstərmişdir.

Dünyanın maddiliyini qəbul etməklə yanaşı, gerçəkliyin hadisələrinə dialektikcəsinə yanaşmaq Antik Dövrün bə”zi müdriklərinə xas olan səciyyəvi xüsusiyyət idi. Bu cəhətdən Heraklitin f əlsəfəsi diqqətə layiqdir.

Hefes məktəbi. Efesli Heraklitin fəlsəfi baxışları. Efesli Heraklit (e.ə. 540-480) yüksək rütbəli, aristokrat ailəsində anadan olmuşdur. Heraklit tə”liminin tarixi əhəmiyyəti ondan ibarətdir ki, o, dünyanın maddiliyi ideyasını təbiətin hərəkəti və dəyişməsi fikri ilə zənginləşdirdi. Heraklitin fəlsəfi görüşləri, dünya haqqındakı fikirləri onun “Təbiət haqqında” əsərində şərh olunmuşdur. Bu kitabda bir sıra təbiət hadisələrinin, o cümlədən, ildırımın, şimşəyin çaxmasının səbəbləri izah edilir, dünyanın meydana gəlməsi və onun dialektik inkişafı haqqında diqqətəlayiq fikirlər söylənilir. Heraklit deyirdi ki, bütün mövcudatın əbədi, maddi əsası oddur. Bu od daimi hərəkətdədir. Bütün predmetlər, cisimlər oddan yaranır və “öldükdə” yenidən oda çevrilirlər. Təbiət, Kainat atəşin əbədi hərəkətinin – sönməsinin və alovlanmasının məhsuludur.

Gerçəkliyin hadisələrinə dialektikcəsinə yanaşan Heraklit “Loqos” (söz, fikir, əql, qanun) haqqında tə”lim yaratmışdır. O deyirdi ki, təbiətdə hər şey “Loqos” vasitəsi ilə baş verir. Loqos əbədidir, ümumidir və zəruridir. Loqos əksliklərin mübarizəsidir. Heraklit sübut etməyə çalışırdı ki, əksliklərin mübarizəsi bütün mövcudatın, hərəkətin və inkişafin mənbəyidir. O yazırdı: “Hər şey mübarizə vasitəsi ilə, zəruratdən baş verir”. Heraklit öz sələflərindən irəliyə gedərək hərəkətin mənbəyini müəyyən etdi. O, hərəkəti əksliklərin mübarizəsinin doğurduğu qanunauyğun proses kimi başa düşürdü. Bütün bunlar onu dialektikanın banilərindən biri hesab etməyə tam əsas verir. Heraklit öyrədirdi ki, “təbiət əbədi dəyişmə prosesindədir, hər şey axır, hər şey dəyişir, Kainatda hərəkətsiz heç bir şey yoxdur”. Filosofun fikrincə, “eyni bir çaya iki dəfə girmək olmaz”. O, təbiətdəki inkişafı, dəyişməni hadisələrin öz əksliyinə keçməsi kimi başa düşürdü. Əksliklər biri digərindən ayrılıqda mövcud olmur. Məsələn, hissə bütövsüz, düz əyrisiz, qara ağsız, soyuq istisiz, böyük kiçiksiz, mənfi müsbətsiz, gözəl çirkinsiz, mövcud ola bilməz. Hər cür inkişaf əksliklərin mübarizəsi vasitəsi ilə baş verir.

Heraklit dünyanın dərk edilməsi haqqında da maraqlı mühakimələr yürütmüşdür. Onun fikrincə, dünya dərk olunandır. Dünyanın dərk olunması hiss üzvlərinin və təfəkkürün vasitəsilə həyata keçirilir. Heraklit qeyd edirdi ki, idrak hissi qavrayışdan başlanır. Hiss üzvləri, tək-tək şeylər haqqında mə’lumat verir. O, ilrakda təfəkkürə mühüm əhəmiyyət verərək deyirdi ki, Loqos -təbiət ən ümumi qanunauyğunluğu kimi insanın təfəkkür fəaliyyətilə həyata keçirilir. O yazırdı: “Təfəkkür böyük ləyaqətdir, müdriklik məhz ondan ibarətdir ki, həqiqəti söyləyəsən və təbiətə qulaq asaraq, onunla düzgün rəftar edəsən”. Heraklitin fikrincə, idrakda əsas məqsəd “Loqosu” dərk etməkdir. Loqos obyektiv xarakterə malikdir. Bunlarla birlikdə Heraklit dialektikasının və materializminin bir sıra məhdud cəhətləri lə var idi. Onun dialektikası kortəbii, materializmi isə sadəlövh xarakter daşıyırdı.

Eley məktəbinin nümayəndələrinin fəlsəfi baxışları. Eley məktəbi . Bu məktəb e.ə.VI-V əsrlərdə fəaliyyət göstərmişdir. Onun yaranması və inkişafı Ksenofan Kolofonlu, Parmenid Eleyli və Zenon Eleylinin adı ilə bağlıdır. Eley məktəbi nümayəndələrinə görə varlıq anlayışının məzmununa üç xüsusiyyət daxildir: a) varlıq mövcuddur, vardır, qeyri-varlıq, yoxluq ısə mövcud deyildir, yoxdur; b) varlıq vahiddir, bölünməzdir, təkdir; v) varlıq dərkolunandır, qeyri-varlıq, yoxluq isə dərkolunmazdır, o zəka üçün yoxdur, çünki o, mövcud deyildir.

Ksenofan Kolofonlunun (e.ə. 565-470) fəlsəfi düşüncələri öz əksini “Kolofonun əsasları”, “Eləyə çıxış” adlı əsərlərində tapmışdır. Onun tə”limi dünyanın meydana gəlməsi və inkişafı məsələlərinə həsr olunmuşdur. Bununla birlikdə o, Allahın varlığını inkar etmir, dünyanın idarə olunmasında onun rolunu xüsusi vurğulayırdı. Ksenofanın fikrincə, vahid Allah hər şeyi görür, hər şeyi başa düşür və hər şeyi eşidir. O, hərəkət etmir, məkanda yerini dəyişmir, öz fıkri ilə bütün dünyanı lərzəyə gətirir. Allah dedikdə, Ksenofan səmanı nəzərdə tuturdu. O, deyirdi ki, “Allah mahiyyətcə şarabənzərdir”. O, dünyanın maddiliyini qəbul edir, onun dəyişməz olduğunu sübüt etməyə çalışırdı. Dəyişmə və hərəkəti meydana gəlmə və məhv olma kimi başa düşürdü.

Ksenofan fikirlərinin materialist istiqaməti aşağıdakı tezislərdə özünü açıq-aydın göstərir: “Hər şey torpaqdan yaranır, hər şey son nəticədə torpağa çevrilir, torpağa qayıdır”. O, insanın mənşəyini belə izah, edirdi: “Biz hamımız torpaqdan, sudan doğulmuşuq”. Eley məktəbinin digər nümayəndəsi Farmenid idi.

Parmenid (e.ə. 540-470) Anaksimandr və Ksenofanın tələbəsi olmuşdur. Fəlsəfi baxışları ilə daha çox Ksenofana yaxmdır. Parmenid fəlsəfi düşüncülərini “Təbiət haqqında” əsərində şərh etmişdir. Onun fəlsəfəsinin mahiyyətini varlıq haqqında lə”lim təşkil edir. Parmenid iqrar edirdi kl, varlıq təkcədir, dünyada ondan başqası yoxdur. Varlıq olmayan şey mövcud deyildir. O, varlığın hər hansısa bir qüvvə tərəfindən yaradıldığını inkar edir və onun əbədiliyini təsdiqləyirdi. Bu onu göstərir ki, Parmenid materializmə meyl göstərirdi. O, varlıq haqqında danışanda həm, də deyirdi ki, varlıq dəyişməzdir, sükunətdədir. Parmenid varlığın hərəkət və inkişafını tamamilə inkar edərək göstərirdi ki dünyada mövcud olan nə varsa, hamısı varlıqdır, varlıq məkam tamamilə doldurduğu üçün hərəkət mümkün deyildir. “Təbiət haqqında” əsərinin əvvəlində o yazırdı: “Var olan o şeydir ki, o, olmaya bilməz, yə”ni bu varlıqdır”.

Parmenidin idrak haqqında tə”limi də maraqlıdır. O belə hesab edirdi ki, insanlar hissi idrak vasitəsilə predmetlər, şeylər haqqında fikir, rə”y, mülahizə yaradır, lakin varlığın əsl mahiyyətini dərk edə bilmirlər. Onlar cisim və hadisələrin mahiyyətini rasional idrak vasitəsilə öyrənirlər. Parmenid yanlış olaraq idrakın bu iki pilləsini bir-birindən təcrid edirdi.

Eley məktəbinin digər görkəmli nümayəndələrindən biri də Zenon (e.ə. 490-430) idi. Parmenidin görkəmli tələbəsi Zenonun fəlsəfi fikrin inkişaf tarixində rolu az olmamışdır. O, varlığın vəhdəti və bütövlüyü fıkrini qəbul edir, lakin onun dəyişkənliyi prinsipini rədd edirdi. Zenonun fikrincə, təbiətdə hər şey istidən, soyuqdan, qurudan, rütubətdən və onlann bir-birinə qarşılıqlı surətdə keçməsindən əmələ gəlir. O qeyd edirdi ki, “insanlar torpaqdan əmələ gəlmiş, onların ruhu isə yuxarıda göstərilən elementlərin qarışığından yaranmışdır”. Zenonun fikrincə, hər şeyin başlanğıcı olan varlıq təkdir, hərəkətsizdir. O, hiss üzvləri vasitəsilə deyil, əql vasitəsilə dərk olunur. Onun fikrincə, hissi idrak həll edilməz ziddiyyətlərə aparıb çıxarır, buna görə də onun vasitəsilə gerçəkliyi dərk etmək mümkün deyil. Zenon bu ziddiyyətləri aporiyalar adlandırırdı.

Bütövlükdə Eley məktəbinin nümayəndələri dünyanın maddiliyi haqqında bir sıra fikirlər irəli sürsələr də, hadisələrə antidialektik münasibət bəsləmiş, Milet məktəbinin fəlsəfi tə”limini inkişaf etdirə bilməmişlər.

Cənubi İtaliyada fəaliyyət göstərən məktəblərdən biri də Pifaqor və pifaqorçular məktəbi idi. E.ə. VI-V əsrlərdə Yunan fəlsəfəsində ontoloji təlimə görə varlığın əsasları müxtəlif mövqelərdən həll edilırdi. Pifaqorçular bütün mövcudatın əsasına sayları qoyurdular.

Pifaqor (e.ə. 584-582-500) Anaksimandr və Anaksimenin müasiri olmuşdur. “Tərbiyə haqqqında”, “İcmanın işləri haqqında”, “Təbiət haqqında” əsərləri ilə məşhurdur. Pifaqorçular birinci növbədə riyaziyyat və həndəsə ilə məşğul olmuşlar. Elə buradan da onların ədədlər haqqındakı fəlsəti tə”limi meydana gəlmişdir. Pifaqorçular deyirdilər ki, bütün mövcudatın mahiyyətini mücərrəd təfəkkürün məhsulu olan ədədlərdə axtarmaq lazımdır. Onlar ədədləri şeylərdən ayırır, fövqəltəbii, mistik mahiyyətə çevirir və ilahiləşdirirdilər. Pifaqorun dəqiq ifadə olunan idealizmi onun siyasi, etik və dini baxışlarında da aydın görünürdü. O, dini və əxlaqı cəmiyyəti qaydaya salmaq üçün əsas amillər hesab edirdi. Ruhun ölməzliyi haqqında onun tə”limi insanların tamamilə allahlara tabe edilməsi prinsipi əsasında qurulmuşdur.

Pifaqorçuluq antik fəlsəfədə birinci idealist məktəb olmuşdur. O, Milet məktəbinin və Heraklitin dialektikasının əleyhinə idi. Pifaqor tə”limində idealizm fəlsəfəsi metafizik təfəkkürlə birləşmişdi.

Sokrata qədərki fəlsəfənin görkəmli nümayəndəbrindən biri də Empedokl və Anaksaqor olmuşlar. Onların hər ikisi kortəbii materializm mövqelərindən çıxış edirdilər.

Empedokl Akraqantlı (e.ə. 490-430) Siciliyada yaşamış, “Təmizlənmə” və “Təbiət haqqında” mənzum əsərlər yazmışdır. Yunan fəlsəfi fikir tarixində Empodokldan başqa filosof, şair, təbiətşünas alim, həkim, siyasi xadim və din təbliğatçisı kimi tanınmış ikinci bir şəxsiyyət tapmaq çətindir. Onun fəlsəfi tə”liminin əsasında 4 ünsür konsepsiyası dururdu. Bu ünsürlər od, hava, su və torpaqdan ibarət idi. Empodokl bu elementləri həyatda mövcud olan “bütün şeylərin kökləri” adlandırırdı.

Empedokl sadəlövh materialist idi, o , dünyanın heç bir qüvvə tərəfindən yaradılmadığını və onun məhv edilməzliyini sübut etməyə çalışırdı, dünyanın dərk edilməsini qəbul edirdi.

Empedoklun fəlsəfəsinin metafizik və mexaniki xarakterə malik olmasına baxmayaraq, burada dialektika ünsürlərinə də rast gəlirik. Dialektik fikirlər filosof tərəfindən məhəbbət və nifrətin hərəkətverici qüvvə kimi başa düşülməsində özünü daha qabarıq büruzə verirdi.

Anaksoqorun (e.ə. 500-428) fəlsəfi görüşləri Milet və Eley məktəbləri nümayəndələrinin, o cümlədən, Anaksimen və Parmenidin tə”siri altrada formalaşmışdır. Kainat hadisələrini tabii-elmi yolla izah etdiyi, dini baxışlara qarşı çıxdığı üçün Anaksaqor allahsızhqda günahlandırılaraq ölüm cəzasına məhkum edilmişdi. O, Afina quldarlıq demokratiyasının başçısı Periklin dostu və silahdaşı idi. Dostunun xahişi ilə Anaksaqoru ölüm cəzasmdan azad etdilər. Anaksaqor fəlsəfi fikirlərini “Təbiət haqqında” adlı kitabında vermişdir. Sadalövh materialist olan Anaksaqoru düşündürən əsas problem materiyanın quruluşu məsələsi idi. O belə hesab edirdi ki, dünyadakı bütün şeylərin əsasını sonsuz miqdarda mövcud olan maddi hissəciklər təşkil edir. Anaksaqor keyfiyyətcə bir-birindən fərqlənən bu hissəcikləri “şeylərin toxumu” – “qomeomeriya” adlandırırdı. Onun fikrincə, yeni ona görə meydana gəlir ki, bütün predmetlərdə şeylərin toxumu vardır. Bu toxumun tə”siri ilə predmətlərin biri digərindən ayrılır. Bütün bunlar özünü ya bir şeyin meydana gəlməsində və yaxud da onun məhv olmasında göstərir. Dünyanın maddi əsası olan şeylərin toxumunu, Anaksaqor hərəkətsiz, ətalət qüvvəsinə malik bir şey hesab edirdi. Anaksaqorun fikrincə, onları hərəkətə gətirən “nus”dur. O, “nus”u maddi şeyləri nizamlayan “mə”nəvi”-ruhi varlıq kimi başa düşürdü.

Anaksaqorun idrak nəzəriyyəsi də filosofların diqqətini cəlb etmişdi. O, hissi idrakı qəbul edir, eyni zamanda, deyirdi ki, əql, təfəkkür olmasa bizi əhatə edən mühit haqqında müdrik fikirlər söyləmək mümkün olmaz.

Empedokl və Anaksaqorun sadəlövh materializmi İoniya filosoflarının, eleatların metafizik materializminə nisbətən irəliyə mühüm bir addım idi. Onların materialist baxışları Levkipp və Demokritin atomizmi üçün əsas yaratdı. Bu fəlsəfəsini Levkipp və Demokrit fəlsəfəsinə keçid mərhələsi kimi qiymətləndirmək olar.

Qədim Yunan atomistlərin fəlsəfi baxışları . Yunan fəlsəfəsinin ən böyük nailiyyətlərindən biri də Levkipp və Demokritin atomistik materializmi idi. Bu fəlsəfə özünün atomistik konsepsiyası ilə antik dövr fəlsəfəsinin ən zirvəsinə qalxdı.

Levkipp (e.3. 500-440) Miletdə doğulub, sonra Eley şəhərinə orada Parmenidin, Ksenofanın və Zenonun tələbəsi olub. Onun 2 kitabı olduğu müəyyən edilib: “Ən böyük diakosmos” və “Əql haqqında”. Levkipp bu əsərlərdə gerçəkliyin əsasında atomlar və boşluq durduğunu söyləmiş və demişdir ki, “dünyada yeganə mövcud olan atomlar və boşluqdur”. “Atomlar boşluqda hərəkət edirlər”. Levkippin fikrincə, öz böyüklüyü, forması və düzülüşü ilə xarakterizə olunan atomlar bütün şeylərin səbəbidir. Atomların birləşməsi və ayrılması nəticəsində şeylər meydana gəlir və məhv olur. Beləliklə, Levkipp bu fikirləri ilə eleylilərin dəyişməz varlığı ilə Heraklitin daim dəyişən varlığını birləşdirdi. Levkippin tə”limi, Demokritin fəlsəfəsi ilə sıx əlaqədar idi. Bə”zi hallarda onların flkirlərini bir-birindən fərqləndirmək belə çətindir. Lakin Levkippdən fərqli olaraq, Demokrit atom haqqında tə”limini daha mükəmməl, daha ardıcıl formada şərh etmişdir. Yunan materializminin və atomistikasının ən görkəmli nümayəndəsi Demokrit (e.ə. 460-370) olmuşdur. O, Levkippin tələbəsi olmuş, Anaksaqordan da dərs almışdır. Dünyanı gəzmiş, İranda, Hindistanda, Babilistanda, Misirdə, Efiopiyada olmuşdur. Demokritin 70-dən çox əsəri olduğu müəyyən edilmişdir. Aristotel, Siseron, Plutarx kimi görkəmli alimlər onun adını böyük hörmətlə çəkmişlər. Engels Demokriti empirik təbiətşünas və yunanlar arasında birinci ensiklopedik zəka adlandırmışdır. Demokrit öz əsərlərində fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, biologiya, tibb, ictimai həyat, pedaqogika, psixologiya, etika, fılologiya, ritorika, incəsənət nəzəriyyəsi, texniki və hərbi idarəetmə məsələlərinə də toxunmuşdur. Demokrit dünyanı atomlardan və boşluqdan ibarət olan əbədi, sonsuz, tükənməz obyektiv reallıq adlandırırdı. Bu onu göstərir ki, Demokrit qədim dövrdə materializmin ən görkəmli nümayəndəisi olmuşdur. Onun ən böyük xidməti öz sələfi Levkipp ilə birlikdə, materiyanın atom quruluşu konsepsiyasını yaratmasından ibarət idi. Demokrit deyirdi ki, materiya boşluqda, əbədi hərəkətdə və sonsuz sayda olan atomlardır, (yunan dilində “atomos”- bölünməz deməkdir). Lakin o, atomu onun materiyanın ayrı-ayrı növləri və formaları ilə eyniləşdirirdi, belə hesab edirdi ki, atomlar bölünməzdir, dəyişməzdir və keyfiyyət cəhətdən yekcinsdir. Onlar yalnız kəmiyyətinə görə bir-birindən fərqlənirlər.

Demokritin varlıq haqqında tə”limi də filosoflarda xüsusi maraq doğurmuşdu. O, atomları varlıq adlandırır, boşluğu isə qeyri-varlıq hesab edirdi. Lakin onun da real surətdə mövcud olduğunu inkar etmirdi.

Demokrit Kainatın sonsuzluğu, məhvedilməzliyi, heç bir qüvvə tərəfindən yaradılmadığı, sonsuz dərəcədə çoxlu dünyaların mövcudluğu haqqında bütöv bir tə”lim yaratmışdı.

Demokritin hərəkət haqqında tə”limi də xüsusi əhəmiyyət kəsb edirdi. O belə hesab edirdi ki, atomlar boşluqda hərəkət edən zaman bir-biri ilə toqquşur və bunun nəticəsində onlar birləşirlər, bu birləşmədən də son nəticədə bizi əhatə edən şeylər, predmetlər meydana gəlir. Bu hərəkət əbədidir, “onun nə əvvəli var, nə axırı”. Demokrit bu hərəkəti və inkişafı zərurət adlandırır, təsadüflərin bir obyektiv hadisə kimi mövcudluğunu isə inkar edirdi. Onun fikrincə, hər şey zərurətdən meydana gəlir. Demokrit hərəkəti inkişafın əsas mənbəyi hesab edir, lakin onu atomların məkan daxilində yer dəyişməsi kimi başa düşürdü.

Demokrit hadisələrin səbəbiyyət əlaqəbrinə xüsusi əhəmiyyət verirdi O, təbii zərurətdən, hadisələrin səbəbiyyət asılılığından ətraflı danışır və onlara öz fəlsəfi baxışlarında xüsusi yer verirdi. O deyirdi ki, nə təbiətdə, nə də cəmiyyətdə heç bir hadisə səbəbsiz baş verə bilməz.

Demokritin cəmiyyət haqqında tə”limi də xüsusi maraq doğurur. Onun fikrincə, cəmiyyətin inkişafı insanların öz adi həyat tələbatlarını ödəməyə çalışmaları ilə əlaqədardır. Demokrit yunan quldarlıq demokratiyasının tərəfdarı idi. O, polisləri (şəhər-dövlət) qədim yunan quldarlıq demokratiyasının əsas dövlət forması hesab edirdi.

Demokritin əsərlərində insanların tərbiyəsinə xüsusi diqqət vetirilir. Onun fikrincə, insan əxlaqının ən yüksək ölçüsü Vətən, xalq qarşısında borclu qalmaqdır.

Bütün bunlarla yanaşı, Demokrit quldarhq cəmiyyətini ideallaşdırır. O, qulların hər cür ictimai və siyasi hüquqlardan məhrum olunmasını qanunauyğun hesab edirdi. Filosof dövlətin yaxşı idarə edilməsinin zəruriliyinə xüsusi diqqət yetirirdi. O bu barədə yazırdı:”Yaxşı idarə olunan dövlət ən böyük dayaqdır. Elə dövlət hər cür tə”rifə layiqdir. Nə qədər ki, o, mövcuddur, rahatlıq və əmin-amanlıqdır. Belə dövlət məhv olarsa, onunla birlikdə hər şey məhv olar”.

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Sokrat

Sokrat (bizim eradan əvvəl təxminən 470-399)- qədim yunan filosofu.

A [ redaktə ]

  • Ağıllı adamlara gülmək, axmaqlara allah tərəfindən verilmiş imtiyazdır.

Aqafon dedi: – Sokrat, səninlə mübahisə etmək gücündə deyiləm. Qoy sən dediyin kimi olsun.

– Yox, əzizim Aqafon, sən həqiqətlə mübahisə etmək gücündə deyilsən, Sokratla mübahisə etmək isə sadə bir şeydir.

  • Alimin biliyi o, təvazökar olanda üzə çıxır.
  • Alimlə ünsiyyət sizə bir xəzinə bəxş etdiyi halda, nadanla yoldaşlıq məyusluqdan savayı heç nə verə bilməz. [1]
  • Allahlıq edərsən, nəfsi saxlasan.
  • Aydın fikirləri, iti ağlı olan adam xoşbəxtdir.

B [ redaktə ]

  • Başa düşmədiyi bir mövzuda gerçək bir fikir sahibi olan hər kəs doğru yolda olan bir kor kimidir.
  • Başqaları sənə qarşı etsə, səni əsəbiləşdirəcək şeyləri başqalarına etmə.
  • Bərk qızdırılmış kömürləri dildə saxlamaq sirr saxlamaqdan daha asandır.
  • Bilik almaq yeməli bir şey almaqdan daha risklidir.
  • Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir.
  • Bilik heyrətdən başlayır
  • Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz. [2]
  • Biliyi sərvətdən üstün tuturam, çünki birincisi çoxillikdir, ikincisinin müddəti bitmişdir.
  • Bilmədiyim bir şeydən heç vaxt qorxmayacağam və qaçmayacağam
  • Bir dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq.
  • Bir hakim yaxşı niyyətlə dinləməli, ağıllıca cavab verməli, sağlam düşünməli, tərəfsiz olaraq qərar verməlidir.
  • Bir insan üçün əxlaq tərbiyəsi çörək və paltardan daha vacibdir.
  • Bir iş üstündə çox fikirləşən adamlar həmin işi heç bir zaman görə bilməzlər.
  • Bir şey bilmədiyim xaricində başqa bir şey bilmirəm.
  • Bir şeyləri dəyişdirmək istəyən insan əvvəl özündən başlamalıdır.
  • Bircə onu bilirəm ki, heç nə bilmirəm.
  • Biz dostun köməyindən çox, bu köməyi ala bilmək ehtiyacı duyuruq.
  • Biz ikimiz də nə ağıllıyıq, nə də müdrik. Nə mən, nə sən heç nə bilmirik. Ancaq mən bilirəm ki, heç nə bilmirəm. Ona görə də özümdən razı deyiləm. O adam isə bunu bilmir, ancaq öyünür, özündən çox razıdır. Əslində mənim müdrikliyim və biliyim ondan dəfələrlə çoxdur. Çünki o heç nəyi bilmədiyini bilmir, mən isə bunu bilirəm. [3]
  • Bu dünyada şərəfli yaşamağın ən yaxşı yolu göründüyün kimi olmaqdır.
  • Bu gün insanların çoxu bir növ sürünən sağlam düşüncədən ölür və çox gec olanda insanın heç vaxt peşman olmadığı yeganə şeyin səhvləri olduğunu kəşf edir.
  • Bu günün israfçısı sabahın dilənçisidir.
  • Bu günün uşaqları zalımdır:valideynlərinə qarşı çıxır, yeməklərini yeyir və müəllimləri qarşısında zalım kimi davranırlar.
  • Bütün mənim həyatım müdafiəyə hazırlıq deyilmi?
  • Bütün sirlərin ən böyüyü insandır.

C [ redaktə ]

  • Cahil insan hətta özünün belə düşməni olduğu halda, ondan başqasına dost olmağı necə gözləmək olar?
  • Cavan adamlara tez-tez güzgüyə baxmaq lazımdır: gözəllər ona görə ki, öz gözəlliyini ləkələməsin, çirkinlər isə ona görə ki, tərbiyəsi ilə eybəcərliyini gözəlləşdirsin.
  • Cəsarətlə ölmək rüsvayçılıq içində yaşamaqdan yaxşıdır.

Ç [ redaktə ]

  • Çalış bədbin olma. Əgər bədbin olsan, ömür boyu sıxıntılardan qurtula bilməz.

D [ redaktə ]

  • Danış ki, mən səni görə bilim.
  • Dediyimə çox peşman olmuşam, demədiyimə isə heç vaxt.
  • Dildən sui-istifadə, ruhumuza pislik gətirir.
  • Doğrudanmı mənim plaşım onda yaşamaq üçün yararlı, ölmək üçün isə yararsızdır?
  • Dost pul kimi olmalıdır; ehtiyac duymadan əvvəl onun dəyərini bilməlisən.
  • Dostluq olmadan insanlar arasındakı heç bir münasibətin dəyəri yoxdur. [4]
  • Dünya malına səcdə etmə, əlindən çıxanda kədərlənərsən.
  • Dünyada hər şeyə qiymət qoymaq olar, lakin müəllimin əməyinə əsla qiymət qoymaq olmaz.
  • Dünyada yalnız bir tanrı var – bilik və bir şeytan var – nadanlıq.
  • Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır – müəllim, hakim və həkim.

E [ redaktə ]

  • Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. [5]
  • Etmək istəyən – üsul axtarır, istəməyən – səbəb axtarır.
  • Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz, xoşbəxtliyə çatarsınız, pis arvada rast gəlsəniz, filosof olarsınız.
  • Evlənsən, ya yox – onsuz da peşman olacaqsan.

Ə [ redaktə ]

  • Ədalətdən kənarda olan bilik müdriklik deyil, dələduzluqdur.
  • Əgər bədbəxtliklər, hansılardan ki sən danışırsan, qaçmaq olar, onda niyə sən şikayət edirsən? Amma o qaçılmazdırsa, onda şikayət etməyin nə mənası var.
  • Əgər dediyin fəlakətdən yayınmaq mümkünsə, o zaman niyə şikayət edirsən? Yox, fəlakət labüddürsə, o halda şikayət etməyin nə mənası?
  • Əgər eşşək mənə şıltaq atıbsa, mən onu məhkəməyə verməliydim?
  • Əgər mən fleytanı təmir etdirmək istəyirəmsə, fleyta ustasının yanına gedirəm, əgər gəmini təmir etmək istəyirəmsə, gəmiqayıranın yanına gedirəm, dövlətin düzəldilməsi üçün isə hər kəs yararlı hesab edilir.
  • Ən böyük xeyir bilik, ən böyük şər isə ağılsızlıqdır.
  • Ən böyük xəyanət dosta yalan satmaqdır.
  • Ən böyük insan ruhən yüksəlməyə çalışan, ən xoşbəxt insan isə yüksəldiyini hiss edəndir.
  • Ən dərin istəklərdən çox vaxt ən ölümcül nifrət yaranır
  • Ən fəzilətli insan ruhən yüksəlməyə çalışan ən xoşbəxt insan da yüksəldiyini eşidəndir.
  • Ən güclü arzularımızın yerinə yetirilməsi ən böyük kədərimizin mənbəyi olur.
  • Ən isti sevginin ən soyuq sonu var.
  • Ən nəcib yol başqalarına tabe olmaq deyil, özünü kamilləşdirməkdir.
  • Ən varlı az şeylə kifayətlənənlərdir.
  • Ən varlı adam aza qane olan adamdır; bu cür könül toxluğu mənəvi zənginlikdən xəbər verir.
  • Ən yüksək bilik dərəcəsi bunun səbəbini araşdırmaqdır.
  • Əlini ağdan qaraya vurmayan adamı heç göylər də varlı edə bilməz.

F [ redaktə ]

  • Fəlsəfə heyrətlə başlayar.
  • Fəzilət ruhun gözəlliyidir.
  • Fəzilətli olmayan gözəllik qoxusuz çiçəyə bənzəyir.

G [ redaktə ]

  • Getmək vaxtı çatdı, Yollarımızı ayırırıq – mən ölməyə, sən isə yaşamağa. Hansı daha yaxşıdır, yalnız Allah bilir.
  • Gənclər tez-tez güzgüyə baxmalıdırlar: gözəl öz gözəlliyini eybəcər etməmək üçün, eybəcər isə eybəcərliyini tərbiyə ilə gözəlləşdirmək üçün.
  • Gördüyün iş üçün mükafat gözləmə, mükafat sənin köhül rahatlığındır.
  • – Gözəllik – çox qısa müddət idarə edən kraliçadır.
  • Gözəllik keçici bir zülmdür.
  • Günəşin bir qüsuru vardır: o özünü görə bilmir.

H [ redaktə ]

  • Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağıllı cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır.
  • Haqsızlıq etməkdənsə, haqsızlığa məruz qalmaq yaxşıdır.
  • Hazıra nazil ol, amma ondan da yaxşısına cəhd elə.
  • Heç nəyə baxmadan evlən. Əgər bəxtinə yaxşı arvad düşərsə, istisna, pisi düşərsə filosof olacaqsan.
  • Hələ öz taleyindən qaçan olmayıb, çünki taledən qaçmaq ölümdən qaçmaq deməkdir, bu isə mümkün iş deyil.
  • Hər bir insan – olmaq istədiyi qədərində kölə, yaxud azaddır.
  • Hər bir insanda günəş var. Yalnız imkan verin ki, o, işıq saçsın.
  • Hər birimiz yalnız üzərimizə düşəni etdiyimiz dərəcədə ədalətli olacağıq.
  • Hər hansı bir həyatın tarixçəsi – məğlubiyyətin tarixçəsidir. [6]
  • Hər kəsə aydındır ki, pul ilə ayaqqabı almaq olar, xoşbəxtlik yox, pul ilə qida almaq olar, iştah yox, pul ilə yataq almaq olar, yuxu yox, pul ilə dərman almaq olar, sağlamlıq yox, pul ilə xidmətçi tapmaq olar, dost yox, pul ilə əyləncə yaratmaq olar, sevinc yox, pul ilə müəllim tapmaq olar, ağıl yox.
  • Hər şeydən razı olmaq təbii zənginlik, zənginlik isə süni yoxsulluqdur.
  • Hərəkət etmək istəyən imkan, istəməyən isə səbəb axtarır.
  • Hətta komiklərin də istehzalarını qəbul etmək lazımdır: əgər onlar haqlıdırlarsa, bu bizi düzəldəcək, haqlı deyillərsə, bunun bizə bir aidiyyatı yoxdur.
  • Həyatda qazandığın təcrübəni başqalarına öyrətmək nəciblik əlamətidir.
  • Həyatınız boyu həqiqətə hörmət edin ki, sözləriniz başqalarının vədlərindən daha etibarlı olsun.
  • Həzzin əsiri olan insan bədənini və ruhunu korlayır.
  • Hirsli insan başqalarına özü üçün heç bir xeyir güdmədən ziyan vurur.

X [ redaktə ]

  • Xeyirxahlıq və faydalı olmayan yerdə gözəllik də yoxdur.
  • Xırda şeylərdən başlasa da, yaxşı başlanğıc xırda şey deyil.

İ [ redaktə ]

  • İncəsənət böyük xəzinədir, amma elm ondan da böyükdür.
  • İnsan müdrikliyinin ya az, ya da heç bir dəyəri yoxdur.
  • İnsan üçün dilinin üstündə yanar köz saxlamaq sirr saxlamaqdan asandır.
  • İnsanı həyata bağlayan onun gözəl cəhətləridir.
  • İnsanın başqalarına xeyirxah münasibətdən aldığı həzzi heç bir başqa həzzlə əvəz etmək olmaz.
  • İnsanın şərəfiylə yaşaya bilməsi üçün ən qısa və ən əmin yol, olduğu kimi görünməkdir.
  • İnsanların sirrini saxlamaq böyüklük əlamətidir.
  • İradə qüvvəsi, həqiqətən, ecazkar, qarşısında səcdə edilməyə layiq bir qüvvədir.
  • İstibdad üsuli-idarəsi qanunlara deyil, hökmdarın özbaşınalığına əsaslanan hakimiyyətdir.
  • İş görməyən insana tənbəl deyilmir, tənbəl iş görməyə məcbur edildiyi zaman əlindən bir iş gələn insandır.

K [ redaktə ]

  • Kainatda təsadüfə rast gəlinməz.
  • Kamil insan kamilliyə can atandır; Xoşbəxt insan məqsədinə çatdığını artıq etiraf edən insandır.
  • Keçmişin kodları və adətləri var.
  • Kiçik uğurlarınızla qürrələnməyin.
  • Kim özünə özü qədər inana biləcək dost tapa bilərsə, o, özünü dünyanın bütün xəzinələrinin sahibi hesab edə bilər.
  • Kimlər ki anadan riyaziyyatçı doğulmuşlar, yüksək ağıla malik olduqlarına görə, bütün başqa elmlərə yaxşı qabiliyyətləri var.
  • Kimsəyə heç bir şey öyrədə bilmərəm yalnız onların düşünmələrini təmin edə bilərəm.
  • Kinli insan heç bir şəxsi mənafe güdmədən də başqalarına pislik edir.
  • Kişinin nifrətindən daha çox bir qadının sevgisindən qorxun.
  • Kütlənin özümlə uyğunlaşmamaqdansa, mənimlə razılaşmamasını üstün tuturam.

Q [ redaktə ]

  • Qadın bir dəfə kişiylə bərabər oldusa, onun ağasına çevriləcək.
  • Qadın və musiqi meysiz-məzəsiz və badəsiz də adamı məst edir.
  • Qanunilik və ədalətlilik eyni şeylərdir.
  • Qənaət təbii sərvətdir, lüks süni yoxsulluqdur.
  • Qəribədir: hər bir adam çox asanlıqla nə qədər qoyunu olduğunu deyə bilir, amma nə qədər dostu olduğunu deyə bilmir. Dostlar nə qədər də dəyərsiz imiş.
  • Qəribədir ki, daş yonan heykəltəraşlar daşa insan siması vermək istəyir, amma özlərinin daşa oxşamaması barədə düşünmürlər.
  • Qəzəbin yeganə dərmanı susmaqdır.
  • Qidanın ən yaxşı ədviyyatı aclıqdır.
  • Qırılması mümkün olmayan yeganə tel ana ilə övlad arasındakı teldir.
  • Qorxularınızdan xilas olmaq istəyirsinizsə , həyatda ən çox qorxduğunuz şeyin bir gün başınıza gələcəyini qəbul edin.

L [ redaktə ]

  • Lüks süni yoxsulluqdur.

M [ redaktə ]

  • Mehriban olun, çünki qarşılaşdığınız hər kəs çətin bir döyüş aparır.
  • Mən Afina və ya Yunanıstanın deyil, dünyanın bir vətəndaşıyam.
  • Mən, – Aqaton dedi, – səninlə mübahisə edə bilmərəm, Sokrat. Qoy sənin yolun olsun.

– Yox, əziz Aqaton, sən həqiqətlə mübahisə edə bilməzsən, Sokratla mübahisə etmək isə sadə məsələdir.

  • Mən bilirəm ki, heç nə bilmirəm, amma başqaları bunu da bilmir.
  • Mən heç kimə heç nə öyrədə bilmərəm. Mən onları yalnız düşünməyə vadar edə bilərəm.
  • Mən şairləri araşdırdım və onlara istedadı ilə həm özündən, həm də başqalarından üstün olan insanlar, özlərini müdrik kimi təqdim edən və heç bir şey olmadığı halda belə qəbul edilən insanlar kimi baxıram. Şairlərdən tutmuş rəssamlığa keçdim. Sənətdə məndən savayı heç kim yox idi; Rəssamların həqiqətən gözəl işlərə sahib olduğuna heç kim daha əmin deyildi. Lakin onların vəziyyətinin şairlərdən heç də yaxşı olmadığını və hər ikisinin eyni yanlış fikirlərin olduğunu müşahidə etdim. Onların ən bacarıqlıları öz ixtisaslarında üstün olduqları üçün özlərini insanların ən ağıllısı kimi görürlər. Mənim nəzərimdə bu ehtimal onların biliklərini tamamilə ləkələdi. Nəticə olaraq, özümü kahin yerinə qoyaraq və özümə sual verdim ki, mən kim olmaq istərdim – mən nə idim və ya onlar nə idilər, onların nə öyrəndiklərini və ya heç nə bilmədiyimi bilmək istərdim – özümə cavab verdim və tanrı: Mən olduğum kimi qalmaq istəyirəm. Biz bilmirik – nə sofistlər, nə natiqlər, nə rəssamlar, nə də mən – Doğru, Yaxşı və Gözəl nədir. Amma aramızda belə bir fərq var: bu insanlar heç nə bilməsələr də, hamısı bir şey bildiyinə inanır; halbuki mən heç nə bilmirəmsə, heç olmasa buna şübhəm yoxdur. Nəticə etibarı ilə kahinin mənə aid etdiyi bütün bu hikmət üstünlüyü özünü bir nöqtəyə endirir ki, mən bilmədiyim şeylərdən xəbərsiz olduğuma qəti əminəm.
  • Mən təkcə onu bilirəm ki, heç nə bilmirəm.
  • Mən yeyirəm, yaşamaq üçün, başqa insanlar isə yaşayırlar ki, yesinlər.
  • Mənim üçün deyingən arvad, at minənlər üçün tərs atlar kimidir. Onların tərs atların öhdəsindən gəldikdən sonra başqa atların öhdəsindən də asanlıqla gəldikləri kimi mən də Ksantippdə başqa adamlarla necə rəftar etməyi öyrənirəm.
  • Möcüzə hikmətin başlanğıcıdır.
  • Müayinə olunmayan bir həyat yaşamağa dəyməz.
  • Mükəmməl insan o insandır ki, o, mükəmməliyə can atır. Xoşbəxt insan o insandır ki, o, öz məqsədinə çatdığını dərk edir.
  • Müstəqillik ən çox “Yox” demək bacarığı üzərində qurulub.
  • Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar.. [7]

N [ redaktə ]

  • Narahatlıqlarınızdan xilas olmaq istəyirsinizsə yaşamaqdan ən çox qorxduğunuz şeyin bir gün başınıza gələcəyini qəbul edin.
  • Nə istəyirsən elə, onsuz da peşman olacaqsan.
  • Nə qədər ki, nəfəsim gəlir, bacarığım var, filosofluq etməkdən əl çəkməyəcəm.
  • Nəfsdə hakimlik böyük bir ölkəyə hakimlik qədər çətin və vacibdir.
  • Nisbi emosional dəyərlərə söykənən əxlaq sadəcə bir xəyaldır.

O [ redaktə ]

  • O qədər şeylər var ki, onsuz yaşamaq olar!
  • Optimist bir insan ayaqqabıları oğurlanınca “ayaqlarım var ” deyə bilən insandır.
  • Otların dostluq yolunda böyüməsinə icazə verməyin.

Ö [ redaktə ]

  • Ölçüdən artıq heç nə.
  • Ölüm haqqında yaxşı əhval-ruhiyyəni qoruyun və bu həqiqəti özünüzə uyğunlaşdırın ki, yaxşı bir insana nə həyatda, nə də ölümdən sonra pis bir şey ola bilməz.
  • Öz səhvlərindən nəticə çıxarmağı bacaran şəxs xoşbəxtliyə çata bilər.
  • Öz şəxsi işin barədə başqası ilə məsləhətləşmək istəyirsənsə, əvvəlcə onun özünün şəxsi işlərini necə qurmasına fikir ver.
  • Öz-özünü dərk et. (“Özünü tanı”)
  • Özündən aşağı olmaq cahillik, yuxarı olmaq isə müdriklikdir.
  • Özümü siyasətə həsr etsəydim çoxdan ölmüşdüm.
  • Özünü tapmaq istəyirsənsə özün üçün düşün.
  • Özünüzü anlamaq, biliyin başlanğıcıdır.

P [ redaktə ]

  • Pis adam başqalarına pisliyi özü üçün heç bir fayda güdmədən edir.
  • Pis adamın xeyirxah niyyətini onun bəd əməllərindən ayırmaq çətindir.
  • Pis əxlaq yaraya oxşayır, sağalsa da, izi qalır.

R [ redaktə ]

  • Rüsvayçı həzzin ləzzəti gedər, xəcalət qalar.
  • Rüsvayçılıqla yaşamaqdansa, mərdcəsinə ölmək şərəflidir.

S [ redaktə ]

  • Sağlamlıq – hər şey deyil, amma sağlamlıqsız da hər şey heç nədir.
  • Sevməyi ən çətin olanlar, ən çox ehtiyacı olanlardır.
  • Səmimi dostluq olmadan heç bir ünsiyyətdən söhbət gedə bilməz.
  • – Sən günahsız ölürsən,- arvadı dedi; o etiraz etdi:- sən istəyərdin ki, layiqincə?
  • Sənin dediklərini deyən adam yox, sənin düzgün demədiklərinə etiraz edən adam sədaqətlidir.
  • Sənin qəbahətlərini üzünə deyən düşmən, bunları gizlədən dostdan yaxşıdır.
  • Sərxoşluq qüsurları yaratmır, onları aşkar edir. Xoşbəxtlik xasiyyətləri dəyişmir, onları vurğulayır.
  • Sərvət və şöhrət ləyaqət gətirmir.
  • Sokratın məhkəməsi başlamazdan əvvəl onun dostlarından biri soruşdu: “Sizin də müdafiəniz üçün nə deyəcəyinizi düşünməyiniz lazım deyilmi?”. Sokrat cavab verdi: “Bütün həyatım müdafiəyə hazırlıq deyildimi?
  • Söz təsir etməyənə dəyənək də kömək etməyəcək.

Ş [ redaktə ]

  • Şah və hökmdar o kəs deyil ki, başlarında tac, altlarında qızıl taxt var, o kəs deyil ki, adlı-sanlı əyanlar tərəfindən seçilib, o kəs deyil ki, taleyin, yaxud zorakılığın sayəsində hakimiyyətə gəlib, xeyir, hökmdar o kəsdir ki, hökmranlıq etməyi bacarır.
  • Şairlər şeiri hikmətlə deyil, peyğəmbərlərdə və ya görücüdə tapıla bilən bir növ ilham yolu ilə yaradırlar, çünki nə demək istədiklərini bilmədən çox gözəl şeylər söyləyə bilirlər.
  • Şairlər yalnız Allahın təfsirçiləridir.
  • Şayiə heç də həmişə səhv etmir.
  • Şöhrət ölməz əməllərin ətridir.

T [ redaktə ]

  • Tabe olmaq üçün özünü azad hiss etməlisən.
  • Təbiət bizə iki qulaq, iki göz, ancaq bir dil bəxş edib ki, danışdığımızdan daha çox görüb eşidə bilək.
  • Təhsil, bir qığılcımla atəşi yandırmaqdır, boş bir qabı doldurmaq deyil.
  • Təhsilin bahalı olduğunu fikirləşirsinizsə, bir də cəhalətin bədəlini fikirləşin.
  • Təhsilin məqsədi səhvlərdən qaçmaq və həqiqəti tapmaqdır.
  • Tək işsiz olanlar deyil, daha yaxşı işlər edə biləcək olanlar da başıboşdur.
  • Təkcə onu bilirəm ki, mən heç nə bilmirəm.
  • Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir.
  • Təvazökar olmaqla dərmanı olmayan dərdlərinizə dərman tapa bilərsiniz.

U [ redaktə ]

  • Uşağından umduğun münasibəti və mehribanlığı ata-anana göstər.

Y [ redaktə ]

  • Yaxşı bir həkimdə dörd xüsusiyyət vardır: nəzakətlə dinləmək, ağıllı danışmaq, diqqətlə düşünmək və tərəfsiz qərar vermək.
  • Yaxşı məsləhətçi istənilən var – dövlətdən daha yaxşıdır.
  • Yalan sözlər nəinki özü-özlüyündə məkrlidir, eyni zamanda ruhu pis edir.
  • Yalnız bir xeyir var – bilik. Yalnız bir şər var – cəhalət.
  • Yalnız bir xoşbəxtlik var-bilik, bir bədbəxtlik var-cəhalət. Var-dövlət və ad-san heç bir ləyaqət gətirmir, əksinə yalnız pis şeylər doğurur.
  • Yalnız həqiqi bilik heç bir şey bilmədiyinizi bilməkdir.
  • Yalnız özünü axtar, hər şeyi taparsan.
  • Yalnız yaşamağı düşünən insan yaşamır.
  • Yanlış düşüncədə qalmaqdansa fikrinizi dəyişdirmək daha yaxşıdır.
  • Yaradıcı öz əsərlərində ruhun halını ifadə etməlidir.
  • Yazılan əsəri hamı oxuya bilər – başa düşən də, düşməyən də. Əsər kimlə danışmağın lazım olduğunu, kimlə danışmağın lazım olmadığını bilmir. Ona qarşı etinasızlıq və ya haqsızlıq edəndə atasının köməyinə ehtiyacı olur, özü isə nə müdafiə olunmağı, nə də özünə köməklik etməyi bacarmır.
  • Yeganə əsl müdriklik, əslində heç nə bilmədiyimizin dərk edilməsindədir.
  • Yemək barəsində düşünməyəndə yemək ye, başqa içki olmayanda əlindəkini daha ləzzətlə içərsən: Allaha ən yaxın insan aza qane olan insandır.
  • Yerində danışmaq və susmaq bacarığı böyük ağıl tələb edir.
  • Yol verdiyi hər səhvdən düzgün nəticə çıxara bilən adam təcrübə qazanaraq öz istəyinə nail olur.

Z [ redaktə ]

  • Zərərli yeməyi az yemək faydalı yeməyi çox yeməkdən yaxşıdır.

Mənbə [ redaktə ]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

Comments are closed, but trackbacks and pingbacks are open.