Soltan hacıbəyovun 100 illik yubileyi tədbirlər planı
Azərbaycan nefti daha 2 dollar bahalaşdı
Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
Prezident İlham Əliyev Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncamda 2019-cu ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyinin tamam olduğu bildirilib.
Qeyd olunub ki, Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib. Soltan Hacıbəyov respublikanın mədəni və ictimai həyatında daim yaxından iştirak etmiş, pedaqoq kimi gənc kadrların hazırlanması istiqamətində uzun illər səmərəli fəaliyyət göstərib.
Sərəncamla Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Soltan hacıbəyovun 100 illik yubileyi tədbirlər planı
Xaçmazda maraqlı olay: evinə girib əllərini bağladı, daha sonra isə.
Azərbaycan nefti daha 2 dollar bahalaşdı
LAÇIN YOLUNDA AKSİYA: 101 gündür fasiləsiz etiraz davam edir
Türkiyədə seçki: daha 11 namizədə imza vərəqələri verilib – SİYAHI
Nazirlikdən sülhməramlılara ittiham: “Bu, üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır və. ” – VİDEO
Qadın biznesmen niyə öldürülüb? – Borc, yoxsa “xərac” davası?
Futbolçu bloqerin həm 300 minini “yedi”, həm də özünü döydü – Qalmaqal (VİDEO)
Erməni hərbçisi əsir alınıb? – MN açıqlama yaydı
Ərdoğan prezidentliyə namizəd oldu – 9 iddialının sənədləri isə geri qaytarıldı
QMİ Ramazan ayı ilə bağlı fətva verib
Akşenerin Kılıçdaroğluna etirazı partiyasına baha başa gəlib – 30 min istefa olub
Ərdoğanla 1.15 saat müzakirə aparan sabiq nazir: “Siyasətə dönməyi düşünmürəm”
Prezident Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az-ın xəbərinə görə, sərəncam görkəmli bəstəkar Rauf Hacıyevin Azərbaycanda musiqi mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətləri nəzərə alınaraq imzalanıb.
Mədəniyyət Nazirliyinə Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, 2022-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi tamam olur.
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.