Press "Enter" to skip to content

Solğun çiçəklər

Sənsiz güllər açılmasın, axar çaylar dayansın

Текст песни Solğun Çiçəklər (Ruslan Alishan) с переводом

Песня Solğun Çiçəklər группы Ruslan Alishan из альбома Inception была записана в 2019 году лейблом CD Baby, язык песни азербайджанский, ниже вы найдете ее перевод на русском языке, песня исполняется в жанре r&b, вы можете слушать ее, изучить слова или скачать текст бесплатно, прокомментировать, как саму песню так и смысл который она в себе несет.

исполнитель:

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim

Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim

Mən səninçün ömrüm boyu cəfalara dözərim

Sənsiz güllər açılmasın, axar çaylar dayansın

Oxu, bülbül, bəlkə yarım oyansın

Yol ver mənə, gül dərmişəm, sevdiyimçün aparım

Arar, arar, arar, axır səni taparım

Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın

Oxu, bülbül, bəlkə yarım oyansın

Перевод песни Solğun Çiçəklər

Украшаю цветы так, что я не увядающий лист

Я чувствую молчаливое чувство, что я гуляю по сердцам

Я твой дозатор в клетках всю жизнь

Если без тебя не открываются розы, пусть стоят текучие реки

Чтение, соловей, может быть, половина пробуждения

Позвольте мне, цветок Дарм, любимый возьми

Ищу, ищу, ищу, течет Я тебя найду

Без тебя сольсун небо листья, струи воды размыты

Чтение, соловей, может быть, половина пробуждения

Solğun çiçəklər

Cabbarlı Cəfər Qafar oğlu (d. 20 mart 1899, Xızı, Rusiya İmperiyası – ö. 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (1932). 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur.

Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır.
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin “Dağlı məhəlləsi” adlanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. 1902-ci ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür.
Şahbikə xanım heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında “çərəkə” oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur.[4] Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə “Starıy Poçtovı-25″də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci müsəlmani və rusi” məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə “7-ci müsəlmani və rusi” məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelin 2-də məktəbi bitirən gənc Cəfər sənədlərini Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə verir.

Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də şeir yazmağa başlayır.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində çap olunmuş “Bahar” şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş “Bahar” və “Əl götür” şeirlərindən deyil, “Həqiqəti-Əfkar” qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş “Eşidənlərə” və “Şücaətim” şeirlərindən başlamaq lazımdır.

1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Lakin bu sənət onu maraqlandırmadığına görə ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, hətta ilk əsərlərində də böyük maarifçi-yazıçıların, realistlərin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxil

Comments are closed, but trackbacks and pingbacks are open.