Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Müsəlman tələbə Bahadır təhsilli erməni qızı Sonanı sevir. Gənclərin hər ikisi ağıllı, düşüncəli və öz xalqına bağlıdır. Müəllif bu məqamlara xüsusi işıq tutmaqla əsəri məhəbbət mövzusunda qapanıb qalmağa qoymur. Ona mədəni-ictimai məzmun verir. Ailə, din, millət, mədəniyyət, mətbuat, vətən yanğısı, müsəlman qadınların savadsızlığı və s. kimi mühüm məsələlərə münasibət bildirir. Sevgi əhvalatı bir növ ədəbi vasitəyə çevrilir. Bahadır ilə Sonanın faciəvi taleyi ictimai həyatın nəticəsidir. İki gəncin nakam məhəbbəti anormal qayda-­qanunların və cəhalətin fonunda qələmə alınır. Bu cəhətdən romanda əks olunan hadisələr sadəcə təxəyyülün məhsulu deyil, tarixi həqiqətdir.

Minacat. Sona Vəliyevanın “Dünya Tanrı biçimdədir” kitabı haqqında – Əyyub QİYAS yazır – Əyyub QİYAS

Sona Vəliyeva ilə ilk dəfə 1988-ci ilin fevralında, İncəsənət İnstitutunun tələbə heyəti ilə qastrola gedərkən Naxçıvanda qarşılaşmışdım. O vaxt Sona xanım ali təhsilini bir neçə il əvvəl başa vurub musiqi məktəbində işləyirdi. Sonrakı illərdə onun şeirləri, müxtəlif mövzulu yazıları, ümumiyyətlə, ictimai fəaliyyəti və milli mətbuatımızdakı xidmətləri ilə maraqlanır, açığı, qürur duyurdum, çünki Sona Vəliyeva İncəsənət İnstitutunu bitirmiş Adil Babayev, Əli Vəkil, Əli Kərim, Sabir Sarvan kimi istedadlı yazarların sırasını davam etdirir. Həmin ali təhsil ocağının məzunu olduğum üçün qürur duyurdum. Növbəti dəfə Sona xanımla təxminən 30 il sonra, 2017-ci ilin mayında, Muğam Mərkəzində, “Qızıl Kəlmə” mükafatının təqdimatında üz-üzə gəldim. O vaxt ayrı nominasiyalarda ikimiz də bu mötəbər mükafata layiq görülmüşdük. Bir-birimizi təbrik etməklə keçindik. Səhv etmirəmsə, “Dünya Tanrı biçimdədir” kitabı da məhz həmin ərəfədə çapdan çıxmışdı. Sonra bir müddət kitab yazı masamda qaldı, redaktədən, tərcümədən yorulanda oxudum oradakı şeirləri. Minacat kimi ruhuma toxtaqlıq verdi, dua kimi pıçıldadım.

Ömrüm özüm biçimdə,

Sevgim, duam içimdə,

Yol başladım içimdən,

Qapına gəldim, İlahi!

Bu kitabda dua kimi şeirlər çoxdur. Bu kitabda bəzən pıçıltıyla, bəzən də ucadan, hayqıraraq oxunacaq şeirlər də çoxdur, amma bu kitab başdan-başa İlahi Eşqin tərənnümünə həsr olunub.

min hiylə qurdu

İlahi, tək bir bəhanə göndər

Şeirdən söz düşəndə tez-tez Federiko Qarsia Lorkanın “Poetik obraz hər zaman mənanı ifadə edir” fikirlərini xatırlayıram. Şeir mənanı dolğun ifadə edə bildiyi zaman ürəyə yol tapır. Təsadüfi deyil ki, insanlar sitat gətirmək, fikirlərini dolğun ifadə etmək üçün dahi şairlərin – Nizaminin, Şekspirin, Puşkinin – misralarına müraciət edirlər və mən qətiyyətlə deyə bilərəm ki, “Dünya Tanrı biçimdədir” kitabında oxucuya fikri dolğun ifadə edə bilmək üçün geniş meydan açılıb.

Bəxt yazısın yazan varmış,

Çox istəyən azdan olmuş,

Ömür almasız nağılmış,

Gəlmişik qulaq asmağa.

İçimdə söz-söz də mənəm,

“Ol”dan əvvəlki sözdənəm,

Söz ölməsə, mən ölmərəm,

Gəldim sözlə sağ qalmağa.

Sona Vəliyevanın şeirlərində təsvir yaratmaq ustalığı açıq-aydın hiss olunur. Belə məqamlarda sözlə rəsm çəkmək ifadəsi son dərəcə yerinə düşür, bəzən sözlərin səsini eşitmək olur. Kitabda mövzu qıtlığı yoxdur, rəngarənglik, sərbəstlik, peşəkarlıq adamı alıb aparır. Məsələn, üzərinə şeh qonmuş ağac aşağıdakı kimi təsvir olunur:

Qurumur gözünün yaşı,

Necə ovudum kirisin?

Üz-gözünü şeh yuyubmuş,

və burada, oxucu bir anlıq dünyadakı şehli budaqların, çiçəklərin, otların hönkürtüsünü eşidir. Yaxud “Yallı” şeiri:

“Ya Allah, ya Allah. “.

Təvaf Həcc ziyarəti zamanı Kəbə evi ətrafında saat əqrəbinin əks istiqamətinə dövrə vurmaqdır. Bu ayin müsəlmanlığın ən izdihamlı imitasiya məqamıdır. Şeiri oxuyarkən həm gözlərim önündə yallı gedən insanları gördüm, həm musiqi eşitdim, həm də mənə elə gəldi ki, insanlar əl-ələ verib yallı gedərkən kütləvi şəkildə Allaha doğru dartınırlar. Bəlkə də, “Yallı” əcdadlarımızın bizə miras qoyduğu kütləvi imitasiya formalarından biridir, kim bilir.

Sona xanımın şeirlərində qadın mövzusu mühüm yerlərdən birini tutur və bu da təbiidir. O, həm bir ictimai fəal, həm mətbuat adamı və həm də bir qadın, bir ana kimi qadın problemlərini gözəl bilir. Ona görə də kitabda yer almış bu səpkili şeirlərdə olan ağrı-əzab – sevgi-sevinc paralelləri son dərəcə səmimi, dolğun və inandırıcıdır. Qadın mövzusu Sona xanımın yaradıcılığında özünü azad hiss edir, özünü çəkinmədən, sərbəst, inamla ifadə edir.

Göz yaşların gecələr

səhərlər bəxtəvər görünəsən deyə,

göz yaşının parıltısını –

göz yaşının nəmi

Asılır ümiddən aldanan qadın,

Göz yaşı taleyin fəryadın çəkir.

Yalan sevdaların ağır yükünü

Min kişi çəkməzdi, bir qadın çəkir.

Ümumiyyətlə, hər bir ziyalı, hər bir yaradıcı adam həm də ictimai mühitin bir parçası, cəmiyyətin mühüm fiquru hesab edilir. Bu baxımdam şair və yazıçıların üzərinə daha ağır yük düşür, çünki insanlar çətinə, dara düşdükdə çıxış yolunu birbaşa xalqın, millətin ziyalısında, ən çox da qələm adamlarında axtarırlar. İşlər düz getməyəndə daha çox yazarlar qınaq obyekti olur, hətta cəmiyyətdəki əksər neqativ hallara görə insanlar şair və yazıçılardan küsür, inciyir. Yəni şairlər (məşhur olub olması fərq etmir, bu proses, hətta ailə içində, qohum içində, ən qapalı mühitdə belə, işləkdir) hər zaman üzərlərində ictimai nəzarət hiss edən fərdlərdir. Aktyor, müğənni (təbii ki, hamısına aid etmək olmaz) əxlaq normalarını, davranış qaydalarını pozsa belə, cəmiyyət çox vaxt buna ya adi qınaqla reaksiya göstərir, ya da ümumiyyətlə, üstündən sükutla ötüb-keçir. Lakin qələm adamlarının belə bir şansı yoxdur, hətta ailə içində nəsə bir yanlış edirsənsə, o anda sənin ziyalılığın, yazarlığın tərəziyə qoyulur. Bu mənada Sona Vəliyevanın üzərinə çox ağır yük düşür və o, bu yükün mahiyyətini dərk etdiyi üçün bu gün olduğu yerdə son dərəcə sadə və səmimi görünür.

Sona xanımın ictimai mövzulu şeirləri içərisində “Qardaşım Kefli İsgəndərə birinci məktub” və “. ikinci məktub” adlı şeirləri öz ictimai ağırlığına görə xüsusilə seçilir.

. Əziz qardaş, xəbərin var?

Xudayar bəy kəndxudalıqdan

Neylədi, latın əlifbasını

indi kitab yazdırıb

professor olmaq eşqinə düşüb.

Dərd elə köhnə dərddi.

Deyirlər, o gün pirdə

o kəndin qadınları

“Allah, balalarımız yazıqdır,

bizim kişilərə bir də

Bu parçalarda Mirzə Cəlil harayını, Sabir ironiyasını duymamaq mümkün deyil. Sona xanım “dərd elə köhnə dərddi” deməklə yüz illər boyu xilas ola bilmədiymiz dərdlərə güzgü tutur. Qarabağ harayı və şəhidlik zirvəsi “Qaçqın yataqxanası” şeirində ürək sızladan ağrı ilə verilir. “Gözəl Qarabağdan, görmədiyi yerlərdən inşa yazacaq, görəsən, neçə alacaq” kimi sətirlər xəncəl kimi adamın ürəyinə saplanır.

“Dünya Tanrı biçimdədir” kitabındakı şeirlərin ruhunda, mayasında olan səmimiyyəti bütövlükdə dua və minacat toplusu adlandırmaq olar. Bu şeirlər ruhu oxşamaqla yanaşı, həm də düşündürür, düşündürdükcə dünyanı adamın gözündə saflaşdırır, saflaşdırdıqca adam mənən təmizlənir, durulur və sadəcə, dua etmək istəyir.

Qalacaq ruhumun yükü sözümdə,

O məndən doymadı, doymadım ondan.

Mən “Ol”la gəlmişəm, “Ol”la gedirəm,

Yaşamaq ümidim başlayır sondan,

– deyən şairin, yazıçının, mətbuat fədaisinin və çiynində ağır ictimai yük daşıyan bir qadının, ananın kövrək pıçıltıları, layla kimi nəğmələri, harayı, üsyanı ilə baş-başa qalmaq üçün “Dünya Tanrı biçimdədir” kitabının səhifələrinə dalın, yazarla birlikdə minacat edin. Təsadüfi deyil ki, haqqında söz açdığım kitab artıq bir neçə dilə tərcümə olunub. Mənsə kitab haqqında fikirlərimi öz ənənəvi duamla bitirirəm: “Eşqlər və uğurlar!”.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Bahadır və Sona

Müsəlman tələbə Bahadır təhsilli erməni qızı Sonanı sevir. Gənclərin hər ikisi ağıllı, düşüncəli və öz xalqına bağlıdır. Müəllif bu məqamlara xüsusi işıq tutmaqla əsəri məhəbbət mövzusunda qapanıb qalmağa qoymur. Ona mədəni-ictimai məzmun verir. Ailə, din, millət, mədəniyyət, mətbuat, vətən yanğısı, müsəlman qadınların savadsızlığı və s. kimi mühüm məsələlərə münasibət bildirir. Sevgi əhvalatı bir növ ədəbi vasitəyə çevrilir. Bahadır ilə Sonanın faciəvi taleyi ictimai həyatın nəticəsidir. İki gəncin nakam məhəbbəti anormal qayda-­qanunların və cəhalətin fonunda qələmə alınır. Bu cəhətdən romanda əks olunan hadisələr sadəcə təxəyyülün məhsulu deyil, tarixi həqiqətdir.

Oxşar kitablar

Ledi Suzan

Ceyn Ostin

Cild : Yumşaq

Ölülər

Ceyms Coys

Cild : Yumşaq

Oyun

Cek London

Cild : Yumşaq

Ev sahibəsi

Fyodor Dostoyevski

Cild : Yumşaq

Meqrenin qəlyanı

Georges Simenon

Cild : Yumşaq

Yol-iz

Mixail Şoloxov

Cild : Yumşaq

Sahibin uşaqlığı

Jan Pol Sartr

Cild : Yumşaq

Zəif ürək

Fyodor Dostoyevski

Cild : Yumşaq

Siddhartha

Herman Hesse

Cild : Yumşaq

Qasırğa

Teodor Drayzer

Cild : Yumşaq

Qarabağ tarixi

Mirzə Camal Cavanşir Qarabaği

Cild : Yumşaq

Oktay Eloğlu

Cəfər Cabbarlı

Cild : Yumşaq

Три сестры – Anton Çexov

Anton Çexov

Cild : Yumşaq

Chess

Stefan Zweig

Cild : Yumşaq

Peyğəmbər

Hüseyn Cavid

Cild : Yumşaq

Двадцать четыре часа из жизни женщины

Stefan Zweig

Cild : Yumşaq

Gonbul

Gi De Mopassan

Cild : Yumşaq

Обманутые звезды или (Рассказ о Юсиф-шахе)

Mirzə Fətəli Axundzadə

Cild : Yumşaq

Nalayiq lətifə

Fyodor Dostoyevski

Cild : Yumşaq

Aldanmış kəvakib və ya (Hekayəti-Yusif Şah)

Mirzə Fətəli Axundzadə

Cild : Yumşaq

Ruslan və Lüdmila

Aleksandr Puşkin

Cild : Yumşaq

Ananın oğluna son məktubu / Treblinka cəhənnəmi

Vasili Qrossman

Cild : Yumşaq

Herman və Dorotiya

İohan Volfqanq Höte

Cild : Yumşaq

İlk məhəbbət

İvan Turgenev

Cild : Yumşaq

Rəylər

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.