Press "Enter" to skip to content

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

İnsanı diri ikən ölüyə çevirməyi bacaran ayrılıq.

Utopik Xarabalıq

Bu gün sizə son vaxtlar oxuduğum ən maraqlı kitab haqqında danışacam. Son vaxtların ən çox oxunan kitabı olduğu haqda eşitdikdə bu kitaba məndə böyük maraq yarandı. Söhbət Varis Yolçiyevin “Sonuncu ölən ümidlərdir” romanından gedir. Bu roman haqqındakı postumda əsərin müəllifi ilə də bir az söhbətləşəcəm.

Əsər ilk baxışda mənə adi bir sevgi hekayəsi kimi görünürdü. Amma oxuduqca bunun adi bir hekayədən daha güclü bir şey olduğunu anladım. Əgər yazıçının istəyi oxuyucunu kitaba bağlamaq idisə məncə bunu çox yaxşı bacarmışdı. Əsərdəki baş qəhrəmanlar İlqar və Nailə olsada mənim yaddaşımda daha çox Nailə obrazı qaldı. Böyük ehtimalla o əbədidə qalacaq. Nailənin keçirdiyi istirabları hiss etdikcə bəzən insan göz yaşlarına da hakim olmur. İlqar isə beynimdə düzü yalnız adi ” papauşağı” kimi qaldı və başqa heçnə. Nailə isə hətta fahişəlik uçurumuna yuvarlansa belə fikrimi necə ifadə edim bilmirəm ancaq öz mənəvi yüksəkliyini qorudu. O günahsız idi çünki taleyi belə gətirmişdi, o günahsız idi çünki həyat ona qarşı adil deyildi, o günahsız idi çünki sadəcə sevirdi. Əsərin müəllifi Varisdən bu əsəri tarixçəsi haqqında soruşdum. Varis- əsər real həyatdan götürülüb. məhkəmə oçerkini oxuyub qəhrəmanların izinə düşmüş, əsəri ərsəyə gətirmişəm. Amma 2 ci hissədə bir qədər yazıçı təxəyyülü de var.

Görəsən bu əsər təkcə mənə bu qədər təsir edir? Axı bu əsər bir insanın faciəsindən bəhs edir. Bu haqda Varisin də fikirləri maraqlı oldu.Varis- Bu əsər tək Nailənin deyil, bədənlərini satmaq yoluna sürüklənən bütün qadınların faciəsidir. Onları bu yola sürükləyən cəmiyyətin faciəsidir. Nailənin günahının olub olmaması hər kəsin hadisələrə subyektiv baxışı hesabına cavablandırıla bilər. Kim necə düşünürsə, elədir.

Romanda hissələrin başıanğıcındakı şeirlər də elə roman qədər insana təsir edirdi. Mənim ən çox xoşuma gələn şeir:

Ağ vərəqim oldu açılan səhər

Ona göz yaşımla adımı yazdım

Eşqimlə bacara bilsəydim əgər

Heç səni bu qədər arzulamazdım.

Müəllifin də əsərdə ən çox hansı şeiri xoşladığını soruşdum. “Ən çox xoşladığım şeir:

Qəlbim yaman kövrəlib,

Yadıma yenə də sən,

Sən düşmüsən bu axşam.

Bir ayrılıq bir ölüm heç biri olmayaydı. Görəsən insanlar ayrılığa necə dözür? Görəsən Nailə necə dözürdü? Bu sualı Varisə də verdim:

İnsanı diri ikən ölüyə çevirməyi bacaran ayrılıq.

Nailənin çəkdiyi əzabları qədər intiqamı da dəhşətli oldu. Nailə intıqamını aldi və getdi.Bəs yeni həyatı sizcə nəcə olacaq? – Varis : Nailə daim sıxılacaq, o özündən ki intiqam ala bilməyib.

Postumda sizə son vaxtların ən çox oxunan kitabı haqqında yazdım. Bəs siz? Siz hələ bu kitabı oxumamısız?

Və sonda əsərin müəllifi Varis Yolçiyev bloqumuza maraqlı bir hekayə etdi:

2013 cü ildə davamını yazacam. İndi İstanbulda körfəz sahilində keçmiş günlerinə acı göz yaşı axıdan Nailənin bu gününü yazmaq cəmiyyətin sosial sifarişidir.

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

Varis. “Sonuncu ölən ümidlərdir”. Bellestrik romanın bütöv e-mətni.

Romanda bəhs edilən hadisələrin bir hissəsi 1990-cü illərin sonlarında yazarın nəşr etdiyi «168 saat» qəzetində işıq üzü görüb. İndi isə müəllif oxucuları dramatik hadisələr, macəralarla zənginləşdirilmiş sevgi hekayəti qəhrəmanlarının sonrakı taleləri ilə tanış edir.

Varis

“Sonuncu ölən ümidlərdir”

Bellestrik romanın bütöv mətni

Bakı – 2008

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin departament direktoru Varis Yolçiyevin «Sonuncu ölən ümidlərdir» adlı romanı işıq üzü görüb. «Kitab oxumağın vaxtı yetişdi!» devizi altında təqdim olunan kitabın mövzusu real həyat hadisələrindən bəhs edir.

Romanda bəhs edilən hadisələrin bir hissəsi 1990-cü illərin sonlarında yazarın nəşr etdiyi «168 saat» qəzetində işıq üzü görüb. İndi isə müəllif oxucuları dramatik hadisələr, macəralarla zənginləşdirilmiş sevgi hekayəti qəhrəmanlarının sonrakı taleləri ilə tanış edir.

Redaktoru filologiya elmləri namizədi Şərəf Cəlilli olan kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində 10 000 tirajla çap olunub.

Varis Yolçiyev vaxtilə AzTV-də yayımlanan «Gecə kanalı» verilişinin həmmüəllifi olub. 1997-2001-ci illərdə «168 saat» qəzetinə rəhbərlik edib, «Azərbaycan» nəşriyyatının baş redaktoru işləyib. 2006-cı ilin sonlarında AzTV-yə qayıdıb.

Sonuncu Ölən Ümidlərdir – Varis Kitap özeti, konusu ve incelemesi

Sonuncu Ölən Ümidlərdir kimin eseri? Sonuncu Ölən Ümidlərdir kitabının yazarı kimdir? Sonuncu Ölən Ümidlərdir konusu ve anafikri nedir? Sonuncu Ölən Ümidlərdir kitabı ne anlatıyor? Sonuncu Ölən Ümidlərdir PDF indirme linki var mı? Sonuncu Ölən Ümidlərdir kitabının yazarı Varis kimdir? İşte Sonuncu Ölən Ümidlərdir kitabı özeti, sözleri, yorumları ve incelemesi.

28 Temmuz 2022 05:00 Kitap

Kitap Künyesi

Orijinal Adı: Sonuncu Ölən Ümidlərdir

Yayın Evi: Qanun

İSBN: 9789952260984

Sayfa Sayısı: 351

Sonuncu Ölən Ümidlərdir Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti

«Kitab oxumağın vaxtı yetişdi!» devizi altında təqdim olunan kitabın mövzusu real həyat hadisələrindən bəhs edir.

Romanda bəhs edilən hadisələrin bir hissəsi 1990-cü illərin sonlarında yazarın nəşr etdiyi «168 saat» qəzetində işıq üzü görüb. İndi isə müəllif oxucuları dramatik hadisələr, macəralarla zənginləşdirilmiş sevgi hekayəti qəhrəmanlarının sonrakı taleləri ilə tanış edir.

Sonuncu Ölən Ümidlərdir Alıntıları – Sözleri

  • Zəmanə indiki insanları cılızlaşdırıb.
  • Biz şərlə mübarizə aparmaq qabiliyyətinə malik deyilik. biz şərə,sadəcə, təəssüflənirik.
  • Ürəyimi xatirələr, Yarpaqları külək ovur. Adamların arasıyla, Tale məni hara qovur. Ya dəli ol,ya dərdli ol, Biri bilsə, beşi bilməz. Bu küləkdə hönkürtüylə, Ağlasan da,eşidilməz. #S.Yusifoğlu
  • Həyat müvəqqətidir,bir göz qırpımında ötüb keçir.
  • İnsanlar özləri ilə sirlərini qəbirə aparanda daima narahat olurlar.
  • İndi zəmanəmi pisdir,yoxsa insanlarmı pisləşiblər.
  • ..niyə insanı Allah bu qədər narazı yaradıb görəsən?
  • Nə qədər çətinliklərimiz olsa da,biz həmişə nikbin olmalıyıq,başımızı həmişə dik tutmalı,irəliyə həmişə inamla baxmalıyıq,ümidlə yaşamalıyıq. #Heydər Əliyev
  • Mühit və şərait insanı toruna salaraq onu uçuruma yuvarlayır.
  • İnsan təbiətən naşükürdür.Heç nə,heç vaxt onu qane eləmir.
  • Bir qismimizin özünə, əksəriyyətimizin isə arzularına güllə atırlar. Muzdlu qatillik yaman dəbdədir.
  • • Niyə insan nəyisə,kimisə arzulayır,ömrünü bu arzulara çatmağa puç edir.Ancaq onun arzuladıqları – həmin şeylərə və həmin kəslərə ehtiyacı olmayan tamam başqa birisinə qismət olur?
  • Azadlıq insana verilən ən böyük nemətdir..
  • ~Nə qədər çətinliklərimiz olsa da,biz həmişə nikbin olmalıyıq,başımızı həmişə dik tutmalı,irəliyə həmişə inamla baxmalıyıq,ümidlə yaşamalıyıq.. # Heydər Əliyev
  • Hərdən olur , böyük dünyadan təcrid olub öz kiçik dünyama tapınıram. Ancaq ümidlənirəm ki , tale gec-tez mənim də üzümə güləcək Doğurdan da məni yaşadan ümidlərdi. Qəribədir, ümidlər məni pis vəziyyətdə qoymurlar. Ümidimin biri puç olduqda tez başqa biri onun yerinə peyda olur.

Sonuncu Ölən Ümidlərdir İncelemesi – Şahsi Yorumlar

“Sonuncu ölən ümidlərdir” Varis yaradıcılığından oxuduğum ilk kitab.Bu kitab yazıçının ilk kitabıdır mövzusu real həyatdan götürülüb və bu fakt məni çox kədərləndirdi. Romandan gözləntim böyük idi ,amma “vauu” dediyim bir roman olmadı doğrusu. romandakı həyatlara baxaraq dərs çıxarmaq,nailənin etdiklərini etməmək lazımdır.Bütün olanlardan sonra çirkli bir keçmişi olan Nailənin güclü bir qadın kimi göstərilməsi doğru nümunə deyil, güclü qadın uğursuz bir sevgiyə görə onun etdiklərini etməzdi.Axı, nə olursa olsun o bir adam öldürmüş, bir qadının ölümünə,ailəsinin dağılmasına,3uşağın yetim qalmasına səbəb olmuş və əxlaqsızlıq etmişdi və bu tək çıxış yolu ,məcburiyyət kimi göstərilib. Romanda iki gəncin İlqar və Nailənin uğursuz sevgi hekayəsindən bəhs olunur.Oxucuların rəylərini oxudum Nailəni qınayanlar da var idi,haqq verənlər də. Çox istədim. Nailənin etdiklərini başa düşməyə çalışdım,amma ona heç cür haqq vermək olmaz.Ona ən böyük pisliyi məhz özü etmişdir heçbir məcburiyyət onun etdiklərinə qəbul etdirəcək deyil.Romanda haqq verəcək bir xarakterə rastlamadım:üç uşağını,ailəsini atıb rus qadınla ailə quran ata,Qızının rəfiqəsini mənim də qızımdı deyib işə alıb,qızı yaşında birinə eşq elan edən müdir,Kasıb ailənin qızı olduğu üçün Nailəni oğullarına yaraşdırmayan valideynlər,Sevdiyi qıza onunla evlənməyəcəyini etiraf etməkdən belə qorxan,zəngin ailənin qızı ilə atasını puluna görə evlənən İlqar,sırf İlqar onunla evlənmədi deyə onun acığına müdirinin təklifini qəbul edən Nailə,rəfiqəsini uçurumdan qurtarmaq üçün heçnə etməyən Şölə,rəfiqəsinin sevgilisi ilə evlənən Səidə,qızına bu qədər pulun hardan gəldiyini sual verməyən,qızı ilə maraqlanmayan bir ana. İlqar ailəsinin təkidi ilə zəngin ailənin qızı olan Səidə ilə evlənir.Nailə nə etmişdi? heç bu hadisə olmamışdan əvvəl öz gözəlliyindən,onu sevənlərdən istifadə etmisdi.Ad günündə müdirinin verdiyi hədiyyəni qəbul etmişdi moda evi açmaq üçün ondan xaiş etmişdi və bütün bunları edəndə müdirinin nece alçaq biri olduğunu bilirdi.Ən az İlqar qədər günahkardı Nailə. Gələk Nailənin “qisasına” o pula görə necə ki,həyatını qaraltmışdı qisası da ona puldan başqa heçnə vermədi.Öldürdüyü müdirinin pullarını gizlətdiyi yerdən aldı,”Metallonu” hədəliyərək pul aldı,Rufadan da həmçinin. bu da onun “qisası”oldu.Səidəni sevməsəm belə Nailənin ona etdiklərini hak etdiyini düşünmürəm.Ən böyük qisas məhz Səidədən alındı.Onu atan,bütün bu hadisələri başladan,ailəni başsız qoyan atasına belə iş verilməsini tapşıran “Mərhəmətli” Nailə Səidənin ölümünə və 3uşağın atasız anasız qalmasına nail oldu. (laviniia.books)

Eser gozeldi.Macera dolu sevgi yasiyan iki gencden behs edilir.Seven insan,ne olur olsun sevdiyini hec vaxt yari yolda qoymaz.Qiz kasib,oglan varli oldugu ucun oglanin ailesi onlarin evlenmeyine razi olmur.Neticede oglan basqasi ile evlenir.Her seyde ondan sonra bas verir. Deyirler umid en sonda olur.Amma umidi en basda oldurmek lazimdi.Cunki umid olduse qorxu da olur,umid olduse insanin hereket etmek isteyi de artir,umid olduse serbestliyin de artir. (Afig)

Sevgi: Kitab tək kelime ile mohtesem.Bütün olanlara reğmen hələ də sevmeyi bacaran kəslər var .Çox təssüf ki dövrümüzdə ani hissə qapılıb adını sevgi qoyanlar çoxdu .Və sevgi kelimesini ucuzlasdiran urekbulandirici adamlar da həmçinin ..Nailə hər şeyə rəğmən ayaqda qala bilmək çabası möhtəşəm . (Gülyanaq Əlvanqızı)

Sonuncu Ölən Ümidlərdir PDF indirme linki var mı?

Varis – Sonuncu Ölən Ümidlərdir kitabı için internette en çok yapılan aramalardan birisi de Sonuncu Ölən Ümidlərdir PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF’leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.

Kitabın Yazarı Varis Kimdir?

Varis YOLÇİYEV 7 Haziran 1966 yılında Sumgayıt şehrinde doğdu. 1990 yılında Bakü Devlet Üniversitesi Filoloji Fakültesini bitirdi. 1991 yılında “168 saat” gazetesine baş editörlük, 1993 yılında “7 gün” gazetesine editörlük yaptı. 1995 – yılında Azerbaycan Devlet Televizyonu’nun “Gece kanalı” programının kurucularından olup. 2004 yılında Azerbaycan Cumhurbaşkanının İşler Kurulu’nun “Azerbaycan” yayınevinin baş editör atandı. 2007 yılında “Azerbaycan Televizyon ve Radyo Programları” QSC-de ( Hyper ) Periyodik Yayınlar ve Sosyolojik Araştırmalar Bölümünün Müdürü atandı. Ayrıca Azerbaycan’da ilk “TV plyus” milli yayıncı dergisinin baş editörüdür. Azerbaycan’da ve yabancı ülke mətbuatlarında yüzlerce makalesi çıkıp, 2001 – 2005 yıllarında peşpeşe 5 kez çeşitli uluslararası kuruluşlar tarafından (“European Market Research Center”, “Editorial Ofice” vb.) medya ödüllerine layık görüldü. Çeşitli yıllarda “Dan yıldızı” yüksek gazetecilik ödülüne, “Yılın en iyi editörü” ödülünü almıştır. On sekiz kitabın (“Asıl insan hakkında”, “Azerbaycan Cumhurbaşkanı”, “Azerbaycan gençliği – Azerbaycan’ın geleceği” vb.) Editörü oldu. Halk yazarı İsmail Şıxlın ın tanıtımı ile ilk hikayeleri “Yıldız” dergisinde yayınlanmıştır.90’lı yıllardan başlayarak ise onun edebi basında diğer hikayeleri (“Bir avuç toprak”, “Tenha yalquzağın masalı”, “Ebedi aşk destanı”, “Sabah asla açılmayacak”, “Sana inanıyorum”, “Yol ayrımında kayar kalanlar”) ışık yüzü gördü. İlk sanatsal kitabı (“Sonuncu ölen ümidlərdir”) 2008 yılı Kasım ayında yayınlanmıştır. 2009 yılında yazarın “Bir avuç toprak”, 2010 yılında “Sana inanıyorum”, 2011 yılında “Yetmiş yedinci gün” adlı sonraki kitapları ışık yüzü gördü.

Varis Kitapları – Eserleri

  • Sonuncu Ölən Ümidlərdir
  • Əzilmiş Fotoşəkillər
  • Sana İnanıyorum
  • Bir Ovuc Torpaq
  • Son Mektup
  • Yetmiş Yedinci Gün
  • Uzaqdan Gələn Yağış
  • Yaşıl Üzlü Gündəlik
  • Yol Ayrıcında Azıb Qalanlar
  • Üçbucaq
  • Metamorfoz
  • Qırmızı Ləçəklər

Varis Alıntıları – Sözleri

  • Maddi dünyanın qanunu bərabərlik, mənəvi dünyanın qanunu yaxşılıqdır. Əfsus ki, birincini sosial təbəqələşmə, ikincisini eqoizm pozur. (Metamorfoz)
  • İlk olanı unuda bilmirsən heç vaxt. Ürək agappaq kagizdir. Ona yazılan ilk sətirlər, məhz yazılmaq üçün yaranmiş kağızın, ilk qələm toxunuşuna təsir vücudunun ilk həzzi, ilk ovuntusudur. (Yaşıl Üzlü Gündəlik)
  • Hər səhər Günəş çıxarkən üfüqün qırmızı rənginə tamaşa elə, yetmiş yeddinci gün ömrünə əbədi Günəş doğacaq. (Yetmiş Yedinci Gün)
  • Bəzən sevinci gözləyirsən, indicə qapını döymədən içəri keçəcəyini zənn edirsən, amma qapın döyülür və qapının kandarında kədərin dayandığını görüb tam məyus olursan. (Uzaqdan Gələn Yağış)
  • Böyük balıqların şikarına çevrilmək üçün yaranır xırda balıqlar. İnsanlarda da eynən belədir. bizlər- xırdalar, sadəcə haqsızlıq önündə susmaq üçün doğulmuşuq. Susa bilməmək bizim faciəmizə çevrilir. (Son Mektup)
  • Bədənin ağrısı və qəlbin ağrısı.Müxtəlif xəstəliklərin izi olan birincisi gəlir və gedir.Müxtəlif dərdlərin izi olan ikincisi isə daim səninlədir. (Yaşıl Üzlü Gündəlik)
  • Gözəl göründüyü üçün maddi olan gözə görünməyən mənəvi olandan həmişə daha üstün hesab edilir (Metamorfoz)
  • Artık sevgiye yer ayıramayan kalbim, tamamen taşlaşmaktan korkmuyor musun? (Bir Ovuc Torpaq)
  • Əgər kişi sağ ayağı ilə axsayırsa, gərək, sol ayağı ilə axsayan bir qadını tapıb özünə həyat yoldaşı eləsin. Bu halda onlar tarazlaşarlar və müvazinətlərini saxlayarlar. Vay o gündən ki, qadın kişini tamamlamasın. (Sana İnanıyorum)
  • Vacib olan deyil ki, sevdiyin səninlədir. Vacib olan odur ki, sevgi səninlədir. (Əzilmiş Fotoşəkillər)
  • Bar verməyəcək bir ağacı əkib, böyüdüb sonra mişarlamaqdansa, azacıq diqqətli olub bar verməyəcəyinə əminliklə onu əvvəldən əkməmək daha yaxşı olmazmı? (Uzaqdan Gələn Yağış)
  • 《Özü özünü məhv edənlərin sayı özgə adamların əli ilə məhv olanların sayından çoxdur. 》 (Bir Ovuc Torpaq)
  • Demək, uşaqlar öz sevinc və kədərləriylə yeniyetməliyə, yeniyetmələr gəncliyə, gənclərsə orta yaş həddinə daxil olurlar. Sevinc daşıyanların sayı ilə cəmiyyətin xoşbəxtliyi düz mütənasibmiş. Nə qədər az sayda uşaq incidilsə, təhqir edilsə, nə qədər az sayda yetim, küçə uşağı olsa, o qədər də yüksək rifahlı cəmiyyət qurular. (Yetmiş Yedinci Gün)
  • Bu, ayrıca bir haldır, sənə sədaqət andı içən, sənə olan sevgisinin şiddətini göstərmək üçün hər şeyindən keçməyə hazır olduğunu nümayiş etdirən bir qadın içində necə xəyanət toxumları cücərdiyini, səni necə dəyişdiyini öz diliylə sənin özünə etiraf edir. (Yol Ayrıcında Azıb Qalanlar)
  • Və ən pisi odur ki, insan bəzən axtardığını tapmadan da itirə bilir. (Sana İnanıyorum)
  • Günlər də insanlar kimi öz ömürlərini yaşayırlar. Soyuqda donur, istidə təntiyir, küləkdə gözlərini qıyırlar ki, toz dolmasın. Gecə də darıxırlar. (Yetmiş Yedinci Gün)
  • İnsanlar özləri ilə sirlərini qəbirə aparanda daima narahat olurlar. (Sonuncu Ölən Ümidlərdir)
  • Kiçik ovcumuza sığan hər şeyi böyük qəlbimizlə bölərdik. (Yaşıl Üzlü Gündəlik)
  • Günlər də insanlar kimi öz ömürlərini yaşayırlar.Soyuqda donur,yağışda islanır,istidə təntiyir,küləkdə gözlərini qıyırlar ki,toz dolmasın. Gecələr darıxırlar, sükut və səssizlik, həm də hərəkətsizlik şəraitində bağırları çatlayır. Gündüzsə onlar üçün maraqlı olur. Həyat qaynayıb qarışır, bol hadisələr baş verir. (Yetmiş Yedinci Gün)
  • • Başlı başına bir dünyadır aşk. (Son Mektup)

Comments are closed, but trackbacks and pingbacks are open.