Sorularla islamiyyət quran
Xütbəmizi Rəbbimizin bu bəyanı ilə bitirək: “Onlar sizin, siz də onların libasısınız. Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da kişilər üzərndə hüquqları vardır. ” (Bəqərə, 187 və 228). Beləcə Uca Allah qadının kişi ilə qarşılıqlı məsuliyyətini bəyan etmişdir. Həqiqi rahatlıq və səadət isə, şübhəsiz ki, Allah və Rəsulunun əmr və tövsiyələrinə uymaqla mümkündür.
İslamda qadın haqları
Bildiyimiz kimi, dünya və axirət səadətini hədəf alan İslam dini cəmiyyətin təməli olan ailəni sevgi və qarşılıqlı hörmətə əsaslanan bir qurum olaraq görmüşdür. Qurani-Kərimdə bu barədə belə buyurulmuşdur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır” (Rum, 21).
İslamda ər-arvadın bir-birləri üzərində haqları vardır və bir-birləri qarşısında müəyyən vəzifələr daşıyırlar. Ailədə kişinin qadınla necə davranmalı olduğu ilə bağlı sevimli Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: “İmanı ən kamil olan mömin əxlaq baxımından ən gözəl olandır. Ən xeyirliyiniz də xanımına qarşı ən gözəl davrananınızdır“.
Ailə həyatı məsələsində də ən gözəl örnəyi təşkil edən Peyğəmbərimiz (s.ə.s.) heç bir zaman xanımlarına qarşı sərt münasibət göstərməmiş və onlarla daima xoş davranaraq, hər birinə şəfqətlə münasibət göstərmişdir.
Qadınlar Uca Allahın bizə əmanətləridir. Buna görə də bu əmanəti qorumaq hər bir kişinin vəzifəsi və borcudur. Necə ki, sevimli Peyğəmbərimiz (s.ə.s.) də Vida xütbəsində “Qadınlar sizə Allahın bir əmanətidir” deyə buyurmuşdur.
İslamiyyət qadına xüsusi önəm vermiş və cəmiyyətdə qadının rolunu yüksək dəyərləndirmişdir. Qadın insanı dünyaya gətirən və yetişdirən möhtərəm bir varlıqdır. Onun qəlbi, sevgi ilə ilmək ilmək toxunmalıdır ki, uşaqlarını o sevgiylə qorusun, böyütsün və cəmiyyətə faydalı insanlar edə bilsin. Bu baxımdan qadın ailənin və bilavasitə cəmiyyətin təməl daşıdır. Onun mükəmməlliyi cəmiyyətin mükəmməlliyi deməkdir.
Milli.Az islam.az-a istinadən bildirir ki, dinimiz ata-anaya gələcəyin anaları olmaları baxımından qız uşağının tərbiyəsi üzərində xüsusi həssaslıqla və sevgiylə dayanmağı tövsiyə edir. Qız uşağını baxıb böyüdənə və onu gözəl şəkildə tərbiyə edənə cənnət, həm də cənnətdə ən gözəl məqam, Rəsulullaha qonşu olmaq məqamı vəd edilməkdədir (Riyazu’s-Salihin, c.1/270).
İslamda qadın İslam düşmənlərinin iddia etdikləri kimi, şəxsiyyəti olmayan, bu səbəbdən də ərinə tabe olmaq məcburiyyətində qalan, özünü idarə etməyi bacarmayan, ağlı inkişaf etməmiş bir varlıq deyildir. Əksinə, mehr istəmə və mülkə sahib olma haqqına sahib, şəxsiyyətli bir varlıqdır. İslamiyyət ərinə itaət edən, onunla yaxşı yola gedən bir xanımın Allahın rizasına da nail olacağını mücdələmiş və ona layiq olduğu yüksək dəyəri vermişdir.
Xütbəmizi Rəbbimizin bu bəyanı ilə bitirək: “Onlar sizin, siz də onların libasısınız. Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da kişilər üzərndə hüquqları vardır. ” (Bəqərə, 187 və 228). Beləcə Uca Allah qadının kişi ilə qarşılıqlı məsuliyyətini bəyan etmişdir. Həqiqi rahatlıq və səadət isə, şübhəsiz ki, Allah və Rəsulunun əmr və tövsiyələrinə uymaqla mümkündür.
Milli.Az
Quran haqqında anlayış
Quran Uca Allahın Cəbrail (Allahın ona salamı olsun) vasitəsi ilə qulu və peyğəmbəri olan Muhəmmmədə (Allahın ona salavat və salamı olsun) 23-il ərzində nazil etdiyi kəlamıdır. Quran Allahın kitabının xüsusi adıdır. Qurandan başqa heç bir kitab belə adlanmır. Quran insanlara haqqı başa salan, yaxşı işləri əmr edib pis işlərdən çəkindirən dirilər üçün göndərilmiş kitabdır. Quran elmin xəzinəsi, nicat yolunu göstərən qaydalarla zəngin olan bir kitabdır. Uca Allah bu kitabı vəsf edərək buyurur: “Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır” (əl-Bəqərə surəsi, 1-2).
Digər bir ayədə buyurur: “Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! (Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dopdoğru şəkildə (nazil etdi)”. (əl-Kəhf surəsi, 1-2)
Bu elə bir kitabdır ki, haqqı batildən ayırar, qəlblərə şəfa verər, insanlardan bəzilərini ucaldar və bəzilərini zəlil edər.
Quran oxumaq qəlbin dərmanıdır. Uca Allah buyurur: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik”. (əl-İsra surəsi, 82) Başqa bir ayədə buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (əl-İsra surəsi, 57)
Hər bir müsəlman Quran oxumağı bacarmalıdır.
Quran oxumağı bacarmaq nə qədər tükənməz, böyük bir nemətdir. Odur ki, Quran oxuyan kəs onun ədəblərini, oxuma qaydalarını öyrənməli və ona riayət etməlidir ki, bu gözəl əməli lazımınca yerinə yetirmiş olsun. Uca Allah buyurur: “Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki, (Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir”. (Fatir surəsi, 29-30)
Quranı öyrənib və onu insanlara öyrədən şəxs isə ən xeyirli insanlardır. Osman (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənib və onu öyrədəndir”. (Səhuh əl-Buxari 9/66, 67, Sunən ət-Tirmizi 11/32)
Quran oxumaq insana qiyamət günü ən çox fayda verən əməllərdən olacaqdır. Əbu Uməmə əl-Bəhi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Quran oxuyun! O, Qiyamət günü sahibinə şəfaətçi olaraq gələcəkdir”. (Səhihu Muslim 6/90)
Quranı oxuyan kəsə oxuduğu hər bir hərfinə görə on savab yazılır. İmanı güclü olan müsəlman heç vaxt Quran oxumaqdan doymaz. Abdul-Həmid əl-Həmməni Sufyan əs-Sövrinin (Allah ona rəhmət eləsin) belə dediyini eşitmişdir: “Qəlbləriniz təmiz olarsa Quran oxumaqdan doymazsınız”. Abdullah ibn Məsud (Allah ondan razı olsun) buyurmuşdur: “Kim bilmək istəyirsə o Allahı sevir ya yox, özünü Qurana fəda versin. Quranı sevdikdə Allahı sevmiş olur. Çünki Quran Allahın kəlamıdır”.
Fudeyl ibn İyad (Allah ona rəhmət eləsin) demişdir: “Quranı daşıyan kəs İslam bayrağını daşıyandır”.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) buyurmuşdur: “Üç şey zehni gücləndirir və bəlğəmi aparır; sivakla dişləri təmizləmək, oruc tutmaq və Quran oxumaq”.
Quran bizə, bizdə olan xəstəlikləri göstərən ən əsas vasitədir. Qatədə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Quran sizə xəstəliklərinizi və onun dərmanını göstərir. Sizin xəstəliklərinizin, etdikləriniz günahların dərmanı isə istiğfardır”. İstiğfar Allahdan bağışlanma diləməkdir. Quran oxuyan şəxs əsrlər öncə yaşamış qövmlərin öz əməlləri ucbatından üzləşdiyi müsibətlər barəsində məlumat alınca, Cənnət və Cəhənnəm ayələrini oxuduqda Allahdan hər bir zaman bağışlanma diləyir. Allah isə heç şübhəsiz ki, Bağışlayan və Rəhmlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.