Tərəfindən tədris olunan fənlərin təsviri İpf-b12 Sosial işin nəzəriyyəsi və təcrübəsi I, II
proseslərini təqdim edir. Tədris prosesində əlilliyi olan uşaqlar və onların ailələrinə
Sosial işə giriş
Azərbaycanın Vahid Sosial Reyestri olan e-sosial.az internet portalından rahat istifadə və portalın daha əlçatan olması məqsədilə “Android” və “İOS” əməliyyat sistemi üçün tətbiqlər də fəaliyyət göstərir.
“Qafqazinfo” xəbər verir ki, bu mobil tətbiqi yükləyərək sosial müdafiə hüquqlarınız barədə bütün suallara bir pəncərədə cavab tapa bilərsiniz.
Mobil tətbiqdə qeydiyyat çox sadədir. Sizdən yalnız istifadəçi adı, şifrə, adınıza olan mobil nömrə, elektron poçt ünvanı və FİN nömrənizi qeyd etmək tələb olunur.
16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən portalda əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya kimi müxtəlif sahələrin elektron bazasına çıxış imkanı var.
Qeyd edək ki, 2020-ci il ərzində e-sosial.az portalına “Android” əməliyyat sistemi vasitəsilə 32 050, “İOS” platforması üzərindən 31 186 müraciət daxil olub.
E-sosial.az portalının mobil tətbiqi ilə bağlı ətraflı məlumat almaq üçün Nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik:
Tərəfindən tədris olunan fənlərin təsviri İpf-b12 Sosial işin nəzəriyyəsi və təcrübəsi I, II
sosial iş prosesində tələlərin müəyyənləşdirilməsi kimi mövzuları ehtiva edir.
Kursu başa vuran tələbələr sosial işin nəzəriyyələri və təcrübəsi sahəsində vacib
olan məlumatlar əldə edərək, biliklərin keyslər üzərində tətbiqi vasitəsilə
motivasiyalı intervyu, parafrazetmə, hisslərin əks olunması, aydınlaşdırma və
ümumiləşdirmə və sosial işçi üçün vacib olan digər əsas bacarıqlara yiyələnərək
mikro sosial iş prosesində klientdə arzuolunan davranış dəyişikliyi istiqamətində
ünsiyyət yaratmaq imkanı əldə edir, sosial iş təcrübəsi zamanı klientin
müqavimətinin aradan qaldırılması, onun sosial iş prosesinə uğurlu cəlb edilməsi
qaydalarını mənimsəyirlər. Bütün bunlarla yanaşı, sosial iş prosesində potensial
tələlər barədə maariflənmə tələbələrə gələcəkdə bu tələlərdən yayınma imkanı
İPF-B18 Tədqiqat metodları I (6 kredit, 75 saat)
Fənnin əsas məqsədi tələbələri sosial işdə tədqiqatların aparılmasına dair mövcud
yanaşmalar, texnikalar və çağırışlarla tanış etmək, bu sahədə onların bacarıqlarını
inkişaf etdirmək və onları sosial elm üzrə ədəbiyyatın kompetensiyalı istehlakçısı
olmağa hazırlamaqdır. Fənnin əhatə dairəsinə sosial işçilərin öz fərdi təcrübələrini
və sosial proqramları qiymətləndirməsi, peşə təcrübəsinə dair biliklərin
təkmilləşdirilməsi üçün istifadə olunacaq tədqiqat dizaynı və metodologiyası
daxildir. Bu fənn tələbələrdə elmi perspektivləri inkişaf etdirmək, təcrübənin
qiymətləndirilməsi üçün müxtəlif tədqiqatların mahiyyətini anlamaq və bu
perspektivləri və anlamanı sosial iş təcrübəsinin daha geniş konseptual bazasına
inteqrasiya etmək məqsədi daşıyır. Tədqiqat metodları fənni tələbələrin cəmiyyət,
insanlar və onların problemləri haqqında tənqidi düşünmək bacarıqlarını
gücləndirir. Semestrin sonunda tələbələr tədqiqatın dizaynı və metodologiyası
haqqında öyrəndiklərini nümayiş etdirən tədqiqat layihəsinin təqdimatını keçirirlər.
Kursu başa vuran tələbələr tədqiqatda sosial işçinin yerinə yetirə biləcəyi müxtəlif
rollar, sosial iş peşəsi çərçivəsində təcrübənin və proqramların qiymətləndirilməsi,
buna müvafiq tədqiqatın dizaynı və metodologiyasına dair ilkin anlayışlara malik
olacaqlar. Onlar sosial işin müxtəlif sahələrindən olan tədqiqat hesabatlarını
tənqidi təhlil etmək, orada güclü və zəif tərəfləri müəyyənləşdirmək və həmçinin
həmin hesabatlardan sosial iş təcrübəsi üçün faydalı və istifadə oluna biləcək
məlumatı müəyyən etmək bacarığı, bununla yanaşı problemin müəyyən edilməsi,
dizaynın hazırlanması, tədqiqat metodlarının seçimi, hesabata daxil edilən
nəticələrin müəyyən olunması, tədqiqatçının nəzəri baxışları arasında olan
qarşılıqlı əlaqələri anlamaq və izah etmək bacarıqlarına yiyələnəcəklər.
İPF-B18 Tədqiqat metodları II (5 kredit, 60 saat)
Bu fənn əsas tədqiqat anlayışları, məlumatın idarə olunması və təhlili, nəticələrin
şərhi və yayılması, sübuta yönəlmiş yanaşmada tədqiqatdan istifadə olunmasının
qaydaları, tədqiqat layihəsinin dizaynı və və həyata keçirilməsi prosesini əhatə
edir. Bundan əlavə dərs prosesində tədqiqatın mühüm tərkib hissəsi sayılan etik
normalar, dəyərlər, müxtəliflik, sosial- iqtisadi bərabərlik mövzuları da araşdırılır.
Semestrin sonunda tələbələr sosial tədqiqatlar, sübuta yönəlmiş yanaşmada
tədqiqatdan istifadənin qaydaları, sualların formalaşdırılması, suallara cavab verən
məlumat bazasının müəyyən edilməsi, belə məlumatın təhlili və nəticələrinin
təcrübədə istifadə olunması haqqında məlumatlanır və özləri tədqiqat layihəsi
dizayn edib həyata keçirməklə tədqiqat prosesinə dair ətraflı məlumat alaraq
təcrübi bacarıqlar əldə edəcəklər.
İPF-B09 Sosial işə giriş (7 kredit, 90 saat)
Bu fənn tələbələrə sosial iş haqqında ümumi məlumat, onun predmeti, səviyyələri,
eyni zamanda müxtəlif fəaliyyət sahələrində – uşaqlar, ahıllar, ailələr, əlilliyi olan
insanlar və digər hədəf qrupları ilə sosial iş qaydaları və prosesini əhatə edir. Bu
fənnin tədrisi tələbələrə iş fəaliyyəti zamanı sosial işçiyə lazım olan etik dəyər və
prinsiplərlə tanış olmaq imkanı yaradır. Kursu bitirən tələbələr öyrənmənin nəticəsi
olaraq sosial iş peşəsinin və elminin tarixi inkişafı və sosial işin fundamental
əsaslarını təşkil edən sosial ədalət, etik prinsiplər və dəyərlər haqqında məlumat
əldə edəcəklər. Tələbələrdə həmçinin sosial işin müxtəlif sahələrində işləmə,
müxtəlif vəziyyətlərdə hadisələri düzgün dəyərləndirmək və düzgün nəticə
çıxarmaq bacarıqları formalaşacaqdır.
İPF-B08 Mərkəzi sinir sisteminin anatomiyası və fiziologiyası (6 kredit, 75 saat)
Fənnin tədrisi prosesində tələbələr mərkəzi sinir sisteminin normal anatomiyası və
fiziologiyası ilə yaxından tanış olacaqlar. Bu fənn baş və onurğa beyninin
quruluşu, funksiyaları və zədələnmələri zamanı əmələ gələn patologiyaları əhatə
edir. Sosial işin təcrübəsi sahəsində isə bu fənnin tədrisi mərkəzi sinir sisteminin
patologiyaları zamanı meydana çıxan nəticələrə sosial işçinin yanaşma tərzinin
aşılanması kimi mövzuları özünə daxil edir. Bu fənn üzrə tələbə semestrin
sonunda mərkəzi sinir sisteminin normal anotomik quruluşu, inkişaf
anomaliyaları, normal funksiyaları haqqında məlumatlı olacaq, baş beyin və
onurğa sütununun zədələnməsi zamanı meydana çıxan əlillliklər zamanı
pasientlərə yanaşma tərzi və reabilitasiya istiqamətləri haqqında informasiyanı
İPF-B20 Psixi sağlamlıq (6 kredit, 75 saat)
Fənn psixikanın sağlam və patoloji aspektlərini əhatə edir. Bu fənnin tədrisi
prosesində tələbələr psixi sağlamlıqla bağlı ümumi məlumat əldə edəcək, psixi
pozğunluqlar, nazoloji vahidlərlə bağlı bir sıra məsələlərlə yaxından tanış
olacaqlar. Sosial işin təcrübəsi sahəsində isə bu fənnin tədrisi sosial işdə rast gəlinə
biləcək müxtəlif psixoloji variasiyalara sosial işçinin hazırlanması kimi mövzuları
ehtiva edir. Bu fənn üzrə kursu başa vuran tələbə semestrin sonunda psixi
sağlamlıq sahəsində vacib olan məlumatlar əldə edərək, biliklərin keyslər üzərində
tətbiqi vasitəsilə iş həyatında psixi sağlamlıqla bağlı rast gəlinə biləcək vacib
məlumatlara yiyələnəcəkdir. Bununla yanaşı, tələbə sosial iş təcrübəsi zamanı
klientin psixi sferasında baş vermiş dəyişikliklərin tanınması istiqamətində ilkin
İPF-B21 Azərbaycanda sosial yardım sistemi (5 kredit, 60 saat)
Bu fənn ölkəmizdə sosial yardım sisteminin vəziyyəti haqqında zəngin məlumat
verir. Fənnin tədrisinin məqsədi sosial təminat hüququ ilə bağlı nəzəri
əsasən də Azərbaycan Respublikasının sosial təminat
qanunvericiliyinin öyrədilməsidir. Bunları bilmək ünvanlanmış sosial müdafiədən
vaxtında və tam şəkildə istifadə etməyə, zərurət yarandıqda isə öz hüquqlarını
düzgün müdafiə etməyə imkan verir. Kursda iştirak edən tələbələr semestrin
sonunda Azərbaycan Respublikasının sosial təminat sahəsində qanunvericiliyini
(pensiya, müavinət, tibbi yardım, sosial xidmət, sosial yardım və s.) öyrənəcək,
Azərbaycanda sosial yardım sisteminin formalaşmasının əsas aspektləri, müxtəlif
məlumatlanacaq, dövlət hesabına ödənilən sosial müavinətlər və onların növlərinin
xüsusiyyətləri, əmək pensiyaları haqqında məlumatı çatdırmaq, pozulmuş sosial
təminat hüquqlarının bərpası və sosial təminat hüquq normalarını tətbiq etmək
İPF-B27 Sosial işdə idarəetmə (5 kredit, 60 saat)
Bu fənn sosial işdə idarəetmənin vacid olan amilləri, sosial işin üstünlükləri, sosial
işçilərin kimliyi, onların ümumi dəyərləri, benefisiar ilə münasibəti, o cümlədən
ədalət prinsipləri, həmkarlarına qarşı etik məsuliyyəti, onların vəzifə və
məsuliyyətləri, iş yerlərinin təşkili, həssas qruplarla sosial işin təşkilinin əsas
meyarları, komandada birgə işləmək bacarıqları, rəhbərliklə işgüzar münasibətlərin
qurulması, heyətlə işin düzgün qurulması, vaxtın, resursların, bilik və bacarıqların
effektiv idarəedilməsi, münaqişələrin qarşısının alınması, həlli və/və ya
idarəolunması və s. kimi sahələri əhatə edir. Kursu başa vuran tələbələr semestrin
sonunda sosial işdə idarəetmə istiqaməti üzrə vacib olan məlumatlar əldə edəcək,
idarəetmə “alətləri”nin tətbiqi, komandada işləmək bacarıqları, iş prosesində
vaxtın, resursların, bilik və bacarıqların effektiv idarəedilməsi mexanizmlərinin
düzgün istifadəsi barədə biliklərə yiyələnəcəklər.
İPF-B26 Sosial proqramların qiymətləndirilməsi (4 kredit, 45 saat)
Bu fənn sosial proqramların qiymətləndirilməsi, monitorinqi, qiymətləndirmə
prosesinin təşkili, məqsədi, vəzifələri, indikatorların müəyyən edilməsi,
yanaşmalar, qaydalar, mexanizmlər, kəmiyyət məlumatlarının tərtibatı, keyfiyyət
məlumatlarının tərtibatı, ehtiyacların qiymətləndirilməsi, aralıq və yekun
monitorinq və qiymətləndirmə, nəticələrin mexanizmi, analizi və s. kimi sahələri
əhatə edir. Semestrin sonunda tələbələr sosial proqramların qiymətləndirilməsi
istiqaməti üzrə vacib olan məlumatları əldə edəcək, sosial proqramların
qiymətləndirilməsi zamanı “alətləri”in tətbiqi, monitorinqin təşkili və keçirilməsi,
aralıq və yekun monitorinq və qiymətləndirmə üzrə bacarıqlar, sosial proqramların
qiymətləndirilməsi prosesində vaxtın, resursların, bilik və bacarıqların effektiv
idarə edilməsi mexanizmlərinin düzgün istifadəsi üzrə bacarıqlara yiyələnəcəklər.
İİFS-B09 Əlilliyi olan insanlarla Sosial iş (4 kredit, 45 saat)
Bu fənn tələbələrə fiziki, əqli, emosional, sensor və ya öyrənməklə bağlı əlillikləri
olan fərdlərə və onların ailəsinə dəstək olmaq üçün sosial iş perspektivlərini və
proseslərini təqdim edir. Tədris prosesində əlilliyi olan uşaqlar və onların ailələrinə
ilə bağlı məsələlərə daha çox diqqət yetirilir. Qeyd olunan fənn bununla yanaşı,
bütün yaş dövrlərində olan insanlarla sosial işi də əhatə edir.
Semestrin sonunda tələbələr əlilliyin sosial tərəflərinin və həmin tərəflərin şəxsi və
siyasi mənada tətbiqinə dair müvafiq bilik və bacarıqlar əldə edəcək, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan insanlara müxtəlif vasitələrlə dəstək
olmaq, həmin insanların özləri, ailələri və yaşadıqları icmalarla işin qaydalarına
dair biliklərə yiyələnəcəklər.
İİFS-B095 Qaçqın və məcburi köçkünlərlə Sosial iş (4 kredit, 45 saat)
Bu fənn tələbələrə qaçqın və məcburi köçkünlərlə aparılan sosial iş haqqında
ümumi məlumat çatdırır. Qaçqın və məcburi köçkünlər haqqında əsas anlayışlar
təqdim olunur və kurs çərçivəsində ümumi miqrasiya prosesləri təhlil olunur. Fənn
həmçinin Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin tarixi və s. kimi
mövzular ilə tələbələri təfərrüatı ilə tanış edir. Tələbə bu fənn üzrə semestrin
sonunda qaçqın və məcburi köçkünlərlə sosial iş sahəsində mövcud olan
yanaşmalar, qaçqın və məcburi köçkünlük probleminin yaranma səbəbləri
haqqında məlumatlı olacaq, Azərbaycanda XX əsrin sonu – XXI əsrin əvvəllərində
ictimai, iqtisadi və siyasi sahədə baş verən dəyişikləri müzakirə edərək onların
mahiyyətini təhlil etmək imkanı əldə edəcək, qaçqın və məcburi köçkünlərin dövlət
tərəfindən məşqulluğunun təmin olunması istiqamətində, yaşayış şəraitinin
yaxşılaşdırılması, sosial, psixoloji, tibbi yardımın göstərilməsi sahəsində
informasiyanı təhlil etməyi bacaraq, eləcə də miqrasiya, deportasiya və s.
anlayışlar haqqında dolğun məlumat əldə edəcəkdir.
İİFS-B02 Təşkilat və icma nəzəriyyəsi (4 kredit, 45 saat)
Bu fənnin tədrisi prosesində tələbələr icma və təşkilatlarla işin nəzəriyyələri ilə
bağlı bir sıra məsələlərlə yaxından tanış olacaqlar. Bu fənn icmalar və təşkilatlarla
makro, mezo və mikro nəzəriyyə və təcrübələr, bir-biri ilə əlaqələri, o cümlədən
onların dünyada baş verən real həyat situasiyaları və real keyslərə tətbiqini əhatə
edir. Qeyd olunan fənn multikultural həssaslıq və qeyri-verbal davranış, təşkilat
nəzəriyyəsində yeni perspektivlər və təşkilatların makro kontekstləri, təşkilatlarda
güc və siyasət, etik məsələlər, və s. kimi mövzuları da ehtiva edir. Kursu başa
vuran tələbə semestrin sonunda icma və təşkilatlarla işin nəzəriyyələrinə dair
məlumatlı olacaq, əldə etdiyi biliklərin keyslər üzərində tətbiqi vasitəsilə icmalarla
və təşkilatlarla makro, mezo və mikro nəzəriyyələri və təcrübəni mənimsəyərək
mikro sosial iş prosesində özündə, təşkilatda və icmada arzuolunan dəyişikliklərə
nail olmaq bacarığını inkişaf etdirəcəkdir.
İİFS-B06 Sosial sahibkarlıq (4 kredit, 45 saat)
Bu fənn, sosial sahibkarlığa giriş kursudur və tələbələrə sosial sahibkarların kim
olduqları, onların nə üçün bu fəaliyyətlə məşğul olduqları, digər sosial aktivistlər,
korporativ sosial məsuliyyət menecerləri və digər professional innovatorlardan
fərqlərinin nədən ibarət olduğu haqqında məlumat verməyə xidmət edir.
Semestrin sonunda tələbələr sosial sahibkarlığın nəzəri əsasları dair maariflənərək,
sosial dəyişikliyin davamlı və təsirli olmasına təsir edən faktorları və sosial
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün liderin şəxsi keyfiyyətlərini
müəyyən etmək bacarığını əldə edəcəkdir. Bununla yanaşı, tələbələr sosial
sahibkarlar tərəfindən təməli qoyulan sosial dəyişikliklərin dinamikasını tutmağı
öyrənəcək, eyni zamanda, sosial sahibkarlıqla məşğul olmaq istəyənlərin
fəaliyyətlərinin istiqamətləndirilməsi üçün yol xəritəsini verməyi bacaracaqlar.
İİFS-B09 Layihə təklifinin hazırlanması (4 kredit, 45 saat)
Fənn layihə təklifinin hazırlanmasının mahiyyəti, onun təsviri, məqsəd və
vəzifələri, metodologiyası, həyata keçirildiyi mühit və layihə büdcəsinin
hazırlanması qaydalarını əhatə edir. Tələbələrə bundan əlavə, təşkilat və icmalar
üçün uğurlu layihələrinin hazırlanması, onun həyata keçirilməsi üçün təşkilati
işlərin aparılması və maliyyə mənbələri haqqında məlumat verilir. Təşkilat və icma
layhələrinin daha uğurlu olması üçün ictimaiyyətlə əlaqələr, könüllülərlə, sponsor
və donorlarla işin təşkili yolları göstərilir. Fənnin tədrisinə yerli və beynəlxalq
təşkilatlardan mütəxəssislərin cəlb edilməsi, təşkilat və icma nümayəndələri ilə
görüşlərin təşkili də daxildir. Semestrin sonunda tələbələr dövlət, qeyri-hökumət,
qeyri-kommersiya və digər təşkilatların layihə və proqramlarının peşəkar
səviyyədə hazırlanmasına dair təcrübi – tətbiqi bacarıqlar əldə edəcəklər.
İİFS-B01 Sosial iş və ailədaxili zorakılıq (4 kredit, 45 saat)
Fənn tələbələri ailədaxili zorakılıq və sosial iş sahəsi üçün lazım olan əsas bilik və
bacarıqlarla tanış edir. Fənnin tədrisi zamanı sosial işçilərin ailədaxili zorakılıq
qurbanlarının aşkar edilməsi, vəziyyəti qiymətləndirmə zamanı konfidesiallığın
qorunması, müdafiə üçün müdaxilə bacarıqlarının artırılması, uğurlu yerli və
beynəlxalq təcrübədən yararlanmaları və ümumilikdə peşəkar bacarıqlarının
artrılmasına xüsusi diqqət yetirilir. Semestrin sonunda tələbələr sosial iş və
ailədaxili zorakılıq üzrə nəzəri bilik və təcrübəni mənimsəyəcəklər.
İİFS-B03 Təşkilat və icmalarla sosial iş (4 kredit, 45 saat)
Kursda iştirak edən tələbələr sosial iş təcrübəsinin makro səviyyəsini əhatə edən
təşkilatlar və icmalarla aparılan sosial işin əsasını təşkil edən nəzəriyyələrlə tanış
olur, bu nəzəriyyələri praktik həyati situasiyalar çərçivəsində qiymətləndirirlər.
Fənn çərçivəsində tələbələr sosial işin makro səviyyələrindən başlayıb sosial
dəyişikliyə aparan yolu təhlil edirlər. Təşkilat və icmaların inkişafında sistem
yanaşmasına xüsusi diqqət yetirilir. Bununla yanaşı, təşkilat və icmalarla sosial
işin təşkilində cari təhsil problemləri müzakirə olunaraq, Azərbaycanda təşkilat və
icmalarla aparılan sosial iş imkanları araşdırılır. Fənnin tədrsinə yerli və
beynəlxalq təşkilatlardan mütəxəssislərin cəlb edilməsi, təşkilat və icma
nümayəndələri ilə görüşlərin təşkili də daxildir.
Semestrin sonunda tələbələrin təşkilat, icma və cəmiyyətdə mədəni və insani
faktorların müxtəlifliyi barədə anlayışı genişlənəcək, onlar təşkilati və ictimai
dəyişikliklərə gətirib çıxaran müxtəlif yanaşmalar haqqında məlumatlı olacaq,
siyasi proseslərə, eyni zamanda təşkilat və icmaların siyasətinə təsir edə biləcək
ictimai vəkillik, əməkdaşlıq, lobbiçilik haqda nəzəri biliklər əldə edəcək, təşkilat
və icmalarla sosial işə sistem yanaşmanın hazırlanması və qiymətləndirilməsi
İPF-B22 Qloballaşma və beynəlxalq Sosial iş ( 5 kredit, 60 saat)
Bu fənn beynəlxalq sosial işin yaranma və inkişaf tarixini, həmçinin qloballaşan
dünyada bu ixtisasın qarşısında duran başlıca vəzifələri əhatə edir. Fənn tələbələrə
sosial problemlər, sosial siyasətlər və sosial iş təcrübəsi haqqında beynəlmiləl
müstəvidə müəyyən mövzular ətrafında elmi və praktiki olaraq müqayisəli
düşünmək imkanı verir. Semestrin sonunda tələbələr beynəlxalq sosial işdə
mövcud kritik məsələləri müəyyən edib təhlil etmək, beynəlxalq sosial rifah üzrə
fəaliyyət göstərən aparıcı təşkilatları və onların fəaliyyətlərini müəyyən etmək,
sosial işin etik prinsiplərini beynəlxalq sosial iş təcrübəsinə tətbiq etmək bacarığı
İİFS-B07 Narkotik maddələr, spirtli içkilər və siqaretdən asılılıq
(4 kredit, 45 saat)
Bu fənn narkotik maddələr, spirtli içkilər və siqaretdən asılılıq probleminin
cəmiyyətdə törətdiyi fəsadlar, şəxsi, ailə, sosial və iqtisadi sahədə yaratdığı
problemlər, bu zərərli maddələrdən asılılığın epidemiologiyası, etiologiyası,
müdaxilə və müalicəsi, narkotik maddələr, spirtli içkilər və siqaretdən asılılıq və
dövlət siyasəti, qəbul edilən qanunlar və proqramlar və s. kimi digər mövzuları
əhatə edir. Fənnin tədrisi prosesində narkotik maddələr, spirtli içkilər və siqaretdən
asılılıq haqqında qəbul edilən qanunlar və proqramlar haqqında məlumat verilir və
bu problemlərə dair Azərbaycanda aparılan araşdırmalar, görülən ictimai
tədbirlərlə bağlı müzakirələr aparılır. Semestrin sonunda tələbələr narkotik
maddələr, spirtli içkilər və siqaretdən asılılıq probleminin cəmiyyətdə törətdiyi
fəsadları, bu asılılığın müalicə üsulları, asılılıq problemlərinin və xəstəliklərin
beynəlxalq təsnifatı haqqında məlumatı mənimsəyəcəklər.
İPF-B14 Sosial proqramlar və xidmətlər (5 kredit, 60 saat)
Bu fənn tələbələrə sosial sistemin və cəmiyyətin birgə fəaliyyəti nəticəsində
inkişafın mümkün olduğunu öyrədir. Bu fənnin tədrisi zamanı sosial sfera, sosial
proqramlar və xidmətlər anlayışı müxtəlif sahələrin ( təhsil, səhiyyə, mədəniyyət,
turizm, sosial təminat, mənzil-kommunal təsərrüfatı) məcmuəsi kimi təsvir olunur.
Semestin sonunda tələbələr sosial siyasətin mahiyyəti, mövcud sosial proqramlar
və xidmətlər, eyni zamanda sosial sfera və iqtisadiyyat əlaqələrinin təşkili və onun
həyata keçirilməsinin metod və yolları haqda məlumat əldə edir. Bununla yanaşı,
sosial sferanın sağlam və demokratik cəmiyyətin formalaşması və inkişafında
mühüm yer tutması istiqamətində maariflənir.
İPF-B10 Sosial iş təcrübəsində etik prinsiplər (4 kredit, 45 saat)
Bu fənn tələbələri sosial iş təcrübəsində müxtəlif klient kontingenti, xüsusi qayğıya
ehtiyacı olan şəxslər, qruplarla ünsiyyət, iş prosesində tələb olunan etik bilik və
bacarıqlar ilə tanış edir. Tələbələrə təcrübə zamanı sosial işçinin klintlə qarşılıqlı
münasibətlərini düzgün qurması üçün tələb olunana ünsiyyət vərdişlərini aşılanır.
Bu fənnin tədrisi ilə tələbələr sosial işin dəyərləri, sosial işdə etik norma və
prinsiplər, sosial işdə münaqişəli situasiyaların həlli üsulları ilə tanış olacaq, eyni
zamanda sosial iş təcrübəsi zamanı zəruri olan etik bilik, bacarıq və vərdişləri
İPF-B16 Fərdlər, qruplar və ailələrlə Sosial iş (5 kredit, 60 saat)
Bu fənn tələbələri fərdlər, qruplar və ailələrlə aparılan sosial işin əsasları, bu
sahədə istifadə olunan yanaşmalar və mövcud etik prinsiplərin rolu və yeri ilə tanış
edir. Fənnin tədrisi ilə tələbələr sosial işdə insan müxtəlifliyi prinsipləri və etik
peşə dəyər və standartları üzrə ətraflı bilik və bacarıqları mənimsəyir, sosial iş və
sosial rifaha dair ətraflı məlumat əldə edir, eyni zamanda Azərbaycanda sosial iş
müdaxiləsi baxımından prioritet təşkil edən əsas problemlər və məsələlərlə tanış
olurlar. Kursu başa vuran tələbələr müxtəlif sosial problemlər, klientlər və sosial
rifah proqramlarına dair öz münasibətlərini formalaşdırmaq və bu münasibəti
dəyərləndirmək bacarıqlarını əldə edəcəklər.
İPF-B23 Sosial psixologiya (5 kredit, 60 saat)
Bu fənn əsas məqsədi tələbələri müasir dövrdə psixologiyanın daha çox diqqət cəlb
edən sahələrindən biri olan sosial psixologiya ilə tanış etməkdir. Sosial psixologiya
birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası
münasibətlər sistemini, həmin münasibətlər sisteminin bütünlüklə qrupun, eləcə də
ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Tələbələr bu
fənnin tədrisi ilə böyük və kiçik qruplarda şəxsiyyətlərarası münasibətlər, yaranan
konfliktlər, onların yaranma səbəbləri və həlli yolları haqqında məlumat əldə
edəcək, sosial qruplarda liderlik bacarıqları, qruplara rəhbərlik və ədalətli
idarəetmə prinsiplərini mənimsəmək üçün rol oyunları və psixodrama (psixoloji
canlandırma) sayəsində praktik təcrübəyə yiyələnəcəklər.
İPF-B17 Sosial və iqtisadi mühitin Sosial işə təsiri (5 kredit, 60 saat)
Bu fənn sosial və iqtisadi mühitin sosial işə təsiri və bu prosesdə istifadə olunan
müvafiq nəzəriyyə və konsepsiyaları əhatə edir. Burada tələbələr müzakirələr yolu
ilə Azərbaycanda sosial iş müdaxiləsi baxımından prioritet təşkil edən əsas
problemləri təyin etmək bacarıqlarını inkişaf etdirir və sahədəki əsas problem və
məsələlərlə tanış olurlar. Semestrin sonunda tələbələr sosial iş və sosial rifaha dair
ətraflı məlumat toplayaraq sosial və iqtisadi mühitin sosial işə təsirini dərk etmək
iqtidarında olacaqlar. Bundan əlavə, onlar müxtəlif sosial problemlər, müştərilər və
sosial rifah proqramlarına dair öz münasibətlərini formalaşdırmaq və bu
münasibəti dəyərləndirmək bacarıqlarını əldə edəcəklər.
İİFS-B04 Uşaq, yeniyetmələrlə Sosial iş (4 kredit, 45 saat)
Bu fənn şəxsiyyətin inkişaf problemlərini, ayrı-ayrı yaş dövrlərində onun
xüsusiyyətlərini, psixi inkişafın dinamikasını, ümumi qanunauyğunluqlarını
öyrənməklə yanaşı şəxsiyyətin yaş aspektində inkişafının hərəkətverici qüvvələri,
mexanizm, şərait və amillərinin, təlim-tərbiyə prosesində psixi inkişafın yaş
xüsusiyyətlərini nəzərə almağın səmərəli yollarını və s. əhatə edir. Bununla yanaşı,
tələbələr xüsusi qayğıya ehtiyacı olan uşaqlar və risk qrupuna aid olan uşaqların
qarşılaşdığı problemlər və bu problemlərin həlli yolları ilə tanış olurlar. Semestrin
sonunda tələbələr uşaq və yeniyetmələrlə sosial iş üzrə nəzəri bilik və təcrübəni
Comments are closed, but trackbacks and pingbacks are open.