Sosial media insana necə təsir göstərir
2014-cü ildə avstriyalı alimlər, 20 dəqiqəlik Facebook istifadəsindən sonra, əhvalın pisləşdiyini müəyyənləşdiriblər. İnsanlar bunun səbəbini Facebook-u vaxt itkisi kimi dəyərləndirməyə bağlayırlar.
Sosial medianın faydaları və zərərləri
Bildiyimiz kimi, texnologiya günü-gündən inkişaf edir və bu, dövrümüzdə hər yaş qrupunda olan insanların marağını cəlb etməyi bacaran, bəlkə də, ən əhatəli konsepsiyadır.
Son illərdə həyatımızı texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Artıq, demək olar ki,həyatımızın bir çox sahəsində iş görə bilmək üçün internetdən istifadə edirik. Bu da bizim ağıllı telefonlardan istifadə etməyimizi zəruri edir.
İnternet resurslarından istifadə edərkən istər-istəməz sosial medianı təqib etmək, bəzi qruplara qoşulmaq zərurəti yaranır.
Beləliklə, internet, sosial media, ağıllı telefonlar bizim həyat tərzimizin bir parçasına çevrilir.
İnsanlar ən çox “facebook”, “instagram”, “whatsapp”, “tik-tok”, “youtube” sosial media hesablarından istifadə edirlər.
Bu sosial media hesablarından istifadə edərkən ölçülü davranmaq lazımdır, əksi təqdirdə zərərləri qaçınılmaz olacaq.
Sosial medianın həyatımıza faydaları:
1.Biz sosial media, internet üzərindən müəyyən seminarlara, konfranslara qoşula bilər, onlayn bakalavr, magistr və.s. təhsillər ala bilərik.
2.Evdə oturaraq internet üzərindən müəyyən işlərdə çalışıb gəlirimizi artırmaq,həyat standartlarımızı yüksəltmək mümkündür.
3.Sosial media hesabları üzərindən dostlarımız və doğmalarımızla görüşüb danışa,onları xoş günlərində təbrik edə bilərik.
4.PDF kitablar endirib oxumaq,elmi araşdırmalar etmək üçün faydalıdır.
5.Mədəni səviyyəmizi və dünyagörüşümüzü artıran videolar izləyə bilərik.
6.Sosial media hesablarından problemimizin daha tez həll olunması üçün istifadə etmək mümkündür.
Sosial media hesabları düzgün istifadə olunmazsa, insana zərərləri qaçınılmazdır:
1.Sosial media rəqabət,qısqanclıq hisslərini körükləyir,insanlar bəyəni sayının,təqibçinin çox olması üçün müxtəlif hərəkətlər,təşkilati işlər görürlər.
Və yaxud da gəzdiyi yerləri,yedikləri yeməkləri,sürdükləri maşınları paylaşırlar.Bu da onu edə bilməyən insanlarda qısqanclıq,yetərsizlik duyğusu yarada,özünəinamı zəiflədə bilər.
Eyni zamanda çox təqibçi toplamaq,bəyəni almaq istəyən adam da nəticə almayanda özünə qapana,depressiyaya düşə bilər.
2.Bəzi şəxslər sosial mediada saxta hesablar açır,digərlərinə dostluq göndərir.Zamanla bu hesablar vasitəsilə şəxsi bilgilərinizi ələ keçirə və sizi şantaj edə bilərlər.
3.Adı sosial media olsa da,bu fəaliyyət növü gəncləri aktiv həyatdan təcrid edir.Çöldə dostları ilə keçirdiyi vaxtı məhdudlaşdırır,onu ailəsindən uzaqlaşdırır.
4.Sosial mediada həddindən artıq vaxt keçirmək insanı hərəkətsiz edir.Nəticədə insan artıq çəki alır və sağlam olmayan həyat keçirir.
5.Sosial mediada yazışmaya çox üstünlük verildiyi üçün yaza bilən,ancaq nitq qabiliyyəti olmayan gənclərin sayı artır.
6.Bəzən gənclər sosial mediada münasibət qurduqları adamlarla çox səmimi olurlar.Onlara özlərinin məhrəm hallarının video və yaxud şəkil görüntülərini göndərirlər. Həmin materiallar sonradan istəyərək və ya istəməyərək sosial mediada yayılır. Nəticədə həmin şəxs ciddi psixoloji travma alır.
7.Övladınız intihara və zərərli vərdişlərə sövq edən oyunlar oynaya bilər.
Sosial medianın zərərlərindən necə qorunmaq olar:
1.Kompyuter və televizor oturduğumuz, hamının görə biləcəyi otaqda olsun, ekranı tam otağın ortasına baxsın. Beləliklə,ümumi hər kəsə açıq olan yerdə heç kim uyğunsuz səhnələr izləməz.
2.Telefonların menyusunda Digital Sağlıq və Valideyn nəzarəti(dili türkçə olan telefonlarda belədir:Diyital Sağlık və Ebeveyn denetimi)bölməsi var. Oraya daxil olaraq övladınızın sosial mediada nə qədər vaxt keçirdiyini görə bilərsiniz.
3.Övladınızın telefonunda youtube, google və. s. Media hesablarının axtarma keçmişlərinə baxaraq onun nələri, kimləri təqib etdiyini bilə bilərsiniz.
4.Sosial media hesablarınızın sayını ən az ikiyə endirin. Bunların içindən sizə ən çox fayda gətirənini saxlayın.
5.Yemək yeyərkən sosial mediadan, ümumiyyətlə, ekrandan az istifadə edin.
6.Günə sosial media ilə başlamayın, başqasının nə etməsindən çox, özünüzlə maraqlanın. Bu gün nə edəcəyəm, hansı məqsədim var və s.
7.Övladınızın hansı məktəbdə oxuduğunu paylaşmayın. Özünü müdafiə edə bilməyən uşağı məktəb çıxışında təhlükəyə ata bilərsiniz. Pis niyyətli insanların hədəfi ola bilər.
8.Sosial media hesablarında uşaqların yaş aralığına görə filtr qoymaq olar. Məsələn: Övladınızın 10 yaşı varsa, Youtubedə onun yaşına uyğun video və məlumatları seçərək izlətmək olar.
9.Övladınızın sosial media üzərindən oynadığı oyunları mütləq bilməli və nəzarət etməlisiniz. Əgər bu oyunlar zərərlidirsə,övladınızla danışaraq zərərlərini uyğun dildə izah edərək,onu razı salaraq oyunu silmək olar.
10. Zərərli saytları Wi-fi üzərindən blok etmək məsləhət görülür.
Rafiq Məmmədov
Sosial media insana necə təsir göstərir?
Facebook, Twitter, Instagram-ın ruhi sağlamlığa təsirləri. Sosial medianın əqli sağlamlığa təsirləri ilə bağlı elmi araşdırmalar nə deyir?
Dünyada üç milyard insan, yəni yerin ümumi əhalisinin 40 faizi sosial media istifadəçisidir. Araşdırmalar, gündə orta hesabla iki saatımızı sosial mediada keçirdiyimizi göstərir. Bu, hər dəqiqədə yarım milyon tweet və Snapchat şəkili paylaşmaq mənasına gəlir.
Sosial medianın həyatımızda mühüm bir yeri var. Lakin sosial media naminə zamanımızla yanaşı, ruhi sağlamlığımızı da fəda edirikmi?
Sosial media yeni bir dalğa olduğu üçün bu mövzudakı araşdırmaların sayı da məhduddur. Fəqət mövzu üzrə mövcud araşdırmaların gəldiyi nəticələri bir yerə toplaya bildik.
Stress
İnsanlar gündəlik stress və sıxıntlarından uzaqlaşmaq üçün sosial mediadan istifadə edirlər. Ancaq aparılan araşdırmalar sosial medianın stresi azaltmaq əvəzinə, daha da artırdığını göstərir.
1800 nəfər üzərində aparılan bir tədqiqat, qadınların kişilərdən daha çox stressə düşdüyünü müəyyənləşdirib. İnsanların stresini paylaşdığı Twitter isə sosial media içərisində ən böyük stres mənbəyidir. Ən qəribəsi isə budur ki, qadınlar Twitter-dən istifadə etdikcə daha az stres keçirirlər.
Kişilərin sosial media ilə münasibəti daha az olduğuna görə onlar eyni təsirə məruz qalmırlar. Araşdırmaçılara əsasən, ümumiyyətlə sosial mediadan istifadə stresi bir miqdar azaldır.
Əhval
2014-cü ildə avstriyalı alimlər, 20 dəqiqəlik Facebook istifadəsindən sonra, əhvalın pisləşdiyini müəyyənləşdiriblər. İnsanlar bunun səbəbini Facebook-u vaxt itkisi kimi dəyərləndirməyə bağlayırlar.
Başqa bir tədqiqat isə yaxşı və ya pis əhvalın şəxslər arasında sosial media vasitəsilə yayıla biləcəyini göstərir. Pis hava şəraiti neqativ paylaşmaları bir faizə qədər artırır. Müsbət paylaşmaların yayılma təsiri daha çox olur. Amma bunun mənəvi rahatlıq təsiri olub-olmadığı hələ ki aydın deyil.
Narahatlıq
Tədqiqatçılar sosial medianın hərəkətə gətirdiyi narahatlıq, qərarsızlıq, yuxu və diqqət kimi əlamətləri nəzərdən keçiriblər. Yeddi və daha artıq sayda sosial media platformasından istifadə edənlərin, heç və ya iki cür platformadan istifadə edənlərlə müqayisədə üç dəfə daha çox ümumi narahatlıq simptomlarına malik olduqları görülüb.
Ancaq sosial medianın narahatlığa hansı şəkildə səbəb olduğu bilinmir. Bu mövzuda daha çox araşdırmaya ehtiyac olduğu vurğulanır.
Depressiya
Bəzi araşdırmalar depressiya ilə sosial media istifadəsi arasında əlaqəni göstərsə də, sosial medianın yaxşı nəticə verəcək şəkildə istifadəsinin də mümkün olduğunu nümayiş etdirən tədqiqatlar da var.
700 tələbə üzərində aparılan iki araşdırmada aşağı əhval, dəyərsizlik hissi, ümidsizlik kimi depressiya əlamətlərinin sosial mediadakı qarşılıqlı təsirin keyfiyyəti ilə əlaqədar olduğu müəyyənləşib. Neqativ təsirdə olanlar daha çox depressiya əlamətləri göstəriblər.
Buna oxşar bir tədqiqat 2016-cı ildə 1700 nəfər üzərində aparılıb və müəyyənləşib ki, çox sayda sosial media platformasından istifadə edənlər arasında depressiya və narahatlıq riski üçqat artır.
Bunun səbəbləri arasında sosial media vasitəsilə göstərilən zorakı davranış, başqalarının həyatı haqqında pis fikirlər, sosial mediada keçirilən vaxtın hədər getdiyi hissi kimi təsirlər var.
Amma tədqiqatçılar, depressiyanın erkən diaqnozu zamanı sosial mediadan necə istifadə olunması haqqında da işlər aparırlar. 476 nəfərin Twitter paylaşmaları təhlil edilib və onun əsasında hazırlanan kateqoriyalara görə, depressiya əlamətləri ortaya çıxmamışdan qabaq belə, halların 70%-də depressiyaya düşüləcəyi əvvəlcədən doğru bir şəkildə müəyyənləşdirilə bilib.
Keçən il 166 nəfərin Instagram şəkilləri nəzərdən keçirilərək bənzər bir sistem qurulub və eyni şəkildə uğurlu nəticələr əldə olunub.
Yuxu
İnsanların genetikası təkamül əsasında elə formalaşıb ki, gecələrin qaranlıq olmasına öyrəşmişik. Halbuki, artıq gecə və ya gündüz fərqi qoymadan, süni işıqdan istifadə edirik.
Araşdırmalar bunun orqanizmdəki yuxunu tənzimləyən melatonin hormonunun qarşısını aldığını, ələlxüsus smartfon və laptopların yaydığı mavi işığın daha çox zərər verdiyini göstərir.
Yəni yatmamışdan əvvəl yataqda Facebook və ya Twitter-ə daxil olmaq yuxu nizamını poza bilər.
Keçən il 18-30 yaş arası 1700 nəfər üzərində aparılan bir araşdırmada, yuxu pozuntusu ilə ekrandan yayılan mavi işıq arasında əlaqə olduğu, sosial media səhifələrində sərf edilən vaxtla yanaşı, bu səhifələrə tez-tez baxılmasının daha mənfi təsir göstərdiyi ortaya çıxıb.
Asılılıq
Bəzi araşdırmaçılar tweet atmağın qarşısını almağın siqaret və spirtli içkidən daha çətin olduğunu desələr də, mövcud ruhi sağlamlıq pozuntuları arasında sosial media asılılığına yer verilmir.
Lakin sosial media bu mövzuda aparılan tədqiqatlardan daha sürətlə inkişaf edir. Tədqiqatçılar ehtimal olunan asılılıq problemləri diaqnozunu qoymaqdan ötrü öz şəxsi ölçü metodlarını tətbiq edirlər.
Sosial media asılılığı deyilən bir şey varsa, bu, internet asılılığı kateqoriyasına daxil olacaq. Həmin asılılıq isə rəsmi şəkildə qəbul edilmiş bir problemdir.
2011-ci ildə Nottingham Trent Universiteti daha əvvəl aparılan 43 araşdırmanı təhlil edərək sosial media asılılığının bir ruhi sağlamlıq problemi olduğu və müalicə tələb edə biləcəyi nəticəsinə gəlib.
Sosial mediadan həddən artıq istifadə, münasibətlərdə problemlər, təhsildə uğursuzluq, internetdən kənar insanlarla əlaqədə olmamaq kimi problemlərə yol açır.
Özünəhörmət
Qadın və moda jurnallarındakı arıq və bəzəkli modellərin bir çox cavan qızların özünəhörmətini sarsıtdığı artıq uzun müddətdir ki, çoxlarına bəllidir. İndi isə onun yerini sosial media alıb.
1500 nəfərlə aparılan bir tədqiqatda, iştirakçıların yarıdan çoxu sosial media səhifələrinin onlara pis təsir etdiyini söyləyib. 18-34 yaş qrupundakıların yarısı, özlərini cəlbedici saymadığını deyib.
2016-cı ildə aparılan bir araşdırma, başqalarının selfilərinə baxmağın insanın özünə güvənini azaltıdığını ortaya qoyub. Belə ki, insan başqalarının ən xoşbəxt olduğu anları göstərən paylaşmaları ilə özünün o ankı vəziyyətini müqayisə edir.
İsveçdə Facebook istifadəçiləri arasına aparılan başqa bir araşdırma da, Facebook-da çox vaxt keçirən qadınların özlərini daha az xoşbəxt və daha az özünəgüvənli hiss etdiyini ortaya çıxarıb. İştirakçılar, başqalarının karyerası və xoşbəxt münasibətləri ilə öz vəziyyətləri arasında müqayisəni dilə gətiriblər.
Amma daha dar miqyaslı bir tədqiqat göstərib ki, insanların öz Facebook profillərinə baxmaları özünəhörməti birqat artırır. Çünki profillərimizdə özümüzü xarici dünyaya hansı şəkildə təqdim edəcəyimizə özümüz qərar veririk.
Sağlamlıq
2013-cü ildə 79 nəfər ilə aparılan bir araşdırmada, Facebook-a uzun vaxt sərf edənlərin sonradan özlərini pis etdikləri görülüb.
Amma bir sıra araşdırmalar sosial medianın bəziləri üçün sağlamlıq artırıcı funksiya daşıdığını göstərir. Emosional tarazsızlıq problemi olan insanlar paylaşmaları ilə duyğularını ifadə edərək yardım alma imkanlarını artıra bilərlər.
Sosial medianın sağlamlıq üzərindəki təsirləri mənfi olmaqla yanaşı, sosial baxımdan izolyasiyada olan insanların sağlamlığına da pis təsir etdiyi zənn edilir.
Münasibətlər
İnsanların üzbəüz görüşlərində sosial media diqqət dağıdan bir amil ola bilər.
Romantik münasibətlər də sosial mediadan təsirlənir. Tədqiqatlar, cütlüklərin qarşı cinsdən birini Facebook-a dost kimi əlavə etməsinə görə qısqanclıq problemi yaşadığını göstərir. Xüsusilə də qadınlar Facebook-da daha çox vaxt keçirdiklərinə görə bu hissləri daha çox yaşayırlar.
Həsəd
600 yetkin yaşlı insan üzərində aparılan bir araşdırmada, təxminən 200 nəfərin sosial medianın onlarda başda hirs olmaq üzrə mənfi duyğular yaratdığını və bunun həsəd hissindən qaynaqlandığını deyib.
Amma həsədin dağıdıcı bir duyğu olmadığı və insanları daha çox cəhd göstərməyə həvəsləndirdiyinə inananlar da az deyil.
Yalnızlıq
19-32 yaş qrupuna aid 7 min nəfər üzərində aparılan bir tədqiqatda, sosial mediada çox vaxt keçirənlərin sosial izolyasiya yaşamaq ehtimalının ikiqat artıq olduğu ortaya çıxıb.
Sosial mediada keçirilən vaxt, üzbəüz münasibətin yerini ala bilir və insanların özlərini təcrid olunmuş kimi hiss etməsinə səbəb ola bilir.
Dostlarının daha ideal və xoşbəxt həyat sürdüyü hissinə qapılan bir kəs, onlara həsəd aparacaq və içindəki sosial təcridi olduğundan daha artıq miqdarda görəcək.
Nəticə
Bir çox sahə üzrə qəti nəticələrə gəlmək üçün hələ ki, kifayət qədər məlumat mövcud deyil. Amma əldə olan məlumatlar, şəxsi xüsusiyyətlərinə və əvvəlki həyat şərtlərinə uyğun olaraq sosial medianın insanlara fərqli şəkildə təsir göstərdiyini ortaya qoyur.
Eynən yemək, qumar və müasir dövrün digər cəlbedici yanları kimi bəzi insanlara sosial mediadan həddən artıq istifadə etməmələrini məsləhət bilmək lazımdır. Lakin sosial medianın bütövlükdə pis bir şey olduğunu demək də yanlış olar. Çünki onun həyatımıza gətirdiyi müsbət tərəflər də çoxdur.
Milli.Az
Sosial mediada tanış oldu – LÜT SOYUNDURDU.
Konyada 4 nəfər şəxs sosial media uzərindən tanış olduqları toyuq fermasının sahibi 29 yaşlı H.A.A.-nı lüt soyunduraraq, işgəncə altında pulunu, kredit kartlarini və avtomobilini zorla qəsb ediblər.
BiG.AZ Publika.az-a istinadən bildirir ki, polisin uğurlu əməliyyatı nəticəsində cinayətkarlar tutulub.
Tanış olduğu şəxsin işgəncə anlarını cib telefonuna çəkərək, 40 min lirə vermədiyi təqdirdə internetdə yayacaqları ilə hədələyiblər.
Qeyd edək ki, hadisə, cümə günü saat 22.00 radələrində Səlcuqlu rayonu Sille prospektində qeydə alınıb. Telefon satışı ilə məşğul olan 19 yaşlı Müəmmər D. 5 ay öncə sosial media vasitəsilə ilə evli, 1 uşaq atası olan, toyuq fermasının sahibi H.A.A. ilə tanış olub, dostlaşırlar. Bu müddət ərzində internet üzərindən və cib telefonu ilə tez-tez əlaqə saxlayıblar. Mummer D. H.A.A.-ya mesaj ataraq görüşmək istədiyini bildirib. H.A.A. özünə məxsus avtomobillə görüş ünvanına gelib.
İçki içdilər, işgəncə etdilər
Müəmmər öz növbəsində qonağı 3 nəfərlə gözləyirmiş. Onlar spirtli içki qəbul etdikdən sonra H.A.A. ilə birlikdə Sille Su Anbarına gedirlər. Polisin bildirdiyinə görə, saxlanılanlar burada H.A.A.-nı zorla çılpaq soyundurublar. H.A.A.-nın pul kisəsində olan 750 lirə pulunu və kredit kartlarını alıblar. Daha sonra H.A.A.-nı kəmərlə döyüb, işgəncə eiblər və lüt halını anbaan cib telefonu ilə videoya çəkiblər. Daha sonra da bu videonu internetdə paylaşacaqlarını deyib, təhdid edərək, H.A.A.-dan 40 min lirə istəyiblər. H.A.A. isə o qədər pulunun olmadığını, özünə aid balaca toyuq fermasının olduğunu bildirib və fermanın sənədlərini onlara verə biləcəyini söyləyb.
Əllərindən qaçdı
Axmaq cinayətkarlar H.A.A.-nı da yanlarına alaraq sahibi olduğu toyuq fermasına doğru yola çıxırlar. Toyuq fermasına gələndə H.A.A, birdən maşından tullanaraq cinayətkarların əllərindən qaçır. Qorxuya düşən cinayətkarlar H.A.A.-nın avtomobilini qaçıraraq təsərrüfatdan ayrılırlar.
Qaçdıqdan sonra yaxınlardakı bir evə sığınan H.A.A. kömək istəyir. Xəstəxanaya aparılan H.A.A. burada müalicə altına alınır.
Polisdən qaçmaq mümkün deyil
H.A.A.-nın polisə etdiyi şikayətin ardından qısa müddətdə şübhəlilərdən Mummer D.-nin ünvanını müəyyən etmək mümkün olur. Polis dəstəsi şübhəlini Səlcuqlu rayonundakı ünvanında tutur. H.A.A.-nın avtomobilini park etdikləri yeri polisə göstərən Mummer D. hadisəni birlikdə həyata keçirdikləri yoldaşlarının da adlarını polisə bildirir.
Xəbərlər Baxılıb: 3425 Tarix: 06 avqust 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DiGƏR XƏBƏRLƏR
Ətirlərə ŞOK ENDİRİM
da ŞOK KAMPANİYA ! Bütün ətirlərə ŞOK ENDİRİM! . Şirin, acı, turş, tünd, açıq istədiyiniz hər növ yüzlərlə çeşidli ətirlərSEBET.AZ saytında. Kampaniyanın vaxtı bitmədən saytına daxil olun, keyfiyyətli və qalıcı ətirlərimizdən faydalanın. Əldə etdikdən sonra, əminliklə razı qalacağınıza təminat veririk
Comments are closed, but trackbacks and pingbacks are open.