Press "Enter" to skip to content

Xsiyyət və onun sosial-psixoloji strukturu

Şübhəsiz, qeyd olunan rəhbərlik üslubunun hər biri müəllimjə şagirdlər arasındakı qarşıhqlı münasibətlərə özü-nəməxsus şəkildə təsir göstərəcəkdir. Şagird kollektivinin düzgün idarə olunması isə bu cür qarşılıqlı münasibətlərin sə-mərəliliyindən asıhdır.

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında.

Müəllimin pedaqoji mərifəti,onun mahiyyəti, məzmunu və təzahür xüsusiy yət-ləri. Pedaqoji ünsiyyət haqqında anlayış. Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində həyata keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılmasma yönəlmiş olur, kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin pedaqoji ünsiyyə-tin mahiyyəti, onun sosial-psixoloji mexanizmləri ilə dərindən tanış ohnası və şagirdlərlə birgə fəaliyyəti zamanı ondan lazı-mi şəkildə istifadə etməsi zəruridir.

Pedaqoji ünsiyyət ümumiyyətlə ünsiyyətin bütün xüsu-siyyətlərini özündə əks etdirir. Ona görə də birinci növbədə həmin cəhətləri nəzərdən keçirək.

Sosial-psixoloji ədəbiyyatda ünsiyyətin bir-birilə sıx bağlı olan üç cəhəti qeyd edilir. Bu cəhətlərin hər biri pedaqo-ji ünsiyyətə də aiddir.

Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növlərini ayırmaq mümkündür: informasiya mübadiləsi, başqa adamın davranışını tənzim etmək, şəx-siyyətlərarası anlama. Tərəfmüqabilliyin xarakterinə və müəl-limin ünsiyyətdəki mövqeyinə görə də pedaqoji ünsiyyətin növlərini müəyyənləşdirmək mümükündür. Adətən, şagird-lərlə və valideynlərlə ünsiyyət zamanı müəllim qiymətləndi-rən rolunda, direktorla, dərs hissə müdiri ilə, metodistlə, in-spektorla pedaqoji ünsiyyət zamanı isə qiymətləndirilən rolun-da çıxış edir və buna müvafiq olaraq ünsiyyət vasitəsi də dəyi-şilir. Pedaqoji ünsiyyəti öz məzmumma və müəllimin şagirdə müraciət tərzinə görə də növlərə ayırmaq mümkündür. Bunla-ra təşkiledici, qiymətləndirici, intizam yaradan pedaqoji ünsiyyət növlərini aid etmək olar.

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu

Müəllimin kommunikativ fəaliyyətinin öyrənilməsi göstərir ki, pedaqoji ünsiyyətin xarakteri və məzmunu müxtəlif amillərlə şərtlənir ki, bunlardan müəllimin fərdi ünsiyyət üslubu, mövqeyi, ustanovkasını xiisusi qeyd etmək lazımdır.Bunlar bir növ ünsiyyətin vasitəsi rolunu oynayırlar.

Adətən, hamıda, eləcə də müəllimlərin harmsında iinsiyyət üslubu eyni olmur. Konkret bir şəxsiyyət kimi hər bir ınüəJlimdə ünsiyyətin təşkili priyom və metodları nisbətən sa-bit şəkilde cəmlənir. Kommunikativ məsələni həJl etrnəyə yönəldilmiş bu cür davamlı keyfiyyətlər fərdi ünsiyyət üslubu adlanır.

İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür rəhbərlik üslubu qeyd olunur: avtokratik, avtoritar, demokra-tik, laqeyd (etinasız, liberal) və qeri-sabit (ardıcıl olmayan) rəhbərlik üslubu. Buna uyğıın olaraq pedaqoji ünsiyyətin də cyni üslublarmı qeyd etmək mümkündür.

Adətən, avtokratik və avtoritar rəhbərlik üslubıma maJik olan müəllimlər pedaqoji ünsiyyətin təşkilində demək olar ki, eyni mövqe tuturlar. Bu cür rəhbərlik üslubuna malik olan müəllimlər şagirdlərə yalnız obyekt kimi yanaşırlar. Şagird ünsiyyətin bərabər hüquqlu tərəf müqabili kiıni qəbu! edilmir. Belə müəllimlər həmişə hökmüran olmağa çalışırJar. Onlarla ünsiyyət zamanı şagirdlər təşəbbüskarlığı itirirlər. Bu ciir iinsiyyət üslubuna rrialik olan müəllimlər ünsiyyət zamanı şag-irdlərin fərdi xüsusiyyətlərini nəzərə almır, hamı ilə eyni ünsiyyət saxlamağa can atırlar. Onlar şagirdlərin fərdi xüsu-siyyətlərini göstərsələr də, tamamilə qeyri-real model qurur, həınin fərqi olduqca şişirdir, real hesab edirlər. Şagird başqala-rına nisbətən bir qədər fəal olduqda, müəllimin gözündə o iğtişaşçı kimi, bir qədər passiv olduqda isə – tənbəl, avara kimi görüniir. Belə müəllimlər üçiin neqativ ustanovka, başqa sözlə şagirdə qarşı qeyrişüuru, pis münasibət xarakterik haldır. Bu cür miiəllimlər ünsiyyətdə seçici, qiymətləndirmədə isə subyektiv olurlar. Ona görə də bu cür ünsiyyət üslubu səmərə-li xarakter daşıya bilmir.

Bu sahədə tədqiqat aparan müəlliflərin əksəriyyəti ən səmərəli ünsiyyət üslubu kimi demokratik üslubu qeyd edirlər. Belə rəhbərlik üslubunda şagird subyekt kimi qavranılır. Bu cür rəhbərlik üslubuna malik olan müəllim şagird kollektivi ilə razılaşır. Qərar qəbul edərkən kollektiv və onun liderinin təkli-fini nəzərə alır. Məktəblilərin müstəqilliyini boğmur, şagirdlə-rə daima xahiş, məsləhətlə yanaşır, müsbət emosional əlaqəyə üstünlük verir.. Bu cür ünsiyyət ülslubuna malik olan ınüəl-limlər şagirdlərin fərdi xüsusiyyətlərini və şəxsi təcrübələrini, fəallıq və tələbatlarmı nəzərə almağa çalışırlar. Belə müəllim-lərdə neqativ ustanovka olmur və ya onu təzahür etdirmirlər, Onlar qiymətləndirmədə obyektiv, təmas yaratmaqdä isə tə-şəbbüskardırlar. Təcrübə göstərir ki, şagirdJərlə qarşılıqh ıntinasibətdə pedaqoji ünsiyyətin demokratik üslubundan isti-fadə edən müəllimlərlə şagirdlər arasında olduqca səmərəli təmas yaranır. Şagirdlər bu cür müəllimlərlə ünsiyyətə daima can atır, onlardan hər cür köməklik gözləyirlər.

Laqeyd və yaxud liberal rəhbərlik üslubuna malik olan müəllimlərin şagirdlərlə ünsiyyəti də kortəbii xarakter daşıyır. Burada ünsiyyətin xarakteri müəllimin özündən deyil, şagird-lərdən asıh olur, şagirdlər tərəfindən diktə olunur. Belə müəllim şagirdlərin işinə qanşmamağa çalışır, özünün qətiyyətsiz-liyi ilə fərqlənir, neytrallığa can atır. Məqsədi yayğın xarakter daşıyır. Heç vaxt qarşıdakı məqsədi həyata keçirməyə can at-mır. Ona görə də şagirdlər bu cür müəllimlə ünsiyyət zamanı öz tələbatlanm lazımi şəkildə ödəyəcəklərini güman etmirlər.

Nəhayət, qeyri-sabit, ardıcıl olmayan rəhbərlik üslubuna malik olan müəllimlərin ünsiyyət üslubu da həmin cəhəti özii-ndə əks etdirir. Bu cür müəllimlə şagirdlər ona görə ünsiyyətə girməyə cəhd göstərmirlər ki, onun necə, hansı üslubla hərəkət edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Şübhəsiz, qeyd olunan rəhbərlik üslubunun hər biri müəllimjə şagirdlər arasındakı qarşıhqlı münasibətlərə özü-nəməxsus şəkildə təsir göstərəcəkdir. Şagird kollektivinin düzgün idarə olunması isə bu cür qarşılıqlı münasibətlərin sə-mərəliliyindən asıhdır.

Müəllimlə şagirdlərin qarşılıqlı ünsiyyəti nə qədər sə-mərəli olarsa, kollektivin idarə olunması, onun üzvlərinin tər-biyə işinin təşkili də bir o qədər səmərəli olacaqdır. Şagirdlər-lə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri şərti olaraq 4 qrupa bölmək mümkündür.

Birinci qrupa şagirdlərlə daima ünsiyyətdə olaıı müəl-limləri aid etmək olar. Bu cür müəllimlər təkcə dərsdə, mək-təbdə, təlimlə bağlı məsələləri həll edərkən şagirdlərlə ünsiyyətdə olmaqla kifayətlənmirlər. Onlarm şagirdlərlə ün-siyyəti şagird həyatmm bütün sahələrini əhatə edir. Bu cür ünsiyyət öz səmərəliliyi, müəllimin şagirdlərə inamı ilə fərq-lənir. Həmin müəllimlər demokratik rəhbərlik üslubuna malik olurlar.

Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə ikinci qrupu şagirdlərə hörmətlə yanaşan və şagirdlərdə onla-ra qarşı dərin inam və etimad mövcud olan müəllimlər təşki! edir. Lakin onun şagirdlərlə qarşılıqlı ünsiyyəti ən çox təlim prosesində mövcud olur, təlimdən kənar vaxtiarda isə müxtəlif səbəblərdən bü cür ünsiyyət müntəzəm xarakter daşımır. Buna baxmayaraq bu və ya digər şagird çətinliyə düşdükdə və bunu həll edə bilmədikdə həmin müəllimə müraciət edir, bu zaman onlarm arasındakı ünsiyyət açıq qəlbdən və inam səviyyəsin-dən gedir. Həmin qrupa daxil olan müəilimlərdə demokratik rəhbərlik üslubu üstünlük təşkil edir. Bımunla yanaşı olaraq ikinci qrupa daxil olan müəllimlərdə bəzən avtoritar rəhbərlık üslubu da özünü göstərir.

Şagirdlərlə qarşılıqlı ünsiyyətin xarakterinə görə iiçüncü qrupa daxil olan müəllimlər əvvəlkilərdən bir sıra cəhətlərinə görə fərqlənirlər. Bu cür müəllimlər, adəten, şagirdlərlə yaxın ünsiyyət saxlamağa cəhd göstərir, bü cür ünsiyyətə can atırlar. Lakin bu cür ünsiyyətə nail ola bilmirlər. Bu cür ünsiyyətin baş tutmamasmm səbəbinə gəldikdə, onlar vaxtın çatmaması üzündən öz cəhdlərini həyata keçirə bilmiriər. Ünsiyyətə cəhd göstərməsinə baxmayaraq, şagirdlər onlara inanmadıqlarıııa görə qarşıhqlı ünsiyyət baş tutmur. Belə müəllimlər ya həd-dindən artıq mentor (öyüdçü) pozası tutur, ya onlara verilən sirri saxlaya bilmir, ya da şagirdlərin hörmətini qazana bilmir-lər. Ona görə də bu cür müəllimlərin şagird kollektivini idarə-etmələri çətinləşir. Bu cür müəllimlər arasında avtoritar rəh-bərlik üslubuna malik olanlar tez-tez özünü göstərir. Bununla yanaşı həmin qrupa daxil olan müəllimlər arasmda müəyyən miqdarda demokratik və ardıcıl olmayan rəhbərük üslubuna malik olan müəllimlərə də rast gəlmək mümkündür.

Dördüncü qrupa gəldikdə, buraya daxil olan müəllim-lər şagirdlərlə çox məhdud işgüzar ünsiyyətlə kifayətlənirlər. Bu cür müəllimlər şagirdlərlə ünsiyyətə can atmadıqları kimi, dərs dedikləri şagirdlər də onlarla yaxın ünsiyyətə, ürək sözlə-rini deməyə, onlarla məsləhətləşməyə meyl göstərmirlər. Bu qrupa, əsasən avtokratik və etinasız rəhbərlik üslubuna malik olan müəllimlər daxil olurlar.

Mühazirənin müəllifləri: Məlahət Nuriyeva və Aytən Quliyeva / Bakı Dövlət Universitetinin müəllimləri.

Şəxsiyyət və onun sosial-psixoloji strukturu

Şəxsiyyət problemi, onun formalaşmasının və inkişafının sosial-psixoloji məsələləri psixologiya üçün daim aktual mövzu olmuşdur. Psixolgiyada “insan” anlayışı ilə bərabər fərd, fərdilik, şəxsiyyət anlayışlarından tez-tez istifadə olunur. Məqalədə göstərilir ki, şəxsiyyət anlayışını təhlil etməklə, bu məsələləri ətraflı öyrənmək olar. Məqalədə fərd, fərdiyyət, şəxsiyyət anlayışları məzmuna görə deyil, fərdi varlığın spesifik aspekti kimi əks olunmuşdu.

“Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərindən biri olmuş və müasir dövrd də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə, şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəliuf fikirlər irəli sürülür. Bu, bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir” (1,s.157). Psixologiyada insanı şəxsiyyət kimi qiymətləndirərkən, onun sosial tərəfi ön plana çəkilir. Şəxsiyyət anlayışı sosial hadisə kimi K.Marks tərəfindən geniş izah edilmişdir. O, qeyd edirdi ki, “Şəxsiyyətin məzmununu onun dərisi, qanı, mücərrəd fiziki təbiəti deyil, onun sosial keyfiyyətləri təşkil edir.

”Şəxsiyyət və onu başqa insanlardan ayıran insanın davranışının xüsusiyyətləri onun inkişafının və həyat təcrübəsinin müxtəlif mərhələlərində formalaşır. “K.Levinə görə şəxsiyyət onu əhatə edən əşyalar arasında psixoloji sahədə yaşayır və inkişaf edir” (2,s.273). Bir insanın həyatda qazandığı ən böyük nailiyyət onun təcrübəsidir. “Şəxsiyyətin formalaşması prosesi hər hansı bir layihə, yaxud plan üzrə həyata keçirilmir. Eyni bir şəraitə, eyni bir ailədə müxtəlif xarakterlərə malik olan şəxsiyyətlər formalaşa bilər. bütün bunlr isə onu göstərir ki, ümumiyyətlə inkişafın amili kimi ancaq xarici mühit haqqında danışmaq olmaz, şəxsiyyətin formalaşmasının fərdi şəraitini aydınlaşdırmaq lazımdır” (3,s. 139-141).

Şəxsiyyət olmaq üçün fərd müəyyən inkişaf yolu keçməlidir. Hər bir insan eyni zamanda fərd, hər bir fərd eyni zamanda insandır. Deməli, konkret bir adamı fərd adlandırmaqla onun potensial insan olduğunu təsdiq edirik. Şəxsiyyət olmaq üçünsə, fərd müəyyən inkişaf yolu keçməlidir. Burada dialektik surətdə iki proses uzlaşır. Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daxil olur, digər tərəfdən, o, daha çox müstəqillik avtonomluq kəsb edir. Yəni onun cəmiyyətdə inkişafının mühüm cəhətini fərdiləşmə prosesi təşkil edir. Fərd şəxsiyyətə çevrildikdə, həm də fərdiyyət xüsusiyyətlərini qazanmış olur. Fərdiyyət anlayışı fərd insanın təkrar olunmaz xüsusiyyətlərinin məcmusu kimi ifadə edilir.

Şəxsiyyətin sosial-psixoloji mahiyyətini təhlil etmək üçün onun təlabat sistemini bilməyin mühüm əhəmiyyəti var. sosial varlıq olan insan üçün ən mühüm təlabat ünsiyyətə olan təlabatdır. Ünsiyyət təlabatı insan psixikasının şəxsiyyətyönümlü keyfiyyətidir, onun davamlı və bütöv sistem kimi özünü dərk etməsidir, fəaliyyətin əsasıdır. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir… ”Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır”(4,s10). Q.Ananyev qeyd edir ki, ”Şəxsiyyət– əməyin, biliyin və ünsiyyətin subyektidir. Şəxsiyyətin sosial – psixoloji mahiyyətinin təhlilində onun müxtəlif qruplara daxil olması, hansı normaları mənimsəməsi, bu qrupların ona təsiri nəticəsində hansı rolu və möv qeni tutması məsələlərinin araşdırılması önəmlidir. Məlumdur ki, insan istər fəaliyyət prosesində, istərsə də digər hallarda müəyyən qrup və kollektiv üzvü olur. Və bu zaman nəzərə almaq lazımdır ki,”İnsanın bütün davranışı, həyat səviyyəsi, məişəti, sosial varlığı müəyyən mənada onun peşəsindən asılıdır”(5,s 36). Prof. R.İ.Əliyev peşə fəaliyyətinin insana təsiri barədə yazır: “Peşə fəaliyyəti həqiqi mənada insanı bütövlükdə dəyişdirə, peşəyə lazım olan formaya sala, keyfiyyətlər tərbiyə edə bilir” (6, s.37). İnsanlar qrupdakı mövqelərindən asılı olmayaraq sosial normalara əməl edirlər. Sosial normalar insanların münasibətlərini tənzim edir. Hər bir qrupda böyüklə kiçik, rəhbərlə işçi və başqaları arasında münasibətlər sosial mormalar vasitəsilə tənzim edilir. Digər funksiya ondan ibarətdir ki, insanlar sosial normalar vasitəsilə başqa adamların davranış və rəftarını qiymətləndirirlər. Beləliklə, hər hansı qrup üzvü olan şəxsiyyət bu normalara riayət eədrək nüfuz qazanır və müəyyən rolları icra edir. Hər bir fərd ayrı –ayrılıqda özündən əvvəlki dövrdə yaşamış insanlar kimi bütün ömrü boyu sosial mühitə daxil olur, on a uyğunlaşır. Müəyyən rol və fuhksiyalrı qəbul edir və mənimsəyir.”V.Şekspirin sözləri ilə “Bu dünya teatrdır və burada kişilərin və qadınların hamısı aktyordur, onların hər biri müxtəlif rollar oynayırlar.”” (7,s 276-278). Şəxsiyyət müstəqildir. İnsanlar özlərinə layiq gördüyü rollara uyğun davranırlar.

Psixologiyada şəxsiyyəti sosial –psixoloji aspektdən təhlil edərkən sosial stetus anlayışının təhlilinə önəm verilir. Sosial status-insanın cəmiyyətdə, konkret kollektivdə rolunu və mövqeyini əks etdirir. Sosial qarşılıqlı təsirlərin gedişatında konkret funksiyaların icra edilməsi üçün hər bir insana müəyyən vəzifələr qoyulur, bununla birlikdə insana müəyyən edilmiş hüquqlarla imtiyazlar, səlahiyyətlər verilir. Bütün bunlara baxmayaraq, insan bu və ya digər funksiyanı yerinə yetirmir—o qarşılıqlı təsirlərin bu sistemi çərçivəsində müəyyən sosial mövqe tutur. Psixologiya şəxsiyyəti hər şeydən əvvəl sosial keyfiyyətli bir sistem kimi səciyyələndirərək təhlil edir. Sosial keyfiyyətlər fərdin ünsiyyət və fəaliyyət prosesinə, müxtəlif münasibətlər sisteminə yiyələnməsi şəraitində təşəkkül taparaq formalaşır. Bütün bunlara əsaslanaraq şəxsiyyəti ictimai münasibətlərin məcmusu kimi səciyyələndirmək olar. Sosial-psixoloji münasibətlər ümumilikdə şəxsiyyətin həqiqi mahiyyətinin əsasını təşkil edir. Belə ki, məhz sosial – psixoloji amilləri təhlil edərək şəxsiyyətin inkişafına təsirini araşdırmaq mümkündür.

ƏDƏBİYYAT :

1.Psixologiya. Ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün dərslik. Bakı: Nurlan 2007, 700 s.

2.Əliyev R.İ. Psixologiya tarixi. Bakı: 2006, 381s.

3.Xəlilov. H.Ə. Uşaq və yeniyetmələrin inkişafının sosial psixoloji məsələləri. Bakı: Şərq-Qərb, 2012, 224 s.

4. Həmzəyev M.Ə., Əmiraslanova S.F. Ünsiyyətin psixologiyası. Bakı: Nurlan, 2007, 178 s.

5. Əskərova Y.B. Azərbaycanda elmi psixologiyanın inkişafında Ə.Ə.Əlizadə yaradıcılığının rolu. Psixol. ü.f.dok. …dis. Bakı, 2015, 134 s.

6. Əliyev R.İ. Şagird şəxsiyyətinin formalaşmasında peşəyönümünün rolu. Bakı: XTN-nin mətbəəsi, 1991, 46 s.

7. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Dərslik. Bakı: Qapp-Poliqraf, 2003, 356 s.

Müəllif :

Psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Yeganə Əskərova

Comments are closed, but trackbacks and pingbacks are open.