Press "Enter" to skip to content

Sosial sahələrin iqtisadiyyati test

– “Kölgə iqtisadiyyatı”nın iştirakçısı olan bir sıra biznes, ticarət və digər sahələrin nümayəndələrinin dövlət dəstəyindən yararlanması necə olacaq?

Sosial sahələrin iqtisadiyyati test

Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov

– Aydın müəllim, hazırda dünya ölkələri koronavirus pandemiyasının ağır iqtisadi zərərlərini yaşamaqdadır. Dünya iqtisadiyyatında baş verən təlatümlər Azərbaycana da təsirlərini göstərməkdədir. Bu zərərləri qarşılamaq üçün hökumət tərəfindən görülən tədbirləri necə qiymətləndirərdiniz?

– Azərbaycan dünyanın bir parçasıdır və qlobal xarici şoklar bütün ölkələr kimi Azərbaycan iqtisadiyyatına da öz neqativ təsirlərini göstərməkdədir. Pandemiyanın yayıldığı ilk gündən başlayaraq Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı kompeks tədbirlər görməyə başladı. Prezident İlham Əliyevin birbaşa nəzarətində olan bu məsələ ilə bağlı müxtəlif önləyici addımlar atıldı, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi istiqamətində səmərəli və təsirli tədbirlər görüldü. Bununla yanaşı, hökumət komandası pandemiya iqtisadi inkişafına vurduğu zərbənin təsirlərini qiymətləndirmək üçün iqtisadiyyatın dərin və əhatəli diaqnostikasını apardı. Nəzərə alsaq ki, yeni qlobal böhranın 2008-2009-cu illərin böhranından daha da ağır olacağı proqnozlaşdırılır, pandemiya beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirlərini daha da artırmaqdadır. Bbelə bir vəziyyətdə Azərbaycan hökumətinin xüsusi qabaqlayıcı antiböhran paketi hazırlayaraq qəbul etməsi labüdləşdi. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da məhz qlobal resessiyaların ölkəmizin iqtisadiyyatına təsirlərini qarşılamaq kimi strateji məqsədi daşıyır. Dövlət başçısının imzaladığı həmin Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə müvafiq dövlət qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradıldı. İşçi qrupunun və özəl sektorun, biznes icmasının birgə apardığı qiymətləndirmələrə əsasən, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı geniş antiböhran paketi- dəstək proqramları hazıranıbdır. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş bütün sahələrin dərin diaqnostikası aparılaraq iqtisadi və sosial sektorlarda ən çox, əhəmiyyətli və minimum ziyan çəkən sahələr müəyyən edilibdir.
Hökumətin dəstək paketi zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Dəstək proqramlarıının əsas hədəfi biznes sektorunun, istehsal, xidmət müəssisələrinin, rentabelli təşkilatların dayanıqlılığını təmin etməkdir. Biznesin üzləşdiyi sosial-iqtisadi təsirlərin qısa bir zamanda aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi ümumi iqtisadi sabitliyin, dayanıqlılığın təmin edilməsində daha əhəmiyyətli rol oynayır. Bu isə birbaşa bu məsələdə dövlətin ədalətliliyini və humanizmini nümayiş etdirir. Bu proqramların maliyyə tutumu 2,5 milyard manatdır və Azərbaycanın ÜDM-nin 3,1%-ni təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb. Müqayisə üçün bildirim ki, bir çox region ölkələri də koronavirusla mübarizəni nəzərdə tutan dəstək proqramları hazırlayıb. Məsələn, Gürcüstanda bu göstərici ÜDM-in 2 faizi, Rusiyada ÜDM-nin 0,3 faizi, Türkiyədə ÜDM-in 2 faizi, Qırğızıstanda ÜDM-in 1 faizi, Özbəkistanda ÜDM-in 1,5 faizi həcmindədir. Azərbaycan hökumətinin pandemiyanın zərələrini qarşılmaq üçün gerçəkləşdirdiyi dəstək proqramı digər ölkələrlə müqayisədə həm maliyyə tutumuna görə, daha böyük, eyni zamanda, sektorların dəstəklənməsinə görə, genişmiqyaslıdır.

– Proqramlarda biznes sektoruna dəyən zərərlərin ödənilməsi üçün hansı dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur?

– Dövlət proqramlarında əsas mühüm prioritetlərdən biri biznes sektoruna və həmin sektorlarda təmsil olunan əmək resurslarına dəyən zərərlərin qarşılanmasıdır. Birinci və daha əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir. Proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılacaq. Digər böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. “Bu sektorun qorunub saxlanması üçün dəstəyə ehtiyacı var. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq.

– Dövlətin dəstək paketində sosial proqramlar xüsusi yer tutur. Sosial proqramın fəlsəfəsi nədən ibarətdir?

– Dövlət ilk növbədə insanların sosial rifahını prioritet hesab edərək onlara sosial dəstək göstərəcək. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək bu proqramın tərkib hissəsidir. Tədbirlərdən biri əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da birbaşa sosial xarakterlidir. Karantin rejimi ilə əlaqədar insanların evdə qalması səbəbindən istehlak olunan enerjinin həcmi artıb. Əhalinin həssas qrupları üçün bu xüsusilə nəzərə alınacaq. Mühüm proqramlarlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq.

– Kredit ödənişlərində güzəştləri

– Kredit ödənişlərində yaranan çətinliklərin aradan qaldırılması üçün həm biznesə, həm də ev təsərrüfatlarına güzəştlər edəcək. Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora məxsusdur. Bu gün pandemiyadan daha çox zərərçəkmiş sahələr ticarət və xidmət, turizm, nəqliyyat, rabitə sektorlarıdır. Burada iki istiqamət üzrə dəstək mexanizmi nəzərdə tutulubdur. Birincisi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu sənəd daha geniş olmaqla 1 milyard manatlıq maliyyə yükünə malikdir. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Başlıca hədəf həm biznes subyektlərimizə dəstək verməkdir, eyni zamanda, bizim üçün zəruri, çox vacib və əhəmiyyətli olan maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir. Kreditlərlə bağlı ikinci proqram İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramının əsas prioriteti həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə dəstəyi nəzərdə tutur. Koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bunun bir neçə səbəbi var. Bu səbəblər sektorun əmək tutumlu olması, tikinti sektoruna zəruri olan böyük həcmdə xammal və materialların ölkəmizdə istehsal olunması, eləcə də, tikinti sektorunun, bir qayda olaraq, «multiplikativ» effektə malik olmasıdır. Eyni zamanda, bu həm də sosial sahədir, çünki, vətəndaşlar yeni mənzillərə sahib olarkən bu onların rifah səviyyəsini qaldırır. Bu baxımdan həmin sahənin canlanması ölkə üçün çox vacibdir və kredit dəstəyi də buna əsaslanır.

– Dövlətin sahibkarlıq sektoruna vergi güzəştləri ilə bağlı hansı imtiyazlar nəzərdə tutulub?

– Proqramlardan biri biznesə vergi güzəştləri və imtiyazlarıdır. Burada əsasən, pandemiyanın mənfi təsirləri altında olan və həmçinin bir sıra digər sahələrə də müxtəlif güzəştlər nəzərdə tutulur. Burada da əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin. Sahibkarlara veriləcək vergi güzəştləri sırasında mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştlər, müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar, vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət vergisindən azad edilməsi, bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi yer tutur. Həmçinin, 2019-cu ilin nəticələrinə görə mənfəət vergisinin verilməsi müddətinin,vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də bu sıradadır.

– “Kölgə iqtisadiyyatı”nın iştirakçısı olan bir sıra biznes, ticarət və digər sahələrin nümayəndələrinin dövlət dəstəyindən yararlanması necə olacaq?

– Hazırda biznesə dəstək tədbirlərinin həyata keçirilməsi həm də “kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı strategiyanın gerçəkləşməsini daha da gücləndirir. Çünki özəl sektorun müxtəlif sahələrinin indiki dərin qiymətləndirilməsi, dəstək veriləcək sahələrin diaqnostikasının aparılması zamanı gölgə iqtisadiyyatının yeni təzahürləri də meydana çıxır. Dövlətin son illərdə bir sıra təşkilatlara qara iqtisadiyyatdan uzaqlaşmaq, mühasibatlıq, əmək münasibətləri, vergi, sosial sığorta və s. məsələlərdə şəffaf təmin etmək, düzgün işləmək barədə çağırışlarına, geniş maarifləndirici tədbirlərinə baxmayaraq, qeyri-qanunu fəaliyyət göstərən, balansını “ağartmayan” şirkət və müəssisələr hələ də vardır, belə bir vəziyyətdə həmin sahələr də aşkarlanmış olacaq. Bu onu göstərir ki, dövlət hamıdan daha çox hesabatlılığın, şəffaflığın, ünvanlılığın təmin olunmasında prinsipialdır. Hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır. Bu, dövlətin qanunlarına riayət edən, “kölgə”də deyil, “ağ” iqtisadiyyatda fəaliyyət göstərən, vergilərini ödəyən. İşçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarət bir iqtisadiyyat olmalıdır. Bu çətin gündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, başqa sözlə, fəaliyyətində yüksək sosial korporativ məsuliyyət hissini və hərəkətlərini həyata keçirən sahibkarlar dövlətin dəstəyi ilə əhatə olunacaqdır. Şəffaf işləyən bütün sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək.

– Aydın müəllim, bu proqramların qəbul edilməsi 2020-ci ilin dövlət büdcəsinin icrasına hansı təsirləri göstərə bilər?

– Təbii, iqtisadi vvə sosial dəstək proqramları maliyyə tutumuna görə, böyük maliyyə paketi olduğundan büdcədə xərclərin strukturuna dəyişiklik edilməsi zərurətini də meydana çıxarır. Büdcədə qeyri-neft gəlirlərinin həcmi hər il artır, xüsusilə də, iqtisadiyyatın şəffaflaşdırılması sayəsində vergi və gömrük daxilolmalarının məbləği yüksəlir. Ancaq onu da nəzərə almalıyıq ki, büdcədə neft sektorundan transfertlərin də həcmi kifayət qədər paya malikdir, pandemiya səbəbindən neftin qiymətinin 2 dəfədən çox aşağı düşməsi büdcə daxilolmalarında ciddi problemlər yaratmasa da, büdcədə yeni xərclərin olması 2020-ci ilin büdcə zərfinin strukturuna yenidən baxılmasına zərurət yaradır. Ancaq buna baxmayaraq, cari ilin dövlət büdcəsinin icrası ilə bağlı heç bir problemin olması gözlənilmir. Büdcədə bütün sosial öhdəliklər tam yerinə yetiriləcək, sosial infrastruktur layihələrinin icrası təmin ediləcək. Büdcə xərclərində bəzi dəyişikliklərin edilməsi də istisna deyil və təcili olmayan layihələrin təxirə salınması mümkündür. Bununla yanaşı, Azərbaycan dövləti sosial dövlət olduğundan icrası təxirə salınan layihələrdə əmək tutumlu sahələrə xüsusi diqqət yetiriləcək, məşğulluq məsələləri ön planda olacaq. Cənab Prezidentin də vur ğuladığı kimi bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Bu siyasət insanların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Onu da qeyd etmək istərdim ki, Azərbaycan ötən illərdə bir çox problemlərlə üzləşib, ancaq dövlətin uzaqgörən siyasəti nəticəsində bu sınaqlardan hər zaman üzüağ çıxıbdır. İnanıram ki, ölkəmiz Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti sayəsində ölkəmiz bu çətin sınaqdan da çıxacaqdır.

antifenu

Sosial sahələrin idarə olunma mexanizminin makro və mikro səviyyələrdə öyrənilməsi, sosial bölmənin maliyyələşdirilməsi və idarə edilməsində, eləcə də dövlət və qeyri – dövlət bölmələrinin qarşılıqlı fəaliyyətinin optiallaşdırılmasını tələb edir.

İdarəetmənin məqsədi mövcud imkanlar daxilində maksimum səmərəli (effektli) fəaliyyət formasını təşkil etmək deməkdir. Idarəetmə prosesində olaraq hər bir sosial sahənin özünəməxsus məqsədi mövcuddur. Məsələn: mədəni xidmət sahələrindən, məişət obyektlərindən, kommunal sahələrindən, səhiyyə, təhsil, mədəniyyət və digərlərinin hər birinin konkret resursları daxilində məqsədi formalaşır. Bu məqsədə nail olmaq yolları axtarılır və bu yolların ən yaxşı variantı idarəetmənin optimal təşkilini müəyyən edir. Idarəetmənin məqsədinə uyğun olaraq idarəetmə obyektinin təşkilatı qurul uşu formalaşır. Məsələn; hər bir sahənin daxili strukturu ayrı-ayrı alt sistemlər, ayrı-ayrı resurslar, bu resurslardan istifadə mexanizmləri, bütövlükdə vahid idarəetmə strukturunu meydana gətirir. Onu da deyək ki, Azərbaycan iqtisadiyyatının makro iqtisadi- sosial vəzifələri bu gün hər bir sosial obyektin idarə olunmasınin yeni prinsiplərini müəyyənləşdirir. Idarəetmədə, az məsrəflərlə minimum vaxt ərzində məqsədə nail olmaq yolları arasdırılır. Idarəedilən sahələr və idarəetmə funksiyaları ahəngdaşlıq təşkil etməlidirlər.. Idarəetmə iqtisadi ədəbiyyatda və təcrübədə forma və məzmunca təsnifatlaşdırılır. Məsələn: idarəetmənin obyektləri funksional təyinatına görə təsnifatlaşdırılır. Ayrı-ayrı sahələr üzrə idarəetmənin təşkili, ərazilər üzrə idarəetmə və hər hansı konkret əşya, əmtəə və xidmətə görə idarəetmə sistemləri yaradılır. Ola bilsin ki, bunların hər birində konkret meyar göstəricilər sistemi mövcuddur. Lakin onların ümumi bir cəhəti həmin obyektlərə yanaşma prinsiplərindədir.Sosial mədəni sahə nin təşkili prinsipləri aşağdakılardır.

Məqsədyönlü strukturların təşkili prinsipi, Yəni idarəetmə funksiyası və vəzifəsi, onun əsas təşkilati quruluşu. Bu məqsədin ətrafında formalaşır. Hər bir obyektin ali fəaliyyət məqsədi formalaşdırılır. Bu məqsəd iqtisadi və sosial effekt baxımından qiymətləndirilir. Bütün mümkün variantlardan ən effektlisi tapılır.

Idareətmə prosesi effektli təşkil olunmalıdır. Həm iqtisadi cəhətdən, həm də sosial effekt baxımından. Iqtisadi cəhətdən daha ucuz strukturaya malik olunmalıdır, sosial cəhətdən isə daha dolğun, daha geniş tələbata, ehtiyyatlara uyğun olmalıdır. Buna görə də hər bir idarəetmə layihəsi tərtib olunarkən onun xərcləri smetası ilə idarəetmə nəticəsində alınan iqtisadi effekt müqayisə olunur, qiymətləndirilir. 3.Idarəetmə prosesində sosial sahələrin ərazi və sahə prinsipləri uyğunlaşdırılmalıdır. Yeni hər bir təşkil olunan idarəetmə obyekt həm ərazinin mənafeyini qorumalıdır, həm də sahənin inkişafına uyğun olmalıdır.

Idarəetmə müxtəlif variantlarda olmalıdır. Hər bir məqsəd variant eyni məqsədə nail olmağın müxtəlif resursların istifadəsi nəticəsində alınan effektin səmərəliliyini üstünülüklə qiymətləndirilir. Variant səmərəli olduqda son nəticə kimi qəbul olunub, real praktikada istifadə olunur. Müxtəlif variantların ən yaxşısı optimal variant hesab olunur. Optimal variant idarəetmə qərarlarının formalaşmasına deyilir. O iqtisadi cəhətdən daha səmərəlidir. Texniki, psixoloji forma və digər parametrlərinə görə başqa variantlarda müqayisədə sərfəlidir və sosial tələbat sisteminə uyğundur. Optimal idarəetmə prinsipləri kimi, həyatda bütün resurslar məhduddur. Onlardan səmərli istifadə etmək yollarının tamamlanması, əsaslandırılması həmişə tədqiqat obyektidir

Ona görə də əsaslandırılan məqsədə nail olmaq üçün bu resurslardan istifadənin ən səmərəli yolu tapılır. Məs: bütün resursların tərkibində neçə faiz canlı əmək, cansız əmək, yeni texnologiya, yeni keyfiyyətli son məhsul və digər tərkib elementlər tapılır. Beləliklə, üstünlüklə qiymətləndirilir. Variant səmərəli olduqda son nəticə kimi qəbul olunub real praktikada istifadə olunur. Müxtəlif variantların ən yaxşısı optimal variant hesab olunur. Optimal variant idarəetmə qərarlarının formalaşmasına deyilir. O iqtisadi cəhətdən daha səmərəlidir. Texniki, psixoloji forma və digər parametrlərinə görə başqa variantlarla müqayisədə sərfəlidir və sosial tələbat sistmeminə uyğundur. Optimal idarəetmə prinsipləri optimallıq meyarı və resursları çərçivəsində axtarılır. Bildiyimiz kimi, həyatda bütün resurslar məhduddur. Onlardan səmərəli istifadə etmək yollarının tapılması, əsaslandırılması həmişə tədqiqat obyektidir. Ona görə də əsaslandırılan məqsədə nail olmaq üçün bu resursl ardan istifadənin ən səmərəli yolu tapılır. Məs: bütün resursların tərkibində neçə faiz canlı əmək, cansız əmək, yeni texnologiya, yeni keyfiyyətli son məhsul və digər tərkib elementlər tapılır. Beləliklə, optimallıq bütün mümkün halların idarəetmə obyektində qoyulan kriteriya baxımından uyğunluğu, əlverişliliyi deməkdir

Idarəetmədə tarixilik və varislik prinsipləri gözlənilməlidir. Yeni hər bir sosial obyekt uzun tarixi bir prosesdən müəyyən formalaşma meyllərinə malikdir. Bu meylləri davam etdirmək, saxlamaq və aktiv olaraq dəyişdirmək ehtiyatla həll olunmalıdır. Hər iki halda idarəetmə meyarlarına uyğun olaraq götür – qoy etmək lazımdır. Buna görə də uzun müddət formalaşmış təcrübəni inqilabi yolla yox, təkamül nəticəsində inkişaf etdirmək lazımdır. Formalaşmış iqtisadi sistem, tələbat sistemini, ənənə, milli xüsusiyyətləri, demoqrafik inkişafı nəzərə alaraq idarəetmə strukturları formalaşdırılır. Idarəetmədə varislik hər bir sonrakı qərar qəbulunda əldə olunan keçmiş nəticələri nəzərə almaqla reallaşdırılır. Idarəetmənin inkişafı dinamikası onun strukturu təkmilləşdirmə obyektidir.

Həm vasitələr, həm də obyektlər müəyyən dövr ərzində kəmiyyət və keyfiyyət etibarı ilə dəyişilir. Ona görə də idarəetmə perspektiv istiqamətlər deməkdir. Forma etibarı ilə idarəetmə funksional xətti və qarışıq idarəetmə sistemləri formalaşır. Belə ki, hər bir konkret sahərin funksional təyinatına görə idarəetmə məsələri qoyulur, inkişaf etdirilir, dəyişdirilir və s. Səhiyyənin funksiyası olan tələbatı ödərək və kommunal xidməti təşkil etməkdir. Idarətmə obyekti məhsullar üzrə və texnologiya üzrə formalaşir, bu zaman eyni cins məhsulların istehsalının və xidmətin ixtisaslaşdırılması, kombinələşdirilməsi və təsərrüfat əlaqələri idarə olunur. Eyni texnologiyaya əsaslandırılan idarəetmədə isə oxşar texnologiya meydana çıxır

Sosial mədəni sahələrin təşkili elmi məqsədyönlü fəaliyyətin elmi nəzəri və praktiki aspektlərini öyrəndiyinə görə geniş bir elmdir. Onun nəzəri əsasını mülkiyyət münasibətləri təşkil edir. Uzun müddət mərkəzləşdirilmiş idarəetmə formaları ümumxalq dövlət mülkiyyətinin olması ilə səciyyələnirdi. Indiki şəraitdə mülkiyyətin yeni formaları, yarandığına görə idarəetmənin funksiyaları və vəzifələri formaca və məzmunca geniş vüsət alır. Hər bir mənafe idarəetmə elminin məqsədi olmalıdır. Əvvəlki vaxtlardan fərqli olaraq, demokratik prinsiplər əsas götürülməlidir. Bu zaman eyni bir vəzifəni, funksiyanı yerinə yetirə bilən müxtəlif alternativ şərtlər, o cümlədən sosial tələbatlar nəzərə alınmalıdır. Idarəetmə obyektinin və skbyektinin maraqlı təmin olunmalıdır. Belə subyektlərə daxildir: sahələr, insanlar, kapital qoyanlar. Ona görə də idarəetmədə kapitalistik, sistemlilik prinsipləri və metodları meydana gəlir. Sosial sahələr yuxarıda göstərilən obyekt və subyektlərinə gör ə daha müxtəlifdir. Insan faktoru sosial idarəetmənin əsas məqsədidir. Nəhayət idarəetmə elmi iqtisadi elmdir, iqtisadiyyatin bütün sahələri ilə bağlıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.