Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Сервисы VK
Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi
4 мая 2015
В группе 752 участника
Mahmud Quluzadə – İqtisad elmləri namizədi, Dosent, Azərbaycan Kooperasiya Universitetinin rektoru(1992-1994).. Quluzadə Mahmud Məmməd oğlu 22 dekabr 1938-ci ildə Tovuz rayonunun Pələkli kəndində anadan olmuşdur.1956-cı ildə Bakı Statistika Texnikumuna daxil olmuş və 1959-cu ildə bitirmişdir. 1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuş və 1969-cu ildə institutu əla qiymətlərlə qurtarmış, “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” kafedrasında müəllim işləmişdir. 1966-cü ildən 1974-cü ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetində komsomol katibi işləmişdir. 1974-cü ildə alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.Tovuz rayonunda statistika idarəsində müdir müavini işləmişdir. 2002-ci ildə Moskva Dövlət Kooperasiya Universitetinin Bakıdakı filialının direktoru vəzifəsinədə işləmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasında dosent vəzifəsində işləyir. Evlidir, üç övladı və altı nəvəsi var.Allah ömür versin..
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 2 марта 2017 в 22:02
Müstəqil, obyektiv və dürüst
добавлена 5 апреля 2016 в 12:58
Diqqet Hazirda Ermenistanin Berd rayon Cinarli kendinde yerlesen dusmen ordusu , Tovuz rayon Agbulaq, Koxanebi kentleri istiqametine iri capli silahlardan bir nece defe ates acdilar. Qosunlarmiz cavab atesi acmadi. Indi neyi gozleyirik “Lazimi”? Biz onlara 92-ci ilde anlari yasatmaliyiq. Nezernize catdirim ki, iki gun once Tovuz Qaralar kendi istiqametinde dusmenin bir neferi geberdilib.
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, ətraf ərazilərinin, regionlarının da hesabına baş verir.
Trend-i buradan izləyin
Bakı. İlhamə İsabalayeva – Trend:
Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir.
Artıq gözlə görünən bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olublar. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.
Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar davamlı olaraq, bir-birinin ardınca həyata keçirilməkdədir. Hazırda regionların inkişafı üzrə sayca 4-cü dövlət proqramı icra edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.
Ümumilikdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyasının yatırılacağı gözlənilir.
Azərbaycanda regionların inkişafı üçün maliyyə vəsaitləri yalnız dövlət proqramları çərçivəsində ayrılmır. 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 milyard manatdan çox vəsait yönəldilib. Lakin bununla bərabər Prezidentin sərəmcamları ilə rayon və şəhərlərin inkişafına da milyon manatlarla vəsait ayrılıb ki, bu vəsaitlərin ayrılması da regionların sosial inkişafında mühüm rol oynayıb.
Yeri gəlmişkən qeyd edək ki, hələ 2003-cü ildə Prezident seçilən İlham Əliyev regionların inkişafı ilə məşğul olacağını, bunun üçün səylərini əsirgəməyəcəyini vəd etmişdi.
Bu vədini unutmayan Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxış edərkən onu bir daha xatırladıb və bildirib ki, Azərbaycan iqtisadiyyatı son 15 ildə dünya miqyasında rekord templərlə inkişaf edib: “Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək. Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm”.
Verilən vədin unudulmamasının, regionlara göstərilən qayğının nəticəsidir ki, artıq bir çox şəhər və rayonlarımız özləri qazanc əldə edərək artıq öz “kisələrindən yeyirlər”. Başqa sözlə, bu gün bəzi şəhər və rayonlarımız dövlət büdcəsindən asılı olmayaraq, öz gəlirləri ilə özlərini dolandıra bilirlər.
Hazırda ölkə üzrə 35 şəhər və rayon büdcədən maliyyələşmir. Gələn il isə bu rayonların sayı daha da artacaq. Bu sırada paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir rayonlarının da adları var. Ümumilikdə gələn il 39 şəhər və rayon dövlət büdcəsindən maliyyə vəsaiti almadan özünü yerli gəlirlər hesabına təmin edə biləcək.
Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.
4-cü proqramdan müsbət gözləntilərin oldğunu Prezident İlham Əliyev də xüsusi vurğulayıb. Prezident hesab edir ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaq: “Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır”.
Prezident rayon icra hakimiyyəti başçılarına xitabən bildirib ki, onlar vətəndaşların qayğıları ilə yaşamalıdırlar: “Siz onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək”.
Azərbaycanda regionların inkişafına yalnız dövlət dəstəyi göstərilmir. Bəzi beynəlxalq qurumlar da ölkəmizdə regionların inkişafında maraqlı olduqlarını bildirir və bunun üçün müxtəlif layihələr icra edirlər.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi və əməkdaşlıq şöbəsinin müdiri Simona Qattinin sözlərinə görə, Aİ-nin əsas məqsədlərindən biri regionların inkişafı ilə bağlıdır.
O əlavə edib ki, Aİ 2011-ci ildən Azərbaycanda kənd təsərrüfatı sektorunun və kənd yerlərinin inkişafına 17 milyon avro kredit ayırıb. Bura qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sahələri aiddir.
Mütəxəssislərin fikrincə, Azərbaycanda aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə yönəldilib. Onların fikrincə, bu istiqamətdə “2004-2008-ci illər ərzində regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı ilk addım hesab oluna bilər. Lakin bu proqramın respublikanın ümumi regional inkişaf məsələlərinin həlli kimi qəbul olunması da düzgün deyil. Azərbaycanın regional inkişafında əsas istiqamətlər müəyyən olunmalı, məhz belə mərkəzlər respublikanın regional inkişaf strategiyasının əsasını təşkil etməlidir.
Bu istiqamətlərin düzgün müəyyən edilməsinin nəticəsidir ki, artıq regionlar inkişafı ümumilikdə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətli paya malikdirlər.
Lakin bu da nəzərdən qaçmamalıdır ki, regionların inkişafı üçün həmin ərazilərə investisiyaların cəlbi olduqca əhəmiyyətlidir. Çünki investisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir. İnvestisiyaların təşviqi mexanizminin uğurlu tətbiqi nəticəsində bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların hesabına ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.
Regionlarda həmçinin iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır.
Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasının əsas uğurlu nəticələrindən biri yeni iş yerlərinin yaradılmasıdır. Belə ki, 2004-cü ildən 2019-cu ilin ötən dövrü də daxil olmaqla ölkədə 2,3 milyon yeni iş yeri yaradılıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan iqtisadiyyatı hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub.
Onun sözlərinə görə, ötən illər ərzində Prezident İlham Əliyev ilk növbədə regionlarda həyata keçirilən sosial layihələri önə çəkməklə Azərbaycanın sosial dövlət kimi öz öhdəlikərinə sadiq qaldığını bir daha diqqətə çatdırıb:
“Hələ 2003-cü ildə dövlət başçısı qeyd etmişdi ki, Azərbaycan təkcə Bakıdan və Abşeron yarımadasından ibarət deyil, Azərbaycanın bütün regionları inkişaf etməlidir. Doğrudan da, iqtisadiyyatın rəqabət qabiliyyətli olması və bütün milli resursların iqtisadi inkişafa cəlb edilməsi baxımından regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bugün milli iqtisadiyyatımızın hazırkı mərhələsində inkişaf göstəricilərinin təmin olunması prosesində heç şübhəsiz ki, regionların inkişafı ilə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarının da mühüm rolu olub. Regionların inkişafı və regionda sosial-iqtisadi münasibətlərin regional xarakterə uyğun olaraq tənzimlənməsi bütövlükdə iqtisadiyyatımızı rəqabət qabiliyyətli etməklə bərabər, eyni zamanda, iqtisadi proporsionallığı da qoruyan mühüm faktor kimi çıxış edir”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.