Press "Enter" to skip to content

Sosial-siyasi təlimlər

Darul Hikmət Elm və Tədris Mərkəzi 2014-2023 © Bütün hüquqlar qorunur

Qaydalar

Darul Hikmət Elm və Tədris mərkəzinin kitabxanasından kitab götürmək üçün kitabxanaya üzv olmaq tələb olunur. Bunun üçün kitab götürmək istəyən şəxslər “oxucu kart”- na sahib olmalıdırlar. Kartın etibarlılıq müddəti istifadəyə verildiyi vaxtdan 6 ay müddətinə qədərdir. 6 aylıq abunəlik haqqı üçün 10 AZN ödənilməlidir. Kitabxanadan istifadə qaydaları: – Oxucular eyni zamanda 1 kitab götürmək hüququna malikdirlər. – Kitabların qaytarılma müddəti səhifə etibarı ilə: 0 – 200 səh = 15gün 200 – 350 səh = 20gün 350 – (üzəri) = 30gün – Göstərilən müddət ərzində kitablar qaytarılmasa oxucu hər iki günə görə 1 azn ödəməlidir. – Əgər kitabların qaytarılması təyin olunmuş vaxtdan 1 həftə müddətində gecikdirilərsə, oxucu kitabxanadan istifadə hüququndan məhrum ediləcək. – Kitablara hər hansı zərər vurularsa oxucu zərər vurduğu kitabın dəyərini ödəməli və yaxud kitabı yenisi ilə əvəz etməlidir.

Qəbul et İmtina

KİTAB SİFARİŞ ET

KİTAB HƏDİYYƏ ET

KİTAB HƏDİYYƏ ET MƏTNİ

Kitabın bronu

    Dan Brown –> Kod Da Vinchi –> Növbədə 3 nəfər var –>

daxİl ol

Remember me Forget password

Don’t have an account? REGISTER

qeydİyyat

Ad və Soyad
Sizin Email
Retpye password
Mən robot deyiləm
(012) 408 63 36 –> (+99477) 528 14 83 (+99477) 528 14 83
Darulhikmet.az KİTABXANA Elmi Ədəbiyyat Sosial-siyasi və hüquqi təlimlər tarixi

KİTABXANA

Sosial-siyasi və hüquqi təlimlər tarixi

  • Müəllif: Yusif Rüstəmov
  • Janr: Elmi Ədəbiyyat
  • Nəşriyyat: Azərbaycan Universiteti
  • Çap ili: 2012
  • Kitabın dili: Azərbaycan
  • Statusu: Kitabxanada

Kitab haqqında

Oxşar kitablar

Sifariş et Ətraflı

Ərəb dili təlimi (1-2)

Kitabxanada
Sifariş et Ətraflı

Ərəb Dili

Ə.C.Məmmədov Kitabxanada
Sifariş et Ətraflı

Nitq Mədəniyyətinin əsasları

Nadir Abdullayev Kitabxanada
Sifariş et Ətraflı

Sosiologiya

Məcid Əfəndiyev Kitabxanada
Sifariş et Ətraflı

Elm tanrı axtarışında

Con Lennoks Kitabxanada
Sifariş et Ətraflı

Ərəb dili təlimi (3-4)

Kitabxanada
Sifariş et Ətraflı

Sərf və Nəhv

Səid Rəşadi Kitabxanada
Sifariş et Ətraflı

Sərf

Hacı Fuad Nurullah Kitabxanada
Sifariş et Ətraflı

Ümumi dilçilik

Ağamusa Axundov Kitabxanada
Sifariş et Ətraflı

Müasir Azərbaycan dili – Fonetika, orfoepiya, orfoqrafiya

Kitabxanada
Sifariş et Ətraflı

Azərbaycan ədəbi dili tarixi

Kitabxanada
Sifariş et Ətraflı

Müasir Azərbaycan dili – Sintaksis

Kitabxanada
Sifariş et Ətraflı

Müasir Azərbaycan dili – Morfologiya

Kitabxanada
Sifariş et Ətraflı

Məntiq

Rauf İmranoğlu Kitabxanada
Sifariş et Ətraflı

Hədis və Rical Elmi

Ramil Əzimov Kitabxanada
Sifariş et Ətraflı

Nəhv Elmi

Həmid Muhəmmədi Kitabxanada
Sifariş et Ətraflı

Sərf Elmi

Həmid Muhəmmədi Kitabxanada
Sifariş et Ətraflı

Məntiq Elmi

Dr.Möhsün Nişapuri Kitabxanada
Sifariş et Ətraflı

Fars Dili

Təhminə Rüstəmova Kitabxanada
Sifariş et Ətraflı

Uşağımın Psixoloquyam

Anara Baxşəliyeva Kitabxanada
Sifariş et Ətraflı

Bir Müslüman Evrimci Olabilir mi?

Caner Taslaman Kitabxanada
Sifariş et Ətraflı

Azərbaycan Şifahi Xalq Ədəbiyyatı

Paşa Əfəndiyev Kitabxanada
Sifariş et Ətraflı

İqtisadiyyat

Sabir İbadov Kitabxanada
Sifariş et Ətraflı

Müxtəlif Sosial Qruplardan Olan Gənclərlə Aparılan Psixososial İşin Məzmunu

Olqa Vəlimedova Kitabxanada
Sifariş et Ətraflı

Sosiologiya

Elmi Heyyət Kitabxanada
Sifariş et Ətraflı

Azərbaycan Folklorşünaslığı: Tarixi, Problemləri

Qüdrət Umudov Kitabxanada
Sifariş et Ətraflı

Ədəbi Tənqid Tarixinə Dair Portret-Oçerklər

Təyyar Salamoğlu Kitabxanada
Sifariş et Ətraflı

Ədəbiyyatşünaslığın Elmi-Nəzəri Əsasları

Xalid Əlimirzəyev Kitabxanada
Sifariş et Ətraflı

İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi

Elmi Heyyət Kitabxanada
Sifariş et Ətraflı

Azərbaycan Hidronimlərinin Sematik Xüsusiyyətləri

Nəbi Əsgərov Kitabxanada
Sifariş et Ətraflı

Şəxsiyyət və Onun Formalaşmasının Psixoloji Məsələləri

Olqa Vəlimedova Kitabxanada
Sifariş et Ətraflı

Azərbaycan Dilinin Tədris Metodikası

Əzizxan Tanrıverdi Kitabxanada

Mərkəz haqqında

Mərkəzin fəaliyyəti online və canlı dərslərin peşəkar səviyyədə tədrisinə, seminarların, təlimlərin, mühazirələrin və s. tədbirlərin keçirilməsinə istiqamətlənib.

Əlaqə

  • Darul Hikmət Elm və Tədris Mərkəzi, Ağadadaş Qurbanov 31, Bakı
  • (+99477) 528 14 83
  • info@darulhikmet.az

Darul Hikmət Elm və Tədris Mərkəzi 2014-2023 © Bütün hüquqlar qorunur

Dövlətin sosial siyasəti. Əhalinin sosial müdafiə sistemi

Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial ixtilafların aradan qaldırılmasına yönəldilmişdir. Bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalini əmlak sahəsində mövcud olan bərabərsizliyin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.

Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Birincisi, iqtisaid inkişafın məqsədləri birbaşa və dolayı yolla sosial siyasətdə cəmləşir. İkincisi sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar.
Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə dövlətin hal hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa bölmək olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət adlandırmaq olar. Bu halda sosial siyasət bazarın lazımi səviyyədə tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası və əhatə dairəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv və kompensiyalaşdırıcı (bərpaedici) xarkter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır. Bu variantın tipik nümunəsi bazarın amerikan modeli ola bilər.
İkinci qrup institutsional sosial siyasət adlanır. Burada dövlətin sosial siyasəti əhalinin sosial xidmətlərlə təmin olunmasında mühüm rol oynayır və xüsusi institutlar sisteminə nisbətən daha səmərəli vasitə kimi çıxış edir. Bu, yenidən bölgü siyasətidir. Belə siyasətin formalaşmasında konseptual baxımdan sosial demokratik ideologiyanın böyük təsiri vardır. Buna tipik nümunə kimi sosial dövlətin İsveç modelini göstərmək olar.
Hər iki qrup arasında fərq bu və ya digər amillərin hamısının olub olmamasından deyil, onlar arsında mövcud olan nisbətlərdən, dövlətin sosial sahəyə müdaxiləsi və yenidən bölgü prosesində iştirakından asılıdır.
Sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Sosial müdafiə vətəndaşların ilk növbədə əhalinin ən ağır maddi vəziyyətdə olan təbəqələrinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən dövlət siyasətidir. Dövlət tərəfindən tətbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının, işsizliyin və yxsulluğun güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial müdafiəsinin problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır.
Əhalinin sosial müdafiəsai yüksək ixtisaslı kadrların hazırlanması ilə əlaqədar dövlət tədbirlərini, əhalinin bütün təbəqələrinin pulsuz ümumi və orta təhsil almasını, rəqabət əsasında ali təhsil əldə etməsini, dövlət hesabına səhiyyə və sosial xidmətlər göstərilməsini, insanların əmək fəaliyyəti ilə məşğul olması üçün zəruri olan tədbirləri və s. əhatə edir.
Bazar iqtisadiyyatına keçid şəraitində əhalinin gəlirləri sahəsində olan bərabərsizlik getdikcə artır. Bu bərabərsizliyin qarşısını almaq məqsədi ilə dövlət bir çox inkişaf etmiş ölkələrdə gəlirlərin yenidən bölgüsündə fəal iştirak edir. Gəlirlərin yenidən bölgüsünün əsas vasitəsi əhalinin əldə etdiyi şəxsi gəlirlərə tətbiq edilən mütərəqqi vergi sistemidir. Verginin mütərəqqi sistemi əhalinin ən yüksək gəlir əldə etmiş təbəqələrinə, az təmin olunmuşlara nisbətən yüksək vergi dərəcələrinin tətbiq edilməsini nəzərdə tutur. Dövlət bu yolla əldə etdiyi vergilərin bir hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transfert ödəmələr şəklində xərcləyir. Deməl olar ki, bütün ölkələrdə sosial sığota və yoxsullara dövlət köməyi proqramları vardır. Sosial sığorta proqramı əhalinin qocalığa, əmək qabiliyyətinin itirilməsinə, iş yerlərinin azalmasına görə sığortalanmasını əhatə edir. Əhaliyə dövlət yardımı proqramları əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Buraya çoxuşaqlı ailələrə kömək, ərzaq və müxtəlif imtiyazların verilməsi, səhiyyə sıöortalanması və s. daxildirlər.
Əhalinin sosial müdafiə tədbirləri müxtəlif fondlar hesabına maliyyələşdirilir. Buraya müxtəlif səviyyəli fondlar, sosial müdafiənin büdcədənkənar dövlət fondları, işsizliyə görə sığorta fondları, ictimai və xüsusi xeyriyyə fondları aiddir.
Əhalinin sosial müdafiəsi formalarından biri də gəlirlərin indeksasiya edilməsidir. Gəlirlərin dövlət indeksasiyası yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemidir. Gəlirlərin dövlət indeksasiya yaşayış dəyərinin artmasının nəzərə alınmasının nəzərə alınması əsasında həyata keçirilir. Başqa sözlə, indeksasiya inflyasiya şəraitində istehlak qiymətlərinin artması ilə əlaqədar əhali gəlirlərinin bu qiymətlərə uyğunlaşdırılması tədbirlərini əks etdirir.
İndeksasiya sistemi bir sıra meyarları ilə səciyyələnir.İndeksasiya qiymətlərin qadırılmasından əvvəl və ya sonra həyata keçirilə bilər.İndeksasiya makro və mikrosəviyyədə həyata keçirilir. Əhali gəlirlərinin səviyyəsindən asılı olaraq indeksasiya sistemində diferensial yanaşma prosesinə üstünlük verilir. Bu prinsip ən aşağı gəlirlərin tam kompensasiyasından tutmuş ən yüksək gəlirləri olanların minimum kompensasiyasını əhatə edir.

  • Teqlər:
  • sosial siyasət

Comments are closed, but trackbacks and pingbacks are open.