Press "Enter" to skip to content

Sosial sığorta haqqında qanun 2018

Pensiya yaşına çatmaq;

Sosial sığorta

Sosial sığorta fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Sosial sığorta hadisəsinin baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.

Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:

Pensiya yaşına çatmaq;

Əlilliyin müəyyən edilməsi;

Ailə başçısını itirmək;

Hamiləlik və doğum;

Uşağın anadan olması;

Sanatoriya-kurort müalicəsi zərurəti;

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Sığortaedənlərin hüquqları

Sosial sığortanın bütün formalarında iştirak etmək;

Könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək;

Sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək.

Sığortaedənlərin vəzifələri

Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək;

Sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20- dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək;

Hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək;

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-1-ci maddəsində (Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək;

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək;

Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Sığortaolunanların hüquqları

Yaşayış və ya iş yeri üzrə dövlət sosial sığortası sistemində fərdi uçotu həyata keçirən müvafiq orqanda fərdi şəxsi hesabında əks olunan məlumatları almaq;

Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq orqanda onun özü haqqında fərdi uçot üçün sığortaedənin təqdim etdiyi məlumatların surətini sığortaedəndən almaq;

Fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadığı hallarda həmin məlumatların dəqiqləşdirilməsi barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq orqana və ya sığortaedənə ərizə ilə müraciət etmək;

Fərdi şəxsi hesabında əks olunan məlumatlar dəyişdikdə, ərizə ilə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya sığortaedənə müraciət etmək;

Onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək;

Könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək;

Sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək;

Sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq.

Sığortaolunanların vəzifələri

Sosial sığorta haqqını vaxtında ödəmək;

Sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək;

Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında uçota düşmək;

Sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə qanunvericiliyə əsasən onun fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları təqdim etmək;

Məcburi dövlət sosial sığorta haqqı dərəcələri

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda olan sığortaolunanlar üçün aylıq gəlirdən-cəmi 25 % (6 manat + 200 manatdan çox olan hissənin 10 faizi sığortaolunan, 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi sığortaedən) miqdarında

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının:

Bakı şəhərində 100 faizi;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

digər şəhərlərdə 80 faizi;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

kənd yerlərində 50 faizi miqdarında.

Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla – gəlirlərinin 25 faizi miqdarında;

Xüsusi notariuslar üzrə – minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında

Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

Vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında;

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək olduqda – 2 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

Könüllü (əlavə) sosial sığorta

Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, bütün idarə, müəssisə və təşkilatlar könüllü (əlavə) sosial sığorta hüququna malikdirlər.

Könüllü (əlavə) sosial sığorta müqaviləsi

Könüllü (əlavə) sosial sığorta sığortaçı ilə sığortaedən (olunan) arasında bağlanan sosial sığorta müqaviləsi əsasında həyata keçirilir. Sosial sığorta müqaviləsində tərəflərin hüquq və vəzifələri, sosial sığorta haqqının və sosial sığorta ödəmələrinin məbləği, sığorta hadisəsi, tərəflərin məsuliyyəti, habelə tərəflərin razılığı ilə digər şərtlər göstərilir.

Fərdi uçot nədir?

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

Dövlət sosial sığorta sistemində hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır.

Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqanın hüquqları aşağıdakılardır:

Sığortaedəndən və sığortaolunandan Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;

Sığortaedənlərin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;

Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək.

Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqanın vəzifələri aşağıdakılardır:

Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;

Sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək.

Sığortaolunanın fərdi uçota alınması və uçotdan çıxarılması-sığortaedən və ya sığortaolunan tərəfindən (Qanuvercilikdə istisina hal olaraq bəzi sığortaolunanların fərdi uçota alınması və uçotdan çıxarılması kağız daşıyıcı vasitəsilə aparılır) onlayn şəkildə həyata keçirilir.

Sığortaolunana fərdi şəxsi hesabı barədə məlumatın verilməsi – e-sosial proqram təminatından qeydiyyatdan keçən vətəndaşlara fərdi şəxsi hesabı barədə məlumat verilir.

Sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarına dair izahat verilməsi – şəxsiyyət vəsiqəsini təqdim edən vətəndaşa e-sosial vasitəsilə fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarına dair izahat verilir.

DOST Agentliyinin missiyası əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu missiya innovativ həllərin tətbiqi ilə həyata keçirilir.

Xidmətlər
  • Arayışların verilməsi
  • Əmək münasibətləri
  • Əlillik
  • Məşğulluq
  • Əmək pensiyası və sosial müavinətlər
  • Övladlığagötürmə
  • Ünvanlı dövlət sosial yardımı
  • Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
  • Sosial sığorta
  • Sosial xidmətlər
  • Yardımçı xidmətlər

VERGİLƏR

Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklərdən sonra sosial sığorta haqlarının hansı qaydada ödəniləcəyi, bu ödənişlərin hansı faiz dərəcələri ilə hesablanacağı ciddi müzakirə mövzusudur. Xüsusilə fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyatda olan, xidməti müqavilə (buna həm də mülki-hüquqi müqavilə deyilir) əsasında çalışan şəxslərdən məcburi dövlət sosial sığorta haqqının hansı qaydada tutulacağı daha çox maraq doğurur.

Bir illik güzəşt

Xidməti müqavilə əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta ödənişləri “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə edilən dəyişiklik əsasında hesablanacaq. Həmin maddədə mülki-hüquqi xarakterli müqavilə, o cümlədən xidməti müqavilə əsasında işləyən şəxslərin sığorta ödənişlərinin hesablanması qaydaları əksini tapıb. Dəyişikliyə əsasən, əgər xidmət göstərən şəxs VÖEN-i olan fərdi sahibkarlıq subyekti olacaqsa, sığorta ödənişi minimum əməkhaqqının 25 faizi qədər təşkil edəcək. Dəyişikliklərdə xidməti müqavilə ilə işləyənlərə münasibətdə ölkə üzrə vahid ödəniş faizi və qaydası müəyyən edilib, ayrı-ayrı regionlar arasında tətbiq olunan fərq isə aradan qaldırılıb. Bu o deməkdir ki, iş yerinin hansı regionda yerləşməsindən asılı olmayaraq, xidməti müqavilə ilə çalışanlar eyni məbləğdə sosial sığorta haqqı ödəyəcəklər.

Tikinti və ticarət sahəsində çalışanlar üzrə sosial sığorta haqqı isə olduğu kimi, yəni minimum əməkhaqqının 50 faizi həcmində qalacaq. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanunda 1 yanvar 2020-ci ildən qüvvəyə minməsi nəzərdə tutulmuş keçid müddəalarına əsasən, göstərilən fəaliyyət üzrə sosial sığorta haqları həmin Qanunun 2019-cu il yanvarın 1-dək qüvvədə olan 14-cü maddəsinə uyğun olaraq ödəniləcək. Yəni həmin fiziki şəxslər 31 dekabr 2019-cu il tarixədək sosial sığorta ödənişlərini köhnə qayda ilə ödəyəcəklər.

İqtisadçı ekspert Qalib Toğrul bildirib ki, dəyişikliklərdə ticarət və tikinti sahəsində nəzərdə tutulan sosial sığorta haqqının məbləği köhnə məbləğlə eyni olacaq. Ancaq digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, o cümlədən xidmət müqaviləsi ilə işləyənlər üçün respublikanın regionları üzrə fərqləndirmələr qüvvədə qalır və həmin şəxslər əvvəlki qayda ilə Bakıda 26 manat, Sumqayıt və Gəncə şəhərlərində 23,40 manat, respublika tabeli digər şəhərlərdə 20,80 manat, rayon mərkəzlərində, digər şəhər və qəsəbələrdə 15,60 manat, kənd yerlərində isə 13 manat ödəyəcəklər.

Xidməti müqavilə əsasında işləyənlər sosial sığorta haqlarını
bu il də köhnə qaydada ödəyəcəklər

Sosial sığorta ödənişləri üzrə yeni dərəcələr

Beləliklə, sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olunmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi qaydası 2019-cu il ərzində də qüvvədə olacaq. Belə fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:

– sahibkarlıq fəaliyyəti üzrə – tikinti və ticarət sahələrində minimum aylıq əməkhaqqının 50 faizi, digər sahələrdə 25 faizi miqdarında;

– mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizi miqdarında;

– xüsusi notariuslar üzrə – minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;

– müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

– Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin 20 faizi miqdarında;

– mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə, yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Vergi uçotu olan fiziki şəxslər, yəni fərdi sahibkar statusu ilə mülki-hüquqi müqavilələrlə çalışanlar özləri sosial sığorta ödənişlərinə görə məsuliyyət daşıdığı üçün onların əldə edəcəyi gəlirdən ödəmə mənbəyində məcburi dövlət sığorta haqqı tutulmur.

Elxan SALAHOV

Comments are closed, but trackbacks and pingbacks are open.