Press "Enter" to skip to content

Sosial müavinətlər haqqında qanun

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. sosial müavinətlər (bundan sonra – müavinətlər) – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;
1.0.2. əmək qabiliyyəti olmayan şəxslər – əlillər, o cümlədən 16 yaşadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla).

Sosial tminat haqqında qanun

“Uşaqların istirahəti ilə bağlı qanun layihəsi üzərində artıq komitə bir müddətdir işləyir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O, qeyd edib ki, qanun layihəsi mətbuatda yanlış yozumlar doğurub.

“Guya biz pioner düşərgələri tikmək istəyirik. Əslində pioner düşərgələri sovet dövründən qalan institutdur. İndi bunun adını uşaq istirahət mərkəzləri qoymaq olar. Hansı qurumun imkanı daxilində belə bir şey yarada bilirsə, çox gözəl”.

H.Rəcəbli burada əsas məsələnin maliyyələşmə ilə bağlı olduğunu bildirib. “Yəni uşaqların istirahətini hansı qurumlar maliyyələşdirəcək. Əlbəttə, birincisi həmkarlar təşkilatlarıdır. İkincisi, ola bilər ki, dövlət büdcəsi hesabına ola bilsin. Üçüncüsü işə götürənlər maliyyələşdirə bilər. Dördüncüsü, valideynlər özləridir. Bütövlükdə bunun məqsədi odur ki, uşaqlar faydalı vərdişlərə yiyələnsinlər, kommunikabellilik artsın, təmiz hava qəbul etsinlər, ekstremal şəraitlərə uyğunlaşsınlar, aralarında dostluq əlaqələri yaransın, zərərli vərdişlərdən uzaqlaşsınlar. Bununla bağlı dövlət qurumlarına müraciət etmişik. Bu gün 100 min valideyn övladını istirahətə göndərmək istəyir. Bəs bunun içərisində 1000 valideyn öz pulu ilə göndərmək istəyər? Bunun əlaqələndirilməsinə olunmasına ehtiyac var”.

“Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsinə də toxunan millət vəkili bildirib ki, gələn qış sessiyasında qanun layihəsi müzakirə oluna bilər.

“Komitədə ilkin müzakirədən keçib. Sadəcə maliyyə tutumlu məsələlər var. İldə nikaha girənlərin sayı 80-90 mindir. Bunların 20 mininin sosial durumu ağırdır. Həmi ailələrə maddi yardım etmək ciddi məsələdir və bunlar hamısı öyrənilir”.

Sosial müavinətlər haqqında qanun

Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. sosial müavinətlər (bundan sonra – müavinətlər) – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;
1.0.2. əmək qabiliyyəti olmayan şəxslər – əlillər, o cümlədən 16 yaşadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla).

Maddə 2. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir.
2.3. Bu Qanunla nəzərdə tutulmamış bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 3. Müavinət almaq hüququ olan şəxslər

3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Maddə 4. Müavinətlərin növləri

4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir:
4.0.1. aylıq müavinətlər:
4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət;
4.0.1.2. yaşa görə müavinət;
4.0.1.3. əlilliyə görə müavinət;
4.0.1.4. 16 yaşadək əlil uşaqlara müavinət;
4.0.1.5. ailə başçısını itirməyə görə müavinət;
4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
4.0.1.7. üç yaşınadək uşağa qulluğa görə müavinət;
4.0.1.8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;
4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
4.0.1.10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət.
4.0.2. Birdəfəlik müavinətlər:
4.0.2.1. radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət;
4.0.2.2. uşağın anadan olmasına görə müavinət;
4.0.2.3. dəfn üçün müavinət.

Comments are closed, but trackbacks and pingbacks are open.