XIV fəsil. İctimai rəyin sosiologiyası
Maşgala we nika. Maşgala jemgyyetiň iň gadymy institutlarynyň biri bolup, özüniň peýda bolan döwründen başlap, adamlaryň jemgyyetçilik durmuşynda iňňän wajyp orny eýeläp gelýär. Hatda jemgyýetiň özüniň döremegi hem köp derejede hut maşgalanyň we onuň.
Sosiologiýa
Jemil Meriç 1916-njy ýylda Türkiýäniň Hataý welaýatynyň Reýhanly diýen ýerinde dünýä indi. Maşgalasy Balkan urşy döwründe Gresiýadan Türkiýä göçüp gelýär. Hataý welaýatynda fransuz bilim ulgamyna görä bilim berýän Antakýa Sultanysynda okaýar. Terjime bölüminde işleýär.
Awtor: Admin · Published 14.02.2021
Maşgala we jemgyyet
Maşgala we nika. Maşgala jemgyyetiň iň gadymy institutlarynyň biri bolup, özüniň peýda bolan döwründen başlap, adamlaryň jemgyyetçilik durmuşynda iňňän wajyp orny eýeläp gelýär. Hatda jemgyýetiň özüniň döremegi hem köp derejede hut maşgalanyň we onuň.
Awtor: Admin · Published 31.01.2021
XVIII-XIX asyrlarda Gündogarda we Ýewropada jemgyýet baradaky garaýyşlar
Jemgyýeti öwrenişiň (sosiologiýanyň) ylym hökmünde döremegi we ösmegi. O.Kontuň we K.Marksyň jemgyýet baradaky taglymatlar . XVIII-XIX asyrlarda ýa-da ylymda Täze döwür diýlip atlandyrylýan döwürde, jemgyýet baradaky filosofiki işler köpelip başlaýar. Dürli meseleler, babatynda Ýewropa.
Awtor: Admin · Published 18.01.2021 · Last modified 21.01.2021
Häzirki zaman ykdysadyýetinde bazar gatnaşyklary – 3
Bazar infrastrukturasy. Pul we onuň funksiýalary. Inflýasiýa (harytlaryň bahasynyň ýokarlanmagy). Häzirki zaman bazar ykdysadyýetiniň ösüşiniň aýratynlyklarynyň biri hem infrastrukturanyň ähmiýetiniň barha artýanlygydyr. Bazar ykdysadyýetinde infrastrukturanyň birnäçe görnüşleri bolýar. Olaryň esasylarynyň biri hem bazar infrastrukturasydyr.
Awtor: Admin · Published 03.01.2021
Häzirki zaman ykdysadyýetinde bazar gatnaşyklary – 2
Isleg we teklip. Isleg we teklip bazar gatnaşyklarynyň möhüm hem-de aýrylmaz bölekleridir. Satyn alyjynyň bazardaky haýsy hem bolsa bir haryda islegi bolan ýagdaýynda, ol şol harydy belli bir bahadan satyn alýar. Satyn alyjynyň belli.
Awtor: Admin · Published 20.12.2020
Häzirki zaman ykdysadyýetinde bazar gatnaşyklary
Bazar we onuň jemgyýetiň ykdysady durmuşyndaky orny. Bazarlaryň köpdürlüligi. Ykdysady bäsdeşlik we onuň görnüşleri. Bazaryň döremegi zähmetiň jemgyýetçilik bölünişigi bilen baglydyr. Zähmet bölünişiginiň ösmegi zähmet öndürijiliginiň ýokarlanmagynyň, önümçiligiň netijeliliginiň artmagynyň esasy şertleriniň biridir. Bu.
Awtor: Admin · Published 03.12.2020
Orta asyrlarda jemgyýet we jemgyýetçilik ösüşi baradaky garaýyşlar
Orta asyr akyldarlary jemgyýet barada: Al-Farabynyň we Ibn Sinanyň jemgyýet we adamyň jemgyýetdäki orny hakyndaky garaýyşlary. Italýan akyldary N.Makiawelliniň jemgyýet baradaky garaýyşlary. Orta asyrlaryň irki döwürlerinde jemgyýet hakyndaky düýpli pikirler, esasan, Gündogar akyldarlary tarapyndan.
Awtor: Admin · Published 11.11.2020
Jemgyýetiň sosial düzümi
Esasy sosial toparlar. Sosial gatnaşyklar. Şahsyýetiň sosial statusy. Jemgyýet diýlip atlandyrylýan umumylyk bolsa iňňän köp böleklerden, has takygy, adamlaryň dürli toparlaryndan we gatlaklaryndan ybarat umumylyk. Adamlaryň dürli toparlarynyň we gatlaklarynyň köplügi jemgyýetiň sosial strukturasyny.
Awtor: Admin · Published 06.10.2020
Jemgyýet we adam baradaky ylymlar
Jemgyýet baradaky ylymlaryň sanynyň we ugurlarynyň köp sanlydygyny, ilkinji nobatda, jemgyýetiň iňňän çylşyrymlylygy bilen düşündirmek mümkin. Jemgyýet baradaky ylymlaryň toplumyna umumy görnüşde jemgyýetçilik ylymlary diýlip at berilýär. Bu ylymlaryň hataryna taryh, filosofiýa, sosiologiýa, politologiýa.
Awtor: Admin · Published 16.07.2020
Häzirki döwrüň ekologik meseleleri (dowamy)
Ekologik meseleler we olaryň sebäpleri. Ekologik deňagramlylygyň bozulmagynyň daşky gurşawa ýetirýän zyýany. Howanyň üýtgemegi. Adamyň öz eli bilen, täzeden täze tehnologiýalary ulanyp, tebigata ýetiren täsiri daşky gurşawda döreden çözülmesi kyn meselelerine ekologik problemalar (meseleler).
XIV fəsil. İctimai rəyin sosiologiyası
XIV fəsil.
İctimai rəyin sosiologiyası
1. İctimai rəyin mahiyyəti
2. İctimai rəyin ifadə olunma vasitələri
3. KİV ictimai rəyin formalaşmasının qüdrətli amilidir
XV fəsil.
Hüquq sosiologiyası
1. Hüquq sosiologiyasınm predmeti
2. Şəxsiyyətin hüquqi sosiallaşması
3. Şəxsiyyətin hüquqi davranışı
4. Qanunvericilik sosiologiyasının bəzi cəhətləri
XVI fəsil.
Ailənin sosiologiyası
1. Ailənin mahiyyəti
2. Ailənin funksiyaları
3. Ailə strukturlarınm tipologiyası
4. Nikah anlayışı və boşanma
XVII fəsil. Mənəvi həyatın sosiologiyası
1. Təhsilin sosiologiyası
2. Elmin sosiologiyası
3. Dinin sosiologiyası
4. Mədəniyyətin sosiologiyası
Ədəbiyyat siyahısı
Müasir dünyanın özünəməxsus ciddi problemləri vardır. Bu problemlərin həllinə bütün bilik sahələri öz
töhfəsini verməlidir. Təbiidir ki, problemlərin asan, qısamüddətli həllinə ümid etmək sadəlövhlük olardı. Ona görə
də yaşadığımız dünyanı, cəmiyyəti daha da sağlamlaşdırmaq, humanistləşdirmək istiqamətində gərgin, fəal elmi
axtarışlar aparılmalı, optimal fəaliyyət istiqamətləri seçilməlidir. Bu prosesdə sosioloji biliklər sisteminin rolu indi
artıq heç kəsdə şübhə doğurmur. Çünki respublikamızda dəyişən sosial reallıq, həm ölkə daxilində, həm də qlobal
miqyasda yeni sosial hadisələrin, meyllərin, problemlərin meydana gəlməsi həmin sistemin təkmilləşdirilməsini
qətiyyətlə tələb edir. Nəzərə almaq lazımdır ki, sosioloji elmin özü də inkişaf edir: nəzəri və empirik xarakterli yeni
sanballı tədqiqatlar meydana çıxır, sosioloji təhlilin metodologiyası və metodları təkmilləşdirilir, müasirləşdirilir.
Sosiologiyaya dair ədəbiyyatın getdikcə zənginləşməsi də xüsusi qeyd olunmalıdır. Zənnimizcə, bu ənənənin
kökləri XX əsrin 60-cı və 70-ci illərinə təsadüf edir. C. T. Əhmədlinin və V. Ə. Paşayevin «Burjua sosiologiyasının
tənqidi» (1968), C. T. Əhmədlinin və J. Soqomonovun «Sosiologiyaya dair söhbətlər» (1972) əsərləri bu baxımdan
diqqəti cəlb edir. Həmin əsərlər Azərbaycan oxucusunu sosiologiyanın bir sıra vacib problemləri ilə tanış edir;
burada sanballı sosioloji tədqiqatlar aparmağın zəruriliyi əsaslandırılır, sosioloji biliklərin müxtəlif səviyyələri
yığcam şəkildə nəzərdən keçirilir. Həmin əsərlər məlum dövrün bəzi ideoloji ehkamlarından azad olmasa da,
sosioloji tədqiqatların müntəzəmliyinə və dərinləşdirilməsinə istiqamətlənmişdir.
60-cı illərin sonu-70-ci illərin əvvəllərində bünövrəsi qoyulan ənənə 90-cı illərdə zənginləşmək üçün yeni
imkanlar əldə edir. Azərbaycanın müstəqil inkişaf yolunu tutması, sosial elmlərin, o cümlədən sosiologiyanın
əvvəlki dövrə məxsus qadağalardan xilas olması, demokratiyanın inkişafı, milli dövlətçilik ənənələrimizin bərpası
və s. – bütün bunlar sosioloji elmin inkişafı üçün yeni perspektivlər açmışdır.
Bir sıra dərsliklərin, dərs vəsaitlərinin, metodik tövsiyələrin
[3 – 4]
və s. nəşri həmin perspektivlərin
reallaşdırılması yolunda atılan ciddi addımlar kimi qiymətləndirilə bilər. Məsələn, «Sosiologiya» (dərs vəsaiti,
müəlliflər kollektivi, 1994-ci il), «Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası» (dərs vəsaiti, Rüfət Quliyev,
1995-ci il), «Sosiologiya» (dərs vəsaiti, H. Musayev və M. İsayev, 1996-cı il), «Sosiologiya» (mühazirələr mətni,
S. Məmmədova və A. Məmmədova, 1998-ci il), «Sosiologiya» (dərs vəsaiti, M. Pənahova və K. Kazımova, 1999-
cu il), «Sosiologiyanın nəzəri problemləri» (dərs vəsaiti, M. Əfəndiyev və A. Şirinov, 2001-ci il), «Sosiologiyada
ölçmə və məlumatların təhlili» (ümumi nəzəriyyə məsələləri – dərs vəsaiti, C. T. Əhmədli və A. A. Rəhimov, 2002-
ci il), «Sosiologiyaya dair sxemlər» (mühazirələrin konspekti, metodik vəsait, tərtibçi T. Ağayev, 2002-ci il),
«Sosiologiya» (dərs vəsaiti, K. A. Əzimov və R. M. Həsənov, 2003-cü il), «Sosiologiya» (dərslik, müəlliflər
kollektivi, 2005-ci il), «Sosiologiya» (dərs vəsaiti, F. Vahidov və T. Ağayev, 2005-ci il), «Sosiologiya» (dərslik,
müəlliflər kollektivi, 2006-cı il) və s. Bundan əlavə, monoqrafik xarakterli xeyli tədqiqat əsəri meydana gəlmişdir.
Ümid edirik ki, sosiologiyaya dair ədəbiyyat yeni nəşrlər hesabına daha da zənginləşəcəkdir.
Sosiologiyanın inkişafı baxımından bir məqama da diqqət yetirilməlidir: sosiologiyanın təsisatlaşdırılması
prosesi intensivləşir. Azərbaycanın müstəqilliyi ilə həmyaşıd olan Sosial elmlər və psixologiya fakültəsində (Bakı
Dövlət Universiteti) sosiologiya ixtisası üzrə kadrlar hazırlanır; sosiologiya kafedrası həm Azərbaycan, həm də rus
bölməsində təhsil alan tələbələrlə və magistrantlarla müntəzəm məşğul olur. «Sosiologiyanın nəzəriyyəsi,
metodologiyası və tarixi», «Sosial struktur, sosial institutlar və proseslər» ixtisasları üzrə aspiranturada yüksək
ixtisaslı mütəxəssislər hazırlanması sahəsində artıq müəyyən uğurlar qazanılmışdır. AMEA-nın Fəlsəfə və Siyasi-
Hüquqi Tədqiqatlar İnstitutunda «Sosiologiya və sosial psixologiya» şöbəsi fəaliyyət göstərir, konfranslarda, dövri
nəşrlərdə – jurnallarda sosiologiyaya dair xüsusi bölmələr ayırd edilir, müxtəlif sorğu mərkəzləri təşəkkül tapır və s.
Lakin sosiologiyanın inkişafı müəyyən ziddiyyətlərlə,
[4 – 5]
problemlərlə bağlıdır. Bunlardan bəzilərini
qeyd etməyə ehtiyac duyuruq.
Əvvəla, ümumi sosioloji nəzəriyyənin inkişafına, zənginləşməsinə diqqət artırılmalıdır, çünki bu nəzəriyyə
bütövlükdə sosioloji elmin özəyidir, onun konseptual və kateqoriya-anlayış əsasıdır. İnsanların sosiol varlığının,
cəmiyyətin fəaliyyət və inkişafının ən mühüm məqamları burada öz əksini tapır. Cəmiyyətin öyrənilməsinə öz
məzmunu, öz məntiqi və spesifikası ilə seçilən sosioloji yanaşmanın mahiyyəti məhz burada üzə çıxır. İnkişaf etmiş
ümumi nəzəriyyə əslində bu elmin həqiqi simasını ifadə edir.
İkincisi, müxtəlif sosioloji sorğuların aparılmasında ciddi qüsurlara yol verilir. Metodoloji mövqeyin elmi
surətdə əsaslandırılmaması, seçmədə reprezentativlik (təmsiledicilik) prinsipinin pozulması, sualların tərtibində
zəruri tələblərə riayət olunmaması, nəticələrin, faktların təhlilində və şərhində siyasiləşməyə meyllilik və s. bu
qəbildəndir. Sorğuların hazırlanmasında və həyata keçirilməsində, nəticələrin ümumiləşdirilməsində obyektivlik və
etiklik prinsipləri bir-birini tamamlamalıdır.
Üçüncüsü, sosiologiya ixtisasının məzunlarının işlə təmin olunmasında müəyyən problemlər, çətinliklər
mövcuddur. Etiraf etməliyik ki, ənənəvi ixtisas sahibləri bu cəhətdən daha əlverişli vəziyyətdədirlər. Bəziləri hətta
sosioloqun hansı işdə çalışa biləcəyini az-çox təsəvvür edə bilmirlər. Əmək bazarında sosioloq peşəsinə yiyələnmiş
şəxsin rəqabət qabiliyyətinə bir çox hallarda lazımınca diqqət yetirilmir. Ənənəvi bilik sahələrinin nümayəndələri
tərəfindən bəzən sosiologiyanın ictimai həyatda və elmdə öz qanuni və layiqli yerini tutmasına müəyyən
müqavimət göstərilir.
Dördüncüsü, sosioloji biliklərin təbliği də qənaətləndirici deyildir: əhalinin bəzi təbəqələri bu bilik sahəsinə,
ümumiyyətlə. bələd deyildir. Görünür, sosiologiyanın uzun illər ərzində ali və orta ixtisas məktəblərində tədris
olunmaması təsirsiz qalmamışdır. Kütləvi informasiya vasitələri də əksər hallarda sosioloji bilik sahələrinə o qədər
də ciddi həvəs, maraq göstərmir. Mətbuatda, radio və televiziyada sosioloq kadrların azlığı özünü aydın surətdə
hiss etdirir. Sosiologiyaya dair populyar nəşrlər də yox dərəcəsindədir.
Sosiologiya artıq ali məktəblərdə tədris olunan fənlər sırasında özünəməxsus yer tutmuşdur. Müstəqil
Azərbaycanımızın inkişafının sosial problemlərinin həllində, cəmiyyətin ümumi sağlamlaşmasında sosiologiyanın
rolu tam etiraf olunur. O, cəmiyyəti bütöv halda öyrənən bilik sahəsi kimi gənclərin dünyagörüşünün
formalaşmasına, onların ideya-siyasi və mənəvi-əxlaqi mövqelərinin müəyyənləşməsinə fəal təsir göstərir.
Sosiologiya elminin problemlərinə bələd olmaq sayəsində tələbə gənclər bugünkü mürəkkəb, ziddiyyətli ictimai
prosesləri daha dərindən dərk etmək imkanı qazanacaqlar. Sosiologiyadan dərs vəsaitinin hazırlanması həmin
imkanı reallaşdırmağa kömək etmək məqsədi güdür.
Sosiologiyadan dərs vəsaiti mövcud tədris planlarına tam uyğun şəkildə hazırlanmışdır. Müxtəlif
ixtisaslarda təhsil alan tələbələr bu vəsaitlə tanış olmaq sayəsində ümumi sosiologiyanın problemlərini aydın
təsəvvür edəcək, problemlərin həlli yollarını və xüsusiyyətlərini daha adekvat, məntiqli qavraya biləcəklər. Aydın
məsələdir ki, tələbə gənclər təkcə bu vəsaitlə kifayətlənməməli, ayrı-ayrı mövzular üzrə məsləhət görülən
ədəbiyyatı diqqətlə, səylə öyrənməlidirlər. Belə gərgin iş sayəsində tələbə mürəkkəb sosial münasibətlər aləminə
dərindən nüfuz edə bilər, bu aləmin sirlərinə bələd ola bilər. Güman edirik ki, sosial gerçəkliyimizi daha obyektiv
dərk etmək baxımından sosiologiya üzrə hazırlanmış vəsait tələbələrimizə müəyyən fayda verəcəkdir.
Dərs vəsaiti on yeddi fəsli əhatə edir. I, II, III, IV, XI, XII, XIII, XIV və XVII fəsillər dos. F. Q. Vahidov, V,
VI, VII, VIII, IX, X, XV və XVI fəsillər isə dos. T. B. Ağayev tərəfindən yazılmışdır.
Oxuculardan xahiş olunur ki, vəsait haqqında irad və təkliflərini BDU-nun sosiologiya kafedrasına təqdim
etsinlər. İrəlicədən təşəkkürümüzü bildiririk.
Comments are closed, but trackbacks and pingbacks are open.