Sosiologiya vahidov ağayev
a) fərdi davranışdan və fərdi münasibətlərdən şəxsiyyətlər qrupunun sosial davranışına və sosial münasibətlərinə keçilməsi;
b) sosial qanunauyğunluqların sosial münasibətlərdə təzahürü. Bu münasibətlər, təbiidir ki, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində formalaşır.
4. Şəxsiyyətin deviant davranışı
Deviant davranış anlayışı elmlərin kəsişməsində nəzərdən keçirilir. Deviatio latınca “sapma” deməkdir. Beləliklə, bu anlayış vasitəsilə mədəniyyət və cəmiyyət normalarının pozulması nəticəsində və ya prosesində deviant davranış səciyyələndirilir.
Şəxsiyyətin deviant davranışı haqqında müasir biliklər bizə şəxsiyyətin mürəkkəb sosial davranış forması ilə məşğul olmağımızı çatdırır. Təəssüf ki, deviant davranışın vahid nəzəriyyəsi mövcud deyil. Bu amil haqqında geniş biliklər digər elm sahələrində də geniş mövcuddur: tibbdə, biologiyada, psixologiyada, sosialogiyada və hüquq elmində. Bir sıra elm sahələrində isə deviant davranış öyrənən xüsusi bölmələr ayrılmışdır.
Deviant davranışı şərtləndirən aşağıdakı amilləri fərqləndirmək mümkündür:
1) Sosial amillər: Evdə və məktəbdən kənar şəraitdə uşağa həmyaşıdlar quruplarının (qeyri – formal ), küçənin, sosiumun göstərdiyi xoşagəlməz təsirlər sistemi.
2) Pedaqoji psixoloji amillər: Uşaqların ailə tərbiyəsində yol verilən qüsurlar və səhvlər, təlim-tərbiyə müəssisələrində uşaq yeniyetmə, və gənclərin tərbiyəsində meydana gələn boşluqlar bu qəbildəndir.
3) Fərdi psixoloji faktorlar: Cəmiyyətəzidd və qeyri-sosial davranışa təkan verən ilkin təbii psixoloji göstəricilər, sərvət meyilləri davranışın özünütənzim mexanizmləri, fərdin sosial normalara neqativ münasibətini inkişaf etdirən psixoloji xüsusiyyətlər
Hüquqazidd davranışın tədqiqi maraq doğuran və çox istiqamətli bir sahədir . Qeyd olunan davranışı izah edən aşağıdakı nəzəriyyələr diqqəti cəlb edir. Bu nəzəriyyələr hüquqazidd davranışının bəzi psixoloji mexanizimləri ,müxtəlif formaları və .s xüsusiyyətlərini daha geniş şərh edir.
Deviant davranış haqqında müxtəlif konsepsiyalar arasında banisi Z. Freyd olan psixoanalitik meylli tədqiqatlar xüsusi yer tutur. Psixoanalizdə pozuntuların əsas mənbəyi “O” –nun strukturunu təşkil edən şüursuz meyllərlə “Mən” və “Fövqəl – Mən” – dən çıxış edən məhdudiyyətlər arasındakı daimi konflikt hesab olunur. Şəxsiyyətin normal inkişafı şüur və şüursuzluq sahələrini balanslaşdıran optimal müdafiə mexanizmlərinin yaranmasını nəzərdə tutur. Freyd həm də təklif etmişdir ki, libido istənilən yaradıcılıq fəaliyyətində çıxış axtarır; insan özünü təsdiqetmə və azadlığa can atır. Lakin azadlıq mədəniyyətin inkişafı ilə birgə məhdudlaşır. Libidonun sıxışdırılıb çıxarılması, boğulması , davranışın sadizm və cinayətə qədər dəyişməsinə gətirib çıxarır.
Neofreydistlər deviant davranışın təbiətini digər davranış pozuntularıyla – nevrozlar, psixasteniyalar, sayıqlama halları, şəxsiyyətin sosial dezadaptasiyasının müxtəlif formalarıyla – yanaşı olaraq nəzərdən keçirirlər. Xüsusi diqqət psixoanalitik işlərdə zorakılıq cinayətinin ilk səbəbi hesab olunan aqressivliyin təbiətinə verilir. Anadangəlmə dərk olunmayan meyllər aqressiv enerjini oyadır: Freyddə bu libidodur; Adlerdə hakimiyyətə, digərləri üzərində üstünlüyə meyl; E. Frommda ölümə, əzab çəkməyə mazoxistik meyl; V. Şutsda yaxın ətraf tərəfdən bəyənilmə və tərəfdaş olmadır. Lakin sonrakı tədqiqatlar göstərdi ki, deviant davranışın mahiyyətini yalnız psixoloji amillərin təhlili əsasında aydınlaşdırmaq olmaz.
Biheviorizm və neobiheviorizmin nümayəndələri B. Skinner, E. Torndayk, D. Uotson sübut edirlər ki, ətraf mühit insanın davranışını tamamilə təyin edir: öyrənmə vasitəsilə insan təcrübə əldə edir, davranışın nəticəsi onun təkrarlanma ehtimalını müəyyən edir. Buna müvafiq olaraq, xarici möhkəmlənmələr həm lider, həm də deviant davranışlı insanın davranışının şəklini dəyişir. Lakin həyat tərzinin proqramlaşdırılması haqqında elm iflasa uğradı. Belə ki, o, şəxsiyyətin özünüdərki və özünü inkişafı ilə konfliktə girmişdir.
Deviant davranış və onu göstərən şəxs digər insanların mənfi qiymətləndirilməsinə səbəb olur. Mənfi qiymətləndirmə sosial qınaq və ya sosial sanksiyalar, o cümlədən cinayət cəzası şəklində ola bilər. Hər şeydən əvvəl sanksiyalar arzuolunmaz davranışın qarşısının alınması funksiyasını yerinə yetirir. Lakin, digər tərəfdən, onlar bir insanın damğalanması – onu etiketləmək kimi mənfi bir fenomenə səbəb ola bilər. Məsələn, cəzasını çəkib “normal” həyata qayıdan şəxsin yenidən adaptasiya olunmasının çətinlikləri hamıya məlumdur. İnsanın başlamaq cəhdləri yeni həyat tez-tez ətrafdakıların inamsızlığı və rədd edilməsi ilə qırılır. Tədricən deviant etiket (narkoman, cinayətkar, intihar və s.) deviant şəxsiyyət (özünü dərketmə) formalaşdırır.
Humanistik yanaşma davranışdakı pozuntuları uşağın öz hissləriylə uyğunluğu itirməsinin nəticəsi kimi nəzərdən keçirir və mövcud tərbiyə şəraitində özünütəsdiqləmə və məna tapmağın mümkün olmamasıyla əlaqələndirilir. Bu yanaşma belə hesab edir ki, aqressiya sosiallaşma prosesinin təhrif olunmasının, xüsusən də, valideynlərin cəzalardan sui- istifadə etməsinin, uşaqlara qarşı qəddar münasibətin nəticəsidir.
Tətbiqi sosiologiya
Tətbiqi sosiologiya — konkret şəraitdə mütərəqqi sosial dəyişmələrin həyata keçirilməsinə istiqamətlənmiş, elmi cəhətdən kifayət qədər əsaslandırılmış proqnozlar, tövsiyələr işləyib hazırlayan elm sahəsidir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb,fəaliyyət göstərdikləri cəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir [1] .
Mündəricat
- 1 Sosiologiyanın predmeti
- 2 Sosiologiyanın hissələri
- 2.1 Nəzəri hissə
- 2.2 Tətbiqi sosiologiya
- 5.1 Sosial mühəndislik
- 5.2 Klinik sosiologiya
- 6.1 Tədqiqatların vəzifələri
Sosiologiyanın predmeti Redaktə
Sosiologiya yunan dilində “societas” (cəmiyyət) və yunanca “loqos” (söz, təlim) sözlərinin birləşməsindən meydana gələrək ən ümumi mənada cəmiyyət haqqında elm deməkdir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb, fəaliyyət göstərdikləri cəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir Sosiologiyanın predmetinə çoxlu sayda müxtəlif sosial hadisələr aid edilir: cəmiyyətlə şəxsiyyət arasında, millətlər, siniflər, nəsillər, digər sosial birliklər arasında münasibətlər yalnız ictimai – siyasi, mənəvi sahələr tədqiq edilməklə başa düşülə bilər [2] .
Sosiologiyanın hissələri Redaktə
Sosiologiya elmi iki bərabər hissədən: nəzəri və tətbiqi hissələrdən ibarətdir.
Nəzəri hissə Redaktə
Nəzəri sosiologiya sosial proseslərin qanunauyğunluqlarını aşkara çıxarır. Nəzəri tədqiqatlar həmin qanunları daha adekvat əks etdirdikdə qiymətlidir. Nəzəri sosiologiya sosial gerçəklik barəsində biliklərin formalaşması, sosial inkişaf proseslərinin izahı və dərk olunması, sosioloji tədqiqatların metodologiyası və metodlarının işlənib hazırlanması ilə bağlı olan elmi problemləri həll edir. İşlənib hazırlanan nəzəriyyələr, konsepsiyalar iki başlıca suala cavab verməlidir: nə dərk olunur və necə dərk olunur?
Tətbiqi sosiologiya Redaktə
Tətbiqi sosiologiya elə problemləri öyrənir ki, onlar sosial gerçəkliyin yenidən qurulması ilə, sosial proseslərə məqsədyönlü təsir göstərməyin yollarını, vasitələrini araşdırmaqla bağlıdır [3] .
Tətbiqi sosiologiya cəmiyyətin qarşıya qoyduğu praktik vəzifələrin həlli üçün vasitələr axtarmalı, nəzəri sosiologiyanın üzə çıxardığı qanunlardan maksimum səmərəli istifadə etmək yollarını müəyyənləşdirməlidir. Bu sosiologiya əslində insan fəaliyyətinin praktik sahələrini bilavasitə öyrənir və «nə üçün?» sualına cavab verir: sosial inkişaf üçün, sosial münasibətlərin və sosial idarəetmənin təkmilləşdirilməsi üçün, şəxsiyyətin ahəngdar inkişafı, onun qabiliyyətlərinin daha tam reallaşdırılması üçün və s.Tətbiqi sosiologiya real sosial effekt əldə etməyə istiqamətlənmişdir. ABŞ-da tətbiqi sosiologiyanı həm də «problem baxımından istiqamətlənmiş elm», «müştəriyə istiqamətlənmiş tətbiqi sosial elm» adlandırırlar [4] .
Tətbiqi sosiologiyanın tarixi kökləri Aleksis de Tokvillin (1805-1859), Emil Dürkheymin (1858-1917), Albion Budberi Smollun (1854-1926) əsərlərinə gedib çıxır. Hazırda tətbiqi sosioloqların sayı durmadan artır. Onlar həm universitetlərdə və kolleclərdə, həm də xüsusi biznes sahəsində, dövlət və hökumət orqanlarında, müxtəlif təşkilatlarda çalışırlar [5] .
Tətbiqi sosiologiyanın istiqamətləri Redaktə
Tətbiqi sosiologiyada iki başlıca istiqamət ayırd edilir: sosial mühəndislik və klinik sosiologiya.
Sosial mühəndislik Redaktə
Mühəndis-sosioloq çox zaman kiçik miqyaslı sorğular, çöl eksperimentləri aparır, kiçik birliklərin (məsələn, istehsal briqadalarının) sosial cəhətdən yenidən qurulması layihələrini işləyib hazırlayır, planlaşdırma ilə, dizaynla məşğul olur.
Klinik sosiologiya Redaktə
Klinik sosiologiya sahəsində çalışan mütəxəssis isə diaqnoz qoymalı, alternativ təklif etməli, «terapevtik» tədbirlər hazırlamalı və bunları reallaşdırmaq üçün məsləhətlər verməlidir. Bir qayda olaraq hər iki qəbildən olan mütəxəssislər sıx əlaqə saxlayır, öz səylərini birləşdirməyə çalışırlar [6] .
Tətbiqi və nəzəri tədqiqatlar Redaktə
Nəzəri və tətbiqi sosiologiyanın qarşılıqlı əlaqəsi çox-cəhətlidir. Sosial təfəkkürün formalaşması və inkişafı həm nəzəri, həm də tətbiqi xarakterli tədqiqatlara möhtacdır.
Tədqiqatların vəzifələri Redaktə
- ümumi sosioloji nəzəriyyənin və sosioloji bilik sahələrinin inkişafı;
- fundamental sosioloji tədqiqatların keçirilməsi;
- etibarlı sosial informasiya almaq metodlarının işlənib hazırlanması və təkmilləşdirilməsi;
- sosioloji bilik sisteminin müasir tələblər səviyyəsində qurulması;
- sosioloji xidmətin təşkili və müntəzəm surətdə təkmilləşdirilməsi;
- sosiologiya elminin nailiyyətlərinin praktikada tətbiqini sürətləndirməyə imkan verən etibarlı mexanizm yaradılması [7] .
İstinadlar Redaktə
- ↑Azərbaycan Dövlət İqtisad Universitetinin “Politologiya və Sosiologiya” kafedrasının müəllimləri. Sosiologiya Dərslik. Bakı: İqtisad Universiteti. 2006. səh. 246.

- ↑Vahidov F. Q. . Ağayev T. B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Təknur. 2008. səh. 334.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Fakültə: Mühəndislik
Subyektiv şərtlənmədən obyektiv şərtlənməyə də keçid baş verir. Belə keçid iki qrupda birləşdirilə bilən mexanizmlər sayəsində mümkündür:
a) fərdi davranışdan və fərdi münasibətlərdən şəxsiyyətlər qrupunun sosial davranışına və sosial münasibətlərinə keçilməsi;
b) sosial qanunauyğunluqların sosial münasibətlərdə təzahürü. Bu münasibətlər, təbiidir ki, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində formalaşır.
4. Şəxsiyyətin deviant davranışı
Deviant davranış anlayışı elmlərin kəsişməsində nəzərdən keçirilir. Deviatio latınca “sapma” deməkdir. Beləliklə, bu anlayış vasitəsilə mədəniyyət və cəmiyyət normalarının pozulması nəticəsində və ya prosesində deviant davranış səciyyələndirilir.
Şəxsiyyətin deviant davranışı haqqında müasir biliklər bizə şəxsiyyətin mürəkkəb sosial davranış forması ilə məşğul olmağımızı çatdırır. Təəssüf ki, deviant davranışın vahid nəzəriyyəsi mövcud deyil. Bu amil haqqında geniş biliklər digər elm sahələrində də geniş mövcuddur: tibbdə, biologiyada, psixologiyada, sosialogiyada və hüquq elmində. Bir sıra elm sahələrində isə deviant davranış öyrənən xüsusi bölmələr ayrılmışdır.
Deviant davranışı şərtləndirən aşağıdakı amilləri fərqləndirmək mümkündür:
1) Sosial amillər: Evdə və məktəbdən kənar şəraitdə uşağa həmyaşıdlar quruplarının (qeyri – formal ), küçənin, sosiumun göstərdiyi xoşagəlməz təsirlər sistemi.
2) Pedaqoji psixoloji amillər: Uşaqların ailə tərbiyəsində yol verilən qüsurlar və səhvlər, təlim-tərbiyə müəssisələrində uşaq yeniyetmə, və gənclərin tərbiyəsində meydana gələn boşluqlar bu qəbildəndir.
3) Fərdi psixoloji faktorlar: Cəmiyyətəzidd və qeyri-sosial davranışa təkan verən ilkin təbii psixoloji göstəricilər, sərvət meyilləri davranışın özünütənzim mexanizmləri, fərdin sosial normalara neqativ münasibətini inkişaf etdirən psixoloji xüsusiyyətlər
Hüquqazidd davranışın tədqiqi maraq doğuran və çox istiqamətli bir sahədir . Qeyd olunan davranışı izah edən aşağıdakı nəzəriyyələr diqqəti cəlb edir. Bu nəzəriyyələr hüquqazidd davranışının bəzi psixoloji mexanizimləri ,müxtəlif formaları və .s xüsusiyyətlərini daha geniş şərh edir.
Deviant davranış haqqında müxtəlif konsepsiyalar arasında banisi Z. Freyd olan psixoanalitik meylli tədqiqatlar xüsusi yer tutur. Psixoanalizdə pozuntuların əsas mənbəyi “O” –nun strukturunu təşkil edən şüursuz meyllərlə “Mən” və “Fövqəl – Mən” – dən çıxış edən məhdudiyyətlər arasındakı daimi konflikt hesab olunur. Şəxsiyyətin normal inkişafı şüur və şüursuzluq sahələrini balanslaşdıran optimal müdafiə mexanizmlərinin yaranmasını nəzərdə tutur. Freyd həm də təklif etmişdir ki, libido istənilən yaradıcılıq fəaliyyətində çıxış axtarır; insan özünü təsdiqetmə və azadlığa can atır. Lakin azadlıq mədəniyyətin inkişafı ilə birgə məhdudlaşır. Libidonun sıxışdırılıb çıxarılması, boğulması , davranışın sadizm və cinayətə qədər dəyişməsinə gətirib çıxarır.
Neofreydistlər deviant davranışın təbiətini digər davranış pozuntularıyla – nevrozlar, psixasteniyalar, sayıqlama halları, şəxsiyyətin sosial dezadaptasiyasının müxtəlif formalarıyla – yanaşı olaraq nəzərdən keçirirlər. Xüsusi diqqət psixoanalitik işlərdə zorakılıq cinayətinin ilk səbəbi hesab olunan aqressivliyin təbiətinə verilir. Anadangəlmə dərk olunmayan meyllər aqressiv enerjini oyadır: Freyddə bu libidodur; Adlerdə hakimiyyətə, digərləri üzərində üstünlüyə meyl; E. Frommda ölümə, əzab çəkməyə mazoxistik meyl; V. Şutsda yaxın ətraf tərəfdən bəyənilmə və tərəfdaş olmadır. Lakin sonrakı tədqiqatlar göstərdi ki, deviant davranışın mahiyyətini yalnız psixoloji amillərin təhlili əsasında aydınlaşdırmaq olmaz.
Biheviorizm və neobiheviorizmin nümayəndələri B. Skinner, E. Torndayk, D. Uotson sübut edirlər ki, ətraf mühit insanın davranışını tamamilə təyin edir: öyrənmə vasitəsilə insan təcrübə əldə edir, davranışın nəticəsi onun təkrarlanma ehtimalını müəyyən edir. Buna müvafiq olaraq, xarici möhkəmlənmələr həm lider, həm də deviant davranışlı insanın davranışının şəklini dəyişir. Lakin həyat tərzinin proqramlaşdırılması haqqında elm iflasa uğradı. Belə ki, o, şəxsiyyətin özünüdərki və özünü inkişafı ilə konfliktə girmişdir.
Deviant davranış və onu göstərən şəxs digər insanların mənfi qiymətləndirilməsinə səbəb olur. Mənfi qiymətləndirmə sosial qınaq və ya sosial sanksiyalar, o cümlədən cinayət cəzası şəklində ola bilər. Hər şeydən əvvəl sanksiyalar arzuolunmaz davranışın qarşısının alınması funksiyasını yerinə yetirir. Lakin, digər tərəfdən, onlar bir insanın damğalanması – onu etiketləmək kimi mənfi bir fenomenə səbəb ola bilər. Məsələn, cəzasını çəkib “normal” həyata qayıdan şəxsin yenidən adaptasiya olunmasının çətinlikləri hamıya məlumdur. İnsanın başlamaq cəhdləri yeni həyat tez-tez ətrafdakıların inamsızlığı və rədd edilməsi ilə qırılır. Tədricən deviant etiket (narkoman, cinayətkar, intihar və s.) deviant şəxsiyyət (özünü dərketmə) formalaşdırır.
Humanistik yanaşma davranışdakı pozuntuları uşağın öz hissləriylə uyğunluğu itirməsinin nəticəsi kimi nəzərdən keçirir və mövcud tərbiyə şəraitində özünütəsdiqləmə və məna tapmağın mümkün olmamasıyla əlaqələndirilir. Bu yanaşma belə hesab edir ki, aqressiya sosiallaşma prosesinin təhrif olunmasının, xüsusən də, valideynlərin cəzalardan sui- istifadə etməsinin, uşaqlara qarşı qəddar münasibətin nəticəsidir.Do’stlaringiz bilan baham:
Ma’lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2023
ma’muriyatiga murojaat qiling
Comments are closed, but trackbacks and pingbacks are open.