Press "Enter" to skip to content

Dilin səviyyələri və səviyyələrarası əlaqələr

Dilin ifadə planın da olduğu kimi, məzmun planı da özünün təşkiledici forması sayəsində dilin mənalı vahidləri ayrılırlar. Onlar öz aralarında fərqlənirlər və hər biri dil sistemində öz yeri ilə xarakterizə edilir. Onların hər birində dil sistemindən kənarda qalan çoxlu sayda təcrübə sayəsində qazanılmış elementlər, təsəvvürlər və anlayışlar (konseptlər) kristallaşır. Müəyyən dərəcədə müxtəlif dillərin məna məkanları fərqlənirlər. Məsələn, rus dilində rəng adlarını bildirmək üçün 7, ingilis dilində 6, Zimbabvedəki bantu dilləri ailəsinə daxil olan şon dilində 3, niger-konqolez dilləri ailəsinə daxil olan bass dilində 2 sözdən (isti və soyuq rənglər) istifadə edirlər.

Dil və dilçilik. Dil haqqında. Yazı

Dil nədir? Dilsiz inan yaşaya bilərmi? sualar insanları daim düşündürmüşdür. Daha sonralar insanlar bu fikrə gəlmişlər ki, dilsiz cəmiyyət ola bilmədiyi kimi, cemiyyət olmadan da dil yarana və yaşaya bilməz. Buradan aydın olur ki, dil insanlar arasındakı ən mühüm ünsiyyət vasitəsidir. İnsanlar biri-birini dilin vasitəsilə anlayır, dilin vasitəsilə əlaqə saxlayırlar. Dil yalnız insan cəmiyyətində yarana bilər. Dil ancaq insana məxsusdur. Dil irqi və irsi cəhətlərlə bağlı deyil. Dilin olması üçün bəşər cəmiyyətinin olması mütləqdir. Dil ancaq insanların bir-biri ilə sıx əlaqəsi zamanı yaranır. İnsanların bir-biri ilə əlaqə saxlamaları üçün toplu, kollektiv şəklində yaşamaları lazımdır. Göründüyü kimi,insan cəmiyyəti olan zaman dil meydana gəlir, deməli, dil ictimal hadisədir. Dilin yaranması üçün insan orqanizminin fizioloji cəhətdən müəyyən şəkildə olması lazımdır. İnsan orqanizminin şaquli şəklə düşməsi ilə danışıq üzvləri, səs aparatı, tələffüz formalaşır. Beləliklə, insan bədəninin şaquli vəziyyətdə olması, insanın əməklə məşğul olması, dilin və şüurun yaranması bütövlükdə ictimai prosesdir. Yazı İnsanlar səsli dillə yalnız müəyyən məsafədən ünsiyyət saxlaya bilirlər. Səsin eşidilməz olduğu yerdə isə dil öz əlaqə yaratmaq imkanını itirir. Yazı bəşəriyyətin ən böyük mədəni dəyərlərindəndir. Yazı işarələr sistemdir. İndiki təsəvvürümüzdəki yazı birdən – birə yaranmamışdır. İndiki yazıda hər səs bir işarə ilə, yəni hərf ilə işarə olunur. Lakin ilk yazı hərflərdən ibarət olmamışdır. İnsanların ilk yazılı əlaqəsi əşyalar vasitəsilə olub. Hər hansısa fikri bir-birinə çatdırmaq üçün əşyalardan istifadə ediblər, bir – birlərinə əşyalar göndəriblər. Məsələn, İran hökmdarı Dara ulu babalarımız olan skiflərin üstünə hücum edərkən onlardan belə bir məktub alır: Skiflər bir qabda canlı quş, siçan qurbağa və 5 dənə ox göndərirlər. Farslar bu məktubu oxuya bilirlər: «Siz quş kimi göydə, siçan kimi yerdə, qurbağa kimi suda gizlənə bilmirsinizsə, bu oxlardan da gizlənə, canınızı qurtara bilməyəcəksiniz». Azərbaycan nağıllarında da bu cür yazılardan, əşyavi yazılardan istifadə olunur. Bu yazı növündən sonra şəkli (piktoqrafık) yazı yaranmışdır. Hansı əşyanı yazmaq nəzərdə tutulursa, onun şəkli çəkilirdi. Məsələn, yüksək gərginlikli elektrik şəbəkəsinin üstündə çəkilən kəllə şəkli piktoqrafik yazıya nümunə göstərilə bilər. Daha sonra isə fikri (ideografik) yazı meydana çıxdı. Şəkli yazıdan sonra fikri yazıdan istifadə olunurdu. Bu yazı növlərində oxşarlıq çoxdur. Şəkli yazıda hər hansı bir varlığın şəkli yalnız həmin varlığı ifadə edirsə, fikri yazıda isə şəkli simvol, yəni rəmzi məna daşıyır. Məsələn, «günəş» işığı, «baş» düşüncəni bildirirdi. Nəqliyyat yolunda olan nida və yaxud da digər işarələr, işıqfordakı qırmızı, sarı, yaşıl rənglər ideoqrafik yazıya nümunədir. Daha sonra isə riyaziyyat, dil dərslərində istifadə olunan işarələr, bayrağımızdakı rənglər, gərbdəki rəmzlər ideoqrafik yazıya aiddir. Yazının sonuncu növü olan hərfi (fonoqrafik) yazı ən çevik, ən mükəmməl yazı növüdür. Buna səs yazısı da deyirlər. Hərfi yazının ilk mərhələsində bir neçə səsi bir işarə ilə veriblər. Buna isə heca yazısı (sillabik yazı) deyilir. Məsələn, qədim misirlilər, assuriyalılar heca yazısından istifadə etmişlər. Dünya dillərində, əsasən, heca yazısından istifadə etmişlər. Dünya dillərində, əsasən, heca yazısından istifadə edilir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Dilin səviyyələri və səviyyələrarası əlaqələr

İfadə planını nəzərdən keçirək. Forma sayəsində dilin səs vahidlərinin formalaşması baş verir. Həmin vahidlər təkcə akustik, fizioloji xüsusiyyətlərinə görə deyil, bir-birinə münasibətə, fərqlərə, fonoloji sistemdə onların yerini səciyyə edən fərqləndirici əlamətlərə görə tanınırlar. Ifa­dənin substansiyası sanki onların yarandığı materiyanı təmsil edir. İfadə substansiyası əhə­miy­yətli şəkildə bütün dillər üçün eynidir: hər bir dil eyni tələffüz imkanlarına, artikulyator məka­nı­na malikdirlər. İstənilən dilin daşıyıcısı praktiki olaraq sonsuz sayda səslər tələffüz etmək imka­nı­na malikdir. Məsələn, saitlər məkanı ən qapalı ön sıra saitindən /i/, ən qapalı /u/ saitinə, və ən açıq /a/ saitinə qədər uzanır. Lakin hər bir dildə vokalik (sait) məkan özünəməxsus tərzdə bölü­nür. Məsələn, rus dilində vokalik zona 6, Azərbaycan dilində 9, alman dilində 16-17 saitə bölünür.

Dilin ifadə planın da olduğu kimi, məzmun planı da özünün təşkiledici forması sayəsində dilin mənalı vahidləri ayrılırlar. Onlar öz aralarında fərqlənirlər və hər biri dil sistemində öz yeri ilə xarakterizə edilir. Onların hər birində dil sistemindən kənarda qalan çoxlu sayda təcrübə sayəsində qazanılmış elementlər, təsəvvürlər və anlayışlar (konseptlər) kristallaşır. Müəyyən dərəcədə müxtəlif dillərin məna məkanları fərqlənirlər. Məsələn, rus dilində rəng adlarını bildirmək üçün 7, ingilis dilində 6, Zimbabvedəki bantu dilləri ailəsinə daxil olan şon dilində 3, niger-konqolez dilləri ailəsinə daxil olan bass dilində 2 sözdən (isti və soyuq rənglər) istifadə edirlər.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.