Sosioloji problemlər
Ümumi hesablamalara əsasən dünya üzrə insanların sosial şəbəkələrdə vaxt keçirmə müddəti gün ərzində 135 dəqiqə ikən, bu müddət yemək və içmək kimi təməl ehtiyaclar üçün sadəcə 75 dəqiqə təşkil edir. Sevdiklərimizlə gün ərzində 39 dəqiqə vaxt keçirdiyimizi nəzərə alsaq, internetdə keçirdiyimiz vaxtı daha üstün tutduğumuz görünür.
Sosioloji problemlər
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Həyat sosiologiyası: sosioloji və sosial-psixoloji problemlər
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Sosioloji problemlər
Ümumi hesablamalara əsasən dünya üzrə insanların sosial şəbəkələrdə vaxt keçirmə müddəti gün ərzində 135 dəqiqə ikən, bu müddət yemək və içmək kimi təməl ehtiyaclar üçün sadəcə 75 dəqiqə təşkil edir. Sevdiklərimizlə gün ərzində 39 dəqiqə vaxt keçirdiyimizi nəzərə alsaq, internetdə keçirdiyimiz vaxtı daha üstün tutduğumuz görünür.
Birinci nəsil emiqrantlar ölkə vətəndaşlarının orta hesabla törətdiyi cinayət faizindən daha aşağı göstəriciyə sahibdirlər və vətəndaşlardan çox daha az pul qazanırlar. İkinci nəsil emiqrantlar, yəni ilk miqrasiya edənlərin uşaqları isə ölkə vətəndaşları ilə eyni nisbətdə cinayət törədir və demək olar ki, eyni maaşı alırlar.
İkinci nəsil emiqrantlar valideynlərinə və ölkə vətəndaşlarına görə daha yaxşı təhsil alırlar.
2030 – cu ilə qədər işlərin demək olar ki, yarısının robotlar tərəfindən icra edilməsi gözlənilir.
Tamamilə maşınlar tərəfindən ələ keçirilməsi proqnozlaşdırılan peşələr içərisində isə tele-marketinq və pərakəndə satış üstünlük təşkil edir.
Makinaların ələ keçirmə ehtimalının ən aşağı olduğu peşələr isə əsasən xoreoqraflıq, ibtidai sinif müəllimi, diş həkimliyidir.
2045 – ci ilə qədər ABŞ – da uşaq sayından daha çox 75 yaş və daha yuxarı insan olması proqnozlaşdırılır.
Dünyada orta hesabla qadınlar kişilərdən 3 il daha çox yaşayırlar. Ancaq Bəhreyn, Butan və Küveytdə qadın hüquqlarının azlığı ilə bağlı olaraq kişilər daha uzun ömürlü olurlar.
ABŞ – da bir kişi 14 noyabr tarixində işləməyi dayandırdığı zaman ilin sonuna qədər işləyən bir qadın ilə eyni maaşı almış olur.
Ağ dərili bir kişi 64 yaşında təqaüdə çıxdığı zaman bu vaxta qədər topladığı ümumi sərvəti qazana bilmək üçün Hispanik (İspan və Portuqal dilli xalqların ümumi adı) kişilərin 83, qara dərili kişilərin 85, asiyalı və ağ dərili qadınların 93, qara dərili qadınların 105, hispanik qadınların isə 118 yaşına qədər işləməsi tələb olunur.
Bir çizburgerin hazırlanması üçün 6.1 kiloqramlıq karbon dioksid emissiyası ayrılır.
ABŞ – da ölmüş insanların cəsədlərinin yandırılması ilə hər il 250 000 ton karbon dioksid havaya buraxılır. Bu miqdar 41 min avtomobilin verdiyi zərər ilə eynidir.
Qlobal istiləşməyə ən çox səbəb olan ölkələr Çin, ABŞ, Hindistan və Rusiya olsa da, adam başına düşən çirkləndirmə səviyyəsi nəzərə alındığı zaman nəticə dəyişə bilər. Bu göstərici ən yüksək Qətər, Küveyt və Bəhreyn kimi enerji ixracatı ilə məşğul olan kiçik ölkələr və Trinidad və Tabaqo kimi kiçik turist adalarına aiddir. Ətraf mühitə ən çox zərər verən ölkə isə Tuvalu adında 26 kvadratmetrlik bir Okeaniya ölkəsidir.
Dünyanın ən varlı 8 nəfərinin sərvəti insanlığın ən kasıb təbəqəsinin 50% – nin sahib olduğu sərvətin cəminə bərabərdir.Sərvət fərqliliyinin ən başlıca səbəbi isə işçilər və yüksək vəzifəlilər arasındakı maaş fərqidir.
Visiontv.az
Comments are closed, but trackbacks and pingbacks are open.