Press "Enter" to skip to content

Soyuqdəyməyə necə qalib gəlmək olar

Yüksək hərarət zamanı xardal kağızlardan, tibbi bankalardan və s. qan dövranı sürətləndirən vasitələrdən istifadə etmək olmaz! Hərarəti olan insanı isti bürüməyin! Bu hərarətin daha da qalxmasına gətirib çıxarır.

Qrip və soyuqdəymənin DÜZGÜN müalicəsi. Vacib qaydalar

Qrip və soyuqdəymə müalicə olunmalıdırmı? Əlbəttə ki, olunmalıdır. Xüsusən də bu qripə aiddir ki, bu xəstəlik yüksək hərarətlə müşahidə olunur və ağır fəsadlar verə bilər.

Deyirlər ki, soyuqdəymə müalicə etdiyi halda 7 günə, etmədiyi halda – 1 həftəyə keçir. Bu, təbii ki, bir zarafatdır. “Adi” soyuqdəyməyə məsuliyyətsiz yanaşdıqda soyuqdəymə sinusit, otit və s. xəstəliklərlə fəsadlaşa bilər.

Soyuqdəymə və qrip olan xəstənin rejimi

Xəstəliyə fikir verməyərək işə çıxmaq çox təhlükəlidir. Bundan əlavə siz bu halda yalnız özünüzü yox, digər insanları da təhlükə altına salmış olursunuz. Xəstəliyin birinci günlərdən başlayaraq xəstəlik vərəqəsi almaq və evdə qalmaq lazımdır. Bu halda siz özünüzü xəstəliyin fəsadlarından qoruyacaqsınız, ətrafdakılar üçün isə infeksiya mənbəyi olmayacaqsınız.

Yataq rejimi

Saglamolun.az bildirir ki, hərarət yüksək olduqda xəstə mütləq yataq rejiminə əməl etməlidir. Hərarət düşdükdən 1-2 gün sonra əvvəl yarıyataq, daha sonra isə adi rejimə keçmək olar.

Bol maye qəbulu

Şirə, çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 l-dən az olmayaraq maye qəbul etməlidir.

Qida

Xəstənin iştahası kəskin azalmış olur. Heç bir halda xəstə insanı zorla yedizdirməyin! Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən və ağır zülallı qidalardan imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə xəstəyə təzə toyuq bulyonu verin. Toyuğun dərisində çoxlu miqdarda “sistein” maddəsi vardır ki, o bəlhəmçıxaran təsirə malikdir.

Simptomatik müalicə

Bu müalicə xəstəliyi törədən viruslara təsir etməsə də, xəstənin vəziyyətini xeyli yüngünləşdirir. Qrip və soyuqdəymənin simptomları müxtəlif olduğuna görə xəstələr bir neçə dərman preparatlarından istifadə etməyə məcbur olurlar – hərarət salan prepartlar, öskürək, boğaz ağrısı, zökəm əleyhinə dərmanlar və s.

Hərarət salan dərmanlar

Bu qrup dərmanlar xəstənin vəziyyətini yaxşılaşdırır. Xüsusən bu uşaqlar, xroniki ürək və ağciyər xəstəlikləri olan və yaşlı insanlar üçün vacibdir. Hərarəti tam normaya salmağa cəhd etməyin, onun 1-1,5 C düşməsi xəstənin vəziyyətini xeyli yüngülləşdirir.

Hərarət salan dərmanların arasında – parasetamolu, ibuprofeni, aspirini, analgini qeyd etmək olar. Diqqət! Parasetamol tərkibli preparatlar heç bir halda alkoqol içkilərlə eyni zaman qəbul etmək olmaz!

Aspirin yalnız böyüklərdə istifadə oluna bilər. Onun uşaqlarda qrip və soyuqdəymə zamanı istifadə edilməsi çox ağır xəstəlik olan Rey sindromunun (qaraciyər və sinir sisteminin zədələnməsi) inkişaf etməsinə səbəb ola bilər.

Analgin yalnız digər hərarət salan preparatların istifadəsi nəticə vermədiyi halda əzələdaxili inyeksiya şəklində istifadə oluna bilər.

Hərarət salan dərmanlar yalnız hərarət 38,5 C yuxarı qalxdıqda qəbul etmək lazımdır. Əgər xəstə körpə uşaq, yaşlı və ya xroniki ürək, sinir, endokrin və ağciyər xəstəliyi olan insandırsa, hərarəti 38 C çatdıqda salmaq lazımdır.

Yüksək hərarət zamanı xardal kağızlardan, tibbi bankalardan və s. qan dövranı sürətləndirən vasitələrdən istifadə etmək olmaz! Hərarəti olan insanı isti bürüməyin! Bu hərarətin daha da qalxmasına gətirib çıxarır.

Boğaz ağrısı

Boğaz ağrısı zamanı mürəbbəli və ya ballı çay, soda qatılmış isti süd istifadə etmək olar. Boğazı kalendula, çobanyastığı, sürvə dəmləmələri ilə, duzlu (1/2 su + duz bıcağın ucunda) soda qatılmış su ilə qarqara edin. Apteklərdə boğaz ağrısı üçün çoxlu sayda spreylər, sorulma dərmanlar və s. satılır.

Zökəmin müalicəsi

Xəstələrin əksəriyyəti onların fikirincə tam “təhlükəsiz” olan damardaraldan damcılardan istifadəyə üstünlük verirlər. Lakin bu damcılar heç də tam təhlükəsiz deyirlər. Təbii vasitələrindən burunu təmizləmək üçün duzlu sudan (1/2 stəkan su + bıcağın ucunda duz) və ya apteklərdə satılan tərkibində dəniz suyu olan damcılardan istifadə etmək lazımdır.

Öskürəyin müalicəsi

Soyuqdəymə zamanı öskürəyin müalicəsi üçün bal və limon əlavə olunmuş çaydan, soda əlavə olunmuş süddən istifadə etməyi çox yaxşı nəticə verir.

Soyuqdəymə, qrip və antibiotiklər

Soyuqdəymə və qrip xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə etmirlər. Məsələ ondadır ki, bu xəstəlikləri viruslar törədir. Antibiotiklər isə viruslara yox, yalnız bakteriyalara təsir edir. Bəzən soyuqdəymə və qrip zamanı ağırlaşmalar (ağ ciyərin, orta qulağın və s. iltihabı) inkişaf edir. Bu zaman antibiotiklər təyin olunur.

Virus əleyhinə preparatlar

Bu preparatlar həkim tərəfindən təyin olunur. Bu preparatların xəstəliyin ilk 24-36 saat ərzində istifadəsi yaxşı effekt verir – xəstəliyin müddəti və xəstəliyin fəsadlaşması riski azalır. Bundal əlavə virus əleyhinə praparatları sağlam ailə üzvləri ekstremal profilaktik tədbir kimi istifadə edə bilərlər.

Saglamolun.Az

Soyuqdəyməyə necə qalib gəlmək olar

Burnumuz axsa və udqunduqda azca boğazımız ağrısa, dərhal qrip olduğumuzu düşünürük. Bəs həqiqətən hər dəfə epidemiyaya səbəb olub, yüzlərlə insanın həyatına son verən qripləmi mübarizə aparırıq?

Soyuqdəymə:

1. Burun, boğaz, sinuslar və üst hava yollarının infeksiyasıdır.
2. Havada asılı duran virusların tənəffüs edilməsi və ya bu virusları daşıyan şəxslərin istifadə etdiyi dəsmal, telefon kimi əşyaların ortaq istifadə edilməsi ilə keçir.
3. 6 yaşdan kiçik uşaqlar, siqaret çəkənlər, xroniki xəstəliyi olanlar və kollektiv mühitlərdə olanlar daha çox risk altındadırlar.
4. Virusu daşıyanlar soyuqdəymə əlamətləri başlamazdan əvvəl və əlamətlər itənə qədər yoluxdurmağa davam edirlər.
5. Xəstəlik dövründə bol su içmək, istirahət etmək və sağlam qidalanmaq mütləqdir.

Qrip:

1. Soyuqdəyməyə nisbətdə daha sürətlə inkişaf edir.
2. Əlamətləri soyuqdəyməyə oxşasa da, temperatur 38-40 dərəcələrə qalxa bilər.
3. Əzələ ağrıları, tərləmə, həddən artıq halsızlıq, quru öskürək və bəzən bəlğəm ola bilər.
4. 65 yaşdan yuxarı olanlar, astma, böyrək və ya qaraciyər xəstəliyi olanlar, şəkər xəstələri və immun sistemi zəif insanlar qripə yoluxduqda diqqətli olmalıdırlar.
5. Qripin ağırlaşması nəticəsində pnevmoniya (sətəlcəm) və bronxit əmələ gələ bilər.

Necə müalicə ola bilərik?

Soyuqdəyməyə və qripə viruslar səbəb olur. Antibiotiklər isə bakteriyalar üzərində təsir edir, yəni soyuqdəymə və qripə səbəb olan viruslar qarşısında işə yaramır. Ancaq virus infeksiyasından əlavə bakteriya da yoluxarsa, həkiminiz sizə antibiotik tövsiyə edə bilər.

Necə qorunaq?

Əvvəla, xəstələnmiş şəxs ətrafındakı insanlara qarşı həssas yanaşmalı, başqalarına yoluxdura biləcəyini bilməli və diqqətli olmalıdır. Viruslar ən çox əl və tənəffüs yollarıyla orqanizmə daxil olurlar. Əlləri gün ərzində tez-tez yumaq vacibdir. Qeyd edək ki, virusun orqanizmə daxil olma “qapıları” ağız, burun və gözlərdir.

Sink və vitamin C kimi bəzi vitamin və minerallar immunitet sistemini gücləndirir. Buna görə də sağlam qidalanmaq xəstəliklərlə mübarizədə olduqca əhəmiyyətlidir. Müxtəlif səbəblərə görə sağlam qidalana bilmirsinizsə, əlavə vitamin və mineral qəbul edə bilərsiniz.

Qrip və soyuqdəyməyə qarşı ən güclü VASİTƏLƏR

Günlər qısaldıqca günəşli havanı bir müddətlik unuduruq. Onu da unuduruq ki, soyuqdan qaçıb isti bir otaqda gizlənmək infeksiyaların inkişafına səbəb olur.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, molekulyar mütəxəssis Yulia Zotova D vitamini ilə bağlı əhəmiyyətli açıqlamalar verib.

Son zamanlar həkimlərin və tədqiqatçıların əksəriyyəti D vitamininin əhəmiyyəti barədə daha çox danışırlar və bəli, pediatrlar bunu xüsusilə uşaqlara payız-qış mövsümündə tövsiyə edirlər. Yayın günəşli günləri ilə bir müddətlik vidalaşdığımızı nəzərə alsaq, D vitamini demək olar ki, hər kəs üçün həyati əhəmiyyət kəsb edir.

Bu elementin müxtəlif proseslər üçün sözün əsl mənasında zəruri olmasına dair bir neçə fakt var:

* D vitamini immuniteti aktivləşdirir, müxtəlif infeksiyalara qarşı müqaviməti artırır.

* Kalsium və fosfor da daxil olmaqla maddələr mübadiləsinin tənzimlənməsində böyük rol oynayır. Onsuz da kalsium və fosfor daha pis sovrulur, yəni sümüklər kövrək olur.

* Diabetli insanlar üçün də bu element çox vacibdir: D vitamini pankreasın qanda qlükoza səviyyəsini normallaşdıraraq insulin ifraz etməsinə “kömək edir”.

* Skleroz və beyin xəstəliklərinin inkişafından qoruyaraq sinir liflərinin qoruyucu qabığının meydana gəlməsində iştirak edir.

Çatışmazlığı necə müəyyənləşdirmək olar?

D vitamini çatışmazlığını qan testi ilə yoxlaya bilərsiniz. D vitamininin vəziyyəti ümumiyyətlə 25 D (OH) səviyyəsi ilə müəyyən edilir.

Son vaxtlara qədər uşaqlar və böyüklər üçün tələb olunan gündəlik doza D vitamini 200 IU idi. Bir neçə il əvvəl yenidən işləndi və 400 IU-ya qədər artırıldı.

Lakin son tədqiqatlar bu miqdarın kifayət etmədiyini təsdiqləyir. Odur ki, nutritionistlər və endokrinoloqlar 3 yaşdan yuxarı uşaqlar və yeniyetmələr üçün gündəlik D vitamini dozasını 1000 IU, böyüklər üçün – 600-800 IU-ya qaldırıb.

Haradan əldə etmək lazımdır: hava və yeməklə

Əlbəttə ki, günəşli havada daha çox olmalısınız. Hətta payız və qışın günəşli havası müsbət təsir edir, bu səbəbdən daha çox gəzməyə çalışın.

D vitamini ehtiyatlarını qida ilə təmin etmək olar:

* Dəniz balıqlarının yağlı növlərində bu element yüksəkdir.

* Yağ, pendir və yumurta sarısı bu vitaminlə zəngindir.

* Göbələk, soya, portağal suyu, cəfəri, gicitkən və kəpəkdə də D vitamini var.

Ancaq bilməlisiniz ki, qida məhsullarından gündəlik D vitamininin normasının 20% -dən çoxunu ala bilməzsiniz. Odur ki, D vitamini çatışmazlığının qarşısının alınması üçün, xüsusilə payız-qış dövründə vitamin-mineral kompleksləri qəbul etmək lazımdır ki, buna da xolekalsiferol deyilir. Uşaqlar üçün əlverişli olan damcı şəklində və ya böyüklər üçün tablet şəklində vitamin kompleksləri var.

Payız sağlamlığı üçün ən yaxşı 5 vitamin

Yoluxucu xəstəliklər zamanı vücudunuzu dəstəkləmək üçün vacib olan vitaminli qidalara müraciət edin.

1. A vitamini (retinol)

Böyümə və inkişaf proseslərində, görmə və immuniteti qorumaqda mühüm rol oynayır.

Məhsullar: dəniz balığı, kürü, yağ, süd, pendir, kəsmik, yumurta sarısı. Yerkökü, balqabaq, pomidor, qırmızı bibər, ispanaq.

2. B6 vitamini (piridoksin)

Amin turşularının metabolizmasında, neyrotransmitterlərin (norepinefrin, serotonin, melatonin) sintezində iştirak edir, yəni beynin işini və əhval-ruhiyyəni yaxşılaşdırır. Hemoqlobinin qurulmasında da iştirak edir.

Məhsullar: taxıl, dənli bitkilər, kartof, yerkökü, ət və süd məhsulları.

3. C vitamini (askorbin turşusu)

Antioksidant redoks proseslərində iştirak edir, bədənin yoluxucu xəstəliklərə (ARVI, qrip) qarşı müqavimətini artırır.

Məhsullar: Əsasən bitki mənşəli məhsullar – sitrus meyvələri, itburnu, zoğal, pomidor, kələm, turp, soğan.

4. Vitamin B9 (fol turşusu)

Nuklein turşusu metabolizmada və zülal sintezində iştirak edir. Hüceyrə böyüməsini və bölünməsini təşviq edir. Hər kəs buna ehtiyac duyur, ancaq aktiv böyümə dövründə olan uşaqlar, eləcə də hamilə qadınlar üçün üçün xüsusilə vacibdir.

Məhsullar: ispanaq, cəfəri, yaşıl soğan, kələm, brokoli, yerkökü, balqabaq.

Nuklein turşularının sintezi maddələr mübadiləsi üçün lazımdır, eyni zamanda qırmızı qan hüceyrələrinin meydana gəlməsini tənzimləyir. B12 vitamini çatışmazlığı anemiyaya səbəb ola bilər. Odur ki, bu vitaminin qida ilə qəbulu son dərəcə vacibdir.

Məhsullar: mal əti, qaraciyər, süd, pendir, qatıq, balıq.

Sağlamlıq Baxılıb: 2521 Tarix: 11 noyabr 2019

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Comments are closed, but trackbacks and pingbacks are open.