Söz birləşmələri
İkinci növ təyini söz birləşmələri istisnasız olaraq bütövlükdə bir cümlə üzvü olur.
Soz Birlesmesi – Wikipedia
Söz birləşməsi — Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir.Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur . Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır.
Mündəricat
- 1 Söz birləşmələri və sözlər
- 1.1 Oxşar cəhətlər
- 1.2 Fərqli cəhətlər
- 2.1 Oxşar cəhətlər
- 2.2 Fərqli cəhətlər
- 4.1 İsmi birləşmələr
- 4.2 Feili birləşmələr
Söz birləşmələri və sözlər
Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var.
Oxşar cəhətlər
- Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl birləşmələri də əşyaların adlarını bildirir.
- Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.
- Hər ikisi də cümlə üzvü olur.
- Hər ikisinin də başlanğıc forması olur.
Fərqli cəhətlər
- Sözlər səslərdən, söz birləşmələri isə sözlərdən düzəlir. Məsələn: dərs, kitab, vətən, torpaq, azad, ölkə sözlərini əlaqələndirib söz birləşməsi düzəltmək olur: dərs kitabı, vətən torpağı, azad ölkə və s.
- Söz ümumiyyətlə ad bildirir. Məsələn: daş, ağac, su və s. Söz birləşməsinin tərkibində isə sözlərin mənası konkretləşir, dəqiqləşir. Məsələn: çay daşı, alma ağacı, bulaq suyu və s.
- Söz birləşmələrinin mürəkkəb sözlərdən iki əsas fərqi var:
Söz birləşməsi və cümlə
Söz birləşmələri ilə cümlələr arasında da bir neçə oxşar və fərqli cəhət var.
Oxşar cəhətlər
- İstər söz birləşmələri, istərsə də cümlələr sözlərin birləşməsi yolu ilə yaranır. Məsələn: Yazın gəlişi – Yaz gəldi. Gözəl vətən – Vətən gözəldir və s.
- İstər söz birləşmələrində, istərsə də cümlələrdə sözlərin müəyyən sıralanma qaydası var. Məsələn: Sular durulanda – Sular duruldu. Maraqlı kitab – Maraqlı kitabdır. Fəhlələrin iş günü – Fəhlələrin iş günüdür və s.
Fərqli cəhətlər
- Söz birləşmələri bitmiş fikir ifadə etmir və onda intonasiya bitkinliyi olmur. Məsələn: uşaqların səsi, qarlı dağlar, şagirdlərin oxuması və s. Cümlələrdə isə hökmən bitmiş fikir və intonasiya bitkinliyi olur. Məsələn: Uşaqlar gəlirlər. Dağlar qarlıdır. Şagirdlər oxuyurlar və s.
- Söz birləşməsi bir sözdən ibarət ola bilmir. Dilimizdə bir sözdən ibarət olan cümlələr isə vardır. Məsələn: Axşamdır. Sakitlikdir. İstidir və s.
- Ümumiyyətlə, cümlə söz birləşməsindən daha böyük dil vahididir. Belə ki, söz birləşmələri cümlənin tərkibinə daxil olur.
Söz birləşmələrində əsas və asılı tərəflər
Söz birləşməsinin tərkib hissələrindən biri əsas söz, o biri isə asılı söz olur. Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətdən izah edir. Dilimizdə, bir qayda olaraq, əvvəl asılı söz, sonra isə əsas söz işlənir. Məsələn: çalışqan şagird, məktəb həyəti, vətənini sevən birləşmələrindəki birinci tərəflər asılı tərəflərdir. Həmin tərəflər ikinci tərəfə tabe olaraq onları müxtəlif cəhətdən izah edir. Bu xüsusiyyətinə görə asılı söz əvəzinə daha çox birinci tərəf, əsas söz əvəzinə isə ikinci tərəf ifadələri işlənir. Bəzən birinci tərəf əvəzinə tabe tərəf, ikinci tərəf əvəzinə tabeedici tərəf terminləri işlənir.
Söz birləşmələrinin növləri
Söz birləşmələri ikinci (əsas) tərəfin ifadə vasitəsinə görə iki növə bölünür: ismi birləşmələr, feli birləşmələr.
İsmi birləşmələr
İkinci (əsas) tərəfi adlarla (əsasən, isim, sifət, say və isimləşmiş başqa sözlərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir.
Məsələn: demokratik ölkə, azad seçki, insanların yaxşısı, uşaqların çoxu, gecənin istisi, şagirdlərin oxumağı,Azərbaycanın ordusu və s.
Dağlardan uca, hamıdan böyük, ürəyi qəmli, gözləri yaşlı və s. söz birləşmələri təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrdir.
İsmi birləşmələrdə, adətən, birinci tərəflər ikinci tərəfləri təyin (izah) etdiyi üçün həmin birləşmələrə təyini söz birləşmələri də deyilir. Təyini söz birləşmələri formasına və məna xüsusiyyətlərinə görə üç növə bölünür. Birinci növ təyini söz birləşmələri, ikinci növ təyini söz birləşmələri və üçüncü növ təyini söz birləşmələri.
Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi adlarla ifadə olunur. Bu tipli söz birləşməsinin əsas tərəfi adətən adlarla ifadə olunur.Adlara feildən başqa bütün əsas nitq hissələrini aid etmək olar.İkinci tərəfi isə adətən isimlərlə və isimləşmiş digər nitq hissələrilə ifadə olunur. Birinci növ təyini söz birləşməsi adətən ayrı-ayrı təhlil olunur İstisna bu gün yeni il və s Məsələn:
gözəl qız, ağıllı oğlan və s.-ni aid etmək olar. Lakin Vəlizadə Zahid və s. tipli sözlər belə sözlər söz birləşmələri hesab olunmur, çünki bu tipli sözlər mürəkkəb adlardır.
İkinci növ təyini söz birləşməsinin asılı yəni birinci tərəfi qeyri müəyyən yiyəlik hallı isimlə, ikinci tərəfi isə üçüncü şəxsin mənsubiyyət şəkilçisi ilə ifadə olunur. Məsələn, məktəb direktoru, ağac yarpağı.
Bu sözlər cümlədə birgə təhlil olunur. Bir tərəf cəmlənəndə adətən digər tərəf təkdə qalır istisna elmlər namizədləri qocalar evləri və ilaxır . Əksər 2-ci növ təyini söz birləşmələrini 3-cü növə çevirmək mümkündür. Məsələn, insan əli – insanın əli. Bu söz birləşmələri istisnadır: atalar sözü,
Üçüncü növ təyini söz birləşmələrinin birinci tərəfi müəyyən yiyəlik halla ifadə olunur ikinci tərəfi isə mənsubiyyət şəkilçili söz ilə ifadə olunur.Hər iki tərəf eyni zamanda cəmlənə bilir. Məsələn: şagirdlərin kitabları, ölənlərin ailələri.Üçüncü növ təyini söz birləşmələrinin digərlərindən fərqli cəhəti tərəfləri arasında istənilən qədər sözün artırıla bilməsidir. Məsələn, məktəbin şagirdi – məktəbin 11-ciləri arasında ən fəal şagirdi.
Feili birləşmələr
Əsas (ikinci) tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət və feili bağlama) ilə ifadə olunan söz birləşmələrinə feili birləşmələr deyilir. Məsələn:
məktubu yazmaq, yaxşı oxumaq, vətəni sevmək (əsas tərəflər məsdərdir); məktubu yazan, yaxşı oxuyan, vətəni sevən (əsas tərəflər feli sifətdir); məktubu yazarkən, yaxşı oxuyanda, vətəni sevəndə (əsas tərəflər feili bağlamadır).
Feili birləşmələrin əsas (ikinci) tərəfləri feillə ifadə olunur, buna görə də hərəkət bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah edir və əsasən, aşağıdakı mənaları bildirir:
- Hərəkətin subyektini (iş görəni): biz gələndə, o danışdıqca, uşaq gülərkən və s.
- Hərəkətin obyektini (üzərində iş görülən əşyanı): qonaqları qarşılamaq, sərgiyə baxmaq, kitabdan öyrənmək və s.
- Hərəkətin yerini: şəhərdə yaşamaq, kəndə getmək və s.
- Hərəkətin kəmiyyətini: çox oxumaq, dəfələrlə təkrar etmək və s.
- Hərəkətin tərzini: gülə-gülə demək, ucadan gülmək və s.
Söz birləşmələri
Verilmiş söz birləşmələrini quruluşuna görə qruplaşdırın.
meyvənin ən yaxşısı, xəstə üçün narahat olmaq, sahib olmaq, Qazax qəzasının tanınmış xeyriyyəçisi, mənim üçün, tapşırığı yerinə yetirmək, əcdadımızın bizə miras verdiyi, sualın cavabını bilməyəndə, bacımdan savayı, nəsihətdən nəticə çıxarmaq, həmişə tərbiyəli olmaq, müəllim kimi, bizim əhdi peymanımız, ürəklərə yol açan Füzuli, mütəmadi namaz qılmaq, mənalı həyat yolu, narazı gedərkən, savad kursunun açılması, böyüklərə hörmət etmək, xəyallara dalarkən, kənd ağsaqqalının göstərişi, əmri hazırlayası, son vaxtlar, məsələni vaxtında həll etmək, qabaqcıl olmaq, dərs oxuyan uşaq, maraqlı bir gün, qapıya qədər, uşaq tərbiyə etmək, həmişə diqqətli olmaq, mənim qədər oxumaq, əməlləri üçün peşman olmaq, mənim sevimli diyarım, şəhərdən təzəcə qayıdan, qocaya yardım etmək, təhsil almaq, ən qabaqcıl məktəbli, “Leyli və Məcnun ” əsəri, “Qız qalası” operası, xəstəni müalicə etmək.Qeyd: sahib olmaq, təhsil almaq, qabaqcıl olmaq tərkibi feillər, mənim üçün, bacımdan savayı, müəllim kimi, qapıya qədər qoşmalı sözlər olduqları üçün söz birləşmələri sayılmır.
Şagirdin soyadı və adı______________________________ Sinif___________Qayda : “Söz birləşmələri” ( 4 )
1. I növ təyini söz birləşmələrinin asılı və əsas tərəfləri nələrlə ifadə oluna bilər?
___________________________________________________________________________________________________
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
________________________________________________________________________________________________________________________________________________________________________________________________________
2. II və III növ təyini söz birləşmələrinin fərqli cəhətlərini yazın.
II növ təyini söz birləşməsindən fərqli olaraq :
__________________________________________________________________________________________________
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
3. Hansı birləşmələr qeyri təyini birləşmələr adlanır ? Fikrinizi nümunələrlə əsaslandırın.
___________________________________________________________________________________________________
____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
4. Mənim qaçmağım , şagirdlərin yaxşı oxuyanı tipli birləşmələr hansı söz birləmələrə aiddir. Fikrinizi əsaslandırın.
___________________________________________________________________________________________________
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Cavablar: Qayda : Söz birləşmələri ( 4 )
1. I növ təyini söz birləşmələrinin asılı və əsas tərəfləri nələrlə ifadə oluna bilər?
I növ təyini söz birləşmələrinin asılı tərəfləri sifətləşmiş isim, sifət, say, əvəzlik, bəzi zərflər və feili sifətlə ifadə oluna bilər. Əsas tərəfi , əsasən, isimdən ibarət olur. Bu birləşmələrin asılı tərəfi məsdər, feili bağlama və feilin təsriflənən formaları ilə ifadə oluna bilmir.
2. II və III növ təyini söz birləşmələrinin fərqli cəhətlərini yazın.
II növ təyini söz birləşməsindən fərqli olaraq :
a) III növ təyini birləşməsinin tərəfləri arasına istənilən qədər söz daxil ola bilir:
kəndin sakini –kəndin zəhmətkeş sakini .
b) III növ təyini birləşməsinin tərəfləri eyni zamanda cəmlənə bilir: şagirdlərin istəkləri.
c) III növ təyini birləşməsinin ikinci tərəfi hər üç şəxs üzrə mənsubiyyət şəkilçili ola bilir: onun baxışı, sənin fikrin, mənim bacım, sizin kitabınız,bizim nəticələrimiz, körpələrin qayğıları. Ona görə də III növ təyini söz birləşməsinin I tərəfi bütün şəxs əvəzlikləri ilə ifadə oluna bilir və II tərəfdə də həmin şəxs əvəzliklərinə uyğun mənsubiyyət şəkilçiləri gəlir.
d) III növ təyini birləşməsinin tərəfləri (istisna olsa da) ayrılıqda təhlil oluna bilir.
3. Hansı birləşmələr qeyri təyini birləşmələr adlanır ? Fikrinizi nümunələrlə əsaslandırın.Bəzi ismi birləşmələr də var ki, onlarda asılı tərəf əsas tərəfi izah etmir. Ona görə də bu cür birləşmələr qeyri təyini birləşmələr adlanır. Bu birləşmələrin asılı tərəfi mənsubiyyət şəkilçisi, yönlük , təsirlik, yerlik, çıxışlıq hal şəkilçisi qəbul edir, əsas tərəfi isə adlarla ifadə olunur: əli silahlı, başı papaqlı, elmə vurğunluq , bacım üçün hədiyyə, Babək kimi qoçaq və s.
4. Mənim qaçmağım , şagirdlərin yaxşı oxuyanı tipli birləşmələr hansı söz birləmələrə aiddir. Fikrinizi əsaslandırın. III növ təyini söz birləşmələrinə aiddir. Çünki “mənim qaçmağım” birləşməsinin əsas tərəfi ismin xüsusiyyətlərini daşıyan məsdərlə , “şagirdlərin yaxşı oxuyanı” birləşməsinin əsas tərəfi isimləşmiş feili sifətlə ifadə olunub.Şagirdin soyadı və adı______________________________ Sinif______
Qayda : Söz birləşmələri ( 5 )
1. Birinci növ təyini söz birləşmələrinin cümlədə sintaktik təhlil qaydası:
( Fikrinizi nümunələrlə əsaslandırın.)
___________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
2.. İkinci növ təyini söz birləşmələrinn cümlədə sintaktk təhlil qaydası:
____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________ 3. Üçüncü növ təyini söz birləşmələrinin cümlədə sintaktik təhlil qaydası:
______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
4. Qeyri- təyini söz birləşmələrinin cümlədə sintaktik təhlil qaydası:
_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
CAVABLAR : Qayda : Söz birləşmələri ( 5 )
1. Birinci növ təyini söz birləşmələrinin cümlədə sintaktik təhlil qaydası:
( Fikrinizi nümunələrlə əsaslandırın.)
Birinci növ təyini söz birləşmələri, bir qayda olaraq , tərkib hissələrinə ayrılaraq , I tərəfi təyin, II tərəfi isə mübtəda, xəbər , tamamlıq və zərflik ola bilər.
İstisna: yeni il, orta əsrlər, bu saat, qədim dövr, yarım saat, Ana Vətən, hər gün, son vaxt, axır zaman , çox şey tipli brləşmələr bütövlükdə bir cümlə üzvü olur. Çünki bu birləşmələrin II tərəfi ayrıca işlənə bilmir.
2. İkinci növ təyini söz birləşmələrinn cümlədə sintaktk təhlil qaydası:
İkinci növ təyini söz birləşmələri istisnasız olaraq bütövlükdə bir cümlə üzvü olur.
3. Üçüncü növ təyini söz birləşmələrinin cümlədə sintaktik təhlil qaydası:
Üçüncü növ təyini söz birləşmələri bütövlükdə bir cümlə üzvü olur. Lakin üçüncü növ təyini söz birləşmələrinin birinci tərəfi I və II şəxs əvəzliklərinin cəmi ilə ifadə olunduqda ikinci tərəfdə mənsubiyyət şəkilçisi işlənməyə də bilər: bizim şagirdlər(imiz), Sizin kənd(iniz).Belə məqamlarda I tərəf olan bizim və sizin sözlərini təyin kimi götürmək mümkündür.4. Qeyri- təyini söz birləşmələrinin cümlədə sintaktik təhlil qaydası:
Qeyri təyini söz birləşmələrinin tərəfləri bir cümlə üzvü olur.Böyüklərə hörmət (nə?) hamının borcudur.
Qızlardan biri ( kim?) içəri daxil oldu.
Şagirdin soyadı və adı________________________________________ Sinif_________
Qayda : Söz birləşmələri ( 6 )
Verilmiş cümlələrdəki söz birləşmələrini tapıb qarşısında başlanğıc formasını , hansı ismi və ya feili birləşmə olduğunu, quruluşca növünü qeyd edin .- Qara saçları göz oxşayırdı./ ________________________________________________________________________________
- Sənin üzünə gülənləri yaxşı tanı./ _______________________________________________________________________
- Əhmədin yanında qalanlar həkimi gözləyirdi. /__________________________________________
- Feili birləşmələr tərkiblər də adlanır. / _________________________________________________
- Oxumaq üçün gələni geri qaytarma. /____________________________________________________________________
- Səliqə ilə düzülmüş əsgərlər səbirsizliklə görüşə tələsirdilər. / ____________________________
- Arzu toyda rəqs etməyi çox xoşlayır . /__________________________________________________
- Dostum xaricdə təhsil almağı çoxdan planlaşdırmışdı. /__________________________________
- Bacım mənə evləri dərindən təmizləməyə kömək etdi. / __________________________________
- Tarixə nəzər saldıqca mənfur ermənilərin murdar xislətini bir daha görürük ./ ___________
- Şəhid olan hərbçilərimiz dərin hüznlə yad edildi. /______________________________________
- Diqqəti cəlb etməyi bacarmaq yaxşı keyfiyyətdir. /______________________________________
- Ehtiyatlı olmaq həmişə lazımlıdır . /___________________________________________________
- Əsəbdən dilə gəlməyini hamı tərəddüdlə qarşıladı. /____________________________________
- Gəlin paltarındakı qiymətli daş-qaş kimi parıldayırdı . /________________________________
- Arazın üstündəki körpünün möhtəşəmliyinə heyran qaldıq. /_____________________________
- Azərbaycan memarlıq nümunələri xalqımızın nəyə qadir olduğuna əyani sübutdur. /______
______________________________________________________________________________________________________________________
- Kənd camaatı su elektrik stansiyasına tərəf axışırdı . / ____________________________________
- Elçin dünəndən gedəndir . /____________________________________________________________
CAVABLAR: Qayda : Söz birləşmələri ( 6 )
Verilmiş cümlələrdəki söz birləşmələrini tapıb qarşısında başlanğıc formasını , hansı ismi və ya feili birləşmə olduğunu, quruluşca növünü qeyd edin .- Qara saçları göz oxşayırdı. /Qara saç , sadə I növ təyini söz birləşməsi .
- Sənin üzünə gülənləri yaxşı tanı. /Sənin üzünə gülən , mürəkkb feili sifət tərkibi.
- Əhmədin yanında qalanlar həkimi gözləyirdi. / Əhmədin yanında qalan , mürəkkəb feli sifət tərkibi.
- Feili birləşmələr tərkiblər də adlanır. /Feili birləşmə , sadə I növ təyini söz birləşməsi.
- Oxumaq üçün gələni geri qaytarma. /Oxumaq üçün gələn, sadə feili sifət tərkibi .
- Səliqə ilə düzülmüş əsgərlər səbirsizliklə görüşə tələsirdilər. / Səliqə ilə düzülmüş, sadə feili sifət tərkibi.
- Arzu toyda rəqs etməyi çox xoşlayır . /Toyda rəqs etmək, sadə feili sifə tərkibi.
- Dostum xaricdə təhsil almağı çoxdan planlaşdırmışdı. /Xaricdə təhsil almaq, sadə məsdər tərkibi.
- Bacım mənə evləri dərindən təmizləməyə kömək etdi. /Evləri dərindən təmizləmək,mürəkkəb məsdər tərkibi.
- Tarixə nəzər saldıqca mənfur ermənilərin murdar xislətini bir daha şahidi görürük./ Tarixə nəzər saldıqca, Sadə feili bağlama tərkibi. /Mənfur erməni , sadəI növ təyini söz birləşməsi./
- Şəhid olan hərbçilərimiz dərin hüznlə yad edildi. /Şəhid olan hərbçi , sadə I növ təyini söz birləşməsi./ Dərin hüzn,sadə I növ təyini söz birləşməsi.
- Diqqəti cəlb etməyi bacarmaq yaxşı keyfiyyətdir. /Diqqəti cəlb etməyi bacarmaq, mürəkkəb məsdər tərkibi./Yaxşı keyfiyyət , sadə I növ təyini söz birləşməsi.
- Ehtiyatlı olmaq həmişə lazımlıdır . /Cümlədə söz birləşməsi yoxdur.
- Əsəbdən dilə gəlməyini hamı tərəddüdlə qarşıladı. /Əsəbdən dilə gəlmək, sadə məsdər tərkibi .
- Gəlin paltarındakı qiymətli daş-qaş kimi parıldayırdı . /Gəlin paltarı, sadə II növ təyini söz birləşməsi / Qiymətli daş-qaş, sadə I növ təyini söz birləşməsi.
- Arazın üstündəki körpünün möhtəşəmliyinə heyran qaldıq. /Arazın üstündəki körpünün möhtəşəmliyi.Mürəkkəb III növ təyini söz birləşməsi.
- Azərbaycan memarlıq nümunələrixalqımızın nəyə qadir olduğuna əyani sübutdur. /Azərbaycan memarlıq nümunələri, mürəkkəb II növ təyini söz birləşməsi./Xalqımızın nəyə qadir olduğu, mürəkkəb feil sifət tərkibi.
- Kənd camaatısu elektrik stansiyasınatərəf axışırdı . /Kənd camaatı , sadə II növ təyini söz birləşməsi / Su elektrik stansiyası, mürəkkəb II növ təyini söz birləşməsi.
- Elçin dünəndən gedəndir . /Dünən gedən , sadə feili sifət tərkibi.
- Ədəbiyyat dərsini heyranlıqla dinlədik. /Ədəbiyyat dərsi, sadə II növ təyini söz birləşməsi.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.