Press "Enter" to skip to content

Soz yaradiciligi kitabı

Olaylar.az

Elnarə Qaragözovanın “Yunus Oğuz həyatı və yaradıcılığı” kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Yunus Oğuz həyatı və yaradıcılığı” kitabı işıq üzü görüb. “Sənətkarın elmi pasportu seriyası”nın 36-cı nəşri olan kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 23 iyun 2022-ci il tarixli (protokol № 4) qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovadır.

Monoqrafiya Yunus Oğuzun həyat və yaradıcılığına həsr edilib. Giriş, “Həyatı”, “Yunus Oğuzun poetik dünyası”, “Nəsr yaradıcılığı”, “Müstəqillik dövrü tarixi romanının yaradıcısı” və nəticə hissələrindən ibarət olan araşdırmada Yunus Oğuzun yaradıcılığı bütün aspektləri ilə araşdırılmış, onun yazıçı kimliyi və Azərbaycan ədəbiyyatında mövqeyi işıqlandırılmışdır. “İstifadə edilmiş ədəbiyyat”da Yunus Oğuzun əsərləri və haqqında yazılmış yazılar sistemləşdirilib.

“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiya 118 səhifədən ibarətdir.

Olaylar.az

Söz yaradıcılığı

Söz yaradıcılığı dilçiliyin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin yaranma üsulları öyrənilir. Dilimizdə söz yaradıcılığının iki əsas üsulu var:
1.Leksik şəkilçilərin köməyiilə yeni – düzəltmə sözlərin yaranması. Məsələn: su+çu, su+lu, su+la; gül+çü, gül+iük, gül+dan və s. Leksik şəkilçilərin köməyi ilə düzlətmə sözlərin yaranması qaydası morfoloji üsuladlanır.
2.İki müstəqil leksik mənalı sözün birləşməsi ilə yeni -mürəkkəb sözlərinyaranması. Məsələn: ayaq və qab ~ ayaqqabı, uca yə boy – ucaboy, aş və süzən = aşsüzən və s. Sözlərin bu cür yaranma qaydası isə sintaktik üsul adlanır.

Eyniköklü sözlər

Eyni bir kökdən düzələn sözlər eyniköklü sözlər adlanır. Məsələn:
ov-ovçu-ovla (maq)ovlaq;
duz-duzlu-duzsuz-duzlamaq);
kəs(mək) – kəskin – kəsik – kəsici və s.
Eyniköklü sözlər, nümunələrdən göründüyü kimi, bəm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Məsələn: gül ismindən düzəlmiş gülçü – güllük – güldan eynikök-sözlərinin hamısı isimdir. Ot ismindən düzəlmiş otlaq-otlu-otla-otlaq) sözlərinin isə birincisi isim, ikincisi sifət, üçüncüsü feldir.
Eyniköklü sözlər yalnız düzəltmə sözlər sayılır.Məsələn, yazdım, yazır, yazlıq, yazı, yazıçı, yazıçılıq sözlərindən yalnız son düzəltmə sözləreyniköklü sözlər sayılır. Çünki yazı, yazıçı və yazıçılıq düzəltmə sözlərinin hər üçünün kökü “yaz” felidir. yazlıq sözü də düzəltmədir, ancaq bu söz “yaz” (bahar) ismindən düzəlmişdir. Yazdım, yazır sözləri isə qrammatik şəkilçili sadə sözlərdir.

İki və daha artıq leksik şəkilçili düzəltmə sözlər

Dilimizdə bəzi düzəltmə sözlər iki və daha artıq leksik şəkilçinin köməyi ilə yaranır. Bu, o deməkdir ki, bır düzəltmə sözdən başqa bir düzəltmə söz yaratmaq olur. Məsələn: yaz +ı+lı, yazı+çı, yazıçı+lıq; ək – ək+in, əkin+çi, əkinci+lik; üz -gü, üzgü+çü, üzgüçü+lük; qoru – qoru+q, qoruq+ çu, qoruqçuluq+luq və s.

Bəzi düzəltmə sözlərin tələffüzü

Sonu iki samitlə (ya hər ikisi cingiltili samitlə, ya da birincisi kar, ikincisi cingiltili samitlə) bitən bəzi təkhecalı sözlərə samitlə başlayan leksik (və ya qrammatik) şəkilçi qoşulduqda üç samitin yanaşı gəlməsi tələffüzü çətinləşdirir. Buna görə həmin sözlərin kökündəki samitlərin arasına tələffüzdə bir sait səs artırılır. Məsələn: üzv -üzv+lük – [üzüvlüx’], rəhm – rəhm+li [rəhimli], sədr – sədr+lik [sədirlix’]. üzr – üzr+süz [üzürsüz], hökm – hökm+lü [hökümlü], zülm – zülm+kar [zülümkar], sehr – sehr+li [sehirri] və s.
Qeyd: Bu cür sözlər alınma sözlərdir.
Sonu iki kar samitlə bitən sözlərə isə samitlə başlanan hər hansı bir şəkilçi qoşulduqda kökdəki samitlərdən ikincisi tələffüz olunmur. Məsələn: dost – dost+luq [dosluğ], neft -neft+çi [nefçi], sərbəst – sərbəst+lik [sərbəslix] , üst – üst+də [üsdə], xoşbəst – xoşbəxt+lər [xoşbəxlər], güzəşt – güzəşt+siz [güzəşsiz] və s.
Qeyd: Bu cür sözlər də, əsasən, alınma sözlərdir.

Mürəkkəb sözlər

İki (bəzən də daha çox) sözün birləşməsi ilə yaranan yeni mənalı sözlər mürəkkəb sözlər adlanır.
Mürəkkəb sözlər bir neçə yolla yaranır:
1. İki müxtəlif mənalı sözün birləşməsi ilə: dəvəquşu. üçbucaq, əlüzyuyan, yarımada, kəklikotu, suiti, ayaqqabı və s.
2. Yaxın mənalı sözlərin birləşməsi ilə: səs – küy, qohum-qar-daş, toyuq-cücə, oğul-uşaq, yorğan-döşək, qapı-baca. qoyun-quzu və s.
3. Antonim sözlərin birləşməsi ilə: yer – göy, az çox, gecə-gündüz, gec-tez, böyük – kiçik və s.
4. Eyni sözün təkrarı ilə: səhər – səhər, yavaş-yavaş, tez-tez, bir-bır, asta-asta və s.
Mürəkkəb sözlər üç cür yazılır: bitişik, defislə və ayrı.
İki müxtəlif mənalı sözün birləşməsindən düzələn və vurğusu ikinci sözün üzərinə düşən mürəkkəb sözlər bitişik yazılır (bax: 1-ci bənddə verilmiş mürəkkəb sözlərə).İki sözün birləşməsindən düzələn və məcazi mənada işlənən mürəkkəb sözlər də bitişik yazılır: üzüyola, suyuşirin, qaradinməz, gözucu, dilucu və s. Yuxarıda 2-4 -cü bəndlərdə verilmiş mürəkkəb sözlər isə defislə yazılır. Birinci hissəsi qeyri sözündən ibarət olan mürəkkəb sözlər və tərəflərindən biri (bəzən də hər ikisi) ayrılıqda işlənməyən sözlərdən düzələn mürəkkəb sözlər də defislə yazılır: Məsələn: qeyri-adi, qeyri-ciddi, qeyri-müəyyən, qeyri-dəqiq, çör-çöp, az-maz, əzik-üzük, kələ-kötür, uzun-uzadı, bəzək-düzək və s.
Mürəkkəb fellər və mürəkkəb saylarayrı yazılır: qəbul olmaq, kömək etmək, razı qalmaq, sakit olmaq; on beş, yüz otuz, səksən beşinci və s.

  • Teqlər:
  • eyniköklü sözlər
  • , düzəltmə sözlər
  • , mürəkkəb sözlər

Comments are closed, but trackbacks and pingbacks are open.