Sözün tkmnalı v çoxmnalı
Yalnız bir leksik mənası olan sözlər təkmənalı sözlər adlanır. Məsələn: sərçə, dəniz, qırmızı, buzov və s. Bir neçə leksik mənası olan sözlər çoxmənalı sözlər adlanır. Çoxmənalı sözlər müəyyən cəhətdən bir-birinə oxşar əşyaları, yaxud hərəkət və əlaməti bildirir. Əlavə mənalar mütləq əsas məna ilə bağlı olur. Sözün çoxmənalı olması, əsasən, onun məcazi mənada işlənməsi ilə yaranır. üz – kitabın üzü, südün üzü, adamın üzü və s.
maşın – minik maşını, tikiş maşını, ət maşını və s.
çəkmək – ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s.
acı – acı dərman, acı xatirə, acı söz və s.
getmək – şəhərə getmək, fikrə getmək, risqə getmək, sözə getmək, həyatdan getmək və s.
açmaq – qapı açmaq, söz açmaq, ürək açmaq, söhbət açmaq, dil açmaq, göz açmaq və s.
baş – insanın başı, ağacın başı, dağın başı, bulağın başı, kəndin başı və s. Çoxmənalı sözlərə dair aşağıdakı sözləri yaza bilərik: Qol, getmək, çıxmaq, açmaq, baş, kitab, göz, üz, ayaq, boğaz, ağız, burun, boğaz, diş, dil, acı, alçaq, salmaq, udmaq, şirin, düz, yol, maşın, yumaq, getmək, saymaq, kəsmək, bişmək, tutmaq və s. Dilimizdə çoxmənalılıq fel, isim və sifətlərdə daha çox müşahidə olunur. Azərbaycan dilində, demək olar ki, bütün fellər çoxmənalıdır. Çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur. Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir. Bu bağlılıq olmadıqda həmin sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.
Təkmənalı və çoxmənalı sözlər

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Çoxmənalı sözlər
Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məsələn: moruq, böyürtkən, avtobus, yaşıl və s.
Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözə isə çoxmənalı söz deyilir. Məsələn: üz–adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s.
Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn:
- Həqiqi məna: polad balta (isim); gözəl mənzərə (sifət);
- Məcazi məna: polad bilək(isim); gözəl fikir (sifət)
Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənib.
Çoxmənalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir. Məsələn, kağız sözü əsasən üç mənada işlənir:
- Kağız–üzərində yazı yazılan, yazı çap edilən xüsusi materialdır.
- Kağız–hər cür rəsmi sənəddir (yaş kağızı, icazə kağızı və s.).
- Kağız–müxtəlif əşyaları hazırlamaq üçün işlədilən materialdır (kağız torba, kağızdan hazırlanmış gül və s.)
Bu mənaların üçündə də bir-birinə yaxınlıq var.
- Bütün sözlər çoxmənalı ola bilməz.
- Çoxmənalı sözlər əsasən bədii üslubda işlədilir.
- Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf olunur. Bunların içərisində isimlər, fellər və sifətlər daha çoxdur.
Aşağıdakı sözlər daha çox çoxmənalı söz kimi işlənir: qol, maşın, baş, tutmaq, ağız, keçmək, çəkmək, almaq, saymaq, qaş, burun, göz, dil, kağız, şirin, acı, yumşaq, dolu, kök, güclü, dumanlı, dəmir, polad.
- Teqlər:
- çoxmənalı sözlər
Comments are closed, but trackbacks and pingbacks are open.