Sərbəst işlər bakı şəhərinin tikinti və abadlıq işləri haqqında
Bildirilib ki, hesabat dövründə Azərbaycan Prezidentinin 2013-cü il 14 sentyabr tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılıb. Yolun 20 kilometrlik hissəsi asfalt örtüyünün çəkilməsinə tam hazırlanıb, 13 kilometri asfaltlanıb. Dünya Bankının ayırdığı vəsait hesabına Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Həmçinin 19 kilometrlik Qosmalian-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi tamamlanıb, bir neçə yerdə su tutarları inşa edilib. Suya ehtiyacı olan kəndlərin içməli su təminatının yaxşılaşdırmaq məqsədilə yaşayış məntəqələrinə su xətləri çəkilib, artezian quyuları qazılıb.
Lerikdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb
Lerik Rayon İcra Hakimiyyətində cari ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Hesabat yığıncağında ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatların müsbət nəticələrinin Lerik rayonunun da sosial-iqtisadi inkişafına böyük təsir göstərdiyi vurğulanıb. Qeyd olunub ki, rayonda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb.
Bildirilib ki, hesabat dövründə Azərbaycan Prezidentinin 2013-cü il 14 sentyabr tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılıb. Yolun 20 kilometrlik hissəsi asfalt örtüyünün çəkilməsinə tam hazırlanıb, 13 kilometri asfaltlanıb. Dünya Bankının ayırdığı vəsait hesabına Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Həmçinin 19 kilometrlik Qosmalian-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi tamamlanıb, bir neçə yerdə su tutarları inşa edilib. Suya ehtiyacı olan kəndlərin içməli su təminatının yaxşılaşdırmaq məqsədilə yaşayış məntəqələrinə su xətləri çəkilib, artezian quyuları qazılıb.
Diqqətə çatdırılıb ki, Lerik şəhərində 17 meqavatlıq “Modul” tipli elektrik stansiyasının tikintisi ilə əlaqədar Lerik-Telavar-Yardımlı 35 kilovoltluq yüksək gərginlikli elektrik hava xətti yenidən inşa olunub. Piran-Hamarat-Vijaker avtomobil yolu qayaların partladılması ilə genişləndirilib, əsaslı təmiri işləri aparılıb. Nücü, Pirasora, Vizəzəmin, Boykəndil kənd tam orta məktəblərinin tikintisində, Mastayıl kənd tam orta məktəbinin, Lerik şəhəri uşaq bağçasının əsaslı təmiri sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerik şəhərində 100 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Lerik şəhər məscidində təmir işləri aparılıb, yeni minarələr ucaldılıb, ərazidə 400 yerlik xeyir-şər evi inşa edilib. Hazırda Gürdəsər kəndində 300 yerlik xeyir-şər evinin tikintisində son tamamlanma işləri aparılır.
Yığıncaqda qeyd olunub ki, bu ilin birinci yarısında rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 2,5, sənaye məhsulları 6,9, rabitə xidmətinin həcmi 3,3, sərnişin və yükdaşıma xidmətlərinin həcmi 2,7, əhaliyə göstərilən ticarət xidmətinin həcmi 3,7, pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətin ümumi həcmi 5,1 dəfə artıb. Bu dövrdə 354 sakin işlə təmin edilib ki, bunun 185-i daimidir.
Çıxış edənlər ilin birinci yarısında rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini irəli sürüblər.
Azərbaycan
Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır.
Bakı şəhərinin mərkəzində sahəsi 22 ha. olan “İçəri Şəhər” yerləşir. “İçəri Şəhər”də 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanmış abidələrə Şirvanşahlar Sarayını, Qız Qalasını, Sınıq Qalanı misal göstərmək olar.
Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı XV əsrin əvvəllərində salınmış, buraya kompleks, saray, divanxana, şirvanşahlar türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış “Şərq” divanxanası abidələri daxildir. Kompleksin ilk tikililəri 1441-ci ilə, son “Şərq” divanxananın tikintisi isə 1558-ci ilə memar Əmirşaha aid olduğu qeyd edilir.
Azərbaycan memarlığının unikal abidəsi olan “Qız Qalası” İçəri şəhərin cənub-şərq hissəsində ucaldılmış və bu abidə iki mərhələdə tikilib. Abidənin 13,7 m hündürlüyünə qədər olan aşağı hissəsi bir çox alimlərin hesab etdiyi kimi eramızdan əvvəl VII-VI əsrlərə aid edilir. Qalanın hündürlüyü 29,7 m, diametri isə 16,5 metrdir. Divarlarının qalınlığı aşağı hissədə 5 m, yuxarı yaruslarında isə 4 metrdir. Qala 8 yarusdan ibarətdir, daxilində su qatlarına qədər çapılmış 21 metr dərinliyində olan quyu vardır.
Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilisi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.
Bakının ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və sair vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.
Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik iki qala mövcuddur. Bunlardan biri dördkünc olub, XII əsrdə Şirvanşah Mənçəhrin oğlu Axsitan tərəfindən tikilmiş və bu qala Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2.10 metr, yuxarıdan isə 1.60 metrdir. İçəridən qala 5 yarusa bölünür.
2-ci qala dairəvidir, yerlilər bu qalanı Şıx qalası adlandırırlar. Qalanın hündürlüyü 12.5 metrdir, içərisi 3 yarusdan ibarətdir. Qalanın üstündəki yazıdan məlum olur ki, o, 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən tikilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.