Press "Enter" to skip to content

Səs rejissorluğu

Səsi simasından daha məşhur olan aktyor Vüsal Murtuzəliyev bu işdə təcrübənin əsas olduğunu deyir: “Mən bu işə 2004-cü ildən Az.TV-dən başladım və 3 ay müddətində təcrübə əsasında filmlərin səsləndirmə prosesində iştirak etdim. 15 ildən artıq bu işlə məşğulam. Birdən birə deyil, tədricən, zamanla bu işi mənimsədim. İndi filmin səsləndirilməsi üçün prodakşnlara müraciət edilir. Oradakı məsul şəxslər, xüsusən də səs rejissorları özlərini sınamaq istəyən aktyorlara şans verir. Bu işin texnikasını öyrənənə kimi müəyyən zaman tələb olunur. Dublyaj sənətini öyrənmək üçün ayrıca kurs və ixtisas yoxdur. Aktyorun az da olsa potensialı varsa, işin texnikasını öyrənir və bu sənəti davam etdirir. Buna isə zaman lazımdır. Dublyajda iştirak etmək istəyən aktyora ilk növbədə rol verilir, o ssenarini oxuyur, ekranda gördüyünü səsli şəkildə ifadə etmək üçün ona bir şans verilir. Bir müddətdən sonra o insanın potensialının olub-olmadığı üzə çıxır. Filmləri səsləndirmək üçün xüsusi tədris kursları fəaliyyət göstərmir. İşlədiyim prodakşnlarda gənclər gəlir, dublyaj etdikcə bizə baxırlar və zamanla öyrənirlər”.

Similar Posts

Vacancy for Contracts Coordinator in SOCAR AQŞ TÜRKIYE

in: Vacancies | 13.02.2020

Vacancy for Financial Analyst at P&D, in Baku, Azerbaijan

in: Vacancies | 13.02.2020

Vacancy for IELTS, TOEFL Instructor at the British Academy, in Baku, Azerbaijan

səs rejissoru

in: Jobs | 24.07.2013
D –>

Diqqət! Səsdən anlayan və ya səs rejissorluğu ilə maraqlanan qız və oğlanların nəzərinə! PicMus Production səs rejissoru vakansiyasına işçi qəbulu elan edir. Əgər sən gələcək karyeranı onlarla qurmaq istəyirsənsə, mütləq müraciət et! Özün haqqında məlumatı info@picmus.com e-mailinə yolla.

Read more

in: Internships | 29.01.2023

Volunteer Intern, Europe and Central Asia Program

We are seeking a volunteer to join Crisis Group’s Europe and Central Asia Program for a period of six months. …

in: Jobs | 14.01.2023

Vacancy Announcement: Programme Officer, South Caucasus

Job Title: Programme Officer, South Caucasus Location: London, with international travel Reporting to: Projects Manager Duration: 1 year fixed term …

in: Jobs | 13.12.2022

Vacancy Announcement: Integration Consultant

DESCRIPTION Organisational Overview: The International Centre for Migration Policy Development (ICMPD) is an international organisation with 19 Member States and …

in: Jobs | 02.12.2022

Vacancy Announcement: Tax Compliance Manager in Baku, Azerbaijan

The SCHNEIDER GROUP Azerbaijan is searching for a Tax Compliance Manager as soon as possible. About SCHNEIDER GROUP Azerbaijan: For …

in: Internships | 21.11.2022

Vacancy Announcement: Intern Communications in Berlin, Germany

DESCRIPTION EU-Russia Civil Society Forum is looking for two interns who will be working at the Communications Department at the …

Səs rejissorluğu

Səsin bədii obrazını yaradanlar

�� Əvvəl səs yarandı

�� İlk səsyazma qurğusu 1857-ci ildə fransız ixtiraçısı Leon Skott tərəfindən icad edilib . Fonoavtoqraf adlanan cihazın iş prinsipi çox sadə idi : səs diafraqmasının titrəyişi iynəyə ötürülür , iynə isə üstü hislə örtülmüş fırlanan silindrə əyri cızırdı. Bu cihazda səs gözlə görünən cizgilər şəklində yazılırdı. Yazılmış səsi yenidən səsl əndirən ilk fonoqraf cihazı isə 1877-ci ildə məşhur amerikalı alim Tomas Edison tərəfindən yaradıldı.

�� Əsrlər ötdü . Elm , texnika inkişaf etdi . Kino ixtira edildi , daha sonra radio və televiziya . Bütün bu proseslərin nəticəsində isə sənət aləmində səs rejissorluğu adlı yeni bir peşə yarandı .

�� Səs rejissorluğu yaradıcı sənət növü olub , səsin bədii obrazını bizlərə çatdırır . Səs rejissorları dəqiq və dolğun musiqi zövqünə , duyumuna malik olub səsin səviyyəli şəkildə dinləyici auditoriyasına çatdırılmasını təmin edən insanlardır . Bu peşənin mütəxəssisi eyni zamanda texniki biliklərə , səsin fizikasına , psixoakustikasına və s. bələd olmalıdırlar .

�� Bu sənət növünə ilk növbədə kino sənayesində tələbat yaranıb . Sonralar musiqilərin yazılmasında , teatr , radio, televiziyada bu sahəyə tələbat artıb . Səs yazılarının bərpası , internet- saytlarında səslərin tərtibi – bütün bu işlər məhz peşəkar səs rejissorlarının səyi nəticəsində mümkün olur . Bəs teleradio və kino sahəsində səs rejissorunun fəaliyyətinin hansı xüsusiyyətləri var , onların funksiyaları nədən ibarətdir ? Bu və digər suallarla iki mütəxəssisə müraciət etdik .

�� Televiziya və radionun səsi

�� Televiziyada və radioda təcrübəli səs rejissoru kimi tanınan , � Araz � FM radiosunun musiqi redaktoru , eyni zamanda , radio aparıcısı Rəşad Həmidov peşəsinin özəllikləri barədə söz açmaqdan öncə bir məqamı vurğuladı . Onun sözlərinə görə , televiziyada və radioda səs rejissorunun işi zahirən oxşar görünsə də , əslində bir-birindən xeyli fərqlənir :

�� – Televiziyada səs rejissorunun funksiyaları konkret olaraq hansı iş üzərində işləməsindən asılıdır . Hər hansı bir film, tamaşa , sənədli material üzərində işləyirsə , burada o, müəyyən mikrofon tənzimlənməsi və səsin düzgün yazılmasına nəzarət edir . Ümumiyyətlə , televiziya sahəsində işin mühüm tərəfi mikrofonların bölüşdürülməsidir . Burada danışıq səsi üçün , səs effektləri və s. üçün bir , hərəkət , külək , avtomobil , təbiət səsləri üçünsə digər mikrofondan istifadə edilməlidir . Hər şey ritmikaya uyğun olmalıdır .

�� Radioda səs rejissorluğu televiziyada səs rejissorluğundan fərqlidir . Radioda virtual proqramlarla dəqiq işləməyi bacarmaq lazımdır . İndi bu sahədə çoxlu müasir , spesifik qurğular , aparaturalar var ki , çalışan səs rejissoru onların bütün özəlliklərini bilməlidir . Müasir radioaparatlar rəqəmsal sistemlə işləyir və İP sistemlə qurulurlar . Burada bütün əməliyyatlar rəqəmsal olaraq ötürülür . Rejissor pultu bütünlüklə İP olaraq rəqəmsal şifrələnir . Səs şifrələrlə rəqəmsal olaraq ötürülür – pultdan kompressora , kompressordan optikaya , oradansa yayım şəbəkəsinə yaxud da bu hava xətti ilə ötürülə bilər . Həmin prosesi şəbəkə variantı ilə izah etsək , bunu 150-200 kompyuterin bir şəbəkədə işləməsi kimi təsəvvür etmək olar . Göndərilən İP- nin daxilində səsin öz desibelləri olur . Burada səsin faza yoxsa antifaza olması , soyuq ya isti ötürülməsi , mono yaxud stereo olması müəyyənləşdirilir . Mono səsdə bir kanal olduğuna görə burada antifaza olmur . Stereofonik səsin antifaza forması insan qulağına uyğun olmayan sferadır . Normalda insan 20 kh -ə qədər səs dinləmək imkanına malikdir . 1 kh az ya çox olduqda eşitmə imkanları çətinləşir . Məsələn qarışqanın səsi var , amma biz onu eşitmirik , çünki yuxarıda qeyd etdiyimiz normalarla uyğunlaşmır , ağcaqanadın səsi isə bu həddi aşdığına görə insana psixoloji təsir göstərir .

�� Canlı yayımlar zamanı səsin çatdırılması texniki avtotənzimləyicilərlə nizamlanır , səsin xarakterinin sürəti , hansı tembrdə ötürülməsi , neçə ekvalayzenq qurulması və hansı kinolayzenq ölçüsündə ötürülməsi ilə xarakterizə olunur . İndi bu sahədə virtual proqramlar var. Səs həddən artıq keyfiyyətsizdirsə , köhnə yazıdırsa , bu proqramlar vasitəsi ilə səslər qaytarılıb yerinə qoyulur , müasirləşir , rəqəmsal formaya salınır .

�� Radio səs rejissorluğunun işinə – single, vurğular , katların hazırlanması , anonsların yığılması , musiqi parçasının mətnə uyğun montaj edilməsi aiddir . Radio aparıcısı və səs rejissorunun birgə işləməsi ilk növbədə aparıcının peşəkar olmasından asılıdır . Aparıcı öz səsini hiss etməlidir , danışdığı tembr üzərində masterinq qurmağı bacarmalıdır , ümumi virtual proqramla işləyirsə musiqi və səsin tonunu , səs effektlərinin bölünməsini dəqiqləşdirməlidir . Əgər masterinq 12-ni göstərirsə , səs tembrini bu şkalada saxlamaq vacibdir . Əks halda aparıcının səsi dinləyiciyə çatmayacaq .

�� Bu sənətin incəlikləri haqda çox danışmaq olar . Məsələn , studiya səs rejissorunun fəaliyyəti , dublyajda səs rejissorluğu – bunların hər birinin öz xüsusiyyətləri var. Studiya səs rejissorluğu həm televiziya , həm radioda çalışan səs rejissorlarının işindən fərqlidir . İstərdim ki , bütün bu sahələr üzrə bacarıqlı gənc kadrların hazırlanması üçün Azərbaycanda peşəkar səs rejissorluğu məktəbi fəaliyyətə başlasın .

�� Teatr səhnəsində səsin tamaşaçıya çatdırılması və buradakı maraqlı iş prosesi barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının radio sexinin rəisi Həmid Kazımzadə danışdı :

�� – Teatrımızın binası əsaslı şəkildə təmir olunandan sonra bizim avadanlıqlar tamamilə yenilənib . Hazırda Almaniyanın istehsalı olan ən müasir avadanlıqdan istifadə edirik . Rəqəmsal və yeni olduğu üçün bəzi çətinliklərimiz var. Amma çətinliyin özü də bizləri öyrənməyə , daha çox təcrübə yığmağa həvəsləndirir . İşimizin öhdəsindən gəlirik və elə bir ciddi problemimiz yoxdur . İncəsənətin bütün sahələri kimi , teatrda səs rejissorluğu da maraqlı və diqqəti cəlb edən sənətdir . Teatrda musiqi tərtibatı , tamaşa zamanı səsin zala çatdırılması , balansın saxlanılması teatrın səs rejissorunun üzərinə düşən məsuliyyətdir . Biz mikrofonsuz sistemlə işləyirik . Səhnədə aktyorun səs planı var , onun səsini itirməmək şərti ilə musiqi ilə birlikdə hər iki səsin tamaşaçı auditoriyasına çatdırılması peşəkarlıq tələb edir . Sənətimiz həddən artıq maraqlıdır . Səs rejissorluğunun qollarından biri olan teatr səs rejissorluğu da öz müxtəlifliyi və texniki imkanları ilə fərqlidir .

�� İxtisasım rejissorluq olsa da , mən bu sənəti təcrübə yolu ilə öyrənmişəm . Çünki hələlik ölkəmizdə səs rejissorluğu məktəbi yoxdur . Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib teatra gəldim . Burada sənətin sirlərini mənə öyrədənlərə minnətdaram . Son texnologiyadan istifadəni isə alman mütəxəssislərindən öyrəndik . Onlar bizim teatra dəvət olundular və bir neçə gün yeni texnikanın istifadə qaydaları ilə bizi tanış etdilər .

�� Teatr və konsert səs rejissorunun oxşar cəhətləri var . Teatr səs rejissorundan daha çox səbir, təmkin və musiqi duyumu tələb olunur . Çünki tamaşaçı qarşısında nümayiş olunan hər bir musiqi keçidi daha dəqiq və peşəkar olmalıdır. Konsert və səsyazma şəraitində işləməyi bacarmalıdır. Hər bir tamaşanın öz səs planı olur . Vokal və rəqslər varsa əlavə səs planları da daxil olunmalıdır. Tamaşa zamanı monitorlar yoxlanılır, zalda səsin fon verməsinin qarşısını almağa nəzarət olunur . Müasir teatrda çox yüksək səsdən istifadə olunmur . Biz də çalışırıq ki , bu həddi saxlayaq . Həm də səs zaldakı tamaşaçı sayına görə nizamlanır. Səsin soldan-sağa , yaxud dairəvi verilməsi iş prosesində vacib şərtlərdəndir. Bu yaxınlarda görkəmli yaxıçı İlyas Əfəndiyevin � Boy çiçəyi� əsəri əsasında rejissor Azər Paşa Nemətovun hazırladığı tamaşada ilk dəfə olaraq eksperiment səs effekti yaratdıq və çox gözəl qarşılandı. Teatrımızın səhnəsində mütəmadi olaraq konsert proqramları da t əşkil olunur . Mikrofon sistemini bilməyimiz bu işdə böyük yardımçımız olur .

�� Ümumilikdə bu sənət özünün müxtəlif tərəfləri ilə maraqlı və çoxşaxəlidir. Tamaşaların, konsert proqramlarının uğuru həm də səhnə arxasındakı peşəkar texniki işçilərin bacarığından asılıdır. Biz bu sahədə bilik və bacarığımızı əsirgəmir, təcrübəmizi artırır, daim öz üzərimizdə çalışırıq.

�� Lalə Azəri

� Mədəniyyət.- 2011.- 7 dekabr.- S. 11.

Səsi simasından məşhur olanlar

Xarici filmləri izləmək üçün onun tərcümə olunmuş variantına üstünlük veririk. Amma baxır, bu filmlər necə və hansı formada tərcümə edilir. Bir neçə il bundan əvvəl nümayiş olunan xarici filmlərin dublyajının bərbad olduğunu inkar edə bilmərik. Ancaq indi vəziyyət müsbətə doğru xeyli dəyişib. Hazırda nümayiş olunan filmlərin səlist və düzgüm şəkildə səsləndirilməsi, təbii ki, ürəkaçan mənzərədir. Di gəl ki, bu sahədə peşəkar olan, barmaqla sayılası qədər dublyaj sənətinə bələd olan aktyorlarımız var. Ekspertlər deyir ki, dublyaj sənətinin öyrətmək üçün ali təhsil ocaqlarında bu fənn tədris olunmur. Məhz bunun üçün teatrda çalışan aktyorlar, özlərini bu sahədə ixtisaslaşdırdıqdan sonra dublyaj ustası kimi yetişməyə başlayırlar. Bir sözlə, dublyaj işi o qədər də asan deyil. Bu sahənin də xeyli çətinlikləri var. Məsələnin aktuallığını nəzərə alıb mütəxəssislərin fikirlərini öyrəndik.

Peşəkarlarına o qədər də tələbat yoxdur?

İctimai Televiziya və Radio Yayımları Şirkətinin dublyaj prodüseri Rövşən Məmmədli qeyd etdi ki, filmləri səsləndirmək üçün aktyor axtarışı zamanı elan verilir və seçim olunur: “Əksər hallarda bu sənətin içində olduğumuz üçün bir-birimizi tanıyırıq. Filmdə aktyorun səsinin kimə uyğun gəldiyini müəyyənləşdirdikdən sonra həmin aktyora müraciət edirik. Daha çox isə teatrlarda çalışan aktyorlarla işləyirik. Onların səsini yoxlayandan sonra kastinqi bu cür davam etdiririk. Bəzən olur ki, aktyorun real həyatda səsini dinlədikdə o qüsuru eşitmirsən, dublyaja gələndə isə danışığında olan çatışmazlıqlar özünü büruzə verir. Bəzən də olur ki, səs mikrofonda idarə olunmur və sıxılır. Yetişmiş səs olmadığı hiss olunur, ancaq həyatda bu, hiss olunmur, mikrofonda isə özünü tez hiss etdirir”.

R.Məmmədli ali təhsil ocaqlarında dublyaj ixtisasına ehtiyac olduğunu bildirir: “Kinoteatrda dublyaj sistemi yoxdur. Ancaq hər bir xarici film Azərbaycan dilinə tərcümə edilməlidir. Əgər öz ana dilimizə hörmət ediriksə, dilimizin inkişaf etməsini istəyiriksə, ilk növbədə bütün xarici filmləri məhz ana dilimizdə izləməliyik. Bunun da yolu dublyajdan keçir. Təbii ki, bu, bir vicdan məsələsidir. Elə ölkələr var ki, məsələn, Danimarka kimi ölkələrdə xarici filmlər məhz ingilis dilində nümayiş olunur. Çünki oradakı vətəndaşlar ingilis dilini ikinci ana dili kimi mükəmməl bilir. Bizdə bəzən kinoteatrlarda filmləri rus və türk dilində nümayiş etdirirlər. Bəzən də rus dilini elitar dil hesab edərək filmləri o dildə nümayiş etdirirlər. Mən bu anlayışı heç cür qəbul edə bilmirəm. Bu düşüncəni ləğv etmək üçün kinoteatrlardan başlamaq lazımdır. Bütün filmlər, xüsusən də “A” kateqoriyalı filmlər Azərbaycan dilində nümayiş olunmalıdır. Belə olsa, dublyaja xüsusi bir sənət kimi baxılar və daha da inkişaf edər. Hazırda dublyajda çox az heyət var. O az bir heyət bütün kanallarda çalışır, filmlərin səsləndirilməsi ilə məşğul olur. Belə olduğu halda biz məcbur qalıb, həmin obraza uyğun səslər axtarırıq. Bizim filmlərdə obraza uyğun, xüsusən də yaşlı səslərimiz çox azdır. Hazırda televiziya dublyajında məlum bir heyətlə bütün televiziya filmlərini dublyaj edə bilirik. Bizdə bu dəqiqə dublyaj peşəkarlarına o qədər də çox tələbat yoxdur. Onun üçün də dublyaja adamlar az gəlir. Əgər bu gün dublyaj aktyorlarına ehtiyac olsa, kanallar məcbur qalıb kadr axtarışına çıxacaq və ya da özləri həmin kadrları yetişdirməkdə maraqlı olacaqlar. Kurslar açılacaq, ali təhsil ocaqlarında bu sahə üzrə ixtisaslar tədris olunacaq. Aktyor sənətində “səhnə danışığı”, “teatr tarixi” fənləri keçirildiyi kimi, buna uyğun da bir dərs salmaq mümkündür. Bu ixtisasın başına isə işi bilənləri gətirmək lazımdır”.

Səs rejissoru bu gün dublyaj sənətində olan irəliləyişdən də danışdı. Bildirdi ki, 2010-cu ildə bu sənətə başlayan dublyaj ustası, 2020-ci ildə özünü daha çox inkişaf etdirərək filmdəki səsləri olduğu kimi ifadə etməyi bacarır.

Problemlər az deyil, səbəblər də bir neçə

Səsi simasından daha məşhur olan aktyor Vüsal Murtuzəliyev bu işdə təcrübənin əsas olduğunu deyir: “Mən bu işə 2004-cü ildən Az.TV-dən başladım və 3 ay müddətində təcrübə əsasında filmlərin səsləndirmə prosesində iştirak etdim. 15 ildən artıq bu işlə məşğulam. Birdən birə deyil, tədricən, zamanla bu işi mənimsədim. İndi filmin səsləndirilməsi üçün prodakşnlara müraciət edilir. Oradakı məsul şəxslər, xüsusən də səs rejissorları özlərini sınamaq istəyən aktyorlara şans verir. Bu işin texnikasını öyrənənə kimi müəyyən zaman tələb olunur. Dublyaj sənətini öyrənmək üçün ayrıca kurs və ixtisas yoxdur. Aktyorun az da olsa potensialı varsa, işin texnikasını öyrənir və bu sənəti davam etdirir. Buna isə zaman lazımdır. Dublyajda iştirak etmək istəyən aktyora ilk növbədə rol verilir, o ssenarini oxuyur, ekranda gördüyünü səsli şəkildə ifadə etmək üçün ona bir şans verilir. Bir müddətdən sonra o insanın potensialının olub-olmadığı üzə çıxır. Filmləri səsləndirmək üçün xüsusi tədris kursları fəaliyyət göstərmir. İşlədiyim prodakşnlarda gənclər gəlir, dublyaj etdikcə bizə baxırlar və zamanla öyrənirlər”.

V.Murtuzəliyev bildirdi ki, əvvəlki illərə nisbətən indiki filmlərimizin dublyajı daha keyfiyyətlidir: “Bu gün də dublyaj sahəsində problemlərimiz az deyil və bunun bir çox səbəbləri var. Ancaq əvvəlki dönəmlərə baxanda nisbətən yaxşıdır. Bu sahədə ixtisaslı kadrlarımız çox azdır. Dublyajda əsas problem maliyyə ilə bağlıdır. Dublyaja ayrılan vəsait çox aşağı səviyyədədir. Son dövrlərdə bu sahəyə gələn gənclərin sayı azalıb. Ali təhsil ocaqlarında belə bir ixtisasın olması effekt verməyəcək. Bu, müəyyən vaxt tələb edən bir şeydir, 2-3 aya əmələ gələn bir şey deyil. Yəni nəzəriyyə deyil ki, müəllim onu danışsın, tələbə də onu yazıb öyrənsin. Bu iş ancaq praktika vasitəsi ilə öyrənilir, nəinki nəzəriyyə ilə. Əgər aktyorun səs tembri, aktyorluq bacarığı yaxşıdırsa, ona ancaq dublyaj texnikasını öyrənmək qalır. Bunu da təcrübə ilə işləyərək qazanırıq”.

“Hamı çulunu sudan çıxarmağa çalışır”

Aktyor, rejissor Kamal Yaşar deyir ki, dublyaj sənətini öyrədən hər hansı bir təhsil ocağı yoxdur və bu sahədə gəlir az olduğu üçün maraq da azdır: “Filmləri səsləndirən aktyorlar bunu hər hansı ali təhsil ocaqlarında deyil, öz marağı və bacarığı hesabına, dublyaj studiyalarında öyrənirlər. Belə ki, onlardan əvvəl fəaliyyət göstərən sənətkarların yanında bir müddət təcrübə keçdikdən sonra sərbəst şəkildə filmi səsləndirirlər. Ancaq bunu da hər bir aktyor bacara bilmir. Bu gün otuza yaxın dublyaj sənəti ilə məşğul olan aktyor var. Onların da hamısı mükəmməl dublyaj ustası deyil. Bu sahənin də müəyyən çətinlikləri var və dublyaj xüsusi texnika tələb edir. O da ancaq praktika vasitəsi ilə qazanılır”.

Film səsləndirən aktyorların daha çox teatrlardan cəlb olduğunu diqqətə çatdıran K.Yaşar, teatrda dublyajla bağlı xüsusi bir məşğələ olmadığını, dublyajın tamam başqa bir proses olduğunu vurğuladı: “Dublyajda səs ikinci plandadır. Mühüm olan, dublyajın texnikalarına bələd olmaqdır. Bunu da ancaq studiyalarda öyrənmək mümkündür. Problem ondadır ki, bizim ali təhsil ocaqlarında nəinki dublyaj, incəsənətin bir çox ixtisasları yoxdur. Misal üçün, adi səs rejissorluğu, işığı öyrədən fakültələrimiz belə yoxdur. Kinomuzda bu sahələrin axsaması təsadüf deyil. Ona görə də, ali təhsil ocaqlarında bu kimi bazanın yaradılmasına ehtiyac var. Ortada olan prodakşnlar və televiziyanın da öz səs studiyaları başqa adamın gəlməsində maraqlı deyil. Onların yanına öyrənmək istəyən biri gələndə zaman problemi yaranır, öyrətməyə vaxt olmur. Dublyaj studiyasında rejissora öhdəlik qoyurlar ki, bu filmi 3 günə çatdırmalısan. Dublyaj rejissoru da məcbur qalıb elə aktyorlar çağırır ki, normal sürətlə səsləndirə bilsin. Səs prodüserlərinə də praktik işləyən biri lazımdır. Rejissorlara daha çox tez yazıb, işi tez təhvil vermək sərfəlidir, nəinki yeni yaradıcı səslərin yaranmasında maraqlı olmaq. Bu sahədə maaş çox azdır. Burda çox gülməli bir məbləğ var. Ona görə də, dublyaja maraq çox azdır”.

K.Yaşar bazanın yaradılmasına ehtiyac olunduğunu deyir: “Belə olsa, hər dəfə televiziyadan yeni səslər eşidilər. Elə olur ki, bir filmdə bir aktyor altı səsi oxuyur. Təbii ki, aktyor səsi dəyişir, ancaq bu dəyişmədə səsin mayası hiss olunur. Səsinin formasını dəyişib tamaşaçını aldatmağa çalışırsan, ancaq səsin mayası dəyişməyəndə tamaşaçı yorulur. Filmdə daha rəngli səslər olsa, maraqlı nəticə ortaya çıxar. Misal üçün, Rusiyada dublyaj aktyorlarının status və qazancı çox yaxşıdır. Hamı bilir ki, bu aktyor Bred Pit olan səhnəni səsləndirir. Bəzən olur ki, həmin aktyoru məhz o səslə tanıyırlar. Yəni səsin özü belə brendləşib. Bizdə isə bu hələ çox ixtisaslaşmayıb. Ancaq bu tendensiya mövcuddur: tez oxu, yekunlaşdıraq. Ona görə də bu işə maraq yoxdur, hamı çulunu sudan çıxarmağa çalışır”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.